Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Aytən Bədəlova sh***@gmail.com ID: 1524
Salam hər vaxtınız xeyir olsun, mən adıma olan VÖEN-i bir dəfəlik ləğv etdirmək istəyirəm. Əvvəllər Vergi orqanına yaxınlaşaraq Ərizə vermək tələb olunurdu. Hazırki karantin rejimini nəzərə alaraq online necə müraciət göndərə bilərik. Öncədən təşəkkürlər
22/04/2020 Read: 25 Average count: 0

Bildiririk ki, fəaliyyətə xitam vermək və vergi uçotundan çıxmaq üçün vergi ödəyicisinin uçotda olduğu vergi orqanına “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və vergi şəhadətnaməsi vergi orqanından təhvil götürüldüyü halda onun əsli təqdim edilməlidir. Vergi şəhadətnaməsi itirildikdə isə vergi ödəyicisi tərəfindən yazılı məlumat əlavə olaraq təqdim edilməlidir.

Uçotdan çıxarılma barədə ərizəni qəbul edən vergi orqanı əməkdaşı müraciət edən şəxsə forması Vergilər Nazirliyi tərəfindən müəyyən olunmuş “Uçotun ləğv edilməsinədək yerinə yetirilməli olan prosedurlar haqqında” bildirişi imzalayıb təqdim edir.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Vergi orqanı tərəfindən fiziki şəxs vergi uçotundan çıxarıldıqda ona verilmiş VÖEN vergi ödəyicilərinin uçot məlumat bazasında ləğv edilmiş kimi arxivləşdirilir və ona “Vergi ödəyicisinin uçotdan çıxarılması haqqında Bildiriş” göndərilir.

Həmçinin bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanılmışdır. 
Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları.

0/5 (0 Average count)
Qiymət ver:
Səfərəliyev Namiq İsmayıl oğlu na***@mail.ru ID: 1523
Salam. Tarif Şurasının 2 №-li qərarına əsasən (2015-ci ildə qüvvəyə minmiş) neft məhsullarının daşınması topdan satış fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinin üzərinə düşür. Lakin real olaraq SOCAR neft məhsullarını pərakəndə satış yerlərinə çatdırılmasını yerinə yetirmir və daşıma xərcləri sahibkar tərəfindən çəkilir (SOCARA sorğu edib dəqiqləşdirə bilərsiz). Sürücü ilə bağlanmış müqaviləyə əsasən daşımaya görə sürücünün bank hesabına pul köçürüb elektron qaimə faktura alıramsa həmin xərci Gəlir vergisi bəyannaməsində daşıma xərci kimi göstərmək olarmı? Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən.
22/04/2020 Read: 56 Average count: 1

Ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının şirkətdaxili, təchizat, topdansatış və pərakəndə satış tarifləri Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 14 yanvar 2015-ci  il tarixli 2 nömrəli Qərarı ilə tənzimlənir.

Təchizat tariflərinə neft məhsullarının ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması ilə bağlı bütün xərclərin daxil edildiyi Qərarın 2.5-ci bəndində əks olunmuşdur.

Göründüyü kimi, neft məhsullarının topdansatış tarifinin tərkibində təchizat xərcləri nəzərə alınmışdır və bu təchizat xərcləri satılan neft məhsullarının satıcı tərəfindən ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə (məntəqələrinə) qədər daşınması ilə bağlı bütün xərcləri də ehtiva edir. Buna əsasən tərəflər arasında bağlanmış alğı-satqı müqavilələrində neft məhsullarının alıcı tərəfindən satıcının neft terminalı bazasından öz nəqliyyat vasitələri və vəsaitləri hesabına daşınması ilə bağlı müddəalar mövcud qanunvericiliyin tələblərinə uyğun deyildir və və neft məhsullarının daşınması ilə bağlı digər şəxslərə ödənilmiş daşıma xərcləri gəlirdən çıxılmır. 

Əsas: Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 14 yanvar 2015-ci  il tarixli 2 nömrəli Qərarı, Vergi Məcəlləsinin 108-ci. 109-cu maddələri.

1/5 (1 Average count)
Qiymət ver:
Rzayev Adil Elovset oglu rz***@mail.ru ID: 1522
Salam, mən Rzayev Adil vöen almışam, amma işlətməmişəm, hec pin kod da verilməyib mənə. Bunun üçün vöenimi müvəqqətiti bağlamag istəyirəm online şəkildə qeydiyyatdan kecmək istəyirəm, şəxsiyyət vəsiqəmin fin kodu və mobil nömrəmm vasitəsi ilə ekrana gəlir ki, nömrə sizin adınıza deyil. Halbuki dəfələrlə operatorlardan dəqiqləşdirirəm nömrə öz adımadır. Bu halda neynəməliyəm, məlum məsələyə görə evdən çıxa bilmirik, çıxsam belə 2 saat ərzində bu işləri həll edə bilməyəcəm. Bu halda nə etməliyəm, məlumat verə bilərsiniz, zehmet olmasa? Təşəkkürlər
22/04/2020 Read: 30 Average count: 0

Bildiririk ki, qeyd etdiyiniz autentifikasiya üsulu yalnız yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron qeydiyyatı üçün nəzərdə tutulub.

Vergi ödəyiciləri Vergilər Nazirliyi tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə, yaxud gücləndirilmiş elektron imza, o cümlədən Asan imza vasitəsilə elektron kabinetə daxil olaraq müraciət etməlidirlər.

İstifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə”ni müvafiq qaydada vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına təqdim edilməlidir. 

12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlamışdır.

0/5 (0 Average count)
Qiymət ver:
Eldəniz Qasımlı el***@mail.ru ID: 1158
Salam. Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan huquqi şəxs ödənilmiş ƏDV-ni alınmış mal və ya xidmətin maya dəyərinə aid edə bilərmi(yəni xərcə sala bilərmi)?
22/04/2020 Read: 151 Average count: 5

Bildiririk ki, gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər müvafiq təsdiqedici sənədlər əsasında gəlirdən çıxılır. Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq əvəzləşdirilməsinə icazə verilməyən ƏDV məbləği malların və ya xidmətlərin dəyərinə aid edilir və gəlirin əldə olunması ilə bağlı olduqda vergi tutulan gəlirdən çıxılır. 
Əsas: Vergi Məcəlləsinin 108-ci, 143-cü və 175-ci maddələri.

5/5 (5 Average count)
Qiymət ver:
İsmayılov Aslan Nariyəddin ru***@gmail.com ID: 1520
Salam mən taxes.gov.az saytında öz səhifəmə giriş etmək istəyirəm. Sadəcə istifadəçi adı, şifrə və parolu bilmirəm, zəhmət deyilsə deyə bilərsiz?
22/04/2020 Read: 25 Average count: 0

İstifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə”ni müvafiq qaydada vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına təqdim edilməlidir. 

12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlamışdır.

Əsas: Vergilər nazirinin  24.06.2019-cu il tarixli əmri ilə təsdiqlənmiş “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”

0/5 (0 Average count)
Qiymət ver:
Murad Bilalov Bi***@gmail.com ID: 1118
Xahiş edirəm ki, mənim vergi ödənişim niyə sistemdə görünmür mən hər ayda əmək kartimdan tutulur, amma vergi sistemdə göstərilmir. Xahis edirəm maraqlanın.
22/04/2020 Read: 142 Average count: 5

Salam. Müraciətinizlə bağlı qeydiyyatda olduğunuz vergi orqanı üzrə xidmət mərkəzlərində çalışan əməkdaşlarla keçiddə göstərilən elektron ünvanlar və telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

5/5 (2 Average count)
Qiymət ver:
Xaliqov Dunyamali Ferzali oglu xa***@gmail.com ID: 1519
Xəstəliklə əlaqədar işsiz müavinəti almaq üçün vöeni ləğv etmək istəyirəm. Bunun cavabını xahiş edirəm mənə bildirəsiniz.
22/04/2020 Read: 22 Average count: 0

Bildiririk ki, vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin  müvəqqəti  dayandırılması prosedurları fərqlidir.
Belə ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə,  fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.
Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Kənan Məmmədov Elvar ke***@gmail.com ID: 1078
Hər vaxtınız xeyir. Mən 3 ay bundan əvvəl Asan Xidmətdə taksi fəaliyyəti üçün VÖEN açdırdım amma işim alınmadı deyə vergi ödəmirəm. Hal-hazırda işləmirəm deyə VÖEN-i bağlatdırmaq istəyirəm. Buna görə hara müraciət etməliyəm. İşlərinizdə uğurlar
22/04/2020 Read: 241 Average count: 5

Fəaliyyətinizi müvəqqəti dayandırmaq üçün vergi orqanına “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlisiniz.

Arayış və onun doldurulma qaydası ilə buradan tanış ola bilərsiniz:
https://www.taxes.gov.az/az/page/erize-ve-arayis-formalari

Vergi orqanlarının ünvanlarını buradan əldə edə bilərsiniz:

https://www.taxes.gov.az/az/page/elaqe

Gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə dayandırılması mümkündür.

Bu barədə daha ətraflı səhifəmizin “Xidmətlər” bölməsinin “E-Xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament və ya Vergilər Nazirliyinin rəsmi youtube səhifəsində yerləşdirilən videotəlimat vasitəsilə tanış ola bilərsiniz: https://www.youtube.com/watch?v=XtmRW-3SX_0

Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnaməni poçt vasitəsilə vergi orqanına təqdim edə bilərsiniz.

Ərizə və onun doldurulma qaydası ilə buradan tanış ola bilərsiniz:
https://www.taxes.gov.az/az/page/erize-ve-arayis-formalari

Vergi orqanlarının ünvanlarını buradan əldə edə bilərsiniz:

https://www.taxes.gov.az/az/page/elaqe

Eyni zamanda, gücləndirilmiş elektron imza (o cümlədən ASAN İmzanız) və ya İstifadəçi kodu, parol və şifrə vasitəsilə elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Bu barədə daha ətraflı səhifəmizin “Xidmətlər” bölməsinin “E-Xidmətlər” altbölməsindəki “Fiziki şəxsin vergi uçotundan çıxarılması” elektron xidməti üzrə inzibati reqlament və ya Vergilər Nazirliyinin rəsmi youtube səhifəsində yerləşdirilən videotəlimat vasitəsilə tanış ola bilərsiniz:https://www.youtube.com/watch?v=XzZv0w-M_9I

5/5 (2 Average count)
Qiymət ver:
Yusif Bağırov Nağı oğlu yu***@inbox.ru ID: 1117
Salam. Mənim hazırda xidmət sahəsində fəaliyyət göstərirəm. On il ərzində hesabımın olduğu Atabankın müflisləşməsi ilə əlaqədar başqa bir bankda hesab açmaq istəyirəm. Bunun üçün hansı sənədlər lazımdır? Hansı bankı məsləhət görürsünüz?
22/04/2020 Read: 108 Average count: 5

Gücləndirilmiş elektron imza (o cümlədən Asan İmzası) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda şəhadətnamə-dublikat alınması üçün İnternet Vergi İdarəsi portalı üzərindən onlayn qaydada müraciət edilməsi mümkündür və bu barədə ətraflı məlumatı səhifəmizin “Xidmətlər” bölməsinin  “E-Xidmətlər” alt bölməsindəki “Banklarda hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsi” elektron xidməti üzrə inzibati reqlament vasitəsi ilə, eyni zamanda İnternet Vergi İdarəsinin “Yardım” bölməsindən əldə edə bilərsiniz.
Əlavə olaraq bildiririk ki, bank hesabının açılması məqsədi ilə şəhadətnamə-dublikat vergi ödəyicisinin büdcəyə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olmadıqda, 2 gündən gec olmayaraq verilir. Bankı və filialını seçmək vergi ödəyicisinin hüququ olduğu üçün, vergi orqanları tərəfindən hansısa bankın tövsiyə edilməsi qanunvericilikdə nəzərdə tutulmamşdır.
Banklarda hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsi videotəlimatı ilə buradan tanış ola bilərsiniz:

5/5 (1 Average count)
Qiymət ver:
Nesirov Nicat Uzeyir oglu ne***@gmail.com ID: 1516
VÖEN-in ləğv edilməsi.
22/04/2020 Read: 24 Average count: 0

Bildiririk ki, vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnaməni (vergi orqanından təhvil götürüldüyü halda onun əslini) şəxsən və ya səlahiyyətli nümayəndə (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya poçt vasitəsilə vergi orqanına təqdim edə bilərsiniz. Eyni zamanda, gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi.

0/5 (0 Average count)
Qiymət ver:
Ömərov Vahid Ziyad oğlu om***@gmail.com ID: 1515
Adıma VÖEN var. Nə VÖEN olduğunu öyrənmək istəyirəm.
22/04/2020 Read: 25 Average count: 0

Ömərov Vahid Ziyad oğlu (VÖEN 1400430042) Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi uçotdadır və Vergilər Nazirliyinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən fəaliyyəti aktivdir. Ətraflı məlumat üçün qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Əsədullayev Ramil Çingizxan wo***@rambler.ru ID: 1514
Salam mən elektron ərizə ilə adımda olan vöen-in ləğv edilməsi barədə müraciət etmişəm. Online kargüzarlıq səhifəsində əməliyyat tarixçəsində sonda icraata vermə və əməkdaşınızın ad soyadı yazılıb, bu halda mən nə etməliyəm, VÖEN nə vaxt ləğv olunacaq, mən 2012-ci ildən istifadə etmirəm.
22/04/2020 Read: 38 Average count: 0

Bildiririk ki, vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin  müvəqqəti  dayandırılması prosedurları fərqlidir.
Belə ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə,  fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.
Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Eminova Şəfaqət Fikrət ug***@mail.ru ID: 1513
190 manat yardım almaq üçün istifadəsiz qalmış VÖEN-i necə dayandıra və ya ləgv edə bilərəm. Xahiş edirəm kömək edəsiniz.
22/04/2020 Read: 20 Average count: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Fazil Muradov Xalit oğlu om***@mail.ru ID: 1512
Qeydiyyyat nömrəsi (VÖEN) 1101028942 ləğv edin.
22/04/2020 Read: 28 Average count: 0

Bildiririk ki, vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnaməni (vergi orqanından təhvil götürüldüyü halda onun əslini) şəxsən və ya səlahiyyətli nümayəndə (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya poçt vasitəsilə vergi orqanına təqdim edə bilərsiniz. Eyni zamanda, gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanılmışdır. 

Müraciət edən şəxslər öncədən növbəyə yazılmaq üçün Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) “Onlayn növbə” bölməsində “Növbəyə yazılmaq” xidməti vasitəsilə növbə tuta bilərlər.

Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi.

0/5 (0 Average count)
Qiymət ver:
Aida Eyvazova ai***@gmail.com0503223532 ID: 1115
Salam. Mən vergi ilə əlaqədar mənə ünvanlanmış məktubları haradan açıb oxuya bilərəm?
22/04/2020 Read: 81 Average count: 0

Vergi orqanı tərəfindən vergi ödəyicisinin elektron kabinetinə göndərilən sənədlərlə tanış olmaq üçün Vergilər Nazirliyinin www.e-taxes.gov.az rəsmi internet portalına daxil olaraq istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) vasitəsilə İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olub “Gələnlər” qovluğuna keçmək lazımdır.
Bu barədə daha ətraflı məlumatı İnternet Vergi İdarəsinin (www.e-taxes.gov.az) “Yardım” bölməsindən əldə edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Qasımova Səbinə Akif qızı qa***@gmail.com ID: 1510
Salam. Mən Qasımova Səbinə işsiz kimi qeydiyyata alınmaq üçün müraciət etmişəm və cavabında mənə vergi ödəyicisi oldugum göndərilib. Bildirmək istəyirəm ki özüm bu haqqda məlumatsızam, heç vaxt vöen üçün müraciət etməmişəm, hecbir sənədə imza atmamışam. Bunun dogrulugunu, həqiqətən adıma açıldigini, tarixini, və kim tərəfindən edildiyini necə öyrənə bilərəm. Sizdən çox xahiş edirəm tez zamanda kömək edəsiz. Ailədə mən və iki az yaşlı qızımdı mən sadəcə aylıq aliment alıram, və aprel ayına ayrılan birdəfəlik kömək (190 manat) üçün müraciət etmişdim bu cür problemlə üzləşdim.
22/04/2020 Read: 74 Average count: 0

Qasımova Səbinə Akif qızı (VÖEN 1602069812) vergi ödəyicisi kimi Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi uçotdadır və Vergilər Nazirliyinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən fəaliyyəti aktivdir. Ətraflı məlumat üçün qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

Həmçinin bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanılmışdır. 

0/5 (0 Average count)
Qiymət ver:
Cəfərova Mehriban Səlman qızı me***@mail.ru ID: 1105
Hal-hazırda Covid-19 pandemiyası ilə əlaqədar fiziki şəxs (sahibkar) kimi işlətdiyim geyim mağazası bağlanib. Ancaq mənim bir nəfər muzdla işləyən (əmək müqaviləsi) satıcım var. Sahibkarlara dəstək məqsədilə ayrılmış vəsaitin dövlət tərəfindən ödənilməsi necə həyata keçiriləcək və mən hara müraciət etməliyəm.
22/04/2020 Read: 129 Average count: 3

Koronavirus (COVİD-19) pandemiyasının iqtisadiyyata və sahibkarlıq subyektlərinə mənfi təsiri azaltmaq məqsədilə hazırda 2 formada maliyyə dəstəyi proqramı həyata keçirilir:

Birinci proqram, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin muzdlu işçilərinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlıdır. Bu proqram çərçivəsində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyiciləri əmək müqaviləsi ilə çalışan işçilərinin əmək haqlarının ödənilməsi üçün dövlətin maliyyə dəstəyindən faydalana bilər. 

İkinci proqram, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi ilə bağlıdır. Mikro sahibkar dedikdə, işçi sayı 1-10 nəfər, illik gəliri 200 min manata qədər olan şəxslər nəzərdə tutulur. Əgər belə şəxslər 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərlər. Maliyyə dəstəyi 2 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olan, sabit qəbz almaqla fəaliyyət göstərən, daşıma fəaliyyəti ilə məşğul olan, yaxud gəlir vergisi mükəlləfiyyəti olan  fərdi (mikro) sahibkarlara şamil edilir.

Fərdi (mikro) sahibkar olaraq hər iki maliyyə dəstəyi üçün müraciət edə bilərsiniz.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və cavablar, maliyyə yardımı almış vergi ödəyicilərinin siyahısı, eləcə də digər faydalı məlumatlar səhifəmizdə yerləşdirilmişdir.

3/5 (1 Average count)
Qiymət ver:
Fazail Fn***@gmail.com ID: 1509
Salam, mənə muzdlu işçi kimi dövlətin maddi yardımı ayrılması üçün maraqlanırdım.
22/04/2020 Read: 33 Average count: 0

Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi çərçivəsində sahibkarın hesabına köçürülən vəsaitdən yalnız təyinatı üzrə, yəni işçilərin əmək haqlarının ödənilməsi üçün istifadə olunmalıdır. Həmçinin, maliyyə dəstəyi almış sahibkarların siyahısı İqisadiyyat və Vergilər nazirliklərinin rəsmi internet saytlarında yerləşdirilir və hər gün yenilənir. Muzdlu işçilər işlədikləri müəssisənin və ya fərdi sahibkarın adının siyahıda olub-olmamasını yoxlaya, maliyyə dəstəyinin alınmasına baxmayaraq, əməkhaqqının ödənilməsindən imtina olunduqda, rəsmi qaydada İqtisadiyyat Nazirliyinə şikayət edə bilərlər.

0/5 (0 Average count)
Qiymət ver:
Aynurə, Muxtarova, Qurban ay***@yahoo.com ID: 1508
Salam, Mən 190 manat üçün müraciət etmişdim, işsizəm. Amma mənə sms gəldi ki, mən vergi ödəyicisiyəm . Mən halhazırda vergi ödəyicisi deyiləm , illər əvvəl açılmış VÖEN - im indi aktivləşdirilib, bağlanmağı üçün müraciət etmək istəyirəm .Kimə müraciət edim ? Vergilərin çağrı mərkəzinə 2 gündü yığıram məşğuldu
22/04/2020 Read: 26 Average count: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

Sosial müavinətlər, işsizlik və Ünvanlı dövlət sosial yardımı məsələləri üzrə ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Emil Abdulrəhimov Yaqub oğlu el***@mail.ru ID: 1507
Biz mühərrikli qayıqlarla rəsmi sənaye üsullu dəniz balıqçılığı fəaliyyəti ilə məşğul oluruq (iqtisadi fəaliyyət növünün kodu - 03110). Müvafiq sənədlər də var. Hərəkət məhdudiyyəti rejimi tətbiq edildiyindən fəaliyyətimi dayandırmışam, baxmayaraq ki, dəniz balıqçılığı sahəsinə qadağa şamil edilməyib. Operativ Qərargahın martın 30-da müəyyənləşdirdiyi əlavə tədbirlərdə Dəniz gəmiçiliyi fəaliyyətinə (4-cü bənd) icazə verildiyi halda, bəs sənaye dəniz balıqçılığı niyə “Fəaliyyətinə icazə verilənlər” siyahısına daxil edilməyib?
22/04/2020 Read: 60 Average count: 0

Müraciətinizdə qeyd olunan məsələ Dövlət Vergi Xidmətinin səlahiyyətinə aid edilmədiyi üçün, aidiyyəti üzrə Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Average count)
Qiymət ver: