Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Vəli Müslümov İbad oğlu vm***@mail.ru ID: 679
1939021848113200 fəaliyyətin bərpa edilməsi barədə məktub almışam. Mən fəaliyyət göstərmirəm və heç bir vergi də ödəmirəm. Mən fəaliyyətimin dayandırılmasını online yerinə yetirə bilərəmmi? Əgər edə bilərəmsə necə? e-taxes.qov-.az-la alınmır. Xəta baş verir məlumatı gəlir. Xahiş edirəm ətraflı məlumat verəsiniz.
15/01/2020 Read: 73 Average count: 0

Bildiririk ki, vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, müvafiq arayış vergi orqanına həmin fəaliyyətin və ya əməliyyatların dayandırılması günündən gec olmayaraq təqdim edilməlidir.

Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması barədə əvvəlki ərizəsində qeyd olunan fəaliyyətinin bərpa ediləcəyi tarix ilə növbəti ərizəsində qeyd olunan fəaliyyətinin dayandırılması tarixi arasında müddət fərqi olduqda, fəaliyyətinin aktivləşdiyi dövr üzrə müəyyən edilmiş müddətdən gec olmayaraq vergi orqanına bəyannamə təqdim etməlidir.

Əlavə olaraq bildiririk ki, vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda, o, vergi orqanına vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq “Vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliklərin yaranmaması haqqında arayış” təqdim etməlidir.

Həmin arayışı və ya vergi hesabatını əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicilərinə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 16.2-ci, 16.3-cü (vergi ödəyicisinin vəzifələri), 30.2-ci, 30.3-cü və 30.8-ci (kommersiya (vergi) sirri), 57.1-ci (hesabatın və digər məlumatın təqdim edilməsi ilə bağlı huquqpozmalara görə maliyyə sanksiyaları), 68-ci (müddətlərin müəyyən edilməsi qaydası) maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Dəmirov Ağamurad Rahib oğlu my***@mail.ru ID: 3543
Salam. Biz muzdlu işçi kimi fəaliyyət göstəririk. Bizə deyildi ki, vergini dondurarsınız, bizim 4-cü rüb hesabatı olmadan biz vergini dondura bilərikmi? Əgər borcumuz varsa, vergini dondura bilərikmi? Əgər borc ola-ola vergini dondursaq, gündəllik faizlər üstünə gələcəkmi? Ətraflı cavab verərdiniz, zəhmət deyilsə.
11/01/2020 Read: 71 Average count: 0

Bildiririk ki, muzdlu iş - əmək qanunvericiliyinə uyğun olaraq müqavilə (kontrakt) əsasında haqqı ödənilməklə yerinə yetirilən əmək fəaliyyətidir. Muzdlu işləyən şəxs Vegi Məcəlləsinin məqsədləri üçün "işçi", bu cür fiziki şəxsin işçi kimi göstərdiyi xidmətlərin haqqını ödəyən şəxs "işəgötürən", bu cür haqq isə "əmək haqqı" adlandırılır. 

Müraciətinizdə qeyd olunanlara əsasən, sizin mülki-hüquqi müqavilə əsasında fəaliyyət göstərdiyiniz və vergi ödəyicisi olduğunuz qənaətinə gələrək bildiririk ki, fəaliyyətinizi müvəqqəti dayandırmaq üçün vergi orqanına “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlisiniz. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir. Gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda İnternet Vergi İdarəsi portalı üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə dayandırılması mümkündür.

Vergi borcunuzun olması fəaliyyətinizi dayandırmaq üçün hər hansı məhdudiyyət yaratmır. Vergi ödəyicisi fəaliyyətini dayandırdığı hesabat dövrü üçün vergi orqanına hesabatı təqdim etməlidir. 

Eyni zamanda, vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Lakin, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri və tətilləri mexanizmi məqsədilə Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə vergilərin bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilməməsinə görə bu Məcəllənin 59.1-ci maddəsi ilə müəyyən edilmiş faizlərin hesablanması 2020-ci il aprelin 1-dən 2021-ci il yanvarın 1-dək dayandırılmışdır.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 16-cı, 59-cu, 149-cu, 220-ci, 222-ci və 224-cü maddələri və “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 8 may 2020-ci il tarixli 90-VIQD nömrəli Qanunu.

 

0/5 (0 Average count)
Qiymət ver:
Fəxriyyə Musayeva fe***@hotmail.com ID: 640
Salam. Xahiş edirəm məlumat verəsiniz. Marketlərdən alış-veriş elədiyimiz zaman aldığımız çeklərdəki ƏDV vətəndaşa geri veriləcəkmi? Türkiyədə hər ilin başında keçən ildə olan bütün xərcləmələrə aid çeklər siyahı şəklində yazılır: alındığı market, məhsul, tarix və məbləğ. Və vergiyə təqdim olunur. Vergi hesablanmış məbləğləri və çekləri kontrol edib cəmi ƏDV məbləğini vətəndaşın bank hesabına köçürür. Çox sağ olun.
07/01/2020 Read: 55 Average count: 0

Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması üçün Nazirlər Kabineti tərəfindən müvafiq qaydaların hazırlanması nəzərdə tutulmuşdur. Hazırda bu qaydaların hazırlanması istiqamətində işlər yekunlaşma mərhələsindədir.

Bununla yanaşı, Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin  müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. Bu isə o deməkdir ki, bu cür ödənişlər yeni nəsil, yəni Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulan nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməlidir. Yeni nəsil kassa aparatlarının quraşdırılması isə Nazirlər Kabinetinin 14 fevral 2019-cu il tarixli 52 saylı Qərarı ilə müəyyən edilmiş qrafikə əsasən, mərhələli şəkildə həyata keçirilir. Hazırda bu proses nəzərdə tutulan qrafik üzrə davam edir.

Müvafiq qaydalar təsdiq edildikdə bu haqda səhifəmizdə, o cümlədən sosial media hesablarımızda ictimaiyyətə məlumat veriləcək.

Əsas: Vergi Məcəlləsinin 50.8-ci, 165.5-ci maddələri, Nazirlər Kabinetinin 14 fevral 2019-cu il tarixli 52 saylı Qərarı.

0/5 (0 Average count)
Qiymət ver:
Solmaz Məhərrəmova İsrafil qızı so***@mail.ru ID: 637
Salam. Bilmək istəyirəm ki, 1941-1945-ci illərdə arxa cəbhədə döyüşən müharibə iştirakçılarının övladlarına gəlir vergisi güzəştləri şamil olunurmu? (Qeyd edim ki, atam 1941-1945-ci illərdə neft sahəsində çalışıb) .Şamil olunursa hansı sənədlər təqdim olunmalıdır və haradan alınmalıdır?
06/01/2020 Read: 53 Average count: 0

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş 102.2.5-ci maddəsinə əsasən, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt hüququ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.5-ci bəndində qeyd olunmuş aşağıdakı sənədlərdən birinin əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan yaranır:

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi;

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin və ya “DOST” mərkəzinin arayışı;

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin,  Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları;

Qeyd olunanlara əsasən güzəşt hüququnun əldə edilməsi ilə bağlı müraciət edən fiziki şəxsin valideynlərinin və ya ərlərinin (arvadlarının) həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçü olması müvafiq orqanlar tərəfindən verilmiş sənədlərdə (arayışlarda) göstərilməlidir. 

Müraciətinizdə qeyd olunan şəxsin güzəşt hüququnun müəyyən edilməsi üçün yuxarıda qeyd olunan qurumlara müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

0/5 (0 Average count)
Qiymət ver:
Niyaz Əhmədov Salman ah***@mail.ru ID: 632
102.2. Aşağıdakı fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır. 102.2.5. həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının; 102.4. Aşağıdakı fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır.102.4.2. 1990-cı il yanvarın 20-də SSRİ qoşunlarının müdaxiləsi nəticəsində, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı həlak olmuş şəxslərin valideynləri və arvadları (ərləri). Bu şəxslərin arvadlarına (ərlərinə) güzəşt o halda verilir ki, onlar təkrar nikaha girmiş olmasınlar. Xahiş edirəm məlumatlandirasınız.Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi, yəni Qarabağ döyüşlərində şəhid olmuşların övladlarına hansı maddə şamil edilməlidir. Əvvəlcədən təşəkkür.
05/01/2020 Read: 74 Average count: 5

1 yanvar 2019-cu il tarixdən qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin  övladlarının muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Güzəşt hüququ olan şəxs doğum haqqında şəhadətnamə və aşağıda qeyd olunan sənədlərdən birini təqdim etməklə müvafiq güzəştdən istifadə edə bilər:

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi;

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin arayışı;

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları;

Əsas: Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi.

5/5 (1 Average count)
Qiymət ver:
Mirqəfər Xankişiyev Ilqar xa***@bk.ru ID: 3538
Salam. Mənə vergidən məktub gəlib. Onun məzmununu anlamıram və öyrənməyi istəyirəm.
05/01/2020 Read: 30 Average count: 0

Vergi orqanları tərəfindən vergi ödəyicilərinin elektron kabinetinə göndərilmiş sənədlər 5 gün ərzində oxunmadıqda bu barədə onların mobil telefon nömrəsinə oxunulmamış məktublar barədə müvafiq məzmunlu SMS göndərilir.
Vergi orqanı tərəfindən vergi ödəyicisinin elektron kabinetinə göndərilən sənədlərlə tanış olmaq üçün Dövlət Vergi Xidmətinin www.e-taxes.gov.az rəsmi internet portalına daxil olaraq istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) vasitəsilə İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olub “Gələnlər” qovluğuna keçmək lazımdır.
Bu barədə daha ətraflı məlumatı İnternet Vergi İdarəsinin (www.e-taxes.gov.az) “Yardım” bölməsindən əldə edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Əhmədova Esmira Əlibala es***@list.ru ID: 625
MV ödəyicisi olan fərdi sahibkar 2019 cu ildə kassa metodu ilə işləmişdir. 2019-cu ilin 30 dekabr tarixində Azərbaycan ərazisində qeyri-rezidentə xidmət göstərmişdir və bu xidmətin 1250 USD məbləğində dəyəri Sifarişçi tərəfindən ödənilməmiş qalmışdır. Göstərilmiş xidmətin dəyəri MV bəyannaməsinin əlavəsində aktivlər hissəsində Debitorlar sətrində qeyd olunmalıdırmı? Əgər Aktiv hissədə göstərilmədirsə bəs passiv hissədə hansı sətirdə qeyd olunmalıdır? Xidmət göstərildiyi və pulu daxil olmadığı halda kassa metodu ilə işləyən MV ödəyicisi tərəfindən bu xidmətin göstərilməsinin bəyannamənin aktivlər və passivlər hissəsində tamami ilə əks etdirməməsi düzgündürmü?
30/12/2019 Read: 126 Average count: 3

Bildiririk ki, kassa metodundan istifadə olunarkən gəlirin əldə edilməsi vaxtı vergi ödəyicisinin nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt sayılır.

Müraciətinizdə qeyd olunan fiziki şəxs kassa metodu ilə uçot apardığı üçün dəyəri ödənilməyən xidmətlər gəlir vergisi bəyannaməsində nəzərə alınmır. 
Əsas: Vergi Məcəlləsinin 131-ci, 132-ci maddələri 

3/5 (2 Average count)
Qiymət ver:
Əhmədova Esmira Əlibala es***@list.ru ID: 624
Müəssisə 2018 ci ildə Sv ödəyicisi olduğu zaman 1000 manatlıq əmlak olaraq avadanlıq (ƏDV daxil) idxal etmişdir, 300 manat material (ƏDV daxil ) almış Əvəzləşmə olmamışdır. 2018-ci il üçün əmlak vergisi hesablanmış və büdcəyə köçürülmüşdür. 01.01.19 tarixindən ƏDV qeydiyyatına alınmış və 250 manat (ƏDV daxil) mal almış və əvəzləşmə aparılmamışdır. Müəssisə 2020-ci il tarixindən ƏDV qeydiyyatını ləğv etmək niyyətindədir. Və materiallardan heç birindən istifadə etməməşdir. 2019 cu il tarixində ƏV hesablandıqdan sonra əmlakin qalıq dəyəri 640 manat hesablanmış amortizasiya məbləği isə 360.00 manat təşkil edəcək. Müəssisə ƏDV qeydiyyatını 01.01.2020 il tarixində ləğv edən zaman onlayn ərizədə hansı rəqəmi yazmalıdır. Və ƏDV-nin ləğv olunması ilə əlaqəli ƏDV-yə hansı məbləğlər cəlb olunmalıdır? Əvəzləşdirilmə aparılmadığı nəzərə alınmalıdır yəqin ki. Müəssisənin ƏDV qeydiyyatı ləğv olundandan sonra vergi hesablamaq, hesabat təqdim etmək, və digər hansı öhdəlikləri yaranır?
30/12/2019 Read: 203 Average count: 0

Vergi Məcəlləsinin 159.6-cı maddəsinə əsasən, vergi ödəyicisinin qeydiyyatı ləğv edilirsə, ləğvetmə vaxtı onun sahibliyində qalan mallar həmin vaxt və vergi tutulan əməliyyat çərçivəsində təqdim edilən mallar kimi qiymətləndirilir.

Vergi Məcəlləsinin 159.7-ci maddəsinə əsasən isə bu maddənin digər müddəalarından asılı olmayaraq, malları ƏDV-yə cəlb edilən əməliyyatlar nəticəsində əldə edən, lakin bu malları əldə edərkən Vergi Məcəlləsinin 175-ci maddəsinə əsasən ƏDV-ni əvəzləşdirməyə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxılmır.

Göründüyü kimi, malları alarkən ƏDV ödəyən, lakin ödənilmiş bu ƏDV məbləğini əvəzləşdirməyə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxılmır. Bu halda malların ƏDV-yə cəlb olunan əməliyyatlar nəticəsində əldə olunması o deməkdir ki, belə mallar yalnız müəyyən olunmuş qaydada elektron vergi hesab-fakturaları ilə rəsmiləşdirilməklə və ƏDV ödəməklə əldə edilmiş olsun. Digər hallarda Vergi Məcəlləsinin bu maddəsinin müddəaları tətbiq olunmur.

ƏDV ödənilmədən əldə edilmiş əsas vəsaitlərə gəldikdə, ƏDV qeydiyyatı ləğv edilərkən vergi ödəyicisinin sahibliyində qalan, əvvəllər ƏDV-siz əldə olunan və əldə edilərkən ƏDV-si əvəzləşdirilməmiş əsas vəsaitlər həmin vaxt və vergi tutulan əməliyyat çərçivəsində təqdim edilən mallar kimi qiymətləndirilir. Bu halda amortizasiya hesablanan əsas vəsaitlərə ƏDV həmin əsas vəsaitlərin qalıq dəyərinə əsasən hesablanır.

Əlavə olaraq onu da bildiririk ki, Vergi Məcəlləsinin 161.3-cü maddəsinə əsasən, Vergi Məcəlləsinin 159.4-cü, 159.5-ci və 159.6-cı maddələrində göstərilən hallarda vergi tutulan əməliyyatın dəyəri təqdim edilmiş malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ƏDV nəzərə alınmadan formalaşan dəyərindən (hər hansı rüsumlar, vergilər və ya başqa yığımlar da daxil olmaqla) ibarət olur. Vergi tutulan əməliyyatın dəyəri Vergi Məcəlləsinin 159-cu maddəsində göstərilən qaydada müəyyən edilir. Bu qayda Vergi Məcəlləsinin 159.6-cı maddəsinə uyğun olaraq qeydiyyat ləğv edildikdə əldə qalan mallara da tətbiq edilir.

Məcəllənin 166.3-cü maddəsinin müddəalarına uyğun olaraq Vergi Məcəlləsinin 159.6-cı maddəsi tətbiq edildikdə, ləğvetmənin qüvvəyə minməsindən bilavasitə əvvəlki vaxt (gün) malların göndərilməsi vaxtı sayılır.

0/5 (0 Average count)
Qiymət ver:
Nagiyev Alinur al***@yahoo.co.uk ID: 443
Salam mən sığorta agenti kimi fəaliyyətim olub. İndi Rusiya sığorta şirkəti sığorta məhsullarının təbliği və satışı sahəsində əməkdaşlıq təklif edir. Ssenari 1. Xarici sığorta şirkəti mənimlə agent müqaviləsi bağlayır. Xarici şirkətin sığorta məhsullarını satıram. Sığorta haqlarını müştəridən toplayıram və xarici sığorta şirkətinə ödəyirəm. Əvəzində komissiya alıram. Ssenari 2 Xarici sığorta şirkəti mənimlə əmək və ya xidmət müqaviləsi bağlayır. Xarici şirkətin sığorta məhsullarını satıram. Sığorta haqqlarını müştəridən toplayıram və xarici sığorta şirkətinə ödəyirəm. Əvəzində aylıq maaş alıram. Hər iki ssenari üzrə fəaliyyətimi təşkil edə bilərəm? Vergi və qeydiyyatla bağlı nələr tələb olunur? Hansı vergi öhdəliklərim yaranır? Və mümkünsə ətraflı məlumat verəsiniz. Öncədən təşəkkür.
29/12/2019 Read: 335 Average count: 4

Bildiririk ki, “Sığorta fəaliyyəti haqqında” Qanunun 82-ci maddəsinin müddəalarına əsasən sığortaçı ilə sığorta agenti arasında vasitəçilik xidmətinin göstərilməsi üzrə tapşırıq müqaviləsi bağlanılır və bu müqavilə üzrə sığorta agentinə ödənilməli olan komisyon muzdun məbləği müəyyən edilir. 
Adıçəkilən Qanunun 83.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında sığorta agenti və ya sığorta brokeri fəaliyyəti ilə məşğul olmaq üçün maliyyə bazarlarına nəzarət orqanından müvafiq lisenziya alınmalıdır. Şəxslər bu tələbə əməl etməməyə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.
Eyni zamanda qeyri-rezident sığortaçı ilə bağlanmış agent müqaviləsinə uyğun olaraq gəlir əldə edən Azərbaycan Respublikasının rezidenti olan fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına ərizə verməklə vergi ödəyicisi kimi vergi orqanında qeydiyyata alınmalı və əldə etdiyi gəlirdən gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxıldıqdan sonra qalan məbləğdən Vergi Məcəlləsinin 101.3-cü maddəsinə əsasən 20 faiz dərəcə ilə vergi tutub dövlət büdcəsinə ödəməlidir.
Fərdi sahibkar mikro sahibkarlıq subyekti olduğu halda (işçi sayı 1-10 nəfər və illik dövriyyəsi 200.000 manatadək olan şəxslər) əldə etdiyi gəlirdən bu gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan gəlirin 75 faizi vergidən azad edilir. Bu isə əldə edilən mənfəətdən 5 faiz dərəcə ilə verginin ödənilməsi deməkdir.
Bunlarla yanaşı Vergi Məcəlləsinin 125.1.3-cü maddəsinə əsasən rezident müəssisəsinin və ya sahibkarın riskin sığortasına və ya təkrar sığortasına dair müqaviləyə uyğun olaraq sığorta ödəmələri ödəmə mənbəyində 4 faiz dərəcə ilə vergiyə cəlb edilir. Buna əsasən tapşırıq müqaviləsinə əsasən agent tərəfindən sığorta ilə bağlı qeyri-rezident sığortaçıya ödəmələr aparılan zaman həmin ödənişlərdən ödəmə mənbəyində 4 faiz dərəcə ilə vergiyə tutulur.
Eyni zamanda rezident vergi ödəyicisinin gəlirinin onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarət olduğunu nəzərə alaraq Azərbaycanın vergi rezidentinin təqvim ili ərzində əldə etdiyi bütün gəliri (vergidən azad edilən gəlir istisna olmaqla) Azərbaycan Respublikasında vergiyə cəlb olunur. Sığorta agenti xarici sığorta şirkəti ilə əmək və ya xidmət müqaviləsi bağladığı halda fiziki şəxs əldə etdiyi gəlirlərdən Vergi Məcəlləsinin 101-ci maddəsinə uyğun olaraq gəlir vergisi hesablanır və hesablanmış gəlir vergisindən xarici dövlətdə ödənilmiş gəlir vergisinin məbləği çıxılmaqla qalan məbləğ dövlət büdcəsinə ödənilir. Gəlir vergisinin illik bəyannaməsi hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına təqdim olunur.
Əlavə olaraq qanunvericiliyə əsasən Vergi Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə olan bank hesablarına rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.
Əsas: Vergi Məcəlləsinin 13-cü, 33-cü, 83-cü, 97-ci, 101-ci, 125-ci, 127-ci və 128-ci maddələri
 

4/5 (7 Average count)
Qiymət ver:
Ziya Ramazanov İlqar zi***@yahoo.com ID: 623
168.1.5. maddədə “patentlərin, lisenziyaların, ticarət markalarının, müəlliflik və digər analoji hüquqların mülkiyyətə verilməsi və ya güzəşt edilməsi” deyilir. Burada güzəşt edilməsi dedikdə nə nəzərdə tutulur?
29/12/2019 Read: 253 Average count: 5

Bildiririk ki, vergi ödəyicisi tərəfindən malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ƏDV-nin vergitutma obyektini təşkil edir.

Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinin müddəalarına əsasən bu maddədə göstərilən xidmətlər üzrə işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda həmin daimi nümayəndəliyin olduğu yer ƏDV məqsədləri üçün işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer sayılır.

Qeyd olunanlara əsasən patentlərin, lisenziyaların, ticarət markalarının, müəlliflik və digər analoji hüquqlar üzrə istifadə hüququnun verildiyi şəxslərin yerləşdiyi və ya qeydiyyatda olduğu və təsis edildiyi yerdə ƏDV-nin məqsədləri üçün xidmət yeri hesab edilir.

Belə ki, Mülki Məcəllənin 193-cü maddəsinin müddəalarına əsasən güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir. Əvvəlki sahib tələblərə və hüquqlara aid öz sərəncamında olan bütün sənədləri və həmin tələblərdən və hüquqlardan istifadə üçün zəruri olan bütün məlumatı yeni sahibə verməlidir. Əvvəlki sahib tələb əsasında bu hüququn və tələbin güzəşti barədə lazımınca təsdiqlənmiş sənədi də əldə edənə verməlidir.

Əsas: Vergi Məcəlləsinin 168-ci maddəsi

5/5 (5 Average count)
Qiymət ver:
Emil Allahverdiyev Azad em***@gmail.com ID: 439
Salam, Pərakəndə və Topdansatış ilə məşğul olan müəssisə (ƏDV ödəyicisi) müştərilərə həm də hədiyyə kartı satır (50Azn, 100Azn və s) sonra bu kartla gəlib mal alırlar. Bu əməliyyatın vergiyə cəlb olunması necə olur? Kartın satılmasında və kartı verib əvəzində mal götürülməsində hansı ciddi hesabat blankları təqdim olunmalıdır?
29/12/2019 Read: 317 Average count: 4

Bildiririk ki, cəmiyyət tərəfindən müştəriyə təqdim edilən hədiyyə kartına görə əldə olunan vəsaitə görə nəzarət-kassa aparatının çeki təqdim edilir. Eyni zamanda müştəri tərəfindən alınmış hədiyyə kartı əsasında mallar alınarkən satılan malın dəyərinə də nəzarət kassa-aparatının çeki verilir.

Bu zaman hədiyyə kartının satışına görə və həmin hədiyyə kartı əsasında təqdim edilən mala görə nəzarət-kassa aparatına vurulmuş məbləğlərin ikiqat vergiyə cəlb edilməməsi üçün bu məbləğlər barədə məlumat vergi orqanına təqdim olunur.

Təqdim edilən hədiyyə kartının dəyəri ƏDV-yə və mənfəət vergisinə cəlb edilir.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 16-cı, 50-ci, 104-cü və 159-cu maddələri

4/5 (8 Average count)
Qiymət ver:
Əli Məmmədzadə Razim al***@gmail.com ID: 332
Salam . Əgər xaricdən-internet üzerindən xidmət alıramsa və bu da ƏDV-yə cəlb oluunursa, və sonradan həmin xidmətdən imtina olunursa və ödənilmiş məbləğ tamamilə geri qaytarılırsa, məndən əvvəldə tutulan ƏDV-də geri qayıdır ?
29/12/2019 Read: 202 Average count: 5

Vergi Məcəlləsinin 169.3-cü maddəsinin müddəalarına əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən bu maddə ilə müəyyən edilmiş qaydada qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı və ödənilməlidir.

Qeyd olunanlara əsasən qeyri-rezidentdən elektron ticarət qaydasında iş və xidmətdən imtina olunduğu və qeyri-rezidentə ödənilmiş məbləğ tamamilə geri qaytarıldığı halda həmin əməliyyata görə bank tərəfindən ödəmə mənbəyində tutulmuş ƏDV məbləği geri qaytarılır. ƏDV məbləğinin geri qaytarılması ilə bağlı müvafiq təsdiqedici sənədlərlə birlikdə aidiyyəti üzrə müştərisi olduğunuz banka müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 169-cu maddəsi

5/5 (5 Average count)
Qiymət ver:
Yusif Əhmədov Əlövsət yu***@gmail.com ID: 386
Hörmətli cənablar, bildirmək istəyirik ki, şirkətimiz istehsal prossesi ilə məşğuldur və istehsal prosesində müəyyən növ xammallardan istifadə olunur. İsitfadə edilən xamallardan biri də qazdır. Müəssisə norma daxilində həmin qazı istehsalata buraxır. Müəyyən səbəblərdən istehsalat zamanı artıq qalmış qazı geriyə çıxarmaq mümkün olmadığından və partlayış təhıükəsi olduğundan qaz axını havaya buraxılır. həmin qazdan istifadə etdikdən sonra qaz axınını saxlamaq mümkün olmadığından istehsal dayanmalarında qaz axını havaya buraxılır. Sual 1) Bu zaman havaya buraxılan qaz kütlələrini mənfəət vergi məqsədləri üçün gəlirdən çıxılan xərc kimi uçota ala bilərikmi? Sual 2) Bilirik ki, Maliyyə Nazirliyinin silinmə və s aktlarını özündə əks etdirən ciddi hesabat blankları vardır. Belə olan halda Şirkətin öz silinmə aktı forması əsasında silinən xamallar xərc kimi uçota tanına bilinərmi ?
29/12/2019 Read: 235 Average count: 5

Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən Məcəllənin X fəslinə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 7.3-cü bəndinə görə istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi tərəfindən təqdim edilmiş hazır məhsulların satışı üzrə məsrəflər, o cümlədən yerinə yetirilən iş və göstərilən xidmətlərlə əlaqədar birbaşa məsrəflər, köməkçi istehsalatların xərcləri, əsas istehsala xidmət və onun idarə edilməsi ilə bağlı dolayı xərclər, zayolmadan əmələgələn itkilər və s. bu fəaliyyəti həyata keçirən şəxsin xərclərinə aid edilir. Yerinə yetirilən iş və göstərilən xidmətlərlə əlaqədar birbaşa məsrəflərə əsas istehsalda olan əsas vəsaitlərin amortizasiyası, əsas istehsalatla bağlı qeyri-maddi aktivlərin amortizasiyası, əsas istehsalatda istifadə edilmiş istehsal ehtiyatları, öz istehsalının yarımfabrikatları, icarə haqqı, kommunal xidmətlər və s. aid edilir.

Əlavə olaraq bildiririk ki, istehsal prosesi zamanı təbii itki normalarının müəyyən edilməsi xüsusi bilik və bacarıq tələb edən sahə olduğundan sorğuda qeyd olunan məsələlərə vergi nəzarəti tədbirləri zamanı ekspert cəlb edilməklə baxılacaqdır.

Əsas: Vergi Məcəlləsinin 44-cü, 108-ci maddələri və Azərbaycan Respublikası Prezidentinin 16 iyun 2017-ci il tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”

5/5 (2 Average count)
Qiymət ver:
Kəmalə Mirzəyeva ka***@gmail.com ID: 470
Salam, zəhmət olmazsa bu hissəyə aydınlıq gətirərdiniz zəhmət olmazsa. 219.9. Pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət fəaliyyəti və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən büdcəyə ödənilməli olan verginin məbləği 2019-cu il yanvarın 1-dən 3 il müddətinə "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş POSterminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi hasilatdakı xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25 faizi həcmində azaldılır. Bu güzəştin alınması hüququ müəyyən edilərkən vergi orqanında uçotda olan şəxslər tərəfindən POS-terminal vasitəsilə aparılan ödənişlərin məbləği nəzərə alınmır.
29/12/2019 Read: 185 Average count: 5

Bildiririk ki, 1 yanvar 2020-ci ildən Vergi Məcəlləsinin 219.9-cu maddəsi ləğv edilmişdir və həmin maddə 218-1.2-ci maddədə öz əksini tapmışdır.

Həmin maddəyə əsasən, pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət fəaliyyəti və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən büdcəyə ödənilməli olan verginin məbləği 2019-cu il yanvarın 1-dən 3 il müddətinə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi hasilatdakı xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25 faizi həcmində azaldılır. Bu güzəştin alınması hüququ müəyyən edilərkən vergi orqanında uçotda olan şəxslər tərəfindən POS-terminal vasitəsilə aparılan ödənişlərin məbləği nəzərə alınmır.

Misal: Ümumi dövriyyə = 1000 manat (o cümlədən 400 manat nağd, 600 manat nağdsız)   

Güzəşt tətbiq edilmədiyi halda vergi ödəyicisinin ödəməli olduğu sadələşdirilmiş verginin məbləği 20 manat (1000x2%) təşkil edir.

Güzəşt tətbiq edildikdən sonra vergi ödəyicisinin ödəməli olduğu gəlir vergisinin məbləği -17 manat.

Güzəştin hesablanması qaydası - (600 (nağdsız dövriyyə) / 1000 (ümumi gəlir) =0,6 (xüsusi çəki) 0.6x25%=0.15 x 20=3 manat) təşkil edir.

Əsas: Vergi Məcəlləsinin 218-1.2-ci maddəsi və “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Qanunu

5/5 (4 Average count)
Qiymət ver:
Emil İsmayılov Salman em***@hotmail.com ID: 622
Salam. Vergi məcəlləsinin "13.2.17. Əsas vəsaitlər - istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlər." bəndi ilə bağlı sual yaranmışdır. Belə ki məcəllədə qeyd olunur ki, 500 manatdan ÇOX olan maddi aktivlər əsas vəsaitlərə aid edilir. Bəs aldığımız noutbuk tamamən 500.00 manat dəyərində olarsa, o zaman necə olmalıdır. Bu noutbuku biz əsas vəsait kimi tanımalıyıq, ya birbaşa xərcə salınmalıdır. 13.2.17 maddəsindən görünür ki, 500 manat 01 qəpik olduqda əsas vəsait hesab edilir. Mənim sualım isə sırf 500.00 manat olduqdadır. Hörmətlə.
29/12/2019 Read: 85 Average count: 0

Bildiririk ki, dəyəri 500 manat və daha çox olan və istifadə müddəti bir ildən artıq olan maddi aktivlər əsas vəsaitlərə aid edilməklə amortizasiya hesablanır.

0/5 (0 Average count)
Qiymət ver:
Cavid Qasımov Nazim oğlu ga***@gmail.com ID: 620
Hörmətli vergi mütəxəssisləri, xarici valyuta ilə aparılan əməliyyatlardan yaranan müsbət və mənfi məzənnə fərqlərinin vergidən azad olan gəlir və xərclər üzrə mənfəət vergisi bəyannaməsində 2017 və 2018-ci illərdə qüvvədə olan AR VM-nin maddələri ilə , digər qanunlarda , normativ hüquqi aktlarda və qaydalarda göstərilməsi barədə aşağıdakı suallara cavab verməyinizi xahiş edirəm : 1. Rezident şirkət il ərzində vergidən azad olan və vergiyə cəlb olunan fəaliyyət çərçivəsində xarici valyuta ilə aparılan əməliyyatlardan yaranan müsbət və mənfi məzənnə fərqlərini mənfəət vergisi bəyannaməsində necə və hansı sətrlərdə göstərməlidir ? 2. Mənfəət vergisi bəyannaməsinin 219.4.17 ( Qanunla təsbit olunmuş əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlər və ya qanunlar çərçivəsində göstərilən fəaliyyətdən əldə olunan gəlir) və 235.1 (Vergidən azad olunan fəaliyyəti ilə bağlı olan xərclərin cəmi) sətrlərində xarici valyuta ilə aparılan əməliyyatlardan yaranan müsbət və mənfi məzənnə fərqləri göstərilməlidirmi ? Yuxarıda qeyd edilən suallara ətraflı, qanun maddələri ilə cavablandırmağınızı xahiş edirəm.
29/12/2019 Read: 110 Average count: 0

Bildiririk ki, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi vergi ödəyicisinin satışdankənar gəlirlərinə aid edilməklə ümumi qaydada vergiyə cəlb olunur. Eyni zamanda xarici valyuta əməliyyatları üzrə azalan məzənnə fərqi vergi ödəyicisinin gəlirdən çıxılan fərqlərinə aid edilir.

“Xarici valyutaların manata nisbətən müsbət məzənnə fərqi” 214-cü sətrdə qeyd olunur. “Xarici valyutalarının manata nisbətən məzənnəsinin dəyişməsindən yaranan mənfi fərq" 219.3-cü sətrdə qeyd olunmalıdır.

0/5 (0 Average count)
Qiymət ver:
Nizami Süleymanov ni***@gmail.com ID: 421
Salam Sualım belədir: 1) mənə məxsus şirkət güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş qeyri-rezidentdən mal almışdır. Həmin qeyri-rezident işgüzar fəaliyyətini dayandırmış və Çexiya respublikasında Çexiya respublikasının qanunvericiliyinə uyğun olaraq eyni adlı müəssisə təsis etmişdir. Hər iki müəssisənin benefiserləri eyni olan şirkətlərdir. Güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş müəssisə hüquq və öhdəliklərini Çexiya respublikasında qeydiyyatda olan müəssisəyə ötürmüşdür. Ödəniş Çexiya respublikasında olan müəssisəyə həyata keçirilən zaman ödənilən məbləğdən 10% həcmində ödəmə mənbəyində vergi tutulmalıdırmı? 2) Mənə məxsus olan şirkətə güzəştli vergi tutulan ölkələrdə qeydiyyatda olan qeyri-rezident tərəfindən iş və xidmət göstərilmişdir. İş və xidmət yerinə yetirilən zaman həmin xidmətin dəyərindən büdcəyə ƏDV hesablanmışdır. Həmin qeyri rezident işgüzar fəaliyyətini dayandırmış və Çexiya respublikasında Çexiya respublikasının qanunvericiliyinə uyğun olaraq eyni adlı müəssisə təsis edilmişdir. Hər iki müəssisənin benefiserləri eyni olan şirkətdir. Güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş müəssisə hüquq və öhdəliklərinin Çexiya respublikasında qeydiyyatda olan müəssisəyə ötürmüşdür. Ödəniş Çexiya respublikasında olan müəssisəyə həyata keçirilən zaman göstərilmiş iş və xidmətin dəyərindən 10% və güzəştli vergi tutulan ölkələrdə təsis edildiyinə görə ödənişdən 2-ci dəfə 10% ödəmə mənbəyində vergi tutulmalıdırmı?
29/12/2019 Read: 200 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 13.2.16.14-1-ci maddəsinə əsasən güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə olan bank hesablarına rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər Azərbaycan mənbəyindən gəlirə aid edilərək ödəmə mənbəyində 10 faiz dərəcəsi ilə vergi tutulur.

Vergi Məcəlləsinin 125.1.9-cu maddəsinə əsasən Vergi Məcəlləsinin 125.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 13.2.16.14-1-ci maddəsində göstərilən ödəmələr 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergiyə cəlb edilir.

Vergi Məcəlləsinin 13.2.70-ci maddəsinə əsasən vergidən yayınma sxemi - vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyatdır.

Buna əsasən sorğuda göstərilən əməliyyatın xarakteri tam açıqlanmaqla və müvafiq təsdiqedici sənədlər, habelə əməliyyatın mahiyyətini təsvir edən izahatlar, əsaslandırmalarla və rəsmi sənədlərlə birlikdə qeydiyyatda olduğunuz vergi orqanına təqdim etməyiniz tövsiyə olunur. 

Əsas: Vergi Məcəlləsinin 13-cü və 128-ci maddələri

5/5 (2 Average count)
Qiymət ver:
Yunus Orucov Paşa oglu yu***@mail.ru ID: 581
Salam ,bilmək istəyirdim ki.Vergi Məccələsinin 16.1.8.2-ci maddəsi idxal olunmuş kənd təsərrüfatı məhsulların bazarlarda səyyar satışına şamil edilirmi?
28/12/2019 Read: 205 Average count: 5

Bildiririk ki,  kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışı fəaliyyəti nağd pul hesablaşmalarını nəzarət-kassa aparatları vasitəsilə həyata keçirməli olmayan fəaliyyət növlərinə aid edilmiş və belə fəaliyyətlə məşğul olan vergi ödəyicisi nağd hesablaşmalarını forma və rekvizitləri Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş ilkin uçot sənədi hesab edilən ciddi hesabat blankları ilə rəsmiləşdirməlidir.

Qeyd olunan maddədə məhsulların yerli istehsal və ya idxal olunmuş məhsul olması şərtləndirilmir.

Əsas: Vergi Məcəlləsinin 16.1.8-ci, 16.1.9-cu maddələri.

5/5 (2 Average count)
Qiymət ver:
Azer Allahverdiyev Cerkez a.***@gmail.com ID: 547
Salam, • Vergi qanunvericiliyi imkan verirmi fiziki şəxs eyni zamanda hüquqi şəxs təsisçisi olsun? • Hüquqi şəxs olaraq dövriyyəsi az olanlara vergi güzəşti varmı? • Hüquqi şəxsin yaradılması və verilməli olan vergi barəsində məlumat verərdiniz zəhmət olmasa.
28/12/2019 Read: 184 Average count: 5

Cavab 1. Bildiririk ki, hüquqi şəxs və təsisçi mülki hüququn fərqli subyektləri hesab olunur. Hüquqi şəxsin təsisçisinin eyni zamanda fərdi sahibkar kimi fəaliyyəti göstərməsi ilə bağlı qanunvericilikdə məhdudiyyət nəzərdə tutulmamışdır.

Cavab 2-3. Bildiririk ki, kommersiya hüquqi şəxslər vergi orqanında qeydiyyata alınarkən fəaliyyət növləri nəzərə alınmaqla sadələşdirilmiş və ya mənfəət (o cümlədən ƏDV) vergisinin ödəyicisi olmaq seçimini edirlər. 

Qeyd olunan vergi növlərinin özünəməxsus vergitutma obyektləri, vergi dərəcəsi və vergi güzəştləri mövcuddur. Sadələşdirilmiş vergi ödəyicisi olan hüquqi şəxslər əldə etdikləri hasilatdan 2 faiz dərəcə ilə vergi ödəyir. Mənfəət vergisinin ödəyiciləri isə əldə etdikəri gəlirlərdən xərclər çıxılmaqla 20 faiz dərəcə ilə vergi ödəməlidirlər. Mikro sahibkarlıq subyekti olan vergi ödəyicilərinin isə əldə etdikləri gəlirlərin 75 faizi mənfəət vergisindən azad edilmişdir.

Vergi uçotu ilə bağlı bəzi prosedurlar, habelə qeyd olunan vergitutma sistemləri barədə daha ətraflı və dolğun məlumatın alınması üçün ,saytımızın “Vergi bələdçisi” bölməsi ilə tanış olmağınızı tövsiyə edirik.

5/5 (5 Average count)
Qiymət ver:
Aytac Rüstəmova Arif ru***@gmail.com ID: 553
Salam, Vergiler Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarliqla Iş üzrə Baş Idarəsi tərəfindən verilmiş borcun olub-olmaması haqqında arayışın etibarlılıq müddəti nə qədərdir?
28/12/2019 Read: 131 Average count: 5

Bildiririk ki, vergi orqanı tərəfindən təqdim olunan vergi borcunun olub-olmamasına dair arayışın etibarlılıq müddəti nəzərdə tutulmamışdır və təqdim olunma tarixinə mövcud vəziyyəti özündə əks etdirir.

5/5 (4 Average count)
Qiymət ver: