Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Omarov Elbrus Saban oglu El***@aol.com ID: 1465
Hər ay 40m DSMF ödəyirik. Karonaya görə firmamız dayanıb, yəni Qaxda geydiyatda olduğum üçün Qaxa qayıtdım, Bakıda kirayədə qalırdım. İndiki halda dövlətin işə götürənlərə verdiyi yardım biz işçilərə verilməlidir ya yox? İşəgötürən mənimsəyirsə nə etməliyik? Mart ayının pulunu almamışıq hələ.
20/04/2020 Read: 28 Average count: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Nicat Məmmədov 90***@gmail.com ID: 1464
Vöen-min kod və parolunu öyrənmək istəyirəm.
20/04/2020 Read: 30 Average count: 0

Bildiririk ki, istifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Həmçinin bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanılmışdır. 

0/5 (0 Average count)
Qiymət ver:
Memmedov Vuqar Mezahir oqlu vu***@hotmail.com ID: 1463
Sizdən artıq dərəcədə xahiş edirəm deyərdiniz, kimlər vergi ödəyicisi sayılır? Sualım isə konkret belədir. Mənim atam Məmmədov Məzahir Fərmayıl oğlu 2013-cü ildə balaca bir dönərçidən ibarət balaca bir dönərxana işlədib. Haradasa 1 il yarım sonra isə vöen-i bağlayıb. İndi atam vergi ödəyicisi sayılır yoxsa yox?
20/04/2020 Read: 56 Average count: 0

Bildiririk ki, hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra — fərdi sahibkar) Vergi Məcəlləsi ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. 

Vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, həmin fəaliyyətin və ya əməliyyatların dayandırılması günündən gec olmayaraq vergi orqanına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada arayış təqdim edilməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. 

Vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin  müvəqqəti  dayandırılması prosedurları fərqlidir.
Belə ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə,  fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.
Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Əsas: Vergi Məcəlləsinin 16.3-cü, 33-cü, 34-cü maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Elsen Eyubov İlkin el***@mail.ru ID: 1460
Aktiv əmək müqaviləsinə görə yardım necə alım?
20/04/2020 Read: 26 Average count: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Resul ke***@gmail.com ID: 1458
VÖEN-imin dayandırılması üçün köməklik etməyinizi xahiş edirəm.
20/04/2020 Read: 20 Average count: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Memmedov Rahib Burcu no***@gmail.com ID: 1456
Salam. Mən 8 il öncə vergi ödəyicisi idim. Hal hazırda heç bir vergi ödəmirəm. Məşğlluq idarəsində işsiz kimi qeydiyyata düşə bilmirəm. Deyirler ki, aktiv vergi ödəyicisisiniz. Mən bu halda hara müraciət etməliyəm?
20/04/2020 Read: 24 Average count: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Нагиева Джамиля Джабировна na***@mail.ru ID: 1455
Сколько можно издеваться над бухгалтерами и кадровиками? Который раз меняют сайт для сдачи отчета по зарплате сотрудников. и все одно и то же сайт толком не работает. Неужели нельзя сделать нормально? Сделали ведь для налоговых отчетов-работает, как часы. А это просто безобразие!!!!
20/04/2020 Read: 30 Average count: 0

Bildiririk ki, “Sual-Cavab” rubrikasının məqsədi vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə onların elektron müraciətlərinin cavablandırılması prosesini əhatə edir.

Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Umudov Əvəz Seymur Ev***@mail.ru ID: 1453
Mən VÖEN-i bağlamışam, zəhmət olmasa bu haqda mənə məlumat verəsiniz.
20/04/2020 Read: 24 Average count: 0

Bildiririk ki, Umudov Əvəz Seymur Oğlu  (VÖEN 2302763342) 12 saylı Ərazi Vergilər Baş İdarəsində vergi uçotundadır və Vergilər Nazirliyinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən fəaliyyəti aktivdir. Ətraflı məlumat üçün qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Average count)
Qiymət ver:
RÖVSƏN MÖYLAMOV MƏHMMƏDIYE OĞLU ja***@gmail.com ID: 1452
Gizli kodu itirmişəm. yenidən almaq istəyirəm
20/04/2020 Read: 23 Average count: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Elman Əliyev Hüseyn eh***@yahoo.com ID: 1451
Salam. Beynəlxalq təşkilatın (şirkətin) Azərbaycan nümayəndəsi vəzifəsində vergiyə görə hansı tələblərə əməl etməliyəm. Artıq vöen açdırmışam və taksı sürücüsü kimi fəaliyyət göstərirdim, amma 1 il əvvəl müvəqqəti dayandırmışam (5 illik). Əgər işə alınsam hansı mərhələlərdən keçməliyəm? Bu barədə hər-tərəfli məlumat verməyinizi xahiş edirəm. Öncədən təşəkkürlər.
20/04/2020 Read: 42 Average count: 0

Bildiririk ki, qeyri-rezident bilavasitə və ya müvəkkil edilmiş şəxs vasitəsilə 12 ay ərzində üst-üstə 90 gündən az olmayaraq Azərbaycan Respublikasında tam və ya qismən sahibkarlıq fəaliyyətini həyata keçirdikdə daimi nümayəndəlik yaratmalıdır. Daimi nümayəndəliyin vergi orqanlarında uçota alınması Azərbaycan Respublikasının hüquqi şəxsləri üçün müəyyən edilmiş qaydada həyata keçirilir.

Azərbaycan Respublikasında nümayəndəlik vasitəsi ilə sahibkarlıq fəaliyyəti həyata keçirildikdə vergi ödəyiciləri tərəfindən nümayəndəlik yaradıldıqdan sonra 30 gün müddətində vergi orqanlarında uçota alınmaq üçün onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilməlidir.

Qeyri-rezident hüquqi şəxsin Azərbaycan Respublikasındakı nümayəndəliyi mənfəət vergisinin ödəyicisidir və Azərbaycan mənbəyindən əldə edilən ümumi gəlirdən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxıldıqdan sonra qalan məbləğdən mənfəət vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

Bununla yanaşı, qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan xidmətin növünə uyğun olaraq müvafiq dərəcə ilə vergi tutulmalıdır.

Əsas: Vergi Məcəlləsinin 19-cu, 33-cü, 104.2-ci və 126-cı maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Cavadov Nurlan Cavan nu***@gmail.com ID: 1450
Adımda olan VÖEN-in ləğv olunması üçün müraciət edirdim.
20/04/2020 Read: 19 Average count: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Həsənov Elmir Rəhbər el***@gmail.com ID: 1446
Şifrəni unutmusam. Yeni şifrə , parol istəyirəm
20/04/2020 Read: 27 Average count: 0

İstifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə”ni müvafiq qaydada vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına təqdim edilməlidir. 

12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlamışdır.

0/5 (0 Average count)
Qiymət ver:
Eldəniz Əhmədov Ələmdar el***@gmail.com ID: 1443
Salam. Xahiş edirəm, mıənim adıma vöen olub-olmadığını deyərdiniz.
20/04/2020 Read: 29 Average count: 0

Eldəniz Əhmədov Ələmdar (VÖEN 1600867992) vergi ödəyicisi kimi Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində uçotdadır və Vergilər Nazirliyinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən fəaliyyəti aktivdir. Ətraflı məlumat üçün qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Average count)
Qiymət ver:
turana tu***@gmail.com ID: 1442
Salam. Mən vöenimin pin kodunu itirmişəm. Pin kodu əldə edib məndən xəbərsiz 3 ildir aktiv olunan vöeni bağlamaq istəyirəm və zəhmət olmasa yolunu başa salın.
20/04/2020 Read: 23 Average count: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Rasim Tacəddinov Tacəddin oğlu tt***@gmail.com ID: 1441
İşsiz kimi qeydə alınmıram.
20/04/2020 Read: 20 Average count: 0

Sosial müavinətlər, işsizlik və Ünvanlı dövlət sosial yardımı məsələləri üzrə ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Mahmudova Nəcibə Cabbar ca***@mail.ru ID: 1440
VERGİLER195 dən mesaj gəlib ki oxunmamış 3 mesajınız var VOEN: 1100419532
20/04/2020 Read: 25 Average count: 0

Salam. Vergi orqanları tərəfindən vergi ödəyicilərinin elektron kabinetinə göndərilmiş sənədlər 5 gün ərzində oxunmadıqda bu barədə onların mobil telefon nömrəsinə oxunulmamış məktublar barədə müvafiq məzmunlu SMS göndərilir.
Vergi orqanı tərəfindən vergi ödəyicisinin elektron kabinetinə göndərilən sənədlərlə tanış olmaq üçün Dövlət Vergi Xidmətinin www.e-taxes.gov.az rəsmi internet portalına daxil olaraq istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) vasitəsilə İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olub “Gələnlər” qovluğuna keçmək lazımdır.
Bu barədə daha ətraflı məlumatı İnternet Vergi İdarəsinin (www.e-taxes.gov.az) “Yardım” bölməsindən əldə edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Mikayılov Seymur Bəhram oğlu ze***@mail.ru ID: 1438
Salam. Xahiş edirəm mənə Mikayılov Seymur Bəhram Şəxsin VÖEN-i necə ləğv etmək haqqında kömək edəsiz.
20/04/2020 Read: 20 Average count: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Sevinc Xəlilova se***@yahoo.com ID: 1437
Hər iki şirkət mənfəət vergisi ödəyicisidir. Bir şirkət digər şirkətə əsas vəsaitini satır. Bu zaman alan və satan tərəfin vergi öhdəliklərini zəhmət olmasa izah edərdiz.
20/04/2020 Read: 81 Average count: 0

Əsas vəsaitlərin (vəsaitin) təqdim edilməsindən əldə olunan məbləğ həmin əsas vəsaitlərin (vəsaitin) qalıq dəyərindən artıqdırsa yaranmış fərq gəlirə daxil edilir və mənfəət vergisinə cəlb edilir. Aktivlərini əvəzsiz əsasla və güzəştli qiymətlə təqdim edən şəxs təqdim edilən aktivin bazar qiyməti ilə onun Vergi Məcəlləsinin 143-cü maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyəri arasındakı fərqi gəlirinə aid etməlidir.

Eyni zamanda ƏDV qeydiyyatında olan müəssisə tərəfindən həmin əmlakın satışı (ƏDV nəzərə alınmadan) ƏDV-yə (18 faiz dərəcə ilə) cəlb edilir.

Əsas: Vergi Məcəlləsinin 142-ci, 143-cü və 159-cu maddələri.

 

0/5 (0 Average count)
Qiymət ver:
Rəşad Quliyev ra***@gmail.com ID: 1436
Salam. Mənim vöenimə pul oturmalıdır, hansı banka oturduğu haqda məlumat bilmək istəyirəm. 3200245612
20/04/2020 Read: 19 Average count: 0

Bildiririk ki, maliyyə dəstəyi vergi ödəyicisinin müraciətində qeyd etdiyi və VÖEN ilə əlaqəli olan aktiv bank hesabına köçürülür. Əlavə məlumat üçün uçotda olduğunuz vergi orqanına elektron qaydada müraciət edə bilərsiniz. 

0/5 (0 Average count)
Qiymət ver:
Cabbarlı Cabbar ca***@mail.ru ID: 1435
Salam mən ASAN xidmətə yaxınşalaraq uzun zaman öncə vöen almışam sadəcə yaxınlaşıb kod parolumu götürməmişəm. Məşğulluq idarəsinə qeydiyyata düşən zaman vöenimin olduğunu bildirdilər ancaq mən aktiv etməmişdim. Kod parolumu necə əldə edə bilərəm və ya vöen necə baqlada bilərəm. Əvvəlcədən təşəkkür edirəm.
20/04/2020 Read: 26 Average count: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver: