Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Şıxməmməd Sayıdov Şahməmməd sa***@mail.ru ID: 571
Məktubla əlaqəli olaraq bilmək istədim, elektron kabinetdən istifadə edilməsi barədə gələn məktub nəyi bildirir ki?
16/12/2019 Read: 30 Average count: 0

Vergi orqanı tərəfindən vergi ödəyicisinin elektron kabinetinə göndərilən sənədlərlə tanış olmaq üçün Vergilər Nazirliyinin www.e-taxes.gov.az rəsmi internet portalına daxil olaraq istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) vasitəsilə İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olub “Gələnlər” qovluğuna keçmək lazımdır. Bu barədə daha ətraflı məlumatı İnternet Vergi İdarəsinin (www.e-taxes.gov.az) “Yardım” bölməsindən əldə edə bilərsiniz.

Vergi orqanları tərəfindən vergi ödəyicilərinin elektron qutularına göndərilmiş sənədlər 5 gün ərzində oxunmadıqda bu barədə onların mobil telefon nömrəsinə oxunulmamış məktublar barədə müvafiq məzmunlu SMS göndərilir.

Məktubların məzmunu ilə əlaqədar uçotda olduğunuz vergi orqanına müraciət edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
İsrayıl Azayev Qulu is***@shirvanoil.com ID: 570
Mən oktyabr ayının 12-dən 36 gün müddətinə əmək məzuniyyətinə buraxılmışam və məzuniyyət haqqımı da qanunvericiliyə uyğun olaraq almışam. Bələdiyyə seçkisində Məntəqə Seçki komisiyasının sədri olduğum üçün oktyabr ayının 22-dən dekabr ayının 25-dək iş yerində orta əmək haqqım saxlanılmaqla məzuniyyətdən geri çağırılmışam. Məni maraqlandıran sual belədir: Məndən gəlir vergisi hesablayan zaman aylar üzrə (oktyabr - 20 gün, noyabr 16 gün ) məzuniyyət haqqım ilə hesablanmış əmək haqqımın cəmindən gəlir vergisi tutulmalıdır, yoxsa vergi məcəlləsində edilmiş dəyişikliklərə görə cari ildə istifadə etmədiyim məzuniyyət günlərinə görə və aylar üzrə hesablanmış əmək haqqımdan ayrı-ayrılıqda gəlir vergisi tutulmadır. Əvvəlcədən Sizə təşəkkürümü bildirirəm.
16/12/2019 Read: 103 Average count: 5

Bildiririk ki, məzuniyyət haqqının hər bir aya düşən hissəsi həmin ayın əməkhaqqısi ilə cəmlənərək gəlir vergisinə və sosial sığorta haqqına cəlb olunur.

Əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilərkən tam iş illərinin kompensasiya haqları ayrı-ayrılıqda, o cümlədən cari iş ilinə görə istifadə olunmamış məzuniyyətə görə ödənilən kompensasiya haqqı ödəniş aparılan ayın əmək haqqına əlavə edilmədən ayrılıqda fiziki şəxslərin gəlir vergisinə və məcburi dövlət sosial sığorta haqlarına cəlb edilir

5/5 (1 Average count)
Qiymət ver:
Orxan Nağıyev Mətləb bm***@gmail.com ID: 569
Salam. Artıq 2-ci dəfədir müraciətimə və ya qaynar xəttə zənglərimə baxmayaraq problemimin həllini mənə tam cavab verən orqan yoxdur. Problemim ondan ibarətdir ki, mmc kimi hüquqi şəxs olaraq qeydiyyatdan keçib asan imza ve sertifkatımı da almışam. Bütün elektron portallarda əməliyyatlarım uğurla həyata keçirilir sadəcə işçilərimi qeydiyyata ala bilmirəm. Öncə elektron dövlət portalına asan imzamla rahat şəkildə daxil olub sahibkar bölməsini seçirəm işçinin qeydiyyatı üçün əmək və əhalinin sosial müdafiə fondu bölməsinə giriş edirəm, orada işçinin qeydiyyata alınması əmək müqaviləsi və bildirişlərin təqdim edilməsi bölməsinə girdikdə ekrana qırmızı hərflərlə "daxil olduğunuz əməliyyatı həyata keçirmək üçün imza və ya möhür vurma səlahiyyəti və ya bu səlahiyyətə icazə vermək ixtiyarı olan şəxsin icazəsi lazımdır" yazısı çıxır. Heç bir şəkildə nə ASAN xidmət mərkəzləri, nə ərazi üzrə vergi idarəsi, nə DOST agentliyi, nə ərazi üzrə DSMF bu problemin həllinde mənə köməklik edə bilmir. Müraciət etdiyim qurumların hamısı bir-birinin üzərinə yönləndirir. Artıq bilmirəm hara müraciət edim. Belə bir şey olmaz axı. Hansısa bir dövlət orqanı mənə bu məsələdə köməklik etməlidir. İş yoxlamaya gələndə işçim qeydiyyatda olmasa amma cəriməni hər hansısa bir orqan rahat şəkildə yazacaq. Müraciət etdiyim bütün yuxarıda sadaladığım qurumların iş sisteminden razı deyiləm, işə səthi yanaşırlar. İşlərində ciddi deyillər. Son olaraq Sizdən ümidlə cavab gözləyirəm.
16/12/2019 Read: 84 Average count: 3

Bildiririk ki, əmək müqaviləsi bildirişləri elektron informasiya sisteminə daxil edilməzdən əvvəl “Əsas səhifə”də “Əmək müqaviləsini bağlamaq səlahiyyəti olan şəxslər” düyməsini sıxmaqla əmək müqaviləsi bağlamaq səlahiyyəti olan şəxslər barəsində məlumat sistemə daxil edilməlidir.

Eyni zamanda, müraciətinizdə qeyd olunan məsələnin texniki məsələlərə aid olub-olmamasını müəyyən etmək üçün Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməyiniz tövsiyə olunur.

3/5 (2 Average count)
Qiymət ver:
Həmid Mustafayev ha***@gmail.com ID: 568
Salam. Zəhmət olmasa Komissiya müqaviləsini ətraflı misal üzərində izah edərdiz.Bu müqavilə əsasında komitentə verilən mallar və həmin malın onun tərəfindən satılması necə rəsmiləşdirilir?
16/12/2019 Read: 147 Average count: 0

Komissiya müqaviləsinə görə bir tərəf (komisyonçu) digər tərəfin (komitentin) tapşırığı ilə muzd müqabilində öz adından, lakin komitentin hesabına bir və ya bir neçə əqd bağlamağı öhdəsinə götürür. Komisyonçunun üçüncü şəxslə bağladığı əqd üzrə hüquqları, əqddə komitent adlandırılmış olduqda və ya əqdin icrası üzrə üçüncü şəxslə bilavasitə münasibətlərə girdikdə belə, komisyonçu əldə edir və komisyonçu mükəlləfiyyətli olur.

Vergi Məcəlləsinin 71-1-ci maddəsinin müddəalarına əsasən, elektron qaimə-faktura hüquqi şəxslərə və fərdi sahibkarlara malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxslər tərəfindən təqdim edilir. Aviabiletlərin satışının həyata keçirilməsi məqsədilə biletlərin agentlərə və agentlər tərəfindən də həmin biletlərin digər agentlərə, yəni subagentlərə təhvil verilməsi üzrə uçuşları həyata keçirən müəssisə tərəfindən agentə və agent tərəfindən digər agentlərə elektron qaimə-faktura təqdim edilmir. Belə əməliyyat “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir və malların komissiyaya qəbul edilməsi ilə bağlı tərəflər arasında müqavilə bağlanır.

Bununla belə, agent tərəfindən subagentlərə elektron qaimə-fakturanın təqdim edilməsinə görə Vergi Məcəlləsində hər hansı məsuliyyət nəzərdə tutulmamışdır. Agentlər tərəfindən subagentlərə  və ya bu xidmətlərin alıcısı olan şəxslərə (hüquqi şəxslərə, fərdi sahibkarlara, büdcə təşkilatlarına) elektron qaimə-faktura verildiyi halda, belə əməliyyatın agent qaydasında həyata keçirilməsi barədə müvafiq qeyd elektron qaimə-fakturanın “Əlavə qeydlər” sətrində öz əksini tapmalıdır. Bu əməliyyat üzrə elektron qaimə-fakturada göstərilən məbləğlər agentin (subagentin)  gəlirləri hesab edilmir və agent (subagent) yalnız ona çatası haqq üzrə gəlirlərindən vergilərini ödəyir.

Məlumat üçün bildiririk ki, 1 yanvar 2020-ci ildən Vergi Məcəlləsinə ediləcək dəyişikliklərə əsasən, elektron qaimə fakturaların fəaliyyət növlərinə görə, o cümlədən komissiya qaydasında satış üçün növlərinin tətbiq olunması nəzərdə tutulmuşdur.

0/5 (0 Average count)
Qiymət ver:
Xəlilov Elvin Sahib oğlu de***@gmail.com ID: 566
Salam. Mən hal hazırda işlədiyim yerdə nə zamandan qeydiyyata alınmışam bilmək istəyirəm zəhmət olmasa bunu bildirərdiniz mənə. Əlaqəli şəxs mənlə əlaqə saxlasın mən həmin şəxsə şəxsiyyət vəsiqəmin seriya nömrəsini verim yoxlasın zəhmət olmasa
15/12/2019 Read: 57 Average count: 0

Bildiririk ki, qeyd olunan məsələ ilə əlaqədar əmək münasibətlərini nəzarət edən səlahiyyətli qurum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz daha məqsədəuyğundur.

0/5 (0 Average count)
Qiymət ver:
Валида dm***@bk.ru ID: 562
Здравствуйте! Както очень давно читала статью о том что надо собирать чеки , и что от 18% НДС то что мы оплачиваем нам будет возвращаться 10 % про наличном расчете, и 15% про безналичном расчете. Могу ли узнать подробнее об этом? в статье было написано что закон вступит в силу с 01.01.19
14/12/2019 Read: 76 Average count: 0

Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması üçün Nazirlər Kabineti tərəfindən müvafiq qaydaların hazırlanması nəzərdə tutulub. Hazırda bu qaydaların hazırlanması istiqamətində işlər davam edir.

Bununla yanaşı, Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin  müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. Bu isə o deməkdir ki, bu cür ödənişlər yeni nəsil, yəni Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulan nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməlidir. Yeni nəsil kassa aparatlarının quraşdırılması isə Nazirlər Kabinetinin 14 fevral 2019-cu il tarixli 52 saylı Qərarı ilə müəyyən edilmiş qrafikə əsasən, mərhələli şəkildə həyata keçirilir. Hazırda bu proses nəzərdə tutulan qrafik üzrə davam edir.

0/5 (0 Average count)
Qiymət ver:
Vüqar Qasımov vu***@list.ru ID: 506
Mən, informasiya və xəbərlər (KİV ilə məşğul olmaq üçün) fəaliyyəti ilə məşğul olmaq üçün təsis etdiyim "APAXEBER.AZ" Aktual Press Agentliyinin fəaliyyətini vergi qeydiyatına aldırmaq (VÖEN açdırmaq) istəyirəm. Lakin harada qeydiyyatdan keçmək və qeydiyyata düşən zaman hansı fəaliyyət növünü seçməliyəm?
13/12/2019 Read: 186 Average count: 4

Kütləvi informasiya vasitələrini dövlət orqanları, bələdiyyələr, siyasi partiyalar (yalnız mətbu nəşrlər üçün), ictimai birliklər, idarə, müəssisə və təşkilatlar, Azərbaycan Respublikası ərazisində daimi yaşayan vətəndaşlar təklikdə və ya başqaları ilə birlikdə təsis etmək hüququna malikdirlər.

Hüquqi şəxsin yaradılması üçün tələb olunan sənədlərin siyahısını saytımızın “Bir pəncərə” bölməsinin eyniadlı pəncərəsindən əldə edə bilərsiniz. Daha ətraflı məlumatın əldə olunması məqsədi ilə saytımızın “Sahibkarın vergi bələdçisi” bölməsinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı” hissəsi ilə tanış olmağınızı tövsiyə edirik.

Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən şəxs “Fiziki şəxsin uçotu haqqında ərizə”ni sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir.

Vergi uçotuna alınmaq üçün “Fiziki şəxsin uçotu haqqında ərizə” ilə yanaşı, tərəfinizdən şəxsiyyətini təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi) surəti təqdim edilməlidir.

Vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.

Qeyd etdiyiniz fəaliyyəti “63910 MƏLUMAT AGENTLİKLƏRİNİN FƏALİYYƏTİ” fəaliyyət növünü seçərək  həyata keçirə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 33-cü və 34-cü maddələri, VIII, IX, XI, XVII fəsilləri. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunu (3-cü fəsil)

4/5 (6 Average count)
Qiymət ver:
Müslüm Səfərov Əli oğlu mu***@mail.ru ID: 466
Salam. Mən 2 faizli sadələşdirilmiş vergi ödəyicisiyəm. Fiziki şəxs olaraq fəaliyyət göstərirəm. Göstərdiyimiz fəaliyyət psixofizioloji reabilitasiya mərkəzidir. Mən tam olaraq hansı fəaliyyət kodunu seçməliyəm? Xahiş edirəm köməklik edərdiniz. Öncədən təşəkkür edirəm.
13/12/2019 Read: 192 Average count: 4

Bildiririk ki, qeyd etdiyiniz fəaliyyəti  “86900 SƏHİYYƏ SAHƏSİNDƏ SAİR FƏALİYYƏT” fəaliyyət növünü seçərək  həyata keçirə bilərsiniz.

Əsas: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2008-ci il 14 noyabr tarixli kollegiya qərarı ilə təsdiq edilmiş “İqtisadi fəaliyyət növləri təsnifatı”

4/5 (8 Average count)
Qiymət ver:
Elçin Məmmədov te***@mail.ru ID: 501
Salam. Univermaqda obyekt götürmüş ayaqqabı satmaqla məşğul olan şəxsin vergi öhdəliyi necə olacaq? Hansı faizlə vergi ödəyəcək? Həmin şəxslərin nəzarət-kassa aparatı ilə hesablaşma aparmağı məcburidirmi?
13/12/2019 Read: 239 Average count: 4

Pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti üzrə nağd pul hesablaşmalarının nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirilməsinin təsbit olunduğunu nəzərə alaraq, sorğunuzda qeyd edilən fəaliyyət növü üzrə nağd pul hesablaşmaları nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirilməlidir.

Eyni zamanda, icarəyə götürülən obyekt üzrə icarədar hüquqi şəxs olduqda ödənilən icarə haqqından ödəmə mənbəyində vergi tutulmur. İcarədar fiziki şəxs olduqda isə ödənilən icarə haqqından ödəmə mənbəyində xərclər çıxılmadan 14 faiz dərəcəsi ilə gəlir vergisi tutulmalı, tutulmuş vergi hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə köçürülməli və həmin müddətdə vergi orqanına “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi” təqdim edilməlidir.

Bundan başqa, nağdsız ödənişlərin aparılması üçün “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılmasını təmin etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.

Əlavə olaraq bildiririk ki, vergi öhdəlikləriniz vergi uçotuna alınarkən təqdim etdiyiniz ərizədə seçdiyiniz vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV, icarəyə götürülən əmlak olduqda icarəyə verənə ödənilən icarə haqqından ödəmə mənbəyində tutulan vergi, muzdlu işçi olduqda muzdlu işlə əlaqədar alınan gəlirdən ödəmə mənbəyində tutulan vergi və s.) ibarət olacaqdır.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətin xüsusiyyətlərindən asılı olaraq edilməli hərəkətlər (nağd və nağdsız hesablaşmaların rəsmiləşdirilməsi, vergi öhdəliklərinin yerinə yetirilməsi və s.) barədə daha ətraflı məlumat almaq üçün saytımızın “Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola bilərsiniz.

Əsas:  Vergi Məcəlləsinin 16.1.8-ci, 16.1.11-1-ci, 33-cü və 34-cü maddələri, VIII, X, XI və XVII fəsilləri.

4/5 (5 Average count)
Qiymət ver:
İbişov Nurlan Elşən ib***@mail.ru ID: 498
Salam. Sizə belə bir sualım var. Hərbi xidmətə getməmiş şəxslər vergi orqanlarına imtahan verə bilərlər? Yəni məhdud yararlı şəxslər.
13/12/2019 Read: 174 Average count: 4

Bildiririk ki, qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar dövlət vergi orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrə xidmətə qəbul edilmirlər.

Əsas: Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 9-cu və 15-ci bəndləri.

4/5 (7 Average count)
Qiymət ver:
Cavadova Sevinc Sabir qızı. se***@mail.ru ID: 525
Sual: Təsərrüafat fəaliyyətimiz zamanı bəzi hallarda, barter (yəni tərəfimizdən təqdim olunmuş malların dəyəri müqabilində qarşı tərəfdən bizə lazım olan digər malların alınması) əməliyyatları qaçılmaz olduğundan, bu əməliyyatlara görə, yəni debitor və kreditor borcların əsas məbləği ödənilməyərək qarşılıqlı qaydada əvəzləşdirilərkən həmin əməliyyatlara görə verilmiş elektron vergi hesab fakturaları üzrə ƏDV məbləğlərinin əvəzləşdirilməsinin mümkünlüyü barədə məlumat verilməsini Sizdən xahiş edirəm.
13/12/2019 Read: 242 Average count: 4

Bildiririk ki, barter müqaviləsi əsasında əməliyyatlar aparılarkən, habelə debitor və kreditor borclarının əsas məbləği ödənilməyərək qarşılıqlı qaydada əvəzləşdirilərkən həmin əməliyyatlara görə verilmiş elektron vergi hesab-fakturaları üzrə ƏDV məbləğləri ƏDV-nin depozit hesabına nağdsız qaydada ödənildiyi halda həmin məbləğlər əvəzləşdirilir.

Əsas: Vergi Məcəlləsinin 175.1-ci və 176-cı maddələri.

4/5 (6 Average count)
Qiymət ver:
Qurbanov Müthiş Akif oğlu mu***@gmail.com ID: 496
Salam alekum. Satış əməliyyatı E-Qaimə 30.08.2019 - 10000+18% EVHF- 31.08.2019 - 10000+18% Ödəniş- 12.09.2019 - 5000+18% Bu gün ki tarix: 29.11.2019. Qalıq borc hələ ödənilməyib. Bu əməliyyat hansı ayın ƏDV bəyannaməsinə qeyd olunmalıdır? Xahiş edirəm bu kimi qarışıq mövzularla bağlı VN olaraq kiçik nəşr və videoroliklər hazırlayaraq sahibkar və mühasibləri bu qarışıq mövuzlardan qurtarasınız. Öncədən təşşəkkür.
13/12/2019 Read: 173 Average count: 4

Bildiririk ki, Vergi Məcəlləsinin 166.1-ci maddəsində qeyd olunmuşdur ki, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı həmin əməliyyat üçün ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi, ödəmə 30 gündən sonra həyata keçirildikdə isə ƏDV-nin elektron vergi hesab-fakturasının verildiyi vaxt sayılır. Mallar (işlər, xidmətlər) təqdim olunduqdan sonrakı 5 gün ərzində ƏDV-nin elektron vergi hesab-fakturası verilmirsə və ödəmə 30 gün ərzində həyata keçirilmirsə, vergi tutulan əməliyyatın aparıldığı vaxt malların (işlərin, xidmətlərin) göndərildiyi və ya təqdim edildiyi vaxt hesab olunur.

Bu maddədə ödəmə dedikdə vergi tutulan əməliyyat üzrə tam ödənişin aparılması nəzərdə tutulur. 

Sorğunuzda qeyd olunan halda, vergi tutulan əməliyyatın vaxtı malların (işlərin, xidmətlərin) göndərildiyi və ya təqdim edildiyi vaxt hesab olunur.

Məlumat üçün bildiririk ki, Vergi Məcəlləsinə ediləcək dəyişikliklər sırasında ƏDV məqsədləri üçün vergi tutulan əməliyyatların aparıldığı vaxtın müəyyən edilməsi qaydasının dəyişdirilməsi nəzərdə tutulmuşdur.

Əsas: Vergi Məcəlləsinin 166-cı maddəsi.

4/5 (4 Average count)
Qiymət ver:
kamran Qubadlı Ka***@mail.ru ID: 483
Rezident müəssisə qeyri rezident müəssisəyə daşıma xidmətinə görə vəsait ödəməlidir. Bildiyimiz kimi qeyri rezidentə ödənişə görə 6 % XSOMV cəlb olunur. Beynəlxalq daşıma ƏDV 0 % olur. Mənim sizə sualım isə belədir xidmət göstərən qeyri rezident müəssisə güzəşt olunan ölkələr sırasında olsa, məsələn Hong Konq şirkəti olduğu halda onun mənə gəstərdiyi xidmətin dəyəri ödənilərkən mənim vergi öhdəliklərim dəyişirmi? Yoxsa 6 % XSOMV-lə yekunlaşır? Vergi məcəlləsi 13.2.16.4-1 və 125.1.9 maddələri bu əməliyyatlarla əlaqəsi varmı?? Misal üçün xarici şirkətə 1 000 USD ödəniləcək. Xahiş edirəm misal üzərində sualımı cavablandırasınız.
13/12/2019 Read: 246 Average count: 5

Bildiririk ki, rezident müəssisə tərəfindən güzəştli vergi tutulan ölkələrdə qeydiyyatda olan qeyri-rezidentdən alınmış mallara görə köçürülən məbləğdən Vergi Məcəlləsinin 125.1.9-cu maddəsinə əsasən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilir.

Bununla yanaşı, güzəştli vergi tutulan ölkələrdə qeydiyyatda olan qeyri-rezident tərəfindən Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisəsinin və ya sahibkarın ödəmələrindən Vergi Məcəlləsinin 125.1.4-cü maddəsinə uyğun olaraq ödəmə mənbəyində 6 faiz dərəcə ilə vergi tutulmaqla yanaşı, Vergi Məcəlləsinin 125.1.9-cu maddəsinə uyğun olaraq ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilir.

Əsas: Vergi Məcəlləsinin 125-ci maddəsi.

5/5 (1 Average count)
Qiymət ver:
Əkbərov Murad Nuhbala me***@mail.ru ID: 523
Salam. Mən xidmətə qəbul müsabiqədə 69 bal toplamışam. Bilmək istərdim mənim müsahibəyə buraxılma şansım varmı? Zəhmət olmasa cavablandırardınız.
13/12/2019 Read: 138 Average count: 0

Bildiririk ki, vergi orqanlarına işə qəbulla əlaqədar test imtahanında mümkün olan baldan ən azı 70 faizini toplamış namizəd müsahibəyə buraxılır. Namizədin tələb olunan  baldan az topladığı halda müsahibə mərhələsinə keçməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.

Məlumat üçün bildiririk ki, Vergilər Nazirliyi tərəfindən 19.09.2019-cu il tarixində elan edilmiş müsabiqə əsasında imtahan başa çatmış və imtahan nəticələri ictimaiyyətə elan edilmişdir.

Əsas: Vergilər Nazirliyinin 24.06.2014-cü il tarixli müvafiq əmri ilə təsdiq olunmuş “Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərinin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları”.

0/5 (0 Average count)
Qiymət ver:
Nəciyev Fərid Əhmədağa oğlu fa***@gmail.com ID: 487
Salam. İşçiyə 30.11.2019-cu il tarixində 600 azn əmək haqqı hesablanıb. 15.11.2019-cu il tarixində işçiyə 400 azn əvvəlki ilin istifadə etmədiyi məzuniyyətə görə kompensasiya ödənilib. Sualım bundan ibarətdir ki, İşçinin gəliri 1000 azn olaraq Sosial sığorta haqqına cəlb ediləcək, yoxsa 600 azn ayrılıqda, 400 azn ayrılıqda sosial sığorta haqqına cəlb edilməlidir? Sizdən xahiş edirik ki, suala münasibət bildirəsiniz.
13/12/2019 Read: 205 Average count: 5

Bildiririk ki, əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilərkən tam iş illərinin kompensasiya haqları ayrı-ayrılıqda, o cümlədən cari iş ilinə görə istifadə olunmamış məzuniyyətə görə ödənilən kompensasiya haqqı ödəniş aparılan ayın əmək haqqına əlavə edilmədən ayrılıqda fiziki şəxslərin gəlir vergisinə və məcburi dövlət sosial sığorta haqlarına cəlb edilir.

Əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə hər il üzrə ayrılıqda hesablanmış kompensasiya haqları 1 yanvar 2019-cu il tarixdən ödənildiyi halda gəlir vergisi və sosial sığorta haqları  1 yanvar 2019-cu il tarixdən qüvvədə olan dərəcələrlə hesablanır.

Eyni zamanda, gəlir vergisinin məqsədləri üçün hər il üzrə ayrılıqda hesablanmış kompensasiya haqlarından Vergi Məcəlləsinin 102.1.6-cı maddəsi ilə müəyyən edilən 200 manat çıxılır.

Əsas: Vergi Məcəlləsinin 101.1-ci, 101.1-1-ci və 102.1.6-cı maddələri.

5/5 (3 Average count)
Qiymət ver:
Nariman Garakhani ga***@gmail.com ID: 505
Salam. Mən hal-hazırda ölkə hüdudları kənarındayam. İnternet üzərindən məşğul olduğum biznes fəalliyyəti üçün VÖEN almaq istəyirdim. Bunu online qaydada nece edə bilərəm, zəhmət olmasa təlimatlandırardız. Təşəkkürlər.
13/12/2019 Read: 141 Average count: 4

Bildiririk ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir.

Azərbaycan Respublikasının vətəndaşı olan fiziki şəxs Vergi Məcəlləsinin 13.2.5-ci maddəsində göstərilən şərtlərə əsasən Azərbaycan Respublikası rezidenti olduğu halda onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda təqvim ili ərzində əldə etdiyi bütün gəliri (vergidən azad edilən gəlir istisna olmaqla) Azərbaycan Respublikasında vergiyə cəlb olunur.

Ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan və ya royaltidən gəliri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən rezident fiziki şəxslər ərizəni gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq vergi orqanına verməlidirlər.

Vergi uçotuna alınma kağız daşıyıcısında “Fiziki şəxsin uçotu haqqında ərizə” və ona əlavə olunmuş şəxsiyyəti təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi) surətinə əsasən həyata keçirilir. Kağız daşıyıcısında müraciət şəxsən və ya səlahiyyətli nümayəndə (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə vergi orqanına gəlməklə və ya poçt vasitəsi ilə edilir.

Vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat yalnız gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü maddələri.

4/5 (3 Average count)
Qiymət ver:
Həmidov Ənvər Abdullayeviç aa***@linka.az ID: 502
"Startap" şəhadətnaməsi"ni hansı Dövlət qurumları verir? Yəni hansı Dövlət qurumlarına müraciət etmək lazımdır?
13/12/2019 Read: 154 Average count: 5

Bildiririk ki, vergitutma məqsədləri üçün startap innovativ təşəbbüsə əsaslanaraq həyata keçirilən, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş meyarlara cavab verən və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən “Startap” şəhadətnaməsi verilmiş şəxslərin həyata keçirdiyi sahibkarlıq fəaliyyəti hesab olunur və bu fəaliyyət müvafiq şəhadətnamə alındığı tarixdən 3 il müddətinə gəlir və ya mənfəət vergisindən azad edilir.

Müvafiq vergi güzəştlərinin əldə olunması barədə dəqiq məlumat qeyd olunan meyarlar müəyyən edildikdən sonra  verilə bilər.

5/5 (2 Average count)
Qiymət ver:
Nəsimi Qeybullayev Valeh nq***@gmail.com ID: 490
Salam. Mən Cısco şirkətindən imtahanda iştirak etmək üçün imtahan ödənişi etmişəm. 1600$ imtahanın qiyməti və əlavə olaraq 336$ VAT. Ödəniş zamanı məndən ƏDV kimi 592 manat əlavə olaraq tutulub. Bilmək istəyirəm ki bu nə dərəcədə düzgündür. İmtahan 2020 fevral ayında nəzərdə tutulub, Brüsseldə.
13/12/2019 Read: 196 Average count: 5

Bildiririk ki, xidmətlər mədəniyyət, incəsənət, təhsil, bədən tərbiyəsi və ya idman sahəsində, yaxud digər analoji fəaliyyət sahələrində göstərilirsə, ƏDV məqsədləri üçün işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer işlərin faktiki görüldüyü (xidmətlərin faktiki göstərildiyi) yer (sorğunuzda Brüssel şəhəri) hesab olunur.

Məlumat üçün bildiririk ki, qeyri-rezident şəxslər tərəfindən imtahan xidmətləri onlayn qaydada həyata keçirilirsə və xidməti alan şəxs ölkə daxilində imtahanda iştirak edirsə, işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer Azərbaycan Respublikası hesab olunur və bu xidmətlər ƏDV-yə cəlb olunur.

Müraciətinizdə qeyd olunanlara əsasən, imtahan ölkə hüdudlarından kənarda keçirildiyi halda həmin xidmətlər ƏDV-yə cəlb olunmur.

Qeyd olunanlara əsasən, artıq tutulmuş ƏDV-nin qaytarılması üçün müştərisi olduğunuz banka müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 168.1.2-ci və 169-cu maddələri.

5/5 (2 Average count)
Qiymət ver:
Məmmədov Məmməd Sahib oglu ma***@aztelekom.az ID: 522
Salam. Mən istehsalatda 2003-cü ildə əmək zədəsi almışam. İndiyə qədər verilən aylıq kompensasiyadan vergi tutulmayıb. 2019-cu ildən etibarən vergi tutulur. 102.1.10 Vergi Məcəlləsində dəymiş zərərlərin ödənilməsi ilə bağlı alınan kompensasiya ödənişlərindən vergi tutulmur. Xahiş edirəm bu məsələyə münasibət bildirəsiniz.
13/12/2019 Read: 156 Average count: 5

Bildiririk ki, peşə xəstəliyi səbəbindən dəymiş zərərin ödənilməsi ilə bağlı işçiyə ödənilmiş və daha sonra ödəniləcək məbləğlər dəymiş zərərin ödənilməsi ilə bağlı alınan kompensasiya ödənişləri hesab olunduğundan gəlir vergisindən azaddır.

Qeyd olunan maddədə hər hansı dəyişiklik edilməmişdir və dəymiş zərərin ödənilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının qərarı əsas iş yerinə təqdim edilməklə gəlir vergisinin güzəştindən istifadə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 102.1.10-cu maddəsi.

5/5 (2 Average count)
Qiymət ver:
Ağayev Faiq Heybət oğlu fa***@mail.ru ID: 482
Hüquqi şəxs tərəfindən vergi qeydiyyatında olmayan fiziki şəxsə daşınmaz əmlak - yaşayış evi bağışlanılmışdır. Bağışlanmış evin dəyəri fiziki şəxsin gəliri (qeyri-sahibkarlıq fəaliyyətindən) hesab edildiyindən bu gəlirdən vergini ödəmək üçün fiziki şəxsin vergi qeydiyyatına alınması və hesabat təqdim edərək gəlidən vergi hesablanması Vergi Məcəlləsinin hansı maddəsi ilə tənzimləndiyi barədə məlumat verməyinizi xahiş edirəm. Əvvəlcədən minnətdarlığımı bildirirəm.
13/12/2019 Read: 216 Average count: 5

Bildiririk ki, balansında olan daşınmaz əmlakın digər şəxsə bağışlanması hüquqi şəxs tərəfindən aktivlərin təqdim edilməsi sayılır. Daşınmaz əmlakın təqdim edilməsi zamanı (Vergi Məcəlləsinin 106.1.16-cı, 144.1.1-ci və 144.1.2-ci maddələrində nəzərdə tutulmuş təqdim edilmə halları istisna olmaqla) yaranan vergi Vergi Məcəlləsinin 220.8.1-ci və 220.8-1-ci maddələrinə uyğun olaraq hesablanır və qeyri-yaşayış sahəsinin təqdim edilməsi üzrə müqaviləni təsdiq edən notarius tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergi tutulur və həmin daşınmaz əmlakın təqdim edilməsindən əldə edilən gəlirlər hüquqi şəxsin mənfəət vergisi məqsədləri üçün vergi tutulan gəlirlərinə aid edilmir.

Eyni zamanda, aparılmış əməliyyatlar ƏDV-nin vergitutma obyektini təşkil etmədiyindən, həmin daşınmaz əmlaka görə ödənilmiş və əvəzləşdirilmiş ƏDV-nin məbləğləri təqdimetmənin baş verdiyi ayın ƏDV bəyannaməsində yenidən hesablanmaqla dövlət büdcəsinə bərpa edilir.

Bununla belə, həmin əmlakı əvəzsiz əsasla alan fiziki şəxsin belə gəliri qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə aid edilməklə onun 1000 manatdan yuxarı olan hissəsi Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq vergiyə cəlb edilir və qeyd olunan şəxs vergi orqanında uçota alınmaqla qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəlirdən 14 faiz dərəcə ilə vergi ödəməli və hesabat təqdim etməlidir.

Əsas: Vergi Məcəlləsinin 101.2-ci, 150.1.9-cu və 218.4.3-cü maddələri.

5/5 (4 Average count)
Qiymət ver: