Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Sadiq Quliyev sa***@bk.ru ID: 427
Xaricə mal satışından gəlir müəssisənin bank hesabına qeyri-rezident bank tərəfindən tutulan komissiyası məbləği çıxılan məbləğdən sonra qalan məbləğ daxil olur. (Misal üçün: xarici mal alan kontrakt üzrə 10000 ABŞ dolları vəsait köçürür, 30 ABŞ dolları qeyri-rezident bank tərəfindən tutulur və hesaba 9970 ABŞ dolları (daxil olur. Bilmək istərdik ki, gəlir kimi Mənfəət vergisinin bəyannaməsinin 200-ci sətrində 10000 ABŞ dollarının manat ekvivalenti olan 17000 manat, yoxsa 9970 ABŞ dollarının manat ekvivaleti olan 16949 manat yazılır?
30/11/2019 Read: 195 Average count: 3

Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan mənbəyindən olmayan gəlirdən ödənilmiş gəlir vergisinin məbləğləri Azərbaycan Respublikasında həmin gəlirdən müəyyən edilmiş dərəcələrlə tutulan verginin məbləğindən çox olmamaq şərtilə Azərbaycanda vergi ödənilərkən nəzərə alınır. Bu halda Azərbaycan Respublikası ilə digər dövlətlər arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair bağlanmış beynəlxalq Sazişlərə əsasən, Azərbaycan Respublikasının rezidenti tərəfindən digər dövlətdə ödənilmiş vergilərin təsdiqi üçün xarici dövlətin bununla bağlı xüsusi forması olduğu halda həmin forma (DTA-02 formasında göstərilən məlumatlar əhatə olunmaqla sərbəst formada) üzrə məlumatlar və ya “Xarici dövlətdə ödənilmiş verginin Azərbaycan Respublikasında hesablanan vergidən çıxılmasına dair” Ərizə (DTA-02 Forması) forması uçotda olduğu vergi orqanına təqdim edilməlidir.

Mənfəət vergisi bəyannaməsinin “Xarici ölkələrdə ödənilmiş və nəzərə alınan mənfəət vergisinin məbləği” sətrinin xanalarında Vergi Məcəlləsinin 127-ci maddəsinə uyğun olaraq xarici ölkələrdə ödənilmiş və nəzərə alınan mənfəət (gəlir) vergisinin məbləği göstərilir. Xarici ölkələrdə ödənilmiş vergilər həmin ölkənin müvafiq dövlət orqanı tərəfindən təsdiq edilməsi barədə sənədin əsasında nəzərə alınır.    

Əsas: Vergi Məcəlləsinin 127-ci maddəsi.

3/5 (5 Average count)
Qiymət ver:
Bağırov Zahid Gülhəsən oğlu et***@gmail.com ID: 431
Avtomobil nəqliyyatı vasitələri ilə yük daşımalarını həyata keçirən şəxsin "Fərqləmə nişan" olduğu halda gördüyu işə görə (yazdığı elektron qaiməyə əsasən) 2 % sadələşdirılmiş vergini ödəməlidirmi?
30/11/2019 Read: 194 Average count: 4

Bildiririk ki, Vergi Məcəlləsinin 218.4.1-ci maddəsində nəzərdə tutulan şəxslər, yəni mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən  şəxslər xidmətin həyata keçirildiyi yerdən asılı olaraq hər bir avtomobil nəqliyyatı vasitəsi üçün hesablanmış sadələşdirilmiş vergini ödəməklə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarım il və ya il üçün ciddi hesabat blankı olan “Fərqlənmə nişanı” almalıdırlar. Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər hesablanmış vergini tam məbləğdə dövlət büdcəsinə ödədikdən sonra onlara "Fərqlənmə nişanı" verilir və vergi öhdəliyini yerinə yetirmiş hesab olunurlar. Həmin şəxslərin bu fəaliyyətə görə vergi orqanlarına bəyannamə verməsi tələb olunmur.

4/5 (12 Average count)
Qiymət ver:
Xıdırbəyli Babək Araz ba***@bineaqro.az ID: 418
Salam. Müəssisəmiz kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində fəaliyyət göstərdiyi üçün Vergi Məcəlləsində nəzərdə tutulmuş müvafiq vergi azadolmalarından və güzəştlərindən istifadə edir. Bu sahadə ixtisaslaşmış və tanınmış bir əmtəə nişanına malik olan müəssisəmiz kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan digər müəssisələrlə müqavilə bağlayaraq, onları idarə etməyi, öz əmtəə nişanı altında kənd təsərrüfatı məhsullarını istehsal etməyi, satmağı (ixrac etməyi) və satışdan gələn hasilatı kontragentlərlə pay şəklində bölməyi nəzərdə tutur. Bu halda kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində fəaliyyətə görə Vergi Məcəlləsində nəzərdə tutulmuş bütün (istisnasız) azadolma və güzəştlər bizim müəssisəmizin əldə etdiyi gəlirlərə, habelə kontragentimiz olan digər kənd təsərrüfatı müəssisələrinə ödədiyimiz gəlirlərə şamil olunurmu? Əgər şamil olunmursa, nə üçün və hansı azadolma və güzəştlər şamil olunmur? Öncədən təşəkkürümü bildirirəm.
30/11/2019 Read: 174 Average count: 5

Bildiririk ki, 01.01.2014-cü tarixdən 10 il müddətinə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) hüquqi şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirləri mənfəət vergisindən, həmin fəaliyyət prosesində istifadə olunan əmlakları əmlak vergisindən, istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr ƏDV-dən azad edilmiş, istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə etdikləri hasilatın həcmi isə sadələşdirilmiş verginin vergitutma obyektinə daxil edilməmişdir.

Göründüyü kimi, yuxarıda göstərilən azadolmalar yalnız kənd təsərrüfatının istehsalı fəaliyyətinə tətbiq edildiyindən, həmin güzəştlər sorğunuzda qeyd etdiyiniz müəssisənin özü tərəfindən istehsal edilən məhsulların satışından əldə olunan gəlirlərə aid edilir.

Qeyd etdiyiniz digər fəaliyyətlər birbaşa kənd təsərrüfatı məhsullarının istehsalına aid edilmədiyindən, bu fəaliyyətlər üzrə əldə olunan gəlir həmin gəlirlərin əldə olunması ilə bağlı olan xərclər çıxıldıqdan sonra mənfəət vergisinə cəlb olunur.

Müəssisəyə öz istehsal etdiyi kənd təsərrüfatı məhsullarını təqdim edən şəxslərin əldə etdikləri gəlirlərə də yuxarıda sadalanan azadolmalar şamil olunur.

Əsas: Vergi Məcəlləsinin 13.2.60-cı, 102.1.11-ci, 106.1.14-cü, 164.1.18-ci, 199.9-cu, 219.7-ci maddələri.

5/5 (3 Average count)
Qiymət ver:
Teymur Mammadov Ramis ogli te***@gmail.com ID: 425
Salam. Sizə bir sualım var, əvvəl bankda mən Vergilər ödənişini edəndə təsnifat kodu 111130 verirdim, bugün isə ödəniş edəndə təsnifat kodu 114329 etdilər, buna görə problem ola bilər? Harasa müraciət etmək lazımdır? Zəhmət olmasa sualımı cavablandırın, qabaqcadan təşəkkür edirəm.
30/11/2019 Read: 137 Average count: 4

Bildiririk ki, vergi ödənişi aparılan zaman büdcə təsnifat kodu səhv göstərildikdə vergi orqanı vergi ödəyicisinin mükəlləfiyyətinə uyğun olaraq müvafiq düzəlişlər aparmaqla həmin məbləği şəxsi hesab vərəqəsinə işlədikdə hər hansı problem yaranmır.

Bununla belə, təsnifat kodu düzgün göstərilmədikdə bu barədə rəsmi formada vergi orqanına məlumat göndərə bilərsiniz.

4/5 (4 Average count)
Qiymət ver:
Məhəmməd Knyazov Kamran me***@mail.ru ID: 256
Salam. 1) Sualım 169.1 maddədəki ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident dedikdə hansı qeyri rezidentlər nəzərdə tutulur. Maddəyə baxanda sanki həm ümumiyyətlə Azərbaycan Respublikasında qeydiyyatda olmayan həmdə qeyri rezident Azərbaycan Respublikasında qeydiyyata alınıb amma deyəkki 200 000 keçmədiyindən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan mənfəət-gəlir vergisinin ödəyiciləridə nəzərdə tutulur. İkinci nəzərdə tutduğum düzdümü? Xahiş edirəm maddədə qeyd olunan qeyri rezidentlərin kimlər olduğun ətraflı şəkildə izah edəsiniz. 2) 169.7. Vergi agenti qeyri-rezidentə ödəmə verilən aydan sonrakı ayın 20-dən gec olmayaraq ƏDV-nin hesablanması barədə vergi orqanına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada bəyannamə təqdim etməlidir. Bu maddədə qeyd olunan bəyannaməni göndərən kimlərdi? 3) ƏDV məqsədləri üçün qeydiyyatda olmayan qeyri rezidentlər vergi orqanlarında uçotda olmayan əhali üçündəmi xidmət göstərəndə əhali xidmətləri ədv-yə cəlb etməlidi?
30/11/2019 Read: 192 Average count: 3

Cavab 1. Bildiririk ki, Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsilə fəaliyyət göstərən qeyri-rezident müəssisə bu fəaliyyətdən əldə etdiyi mənfəətindən, yəni daimi nümayəndəliyi ilə bağlı Azərbaycan mənbəyindən əldə etdiyi ümumi gəlirdən Vergi Məcəlləsinə uyğun olaraq həmin gəlirin əldə edilməsinə çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcəsi ilə mənfəət vergisini ödəyir.

Eyni zamanda, nümayəndəlik tərəfindən təqdim edilmiş malların (işlərin, xidmətlərin) həcmi 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olduqda onun Vergi Məcəlləsinin 155.1-ci maddəsinə uyğun olaraq məcburi ƏDV qeydiyyatına alınmasına dair öhdəliyi yaranır.

Cavab 2. Qeyd etdiyiniz maddənin məqsədləri üçün qeyri-rezidentə ödəniş edən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınan hər hansı şəxs və qeyri-rezidentə ödəniş edən istənilən vergi ödəyicisi vergi agenti sayılır və qeyri-rezidentə etdiyi ödənişə görə ƏDV hesablamalı və bəyannamə təqdim etməlidir.

Cavab 3. ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident Azərbaycan Respublikasının ərazisində vergi agenti üçün xidmət göstərirsə və ya iş görürsə, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi vergiyə cəlb olunur.

Eyni zamanda, elektron ticarət qaydasında işlərin və xidmətlərin alıcısı, habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda elektron qaydada təşkil olunan lotereyaların, digər yarışların və müsabiqələrin iştirakçısı vergi orqanlarında uçotda

olmayan şəxs olduqda ödənişi aparan yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən hesablanan ƏDV alıcının vəsaiti hesabına büdcəyə ödənilir.

Qeyd olunanlardan göründüyü kimi, qeyri-rezident şəxslərdən alınan xidmətlərə görə  vergi ödəyicisi kimi uçotda olmayan şəxslər tərəfindən ƏDV-in hesablanması qanunvericilikdə nəzərdə tutulmamışdır.

Vergi Məcəlləsinin 150-ci maddəsinə əsasən isə Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezidentlərin Azərbaycan mənbəyindən əldə edilən gəlirlərindən ödəmə mənbəyində vergi vergi uçotunda olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən tutulur.

Vergi ödəyicisi kimi uçotda olmayan şəxslər tərəfindən qeyri-rezidentə ödənilən ödənişlərdən ödəmə mənbəyində verginin tutulması mümkün olmadığına görə, həmin şəxslər göstərilən xidmətə görə qeyri-rezidentə edilmiş ödəniş barədə vergi orqanına müvafiq qaydada yazılı məlumat verməlidir.

Əsas: Vergi Məcəlləsinin 13.2.16-cı, 150-ci və 169-cu maddələri.

3/5 (8 Average count)
Qiymət ver:
Şahmar Əzimli Şakir sa***@gmail.com ID: 430
İlk öncə salam. Müqavilə əsasında A(ƏDV ödəyicisi olan fiziki şəxs) şirkəti B (ƏDV ödəyicisi olan hüquqi şəxs) şirkətinə mehmanxana xidməti göstərir. B şirkətinin əməkdaşı xidmətdən istifadə edir, xidmətin dəyərini (şəxsi əmək haqqı kartı və yaxud şəxsi plastik kartı ilə) tam şəkildə posterminal vasitəsiylə ödəyir bunun müqabilində A şirkəti kassa çeki mehmanxana qəbzi verir. B şirkəti isə verilmiş sənədlərə əlavə olaraq ödənişin (şəxsi əmək haqqı kartı və yaxud şəxsi plastik kartı ilə) pos-terminal vasitəsiylə ödənməsini əsas tutaraq EVHF tələb edir. Yuxarıda qeyd etdiyim kimi ödəniş tam şəkildə pos-terminaldan ödənib sadəcə olaraq B şirkətinin şəxsi plastik kartı vasitəsiylə. Sizcə bu düzgündürmü və qanunla necə tənzimlənir. Əvvəlcədən təşəkkür edirəm!
30/11/2019 Read: 107 Average count: 3

Bildiririk ki, Vergi Məcəlləsinin 176-cı maddəsinə əsasən, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə elektron vergi hesab-fakturasını verməyə borcludur.

ƏDV-nin ödəyiciləri olmayan alıcılara pərakəndə mal göndərildikdə və ya xidmət göstərildikdə, elektron vergi hesab-fakturası əvəzinə qaimə-faktura və ya elektron qaimə-faktura və ya qəbz və ya çek verilə bilər.

Sorğunuzda qeyd olunanlara əsasən, müqaviləyə əsasən xidmətin alıcısı ƏDV ödəyicisi olan hüquqi şəxs olduğu üçün, xidmətləri qəbul edən şəxsə elektron vergi hesab-fakturası təqdim edilməlidir.

Əsas: Vergi Məcəlləsinin 176-cı maddəsi.

3/5 (2 Average count)
Qiymət ver:
Ələkbərov Vidadi Ələkbər oğlu sa***@mail.ru ID: 424
Böyük vətən müharibəsi iştirakçılarının və əlillərinin övladlarına verilən imtiyaz, yəni veteranların dövlət idarə və müəssisələrində işləyən övladlarının aylıq əmək məvaciblərindən 400 (dörd yüz) manatdan gəlir vergisinin tutulmaması sərəncamı neçənci ildən və hansı aydan qüvvədədir?
30/11/2019 Read: 140 Average count: 4

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş 102.2.5-ci maddəsinə əsasən həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt hüququ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.5-ci bəndində qeyd olunmuş aşağıdakı sənədlərdən birinin əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan yaranır.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi;

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin və ya “DOST” mərkəzinin arayışı;

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin,  Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları;

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

4/5 (5 Average count)
Qiymət ver:
Müseyibov Ədalət Nürəddin oğlu ad***@yahoo.com ID: 423
Mən yenicə VÖEN almışam və vətəndaşlara müraciətlərin və s-nin hazırlanmasında köməklik etməklə gəlir əldə etmək istəyirəm. Bunun üçün mən kassa aparatı almalıyam ya yox?
30/11/2019 Read: 105 Average count: 3

Sorğunuzda qeyd olunan fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur və həmin fəaliyyət ilə məşğul olan şəxs fəaliyyətini NKA tətbiq etmədən həyata keçirə bilər.

Bu zaman nağd vəsaitin müqabilində həmin şəxslər ödəniş edən şəxsə Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinə uyğun olaraq forması Maliyyə Nazirliyi tərəfindən təsdiq olunan ciddi hesabat blankını (mədaxil qəbzini) təqdim etməlidir.

3/5 (2 Average count)
Qiymət ver:
Əliyev Elşən Xanalı oğlu el***@gmail.com ID: 353
A fiziki şəxs 2014-cü ilin yanvar ayında bina tikintisinə başlamışdır və sadələşdirilmiş vergini tam ödəmiş, lakin maddı çətinliklə əlaqədar tikinti dayanmışdır və heç bir satış olmamışdır. Hal-hazırda binanın təmir işlərinə başlamaq fikri vardır. Bu zaman satış etməli olsa hansı vergiyə cəlb olunacaq? İlk dəfə seçdiyi sadələşdirilmiş vergi və ƏDV-si (225x18%x əmsal) və yaxud da başqa metodlar.
30/11/2019 Read: 124 Average count: 3

Bildiririk ki, Vergi Məcəlləsinin 221.5-ci maddəsinin müddəalarına əsasən, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər hər bir tikinti sahəsi üçün sadələşdirilmiş vergini Vergi Məcəlləsinin 220.8-ci maddəsində nəzərdə tutulmuş qaydada tikinti-quraşdırma işlərinin başlandığı rübdə hesablayır və həmin rübdən sonrakı ayın 20-dən gec olmayaraq Vergilər Nazirliyinin müəyyən etdiyi forma üzrə vergi orqanına bəyannamə təqdim edirlər. Bu maddədə nəzərdə tutulmuş bəyannamə vergi orqanına təqdim edildikdən sonra hesablanmış vergi bərabər hissələrlə 10 faiz həcmində hər rübdən sonrakı ayın 20-dən gec olmayaraq öhdəlik tam yerinə yetirilənədək dövlət büdcəsinə ödənilir.

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2015-ci il tarixli 1384-IVQD nömrəli Qanununun 2-ci maddəsində qeyd olunmuşdur ki, bu Qanun qüvvəyə minənədək tikinti obyektinin tikinti-quraşdırma işlərinə başlamış şəxs öz seçiminə uyğun vergiləri bu Qanun qüvvəyə minənədək mövcud olan qaydada da ödəyə bilər. Tikinti obyektinin tikinti-quraşdırma işlərinə başlamış şəxs bu Qanun qüvvəyə mindikdən sonrakı 30 gün müddətində Vergilər Nazirliyinə öz seçimi barədə yazılı formada məlumatı təqdim etməlidir. Bu maddə ilə müəyyən edilmiş müddətdə yazılı formada məlumatı təqdim etməyən şəxsə sadələşdirilmiş vergi bu Qanunla müəyyən edilmiş qaydada hesablanır. Bu Qanun qüvvəyə minənədək tikinti obyektinin tikinti-quraşdırma işlərinə və vergi ödəməyə başlamış şəxs bu Qanunla müəyyən olunan sadələşdirilmiş vergini ödədiyi zaman bu Qanun qüvvəyə mindiyi tarixədək ödənilmiş ƏDV və sadələşdirilmiş vergi nəzərə alınır.

Odur ki, tikinti-quraşdırma işlərinə 2014-cü ildə başlanılmış binalar üzrə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə edən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yeni metodla sadələşdirilmiş verginin bəyannaməsi təqdim edilir və hesablanmış vergi öhdəliyi (həmin binaya görə əvvəlki dövrlər üçün ödənilmiş sadələşdirilmiş vergi və ƏDV məbləğləri çıxıldıqdan sonra qalan məbləğ) bərabər hissələrlə 10 faiz həcmində olmaqla 2016-cı ilin 1-ci rübündən başlayaraq 10 rüb ərzində hər rübdən sonrakı ayın 20-dən gec olmayaraq öhdəlik tam yerinə yetirilənədək dövlət büdcəsinə ödənilir.

Qeyd olunan məsələyə dair əlavə məlumata ehtiyac yarandıqda müvafiq təsdiqedici sənədləri təqdim etməklə vergi ödəyicilərinə xidmət mərkəzlərinə və ya Vergilər Nazirliyinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 221.5-ci maddəsi, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2015-ci il tarixli 1384-IVQD nömrəli Qanununun 2-ci maddəsi.

3/5 (2 Average count)
Qiymət ver:
Rinat Ivanov ka***@inbox.ru ID: 202
Salam. Vergi Məcəlləsinin 89.12-ci maddəsinə əsasən, “89.12. Əmlakın siyahıya alınması haqqında qərar qanunla müəyyən edilmiş qaydada ləğv edildiyi andan, yaxud vergi öhdəliyinin yerinə yetirildiyi andan öz qüvvəsini itirir.” Bu barədə, - qərarın öz qüvvəsini artıq itirdiyini bildirən məlumat vergi ödəyicisinə vergi orqanı tərəfindən çatdırılmalıdırmı?
30/11/2019 Read: 91 Average count: 3

Bildiririk ki, əmlakın siyahıya alınması haqqında qərar qanunla müəyyən edilmiş qaydada ləğv edildiyi andan, yaxud vergi öhdəliyinin yerinə yetirildiyi andan öz qüvvəsini itirir.

Vergi öhdəliyinin yerinə yetirilməsi nəticəsində və ya məhkəmə, yaxud yuxarı vergi orqanının qərarına əsasən əmlakın siyahıya alınması haqqında qərar qüvvədən düşdükdə, vergi orqanları tərəfindən vergi ödəyicilərinə məlumat verilməsinə dair vergi qanunvericiliyində hər hansı tələb nəzərdə tutulmamışdır.

Belə ki, vergi ödəyicilərinin dövlət vergilərinin, maliyyə sanksiyalarının, inzibati cərimələrin, habelə digər ödənişlər üzrə daxilolmaların büdcənin xəzinə hesabına daxil olduğunu təsdiq edən sənədlər və ya elektron məlumat yerli xəzinədarlıq orqanları tərəfindən vergi orqanlarına təqdim ediləndən sonra həmin vəsaitlər xəzinədarlığa daxil olma tarixi üzrə proqram vasitəsilə vergi ödəyicilərinin şəxsi hesab vərəqələrinə daxil edilir.

Əsas: Vergi Məcəlləsinin 89-cu maddəsi.

3/5 (4 Average count)
Qiymət ver:
Şirəliyev Bəxtiyar Ehtibar oğlu sb***@gmail.com ID: 139
Məhdud Məsuliyyətli Cəmiyyətin Şəhadətnaməsi ( VÖEN ) itirilmişdir. Bunun üçün Banka ödəniş üçün təyinat kodu lazımdır. Yazıb sizdən xahiş edirəm ki, bu barədə hər hansısa bir koməklik edəsiz.
30/11/2019 Read: 110 Average count: 5

Bildiririk ki, hüquqi şəxsin təsis sənədləri itirildikdə hüquqi şəxsin təsisçilərindən hər hansı biri şəxsiyyəti təsdiq edən sənədlə hüquqi şəxsin qeydiyyatda olduğu ərazi üzrə müvafiq vergi orqanına müraciət etməklə itirilmiş təsis sənədlərinin surətini rüsumsuz olaraq əldə edə bilər.

Dövlət reyestrindən çıxarışlar (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla) sənədlərin surəti şəklində də verilə bilər. Sənədlərin surəti, dövlət orqanları və təsisçilər istisna olmaqla, digər şəxslərə rüsum ödənilməklə verilir.

Qeyd olunan dövlət rüsumu 142216 təsnifat kodu əsasında ödənilə bilər.

Əsas: “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının  12 dekabr 2003-cü il  tarixli 560-IIQ nömrəli Qanununun 15.8-ci maddəsi, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 4 dekabr 2001-ci il tarixli 223-IIQ nömrəli Qanununun 20-1.2-ci maddəsi.

5/5 (1 Average count)
Qiymət ver:
Rzayev Vüsal Mübariz vu***@gmail.com ID: 366
Salam. Şirkətin fəaliyyəti ilə əlaqədar bəzən işgüzar görüşlər zamanı hədiyyələrin alınması, qonaqlama və restoran xərclərinin çəkilməsi zərurəti yaranır. Qeyd edilən xərclərin ödənilməsi məqsədilə şirkətin işçisi olan təhtəlhesab şəxsə bankdan Visa Business kartı sifariş edilmişdir ki, həmin hesaba şirkətin cari hesabından vəsait köçürülür. Kart şirkətin hesabına bağlı korporativ kart deyil, əməkdaşa bağlı biznes kartdır. Çəkilmiş xərcləri təsdiqləyən sənəd kimi qarşı tərəfdən POS-terminal və NKA çekləri alınır. Yəni şirkətimizlə müqavilə olmadığı üçün EQF təqdim edə bilmirlər. Həmçinin bildiyimiz qədərilə adı çəkilən xərclər VM-nin 109-cu maddəsinə əsasən gəlirdən çıxılmayan xərclərə daxildir. Bununla əlaqədar aşağıdakı sualların cavablandırılmasını sizdən xahiş edirik: 1. Yuxarıda qeyd olunduğu qaydada həmin gəlirdən çıxılmayan xərclər şirkətin sərəncamında qalan sərbəst mənfəəti hesabına aid edilə bilərmi, yoxsa bu hal işçinin gəliri kimi hesab edilərək gəlir vergisinə cəlb olunacaqdır? 2. Həmin gəlirdən çıxılmayan xərclərin şirkətin xalis mənfəətindən silinməsində hər hansı problem yaranarsa yuxarıdakı hansı addımları Vergilər Məcəlləsinin tələblərinə görə etsək xalis mənfəətdən silinə bilər? Əvvəlcədən öz minnətdarlığımızı bildiririk.
30/11/2019 Read: 269 Average count: 5

Cavab 1. Bildiririk ki, sahibkarlıq fəaliyyəti əyləncə və ya sosial xarakter daşıyan vergi ödəyicisinin bu cür fəaliyyəti çərçivəsində çəkilən əyləncə və sosial xərcləri istisna olmaqla əyləncə və yemək xərclərinin gəlirdən çıxılmasına yol verilmir.

Qeyd olunan xərclər müəssisənin sərbəst mənfəəti hesabına maliyyələşdirilir.

Cavab 2. Müraciətinizdə qeyd olunan xərclərin aidiyyəti üzrə xərcləndiyini təsdiq edən sənədlər (o cümlədən bank hesabından çıxarış, qəbz, çek) olduğu halda həmin xərclər işçinin muzdlu işdən gəlirlərinə aid edilmir.

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, işəgötürən tərəfindən işçiyə (təhtəlhesab şəxsə) verilmiş təhtəlhesab vəsait müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada geri qaytarılmadıqda həmin vəsaitin məbləği işçinin vergi tutulan gəlirlərinə aid edilir.

Əsas: Vergi Məcəlləsinin 98-ci, 109-cu maddələri.

5/5 (3 Average count)
Qiymət ver:
Hacıyev Elşən Əbdül oğlu ca***@mail.ru ID: 445
Yeni doğulmuş uşağa birdəfəlik müavinəti (200 m) almaq üçün DSMF vermək üçün adıma VÖEN olub-olmadığı haqqında arayış.
30/11/2019 Read: 90 Average count: 3

Vergi ödəyicisinin vergi orqanında qeydiyyatda olub-olmaması barədə arayışın verilməsi üçün sərbəst formada müraciət ərizəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. Arayış 5 iş günü ərzində müraciət edən şəxsə təqdim olunur.

Əsas: Vergilər nazirinin  24.06.2019-cu il tarixli əmri ilə təsdiqlənmiş “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”

3/5 (2 Average count)
Qiymət ver:
Hüseynov Ariz Cəbrayıl hu***@gmail.com ID: 422
Salam. Gömrük orqanlarında xidmət haqqında Əsasnamənin 109-cu maddəsinə əsasən Gömrük orqanlarının vəzifəli şəxsləri hər il əsas məzuniyyətə çıxarkən onlara biraylıq əməkhaqqı həcmində müavinət ödənilir. Bilmək istərdim ki, ödənilən müavinat məcburi dövlər sosial sığorta haqqı hesablanarkən azadolma və ya güzəşt nəzərdə tutulmuşdur? Xahiş edirəm mümkünsə misalla izah edin
30/11/2019 Read: 102 Average count: 3

Bildiririk ki, sığortaolunan tərəfindən ödənilən sığorta haqqı işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi həcmində hesablanır.

Sualınızda qeyd olunan gəlirlər də işçinin gəlirlərinə aid edilməklə ümumi qaydada sosial sığorta haqqına cəlb olunur.

"Sosial sığorta haqqında" Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli Qanunu

3/5 (2 Average count)
Qiymət ver:
Dilqəm di***@mail.ru ID: 437
Salam sualim əvəzləşdirmə ilə bağlıdır.Tutaq ki, A MMC B MMC-yə 01.01.2019 tarixində 118azn ƏDV daxil dəyərində xidmət göstərir.10.01.2019 tarixndə elektron qaimə kəsir və 15.01.2019 tarixində vergi hesab faktura göndərir.B MMC isə 65azn ƏDV daxil 18.01.2019 tarixində ödəniş edir.Qalan ödənişi isə Fevral ayında edir. Sualım belədirki B MMC 65 azn məbləğı yanvar ayı üzrə əvəzləşdirə bilər?
30/11/2019 Read: 99 Average count: 0

Vergi Məcəlləsinin 175-ci maddəsinin tələblərinə əsasən, ƏDV-nin ödəyicisi tərəfindən ƏDV məbləğinin əvəzləşdirilməsi üçün:

- verginin məbləği xüsusi ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarda ödənilməlidir;

- malın (işin xidmətin) dəyəri nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödənilməlidir;

- alınmış mal (iş, xidmət) sahibkarlıq fəaliyyəti çərçivəsində istifadə olunmalıdır;

- vergi ödəyicisinə təqdim olunan mallara (işlərə, xidmətlərə) elektron vergi hesab-fakturaları verilməlidir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan  Respublikası Vergi Məcəlləsinin 175.1 və 176.4-cü maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 3 sentyabr 2015-ci il tarixli Qərarının 3-cü hissəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.1 və 176.4-cü maddələrinin mənasına görə təqdim edilmiş malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ƏDV-siz dəyəri yalnız nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) tam olaraq ödənildikdə, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarla ödənildikdə vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə ödənilmiş vergi məbləği əvəzləşdirilən ƏDV məbləği sayılır.

0/5 (0 Average count)
Qiymət ver:
Zaur Mustafayev zz***@yahoo.fr ID: 438
Azərbaycan Respublikasında neçə növ vergi var?
30/11/2019 Read: 154 Average count: 0

Bildiririk ki, Azərbaycan Respublikasında vergilər dövlət, muxtar respublika və yerli (bələdiyyə) vergilər olmaqla 3 qrupa bölünür.

Dövlət vergilərinə fiziki şəxslərin gəlir vergisi; hüquqi şəxslərin mənfəət vergisi (bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan başqa); əlavə dəyər vergisi; aksizlər; hüquqi şəxslərin əmlak vergisi; hüquqi şəxslərin və bu Məcəllənin 206.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin torpaq vergisi; yol vergisi; mədən vergisi və sadələşdirilmiş vergi aiddir.

Muxtar respublika vergilərinə Naxçıvan Muxtar Respublikasında tutulan yuxarıda  sadalanan dövlət vergiləri aiddir.

Yerli vergilərə (bələdiyyə vergiləri) isə Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi; fiziki şəxslərin əmlak vergisi; yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi və bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi aid edilir.

Əsas: Vergi Məcəlləsinin 4-cü, 6-cı, 7-ci, 8-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Kenan Qirxiyev Arif ke***@list.ru ID: 414
Salam. Sualım ƏDV mövzusunda qarşıma çıxan xüsusi hallarla bağlı olacaq 1) ƏDV-nin əvəzləşdirilməsi ilə bağlı sual. Misal: 2017-ci ilin noyabr ayının 5-i "A" şirkəti "B" şirkətinə mal satır və qaimə, EVHF-sını kəsir. "A" şirkəti "B" şirkətinə borcun əsas məbləğ hissəsini bağışlayır (borcun bağışlanması haqqında sənəd də verir) və ancaq məbləğin ƏDV-sini ödəməyi xahiş edir. "B" şirkəti ƏDV depozit hesabından borcun ƏDV hissəsini 2019-ci ilin noyabr ayının 30-u ödəyir. Bu halda "B" şirkəti ƏDV-ni əvəzləşdirə bilərmi? (məbləğ bağışlanıb və tərəflər arasında borc yoxdu) 2) Qarşı tərəfdən ƏDV-si ödənilmiş, əsas məbləğ hissəsi ödənilməmiş məbləğ haqqında Misal: Yanvarın 5-i "A" şirkəti "B" şirkətinə mal satır və qaimə, EVHF-sını kəsir. "B" şirkəti yanvarın 10-u ƏDV depozit hesabından "A" şirkətinə EVHF üzə ƏDV məbləğini ödəyir. Ancaq Bank hesabında pul vəsaiti olmadığı üçün bankdan əsas məbləği fevralın 25-i ödəyir. "A" şirkəti ödənimiş ƏDV məbləğini bəyannamənin 307-ci bəndində və ya bəyannamənin hansısa başqa hissəsində göstərməlidirmi?
30/11/2019 Read: 147 Average count: 5

Cavab 1. Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, əvəzləşdirilən ƏDV-nin məbləği vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturaları üzrə nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödəmələr üzrə ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarda ödənilən vergi məbləği sayılır.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan  Respublikası Vergi Məcəlləsinin 175.1 və 176.4-cü maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 3 sentyabr 2015-ci il tarixli Qərarının 3-cü hissəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.1 və 176.4-cü maddələrinin mənasına görə təqdim edilmiş malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ƏDV-siz dəyəri yalnız nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) tam olaraq ödənildikdə, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarla ödənildikdə vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə ödənilmiş vergi məbləği əvəzləşdirilən ƏDV məbləği sayılır.

Göründüyü kimi, vergi ödəyicisinin verilmiş elektron vergi hesab-fakturası üzrə ödənilmiş ƏDV məbləğini əvəzləşdirmək hüququ yalnız həmin fakturada göstərilmiş malların (işin, xidmətin) ƏDV-siz dəyərinin nağdsız qaydada təqdim edənə, ƏDV-nin məbləğinin isə ƏDV-nin depozit hesabına ödənilməsi zamanı yaranır.

Cavab 2. Bildiririk ki, ƏDV tutulan əməliyyatın vaxtı sifarişçi müqavilə üzrə təqdim edilmiş malların, göstərilmiş xidmətlərin, görülmüş işlərin dəyərini 30 gün müddətində ödədikdə ödəmənin həyata keçirildiyi vaxt, 30 gündən gec ödədikdə isə malların, xidmətlərin, işlərin təhvil verilməsindən 5 gündən gec olmayaraq verilmiş elektron vergi hesab-fakturasının tarixi, elektron vergi hesab-fakturası 5 gündən gec verildiyi halda isə malların, xidmətlərin, işlərin təhvil verilməsi tarixi hesab olunur.

Ödəmə dedikdə verilmiş elektron vergi hesab-fakturası əsasında eyni vaxtda malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin hesabına, ƏDV məbləğinin isə ƏDV-nin depozit hesabına ödənilməsi nəzərdə tutulur.

5/5 (2 Average count)
Qiymət ver:
Vüsal Abbasov Araslı vu***@gmail.com ID: 429
Salam. Mən gəlir vergisi ödəyicisiyəm. normal olaraq 2019 cu ilin birinci rübündən 3 cü rübünə qədər Cari vergi ödəmələrinin hesablanması haqqında Arayış vermişəm. Bu aydan etibarən müqaviləm bitdiyi üçün mən VOEN-i ləğv eləmək istəyirəm. Bunun üçün mənə köməyiniz lazımdır. Öncədən təşəkkürlər
30/11/2019 Read: 112 Average count: 5

Bildiririk ki, fəaliyyətinizi müvəqqəti dayandırmaq üçün vergi orqanına “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlisiniz. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir.

Gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə dayandırılması mümkündür.

Fəaliyyətə xitam vermək və vergi uçotundan çıxmaq üçün isə vergi ödəyicisinin uçotda olduğu vergi orqanına “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və vergi şəhadətnaməsi vergi orqanından təhvil götürüldüyü halda onun əsli təqdim edilməlidir.

Vergi ödəyicisi Azərbaycan Respublikasında fəaliyyətini dayandırdıqda, habelə vergi ödəyicisi olan fiziki şəxsin fəaliyyətinə xitam verildikdə 30 gün müddətində vergi orqanlarına bəyannamə verməlidir.

Əsas: Vergi Məcəlləsinin  16.3-cü, 34-cü, 149.2-ci, 149.3-cü maddələri.

5/5 (2 Average count)
Qiymət ver:
Quliyev İlkin Yusif il***@gmail.com ID: 416
Salam. Zəhmət olmasa, mənə məlumat verin. Karxanadan çıxarılan daşa görə amortizasiya hesablanırmı?
30/11/2019 Read: 102 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 114.1-ci maddəsinə əsasən Vergi Məcəlləsinin 99-cu maddəsində müəyyən edilmiş sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətində istifadə edilən əsas vəsaitlər üzrə amortizasiya ayırmaları Vergi Məcəlləsinin 114-cü maddəsinin müddəalarına uyğun olaraq gəlirdən çıxılır.

Eyni zamanda, əsas vəsaitlər  istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlərdir.

Vergi ödəyicisi özünün mülkiyyətində olan və sonradan satılmaq, yaxud məhsul istehsalı, işlər görülməsi və ya xidmətlər göstərilməsində istifadə olunmaq üçün nəzərdə tutulan hər hansı malı əmtəə-material ehtiyatlarına aid etməyə borcludur.

Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur.

Sorğunuzda qeyd olunan malların əsas vəsait kimi deyil, əmtəə-material ehtiyatları kimi uçota alınmalıdır və həmin mallara amortizasiya hesablanmır.

Əsas: Vergi Məcəlləsinin 13.2.17-ci, 114-cü və 139-cu maddələri.

5/5 (1 Average count)
Qiymət ver:
Sevər Umarova Nəcəf la***@gmail.com ID: 428
Salam, xaricdən idxal edilmiş və satıcı xarici şirkət tərəfindən ədv-si ödənilmiş məhsul ölkə daxilində üçüncü şəxsə satıldıqda, əgər bu zaman alqı-satqıda hər iki tərəf ədv ödəyicisi deyilsə, tərəflərə hansı vergilər tətbiq olunur?
30/11/2019 Read: 67 Average count: 0

Bildiririk ki, ƏDV məqsədləri üçün vergidən azad edilən idxal istisna edilməklə malların idxalı vergi tutulan idxal sayılır və Azərbaycan Respublikasına ƏDV tutulan malları idxal edən şəxslər bu cür idxal malları üzrə ƏDV-nin ödəyiciləri sayılırlar.

Müraciətinizdə qeyd olunanlara əsasən, malı təqdim edən tərəf ƏDV ödəyicisi olmadıqda, həmin malların təqdim edilməsinə ƏDV tətbiq olunmur. Həmin müəssisənin seçdiyi vergitutma metodundan asılı olaraq gəlirlər sadələşdirilmiş və ya gəlir (hüquqi şəxs olduqda mənfəət) vergisinə cəlb olunur.

Əsas: Vergi Məcəlləsinin 154-cü, 159-cu maddələri.

0/5 (0 Average count)
Qiymət ver: