Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Kərimov İlham Rəhim o bi***@gmail.com ID: 8658
Salam. Mən mikro sahibkaram və fəaliyyətə yeni başlamışam. 3101001 kodlu fəaliyyətlə məşğulam. Mənim ödəməli olduğum bütün vergilərin miqdarı barəsində məlumat əldə etmək istəyirəm.
16/10/2023 Read: 233 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini  (sorğunuzda 3101001 - MEBEL İSTEHSALI) həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma ilə bağlı ərizəni vergi orqanına təqdim etməklə vergi uçotuna alınmalı və əldə etdiyi gəlirdən vergini dövlət büdcəsinə ödəməlidir.

Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.

Belə ki, həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda ticarət fəaliyyətindən əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir. 

Məlumat üçün bildiririk ki, işçi sayı 10 nəfərdən çox olan istehsal fəaliyyətini həyata keçirən şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ olmur və gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərməlidir.

Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir. Bu zaman həmin şəxs mikro sahibkarlıq subyekti hesab olunduğu halda (illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirdən gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxılmaqla qalan fərqdən 75 faiz vergi güzəşti də çıxılmaqla 20 faiz dərəcə ilə, nəticə etibari ilə əldə etdiyi gəlirdən 5 faiz dərəcə ilə gəlir vergisi ödəməlidir.

Vergi uçotu ilə bağlı bəzi prosedurlar, habelə qeyd olunan vergitutma sistemləri barədə daha ətraflı və dolğun məlumatın alınması üçün saytımızın “Vergi bələdçisi” bölməsi ilə tanış olmağınızı tövsiyə edirik.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 101-ci, 218-ci və 220-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Rəşad Baycan Ədalət re***@gmail.com ID: 8652
1605203321 - VÖEN olaraq ƏDV ödəyicisi olan Altı MMC nin təsisçi və direktoruyam. Tərkibdə sadəcə 1 nəfər yəni özüm işçiyəm, illik dövriyyəm hələ təyin olmasa da mən hazırda mikro sahibkar olaraq mənfəət vergisində 75 faizlik güzəştə sahib olub-olmadığımı soruşmaq istəyirəm.
16/10/2023 Read: 281 Average count: 5

Bildiririk ki, sahibkarlıq subyektlərinin bölgüsü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü Meyarları” ilə tənzimlənir.

Həmin qərarın “Qeydlər” bölməsinin 2-ci hissəsinə əsasən sahibkarların mikro, kiçik, orta və ya iri sahibkar kimi müəyyənləşdirilməsi üçün “işçilərin orta siyahı sayı” və “illik gəlir” meyar göstəricilərindən daha yüksək olanı əsas götürülür.

Buna əsasən əvvəlki illərdə fəaliyyəti olan vergi ödəyicisinin mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid edilməsi onun hər bir hesabat ilinin yekunlarına görə mövcud olan göstəriciləri əsasında müəyyən edilir.

Yeni yaradılan sahibkarlıq subyektlərinin mikro, kiçik, orta və ya iri sahibkarlıq subyektləri kimi müəyyənləşdirilməsi onların dövlət qeydiyyatına və ya vergi uçotuna alındığı tarixdən həmin hesabat ilinin sonunadək olan dövr üzrə artan yekunla gəlir göstəricisi müəyyən edildiyi halda gəlir göstəricisi əsasında, gəlir göstəricisi müəyyən edilmədiyi halda isə işçi sayı əsas götürülməklə həyata keçirilir. Həmin sahibkarlıq subyektlərinin dövlət qeydiyyatına və ya vergi uçotuna alındığı tarixdən ilk hesabat ilinin sonunadək olan dövrü əhatə edən təqvim ilinin nəticələri üzrə təqdim edilən hesabatlara əsasən gəlir və işçilərin orta siyahı sayı göstəriciləri dəqiqləşdirilir və onlardan daha yüksək olanı əsas götürülməklə vergi ödəyicisinin meyarlar üzrə bölgüsü təkrar müəyyən edilir.

Eyni zamanda Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi mənfəət vergisindən azaddır.

Əsas: Vergi Məcəlləsinin 106.1.20-ci maddəsi, Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli 556 saylı “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın təsdiq edilməsi haqqında Qərarı.

5/5 (1 Average count)
Qiymət ver:
Zeynalov Ayaz İlyas vu***@gmail.com ID: 8725
Salam mənim Vöen kodumu itirmişəm. Zəhmət olmasa koməklik edərdiniz mənə.
15/10/2023 Read: 132 Average count: 0

Bildiririk ki, istifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Vergi orqanı ilə vergi ödəyicisi arasında məlumat mübadiləsi haqqında ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə qeydiyyatda olduğunuz vergi orqanının əhatə dairəsində yerləşən vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. Elektron məlumat mübadiləsinin aparılması üçün yeni istifadəçi kodu, parol və şifrə emal müddəti nəzərə alınmaqla müraciət zamanı təqdim olunur. 

Qeyd: Vergi ödəyicilərinin vergi orqanı tərəfindən verilən kod-paroldan istifadə etməklə elektron kabinetə daxil olmaq imkanı 2024-cü il yanvarın 1-dək qüvvədədir.

Əsas: Dövlət Vergi Xidmətinin 14 aprel 2023-cü il tarixli 2317040100442700 saylı əmri ilə təsdiq olunmuş “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”.

0/5 (0 Average count)
Qiymət ver:
Zaur Za***@mail.ru ID: 8715
Əgər müəssisə 2022-ci ilin iyun ayının 1-i tarixində xarici şəxsə 500 min dollar avans ödəyibsə və 31.12.2022-ci il tarixə 27 000 manat müsbət məzənnə fərqi varsa, biz bunu mənfəət vergisi bəyannaməsində gəlirə ai edəcəyikmi?
12/10/2023 Read: 283 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 69.2-ci maddəsinə əsasən xarici valyuta ilə aparılan və vergiyə cəlb etməyə aid olan əməliyyatlar üzrə yaranan məzənnə fərqi əməliyyatın həyata keçirildiyi günlə malların (işlərin, xidmətlərin) dəyərinin ödənildiyi günə olan məzənnə arasındakı fərqlə müəyyən edilir. Hesabat ilinin sonuna xarici valyutada alınmış və təqdim edilmiş mallar (işlər və xidmətlər) üzrə yaranan debitor və kreditor borcları üzrə məzənnə fərqi Azərbaycan Respublikasının Mərkəzi Bankının elan etdiyi məzənnə ilə qiymətləndirilməklə gəlirə və ya zərərə aid edilir. Vergi ödəyicisinin xarici valyutada olan pul vəsaitləri təqvim ilinin sonu vəziyyətinə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi rəsmi məzənnə ilə hesablanmaqla müəyyən edilir.

Eyni zamanda Vergi Məcəlləsinin 13.2.12-ci maddəsinin müddəalarına əsasən digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin ödənilməsi şəklində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor və deponent borc məbləğləri satışdankənar gəlirlər  hesab olunur.

Əsas: Vergi Məcəlləsinin 13-cü və 69-cu maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Cahangir Əsgərov ca***@bymedgalchi.com ID: 8712
Salam. Mən vergilərin saytında uzun müddətdir ki, istifadə etmədiyimə görə öz kabinetimə girmək üçün şifrəni unutmuşam. Mənim fin kodum XXXX-dir. Xahiş edirəm şifrəmi öyrənməkdə mənə köməklik edəsiniz.
11/10/2023 Read: 182 Average count: 5

Salam. Probleminizlə bağlı Vergi Ödəyicilərinə Xidmət Mərkəzinə müraciət etməniz tövsiyə olunur: https://www.taxes.gov.az/az/page/xidmet-merkezleri

5/5 (1 Average count)
Qiymət ver:
Emil Abdullayev em***@gmail.com ID: 8707
Salam. Menim 2 qəbzim "ləğv olunub" statusuna düşüb. Zəhmət olmasa, bərpa olunmasında yardımçı olardınız.
10/10/2023 Read: 174 Average count: 5

Salam. Probleminizlə bağlı Vergi Ödəyicilərinə Xidmət Mərkəzinə müraciət etməniz tövsiyə olunur: https://www.taxes.gov.az/az/page/xidmet-merkezleri

5/5 (1 Average count)
Qiymət ver:
Səbinə Yəhyayeva Mehman Se***@gmail.com ID: 8704
Salam. İlk dəfə olaraq vergi imtahaninda iştirak edəcəm. Qeydiyyatı başa salardız zəhmət olmasa.
07/10/2023 Read: 167 Average count: 5

Salam. Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin sənədlərinin toplanması, vakant vəzifələrin tutulması üçün kadr ehtiyatının formalaşdırılması və idarə edilməsi Qaydaları ilə buradan tanış ola bilərsiniz: https://www.taxes.gov.az/az/page/qaydalar

5/5 (1 Average count)
Qiymət ver:
Abdulla Əsgərzadə Sahib ab***@gmail.com ID: 8702
Salam, mən Sadələşdirilmiş vergi ödəyicisiyəm. Hansı növ vergi ödəyicisi olduğumu və neçə faiz vergi ödədiyimi göstərən (təsdiqləyən) hər hansı bir sənədi onlayn əldə edə bilərəm?
05/10/2023 Read: 141 Average count: 5

Vergi ödəyicisinin fəaliyyət növü (növləri) barədə arayışı elektron və ya kağız formada müraciət etməklə əldə edə bilərsiniz. Elektron qaydada müraciət gücləndirilmiş elektron imza və ya Dövlət Vergi Xidməti tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə vasitəsilə mümkündür.

Qeyd: Vergi ödəyicilərinin vergi orqanı tərəfindən verilən kod-paroldan istifadə etməklə elektron kabinetə daxil olmaq imkanı 2024-cü il yanvarın 1-dən məhdudlaşdırılacaqdır. Həmin tarixdən etibarən elektron kabinetdən yalnız elektron imzadan istifadə etməklə istifadə etmək mümkün olacaqdır.

Əsas: Dövlət Vergi Xidmətinin 14 aprel 2023-cü il tarixli 2317040100442700 saylı əmri ilə təsdiq olunmuş “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”.

5/5 (1 Average count)
Qiymət ver:
Nərmin Sultanova İlham qızı na***@mail.ru ID: 8701
Salam. Mənim mərhum atam Abbasov İlham Bəşir oğlu 14.02.1984-cü il tarixdən 02.08.1985-ci il tarixədək SSRİ Silahlı Qüvvələrinin tərkibində hərbi xidmət keçərkən Əfqanıstan Demokratik Respublikasında döyüş əməliyyatlarında iştirak etmişdir. Mərhum atamın güzəşt imtiyazına dair vəsiqəsi də var. Özüm əmək müqaviləsi ilə 2020-ci ilin sentyabr ayından etibarən təhsil işçisiyəm, müəlliməyəm. Dəqiqləşdirmək istəyirəm ki, AR Vergilər məcəlləsinin 102.2.5. madddəsinə əsasən (həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının) mənə əmək haqqımdan tutulan gəlir vergisinə dair güzəşt tətbiq oluna bilirmi? Güzəştin tətbiq edilməsi üçün hansı sənədləri iş yerimə təqdim etməliyəm? Bu güzəşt nə vaxtdan tətbiq edilməlidir (AR Vergilər məcəlləsinin 102.8. madddəsinə əsasən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdənmi hesablanmalıdır) ?
05/10/2023 Read: 258 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsinə əsasən həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunan güzəştdən faydalanmaq üçün fiziki şəxs tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”na əsasən müvafiq güzəşt hüququnu təsdiq edən sənədlər fiziki şəxsin əmək kitabçasının olduğu əsas iş yerinə təqdim edilməlidir.

Belə ki, Siyahının 1.5-ci bəndinə əsasən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin və ya “DOST” mərkəzinin arayışı və müvafiq olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları Vergi Məcəlləsinin 102.2.5-ci maddəsində nəzərdə tutulmuş güzəşt hüququnu təsdiq edən sənədlərdəndir.

Qeyd olunanlara əsasən güzəşt hüququnun əldə edilməsi ilə bağlı müraciət edən fiziki şəxsin valideynlərinin həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçü olması müvafiq orqanlar tərəfindən verilmiş sənədlərdə (arayışlarda) göstərilməlidir.

Həmçinin güzəşt hüququnu təsdiq edən müvafiq sənədlərin əsas iş yerinə təqdim edilmə vaxtından asılı olmayaraq, sözügedən vergi güzəşti 2022-ci ilin yanvarın 1-dən sonra statusun qüvvəyə mindiyi tarixdən tətbiq edilir.

Belə ki, Vergi Məcəlləsinin 102.8-ci maddəsinə əsasən əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan tətbiq edilir və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir. Fiziki şəxsin bu maddədə sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır.

Qeyd olunanları nəzərə alaraq bildiririk ki, 1 yanvar 2022-ci il tarixdən müvafiq təsdiqedici sənədlərin iş yerinə təqdim edilmə vaxtından asılı olmayaraq, işəgötürən tərəfindən dəqiqləşdirilmiş hesabat təqdim edilməklə 1 yanvar 2022-ci il tarixdən muzdlu işlə əlaqədar gəlirlərinizdən artıq hesablanmış vergi məbləğləri azaldılmalıdır. 

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

5/5 (1 Average count)
Qiymət ver:
Hüseyn-zadə Suheyla Yusif de***@mail.ru ID: 8699
Salam yaşayış sahəsi üzrə qeri qaytarilan ƏDV ilə bağlı sualım var. Əgər mənzilin alinma müqaviləsinin tarixi 05.10.2017 ci il olsa da, ödənişin çox hissəsi cari ilin (2023) oktyabr ayı tarixində baş verirsə bu halda ƏDV geri qaytarılırmi?
05/10/2023 Read: 120 Average count: 0

Bildiririk ki, nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması yalnız 1 yanvar 2020-ci ildən sonrakı tarixdə ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə aid edilir. Həmin tarixdən əvvəl alınmış mənzillər üzrə ödənilmiş ƏDV-nin geri qaytarılması qanunvericilikdə nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 165.6-cı maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” .

0/5 (0 Average count)
Qiymət ver:
Yusifli Təbriz yu***@gmail.com ID: 8696
Salam, adıma 5101129002 №-li VÖEN var, çoxdandır aktiv deyil. Şifrə, parol və o vaxt VÖEN açarkən istifadə etdiyim nömrəni itirdiyim üçün kabinetime girə bilmirəm. Sadəcə VÖEN-imin aktiv və ya deaktiv olduğunu öyrənmək istəyirəm. Hörmətlə Yusifli Təbriz
04/10/2023 Read: 139 Average count: 0

Salam. Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatla burada tanış ola bilərsiniz: https://www.taxes.gov.az/az/page/vergi-ucotuna-alinmis-vergi-odeyicileri-barede-melumatlarin-verilmesi

0/5 (0 Average count)
Qiymət ver:
Nadir Məmmədov Vidadi ma***@gmail.com ID: 8680
Salam mən VÖEN şifrəmi necə öyrənə bilərəm?
30/09/2023 Read: 117 Average count: 0

Bildiririk ki, istifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Vergi orqanı ilə vergi ödəyicisi arasında məlumat mübadiləsi haqqında ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə qeydiyyatda olduğunuz vergi orqanının əhatə dairəsində yerləşən vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. Elektron məlumat mübadiləsinin aparılması üçün yeni istifadəçi kodu, parol və şifrə emal müddəti nəzərə alınmaqla müraciət zamanı təqdim olunur. 

Qeyd: Vergi ödəyicilərinin vergi orqanı tərəfindən verilən kod-paroldan istifadə etməklə elektron kabinetə daxil olmaq imkanı 2024-cü il yanvarın 1-dək qüvvədədir.

Əsas: Dövlət Vergi Xidmətinin 14 aprel 2023-cü il tarixli 2317040100442700 saylı əmri ilə təsdiq olunmuş “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”.

0/5 (0 Average count)
Qiymət ver:
Bədəlov İlham Həsən oğlu il***@mail.ru ID: 8674
Azərbaycan Respublikasının rezidenti olan "A" müəssisəsi, hər hansı bir xarici ölkədən mal alışı edib ölkə ərazisinə idxal etmədən, hər hansı üçüncü ölkəyə satış edirsə, yəni alış və satış etdiyi müəssisələr arasında vastəçilik edirsə, vergi qanunvericiliyində bu fəaliyyətlə bağlı hər hansı bir məhdudiyyət varmı? Qeyd olunan fəaliyyət leqal sayılırsa vergi ödəyicisinin mənfəətdən əlavə olaraq hər hər hansı başqa vergi öhdəliyi yaranırmı? Qeyd: Vergi ödəyicisi dövriyyəsini vergi xidmətinə bəyan edir və yaranmış vergi öhdəliklərini büdcəyə tam ödəyir. Bu məsələ ilə bağlı məlumat verməyinizi xahiş edirəm.
29/09/2023 Read: 268 Average count: 5

Bildiririk ki, sorğuda qeyd olunan halda rezident müəssisə malların bir dövlətdən alınaraq digər dövlətdəki alıcıya çatdırılması üzrə vasitəçilik xidməti göstərir. Bu zaman rezident müəssisə tərəfindən bir dövlətdən alınan malların Azərbaycan Respublikasının ərazisinə daxil olmadan üçüncü dövlətə göndərilməsi üzrə göstərilən vasitəçilik xidmətlərinə görə əldə edilmiş gəlirdən bu gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxıldıqdan sonra qalan məbləğdən mənfəət vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

Qeyd olunan fəaliyyətlə bağlı vergi qanunvericiliyində hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır. Bundan əlavə, fəaliyyətinizlə bağlı vergitutma aspektlərinin ətraflı cavablandırılmasının təmin olunması məqsədilə əməliyyatın xarakteri tam açıqlanmaqla və müvafiq təsdiqedici sənədlərlə qeydiyyatda olduğunuz vergi orqanına müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 104-cü maddəsi.

5/5 (1 Average count)
Qiymət ver:
Sevinc Bağırova Sahib se***@inbox.ru ID: 8671
Salam, mən login və parolu necə bərpa edə bilərəm?
28/09/2023 Read: 82 Average count: 0

Bildiririk ki, istifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Vergi orqanı ilə vergi ödəyicisi arasında məlumat mübadiləsi haqqında ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə qeydiyyatda olduğunuz vergi orqanının əhatə dairəsində yerləşən vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. Elektron məlumat mübadiləsinin aparılması üçün yeni istifadəçi kodu, parol və şifrə emal müddəti nəzərə alınmaqla müraciət zamanı təqdim olunur. 

Qeyd: Vergi ödəyicilərinin vergi orqanı tərəfindən verilən kod-paroldan istifadə etməklə elektron kabinetə daxil olmaq imkanı 2024-cü il yanvarın 1-dək qüvvədədir.

Əsas: Dövlət Vergi Xidmətinin 14 aprel 2023-cü il tarixli 2317040100442700 saylı əmri ilə təsdiq olunmuş “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”.

0/5 (0 Average count)
Qiymət ver:
Fərəcov Anar Sərvər oğlu an***@mail.ru ID: 8647
Salam. Sizi narahat edən şəhid övladıdır. Vergi orqanlarına işə qəbul zamanı ali təhsil tələbi kimi bakalavr təhsili kifayət edirmi? Magistratura diplomu olmadan Dövlət İmtahanı Mərkəzinin keçirdiyi imtahanda və 2-ci müsahibə mərhələsində uğur qazanmış namizəd Magistratura təhsil səviyyəsi olmadan Vergi əməkdaşı sıralarına qoşula bilərmi? Öncədən təşəkkür.
25/09/2023 Read: 304 Average count: 5

Bildiririk ki, Dövlət Vergi Xidməti 20 sentyabr 2023-cü il tarixdən hüquq və digər ixtisas sahələri, o cümlədən Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində istintaq, təhqiqat, əməliyyat-axtarış və hüquq sahələri üzrə vakant vəzifələrə işə qəbulla bağlı müsabiqə elan edir.

Müsabiqədə iştiraka ali təhsilə malik (digər ixtisas sahələri üzrə müraciət edən namizədlər üçün ixtisas tələbi yoxdur), yaşı 35-i keçməmiş (“Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin 1.7-ci bəndində göstərilən şəxslər üçün müəyyən olunmuş yaş həddi tətbiq edilmir) Azərbaycan Respublikasının vətəndaşları buraxılırlar.

Göründüyü kimi, bakalavr dərəcəsi olan şəxslər magistr dərəcəsi olmadan da müsabiqədə iştirak edə bilərlər.  

Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlərlə və sənəd qəbulu qaydaları ilə ətraflı şəkildə aşağıdakı linkə keçid etməklə tanış olmaq mümkündür:

https://www.taxes.gov.az/az/post/2783

 

5/5 (2 Average count)
Qiymət ver:
Məhəmməd Kərimli Rizvan ke***@gmail.com ID: 8663
Salam. Vergi Məcəlləsinin 102.3 maddəsinə əsasən əlilliyi olan şəxsə baxan tək valideyinin aylıq gəliri 200 manat azaldılır. Bilmək istərdim, əlilliyi olan şəxsin əlilliyi müharibə ilə əlaqədardırsa, bu halda heçbir güzəşt tədbiq olunmur valideynin gəlirlərinə?
25/09/2023 Read: 191 Average count: 0

Bildiririk ki, daimi qulluq tələb edən 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə baxan və onunla birlikdə yaşayan valideynlərdən (o cümlədən övladlığa götürən şəxslərdən) birinin (özlərinin istəyi ilə), arvadın (ərin), himayəçinin və ya qəyyumun hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.

Bu güzəşt hüququ aşağıda qeyd olunan sənədlərin birinin təqdim edildiyi andan tətbiq edilir və yalnız əsas iş yerinizdə (əmək kitabçanızın olduğu yerdə) həyata keçirilir:

  • himayədə olma faktı barədə məhkəmə orqanlarının qərarı:
  • ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əmək kitabçasının olduğu işəgötürənin arayışı;
  • uşağın doğulması haqqında şəhadətnamənin surəti:
  • birgə yaşamaq haqqında mənzil-kommunal istismar sahələrinin yaxud icra hakimiyyəti nümayəndəliklərinin arayışları;
  • Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumunun arayışı;
  • övladlığa götürmə barədə məhkəmə qərarının surəti

Əsas: Vergi Məcəlləsinin 102.3-cü maddəsi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

0/5 (0 Average count)
Qiymət ver:
Qurbanov Təbriz Xəyyam oğlu ta***@bk.ru ID: 8662
Salam. Sualım vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktı ilə bağlı deyil. Bilmək istəyirəm ki, qanunvericilikdə parakəndə ticarət zamanı pos-terminal işləmədikdə sahibkarın təklifi ilə kartdan-karta nağdsız ödəniş etmək nəzərdə tutulub yoxsa yox?
25/09/2023 Read: 428 Average count: 0

Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 oktyabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş  “Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları” və həmin Qaydalara 1 nömrəli əlavə “Ərazilər üzrə POS-terminalların mərhələlərlə tətbiqi cədvəli” və “POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları”na uyğun olaraq ölkə ərazisində POS-terminalların quraşdırılması məcburi olan obyektlərin siyahısı və POS-terminalların quraşdırılması tarixi müəyyən olunmuşdur. 

Həmin qərara əsasən dövriyyəsindən və ərazisindən asılı olmayaraq, ƏDV ödəyicilərinin bütün təsərrüfat subyektləri (obyektləri) (vergi ödəyicisinin ƏDV məqsədləri üçün qeydiyyata alındığı tarixdən), dövriyyəsindən və ərazisindən asılı olmayaraq, avtomobil və mebel satışı üzrə ixtisaslaşmış müəssisələr, idman və sağlamlıq kompleksləri, səhiyyə obyektləri, istirahət və əyləncə obyektləri, mehmanxanalar, şadlıq evləri, yanacaqdoldurma məntəqələri, hava, su, dəmiryol və avtomobil nəqliyyatı vasitələri ilə sərnişindaşımada biletlərin satışını həyata keçirən satış məntəqələri və turizm şirkətləri (təsərrüfat subyektinin (obyektinin) qeydiyyata alındığı tarixdən), rüb üzrə orta aylıq dövriyyəsi 2.000 (iki min) manatdan artıq olan vergi ödəyicilərinin bütün təsərrüfat subyektləri (obyektləri), hüquqi şəxslərə və fərdi sahibkarlara məxsus minik avtomobili ilə (taksi) sərnişin daşınmasını həyata keçirən nəqliyyat vasitələri və vergilərin və göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsumlarının və haqlarının ödənişini qəbul edən dövlət orqanları müştərilərlə hesablaşmaların aparılması zamanı məcburi qaydada POS-terminallar quraşdırmalıdırlar.

Əlavə olaraq bildiririk ki, Vergi Məcəlləsinə əsasən, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminal quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə, vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat məbləğində, təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3.000 manat məbləğində, təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə isə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 58-ci maddəsi, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasinin Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 oktyabr tarixli 219 nömrəli qərarı.

0/5 (0 Average count)
Qiymət ver:
Afət Cəfərquliyeva Bayram ja***@gmail.com ID: 8657
Salam! Hörmətli vergi əməkdaşları! Mənim verəcəyim sual noyabr ayında imtahanda düşən suallarla bağlıdır. Bilmək istərdim ki, suallar nədən ibarət olacaq, materialları öyrənmək istərdim. Hansı fənlərdən imtahan verilir? Əvvəlcədən sizə təşəkkürümü bildirirəm!
23/09/2023 Read: 223 Average count: 0

Məlum olduğu kimi, Dövlət Vergi Xidməti 20 sentyabr 2023-cü il tarixdən hüquq və digər ixtisas sahələri, o cümlədən Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində istintaq, təhqiqat, əməliyyat-axtarış və hüquq sahələri üzrə vakant vəzifələrə işə qəbulla bağlı müsabiqə elan etmişdir.

Müsabiqənin test imtahanı mərhələsinin suallarını özündə əks etdirən ədəbiyyat siyahısı və sual nümunələri Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsinin (www.taxes.gov.az) “Ədəbiyyat siyahısı və test tapşırığı nümunələri” bölməsində yerləşdirilmişdir. 

0/5 (0 Average count)
Qiymət ver:
Elnur Məhərrəmov Mayis oğlu el***@mail.ru ID: 8641
Salam, mənə belə SMS gəlib. Nə ilə bağlıdır? VOEN: 1504157062 ! Fəaliyyətiniz 01.10.2023 tarixindən aktivləşəcək və həmin tarixdən etibarən vergi orqanına bəyannamə təqdim etmək öhdəliyiniz yaranacaqdır.
21/09/2023 Read: 215 Average count: 0

Bildiririk ki, vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, həmin fəaliyyətin və ya əməliyyatların dayandırılması günündən gec olmayaraq vergi orqanına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada arayış təqdim edilməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. 

Müraciətinizdə qeyd olunanlara əsasən tərəfinizdən vergi orqanına “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim edilmiş və arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının son tarixi 01.10.2023-cü il qeyd olunmuşdur. Qeyd olunan müddət bitdikdə, fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.

Fəaliyyətin dayandırılması və ya fiziki şəxsin uçotdan çıxarılması barədə daha ətraflı məlumat üçün Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16.3-cü və 34-cü maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Lamiyə Məmmədzadə Rauf la***@mail.ru ID: 8605
Salam, bu il vergi orqanlarına işə qəbul aparılacaqmı?
21/09/2023 Read: 186 Average count: 0

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində hüquq və digər ixtisas sahələri, o cümlədən Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində istintaq, təhqiqat, əməliyyat-axtarış və hüquq sahələri üzrə vakant vəzifələrə işə qəbulla bağlı müsabiqə elanı ilə buradan tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver: