Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Oruc Huseynov Vilayet Or***@azeraluminium.com ID: 266
Salam.Tenderdə iştirak haqqı üzrə rüsum və çəkilən xərclər satınalan və təçhizatçı şirkətlərdə ayrı-ayrılıqda mühasibat uçotunda necə əks etdirilməlidir? Həmçinin daxil olan rüsumlar ədv və mənfəət vergilərinə cəlb olunurmu? Zəhmət olmazsa qanuni əsaslarla fikrimizi əsaslandıraq.
12/12/2019 Read: 131 Average count: 4

Bildiririk ki, tenderdə iştirak üçün iştirakçılar tərəfindən ödənilən, tender keçirildikdən sonra iştitrakçılara qaytarılmayaraq təşkilatın sərəncamında qalan məbləğlər xidmətlərin təqdim olunması ilə əlaqədar əldə olunan gəlir kimi mənfəət və əlavə dəyər vergisinə cəlb olunur.

Maliyyə-təsərrüfat əməliyyatlarının sənədləşdirilməsinə dair məlumatın verilməsi Maliyyə Nazirliyinin səlahiyyətlərinə aid edildiyindən bu məsələ ilə əlaqədar aidiyyəti üzrə müraciət etməyiniz daha məqsədəuyğundur.

Əsas: Vergi Məcəlləsinin 104-cü, 159-cu maddələri “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının 27 dekabr 2001-ci il tarixli 245-IIQ nömrəli Qanununun 29.2-ci maddəsi, Azərbaycan Respublikasının Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”.

4/5 (3 Average count)
Qiymət ver:
İbrahimov İbrahim Sadıq ib***@gmail.com ID: 549
Mən TEÇHPRO MMC-nin təsisçisiyəm. Özümü online işə qəbul qaydasıyla işə qəbul etməliyəm. Bunun daha dızgın yerinə yetirilməsi üçün kimdən və necəməsləhət və kömək almaq olar.
11/12/2019 Read: 58 Average count: 0

Bildiririk ki, hüquqi şəxsin rəhbəri və digər işçiləri ilə əmək müqaviləsi bağlanarkən işəgötürən qismində həmin hüquqi şəxs çıxış edir.

Hüquqi şəxsin təsisçilərinin təsis müqaviləsində və ya iştirakçılarının ümumi yığıncağının qərarında hüquqi şəxsin adından onun rəhbəri ilə əmək müqaviləsi bağlamaq və əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmək səlahiyyəti təsisçilərdən birinə həvalə oluna bilər. Bu halda, təsisçi əmək müqaviləsi bildirişinin elektron imzadan istifadə etməklə elektron informasiya sisteminə daxil edilməsini həyata keçirə bilər. Əgər bunun həyata keçirilməsi texniki cəhətdən mümkün olmazsa, onda hüquqi şəxs dövlət qeydiyyatına alındıqdan və rəhbəri barədə məlumat hüquqi şəxsin dövlət reyestrinə daxil edildikdən sonra hüquqi şəxsin rəhbəri elektron imza üçün sertifikatın əldə edilməsi ilə bağlı Asan Sertifikat Xidmətləri Mərkəzinə müraciət edərək “İş” tipli sertifikat alır. Bundan sonra hüquqi şəxsin rəhbəri özü ilə hüquqi şəxs arasında bağlanmış əmək müqaviləsinin bildirişini müstəqil olaraq elektron imzadan istifadə etməklə elektron informasiya sisteminə daxil edə bilər.

Əsas: Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 6 iyun 2014-cü il tarixli183 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”

0/5 (0 Average count)
Qiymət ver:
Həmid Mustafayev ha***@gmail.com ID: 545
Salam. ƏDV qeydiyyatında olan A müəssisəsinin digər ƏDV qeydiyyatında olan B müəssisəsinə kreditor borcu var. B müəssisəsinin yazılı müraciəti əsasında ona olan borcu müraciətində göstərdiyi digər ƏDV qeydiyyatında olan C müəssisəsinin hesabına köçürmək olarmı? Əgər olarsa sonradan ƏDV-nin əvəzləşdirilməsində problem yaranmaz ki?
10/12/2019 Read: 58 Average count: 0

Bildiririk ki, ƏDV ödəyicisi tərəfindən alınmış elektron vergi hesab-fakturasında göstərilən malların (işlərin və xidmətlərin) ƏDV-siz dəyəri nağdsız qaydada həmin malları (işləri və xidmətləri) təqdim edən şəxsin hesabına, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına köçürüldükdə və həmin mallar (işlər və xidmətlər) kommersiya məqsədləri üçün nəzərdə tutulduqda ödənilən ƏDV məbləği əvəzləşməyə qəbul edilir.

Elektron vergi hesab-fakturasında göstərilən malların (işlərin və xidmətlərin) ƏDV-siz dəyərinin digər şəxsin hesabına ödənildiyi halda ƏDV-nin əvəzləşdirilməsinə yol verilmir.

0/5 (0 Average count)
Qiymət ver:
Elşən Hüseynov mu***@inbox.ru ID: 543
“A” MMC kənd təsərrüfatı mallarının istehsalı ilə məşğul olan şirkətdir. Bildiyimiz kimi Vergi Məcəlləsinin 164.1.18 maddəsinə əsasən “A” MMC kənd təsərrüfatı mallarının istehsalı ilə məşğul olduğundan ƏDV-dən azaddır. “A” MMC istehsal etdiyi kənd təsərrüfatı məhsullarının satışını yerli bazarla yanaşı xarici bazarlarda da həyata keçirir. Vergi Məcəlləsinin 175.4 maddəsinə uyğun olaraq ƏDV dən azad əməliyyatların ümumi dövriyyədə xüsusİ çəkisinə uyğun olaraq əvəzlişdirmə alır və hər ay ƏDV bəyannaməsini təqdim edir. Sualım bundan ibarəttir ki, “A” MMC-nin balansında olan kənd təsərrüfatı təyinatlı torpağın satışı əgər ƏDV bəyannaməsində əks etdirilməlidirsə hansı sətirə (Sütun) aid edilir, əks etdilmirsə səyyar vergi yoxlaması zamanı ƏDV-yə cəlb edilməyən əməliyyat kimi ümumi dövriyyəyə daxil edilib əvəzləşdirilən ƏDV məbləğinin azalmasına səbəb ola bilərmi? Sualın misalla izahı: AVQUST 2019 ƏDV BƏYANNAMƏSİ ƏDV bəyannaməsində göstərilən dövriyyənin cəmi: 100 000 Yerli bazarda satış (V.M. 164.1.18 ƏDV -dən azad) : 40000 Xarici bazarda satış (V.M. 165.1.3 ƏDV – yə 0% cəlb olunan): 60000 YGB və alınmış EVHF əsasən Ödənilmiş ƏDV məbləği : 15000 V.M. 175.4 maddəsinə əsasən əvəzləşdirilməyən məbləğ: 6000 ( 40 % xüsusi çəki) Əvəzləşdirilən məbləğ: 9000 (15000-6000) Kənd təsərrüfatı təyinatlı torpaq satışı: 30000 Torpaq satışı ƏDV bəyannaməsinə daxil edildikdə Ümumi dövriyyə: 130000 V.M. 175.4 maddəsinə əsasən əvəzləşdirilməyən məbləğ: 8076 (53.84% xüsusi çəki) Əvəzləşdirilən məbləğ: 6924 Misaldan göründüyü kimi artıq əvəzləşdirilmiş ƏDV məbləğ 2076 (9000-6924) AZN təşkil edir ki, buda səyyar vergi yoxlaması zamanı V.M.58.1 maddəsinə əsasən 1038 AZN maliyyə sanskiyası tətbiq edilə bilər.
10/12/2019 Read: 162 Average count: 0

Bildiririk ki, hüquqi şəxsin mənfəət vergisinin ödəyicisi olmasına baxmayaraq, həmin şəxsin mülkiyyətində olan torpaq sahəsinin və qeyri-yaşayış sahəsinin təqdim olunması sadələşdirilmiş vergiyə cəlb olunur və hesablanmış vergi alğı-satqı əməliyyatını təsdiqləyən notarius tərəfindən ödəmə mənbəyində tutularaq dövlət büdcəsinə köçürülməlidir.

Hüquqi şəxs tərəfindən təqdimolunma əməliyyatı ƏDV-yə cəlb olunmur, eyni zamanda, təqdim olunma nəticəsində əldə olunan gəlir mənfəət vergisinin vergi tutulan gəlirinə aid edilmir, ödəmə mənbəyində notarius tərəfindən tutulmuş vergi də gəlirdən çıxılan xərclərə aid edilmir.

Sorğunuzda qeyd olunan halda hüquqi şəxsin mülkiyyətində olan torpaq və qeyri-yaşayış sahəsi təqdim olunarkən sadələşdirilmiş vergiyə cəlb olunur.

 Əsas: Vergi Məcəlləsinin 218.4.5--ci maddəsi.

0/5 (0 Average count)
Qiymət ver:
Uğur Eldarov isfəndiyar kn***@mail.ru ID: 541
Vətən müharibəsi iştirakçılarının uşaqları vergi ödəməlidirmi?
09/12/2019 Read: 50 Average count: 5

Qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin  övladlarının muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır. Maddədə qeyd olunan güzəştdən İkinci Dünya müharibəsi zamanı həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin övladları da istifadə edə bilərlər.

Güzəşt hüququ olan şəxs doğum haqqında şəhadətnamə və aşağıda qeyd olunan sənədlərdən birini təqdim etməklə müvafiq güzəştdən istifadə edə bilər:

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi;

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin arayışı;

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları.

Əsas: Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi.

5/5 (1 Average count)
Qiymət ver:
Elşad Eyvaz Tofiq el***@yahoo.com ID: 540
Salam. 1 yanvar 2019-cu il tarixdən gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin ödəyicisi olmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi və yaxud səhmdarları olan fiziki və hüquqi şəxslərin dividend gəlirləri 10 % ödəmə mənbəyindən vergidən azad edilmişdir. Sualım budur ki, məsələn 2019 ili ilə bağlı dividendin elanı ve bölüşdürülməsi zamanı bu tip müəssisələr bununla bağlı vergi orqanına hər hansı bir bəyannaməni verməlidirlərmi? Verməlidilrsə bu haqa ətraflı məlumat vermənizi xahiş edirəm.
09/12/2019 Read: 52 Average count: 0

Hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi ilə bağlı təsisçiyə pul və ya digər ödəmələr şəklində edilən ödənişlər isə dividend sayılmaqla, həmin ödənişlərdən 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergi tutularaq bəyan edilməklə dövlət büdcəsinə ödənilir.

Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən 1 yanvar 2019-cu il tarixdənVergi  Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin ödəyicisi olmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi və yaxud səhmdarları olan fiziki və hüquqi şəxslərin dividend gəlirləri gəlir (mənfəət) və sadələşdirilmiş vergidən azad edilmişdir.

Qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicilərinin vəzifələrinə azad edildiyini nəzərə alaraq bildiririk ki,  vergi ödəyicisi tərəfindən təsisçilərə ödənilən və vergidən azad olunan dividendlər haqda “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi” vergi orqanına təqdim edilməli, vergidən azad olunan dividendlər bəyannamənin müvafiq güzəşt və azadolmalar sətrində qeyd olunmalıdır.

0/5 (0 Average count)
Qiymət ver:
Kənan Əmrahov ji***@gmail.com ID: 463
Salam. Xarici online mağazalarda (məs. Ebay, Aliexpress) fiziki malları alarkən vergi tutulurmu? Tutulursa neçə faizdir ve bütün bank kartlarına aiddirmi?
07/12/2019 Read: 279 Average count: 4

Bildiririk ki, virtual ticarət meydanlarından, o cümlədən qeyd etdiyiniz saytlardan malların elektron ticarət qaydasında alışına yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən ƏDV tətbiq olunmur.

Eyni zamanda, bildiririk ki, Paypal, Alipay kimi qeyri-rezidentə məxsus elektron pul kisəsində yaradılan hesaba pul köçürülərkən, əməliyyatı həyata keçirən yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya “Azərpoçt” MMC tərəfindən həmin qeyri-rezidentə edilən ödənişə görə tətbiq olunan ödəmə mənbəyində verginin dərəcəsi 10 faiz təşkil edir.

Əsas: Vergi Məcəlləsinin 125.1.9-cu, 168.1.5-ci və 169-cu maddələri.

4/5 (6 Average count)
Qiymət ver:
Məhəmməd Adıgözəlov Aydın oğlu ma***@hotmail.com ID: 477
Salam. Faktiki fəaliyyət göstərdiyim fəaliyyət növünün dəyişdirilməsi üçün məlumat dəyişikliyinin aparılması məqsədilə müvafiq elektron prosedurlar etmək istəyirəm. Lakin, www.e-gov.az vasitəsilə "Fiziki şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi" elektron xidmətdən yararlanmaq mümkün deyil. "The remote server returned an error: (503) Server Unavailable." qeyd olunur. Zəhmət olmasa, bu problemin həll olunmasında mənə yardım edin. Öncədən təşəkkürlər.
07/12/2019 Read: 159 Average count: 5

Bildiririk ki, vergi ödəyicisinin vergi orqanının baza məlumatlarında olan telefon nömrəsinin dəyişdirilməsi şəxsin özünün və ya səlahiyyətli nümayəndəsinin (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) “Fiziki şəxsin vergi uçotu haqqında Ərizə” ilə uçotda olduğu vergi orqanına və ya əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciəti əsasında həyata keçirilir.

Gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda isə Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı üzərindən vergi uçotu məlumatlarınızda olan telefon nömrənizin dəyişdirilməsi üçün “Fiziki şəxsin uçot məlumatlarında dəyişikliklərin edilməsi barədə ərizə”ni elektron qaydada vergi orqanına təqdim etməklə həmin əməliyyatı elektron qaydada yerinə yetirə bilərsiniz.

Bu barədə ətraflı məlumatı saytımızın “Xidmətlər” bölməsinin “Elektron Xidmətlər” alt bölməsindəki “Fiziki şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi” elektron xidməti üzrə inzibati reqlament vasitəsi ilə əldə edə bilərsiniz.

Bildiririk ki, hər hansı texniki problem ilə üzləşdiyiniz təqdirdə bu barədə Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) müraciət etməyiniz tövsiyə edilir.

5/5 (3 Average count)
Qiymət ver:
David Emilov da***@mail.ru ID: 458
Salam. ƏDV ödəyicisi olan şirkətimiz daxili yük daşıma fəaliyyəti ilə yanaşı digər fəaliyyətlə məşğul olur. Vergi Məcəlləsinə uyğun olaraq daxili yük daşıma fəaliyyəti ilə bağlı sadələşdirilmiş vergini ödəyirik və bu fəaliyyətə ƏDV tətbiq etmirik. Növbəti ildən Vergi Məcəlləsinin 156.1-1.-ci maddəsinə əsasən vergi orqanına müraciət edərək daxili yük daşıma fəaliyyəti ilə bağlı satışlarımıza ƏDV tətbiq edə bilərikmi?
07/12/2019 Read: 164 Average count: 5

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər aşağıdakı tələblərə cavab verdiyi halda ƏDV qeydiyyatına alına bilər:

- göstərilən xidmətlərin dəyərini və alınmış malların (işlərin və xidmətlərin) dəyərini nağdsız qaydada əldə edən və ödəyən;

- digər vergi ödəyicilərinə göstərilən xidmətlər üzrə əldə edilən gəlirlərini və gəlirlərin əldə edilməsi üzrə çəkilən xərclərini elektron qaimə-faktura ilə rəsmiləşdirən;

- göstərilən xidmətlər üzrə əməliyyatların uçotunu vahid mərkəzləşdirilmiş elektron sistem üzərində aparan və vergi orqanının həmin sistemə məsafədən çıxış imkanını təmin edən.

Vergi Məcəlləsinin 156.1-1-ci maddəsində nəzərdə tutulan şəxslər, yanvar ayının 31-dən gec olmayaraq, ƏDV məqsədləri üçün qeydiyyata alınmasına dair ərizəni uçotda olduğu vergi orqanına təqdim edir və həmin şəxslərin ƏDV məqsədləri üçün qeydiyyatı həmin ayın birinci günündən qüvvəyə minir.

Əsas: Vergi Məcəlləsinin 156.1-1-ci maddəsi.

5/5 (2 Average count)
Qiymət ver:
Yusif İlqar oğlu Yusifli y.***@gmail.com ID: 442
Salam. Vergi güzəşti olan xarici ölkədəki müəssisəyə (və ya fiziki şəxsə) alınan malın dəyəri gömrük rusumu və ƏDV-si ödənilib. Bu məbləğ ÖMV - yə düşür? 13.2.16.14.1 maddə və 128-ci maddəyə uyğun olaraq 10% vergi hesablanırsa o zaman burda vergi bazası nədir. Xarici ölkənin öz rezidentindən vergi tutması və ya güzəşt verməsinin Azərbaycan Respublikasının rezidentinə vergi öhdəliyi niyə yaradır? Məs.Xarici ölkənin rezidenti satdığı malın dəyərinin 1000 manat müəyyən edir biz ödəmə mənbəyindən 10 % necə tutaq həmin şəxs axı bununla razılaşmır. Xahiş edirəm əgər vergi hesablanırsa ətraflı izah edərdiniz.
07/12/2019 Read: 205 Average count: 3

Bildiririk ki, Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını Vergi Məcəlləsi müəyyən edir.

Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan faiz gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan 10 faiz dərəcə ilə vergi tutulmalıdır.

Eyni zamanda, güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə olan bank hesablarına rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergiyə cəlb olunur.

Əsas: Vergi Məcəlləsinin 13.2.16.14-1-ci və 125.1.9-cu maddələri.

3/5 (1 Average count)
Qiymət ver:
Eminov Fuad Məhəbbət fu***@mail.ru ID: 453
Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci bəndinə əsasən işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir. Qeyd olunan müavinətdən gəlir vergisi tutulur? Əgər tutulmursa zəhmət olmasa nəyə əsasən tutulmadığını yazın. Qabaqcadan təşəkkürümü bildirirəm.
07/12/2019 Read: 179 Average count: 5

Bildiririk ki, işçinin vəfatı ilə bağlı əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə ödənilən orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinətin gəlir vergisindən azad edilməsi Vergi Məcəlləsində nəzərdə tutulmadığı üçün həmin müavinətdən ümumi qaydada gəlir vergisi tutulub dövlət büdcəsinə ödənilməlidir.

Əsas: Əmək Məcəlləsinin 77.7-ci maddəsi, Vergi Məcəlləsinin  102.1.4-cü maddəsi.

5/5 (1 Average count)
Qiymət ver:
Mirzəyeva Qızqayıt Baloğlan qızı mi***@list.ru ID: 450
Azərbaycan Respublikasının Vergilər Məcəlləsinin 164-cü maddəsinin 164.1 və 164.1.7 ci bəndləri hələ qüvvədədirmi?
07/12/2019 Read: 115 Average count: 0

Vergi Məcəlləsinin qeyd etdiyiniz maddəsi və bəndləri qüvvədədir. Vergi Məcəlləsi ilə saytımızın “Qanunvericilik” bölməsində tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Saruxanov Orxan Islamuddin Sa***@mail.ru ID: 448
Salam. İstifadəçi kodu, parolu və şifrəni itirmişəm. Yenidən bərpa etmək istəyirəm, onlayn. Bir də vergi hesabatı aylıq üçün ayın sonuna kimi verilməlidir? DSMF gecikərsə nə qədər cərimədir?
07/12/2019 Read: 121 Average count: 1

Bildiririk ki, istifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Vergi hesabatı dedikdə, bu, mükəlləfiyyətinizdən asılı olaraq dəyişir. Sadələşdirilmiş vergi ödəyicisi olduğunuz halda bildiririk ki, sadələşdirilmiş vergi üzrə hesabat dövrü rübdür və vergi orqanında sadələşdirilmiş vergi ödəyicisi kimi uçota alınan şəxslər hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq ödənməli olan verginin məbləği haqqında vergi orqanına bəyannamə verir və həmin müddət ərzində vergini dövlət büdcəsinə ödəyirlər.

ƏDV üzrə hesabat dövrü təqvim ayıdır. ƏDV-nin ödəyicisi olan şəxslər ƏDV-nin bəyannaməsini hər hesabat ayı üçün hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq qeydiyyatda olduğu vergi orqanına verməlidirlər.

Məcburi dövlət sosial sıgortası üzrə hesabatlar hesabat rübü başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq Vergilər Nazirliyinin müəyyən etdiyi forma üzrə vergi orqanına təqdim edilməlidir.

Sosial sığorta və vergi hesabatlarını əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

1/5 (1 Average count)
Qiymət ver:
Yunis Yunisov Vüqar yu***@gmail.com ID: 446
Salam. Bizim MMC hazır malların alınması və satılması ilə məşğuldur. Malların alışı və satışı elektron qaimə faktura və elektron vergi hesab fakturası birdə ciddi hesabat blankı olmayan printerdən çap edilmə formasında olan malların təhvil-təslim(təhvil-qəbul) aktı ilə rəsmiləşdirilib. Suallarım aşağıdakılardır. 1. Malların ciddi hesabat blankı olmayan bu cür formada alışının və satışının rəsmiləşdirilməsi qanunauyğundurmu? 2. Malların alışı və satışı zamanı yalnızca elektron qaimə faktura və eıektron vergi hesab fakturasının alınıb təqdim edilməsi kifayət edirmi?
07/12/2019 Read: 152 Average count: 3

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 19.04.2017-ci il tarixli 1341 nömrəli Fərmanı ilə “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” və “İctimai iaşə fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”, 16 iyun 2017-ci il tarixli 1460 nömrəli Fərmanı ilə “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” və “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” təsdiq edilmiş, fərmanların icrası məqsədi ilə Maliyyə Nazirliyinin Kollegiyasının 30.06.2017-ci il tarixli Q-08 nömrəli və 04.10.2017-ci il tarixli Q-12 nömrəli Qərarları ilə müvafiq sahələr üzrə ciddi hesabat blanklarının formaları təsdiq edilmişdir. Fəaliyyətinizdə ilk növbədə qeyd olunan qaydaların müddəalarını nəzərə almalı və müvafiq ciddi hesabat blanklarından istifadə etməlisiniz.

3/5 (2 Average count)
Qiymət ver:
Zemine Mi***@gmail.com ID: 447
Salam. VÖEN-i olan fiziki şəxsdən mal alarkən hüquqi şəxs nağd qaydada malların dəyərini təqdim edə bilərmi? Elektron qaimə-faktura olmasa olar?
07/12/2019 Read: 186 Average count: 5

Azərbaycan Respublikasının “Nağdsız hesablaşmalar haqqında” Qanununun (bundan sonra - Qanun) 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Vergi Məcəlləsinin  16.1.11-6.1-cı, 16.1.11-6.2-ci, 16.1.11-6.3-cü maddələrində sadalanan şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura vermək bütün vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir.

Elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası verilmədən təqdim edilməsinə görə - malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Eyni zamanda, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən müvafiq təsdiqedici sənəd olmadıqda həmin qanun pozuntusuna yol vermiş şəxsə münasibətdə Vergi Məcəlləsinin 58.8.2-ci maddəsində göstərilən maliyyə sanksiyası tətbiq olunmalıdır. Bu zaman malların alışını və ya mədaxilini təsdiq edən müvafiq sənədlərdən ən azı biri olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq olunmalıdır.

5/5 (1 Average count)
Qiymət ver:
Samir Suleymanov Azer sa***@gmail.com ID: 441
Salam. Kapitalbankdan üç fərqli "google play" hesabına cəmi 50 dollar (təqribi) pul yükləmişəm. Vergi olmamağına baxmayaraq məndən 18 faiz komissiya haqqı çıxıbdır. Vergi olmadığı ilə bağlı "screen shoot'u" Kapitalbanka göndərmişəm, amma pulumu qaytarmayıblar. Vergiler Nazirliyinə müraciət edin deyiblər.
07/12/2019 Read: 160 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsinə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, vergi ödəyicisi kimi qeydiyyata alınmayan şəxslər tərəfindən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə ödənişlər aparılarkən qeyri-rezidentə ödənilməli olan məbləğə ödənişi həyata keçirən yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən ƏDV hesablanmalı və büdcəyə ödənilməlidir.

Elektron qaydada xidmətlərin göstərilməsi və işlərin görülməsi dedikdə, informasiya sistemlərindən istifadə edilməklə xidmətlərin göstərilməsi və işlərin görülməsi, o cümlədən internet şəbəkəsi vasitəsi ilə elektron kitabların, musiqilərin, audio-video materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi, reklamların yerləşdirilməsi və digər analoji iş və xidmətlər üzrə həyata keçirilən fəaliyyət nəzərdə tutulur.

Virtual ticarət meydanlarından malların elektron ticarət qaydasında satışının, habelə həmin malların digər dövlətin ərazisindən Azərbaycan Respublikasında yerləşən məntəqəyə gətirilməsinin yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən ƏDV-yə cəlb olunması isə Vergi Məcəlləsində nəzərdə tutulmur.

Əsas: Vergi Məcəlləsinin 169.1-ci və 169.3-cü maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Şahin Əkbərov Əliyağa oğlu sh***@mail.ru ID: 433
Mən fermer təsərrüfatı yaratmaq istəyirəm Siyəzən rayonunda, hansı sənədlər lazımdır?
07/12/2019 Read: 92 Average count: 5

Vergi uçotuna alınmaq üçün “Fiziki şəxsin uçotu haqqında ərizə” ilə yanaşı, tərəfinizdən şəxsiyyəti təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi) surəti vergi ödəyicilərinə xidmət mərkəzinə (Siyəzən rayonu, Heydər Əliyev küçəsi, 135a) təqdim edilməlidir.

Vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçılarına tətbiq olunan vergi güzəştləri daha 5 il müddətinə, yəni 2024-cü ilə qədər uzadılmışdır.

Qeyd olunanlara əsasən, kənd təsərrüfatı məhsullarının istehsalını həyata keçirən şəxslər də digər vergi ödəyciləri kimi  ilk növbədə vergi orqanında uçota durmalı,  bu fəaliyyət üzrə gəlirlərini və xərclərini qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirməli və vergi orqanına bəyan etməlidirlər.

Əsas: Vergi Məcəlləsinin 13.2.60-cı, 33-cü, 34-cü, 102.1.11-ci, 106.1.14-cü, 164.1.18-ci, 199.9-cu, 219.7-ci maddələri.

5/5 (1 Average count)
Qiymət ver:
MURADLI BABƏK RAMİL OĞLU mu***@mail.ru ID: 409
Salam. MMC-nin mikrosahibkarlıq subyekti olub-olmamasını necə müəyyən etmək olar?
07/12/2019 Read: 120 Average count: 5

Bildiririk ki, Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli 556 saylı “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın təsdiq edilməsi haqqında qərarına əsasən mikro sahibkarlıq subyektləri dedikdə işçilərinin orta siyahı sayı 1-10 nəfər, illik gəliri 200 min manat və az olan sahibkarlıq subyektləri nəzərdə tutulur.

Hər hansı sahibkarlıq subyektinin aid olduğu kateqoriya barədə məlumatın digər şəxslərə təqdim olunması qanunvericilikdə nəzərdə tutulmamışdır.

5/5 (2 Average count)
Qiymət ver:
Ələkbərov Rüfət Əziz oğlu ru***@bk.ru ID: 465
Hörmətli əməkdaşlar! Oğlum Fərid Ələkbərov 2019-cu ilin avqust ayında bu ilin dekabr ayının 20-də olacaq toyuna tədarük görmək məqsədilə Azadlıq prospektində yerləşən Mərkəzi Universal Mağazasına nişanlısı ilə birlikdə gəlin paltarı kirayə götürülməsi üçün gəliblər. Bildirirəm ki, MUM-un 4-cü mərtəbəsində yerləşən həmin şöbənin əməkdaşı olan bir xanım onu aldadaraq ondan 60 AZN manatı alıb (heç bir qəbz vermədən və sənədləşmə aparmadan) və bildirib ki, sən pulu əvvəldən verməlisən (yani 4 ay əvvəl). Oğlum bu məsələni mənə bü gün danışıb, belə ki, o başa düşəndə ki, onu aldadıblar, həmin qadından pulunu geri istəyəndə o bildirib ki, "pulu qaytarmıram, verməzdin". Mən bu barədə özümdə bu gün MUM-a getdim və oranın administratoru Kamandar müəllim ilə həmin şöbəyə yaxınlaşdım. Oğlumdan pulu aldadaraq alan həmin xanım orada olmadığından Kamandar müəllim onunla telefon əlaqəsi saxladı və bildirsədə ki, "pulu qaytarmalısan", söhbətdən mən elə başa düşdüm ki, o pulu qaytarmaq istəmir. Sizdən xahiş edirəm ki, MUM-ın belə qeyri-səmimi əməkdaşı barədə müvafiq tədbir görüb mənim pulumun qaytarılmasında mənə köməklik edəsiniz, çünki sadə vətəndaş belə insanlarla bacara bilmir, bunlar belə yollar ilə gör nə qədər vətəndaş aldadıb pullarını mənimsəyirlər.
07/12/2019 Read: 117 Average count: 5

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir.

İstehlakçı hüquqlarınızın pozulması ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət etməyiniz daha məqsədəuyğundur.

Onu da qeyd edək ki, qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

5/5 (1 Average count)
Qiymət ver:
Nəcəf-Quliyev Müzəffər Mehdi oğlu na***@gmail.com ID: 464
Salam. Mən 8 sot torpaqda yerləşən evdə yaşayıram. Mən yalnız həmin torpaq üçün vergi verməliyəm, yoxsa həm torpaq həm də əmlak üçün? Əmlak üçün nəzərdə tutulan vergi (30kv-dan artıq sahə üçün) yalnız mənzillərə aiddir, yoxsa fərdi evlər üçün də verilməlidir?
07/12/2019 Read: 152 Average count: 0

Bildiririk ki, sorğunuzda qeyd edilən mənzilə görə yerli bələdiyyə tərəfindən əmlak vergisi həmin əmlakın yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən yaşayış sahələrinə münasibətdə əmlakın 30 kvadratmetrdən artıq olan hissəsinin hər kvadratmetrinə görə Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində göstərilən əmlak vergisi dərəcələri ilə, onun tutduğu torpaq sahəsinin hər 100 kvadratmetrinə görə torpaq vergisi isə Vergi Məcəlləsinin 206.3-cü maddəsində göstərilən torpaq vergisi dərəcələri ilə illik hesablanır.

Bələdiyyələr tərəfindən hesablanmış əmlak və torpaq vergiləri barədə tədiyə bildirişləri hər il üçün illik olmaqla həmin ilin avqust ayının 1-dək fiziki şəxslərə çatdırılır, fiziki şəxslər isə hesablanmış əmlak və torpaq vergilərinin məbləğini bərabər hissələrlə 15 avqust və 15 noyabr tarixlərinədək banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələrindən istifadə etməklə yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödəyir.

Bununla belə, bələdiyyələr öz ərazilərində yerli vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək barədə qərar qəbul edə bilərlər.

Əsas: Vergi Məcəlləsinin 4.4-cü, 13.2.54-cü, 197.1.1-ci, 198.1.1-ci, 200.1-ci, 200.4-200.6-cı, 204-cü, 206.3-cü, 208.3-cü, 208.5-208.6-cı və Azərbaycan Respublikasının “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” 2001-ci il 27 dekabr tarixli 244-IIQ nömrəli Qanununun 11.4-cü maddələri.

0/5 (0 Average count)
Qiymət ver: