Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Həsənbəy Həsənzadə Rasim oglu ra***@gmail.com ID: 7861
Mənim fiziki şəxs kimi 2150 manat vergi borcum vardı.3 gündən sonra borc məbləgəği 2752 manat oldu.Qısa müddətdə boc niyə bu qədər artdı? Qeyd edim ki, mən 2150 manat borcdan sonra heç bir fəaliyyət göstərməmişəm və VÖİNi bağlatmışam
14/03/2023 Read: 99 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. 

Qeyd olunan halda vergi borcunuzun artması səbəbi ilə bağlı qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur. 

0/5 (0 Average count)
Qiymət ver:
İmran Əliyev Məhərrəm oğlu i.***@mail.ru ID: 7860
Salam. Sabunçu r. Bakıxanıv qəsəbəsinin Aşıq Alı küşəsində yerləşən, ümumi sahə 370m2; yaşayış sahəsi 119,7m2 olan həyət evim var. Onun əmlak vergisi necə hesablanır? Təlimatdan oxudum ki, yaşayış sahəsinə (119,7m2) görə hesablanır, yəni- 119,7-30=89,7 x 0,4 x 0,9 = 32,29 AZN. İmtiyazı nəzərə alsaq-32,29-30=2,29azn Bu hesablama doğrudurmu? Xahiş edirəm izah edəsiniz. Öncədən təşəkkürümü bildirirəm.
13/03/2023 Read: 216 Average count: 5

Bildiririk ki, əmlak vergisi fiziki şəxslərin xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə — onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə müvafiq dərəcələr və bina Bakı şəhərində yerləşdikdə isə habelə Nazirlər Kabinetinin müəyyən etdiyi əmsallar tətbiq olunmaqla hesablanır.

Binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla Vergi Məcəlləsinin 102.2-ci maddəsində göstərilən şəxslərin, habelə pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisininin məbləği 30 manat qədər azaldılır.

Sorğunuzda qeyd olunan ərazi Bakı şəhəri üzrə 8-ci zonada yerləşdiyi və müvafiq vergi güzəşti hüququna sahib olduunuz halda qeyd olunan hesablamanız doğrudur. 

Əsas: Vergi Məcəlləsinin 197-ci, 198-ci və 199-cu maddələri, Nazirlər Kabinetinin 6 aprel 2015-ci il tarixli 101 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslərin əmlak vergisi məqsədləri üçün Bakı şəhərində yerləşən binalara tətbiq edilən əmsallar”.

5/5 (1 Average count)
Qiymət ver:
Alvasov Nicat Fikrət ni***@gmail.com ID: 7858
Salam, sualım belədir ki, cənab prezidentimiz bildirmişdi ki, müharibə qaziləri və iştirakçıları vergilərdən azad olunmalıdır. 44 günlük Vətən müharibəsi iştirakçısıyam və aldığım əməkhaqqından vergi tutulur, bu nə dərəcədə doğrudur?
13/03/2023 Read: 127 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəlirləri 400 manat məbləğində azaldılır.

Bundan savayı, həmin işçinin gəlirlərindən sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları ödəmə mənbəyində adi qaydada işəgötürən tərəfindən tutulur və bu tutulmalarda müharibə veteranları üçün azadolma və ya güzəşt nəzərdə tutulmamışdır.

Siz, “Əmək haqqından tutulmaların hesablanması kalkulyatoru”ndan istifadə edərək, işlədiyiniz sektoru seçməklə əməkhaqqınızdan tutulmalar barədə məlumat əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 98-ci, 101-ci maddələri, “Sosial sığorta haqqında”, "İşsizlikdən sığorta haqqında" “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları, “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti 18 fevral 2019-cu il tarixli 56 saylı Qərarı.

5/5 (1 Average count)
Qiymət ver:
Həsənova Mətanət Məcid qızı hs***@gmail.com ID: 7855
Hörmətli Vergi əməkdaşları sizə olan sualımız Cəmiyyətimizin 2022-ci il üzrə Mənfəət vergisi bəyannaməsinin vergi uçotunun məqsədləri üçün aktivlər, öhtəliklər və kapitallar barədə məlumat bölməsinin ehtiyatlar üzrə (1.3.2 Mallar ) dövr ərzində daxil olmuşdur qrafasında mal ehtiyatlarının dəyərinin dəqiqləşdirilməsi ilə əlaqədardır. Belə ki, Cəmiyyətin əsas fəaliyyəti idxal etdiyimiz malların pərakəndə satışından ibarət olduğundan malların maya dəyəri invoys dəyəri , gömrük rəsmləşdirilməsi və digər cari xərclərin cəmindən formalaşır. Mənfəət bəyannaməsindəki (1.3.2 Mallar ) qrafada göstərilən malın dəyəri gömrük orqanın bəyannaməsində statistik dəyərlə yoxsa faktiki invoys dəyəri ilə göstərilməlidir? Zəhmət olmasa sualımızı izahlı cavablandırardız. Öncədən təşəkkür edirik.
13/03/2023 Read: 194 Average count: 0

Bildiririk ki, vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir. Gömrük qanunvericiliyinə uyğun olaraq idxal olunan malların gömrük dəyəri müəyyənləşdirilərkən həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri bu malların gömrük dəyərinə aid edilir.

Bununla yanaşı vergi ödəyicisi əmtəə-material ehtiyatlarının uçotunu apararkən istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir.

Qeyd olunanlara əsasən idxal mallarına münasibətdə vergi ödəyicisinin vergi öhdəlikləri və həmin malların mənfəət (gəlir) vergisinin məqsədləri üçün gəlirdən çıxılan xərclərdə nəzərə alınması həmin malların alış dəyəri (invoys dəyəri), rüsumlar və vergilər, habelə həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri daxil olmaqla faktiki ödənilmiş məbləğlər əsasında müəyyənləşdirilir.

Əlavə olaraq bildiririk ki, mallar Azərbaycan Respublikasına idxal olunarkən gömrük orqanları tərəfindən vergi tutulan dəyərin hesablanması yalnız gömrük məqsədləri üçün istifadə olunur.

Əsas: Vergi Məcəlləsinin 139-cu və 162-ci maddələri və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsi.

0/5 (0 Average count)
Qiymət ver:
Гамзаев Роман Олегович hu***@gmail.com ID: 7852
Здравствуйте , я плохо понимаю на Азербайджанском языке, очень прошу мне помочь с вопросом по поводу открытие расчетного счета. Я получил воен, купил асан номер. Кто мне может объяснить как я могу открыть расчетный счет в капитал банке, куда нажать, что сделать?
12/03/2023 Read: 121 Average count: 3

Заявляем, что физическое лицо может открыть счет, необходимый для осуществления предпринимательской деятельности в отделении банка,  только после получения свидетельства о регистрации. Для этого он должен обратиться в налоговый орган с "Заявлением о получении свидетельства-дубликата с целью открытия счета в банке", на основании которого налоговый орган не позднее чем за 2 дня выдает налогоплательщику свидетельство-дубликат или направляет его в электронном виде непосредственно в соответствующий банк.

Для получения усиленной электронной подписи (в том числе Asan İmza) или сертификата-дубликата при наличии кода пользователя, шифры и пароля можно подать заявку онлайн через интернет-портал налоговой службы.

Ознакомиться с видеоинструкцией по выдаче свидетельства-дубликата на открытие счетов в банках можно здесь.

Основание: статьи 33, 34 и 35 Налогового кодекса Азербайджана.

3/5 (2 Average count)
Qiymət ver:
Abbasov Həbib Süleyman he***@gmail.com ID: 7850
Nəqliyyat vasitələri əmlak vergisinə cəlb olunurmu, "hə"-"yox" niyə?
11/03/2023 Read: 226 Average count: 5

Bildiririk ki, müəssisələrin, habelə fərdi sahibkarların balansında olan əsas vəsaitlər (o cümlədən nəqliyyat vasitələri) əmlak vergisinin vergitutma obyektini təşkil edir.

Eyni zamanda, fiziki şəxslərə məxsus sahibkarlıq fəaliyyətində istifadə olunmayan minik avtomobilləri əmlak vergisindən azaddır. 

Əsas: Vergi Məcəlləsinin 197.1.3 və 199.4.3-cü maddələri.    

5/5 (3 Average count)
Qiymət ver:
Cəbrayılov Ilkin Şahin il***@gmail.com ID: 7849
Salam. Gömrükdən Marka olan geyimlərin (nike,adidas,puma) təqlid edən, original olmayan məhsulların keçirmək üçün vergi haqqı nə qədərdir? Öncədən təşəkkürlər.
10/03/2023 Read: 117 Average count: 5

Məlumat üçün bildiririk ki, qanunla müəyyən edilmiş hallarda və qaydada idxal-ixrac əməliyyatlarına nəzarəti gömrük orqanları həyata keçirir. Bu səbəbdən idxal zamanı vergitutma prosedurları, habelə gömrük rüsumları barədə daha ətraflı məlumatın alınması üçün aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinin 195-6 Çağrı Mərkəzinə müraciət etməyinizi tövsiyə edirik.

5/5 (1 Average count)
Qiymət ver:
Rahil Quluzadə Ramiz ra***@yahoo.com ID: 7846
Himayəsində iki az yaşlı uşaq olan və həyat yoldaşı çalışmayan şəxsə Vergi Məcəlləsinin 102.5-ci maddəsinə əsasən 50 manat vergi güzəşti verilirmi?
10/03/2023 Read: 122 Average count: 0

Bildiririk ki, himayəsində 3 nəfər (o cümlədən 18 yaşa kimi iki uşaq, 23 yaşa kimi tələbə və şagird (həmin yaşa çatdıqları ilin sonunadək) və işləməyən həyat yoldaşı) olan şəxsin əsas iş yerində müvafiq təsdiqedici sənədlər (ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əsas iş yerindən işəgötürənin arayışı və Azərbaycan Respublikası Vergilər Nazirliyinin təsdiq etdiyi formada yerli icra hakimiyyəti və ya bələdiyyələr tərəfindən verilmiş arayış) təqdim etdiyi halda muzdlu işlə əlaqədar vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu iş yerində) muzdlu işlə əlaqədar əldə etdiyi gəliri himayəsində 3 nəfər olması ilə əlaqədar müvafiq təsdiqedici sənədlər, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.15-ci bəndinə əsasən ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əsas iş yerindən işəgötürənin arayışı və Azərbaycan Respublikası Vergilər Nazirliyinin təsdiq etdiyi formada yerli icra hakimiyyəti və ya bələdiyyələr tərəfindən verilmiş arayışlar təqdim edildiyi halda 50 manat məbləğində azaldılır.

Xatırladırıq ki, təqaüd, pensiya və işsizlikdən sığorta ödənişi alan şəxslər (uşaqlardan başqa), dövlət təminatında olan şəxslər (texniki-peşə məktəblərinin şagirdləri, uşaq və körpə evlərində tərbiyə alanlar), xüsusi məktəblərin şagirdləri və internat evlərində olan, saxlanmasına görə qəyyumlardan haqq alınmayan uşaqlar, habelə tam dövlət təminatındakı məktəblər yanında internatlarda olan uşaqlar himayədə olanlara aid edilmir.

Sorğunuzda qeyd olunanlara əsasən, yuxarıda göstərilən təsdiqedici sənədləri iş yerinizə təqdim etməklə, vergi güzəştindən yararlana bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 101-ci, 102-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı".

0/5 (0 Average count)
Qiymət ver:
Əliyev Əli Nizami al***@mail.ru ID: 7845
Salam. Bilmək istərdim ki, həyət evi üçün ödənilən əmlak vergisi hesablananda mansardın ərazisidə hesablanmalıdır qanunla?
10/03/2023 Read: 142 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 197.1-ci maddəsinə uyğun olaraq fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri (bundan sonra bina adlandırılacaq), həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri əmlakvergisinin vergitutma obyektini təşkil edir.

Bina dedikdə isə insanların yaşaması, fəaliyyəti, təbiət təsirlərindən qorunması, onlara sosial, mədəni və məişət xidmətlərinin göstərilməsi, istehsalat sahələrinin yerləşdirilməsi, maddi dəyərlərin saxlanması üçün nəzərdə tutulmuş qapalı həcm-fəza quruluşuna malik olan tikinti obyekti başa düşülməlidir.

Yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların orada yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla onun bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir.

Əsas: Vergi Məcəlləsinin 13.2.54-cü, 197.1.1-ci, 198.1.1-ci və 200-cü maddələri, Mənzil Məcəlləsinin 12.2-ci və 12.5-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Hüseynova Səmayə Əkrəm qızı se***@inbox.ru ID: 7534
Salam. Xarici şirkətə nəqliyyat xidməti üçün ödəniş etmişik. Bunu ÖMV bəyannaməsində göstərib vergisini verməliyik. Hansı sətirdə göstərməliyik? Bir də bu məbləğ ƏDV-yə cəlb ediləcək? Ediləcəksə, onu ƏDV bəyannaməsində hansı bölmədə göstərməliyik?
10/03/2023 Read: 329 Average count: 5

Bildiririk ki, müraciətinizdə qeyri-rezident tərəfindən göstərilən xidmət konkret qeyd olunmadığı üçün müvafiq əməliyyatın “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”ndə və “Əlavə dəyər vergisinin bəyannaməsi”ndə dəqiq necə əks etdirilməsi məsələsinə münasibət bildirilməsi mümkün olmamışdır.

Belə ki, Vergi Məcəlləsinin 125.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisənin və ya sahibkarın ödəmələrindən 6 faiz dərəcə ilə, Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinə əsasən isə Məcəllənin 125.1.1-125.1.4-cü, 125.1.6-125.1.8-ci və 125.1-1-ci maddələrində göstərilən gəlirlər istisna olmaqla, Azərbaycan mənbəyindən əldə edilən digər gəlirlər üzrə qeyri-rezidentdən xərclər çıxılmadan 10 faiz dərəcə ilə vergi tutulur. Qeyd olunan gəlirlər birinci halda “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nin “1608.3” kodlu sətrində, digər halda isə “1608.4” kodlu sətrində əks etdirilir.

Eyni zamanda qeyri-rezident tərəfindən göstərilən xidmətlərin ƏDV-yə cəlb olunması Vergi Məcəlləsinin 168-ci və 169-cu maddələri ilə tənzimlənir və müvafiq əməliyyat ƏDV-yə cəlb olunduğu təqdirdə “Əlavə dəyər vergisinin bəyannaməsi”nin 7 nömrəli Əlavəsində qeyd olunmaqla bəyannamənin “306” kodlu sətrində əks etdirilməlidir.

Əsas: Vergi Məcəlləsinin 125-ci, 168-ci və 169-cu maddələri.

5/5 (2 Average count)
Qiymət ver:
Zaur Süleymanov Za***@mail.ru ID: 7550
Salam hörmətli vergi orqanı, A MMC 2021-ci ilin mənfəət bəyannaməsini verib, 232-ci (digər xərclər) sətrində əvvəlki illərdə alınan xəsarətə görə müavinət (icbari sığorta mövcud olmayan dövrlərdən qalan, xəsarət nəticəsində əmək qabliyyətini itirməyə görə müəssisə tərəfindən işçilərə ödənən ömürlük müavinət ) göstərilmişdi. Ancaq, sonradan VX-nə yazılan məktubun cavabına görə həmin xəsarət xərcini, gəlirdən çıxılan xərclər siyahından çıxarmalı olduq. Bilmək istərdik ki, bu əməliyyat əlavə 1-də necə əks etdiriləcək?
10/03/2023 Read: 200 Average count: 5

Bildiririk ki, sorğunuzda qeyd olunan halda hesabat dövrü ərzində ödənilən icbari ödənişlər “Mənfəət vergisinin bəyannaməsi”nin 1 nömrəli əlavəsinin “Cəmi aktivlər” bölməsinin 1.5 kodlu “Pul vəsaitləri” və “Cəmi kapital və öhdəliklər” bölməsinin 2.2.1.5 kodlu “Sair kreditor borcları” sətrində əks etdirilə bilər.

5/5 (3 Average count)
Qiymət ver:
Kənan Osmanov ke***@inbox.ru ID: 7837
Salam. Əsas vəsaitlər satıldığı il ona amortizasiya hesablanırmı? Hesablanıb və ya hesablanmadığını məcəlləyə əsasən istinad edin zəhmət olmasa.
08/03/2023 Read: 190 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 114.1-ci maddəsinə əsasən bu Məcəllənin 99-cu maddəsində müəyyən edilmiş sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətində istifadə edilən əsas vəsaitlər üzrə amortizasiya ayırmaları bu maddənin müddəalarına uyğun olaraq gəlirdən çıxılır.

Vergi Məcəlləsinin 114.4-cü maddəsinə əsasən əsas vəsaitlərin kateqoriyaları üzrə amortizasiya ayırmaları bu Məcəllənin 114.3-cü maddəsi ilə hər kateqoriyaya aid olan əsas vəsaitlər üçün müəyyənləşdirilmiş amortizasiya normasını həmin kateqoriyaya aid əsas vəsaitlərin vergi ilinin sonuna qalıq dəyərinə tətbiq etməklə hesablanır.

Amortizasiya hesablanması məqsədləri üçün əsas vəsaitlər (vəsait) üzrə vergi ilinin sonuna qalıq dəyəri hesablanan zaman əsas vəsaitlərin (vəsaitin) əvvəlki ilin sonuna qalıq dəyərinə (həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) daxil olmuş əsas vəsaitlərin (vəsaitin) dəyəri, habelə cari ildə təmir xərclərinin məhdudlaşdırmadan artıq olan hissəsi əlavə edilir, vergi ilində təqdim edilmiş, ləğv edilmiş və ya qalıq dəyəri 500 manatdan və ya ilkin dəyərin 5 faizindən az olduqda əsas vəsaitlərin qalıq dəyəri çıxılır.

Göründüyü kimi, il ərzində təqdim edilmiş əsas vəsaitlərin dəyəri vergi ilinin sonuna əsas vəsaitlərin qalıq dəyərindən çıxıldığı üçün həmin əsas vəsaitlər üzrə amortizasiya hesablanmır.

Əsas: Vergi Məcəlləsinin 114-cü maddəsi. 

5/5 (1 Average count)
Qiymət ver:
Seyfulla Bayramov 13***@gmail.com ID: 7834
Salam. "Youtube"dan gəlir üzrə vergi ödəmək qaydası necədir? Neçə faizdir? Ümumi məlumat verə bilərsiz?
07/03/2023 Read: 246 Average count: 3

Bildiririk ki, sorğunuzda qeyd edilən fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur və həmin fəaliyyətə başlamaazdan əvvəl vegi ödəyicisi kimi uçota alınmalısınız.
Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş vergi ödəyicisi olmaq hüququnuz saxlanılır. 

Sorğunuza əsasən, gəlirlərinizin yalnız "Youtube" videohostinqi tərəfindən ödənildiyi halda və fərdi sahibkar olaraq digər hüquqi şəxsə xidmət etdiyinizi nəzərə alaraq,  sizin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnuz yoxdur və siz gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərməlisiniz. O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinə əsasən  mikro sahibkarlıq subyektlərinin gəlirlərinin 75 faizi gəlir vergisindən azaddır.

Sahibkarlıq fəaliyyəti çərçivəsində vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan vergi ödəyicisi (avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində daşımaları həyata keçirən, idman mərc oyunlarını təşkilində iştirak edən şəxs istisna olmaqla) növbəti ayın 10 günü ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməli, vergi orqanı tərəfindən ƏDV qeydiyyatına alındıqdan sonra isə ƏDV ödəyicisinin vergi öhdəliklərini yerinə yetirməlidir.

Bəyannamələrin formaları, o cümlədən "Gəlir vergisi bəyannaməsinin" forması və doldurulması qaydaları ilə səhifəmizin (www.taxes.gov.az) “Bəyannamə” bölməsindən tanış ola bilərsiniz. 

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü, 101.3-cü, 102.1.30-cu, 155-ci, 218.5.10-cu, 218.6.2-ci maddələri.

3/5 (2 Average count)
Qiymət ver:
Erfan Amini Morteza Er***@gmail.com ID: 7833
Salam, mənim hüquqi şəxs VÖEN-imi ləğv etmək istəyirəm, asan imzam yoxdur. Hara yaxınlaşa bilərəm?
07/03/2023 Read: 89 Average count: 0

Bildiririk ki, hüquqi şəxsin ləğv edilməsi proseduru haqqında, o cümlədən təqdim olunan sənədlərin siyahısı və sənədlərin təqdim olunduğu vergi orqanı hadqa ətraflı məlumatla buradan tanış ola bilərsiniz.

 

0/5 (0 Average count)
Qiymət ver:
Ağazadə Samir Yaşar oğlu ag***@gmail.com ID: 7832
Mən Ağazadə Samir öz adıma olan Leo bank kartımdan 05.03.2023 tarixində 18:38-də "Coding princes" adında idman və əyləncə üçün 6.34 ƏDV ilə birlikdə balansımdan 41.55 man məbləğində pulun çıxılmasına razılıq vermişəm. İndi sualım belədir ki, niyə heç bir əməliyyat etmədən 07.03.2023 tarixində saat 09:25də mənim kart balansımdan həmin 6.34 man ƏDV məbləği ikinci dəfə tutulub? Bankla və ödədiyim yerlə danışdım hər ikisi deyir ki, ƏDV-ni tutan vergidir. İndi deyə bilərsinizmi 1 əməliyyata görə məndən niyə 2 dəfə ƏDV tutulur?
07/03/2023 Read: 218 Average count: 0

Bildiririk ki, Azərbaycan Respublikasının “Elektron ticarət haqqında” 10 may 2005-ci il tarixli 908-IIQ nömrəli Qanununun 1.0.1-ci maddəsinə əsasən elektron ticarət - informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi (o cümlədən, internet şəbəkəsi vasitəsi ilə elektron kitabların, musiqinin, audio-video materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi, reklamların yerləşdirilməsi, digər analoji iş və xidmətlər) üzrə həyata keçirilən fəaliyyətdir.

Eyni zamanda Vergi Məcəlləsinin 169.3-cü maddəsinin müddəalarına görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən qeyri-rezidentdən elektron ticarət qaydasında işlərin və xidmətlərin alınmasına görə aparılan ödənişlərdən ödəməni həyata keçirən yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru tərəfindən alıcının vəsaiti hesabına 18 faiz dərəcə ilə ƏDV hesablanmalı və ödənilməlidir.

Göründüyü kimi, vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən həyata keçirilən elektron ticarət zamanı yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən ƏDV tutulması yalnız xaricdən alınan işlərə və xidmətlərə münasibətdə tətbiq edilir. 

Qeyd olunanları nəzərə alaraq, hesabınızdan artıq tutulmuş vergi məbləğinin qaytarılması ilə bağlı aidiyyəti üzrə müştərisi olduğunuz banka müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 169-cu maddəsi və Azərbaycan Respublikasının “Elektron ticarət haqqında” 10 may 2005-ci il tarixli 908-IIQ nömrəli Qanunu.

0/5 (0 Average count)
Qiymət ver:
Əhməd Qasımov Taleh eh***@gmail.com ID: 7828
Salam, hörmətli səlahiyyətli şəxs əgər e-texas.gov.az saytında onlayn müraciət ilə hüquqi şəxs kimi (MMC təyinatlı şirkət) açmaq üçün sorğu göndərmişəmsə və təsdiqləmişəmsə, mən həmin ərizəmi necə geri götürə bilərəm (müraciəti necə ləvğ edə bilərəm)? Xatırladım ki vergilər nazirliyindən artıq şəxsi kabinetə müəyyən sənədlər göndərilib və sadəcə sənədlərə baxmaq üçün elektron imza tələb olunur. Elektron imza olmadığından sənədlərə baxa bilmirəm.
06/03/2023 Read: 67 Average count: 0

Bildiririk ki, sorğunuzda qeyd olunan halda hüquqi şəxs onlayn qeydiyyatda keçdiyi üçün hüquqi şəxsin ləğv edilməsi ümumi qaydada həyata keçirilir. 

Hüquqi şəxsin ləğv edilməsi proseduru haqqında, o cümlədən təqdim olunan sənədlərin siyahısı və sənədlərin təqdim olunduğu vergi orqanı hadqa ətraflı məlumatla buradan tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Sübhan Allahverdi su***@mail.ru ID: 7821
Salam. Mən yeni VÖEN açıb 4511201 (TƏZƏ VƏ İSTİFADƏ OLUNMUŞ MİNİK AVTOMOBİLLƏRİN PƏRAKƏNDƏ SATIŞI) ilə məşğul olmaq və səyyar satıcı kimi fəaliyyət göstərmək istəyirəm. Lakin, mən heç bir obyekt icarəyə götürmürəm və heç bir VÖEN bank hesabı açmıram, sadəcə nəğd pulu cari bank hesabıma mədaxil edib xarici ölkədən 2-3 ədəd minik avtomobili sifariş verdiyim şirkətin hesabına göndərirəm və yol xərcini bank vasitəsi ilə və ya nəğd şəkildə ödəyirəm, eləcə də gömrük və rəsmiləşdirmə rüsumlarını nəğd şəkildə ödəyirəm və həmin nəqliyyat vasitəsini heç bir VÖEN-i olmayan fiziki şəxs qismində sadə vətəndaşa nəğd şəkildə satıram və satandan sonra bir də xaricdən nəqliyyat vasitəsi sifariş verib gətirirəm. Bu dediklərimə əsasən məni maraqlandıran bəzi suallar meydana çıxır: 1. Əgər yeni VÖEN açıramsa həmin fəaliyyət üçün Sadələşdirilmiş 2% ilə başlayır? Və nə vaxtdan 5% keçir? 2. Sahibkar bu fəaliyyətdə heç bir muzdlu işçi götürmədən təkbaşına fəaliyyət göstərə bilər? 3. Əgər mən obyekt icarəyə götürmürəmsə və səyyar fəaliyyət göstərirəmsə vergi uçotunda obyekti qeydiyyat etməyə ehtiyac yoxdur? 4. Səyyar satış kimi fəaliyyət vergi sistemində nə əsasında göstərməliyəm və hara müraciət etməliyəm? 5. Əgər səyyar və pərakəndə satış ilə məşğulamsa, vergi uçotunda obyekt qeydiyyatım yoxdursa VÖEN bank hesabına, POS terminala və nəzarət kassa aparatına ehtiyac varmı? 6. Müştəriyə maşını satarkən mətbəədən aldığım mədaxil qəbz təqdim etməliyəm yoxsa NKA çeki təqdim etməliyəm? 7. Sadələşdirilmiş vergi ödəyicisi rüblük bəyannamə verir? Əgər 1ci ayda 1 ədəd maşın idxal edib, 2ci ayda satışı olmayıb, 3cü ayda həmin maşını satıb. Onda 2ci ayda hansı vergi ödəyirmi? 8. Heç bir obyekt icarəyə götürmədən və heç bir işçisi olmadan minik avtomobillərin pərakəndə satışı ilə məşğul olan və səyyar satıcı kimi fəaliyyət göstərən sahibkarın hansı vergi mükəlləfiyyətləri var? Dövlətə, sosial və sığortaya hansı vergilər ödəyir və bu vergilər nələrdir? Sizdən məktubu diqqətlə oxumağı və qeyd elədiyim suallara Azərbaycan Respublikasının qanunverciliyi əsasında cavab verməyinizi xahiş edirəm. Diqqətiniz üçün təşəkkür edirəm.
06/03/2023 Read: 383 Average count: 5

Bildiririk ki, avtomobil nəqliyyat vasitələrinin pərakəndə satışı ilə məşğul olan fiziki şəxslərin vergi öhdəlikləri vergi uçotuna alınarkən təqdim etdiyi ərizədə seçdiyi vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarətdir.

Fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda ticarət fəaliyyətindən əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir. 

Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Mikro sahibkarlıq subyekti olduğunuz halda (işçilərinin orta siyahı sayı 1-10 nəfər aralığında olan və illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) gəlirlərin və xərclərin uçotunu aparmaqla, 75 faiz vergi güzəşti əldə edə bilərsiniz.

Vergi ödəyicisinin ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olduqda növbəti ayın birinci günündən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur və həmin şəxslər sadələşdirilmiş vergi ödəyici olmaq hüququnu itirir. Bu halda fiziki şəxslər əldə etdikləri gəlirlərindən xərclər çıxıldıqdan sonra 20 faiz dərəcə ilə gəlir vergisi ödəməlidirlər.

Sorğunuzda qeyd olunan fəaliyyət növü təsərrüfat subyekti (obyekt) və NKA tələb olunan fəaliyyət növlərinə aid edilir. İqtisadi fəaliyyət növləri üzrə vergi münasibətlərinin vahid standartlarında hər bir fəaliyyət növü üzrə ətraflı məlumatla buradan tanış ola bilərsiniz.

Əsas: Əsas: Vergi Məcəlləsinin 16-cı, 33-cü, 34-cü, 97-ci, 101-ci, 102-ci, 155-ci və 220-ci maddələri. 

 

5/5 (1 Average count)
Qiymət ver:
Ruslan Rüstəmov Eldar ru***@hotmail.com ID: 7820
Salam, bir maddə ilə bağlı sualım yaranıb, xahiş edirəm, aydınlıq gətirəsiniz. Vergi Məcəlləsinin 164.1.10 maddəsində qeyd edilib ki, Azərbaycan Respublikası Mərkəzi Bankının və Azərbaycan Respublikasının Dövlət Neft Fondunun qanunvericiliklə nəzərdə tutulmuş vəzifələrinin yerinə yetirilməsi ilə bağlı mal idxalı, iş görülməsi və xidmət göstərilməsi vergidən azaddır. Bilmək istərdim, bu maddədə AR Mərkəzi Bankı və AR Dövlət Neft Fondunun gördükləri iş və xidmətlər nəzərdə tutulur və ya həmçinin həmin qurumlara göstərilən xidmət və işlər? Misal üçün hər hansı bir qeyri-rezident şirkət Dövlət Neft Fondu üçün xidmət göstəribsə, bu xidmət üzrə ÖMV və ya ƏDV ödənilməlidir və ya xidmət vergidən azaddır?
06/03/2023 Read: 90 Average count: 0

Bildiririk ki, sözügedən maddədə qanunvericiliklə müəyyən olunmuş vəzifələrinin yerinə yetirilməsi ilə bağlı Mərkəzi Bank və Dövlət Neft Fondu tərəfindən malların idxalı, işlərin görülməsi və xidmətlərin göstərilməsi ƏDV-dən azad edilir.

Onu da qeyd edək ki, Mərkəzi Bankın vəzifələri “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəzifələri isə “Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə” ilə müəyyən edilmişdir.

Əsas: Vergi Məcəlləsinin 164.1.10-cu maddəsi,  “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının 10 dekabr 2004-cü il tarixli 802-IIQ nömrəli Qanununun 5-ci maddəsi, Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2000-ci il tarixli, 434 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə”.

0/5 (0 Average count)
Qiymət ver:
Yaşar Novruzov Ya***@gmail.com ID: 7811
Salam. Mənim VÖEN sənədim var, uçota alınmışdım heyvandarlıq üzrə. İndi onu kənd təsərüffatına (pay torpaq sənədinə) dair dəyişmək istəyirəm. Bu mümkündür, yoxsa ləğv edib yenisini açdırmalıyam?
04/03/2023 Read: 178 Average count: 0

Bildiririk ki, vergi uçotunda olan fiziki şəxs eyni zamanda torpaq mülkiyyətçisi kimi vergi orqanında uçota alındıqda, ərizədə bu haqda məlumatlar qeyd olunmalıdır. Bu zaman, Ərizənin 1 və 2 nömrəli Əlavələri doldurulmalı və torpağa mülkiyyət hüququnu təsdiq edən sənədin və torpaq aktının surəti ərizəyə əlavə edilməlidir. 1 nömrəli Əlavədə torpağa mülkiyyət hüququnu təsdiq edən sənədin seriyası, nömrəsi, torpağın sahəsi, kateqoriyası, yerləşdiyi ünvan barədə məlumatlar doldurulur. 2 nömrəli Əlavədə torpaq mülkiyyətçilərinin ailə üzvlərinin sayı, onların soyadı, adı və atasının adı doldurulur və FİN-kod vergi orqanının vəzifəli şəxsi tərəfindən şəxsiyyət vəsiqəsinə əsasən qeyd edilir.

Kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sığorta haqqı ödəyənlər istisna olmaqla) əmək qabiliyyətli ailə üzvlərinin hər biri üçün məcburi dövlət sosial sığorta haqqı, torpağın sahəsindən asılı olaraq, minimum aylıq əməkhaqqına nisbətdə aşağıdakı miqdarda hesablanması nəzərdə tutulur:
- 5 hektaradək olduqda - 2 faiz miqdarında;
- 5 hektardan 10 hektaradək - 6 faiz miqdarında;
- 10 hektardan yuxarı - 10 faiz miqdarında.

Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin sosial sığorta haqqı "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz" alınarkən ödənilir və bu fəaliyyət üzrə bəyannamələrin (hesabatların) təqdim edilməsi tələb olunmur. 

Müraciətiniz barədə daha ətraflı məlumat üçün Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 33-cü və 34-cü maddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları" və “Sosial sığorta haqqında”Azərbaycan Respublikasının 250-IQ saylı Qanunu.

0/5 (0 Average count)
Qiymət ver:
Əhmədov Elsevər Mədət oğlu el***@mail.ru ID: 7809
Salam. Atası şəhid olan keçmiş döyüşcünün (Ailənin şəhid ailəsi statusu var) övladına 400 manat və 800 manat azadolmanın hər iksi eyni anda şamil olunurmu? Yəni yekunda muzdlu işlə əlaqədar vergi hesablanarkən, vergiyə cəlb olunan gəliri 1200 (800+400) manat azaldılacaqmı?
04/03/2023 Read: 142 Average count: 1

Bildiririk ki, Vergi Məcəlləsinin 102.1-1-ci maddəsinə əsasən şəhid ailəsi statusu verilmiş şəxslərin valideynlərinin, dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 800 manat məbləğində azaldılır.

Bununla yanaşı, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir.

Qeyd olunanlara əsasən, sorğuda qeyd olunan halda şəhid adını almış şəxsin övladına 800 manat güzəşt tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 102.1-1-ci maddəsi.

1/5 (1 Average count)
Qiymət ver: