Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Qalib Camalov Nəbi oğlu ca***@mail.ru ID: 1966
Salam . Mən vergi xidmətinə onlayn müraciət etmək istəyirəm . Şəxsiyyət vəsiqəm yeni nəsil biometrik vəsiqədir . Amma qeyd olunan bolmədə AA seriyası yoxdur deyə müraciət edə bilmirəm . Zəhmət olmasa kömək edərsiz mənə .
13/05/2020 Read: 27 Average count: 0

Dövlət Vergi Xidmətinə onlayn müraciət üçün şəxsiyyəti təsdiq edən sənədin seriyası qrafasında "AZE" və nömrəsi qrafasında isə "AA....." formatında qeyd edərək müraciətinizi qeydə ala bilərsiniz. 

0/5 (0 Average count)
Qiymət ver:
ELVIN BUNYAD el***@gmail.com ID: 1965
Vergilər Nazirliyinin şərhindən (https://vergiler.az/news/taxes/5983.html) belə başa düşülür ki, sadələşdirilmiş vergi ödəyicisi olan şəxsin ƏDV qeydiyyatına alındıqda qeydiyyat tarixinə olan mal qalığının ƏDV qeydiyyatından sonrakı tarixdə təqdim olunması ƏDV-yə cəlb olunan əməliyyat sayılır. Bu nə dərəcədə doğru yanaşmadır? Qeyd olunan mallar əldə olunarkən ƏDV ödənilmişdir və əvəzləşmə hüququ olmadığından birbaşa malın maya dəyərinə əlavə olunmuşdur. Qanunun bu formada şərhi vergi ödəyicisini əlavə öhdəlik altına salır. Vergi Məcəllənin 3.1-ci bəndində deyilir: Vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. Burada ədalətlilik prinsipi pozulur. Nazirliyin qeyd olunan məsələyə ilə bağlı şərhinə əsaslandırılmış cavab verməyinizi xahiş edirəm.
13/05/2020 Read: 172 Average count: 5

Bildiririk ki, əvəzləşdirilən ƏDV-nin məbləği vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturaları üzrə nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödəmələr üzrə ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarda ödənilən vergi məbləği sayılır.

ƏDV ödəyiciləri tərəfindən ödənilmiş ƏDV-nin əvəzləşdirilməsinə yol verilən hallar və məhdudiyyətlər Vergi Məcəlləsinin 175-ci maddəsində təsbit edilmişdir.

Eyni zamanda Vergi Məcəlləsinin 175.1-ci maddəsində ƏDV-nin əvəzləşdirilməsi qaydası və şərtləri göstərilmişdir. Vergi Məcəlləsinin 159.7-ci maddəsində qeyd edilənlər Vergi Məcəlləsinin 175-ci maddəsinə əsasən ƏDV-nin əvəzləşdirilməsi hüququnun olmaması və ya əvəzləşdirilməsinə qismən yol verilməsi Vergi Məcəlləsinin 175.2-ci, 175.4-cü və 175.6-cı maddələri ilə müəyyən edilir.

ƏDV-nin əvəzləşdirilməsi hüququ olmayan əməliyyatlar üzrə, yəni Vergi Məcəlləsinin 175.2-ci, 175.4-cü və 175.6-cı maddələrində göstərilən əməliyyatlar üzrə alınmış mallar təqdim edilərkən Vergi Məcəlləsinin 159.7-ci maddəsinin müddəaları tətbiq edilir.

Qeyd olunanlara əsasən, sorğunuzda göstərilən halda vergi ödəyicisi tərəfindən ƏDV qeydiyyatına alındığı tarixdən əvvəlki (sadələşdirilmiş vergi ödəyicisi olduğu) dövrdə əldə etdiyi mallar digər şəxsə təqdim edilərkən  159.7-ci maddə tətbiq olunmayaraq, ümumi qaydada ƏDV-yə cəlb olunur.

5/5 (1 Average count)
Qiymət ver:
Ələkbərova Samirə Eytibar sy***@list.ru ID: 1964
Salam. Mən ləğv etmək üçün ərizə göndərmişəm. Amma ləğv bəyannaməsi də lazım olduğunu dedilər. Ləğv bəyannaməsinin formasını necə və haradan əldə etmək olar?
13/05/2020 Read: 66 Average count: 0

Bildiririk ki, gəlir vergisinin ödəyicisi olan vergi ödəyicisi Azərbaycan Respublikasında fəaliyyətini dayandırdıqda, habelə vergi ödəyicisi olan fiziki şəxsin fəaliyyətinə xitam verildikdə 30 gün müddətində vergi orqanlarına bəyannamə verməlidir. Bu maddənin məqsədləri üçün hesabat dövrü vergi ilinin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı və ya fiziki şəxsin fəaliyyətinə xitam verildiyi günə qədər olan dövrü əhatə edir.

Sadələşdirilmiş verginin ödəyiciləri fəaliyyətini dayandırdıqda, habelə vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə və ya fərdi sahibkarın fəaliyyətinə xitam verildikdə, Vergi Məcəlləsində müəyyən olunmuş müddətdən gec olmamaq şərtilə vergi orqanına bəyannamə təqdim edilməlidir. Bu zaman vergi dövrü hesabat dövrü sayılan müddətin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı, habelə vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildiyi və ya fərdi sahibkarın fəaliyyətinə xitam verildiyi günə qədər olan dövrü əhatə edir.

Bəyannamələr təqdim edilərkən bəyannamənin növü "ləğv" seçilməlidir. Bəyannamələrin formaları və doldurulması qaydaları ilə səhifəmizin Bəyannamə bölməsində tanış ola bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin  149-cu,  və 221-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Şerqiyye Məmmədzadə Afet le***@gmail.com ID: 1963
2019-cu ildə VÖEN açmışam və istifadə etmişəm. 2020-ci ilin yanvar ayında 6 saylı dairəyə yaxınlaşıb VÖEN-i dayandırmağı və nə qədər borcum varsa ödənilməsi üçün mənə deyilməsinə xahiş etmişəm. Həmin vaxt əməkdaş tərəfindən mənə borcun miqdarı deyildi və hamısını ödəyib borcu 0-ladım. Həmin müddətdən sonra da VÖEN-i istifadə etməmişəm. 11.05.2020 tarixdə mənə zəng edilib 71 AZN borcumun olduğu bildirilir və idarəyə yaxınlaşıram 108 Azn borcun var deyirlər. Hesabım bağlı olduğu halda və istifadə etmədiyim , borclarımı yanvar ayında ödədiyim halda bu borc niyə və nə səbəbə yazılıb ? Zəhmət olmasa bu barədə mənə tam açıq məlumat verəsiniz.
13/05/2020 Read: 158 Average count: 4

Müraciətinizin araşdırılması üçün qeydiyyatda olduğunuz vergi orqanına və ya səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə rəsmi  qaydada müraciət etməyiniz xahiş olunur.

4/5 (6 Average count)
Qiymət ver:
Nəriman İmanov İsa na***@tut.by ID: 1962
Salam. Mən ƏDV-nin bir hissəsinin geri qaytarilmasi barəsində suallar vermək istəyirəm.1.Alınan malın dəyəri hissə-hissə ödənilərsə ƏDV neçə geri qaytarılır? 2. ƏDV nin geri qaytarilmasi komunal ödənişlərə ,mobil operator ödənişlərinə və sair ödənişlərə tətbiq olunurmu? Sizdən bunlar barəsində geniş məlumat vermənizi xahiş edirəm.
13/05/2020 Read: 40 Average count: 0

Ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin geri qaytarılması barədə məlumatlar, qaydalar, videotəlimat, müsahibələr, ən çox verilən suallar (o cümlədən qeyd etdiyiniz suallar) və həmin sualların cavabları, eləcə də digər faydalı məlumatlarla Buradan tanış ola bilərsiniz. 

0/5 (0 Average count)
Qiymət ver:
Şirin Qafarova Azər gh***@gmail.com ID: 1961
Salam. Mikrosahibkarlara yardım kompaniyası çərçivəsində ödənişlər birdəfəlik ödənişlər formasında həyata keçirilir dedikdə sadəcə 1 dəfə veriləcək bütün karantin müddətində, yoxsa hər ay üçün nəzərdə tutulub? Aprel ayında 250 manat alınıb, bəs may ayı üçün də nəzərdə tutulub mu?
13/05/2020 Read: 41 Average count: 0

Bildiririk ki, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi 250 manatdan 5000 manatadək birdəfəlik ödəmə formasında həyata keçirilir, yəni növbəti aylarda bu mlaiyyə dəstəyinin ödənilməsi nəzərdə tutulmur.

Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi çərçivəsində isə məbləğ iki bərabər hissəyə bölünməklə 2 ay ərzində ödənilir.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və cavablar, maliyyə yardımı almış vergi ödəyicilərinin siyahısı, eləcə də digər faydalı məlumatlarla buradan tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Elvin Cəfərquliyev el***@mail.ru ID: 1960
Salam. Mənim 17.01.2020 ci ilde övladim dünyaya gəlib. Mən Asan xidmətdən uşagın sənədini aldım. Sosiala getdim, oradan mənə vergi ödəyicisi olduğuma görə Dost-a yönləndirdilər. Orada da mənə sənədləri asan elektron göndərmək lazım olduğunu və təxmini 1 ay sonra Asan xidmətin verdiyi kağızla Vergilərə yaxınlaşmalı oldugumu dedilər. Artıg 4 aydır ki, mən vergi ödəyicisi olduğuma görə süd pulunu ala bilmirəm. Çox xahiş edirəm mənə kömək edin.
13/05/2020 Read: 29 Average count: 0

 "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunmuş kateqoriyadan olan uşağın anadan olmasına görə birdəfəlik müavinətin ödənilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətlərinə aid edildiyi üçün aidiyyəti üzrə qeyd olunan nazirliyə müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Fərid Məmmədli Aslan fe***@bk.ru ID: 1959
Asan imza sertifikatı almaq istəyirdim.
12/05/2020 Read: 28 Average count: 0

Bildiririk ki, “ASAN İmza” sertifikatlarının alınmasi üçün müraciət edən şəxs hər hansı mobil operatordan (Azercell, Bakcell, Nar Mobile) Asan İmza SİM kartı əldə etdikdən sonra tələb olunan digər sənədlərlə Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzinə (ASXM) müraciət edilməlidir. Təqdim edilmiş sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra müraciət etmiş şəxslə ASXM arasında yazılı müqavilə bağlanılır və ona müvafiq sertifikat çap olunaraq kağız daşıyıcıda təqdim edilir.

Həmçinin, bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulunun İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməsinə başlanılmışdır. 

0/5 (0 Average count)
Qiymət ver:
Cavad Hüseynbəyli Tofiq ja***@gmail.com ID: 1957
Hər vaxtınız xeyir. 11.05.2020 tarixində 9yT6kvPJistU fiskal IDli çek əldə etmişəm və bu gün (12.05.2020) tarixində edvgerial.az saytında kabinetimdə həmən fiskal ID-ni daxil etmişəm, amma qaytarılmalı olan ƏDV 0.90 AZN kimi göstərilir (halbuki, saytın "Kalkulyator" bölməsində "Bu çek üzrə qaytarılmalı ƏDV 0.01 AZN-dən azdır" yazısı çıxır). Xahiş edirəm, ƏDV-nin mənə qaytarılmalı olan hissəsi qanunvericiliyə uyğun olaraq ədalətli şəkildə qeyd edilsin (0.01-dən az olduğu təqdirdə informasiya düzgün şəkildə əks olunsun). Diqqətinizə görə təşəkkür edirəm.
12/05/2020 Read: 78 Average count: 0

Bildiririk ki, alınan mallar ƏDV məbləği hesablanmayan və ya ƏDV-dən azad edilən məhsullar olduqda, çek üzrə qaytarılmalı ƏDV məbləği 0.01 AZN-dən aşağı olduqda  və ya malların dəyəri bonus, hədiyyə kartları, hədiyyə kupunları və s. ilə ödənilkdə, yaxud ödənişin tipi avans olduqda və başqa hallarda müvafiq xəta mətni əks olunur.

Ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin geri qaytarılması barədə məlumatlar, qaydalar, videotəlimat, müsahibələr, ən çox verilən suallar və həmin sualların cavabları, eləcə də digər faydalı məlumatlarla Buradan tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Mirzəyeva Süsənbər Şakir su***@mail.ru ID: 1956
Salam. Mənim Daimi yaşamaq üçün icazə vəsiqəm var lakin ƏDV-nin qaytarılması üçün qeydiyyatdan keçə bilmirəm. Bu əməliyyatı ancaq Azərbaycan Respublikası vətəndaşları edə bilər?
12/05/2020 Read: 31 Average count: 5

Bildiririk ki, istehlakçı əcnəbi və ya vətəndaşlığı olmayan şəxsdirsə, ƏDV "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası"na əsasən yalnız həmin şəxslərin milli valyutada bank kartı (və ya hesabı) olduqda qaytarılır.

5/5 (1 Average count)
Qiymət ver:
SƏRXAN ƏFƏNDİYEV HÜSAMƏDDİN se***@mail.ru ID: 1955
Salam, mən VÖEN 1803966792 üzrə vergiyə tam borcumu ödəmişəm, lakin mənə əlavə olaraq 34 manar borc yazılır, mən hesab edirəm ki həmin borc DSMF borcudur, həmin borcuda yanlışılıqla vergi borcu kimi ödəmişəm, həmin ödənişi dsmf-yə köçürməyinizi xahiş edirəm.
12/05/2020 Read: 45 Average count: 0

Bildiririk ki, səhv təsnifat kodu üzrə həyata keçirilmiş ödənişlərin büdcə təsnifatı kodlarının dəyişdirilməsi mümkündür. Bununla bağlı qeydiyyatda olduğunuz vergi orqanına müraciət edə bilərsiniz. 

0/5 (0 Average count)
Qiymət ver:
Salmanova Sevinc Sabir se***@gmail.com ID: 1953
Salam, mən heç bir yerdə işləmirəm, amma vergi ödəyicisi kimi qeydiyyatdayam. 8 il bundan əvvəl bağlatdırmışdım. İndi sms gəlib ki, aktivdir. Necə bağlatdıra bilərəm?
12/05/2020 Read: 33 Average count: 0

Bildiririk ki, vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin  müvəqqəti  dayandırılması prosedurları fərqlidir.
Belə ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə,  fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.
Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Həmçinin, bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulunun İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməsinə başlanılmışdır. 

0/5 (0 Average count)
Qiymət ver:
Sakit Adilov Adil oğu sa***@mail.ru ID: 1952
Salam. Əmtəə nişanının mülkiyyət hüququ ƏDV ödəyicisi olan şirkətə aiddir. Müqavilə əsasında həmin əmtəə nişanından istifadə edən digər bir şirkət bu istifadəyə görə bizə ildə 12.000 manat ödəyir. Şirkətimizə ödənən 12.000 AZN məbləğ royalti sayıldığı üçün ƏDV -yə cəlb etməmişik. Doğrumu etmişik?
12/05/2020 Read: 66 Average count: 0

Bildiririk ki, qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunması, yaxud istifadə hüquqlarının verilməsinə görə mükafat şəklində alınan ödənişlər ƏDV-nin vergitutma obyektini yaratdığına görə 18 faiz dərəcə ilə ƏDV də tətbiq olunmalıdır.

Əsas: : Vergi Məcəlləsinin 13.2.9-cu, 159-cu maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
İntiqam Abid Əliheydər in***@yahoo.com ID: 1951
İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. “İşsizlikdən sığorta haqqında” Qanunun 9-cu maddəsinə əsasən işsizlikdən sığorta üzrə sığorta tarifləri sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə – hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi, sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə – işçinin əməkhaqqının 0,5 faizidir. Əmək Məcəlləsinin 154-cü maddəsinin müddəalarına əsasən əməkhaqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Əmək Məcəlləsinin 157-ci maddəsinin müddəalarına görə əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Tarif (vəzifə) maaşı işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir. Tarif (vəzifə) maaşı işçilərə müvafiq normativ sənədlərə uyğun olaraq işəgötürın tərəfindən müəyyən olunur.Əmək haqqına əlavə əmək şəraiti ilə əlaqədar əvəz ödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. Əmək haqqına əlavə dedikdə işçilərə əmək şəraitinə (ağır təbii-iqlim, zərərli,susuzluq və.s), yüksək ixtisasa, elmi dərəcəyə müvafiq olaraq, habelə həvəsləndirmək məqsədilə verilən digər ödəmələr başa düşülür. Mükafat əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir. Göründüyü kimi, işsizlikdən sığorta haqqı sığortaolunanın əməkhaqqından hesablanır. Hesab edirəm ki, kompensasiya, Əmək Məcəlləsinin 157-ci maddəsinin müddəalarına görə əmək haqqının tərkibinə aid edilən tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar hesab edilmədiyindən işsizlikdən sığorta haqlarının hesablanması zamanı 0,5 %-ə cəlb olunumayacaq. Sualım bundan ibarətdir ki, ödənilən kompensasiya məbləği işsizlikdən sığorta haqlarının hesablanması zamanı 0,5 %-ə cəlb olunumu?
12/05/2020 Read: 139 Average count: 3

“İşsizlikdən sığorta haqqında” Qanunun 9-cu maddəsinə əsasən işsizlikdən sığorta üzrə sığorta tarifləri sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə – hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi, sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə – işçinin əməkhaqqının 0,5 faizidir.

Əmək ödənişi - fiziki şəxslərin muzdlu işlə bağlı gəliri hesab olunmaqla özündə əmək haqqını və bu işdən alınan hər hansı ödəməni və ya faydanı cəmləşdirir. Əmək Məcəlləsinin 154-cü maddəsinin müddəalarına əsasən əməkhaqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

Əmək Məcəlləsinin 157-ci maddəsinin müddəalarına görə əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Tarif (vəzifə) maaşı işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir. Əmək haqqına əlavə əmək şəraiti ilə əlaqədar əvəz ödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. Mükafat əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir.

Göründüyü kimi, işsizlikdən sığorta haqqı sığortaolunanın əməkhaqqından, yəni işəgötürən tərəfindən sığortaolunana (işçiyə)  pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusundan ibarət məbləğdən hesablanır. İşəgötürən tərəfindən işsizlikdən sığorta haqqı sığortaolunanın əməyin ödəniş fondundan- muzdlu işdən əldə edilən gəlirlərindən hesablanır.

Qeyd edilənlərə əsasən əmək haqqının tərkibinə daxil olmayan ödənişlər, o cümlədən işçilərə və ya işçinin xeyrinə üçüncü şəxslərə ödənilən sosial xarakterli və kompensasiya xarakterli ödənişlər işçinin işsizlikdən sığorta haqqına cəlb olunan gəlirlərinə aid edilmir.

Əsas: "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının 30 iyun 2017-ci il tarixli 765-VQ nömrəli Qanunu

3/5 (2 Average count)
Qiymət ver:
Qeferova Gulbahar Mubariz qızı ba***@gmail.com ID: 1950
Salam, mən işlədiyim yerdən 8 ay öncə çıxsam da, müqaviləmi özümdən xəbərsiz aktiv saxlayıblar. Bu yaxınlarda 190 azn yardım almaq üçün müraciət etdim və məlum oldu, sən demə mən hələ də işləyirəm. Həmin yerlə əlaqə saxladım, pandemiya vaxtı məni ərizə yazmamış hec bir sənəd olmadan işdən azad etdilər. Birbaşa qanun pozuntusuna yol veriblər, mən hara kimə və necə şikayət edə bilərəm? Haqqımı necə tələb edə bilərəm?
12/05/2020 Read: 28 Average count: 0

Bildiririk ki, sorğunuzda qeyd olunan məsələnin bilavasitə əmək qanunvericiliyinin tətbiqindən irəli gəldiyini nəzərə alaraq ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz daha məqsədəuyğundur
 

0/5 (0 Average count)
Qiymət ver:
elchin el***@rambler.ru ID: 1949
Salam. ƏDVgerial sistemində qeydiyyatdan keçmişəm. 21.03.20 tarixindən sonra olan çekləri daxil edərkən bəzilərini qəbul etmir. Yazir ki - bu çeklə əldə olunmuş mahsula görə ƏDV ödənilməyib.(Məsən - VÖEN-1401395111-13002 ,ECR Çek-141175, Çek nömrəsi-6 , 12.05.2020 tarixində saat 8-18 də). Bekə kimi çeklər çoxdur. Xahiş edirəm aydınlıq gətirəsiniz.
12/05/2020 Read: 34 Average count: 0

Bildiririk ki, alınan mallar ƏDV məbləği hesablanmayan və ya ƏDV-dən azad edilən məhsullar olduqda, müvafiq xəta mətni əks olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Zeynalov Ramil Xanlar oğlu et***@gmail.com ID: 1948
Salam. Asan İmzanın qeydiyyatı üçün hazırlanmış sənədləri göndərmək üçün elektron poçt ünvanı yazardınız zəhmət olmasa.
12/05/2020 Read: 43 Average count: 0

Bildiririk ki, “ASAN İmza” sertifikatlarının alınmasi üçün müraciət edən şəxs hər hansı mobil operatordan (Azercell, Bakcell, Nar Mobile) Asan İmza SİM kartı əldə etdikdən sonra tələb olunan digər sənədlərlə Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzinə (ASXM) müraciət edilməlidir. Təqdim edilmiş sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra müraciət etmiş şəxslə ASXM arasında yazılı müqavilə bağlanılır və ona müvafiq sertifikat çap olunaraq kağız daşıyıcıda təqdim edilir.

Həmçinin, bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulunun İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməsinə başlanılmışdır. 

0/5 (0 Average count)
Qiymət ver:
Pərvin Şükürov Rahim oğlu Qa***@inbix.ru ID: 1945
Mənə niyə 190 manat düşmədi? Mən heç bir yerdə işləmirəm, adıma mülkiyyət yoxdur
12/05/2020 Read: 25 Average count: 0

Sosial müavinətlər, işsizlik və Ünvanlı dövlət sosial yardımı məsələləri üzrə ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Ərəbov Sənan İlyas oğlu ar***@yandex.ru ID: 1944
Salam, fiziki şəxs öz mülkiyyətində olan əmlakının (torpaq sahəsinin) bir hissəsini təsisçisi olduğu MMC-nin nizamanmə kapitalına qoyur. Bu halda fiziki şəxsin çıxarışla mülkiyyətində olan əmlakı bölünməlidirmi? Yəni əmlakın bir hissəsi MMC-nin balansına qoyulursa mülkiyyət hüququ MMC-yə keçməlidir ya yox? Əgər mülkiyyət hüququ MMC-yə keçirsə bu hansı prosedurlardan keçirilməlidir? Rəsmiləşdirilməsi hansı qaydada aparılır? Sonradan əmlakın geri alınması təqdirdə təsisçi üçün hansı hüquq və vəzifələr yarana bilər?
11/05/2020 Read: 114 Average count: 0

Bildiririk ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.

Mülki Məcəllənin müddəalarına uyğun olaraq təsərrüfat ortaqlığının və ya cəmiyyətinin əmlakına qoyulan maya puldan, qiymətli kağızlardan, başqa əmlakdan və ya əmlak hüquqlarından və ya pul dəyəri olan digər hüquqlardan ibarət ola bilər. Təsərrüfat cəmiyyəti iştirakçısının mayasının pulla qiymətləndirilməsi cəmiyyətin təsisçiləri (iştirakçıları) arasında razılaşmaya əsasən yerinə yetirilir və müstəqil ekspert yoxlamasından (auditdən) keçməlidir.

Təsisçi tərəfindən nizamnamə kapitalına qoyulan və auditor tərəfindən qiymətləndirilən əmlakın dəyəri digər məlumatlarla yanaşı hüquqi şəxsin nizamnaməsində qeyd olunmaqla kommersiya hüquqi şəxsin dövlət qeydiyyatını aparan orqan (Vergilər Nazirliyi) tərəfindən qeydiyyata alınır, kommersiya hüquqi şəxsləri onların təsisçilərinin (iştirakçılarının, üzvlərinin) maya və ya haqq kimi onlara verdikləri əmlakın, habelə həmin hüquqi şəxslərin başqa əsaslar üzrə əldə etdikləri əmlakın mülkiyyətçiləri hesab olunur.

Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar Mülki Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

Müvafiq olaraq təsis olunmuş hüquqi şəxs təsisçinin nizamnamə kapitalına qoyduğu əmlaka mülkiyyət hüququnun qeydiyyata alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etməlidir.

Əsas: Mülki Məcəllənin 47-ci, 64.8-сi, 64.9-cu, 139.1-ci, 139.3-cü və 154.3-cü maddələri, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsi.

0/5 (0 Average count)
Qiymət ver:
Abdullayeva Aida Akif ai***@mail.ru ID: 1943
VÖEN uzun illərdir fəaliyyət göstərmədiyi üçün bağlıdır. Lakin müraciət etdikdə vergi ödəyicisi olduğu dedilər. Sosial müavinət verilmədiyi bu səbəb gətirdilər. 11 ildən çoxdur heç bir fəaliyyət yoxdur. Aydınlıq gətirərdiniz.
11/05/2020 Read: 41 Average count: 0

Bildiririk ki, vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin  müvəqqəti  dayandırılması prosedurları fərqlidir.
Belə ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə,  fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.
Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Həmçinin, bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulunun İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməsinə başlanılmışdır. 

0/5 (0 Average count)
Qiymət ver: