Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Mətləb Əliyev Məmmədtahir am***@gmail.com ID: 491
Salam. 01.01.2019-cu il tarixdə Vergi Məcəlləsində edilmiş dəyişikliklə bağlı işlədiyim təşkilatda daxil olan müraciətlərlə bağlı bəzi suallara aydınlıq gətirilməsi zərurəti yaranmışdır. Belə ki, Məcəllənin 102.2.5-ci maddəsinə əsasən həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin övladlarına da vergi güzəşti tətbiq edilir. Müraciət edən şəxslərin bir hissəsinin atası 2-ci dünya müharibəsinin iştirakçısı olmuşdur. Atanın vəfat etmə səbəbi müharibədə aldığı yaralar deyildir. Eyni qaydada olan digər müharibə iştirakçılarının övladlarından da müraciət daxil olurdu. Bizim təşkilatda əvvəlcə yalnız şəhid övladlarına bu güzəştlər tətbiq edilirdi. Vergilər Nazirliyinə müraciət etdikdə güzəştin bütün müharibə iştirakçılarına şamil olunduğu bildirildi. Lakin güzəştlərin tətbiqi üçün tələb olunan sənədlərin siyahısı verilmiş Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli qərarında sənədlərin siyahısı yoxdur. Həmin qərarın 1.5-ci bəndində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin verdiyi vəsiqənin təqdim edilməsi tələb olunurş Göstərilən Xidmət bu vəsiqəni yalnız şəhid ailəsinə verir. Qeyd edilənləri nəzərə alaraq, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsinə və Nazirlər Kabinetinin 04.01.2001-ci il tarixli 4 nömrəli qərarına aydınlıq gətirilməsini xahiş edirik.
21/12/2019 Read: 184 Average count: 4

Bildiririk ki, Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş 102.2.5-ci maddəsinə əsasən, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt hüququ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.5-ci bəndində qeyd olunmuş aşağıdakı sənədlərdən birinin əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan yaranır:

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi;

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin və ya “DOST” mərkəzinin arayışı;

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları;

Qeyd olunanlardan göründüyü kimi, yuxarıdakı arayışlardan birini təqdim edən şəxs azadolmadan istifadə edə bilər.

Əsas: Vergi Məcəlləsinin 102.2.5-ci və 102.8-ci maddələri, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

4/5 (3 Average count)
Qiymət ver:
Vətən Əkbərova Elxan va***@gmail.com ID: 384
Salam, Misir vətəndaşı əcnəbinin Azərbaycan Respublikasında MMC qeydiyyatdan keçirməsi üçün ödəniləcək rüsumları bildirməyinizi xahiş edirəm. Və bu halda nizamnamə kapitalının miqdarına xüsusi tələb varmı?
21/12/2019 Read: 220 Average count: 5

Sorğunuzdan qeyri-rezident fiziki şəxsin Azərbaycan Respublikasında xarici investisiyalı kommersiya hüquqi şəxs yaratmaq istədiyi qənaətinə gələrək bildiririk ki, qeyd edilən formada hüquqi şəxsin yaradılması üçün tələb olunan sənədlərin siyahısını saytımızın “Bir pəncərə” bölməsinin eyniadlı pəncərəsindən əldə edə bilərsiniz.

Hüquqi şəxsin dövlət qeydiyyatı zamanı aşağıdakı məbləğdə rüsumlar ödənilir:

Bankların, birjaların, sığortaçıların, sığorta birlik və brokerlərinin, xarici hüquqi şəxslərin nümayəndəliklərinin və filiallarının qeydiyyatı üçün - 220 manat;

Kənd təsərrüfatı sahəsində fəaliyyəti həyata keçirən hüquqi şəxslərin qeydiyyatı üçün-3 manat;

Digər hüquqi şəxslərin qeydiyyatı üçün - 11 manat.

Hüquqi şəxslərin elektron dövlət qeydiyyatı rüsumsuz aparılır.

Əsas: Azərbaycan Respublikasının "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" 12 dekabr 2003-cü il tarixli 560-IIQ nömrəli Qanunu. Azərbaycan Respublikası Vergilər  Nazirliyinin Kollegiyasının 19 may 2015-ci il tarixli 1517050000004800 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya hüquqi şəxsin onlayn  qeydiyyatı” elektron xidməti üzrə inzibati reqlament, Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” 4 dekabr 2001-ci il tarixli 223-IIQ nömrəli Qanunu. 

5/5 (2 Average count)
Qiymət ver:
Namiq Həsənov se***@gmail.com ID: 535
Salam. Bizim şirkətin Bakıda və bir neçə rayonda mağazaları mövcuddur. Bakıda olan mağazada xadimə tam ştat olaraq işləyir (8 saat günlük). Lakin rayonlarda olan xadimələr səhər tezdən 2-3 saat işləyirlər. Sualım ondan ibarətdir ki, rayonlarda olan xadimələr yarım ştat işləyirlərsə, minumum əmək haqqı olan 250 manatdan aşağı əmək haqqı verilməsi mümkündürmü?
21/12/2019 Read: 207 Average count: 5

Sorğunuzda qeyd olunan məsələnin bilavasitə əmək qanunvericiliyinin tətbiqindən irəli gəldiyini nəzərə alaraq, ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz daha məqsədəuyğundur.

5/5 (4 Average count)
Qiymət ver:
Məmmədov Məhəmməd Hüseyin ma***@hotmail.com ID: 515
Salam. Mən bilmək istəyirdim ki, xarici dil kursu kimi fəaliyyətə başlayacaq təhsil sahəsi üçün hansı sənədlər gərəklidir və dövlət rüsumu nə qədər təşkil edir?
21/12/2019 Read: 175 Average count: 5

Bildiririk ki, sorğunuzda qeyd edilən fəaliyyət növünü fiziki və ya hüquqi şəxs kimi həyata keçirə bilərsiniz.

Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.

Vergi uçotu ilə bağlı bəzi prosedurlar, habelə qeyd olunan vergitutma sistemləri barədə daha ətraflı və dolğun məlumatın alınması üçün ,saytımızın “Vergi bələdçisi” bölməsi ilə tanış olmağınızı tövsiyə edirik.

Fiziki şəxs kimi vergi orqanında uçota alınma ödənişsiz həyata keçirilir.

"Dövlət rüsumu haqqında" Qanunun müvafiq maddəsinə əsasən (20-ci maddə) qeydiyyat zamanı dövlət büdcəsinə müəyyən məbləğdə dövlət rüsumu ödənilməlidir:

banklar, birjalar, sığortaçılar, sığorta birlik və brokerləri, xarici hüquqi şəxslərin nümayəndəlikləri və filialları - 220 manat;

kənd təsərrüfatı sahəsində fəaliyyəti həyata keçirən hüquqi şəxslər - 3 manat;

digər hüquqi şəxslər - 11 manat;

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü maddələri, Azərbaycan Respublikasının "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" 12 dekabr 2003-cü il tarixli 560-IIQ nömrəli Qanunu.

5/5 (2 Average count)
Qiymət ver:
Ağayev Əıi Bəybala ok***@mail.ru ID: 475
Salam! Xahiş edirəm müstəqil Auditorlar Palatası haqda məlumat verəsiniz. Onların nə dərəcədə səlahiyyətləri çatır ki, cəmiyyətlərdə audit yoxlamaları aparsın və bu haqda Vergilər Nazirliyinin məlumatı olmasın? Öncə Sizə təşəkKürlərimizi bildiririk.
21/12/2019 Read: 185 Average count: 0

Azərbaycan Respublikasının Auditorlar Palatası auditor xidmətinin dövlət tənzimlənməsini və inkişafını təşkil edən, mülkiyyətçilərin əmlak hüquqlarını, dövlətin, təsərrüfat subyektlərinin və auditorların mənafelərini müdafiə edən, öz fəaliyyətində respublikanın qanunvericilik aktlarından irəli gələn tələblərə sərbəst auditorlar və auditor təşkilatları tərəfindən riayət olunmasına nəzarət edən müstəqil maliyyə orqanıdır.

Təsərrüfat subyektlərində müqavilə əsasında maliyyə-təsərrüfat fəaliyyəti sahəsində yoxlama, ekspertiza, təhlil aparmaq və yazılı rəy vermək, mühasibat uçotu qurmaq, hesabat göstəricilərinin dürüstlüyünü təsdiq etmək və auditorun peşə fəaliyyətinə (auditor təşkilatının nizamnamə məqsədlərinə) uyğun olaraq maliyyə-təsərrüfat münasibətləri sahəsində digər xidmətləri göstərmək auditor xidməti hesab edilir.

Sərbəst auditor Auditorlar Palatasının verdiyi lisenziyaya əsasən respublika ərazisində sərbəst auditor, xidməti göstərmək hüququnu əldə etmiş fiziki şəxsdir.

Auditor təşkilatı Auditorlar Palatasının verdiyi lisenziya əsasında Azərbaycan Respublikasının ərazisində auditor xidməti göstərmək hüququnu əldə etmiş və nizamnaməsinə görə yeganə fəaliyyət sahəsi bu xidmət növü olan hüquqi şəxsdir.

Auditorlar Palatasının əsas vəzifəsi mülkiyyət formasından asılı  olmayaraq bütün təsərrüfat subyektlərində maliyyə və mühasibat uçotunun dəqiq və dürüst aparılmasını təmin etmək məqsədilə respublikada auditor xidmətinin işini təşkil etməkdən və mövcud qanunvericiliyə uyğun olaraq onun inkişafı və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər həyata keçirməkdən ibarətdir.

Həmçinin auditorların fəaliyyəti üzrə şikayətlərə baxıb onları həll etmək Auditorlar Palatasının səlahiyyətlərinə aid edilib.

Əlavə olaraq bildiririk ki, məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir.

Müraciətiniz haqda ətraflı məlumat üçün aidiyyəti üzrə Auditorlar Palatasına müraciət etməyiniz tövsiyə olu

Əsas: Mülki Məcəllənin 91.4-cü maddəsi, “Auditor xidməti haqqında” 16 sentyabr 1994-cü il 882 saylı Azərbaycan Respublikasının Qanunu, “Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Milli Məclisinin 19 sentyabr 1995-ci il tarixli 115 saylı Qərarı.

0/5 (0 Average count)
Qiymət ver:
Əsgərov Toğrul Etibar as***@gmail.com ID: 452
Tibb sahəsində MMC yaradılıb (klinika), təsisçi xanım həmdə rəhbərdir. Xanımın qayınatası 50% -50% təsisçi olmaq üçün MMC-yə əvəzsiz tibbi avadanlıqlar verə bilər? Yoxsa ancaq həmin avadanlıqları təsisçi kimi borc verə bilər?
21/12/2019 Read: 185 Average count: 5

Bildiririk ki, müraciətinizdə qeyd olunan şəxs mülkiyyətində olan avadanlıqları həm təsisçi kimi, həm də təsisçi olmadan hüquqi şəxsə təqdim edə və ya istifadəyə verə bilər.

Bu halda tərəflər arasında alğı-satqı və ya icarə müqaviləsi bağlanmalıdır.

Şəxs avadanlıqları müəssisəyə əvəzsiz təqdim etdiyi halda, təqdim edilən aktivin bazar qiyməti ilə onun Vergi Məcəlləsinin 143-cü maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyəri arasındakı fərqi gəlirinə aid etməlidir. Eyni zamanda, qeyd olunan aktivin  bazar qiyməti müəssisənin satışdankənar gəlirlərinə aid edilməklə vergiyə cəlb olunur.

Şəxs hüquqi şəxsin təsisçisi olduğu halda, avadanlıqları nizamnamə kapitalına qoyuluş olaraq da təqdim edə bilər və bu halda hər iki tərəf üçün vergi öhdəliyi yaranmır.

Kommersiya hüquqi şəxslərin məlumat dəyişikliyi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar ilə saytımızın “Bir pəncərə”  bölməsində tanış ola bilərsiniz: https://www.taxes.gov.az/az/page/kommersiya-ve-publik-huquqi-sexslerin-melumat-deyisikliyi-ile-elaqedar-yerine-yetirilmeli-olan-prosedurlar

5/5 (1 Average count)
Qiymət ver:
Şükürov Eldəniz el***@mail.ru ID: 539
Salam, mənim kurs işi üzrə sizə müraciət edirəm. Hər hansı sa müəssisənin sadələşdirilmiş vergisi lazımdır. Mən bunu araşdırdım lakin internetdə yoxdur bir məlumat. Sizdən xahiş edirəm nə hər hansısa bir müəssisənin sadələşdirilmiş vergisini atın (onun hesablanması ilə atsanız çox yaxşı olardı)
21/12/2019 Read: 147 Average count: 5

Bildiririk ki, vergi ödəyicisinin ödədiyi vergilər barədə məlumat kommersiya sirri hesab olunur və vergi ödəyicisinin razılığı olmadan kənar şəxslərə təqdim edilməsi qadağandır.

Məlumat üçün bildiririk ki, hesabat dövrü ərzində vergi ödəyicisi tərəfindən təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin (ödəmə mənbəyində vergi tutulmuş gəlirlər istisna edilməklə) həcmi sadələşdirilmiş verginin vergitutma obyektidir.

Sadələşdirilmiş verginin hesabat dövrü rüb, dərəcəsi isə ölkə üzrə 2 faiz müəyyən edilib. Sadələşdirilmiş vergi ödəyiciləri hesabat rübündən sonrakı ayın 20-dək əldə etdikləri hasilata görə 2 faiz dərəcə ilə vergini ödəməli və vergi orqanına bu barədə bəyannamə təqdim etməlidirlər.

Sadələşdirilmiş vergi barədə qısa məlumatla saytımızın "Faydalı-Vergilərə aid nəşrlər-Vergi növləri barədə" altbölməsində yerləşdirilmiş bukletdən tanış ola bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 30-cu maddəsi və XVII fəsli.

5/5 (1 Average count)
Qiymət ver:
Sadiq Quliyev sa***@bk.ru ID: 536
Sizə aşağıdakı məzmunda ünvanladığım suala: Xaricə mal satışından gəlir müəssisənin bank hesabına qeyri-rezident bank tərəfindən tutulan komissiya məbləği çıxılan məbləğdən sonra qalan məbləğ daxil olur. Misal üçün, xarici mal alan kontrakt üzrə 10.000 ABŞ Dollar vəsait köçürür, 30 ABŞ Dolları qeyri-rüzident bank tərəfindən tutulur və hesaba 9.970 ABŞ Dolları daxil olur. Gəlir kimi mənfəət vergisi bəyannaməsinin 200-cü sətrində 10.000 ABŞ Dollarının manat ekvivalenti olan 17.000 manat, yoxsa 9.970 ABŞ Dollarının manat ekvivalenti olan 16.949 manat yazılır? 30.11.2019-cu il tarixdə verilmiş cavab (İD:427) məncə verilmiş sualın cavabı deyil. Aydınlıq üçün bir daha aşağıdakıları qeyd edirəm: - mal satan Azərbaycan respublikasının rezidentidir və o istehsal etdiyi malı xaricə satır (ixrac edir); - mal alan xarici şirkətdir və vəsaiti göndərən şirkətdir; - xarici şirkət (alıcı şirkət) aldığı mala görə yerli şirkətin (satıcı şirkət) hesabına 10.000 ABŞ Dolları köçürür; - qeyri-rezident bank köçürülən 10.000 ABŞ Dollarından 30 ABŞ Dolları tutur; - satıcının hesabına 9.970 ABŞ Dolları daxil olur. Sualım belədir: Satıcı şirkət Mənfəət vergisinin bəyannaməsinin 200-cü sətrində hansı məbləği göstərməlidir?
21/12/2019 Read: 144 Average count: 0

Bildiririk ki, əvvəlki müraciətinizə yalnış anlaşılma səbəbindən müəssisənin əldə etdiyi gəlirlərdən xarici ölkədə ödənilmiş verginin nəzərə alınması kimi münasibət bildirilmişdir.

Müraciətinizlə bağlı bildiririk ki, Mənfəət vergisi bəyannaməsinin 200.1-ci “Malların təqdim edilməsindən gəlir” adlı sətrində mənfəətin hesablanması məqsədilə malların satış dəyəri (müqavilədə qeyd olunan qiymət) əks etdirilir.

Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən, hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər isə bəyannamənin müvafiq xərclər sətrində qeyd olunur.

Əsas: Azərbaycan Respublikası Vergilər nazirinin 26 dekabr 2018-ci il tarixli 1817040101500900 №-li Əmri ilə təsdiq edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin tərtib edilməsi Qaydası.

0/5 (0 Average count)
Qiymət ver:
Abdullayev Çingiz İlham oğlu a.***@mail.ru ID: 519
Salam, işçinin gross əmək haqqı 1000 AZN-dir. Gross 300 AZN Həyat yığım sığortasına köçürülür. İşsizlikdən sığorta haqqı 0.5% ümumi məbləğdən hesablanır yoxsa həyat yığım sığorta məbləği çıxıldıqdan sonra qalan məbləğə hesablanır ?
21/12/2019 Read: 218 Average count: 5

Vergi Məcəlləsinin 102.1.8-ci və “Sosial sığorta haqqında” Qanunun 15-ci maddələrinin müddəalarına əsasən, 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədiyi sığorta haqları müvafiq olaraq gəlir vergisindən və məcburi dövlət sosial sığorta haqqından azaddır.

Lakin həyatın yığım sığortası üzrə işəgötürənin Azərbaycan Respublikasının sığortaçılarına ödədiyi sığorta haqları işsizlikdən sığorta haqqından azad edilməmişdir.

5/5 (1 Average count)
Qiymət ver:
Arif Gülgəzov Fərhad ar***@gmail.com ID: 509
Salam. İcarə müqaviləsi imzalandığı gündən vergilərə qeydiyyat üçün müraciət olunmalıdır, yoxsa şirkət fəaliyyətə başladığı gündən?
21/12/2019 Read: 158 Average count: 4

Müraciətinizin təsərrüfat subyektinin uçota alınması ilə bağlı olduğu halda bildiririk ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ilk növbədə vergi orqaninda uçota durmaqla VÖEN əldə etməli, daha sonra icarəyə götürdüyünüz təsərrüfat obyektinin (subyektinin) vergi uçotuna alınması üçün icarə müqaviləsi əlavə edilməklə “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınması haqqında Ərizə” ilə obyektin yerləşdiyi ərazi üzrə vergi orqanına müraciət etməlisiniz.

Müraciətinizdə bəzi məqamlar (icarəyə verənin hüquqi və ya fiziki şəxs olması, icarəyə götürənin vergi uçotunda olub-olmaması) aydın olmadığı üçün ətraflı cavablandırılması üçün müraciətinizi dəqiqləşdirməklə yenidən “Sual-Cavab” bölməsinə, Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü, 99.3.3-cü, 124-cü maddələri.

4/5 (3 Average count)
Qiymət ver:
Rüfət Müslümzadə Faiq ru***@gmail.com ID: 528
Salam. Eşitdiyimə görə Vergi məcəlləsinə edilen yeni dəyişikliklərdə idxalda ödənilən ƏDV nin ləğv olunmasi nəzərdə tutulub. Bu doğrudurmu?
21/12/2019 Read: 152 Average count: 0

Bildiririk ki,  Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 29 noyabr 2019-cu il tarixdə qəbul edilmiş “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda qeyd etdiyiniz dəyişiklik nəzərdə tutulmayıb.

0/5 (0 Average count)
Qiymət ver:
Məmmədov Toğrul Ramiz oğlu to***@mail.ru ID: 588
Salam. Mən şirkətin ədv sub-uçot hesabını artırırmaq üçün bank hesabından vahid ədv depozit hesabına müəyyən məbləğ köçürdüm. Hesabdan həmin məbləğ çıxılıb amma ədv sub-uçot hesabına oturmayıb. bu məbləğ ədv sub-uçot hesabına hansı müddətdə oturur?
19/12/2019 Read: 108 Average count: 0

Bildiririk ki, ƏDV- nin depozit hesabına vəsaitlər aşağıdakı, lakin bunlarla məhdudlaşdırılmayan mənbələrdən daxil ola bilər:

- ƏDV qeydiyyatında olan vergi ödəyicisinin öz bank hesablarından;

- digər vergi ödəyicilərinin bank hesablarından;

- bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslərin ödəmələrindən;

- Azərbaycan Respublikasının ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə ticarəti zamanı alıcıların ödəmələrindən.

Mərkəzi Bankın ödəniş sistemləri vasitəsi ilə alınmış məlumatlar Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən müəyyən olunmuş formada, elektron formatda Azərbaycan Respublikası Vergilər Nazirliyinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminə ötürülür.

İş gününün sonunda isə DXA tərəfindən hesabdan çıxarış bank sənədləri ilə birlikdə Azərbaycan Respublikasının Vergilər Nazirliyinə təqdim edilir.

Müraciətiniz barədə ödəniş rekvizitləri dəqiq olduğu halda, uçotda olduğunuz vergi orqanına müraciət edə bilərsiniz.

Əsas: Nazirlər Kabinetinin 30 dekabr 2007-ci il tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”.

0/5 (0 Average count)
Qiymət ver:
Aydin Memmedli Himalay ma***@gmail.com ID: 585
Vergi orqanlarında xidmət üçün müraciət etmək istədim, e-gov vasitəsilə ancaq alınmadı, qəbul varmı? Əgər varsa hara müraciət edə bilərəm?
19/12/2019 Read: 30 Average count: 2

Bildiririk ki, vergi orqanlarına işə qəbul müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə vergi orqanlarında vakansiyalar yarandıqda həyata keçirilir və müsabiqə barədə KİV-də, habelə səhifəmizdə müvafiq elanlar verilir.

Vergi orqanlarına işə qəbulla əlaqədar ətraflı məlumatı səhifəmizin “İşə qəbul. Müsabiqələr” bölməsindən,  Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə əldə edə bilərsiniz.

2/5 (1 Average count)
Qiymət ver:
Hebiyev Rewad ikram he***@mail.ru ID: 583
Salam, mənə mobil nömrəmə sms gəlir. Mənim internet vergi idarəsindən 6 oxunmamış məktubum var. Sadəcə bilmək istərdim ki, mən o məktubları necə oxuya bilərəm?
18/12/2019 Read: 80 Average count: 5

Vergi orqanları tərəfindən vergi ödəyicilərinin elektron qutularına göndərilmiş sənədlər 5 gün ərzində oxunmadıqda bu barədə onların mobil telefon nömrəsinə oxunulmamış məktublar barədə müvafiq məzmunlu SMS göndərilir.

Vergi orqanı tərəfindən vergi ödəyicisinin elektron qutusuna göndərilən sənədlərlə tanış olmaq üçün Vergilər Nazirliyinin www.e-taxes.gov.az rəsmi internet portalına daxil olaraq istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) vasitəsilə İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olub “Gələnlər” qovluğuna keçmək lazımdır.

Bu barədə daha ətraflı məlumatı İnternet Vergi İdarəsinin (www.e-taxes.gov.az) “Yardım” bölməsindən əldə edə bilərsiniz.

5/5 (2 Average count)
Qiymət ver:
Nigar Məmmədli Xaliq ni***@hotmail.com ID: 582
Uşağa qulluğa görə xəstəlik vərəqəsi necə hesablanır?
18/12/2019 Read: 96 Average count: 0

Sorğunuzda qeyd olunan məsələnin bilavasitə əmək qanunvericiliyinin tətbiqindən irəli gəldiyini nəzərə alaraq, ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz daha məqsədəuyğundur.

0/5 (0 Average count)
Qiymət ver:
Abdullayev Mahir Yusuf oğlu ma***@gmail.com ID: 577
Mənim atam Böyük Vətən müharibəsinin iştirakçısı olub, vəfat edib. Mən müəllim işləyirəm, mənə aylıq gəlir maaşımda güzəşt varmı vergi tutumunda?
17/12/2019 Read: 92 Average count: 5

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş 102.2.5-ci maddəsinə əsasən, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt hüququ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.5-ci bəndində qeyd olunmuş aşağıdakı sənədlərdən birinin əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan yaranır:

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi;

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin və ya “DOST” mərkəzinin arayışı;

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları;

Əsas: Vergi Məcəlləsinin 102.2.5-ci və 102.8-ci maddələri, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

5/5 (2 Average count)
Qiymət ver:
Sabina Əhmədli Yusif sa***@gmail.com ID: 576
Salam, biz çox şirkətlər nağd alış zamanı çox böyük məbləğdə endirimlər təklif edir təbii ki burada esas mesele vergidən yayınmaqdır. Son zamanlar en böyük fərqin "kontakt home" magazasinda oldugunu gordum. Bununla bagli hansi tedbirler gorulur?
17/12/2019 Read: 152 Average count: 4

Bildiririk ki,  Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 29 noyabr 2019-cu il tarixdə qəbul edilmiş “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda ölkədə nağdsız dövriyyənin artırılması üçün yeni müddəalar nəzərdə tutulmuşdur.

Eyni zamanda, vergi orqanları tərəfindən vergi ödəyicilərinin fəaliyyəti ilə bağlı müxtəlif risk meyarları əsasında təhlillər aparılır və vergidən yayınan vergi ödəyicilərində qanunvericilikdə nəzərdə tutulmuş vergi nəzarəti tədbirləri həyata keçirilir.

Bununla belə, qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

4/5 (4 Average count)
Qiymət ver:
Məlikov Rəzzaq Vaqif oğlu ma***@mail.ru ID: 575
Salam! Maliyyə Nazirliyinin kollegiyasının 04 aprel 2016-cı tarixli Q-09 N-li nqərarına 58 nömrəli əlavə Forma MAA-1 alış aktının üzərində bu hesabat blankını çap edən şəxsin VÖEN-i və ya adı göstərilimirsə , bu forma alış sənədi hesab olunurmu? Olunur və ya olunmursa hər iki halda Vergi Məcəlləsinin hansı maddəsinə istinad edilir? Əvvəlcədən təşəkkür edirəm.
17/12/2019 Read: 69 Average count: 0

Ciddi hesabat formalarının tətbiqi ilə bağlı daha ətraflı məlumatın alınması üçün aidiyyəti üzrə mühasibat uçotunun təşkili və aparılması sahələrində  tənzimlənməni həyata keçirən Maliyyə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Gülmətov Nemət Kamil oğlu gu***@mail.ru ID: 573
Salam. Əgər müəllim işləyən şəxs 2-ci qrup əlildirsə və onun himayəsində 4(dörd) nəfər varsa,ona vergi məcəlləsinin 102.2 və 102.5 maddələrinin hər ikisi ilə, yoxsa məbləğcə böyuk olan 102.2 maddəsi ilə güzəşt olunur. Sizə mənə veriləcək cavaba görə əvvəlcədən minnətdarlığımı bildirirəm.
16/12/2019 Read: 102 Average count: 5

Bildiririk ki, mövcud qanunvericiliyə əsasən, fiziki şəxsin eyni zamanda Vergi Məcəlləsinin 102.2-ci, 102.3-cü və 102.4-cü maddələri üzrə güzəşt hüququ olduqda, həmin şəxsə sözügedən güzəştlərdən yalnız biri, məbləğcə ən böyük olanı verilir.

Sorğunuzda qeyd olunan halda, yəni fiziki şəxsin Vergi Məcəlləsinin 102.3-cü və 102.5-cü maddələrində nəzərdə tutulan güzəştlərə hüququ olduqda, həmin şəxs hər iki güzəştdən yararlana bilər.

Əsas: Vergi Məcəlləsinin 102.7-ci maddəsi.

5/5 (2 Average count)
Qiymət ver:
Cavadov Mürvət Allahverən mu***@mail.ru ID: 572
Vergi Məcəlləsinin 102.2.5-ci maddəsində göstərilən döyüşçü kateqoriyasına kimlər aiddir və vergi güzəştinin alınması üçün təqdim olunan arayışda döyüşçü necə təsvir olunmalıdır?
16/12/2019 Read: 39 Average count: 0

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş 102.2.5-ci maddəsinə əsasən, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt hüququ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.5-ci bəndində qeyd olunmuş aşağıdakı sənədlərdən birinin əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan yaranır:

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi;

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin və ya “DOST” mərkəzinin arayışı;

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin,  Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları;

Qeyd olunanlara əsasən güzəşt hüququnun əldə edilməsi ilə bağlı müraciət edən fiziki şəxsin valideynlərinin və ya ərlərinin (arvadlarının) həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçü olması müvafiq orqanlar tərəfindən verilmiş sənədlərdə (arayışlarda) göstərilməlidir.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

0/5 (0 Average count)
Qiymət ver: