Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
İsayev Oktay ok***@gmail.com ID: 1869
Men 2019-cu ildə fərdi sahibkar kimi fəaliyyət göstərmişəm, vergi ödəyicisi olmuşam. 2020-ciilin əvvəlindən fəaliyyətimi dayandırmışam. Hal-hazırda işsizəm, VÖEN bağlıdır, bank hesablarım bağlıdır. Bilmək istərdim- mən pandemiya ilə əlaqədar maddi dəstəkdən yararlana bilərəmmi?
05/05/2020 Read: 39 Average count: 0

Bildiririk ki, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi 2 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olan, sabit qəbz almaqla fəaliyyət göstərən, daşıma fəaliyyəti ilə məşğul olan, yaxud gəlir vergisi mükəlləfiyyəti olan və 2019-cu ildə vergilərini, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarını ödəmiş və 2020-ci 1 mart tarixindən əvvəl fəaliyyətini dayandırmamış fərdi (mikro) sahibkarlara şamil edilir. 

0/5 (0 Average count)
Qiymət ver:
Orxan Cəfərli Azər oğlu or***@gmail.com ID: 1868
Bərbərxanada işçi kimi çalışan və əmək haqqına işləyən bir bərbərə Pandemiyaya görə Dövlət dəstəyinə əsasən həmin işçiyə göstərilən dövlət dəstəyinə əsasən ona ödəniləcək məbləğ qanunla nə qədər olmalıdır?
05/05/2020 Read: 39 Average count: 0

Bildiririk ki, dövlət pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin muzdlu işçilərinin əmək müqaviləsində qeyd olunmuş əməkhaqqı məbləğinin və ona müvafiq sosial sığorta haqlarının iki bərabər hissəyə bölünməklə 2 ay ərzində vergi ödəyicilərinin bank hesablarına köçürülməsini təmin edir. 

Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi zamanı ölkə üzrə 2020-ci ilin yanvar ayına olan orta aylıq əməkhaqqı (712 manat) əsas meyar olaraq götürülür. İşçilərin bir qismi orta aylıq əməkhaqqından daha yuxarı əməkhaqqı alırsa, o zaman onlara dövlət dəstəyi orta aylıq əməkhaqqı həddini aşmamaq şərtilə hesablanacaq.

0/5 (0 Average count)
Qiymət ver:
İsmayılov Pərviz Əlvan oğlu is***@gmail.com ID: 1867
Salam xahiş edirəm soyuq yanaşırlar ərizə göndərmişəm VÖEN ləğvi barədə, köməklik göstərin.
05/05/2020 Read: 37 Average count: 0

Bildiririk ki, vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin  müvəqqəti  dayandırılması prosedurları fərqlidir.
Belə ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə,  fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.
Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz. Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Pərvanə Şabətdinova Məmmədqulu qızı ib***@gmail.ru ID: 1865
5000314242 qeydiyyatlı VÖEN-in iş nömrəsi və şifrəsini zəhmət olmasa bizə bildirəsiniz
05/05/2020 Read: 29 Average count: 0

Dövlət Vergi Xidməti ilə elektron sənəd mübadiləsinin aparılması üçün istifadəçi kodu, parol və şifrənin yenidən verilməsi üçün istənilən vergi ödəyicilərinə xidmət mərkəzlərinə "Elektron sənəd mübadiləsi haqqında Ərizə” ilə müraciət etməlisiniz. Yeni istifadəçi kodu, parol və şifrə emal müddəti nəzərə alınmaqla müraciət zamanı təqdim olunur.

Həmçinin bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanılmışdır. Onlayn növbəyə yazılmaq üçün bu linkdən istifadə edə bilərsiniz.

Əsas: Vergilər nazirinin  24.06.2019-cu il tarixli əmri ilə təsdiqlənmiş “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”

0/5 (0 Average count)
Qiymət ver:
Elmir Rəhimov Tapdıq ar***@mail.ru ID: 1864
Vergi borcu ilə bağlı.
05/05/2020 Read: 31 Average count: 0

Vergi borcunuz barədə məlumatı Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng edərək “3” düyməsini seçib öz VÖEN-nizi daxil edib “#” düyməsini sıxmaqla və ya saytımızın "Xidmətlər" bölməsinin "E-xidmətlər" altbölməsindəki "Vergi borcu barədə məlumatın verilməsi" elektron xidmətə aid pəncərəyə VÖEN-nizi daxil etməklə əldə edə bilərsiniz.

Bununla yanaşı, vergi, sosial və işsizlikdən sığorta haqqı üzrə borc ilə bağlı məlumat vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edilməklə, gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda onlardan istifadə edilməklə “İnternet Vergi İdarəsi”ndən (“E-bəyannamə & ƏDV-DH & ŞHV” “Məlumat axtar” “Şəxsi hesab vərəqəsi”) əldə edilə bilər.

 

0/5 (0 Average count)
Qiymət ver:
Seferov Murad Tofiq oglu Mu***@bk.ru ID: 1863
Salam. Fiziki şəxslərin gəlir vergisi necə hasablanılır? Hansı xərclər hesablanılır və tutulmalar necə hesablanır? Hansı faizlə? Xahiş edirəm ətraflı izahat verərdiniz.
05/05/2020 Read: 71 Average count: 0

Bildiririk ki, neft-qaz sahəsində və ya dövlət sektoruna aid edilən vergi ödəyicilərində işlədiyi halda fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda həmin məbləğin 200 manatadək olan hissəsi gəlir vergisindən azaddır. Buna əsasən aylıq əməkhaqqından 200 manat çıxılmaqla qalan fərqdən 14 faiz dərəcə ilə gəlir vergisi hesablanır . Həmin fiziki şəxsin sosial sığorta haqqına cəlb edilən aylıq gəlirindən 3 faiz işçi, 22 faiz isə işəgötürən tərəfindən sosial sığorta haqqı ödənilr.

Müraciətinizin muzdlu işlə əlaqədar əldə edilən gəlirdən ödənilən gəlir vergisinə aid edildiyi halda bildiririk ki, 1 yanvar 2019-cu il tarixdən qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8000 manatadək olduqda vergi 0 faiz, 8000 manatdan çox olduqda 8000 manatdan çox olan məbləğin 14 faizi məbləğində müəyyən edilir.

Həmin şəxsin sosial sığorta haqqına cəlb edilən aylıq gəliri 200 manat və az olarsa məbləğin 3 faizi, 200 manatdan çox olduqda isə 6 manat+200 manatdan çox hissənin 10 faizi miqdarında sosial sığorta haqqı tutulur.  İşəgötürən tərəfindən isə işçinin sığorta haqqına cəlb edilən aylıq gəlirinin 200 manatadək olan hissəsindən 22 faiz, 200 manatdan yuxarı olan hissəsindən 15 faiz dərəcə ilə sosial sığorta haqqı hesablanır 

Bununla yanaşı, sığortaedən (işəgötürən) tərəfindən ödənilən sığorta haqqı üzrə – hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi həcmində, sığortaolunan (işçi) tərəfindən ödənilən sığorta haqqı üzrə – işçinin əməkhaqqının 0,5 faizi həcmində işsizlikdən sığorta haqqı hesablanaraq ödənilməldir.

Vergi ödəyiciləri uçotda olduqları vergi orqanına “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)” rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq və hər rüb üçün ayrı-ayrılıqda təqdim etməlidirlər. Aprelin, iyulun, oktyabrın və yanvarın 20-i iş günü olmayan dövrə təsadüf edərsə, hesabatın təqdim olunması müddəti ayın 20-dən sonra gələn birinci iş gününə qədər artırılır.

Siz əmək haqqından tutulmaların hesablanması kalkulyatoru vasitəsilə əmək haqqından tutulan vergi və digər tutulmalar haqda məlumatı əldə edə bilərsiniz.

Sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərdən isə həmin gəlirin əldə olunması ilə bağlı olan və Vergi Məcəlləsinə əsasən gəlirdən çıxılmasına yol verilən xərclər çıxıldıqdan sonra 20 faiz dərəcə ilə gəlir vergisi hesablanmalıdır. 

Əsas: Vergi Məcəlləsinin 97-ci, 98-ci, 101.1-ci, 101.2-ci, 101.3-cü, 108-ci, 109-cu maddələri, “Sosial sığorta haqqında” Qanunun 14-cü maddəsi, “İşsizlikdən sığorta haqqında” Qanunun 9-cu maddəsi,  “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti 18 fevral 2019-cu il tarixli 56 saylı Qərarı.

0/5 (0 Average count)
Qiymət ver:
Hasilə Salahova Hasil Ha***@inbox.ru ID: 1862
Mən pos terminalnan ödəniş etmişəm mal almışam, pos terminalın çekini və kassa aparatının çekini veriblər, lakin kassa aparatı yeni nəsil kassa aparatı deyil. Mən ədv-nin geri qaytarılması üçün hara müraciət etməliyəm?
04/05/2020 Read: 56 Average count: 5

Bildiririk ki, pərakəndə ticarət və ictimai iaşə obyektlərindən alınmış mallara, göstərilmiş xidmətlərə görə ödənilən ƏDV-nin bir hissəsini geri almaq mümkündür. Bu zaman istehlakçı fiziki şəxs olmalı, ƏDV ödəyicisi olan satıcı isə yeni nəsil kassa aparatlarından istifadə etməlidir.

Ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin geri qaytarılması barədə məlumatlar, qaydalar, videotəlimat, müsahibələr, ən çox verilən suallar və həmin sualların cavabları, eləcə də digər faydalı məlumatlarla  Buradan tanış ola bilərsiniz.

5/5 (1 Average count)
Qiymət ver:
Abuşov Əmrah Cahangor öğ em***@gmail.ru ID: 1860
Salam, mən 190 manat birdəfəlik ödəmə ilə əlaqədar narahat edirəm. Mənim adım şirkətdə olduğumçün vermədilər. Rahatlığın Məkanı GOID MMC də bənna vəzifəsində çalışırdım, karona ilə əlaqədar iş dayandı, adımı işdən çıxarmamışdılar, onunla əlaqədar olaraq ala bilmədim. 15 gün olar adımı çıxarıblar, mən 190 manat ala bilərəm indi, yoxsa ki mənim maaşımın 50 % iş yerindən verilməlidir? Zəhmət olmasa, cavablandırardınız.
04/05/2020 Read: 30 Average count: 0

Bildiririk ki, dövlət pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin muzdlu işçilərinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsini həyata keçirir. Tikinti sektoru Nazirlər Kabineti tərəfindən fəaliyyəti məhdudlaşdırılmış sahələrə aid edilmədiyi üçün, həmin sahələrdə çalışan şəxslərin əməkhaqqı həmin sahibkarlar tərəfindən ödənilir. 

İşdən ayrılmağınızın səbəbinin araşdırılması və birdəfəlik yardım məsələləri üzrə ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Nərminə Əliyeva Asif na***@mail.ru ID: 1858
Salam. Ədvnin gei alınması üçün qeydiyyatdan keçdim lakin mənə dükanın birində çek veriblər Fiskal sözü yazılıb amma İD nömrəsi yoxdu qarşısında. O çeki sistemə necə əlavə edə bilərəm? Yoxsa o çek keçərli sayılmır?
04/05/2020 Read: 41 Average count: 0

Bildiririk ki, Fiskal ID malın sürətli məlumat kodu olaraq xüsusi qurğular vasitəsilə oxuna bilən QR kod və ya çek üzərində nəzarət mexanizmi qurğusu tərəfindən formalaşdırılan 12-lik say sistemi üzrə simvollardan ibarət unikal identifikator, yeni çek formalarının üzərində çap olunması zəruri olan məlumatlardır. Bu zaman ƏDV ödəyicisi olan satıcı  yeni nəsil kassa aparatlarından istifadə etməlidir.

Ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin geri qaytarılması barədə məlumatlar, qaydalar, videotəlimat, müsahibələr, ən çox verilən suallar və həmin sualların cavabları, eləcə də digər faydalı məlumatlarla  Buradan tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Royal Cabbarov Ismayıl ro***@mail.ru ID: 1857
Salam, mən ƏDV-nin qaytarılması ilə bağlı kömək etməyinizi xahiş edirəm, qeydiyatdan keçə bilmirəm, məlumatları doldurmaq üçün hər hansı bir pəncərə çıxmır axı.
04/05/2020 Read: 28 Average count: 0

İstehlakçı şəxsiyyətini təsdiq edən sənədin fərdi identifikasiya nömrəsi (FİN), doğum tarixi və mobil telefon nömrəsi vasitəsilə edvgerial.az portalında qeydiyyatdan keçməlidir. Bu zaman portalda elektron kabinet yaradılır. 

İstifadə qaydaları və digər məlumatlarla, o cümlədən videotəlimatla qeyd olunan saytda, həmçinin səhifəmizin Faydalı bölməsində tanış ola bilərsiniz.

 

0/5 (0 Average count)
Qiymət ver:
Şaiq Mirzəyev Balahüseyn sm***@gmail.com ID: 1856
Kompensasiyanın ödənilməsi üçün müraciət edirəm.
04/05/2020 Read: 43 Average count: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Anar Babayev Vahid oğlu an***@gmail.com ID: 1855
Müəssisənin işçisi 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə gəlirlərinin 50%-dən çox olmayan hissəsində yerli sığorta şirkəti ilə müqavilə bağlamışdır və müqavilə şərtlərinə əsasən işçinin əmək haqqından, məsələn əmək haqqı 1600 manatdırsa, hər ay aylıq olaraq 300 manat sığorta şirkətinə ödəniş edilir. Bu 300 manat məbləğin 248.70 manat məbləği işçinin əmək haqqından tutulur, 51.30 man isə 248.70 manata uyğun olaraq sosial sığorta haqqı hesablanır (22 % və 15%) və müəssisə tərəfindən şığorta şirkətinə ödəniş edilir. Sual ondan ibarətdir ki, bu ödənilən 51.30 manat Mənfəət vergisi bəyannaməsinin 221.2-ci (sosial sığorta xərcləri) sətrində əks olunmalıdır yoxsa digər bir sətrdə?
04/05/2020 Read: 103 Average count: 5

Bildiririk ki, sığortaedənin (işəgötürənin) vəsaiti hesabına sığortaedənin təşəbbüsü ilə onun tərəfindən işçinin xeyrinə həyatın yığım sığortası üzrə bağlanmış müqavilələr əsasında sığortaçılara ödənilən sosial sığorta haqlarından azad edilmiş sosial sığorta haqqı məbləğləri işçinin gəlirlərinə aid edilir. Bu halda işçinin aylıq gəliri işəgötürən tərəfindən onun xeyrinə sığortaçı şirkətə ödənilən məbləğ daxil olmaqla müəyyən edilir. 

İşəgötürən tərəfindən muzdla işləyən fiziki şəxslərə (daimi və müvəqqəti) aparılan əmək haqqı və ona bərabər tutulan ödənişlərin məbləğləri “Mənfəət vergisinin bəyannaməsi”nin “Əmək haqqı və ona bərabər tutulan ödənişlər” sətrinin müvafiq xanalarında qeyd olunur.

Əsas: Vergi Məcəlləsinin 98-ci maddəsi, Azərbaycan Respublikası Vergilər nazirinin 10.01.2020-ci il tarixli 1917040101750800 №-li Əmri ilə təsdiq edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin tərtib edilməsi Qaydası

5/5 (2 Average count)
Qiymət ver:
Hümbətov Elmar İsa oğlu el***@mail.ru ID: 1854
Salam, koronavirus pandemiya ilə əlaqədar mənə və işçimə göstərilən yardım mənim müştərisi olduğüm AG banka göndərilir. Məlumunuz var ki, bu bank bağlanır və biz yardımı ala bilmirik. Mümkünsə biz müştərisi olduğumuz başqa bir banka göndərilsin. Əgər mümkünsə bunu necə edə bilərik? Təşəkkürlər.
04/05/2020 Read: 33 Average count: 0

Bildiririk ki, muzdlu işçilərinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi çərçivəsində növbəti ay üçün maliyyə dəstəyinin digər bank hesabınıza köçürülməsi üçün rəsmi qaydada Dövlət Vergi Xidmətinə müraciət edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Nicat Dəmirov Rasim ap***@mail.ru ID: 1853
Salam Sahibkarlara ayrılan yardımdan faydalanmaq üçün online olaraq müraciət etdim. Qeydiyyatdan keçdim. Banka getdikdə kapital bankın Yasamal filialından hesabımın bağlı olduğunu və yeni hesab açılmalı olduğunu bildirdilər. Yeni hesab açdım. Rekvizitləri online olaraq göndərdim. Zəhmət olmasa bundan sonra harasa, nəsə göndərməli olub olmadığımı mənə məlumat verəsiniz. Təşəkkürlər.
04/05/2020 Read: 34 Average count: 0

Bildiririk ki, fərdi (mikro) sahibkarlar üçün maliyyə dəstəyi əldə etməyiniz üçün aktiv bank hesabınızın olması tələb olunur. Bank hesabı açdıqdan sonra "Fərdi sahibkarlara (mikro) dəstək proqramı üzrə müraciət" ərizəsini vergi orqanına təqdim etməlisiniz. Müraciətlər sistem tərəfindən avtomatik yoxlanılır və uyğunsuzluq aşkar edilmədiyi halda müraciət qəbul edilir. Müraciətin nəticəsi və vəsaitin bank hesabına köçürülməsi barədə məlumat bildiriş formasında vergi ödəyicisinin İnternet Vergi İdarəsindəki (www.e-taxes.gov.az) elektron kabinetinə və SMS şəklində mobil telefonuna göndərilir.

0/5 (0 Average count)
Qiymət ver:
İlknur Şirinov Adil il***@mail.ru ID: 1852
Salam. Müraciətimin səbəbi mənim adıma olan müəssisələrin hansıların aktiv hansıların deaktiv olduğunu öyrənməkdir. İkinci sualım mənə 190 manat sosial yardım verilmədi, buna səbəb həmin müəsisələr ola bilər? Əvvəlcədən təşəkkülərimi bildirirəm.
04/05/2020 Read: 31 Average count: 0

Bildiririk ki, Dövlət Vergi Xidmətinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən qanuni təmsilçisi olduğunuz 5100347691 "ARQO-S" Məhdud Məsuliyyətli Cəmiyyəti, 5100354181 "REC" Məhdud Məsuliyyətli Cəmiyyəti, 5100555851 "AR STANDART" Məhdud Məsuliyyətli Cəmiyyəti, 5100589001 "AMM İNGİNERİNG" Məhdud Məsuliyyətli Cəmiyyəti və 5100679211 "RAMİ" Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətləri dayandırılmışdır. 
Sosial müavinətlər, işsizlik və Ünvanlı dövlət sosial yardımı məsələləri üzrə ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 30-cu maddəsi, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə".

0/5 (0 Average count)
Qiymət ver:
Sadiq Əkbərli Qüdrət Va***@gmail.com ID: 1851
Salam, mən vergi ödəyicisiyəm, hər ay da vergi ödəyirəm, əlimdə də vergi ödədiyim məbləğlərin qəbzi var, Bakı Beynəlxaq Avtovağzalında Sabirabad-Bakı marşrutunda fəaliyyət göstərirəm, pandemiya ilə əlagədar fəaliyyətimi dayandırıblar, mart ayının 27-si gününə qədər də vergi rüsumumu ödəmişəm, qəbzim də əlimdədir Xahiş edirəm mənə maddi dəstək göstərilməsiylə bağlı köməklik edəsiniz, sabirabad rayon 5 saylı Ərazi Vergi İdarəsinə də müraciət etmişəm, mənə dedilər, sənin VÖEN-in bağlıdır, xahiş edirəm bu işi araşdırın, bağlıdırrsa mən bu məbləğləri necə ödəmişəm və hara ödəmişəm. VÖEN seriyam da budur- 6800436162. Sonuncu qəbz nömrəm də fevral və mart ayının nömrəsi də budur 009815. Xahiş edirəm, bu işi araşdırıb tezliklə mənə köməklik edəsiniz, çox sağ olun, bu qədər.
04/05/2020 Read: 39 Average count: 0

Bildiririk ki, fərdi (mikro) sahibkar şəxslər 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərlər. Maliyyə dəstəyi 2 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olan, sabit qəbz almaqla fəaliyyət göstərən, daşıma fəaliyyəti ilə məşğul olan, yaxud gəlir vergisi mükəlləfiyyəti olan  fərdi (mikro) sahibkarlara şamil edilir. Müraciətinizdə qeyd olunanlara əsasən fəaliyyətinizin  2020-ci ilin 1 mart tarixindən əvvəlki tarixdə dayandırıldığı üçün, sizə maliyyə dəstəyinin göstərilməsindən imtina edilmişdir.

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir.

Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) qeydiyyatda olduğunuz vergi orqanına və ya səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

 

0/5 (0 Average count)
Qiymət ver:
Abbasov Elçin Əli oglu ag***@gmail.com ID: 1850
Məlum olduğu kimi dünyanın hər bir yerində olduğu kimi ölkəmizdə də coronavirus pandemiyasi ilə əlaqədar vətəndaşların hərəkətlərinə məhdudiyyətlər tətbiq olunur. Vergi xidməti bunu nəzərə alaraq bəyannamələrin təqdim müddətlərini uzatmışdır. Vergi Məcəlləsinə əsasən vergi ödəyicisi aprel ayının 20-nədək sadələşdirilmiş vergi vəya gəlir vergisi ödəyicisi olması barədə məlumatı vergi orqanına təqdim etməlidir. Pandemiya ilə əlaqədar bu müddət də uzadılırmı?
04/05/2020 Read: 52 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsinə ediləcək dəyişikliyə əsasən müvəqqəti vergi rejiminin tətbiq edildiyi mikro sahibkarlıq subyekti olmayan vergi ödəyiciləri əvvəlki il üzrə mənfəət (gəlir) və əmlak vergisi hesabatlarını müvafiq olaraq Məcəllənin 149.2-ci və 201.5-ci maddələrinə əsasən təqdim edir, hesablanmış vergini cari ilin sentyabrın 1-dən gec olmayaraq ödəyirlər. Mikro sahibkarlıq subyektləri 2020-ci ilin birinci və ikinci rübləri üzrə bu Məcəllənin 221.3-cü maddəsində nəzərdə tutulmuş hesabatı, habelə bu Məcəllənin 149.2-ci və 201.5-ci maddələrində nəzərdə tutulmuş hesabatları cari ilin sentyabrın 1-dək vergi orqanına təqdim edir və hesablanmış vergini cari ilin sentyabrın 1-dən gec olmayaraq ödəyirlər.

Əsas: Vergi Məcəlləsinin 223-cü maddəsi.

0/5 (0 Average count)
Qiymət ver:
Cəfər ce***@box.az ID: 1849
Xahiş edirəm, qanunvericiliyin maddələri ilə yox, konkret yazdığım misal ilə izah edəsiniz. Maye qazın satışı ilə məşğul ilə oluram, illik gəlir və xərclərimi necə müəyyən etməliyəm? - Topdan satış ilə mənə qaimə təqdim olunur. Qaimədə ölçü vahidi kimi ton, malın dəyəri, ƏDV-si və yol vergisi yazılır. Sual 1: Maye qazın satış qiyməti 45 qəpik olanda müvafiq olaraq ton, malın dəyəri, ƏDV və yol vergisi 5.81, 2775.01, 499.5, 211.48 manat qeyd olunub. Bir elektron qaimə-fakturada yazılan göstəricilərə əsasən Tarif (qiymət) Şurası tənzimləyən qiymətləri nəzərə alaraq mənim gəlir vergisi bəyannaməsində gəlirimi və xərcimi müəyyən etmək üçün düsturu qeyd etməklə cavabı yazasınız, zəhmət olmasa. Sual 2: Maye qazın satış qiyməti 65 qəpik olanda bir elektron qaimə-fakturada müvafiq olaraq ton, malın dəyəri, ƏDV və yol vergisi 5.44, 4211.85, 758.13, 198.02 manat qeyd edilib. Tarif (qiymət) Şurası tənzimləyən qiymətləri nəzərə alaraq mən gəlirimi və xərcimi hansı düsturla və necə hesablamalıyam? Zəhmət olmasa, izah verərdiniz. Ətraflı cavab yazacaqsınızsa, minnətdar olaram.
04/05/2020 Read: 137 Average count: 3

Bildiririk ki, yol vergisinin ödəyiciləri Azərbaycan Respublikasının ərazisində avtomobil benzininin, dizel yanacağının və mayeqazın istehsalı və ya idxalı ilə məşğul olan şəxslərdir.

Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal edilən avtomobil benzini, dizel yanacağı və maye qaz yol vergisinin vergitutma obyektidir.

Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi onların hər litrinin topdansatış qiymətinə (ƏDV və aksiz daxil olmaqla) 0,02 manat əlavə edilməklə hesablanır.

Qeyd edilən neft məhsullarının pərakəndə satış qiymətindən ödənilmiş yol vergisi çıxıldıqdan sonra qalan məbləğdən ƏDV nəzərə alınmadan ƏDV-nin hesablanması həyata keçirilir, həmin məhsulları istehsalçıdan alarkən ödənilmiş aksiz və yol vergisi, habelə əvəzləşdirilə bilməyən ƏDV məbləği bu malların dəyərinə və malların dəyəri gəlirin əldə edilməsi ilə bağlı olduğu halda isə gəlirdən çıxılan xərclərə aid edilir.

Əsas: Vergi Məcəlləsinin 108-ci, 119-cu, 143-cü, 161.1-ci, 211.1.2-ci və 220.1-1-ci maddələri.

3/5 (2 Average count)
Qiymət ver:
Həmid Mustafayev ha***@bk.ru ID: 1848
Vergi Məcəlləsinin 16.1.8 ci maddəsində bir sıra fəaliyyət növləri istisna olmaqla, pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə nağd pul hesablaşmalarını nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirilməsi qeyd edilir. Əsas fəaliyyəti topdan satış olan müəssisə anbarında pərakəndə satışda həyata keçirir, bu zaman kassa aparatından istifadə edilir. Bu zaman kassa aparatnın istifadəsində hər hansı qanun pozuntusu varmı?
03/05/2020 Read: 70 Average count: 5

Bildiririk ki, tərəfinizdən sorğunuzda qeyd olunan şəxslərə istehlak məqsədilə malların təqdim edilməsi pərakəndə ticarət qaydasında satış hesab olunur və həmin şəxslərə nəzarət-kassa aparatının çeki təqdim edilməlidir.

Həmçinin bildiririk ki, topdansatışla məşğul olan müəssisə eyni zamanda pərakəndə qaydada satışla məşğul olduqda, fəaliyyət yeri üzrə vergi orqanına pərakəndə satış obyektini ayrıca uçota qoymaq üçün “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınması haqqında ərizə” təqdim etməli, təsərrüfat subyektində yerinə yetiriləcək əsas və digər fəaliyyət növləri ilə yanaşı vergi ödəyicisi tərəfindən pərakəndə satışa uyğun fəaliyyət növü haqda vergi ortqanına məlumat təqdim etməlidir. 

Əsas: Vergi Məcəlləsinin 13.2.62-ci, 13.2.63-cü, 16.1.8-ci, 33-cü, 34-cü maddələri. 

 

 

5/5 (1 Average count)
Qiymət ver:
Əhmədova Hökümə Eldar qızı se***@mail.ru ID: 1847
Vöen-imi bağlatdırmaq istəyirəm.
03/05/2020 Read: 37 Average count: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver: