Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Piriyev Abdulla Vaqif oğlu ab***@gmail.com ID: 462
Salam. Bir fiziki şəxs (vergi ödəyicisi kimi uçota alınmış şəxs) digər fiziki şəxsdən (vergi ödəyicisi kimi uçota alınmış şəxsdən) qeyri-yaşayış sahəsini icarə müqaviləsi əsasında icarəyə götürmüşdür. Şəxslər arasında notarial qaydada bağlanmış icarə müqaviləsinə əsasən İcarəyə götürən İcarəyə verənə bütün vergilər daxil (o cümlədən Ödəmə mənbəyində vergilər) aylıq 1000 manat icarə haqqı ödəyir. Həmçinin icarə müqaviləsinin digər maddəsində tərəflər razılığa gəlmişdirlər ki, İcarəyə verən hər ay aylıq icarə haqqından qanunla müəyyən edilmiş məbləğdə ödəmə mənbəyində vergini özü ödəyir. Sual 1. - bu şəkildə razılaşma əsasında ödəmə mənbəyində vergilərin İcarə verən tərəfindən hesablanması və ödənilməsi cari Vergi Məcəlləsinin tələbləri ilə ziddiyyət təşkil edirmi ? Sual 2. - Əgər bu razılaşma əsasında İcarə verən şəxs özü ödəmə mənbəyində vergiləri hesablayacaq və ödəyəcəksə, o zaman İcarəyə götürən şəxs ÖMV bəyannaməsi təqdim etməlidirmi?
07/12/2019 Read: 139 Average count: 0

Bildiririk ki, Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını Vergi Məcəlləsi müəyyən edir.

Vergi Məcəlləsinin tələblərinə əsasən, fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi öhdəliyi ödəmə mənbəyində (14 faiz dərəcə ilə) icarəyə götürən şəxslər tərəfindən yerinə yetirilir.

Fiziki şəxsin gəlirləri yalnız icarədən olduğu halda vergi uçotuna alınmaq və bununla bağlı bəyannamə təqdim etmək öhdəliyi yaranmır.

İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda isə icarəyə verən fiziki şəxs özü vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı (VÖEN almalı) və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə vergini hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə də hesablanmış gəlir vergisinin məbləğini dövlət büdcəsinə ödəməlidir.

Müraciətinizdə qeyd olunan halda, icarə haqqını ödəyən şəxs ödəmə mənbəyində 140 manat gəlir vergisini tutaraq büdcəyə ödəməli, qalan 860 manat vəsaiti icarəyə verənə ödəməlidir.

Əsas: Vergi Məcəlləsinin 1.1-ci, 99.3.3-cü, 124-cü maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Məmmədov İlqar Akif oğlu am***@inbox.ru ID: 459
Salam. Mən ƏDV ödəyicisiyəm, aylıq hesabatlarda topdan satış dövriyyəsini, təqdim etdiyim e-qaimə fakruralarına əsasən, pərakəndə dövriyyəni, aylıq kassaya vurulan məbləğdən çox (alıq kassa-Z hesabatında dövriyyə 20000manat olmuş, aylıq hesabatda 35000 manat ) bəyan edilmişdir. Fərq kassaya vurulmayan məbləğ hesabatda göstərilmişdir. Buna görə mənə maliyə sanksiyası tətbiq edilə bilərmi? Edilərsə hansı sanksiya?
07/12/2019 Read: 100 Average count: 3

Bildiririk ki, tərəfinizdən istehlak məqsədilə malların təqdim edilməsi pərakəndə ticarət qaydasında satış hesab olunur və həmin şəxslərə nəzarət-kassa aparatının çeki təqdim edilməlidir.

Elektron qaimə-faktura həmin şəxslərin sahibkarlıq məqsədləri üçün aldıqları məhsullara  görə təqdim edilməlidir.

Göründüyü kimi, topdansatış qaydasında satılan mallara görə NKA çekinin təqdim olunması qanunvericilikdə nəzərdə tutulmadığı üçün hər hansı maliyyə sanksiyası tətbiq olunmur.

3/5 (2 Average count)
Qiymət ver:
Sudabər Ələkbərova su***@arpii.gov.az ID: 455
Salam.Azərbaycan Respublikası Vergilər məcəlləsinin 102.2.5 həlak olmuş, yaxud sonralar vəfat etmış döyüşçülərin dul arvadlarının(ərlərinin)və övladlarının maddəsində 1941-1945 illərdə döyüşçülərin övladlarına 400 manat güzəşt şamıl olurmu? P.S xahiş olunur bunu rəsmi şəkildə elektron ünvana cavablandırasınız
07/12/2019 Read: 110 Average count: 5

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş 102.2.5-ci maddəsinə əsasən, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt hüququ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.5-ci bəndində qeyd olunmuş aşağıdakı sənədlərdən birinin əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan yaranır:

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi;

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin və ya “DOST” mərkəzinin arayışı;

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları;

Əlavə olaraq qeyd etmək istərdik ki, “Sual-cavab” bölməsinə daxil olmuş müraciətin cavabının yazılı qaydada müraciət edən şəxsin ünvanına və ya elektron poçt ünvanına göndərilməsi nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”, Vergilər Nazirliyinin Kollegiyasının 24.12.2012-ci il tarixli müvafiq Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyiciləri ilə sual-cavab” elektron xidməti üzrə inzibati reqlament.

5/5 (2 Average count)
Qiymət ver:
Nazlı Mədətova Baladadaş na***@mail.ru ID: 480
Xirdalan AAAf parkda 5 qardaş univermağından mal almışam 19 manat dəyərində, 1 həftədir mənə aldığım məbləğin qəbzini müxtəlif səbəblərlə vermirlər, xahiş edirəm mənə kömək edəsiz.
07/12/2019 Read: 87 Average count: 5

Bildiririk ki, dövlət vergi orqanları vergi ödəyicilərinin vergidən yayınması və vergi qanunvericiliyinin pozulması faktları barədə şəxslərdən müraciət daxil olduqda, müraciətdə qeyd edilən faktları həmin vergi ödəyicilərində keçiriləcək növbəti operativ vergi nəzarəti tədbiri və ya növbəti səyyar vergi yoxlaması zamanı araşdırmağa və vergi nəzarəti başa çatdıqdan sonra nəticələri barədə müraciət edən şəxslərə məlumat verməyə borcludur.

Yuxarıda qeyd olunanlara əsasən, qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

5/5 (1 Average count)
Qiymət ver:
Ceyhun Zamanlı Sarvan ce***@gmail.com ID: 478
Salam. Vergi borcu 22.11.2019 tarixində ödənilib amma hələdə bu borc sistemdə aktiv göstərir. Bu səbəbdəndə mən dublikat ərizə göndərə bilmirəm. Zəhmət olmasa bu məsələ ilə bağlı cavab verərdiniz.
07/12/2019 Read: 73 Average count: 5

Bildiririk ki, xəzinədarlıq orqanından ödənilmiş vəsaitin büdcəyə daxil olmasını təsdiqləyən məlumat vergi orqanına kağız daşıyıcısında, sənədin surəti kimi verildiyi halda həmin sənədin surətinin alındığı gündən sonrakı 2 iş günü, elektron şəkildə verildikdə isə 1 iş günü ərzində vergi orqanının əməkdaşı tərəfindən vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə daxil edilir.

Ödədiyiniz vəsaitin şəxsi hesab vərəqənizdə nəzərdə tutulmuş müddətdə əks olunmadığı halda, uçotda olduğunuz vergi orqanına müraciət edərək aydınlaşdıra bilərsiniz.

Əsas: Azərbaycan Respublikası Vergilər nazirinin 28 dekabr 2018-ci il tarixli 1817040101501600 nömrəli Əmri ilə təsdiq edilmiş Vergi orqanlarında hesablanmış və ödənilmiş vəsaitlərin uçotunun aparılması Qaydaları.

5/5 (1 Average count)
Qiymət ver:
Leyla Tahirova Əli ta***@gmail.com ID: 469
Sual 1) Baş mühasibin məzuniyyəti neçə gündür? Əmək ştaji 15 ildən yuxarıdı. Sual 2) İşçi 03 mart 2018 ci il tarixində işləməyə başlamışdır. 2019 cu ilin sentyabr ayina qədər məzuniyyətə çıxmamışdır. 2019 cu ilin Sentyabr ayında məzuniyyətət çıxmışdır. Oktyabr ayinda isə öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam vermişdir. İşçinin məzuniyyəti nece hesablanır?
07/12/2019 Read: 124 Average count: 0

Bildiririk ki, sorğunuzda qeyd olunan məsələnin bilavasitə əmək qanunvericiliyinin tətbiqindən irəli gəldiyini nəzərə alaraq ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz daha məqsədəuyğundur.

0/5 (0 Average count)
Qiymət ver:
Məmmədov Sənan Etibar oğlu se***@gmail.com ID: 471
Salam, 1. Daşınmaz əmlakın icarə verilməsi zamanı (Subicarə nəzərdə tutulmamışdır) icarəyə verən və icarəyə götürən şəxslərin hər ikisi də vergi ödəyicisi kimi Vergi orqanlarında uçotda olarsa (Yəni hər ikisinin aktiv VÖEN-i olarsa) icarəyə götürən şəxs ödəmə mənbəyində vergini tutmadan ödəmə edə və müvafiq vergini icarəyə verən tərəf özü tutub büdcəyə ödəyə bilərmi. Eyni zamanda müvafiq vergi bəyannaməsini icarəyə verən tərəf təqdim edə bilərmi? 2. Əgər icarə münasibətlərinin əsas tənzimləyicisi hesab olunan icarə müqaviləsində Ödəmə mənbəyində verginin tutulub büdcəyə ödənilməsi icarəyə verən tərəfin öhdəliklərinə (Vəzifələrinə) aid olunarsa bu hal icarəyə götürən tərəfi müvafiq vergini tutub büdcəyə ödəmək öhdəliyindən azad edirmi? (Hər iki tərəf aktiv VÖEN-i olan fərdi sahibkarlardır)
07/12/2019 Read: 175 Average count: 5

Bildiririk ki, fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi öhdəliyi ödəmə mənbəyində (14 faiz dərəcə ilə) icarəyə götürən şəxslər tərəfindən yerinə yetirilir. Fiziki şəxsin gəlirləri yalnız icarədən olduğu halda vergi uçotuna alınmaq və bununla bağlı bəyannamə təqdim etmək öhdəliyi yaranmır.

İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda isə icarəyə verən fiziki şəxs özü vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı (VÖEN almalı) və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə vergini hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə də hesablanmış gəlir vergisinin məbləğini dövlət büdcəsinə ödəməlidir.

Müraciətinizdə qeyd olunan hər iki halda fiziki şəxsə icarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olduğu üçün icarə haqqı məbləğində ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergini tutmalı, büdcəyə ödəməli və bəyannamə təqdim etməlidir.

Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını Vergi Məcəlləsi müəyyən edir. 

Əsas: Vergi Məcəlləsinin 99.3.3-cü, 124-cü maddələri.

5/5 (3 Average count)
Qiymət ver:
Anar Rza an***@yahoo.com ID: 534
Salam. İlkin olaraq test üçün gətirdiyimiz (gömrükdən keçmədən) malı (kofe) şirkət qurduğumuzdan sonra leqal olaraq necə sata bilərik?
06/12/2019 Read: 65 Average count: 4

Müraciətinizin hüquqi şəxs yaradarkən təsisçinin mülkiyyətində olan malların sənədləşdirilməsinə aid olduğu qənaətinə gələrək bildiririk ki, mülki qanunvericilikdə təsisçi ilə onun təsis etdiyi müəssisəyə ayrı-ayrı şəxslər kimi baxılır, hüquqi şəxsin təsisçisi hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin öhdəlikləri üçün cavabdehlik daşımır.

Mallar vergi uçotunda olan təsisçi tərəfindən müəssisəyə təqdim olunduğu halda elektron qaimə-faktura və elektron vergi hesab- fakturası əsasında, vergi uçotunda olmayan təsisçi tərəfindən təqdim olunduğu halda isə malların alış aktı vasitəsilə sənədləşdirilə bilər.

4/5 (1 Average count)
Qiymət ver:
Tural Muradov Ağamurad tu***@mail.ru ID: 533
Salam vaxtınız xeyir. Məni belə bir məsələ maraqlandırır: İşçinin atası 1941-1945 Böyük Vətən müharibəsi iştirakçısıdır. İşçi də Səfərbərlik xidmətindən atasının Böyük Vətən müharibəsi iştirakçısı olması barədə arayış təqdim edib.Sual belədir həmin arayışa əsasən işçiyə Vergi Məcəlləsinin 102.2.5-ci maddəsinə əsasən 400 manat gəlir vergisindən güzəşt hüququ tətbiq etmək olar?
06/12/2019 Read: 62 Average count: 5

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş 102.2.5-ci maddəsinə əsasən, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt hüququ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.5-ci bəndində qeyd olunmuş aşağıdakı sənədlərdən birinin əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan yaranır:

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi;

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin və ya “DOST” mərkəzinin arayışı;

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları;

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

5/5 (1 Average count)
Qiymət ver:
Hüseynzadə İndira Qurban qızı in***@mail.ru ID: 456
Şəxsi hesab vərəqi açmaq istəyəndə xəta baş verir. Şəxsi hesab barədə məlumat açılmır
06/12/2019 Read: 57 Average count: 0

Elektron xidmətlərdən istifadə zamanı yaranan problemlərlə bağlı ətraflı məlumat üçün Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Hasan ta***@gmail.com ID: 419
Salam. Turagent MMC vətəndaşa turpaket satışını həyata keçirir və nağdsız qaydada qəbul edilən "turpaketin" dəyəri komisyon haqqı çıxılmaqla nəğdsiz qaydada Turoperator MMC-yə ödənilir. Sual- : Vergi məcəlləsinə əsasən tur operator bu halda tur agentə ödəniş üçün e-qaimə təqdim etməlidirmi? Əgər təqdim etməlidirsə komissyon haqqını nəzərə alıb e-qaiməni göndərməlidirmi?
06/12/2019 Read: 240 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 71-1-ci maddəsinin müddəalarına əsasən, elektron qaimə-faktura hüquqi şəxslərə və fərdi sahibkarlara malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxslər tərəfindən təqdim edilir. Aviabiletlərin və tur paketlərin satışının həyata keçirilməsi məqsədilə biletlərin agentlərə və agentlər tərəfindən də həmin biletlərin digər agentlərə, yəni subagentlərə təhvil verilməsi üzrə uçuşları həyata keçirən müəssisə tərəfindən agentə və agent tərəfindən digər agentlərə elektron qaimə-faktura təqdim edilmir.

Belə əməliyyat “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir və malların komissiyaya qəbul edilməsi ilə bağlı tərəflər arasında müqavilə bağlanır.

Bununla yanaşı aviabiletlərin və tur paketlərin agent qaydasında təqdim edilməsi zamanı həmin biletlər üçün elektron qaimə-faktura verildiyi halda elektron qaimə-fakturanın qeyd bölməsində agent qaydasında satış qeyd edilməlidir.

0/5 (0 Average count)
Qiymət ver:
əmrahov müşfiq nurəddin oğlu ti***@mail.ru ID: 529
Cənab nazir, mən vergi ödəyicisiydim. 2-3 il bundan öncə 5800100772 nömrəli şəhadətnamə olan VÖEN -ni bağlatdım. Bundan sonra mənə yəni 2019-cu ildə mənə 12 manat bir, 7 manat bir pul ödədiblər. indi isə 40 manat cərimə yazıblar. Mənim VÖEN -im bağlı olduğu bir halda görəsən niyə pul ödəməliyəm niyə cərimə yazılmalıdır? Xahiş edirəm bu özbaşınalığa son qoyulsun qondarma ödənişlər dayandırlsın. bir daha xahiş edirəm mənə kömək edin.
06/12/2019 Read: 45 Average count: 1

Müraciətinizin araşdırılması üçün uçotda olduğunuz vergi orqanı üzrə vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət etməyiniz tövsiyə olunur.

1/5 (1 Average count)
Qiymət ver:
Elman Paşayev Mahir oğluElman El***@binagadioil.com ID: 527
Salam, Vergi Məcəlləsinin 102.2.5 maddəsinə əsasən atam müharibə veteranı olub vəfat etdiyinə görə gəlir vergisinin 400 manata qədər hissəsindən azad olmalıyam. Maddədə dəyişiklik olmasından məlumatım olmadığı üçün müvafiq sənədləri 05 dekabr 2019- cu il tarixində müəssisəyə təqdim etmişəm. 2019-cu il yanvar tarixindən bu günə qədər artıq tutulmuş vergi mənə qaytarılmalıdırmı?
06/12/2019 Read: 53 Average count: 0

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş 102.2.5-ci maddəsinə əsasən, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt hüququ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.5-ci bəndində qeyd olunmuş aşağıdakı sənədlərdən birinin əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan yaranır:

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi;

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin və ya “DOST” mərkəzinin arayışı;

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları;

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

0/5 (0 Average count)
Qiymət ver:
Elshad sh***@yahoo.com ID: 524
Salam, Mən Böyük Britaniyadan Azərbaycana 500 ədəd miqdarında GravityLight adlanan bir məmulat gətirmək istəyirəm. Məmulatın bir ədəd qiyməti təxminən $10 dollardır, yəni ki, bütün partiya təxminən $5000 olacaq. Mənim Alman və Rusiya vətəndaşlığım var. Azərbaycanda isə alıcım var. Xahiş edirəm mənə gömrük haqqı nə qədər olduğunu deyin, və həmçinin, məlumat verin, əgər mən Britaniyada sale tax deyilən pulu verirəmsə, bu Azərbaycanda nəzərə alınacaqmı? Bir telefon ya da ki, bir email ünvan versəz çox minnətdar olardım. Hörmətlə, Elşad Allahyarov.
06/12/2019 Read: 85 Average count: 5

Bildiririk ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini fiziki şəxs kimi həyata keçirmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər sahibkarlıq fəaliyyətinə başladığı günədək “Fiziki şəxsin uçotu haqqında ərizə” və həmin ərizəyə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsinin sürəti ilə yaşadığı yer üzrə vergi orqanına müraciət edərək vergi uçotuna durmalı, seçdiyi vergitutma sisteminə uyğun olaraq müvafiq vergiləri (sadələşdirilmiş vergi, gəlir vergisi, ƏDV) hesablayıb dövlət büdcəsinə ödəməli və müvafiq bəyannamələri vergi orqanına təqdim etməlidir.

Eyni zamanda bildiririk ki, müraciətinizdə qeyd etdiyiniz məhsulları əldə edərkən xarici dövlətin ərazisində ödədiyiniz əlavə dəyər vergisi Azərbaycan Respublikasının ərazisində nəzərə alınmır və həmin malların dəyərinə əlavə edilir.

Vergi Məcəlləsi ilə nəzərdə tutulan hallarda vergi orqanlarının səlahiyyətlərini qanunla müəyyən edilmiş hallarda və qaydada yol vergisi və idxal-ixrac əməliyyatları sahəsində gömrük orqanları həyata keçirdiyini nəzərə alaraq, malların idxalı zamanı ödənilməli olan rüsumlar və vergilər barədə ətraflı məlumatı Dövlət Gömrük Komitəsinə (1956-6), vergi qanunvericiliyinə aid suallarınızla bağlı ətraflı məlumat almaq üçün, Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1), Vergi ödəyiciləriniə xidmət mərkəzlərinə müraciət etməyiniz tövsiyə olunur.

5/5 (2 Average count)
Qiymət ver:
Nigar Əliyeva Elvaris qızı ni***@gmail.com ID: 521
Salam. İnternet vergi idarəsinin rəsmi vebsaytında başqa şirkətlərə qoşularaq yenidən təşkil edilən hüquqi şəxslərin məlumatları niyə hələ də görünür? Bu həmin keçmiş hüquqi şəxslərin hələ də mövcud olduğuna əsas verir və əməliyyatların aparılmasına mane olur. Zəhmət olmasa, məsələyə aydınlıq gətirərdiniz.
05/12/2019 Read: 33 Average count: 0

Müraciətinizdə qeyd olunan konkret halla bağlı rəsmi qaydada Vergilər Nazirliyinə, eyni zamanda bu və digər texniki problemlər ilə üzləşdiyiniz təqdirdə Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) müraciət etməyiniz tövsiyə edilir.

0/5 (0 Average count)
Qiymət ver:
Sevinc Quliyeva Əsgər se***@mail.ru ID: 510
VM 102.2.5 maddəsininin 1941-1945 iştirakçılarına aidiyyatı varmı?
02/12/2019 Read: 35 Average count: 5

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş 102.2.5-ci maddəsinə əsasən həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt hüququ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.5-ci bəndində qeyd olunmuş aşağıdakı sənədlərdən birinin əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan yaranır.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi;

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin və ya “DOST” mərkəzinin arayışı;

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin,  Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları;

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

5/5 (1 Average count)
Qiymət ver:
Rüstəmov Rüfət Əşrəf oğlu ru***@mail.ru ID: 507
Salam. Bir məsələni dəqiqləşdirmək istərdim. 102.2.5. həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının; 102.2. Aşağıdakı fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır: Bu maddələr 01.01.2019 tarixindən qüvvəyə mindiyi halda, bu haqda muhasibatlıqdan noyabr ayının son günləri məlumat verilib. Bilmək istərdim ki, əvvəlki aylarin kompensasiyasını almaq mümkündürmü? Mühasibatlığın elanında yalnız hərbi komissarlıqdan gələn arayış daxil olunduqdan sonra nəzərə alınacaqları bildirilir. Təşəkkür edirəm.
02/12/2019 Read: 54 Average count: 3

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş 102.2.5-ci maddəsinə əsasən, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt hüququ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.5-ci bəndində qeyd olunmuş aşağıdakı sənədlərdən birinin əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan yaranır.

Vergi Məcəlləsinin 102.8-ci maddəsinə əsasən vergi güzəşti hüququ yalnız fiziki şəxsin əmək kitabçasının olduğu əsas iş yerində müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan yaranır və əvvəlki dövrlər üzrə vergi güzəştinin tətbiq olunaraq artıq hesablanmış vergi məbləğlərinin şəxsə qaytarılması və ya gələcək dövrün vergiləri ilə əvəzləşdirilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.

3/5 (1 Average count)
Qiymət ver:
Zamila Musayeva zm***@gmail.com ID: 449
Salam. VN tərəfindən verilmiş şəhadətnamə- dublikat hansı müddət ərzində qüvvədədir? Verilmə tarixi nəzərə alınır, yoxsa növbəti gündən hesablanır?
30/11/2019 Read: 155 Average count: 5

Bildiririk ki, bank hesabının açılması üçün vergi ödəyicisinin ərizəsi əsasında vergi orqanından alınmış şəhadətnamə-dublikat alındığı tarixdən 10 gün müddətində hesabın açılması üçün istifadə olunmadıqda qüvvədən düşmüş hesab olunur. Qeyd olunan müddət şəhadətnamə-dublikatın alınmasından sonrakı gündən başlanır və təqvim günləri ilə hesablanmaqla müddətin sonuncu günü qeyri-iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçir.

Əsas: Vergi Məcəlləsinin 35-ci və 68-ci maddəlləri.

5/5 (3 Average count)
Qiymət ver:
İsayev Elşad Musa oğlu el***@mail.ru ID: 451
Salam. Sualım belədir ki, vergi ödəyicisi çınqıl qum istehsalı ilə məşğul olur. Vergi ödəyicisinin ƏDV qeydiyyatına alınan tarixdən qabaq olan mal qalığı təqdim edilərkən, həmin mala ƏDV tətbiq edilməlidirmi? Nəzərinizə çatdırıram ki, həmin mal istehsal edilən vaxt vergi ödəyicisi ƏDV qeydiyyatında olmayıb və alınmış mal və xidmətlərin ƏDV-sinin əvəzləşdirilməsi hüququ olmayıb.
30/11/2019 Read: 187 Average count: 3

Bildiririk ki, sadələşdirilmiş vergi ödəyicisi ƏDV qeydiyyatına alındığı tarixdən etibarən təqdim etdiyi mallar, iş və xidmətlər ƏDV-nin vergitutma obyekti hesab olunur.

Vergi Məcəlləsinin 159.7-ci maddəsinin müddəaları ƏDV məqsədləri üçün qeydiyyatda olan vergi ödəyicilərinin ƏDV ödənilməklə apardığı əməliyyatlara tətbiq edildiyindən, sorğunuzda qeyd olunan vergi ödəyicisinin ƏDV ödəyicisi olmadığı dövrdə ƏDV-yə cəlb edilən əməliyyat nəticəsində əldə edilən malları təqdim etməsi ƏDV tutulan əməliyyat sayılır. Yəni Vergi Məcəlləsinin 159.7-ci maddəsi sadələşdirilmiş vergi ödəyicilərinə aid edilmir.

Əsas: Vergi Məcəlləsinin 159-cu, 175-ci maddələri.

3/5 (3 Average count)
Qiymət ver:
Mehdi Camalov Teymur fa***@mail.ru ID: 432
Vergilər Nazirliyinin Tədris Mərkəzində tədris almaq üçün hara müraciət edə bilərəm?
30/11/2019 Read: 122 Average count: 5

Vergilər Nazirliyinin Tədris Mərkəzinin ünvanı və əlaqə vasitələri ilə buradan tanış ola və məlumat üçün müraciət edə bilərsiniz:  https://www.taxes.gov.az/az/page/vergiler-nazirlinin-tedris-merkezi

5/5 (1 Average count)
Qiymət ver: