Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Quliyev İlkin Yusif qu***@gmail.com ID: 7807
Salam. VÖEN-i 5 illik müvəqqəti dondurmuşam, son ildir, öz özünə aktiv olacaq 5 il bitdikdən sonra? Əgər öz-özünə aktiv olacaqsa onda birdəfəlik dondurmaq istəyirəm, lakin asan nömrəm Azercell tərəfindən başqasına satılıb. Alternativ yol necə olmalıdır?
04/03/2023 Read: 113 Average count: 5

Məlumat üçün bildiririk ki, vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə, fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.

Gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda İnternet Vergi İdarəsi portalı üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə dayandırılması mümkündür.

Bu barədə daha ətraflı səhifəmizin “Xidmətlər” bölməsinin “E-Xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament və ya Dövlət Vergi Xidmətinin rəsmi yutub səhifəsində yerləşdirilən videotəlimat vasitəsilə tanış ola bilərsiniz: https://www.youtube.com/watch?v=XtmRW-3SX_0

Qeyd: Vergi ödəyicilərinin vergi orqanı tərəfindən verilən kod-paroldan istifadə etməklə elektron kabinetə daxil olmaq imkanı 2024-cü il yanvarın 1-dək qüvvədədir.

Əsas: Vergi Məcəlləsinin 16-cı maddəsi.

 

5/5 (2 Average count)
Qiymət ver:
Ağayev Əyyar Şirvanəli oğlu ay***@mail.ru ID: 7805
Salam. Mən Türkiyədən invoys dəyəri 15000 manat məbləğində mal almışam. Mallar Azərbaycan gömrüyünə daxil olduqda gömrük tərəfindən statistik qiymət olaraq 18000 manat qiymətləndirilmiş və statistik qiymətdən rüsumlar hesablanmışdır. Hesablanmış rüsumlar dövlət büdcəsinə ödənilmişdir. Mən alınmış mallara görə 15000 manat ödəmişəm. Alınmış malları mühasibatlıqda hansı qiymətlə əks olunmalıdır? Ödədiyim 15000 manat əlavə rüsumlarla, yoxsa statistik 18000 manat əlavə rüsumlarla?
03/03/2023 Read: 182 Average count: 0

Bildiririk ki, vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir. Gömrük qanunvericiliyinə uyğun olaraq idxal olunan malların gömrük dəyəri müəyyənləşdirilərkən həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri bu malların gömrük dəyərinə aid edilir.

Bununla yanaşı vergi ödəyicisi əmtəə-material ehtiyatlarının uçotunu apararkən istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir.

Qeyd olunanlara əsasən idxal mallarına münasibətdə vergi ödəyicisinin vergi öhdəlikləri və həmin malların mənfəət (gəlir) vergisinin məqsədləri üçün gəlirdən çıxılan xərclərdə nəzərə alınması həmin malların alış dəyəri (invoys dəyəri), rüsumlar və vergilər, habelə həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri daxil olmaqla faktiki ödənilmiş məbləğlər əsasında müəyyənləşdirilir.

Əlavə olaraq bildiririk ki, mallar Azərbaycan Respublikasına idxal olunarkən gömrük orqanları tərəfindən vergi tutulan dəyərin hesablanması yalnız gömrük məqsədləri üçün istifadə olunur.

Əsas: Vergi Məcəlləsinin 139-cu və 162-ci maddələri və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsi.

0/5 (0 Average count)
Qiymət ver:
Məcnun Aydınov Fikrət oğlu me***@gmail.com ID: 7449
Salam. 1. Müəssisəyə əsas vəsait – avtonəqliyyat vasitəsi mədaxil edildikdə bu birmənalı olaraq nəqliyyat vasitələri kateqoriyasına aid edilir və VM-nin 114-cü maddəsinə əsasən vergi ili üçün amortizasiya hesablanır. Nəqliyyat vasitəsinin sənədləşdirilməsinə çəkilən xərclər (nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, dövlət qeydiyyat nişanı (nömrəsi) və s.) əsas vəsaitin dəyərinin üzərinə əlavə edilməklə mədaxil edilir ya xərcə silinir? 2. İcra vərəqələrinə əsasən işçilərin əmək haqqından tutulan (aliment, bank krediti və s.) vəsaitlər aidiyyatı üzrə köçürüldükdə bank tərəfindən tutulan xidmət haqqını müəssisənin xərclərinə aid etmək olar yoxsa bu vəsait (xidmət haqqı) işçidən tutulmalıdır? 3. “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli qərarında vergi güzəştinin tətbiqi üçün müvafiq sənədlərin siyahısı qeyd olunmuşdur. 2022-ci il yanvarın 1-dən etibarən “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə “Müharibə veteranı” adının verilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2021-ci il tarixli 3088 nömrəli Sərəncamına əsasən 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə “Müharibə veteranı” adının və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi, habelə “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin edilməsi və ödənilməsi şamil edilir. Daha sonra, həmin qurumlar “Müharibə veteranı” adı və vəsiqəsi verdikləri şəxslər barədə məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Zəfər” altsisteminə daxil edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumunun və ya “DOST” mərkəzinin bu barədə arayışı əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün əsas sayıla bilərmi? Təşəkkür edirəm.
02/03/2023 Read: 353 Average count: 5

Birinci sual ilə bağlı bildiririk ki, Vergi Məcəlləsinin 143-cü maddəsinə əsasən aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir. 

Eyni zamanda, Vergi Məcəlləsinin 108.1-ci maddəsinə əsasən bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Qeyd olunanlara əsasən nəqliyyat vasitələrinin sənədləşdirilməsinə çəkilən xərclər gəlirin əldə edilməsi ilə bağlı olduğu halda, həmin əsas vəsaitin dəyərinə daxil edilmədən birbaşa gəlirdən çıxılan xərclərə aid edilir.

İkinci sualla bağlı bildiririk ki, Vergi Məcəlləsinin 108.1-ci maddəsinə əsasən bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Buna əsasən sorğuda qeyd olunan halda, vergi ödəyicisi tərəfindən icra vərəqələrinə əsasən işçilərin əmək haqlarından tutulan vəsaitlərin köçürülməsi zamanı bank tərəfindən tutulan xidmət haqqı (xidmət haqqının vergi ödəyicisi tərəfindən işçinin əmək haqqından tutulmasının qanunvericilik aktlarında nəzərdə tutulduğu hal istisna olmaqla) vergi ödəyicisinin gəlirdən çıxılan xərclərinə aid edilir.

Bununla yanaşı, əmək haqqından tutulan məbləğlərin miqdarının məhdudlaşdırılması Əmək Məcəlləsinin 176-cı maddəsi ilə tənzimləndiyindən bank tərəfindən tutulan müvafiq xidmət haqqının işçinin əmək haqqından tutulması məsələsi ilə bağlı aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

Üçüncü sualla bağlı bildiririk ki, Azərbaycan Respublikasının Prezidentinin 27 oktyabr 2021-ci il tarixli 1470 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində “Zəfər” altsistemi yaradılmışdır və altsistem formalaşdırıldıqdan sonra altı ay müddətində müharibə veteranı statusu almış şəxslər barədə məlumatların həmin altsistemə daxil edilməsinin təmin olunması aidiyyəti dövlət qurumlarına tapşırılmışdır.

Buna əsasən müharibə veteranı adı almış şəxslər barədə məlumat Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Zəfər” altsisteminə daxil edilir və “Müharibə veteranı” vəsiqəsi verilənədək Vergi Məcəlləsinin 102.2.7-ci maddəsində müəyyən edilmiş güzəşt hüququ Vətən müharibəsi iştirakçılarına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən verilən arayışlar və DOST mərkəzinin arayışı əsasında fiziki şəxslərin muzdlu işdən gəlirlərinə tətbiq edilir. 

Əsas: Vergi Məcəlləsinin 102-ci, 108-ci və 143-cü maddələri, Əmək Məcəlləsinin 176-cı maddəsi, Azərbaycan Respublikasının Prezidentinin 27 oktyabr 2021-ci il tarixli 1470 nömrəli Fərmanı.
 

5/5 (6 Average count)
Qiymət ver:
Kənan Qurbanlı Çingiz kg***@gmail.com ID: 7324
Salam. Sualım VM-nin 113-cü maddəsi ilə bağlıdır. Maddəyə əsasən, gəlir götürmək məqsədi ilə aparılan elmi tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərinə çəkilən xərclər (əsas vəsaitlərin alınması və qurulması ilə bağlı xərclər, habelə kapital xarakterli digər xərclər istisna olmaqla) gəlirdən çıxılır. Əgər müəssisənin gəlir götürmək məqsədi ilə apardığı elmi tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərinin nəticəsi uğursuz olarsa, və ya gəlir götürmək məqsədi ilə apardığı elmi tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərinə müəyyən və ya qeyri-müəyyən müddətə fasilə verərsə, çəkilən xərclər yenə də gəlirdən çıxılırmı?
02/03/2023 Read: 175 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 113-cü maddəsinə əsasən gəlir götürmək məqsədi ilə aparılan elmi tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərinə çəkilən xərclər (əsas vəsaitlərin alınması və qurulması ilə bağlı xərclər, habelə kapital xarakterli digər xərclər istisna olmaqla) gəlirdən çıxılır.

Eyni zamanda, Vergi Məcəlləsinin 3.10-cu maddəsinə əsasən vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməlidir.

Qeyd olunanlara əsasən müraciətdə göstərilən halda, gəlir götürmək məqsədi ilə aparılan elmi tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərinə xərclərin çəkilməsi nəticəsində işlərin uğursuz olması və ya işlərə müəyyən müddət fasilə verilməsi səbəbi ilə gəlir əldə olunmasa da, çəkilmiş həmin xərclər gəlirdən çıxılır.

Əsas: Vergi Məcəlləsinin 3-cü və 113-cü maddələri.

5/5 (7 Average count)
Qiymət ver:
Ferhad Qasımov 24***@gmail.com ID: 7418
Cəmiyyət əlavə dəyər vergisinin ödəyicisidir. Vergi orqanları tərəfindən Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən OVN zamanı malların əskik gəlməsinə görə (elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsi) maliyyə sanksiyası tətbiq edilir. Qeyd edilən maliyyə sanksiyası təqdim edilmiş malların satış qiymətinə tətbiq edilir. Satış qiymətinə ƏDV-nin daxil olub-olmamasına münasibət bildirməyinizi xahiş edirəm. Eyni zamanda əməliyyatın hansı qaydada (pərakəndə və ya topdan) aparıldığı müəyyən edilməmişdir.
02/03/2023 Read: 227 Average count: 4

Bildiririk ki, Vergi Məcəlləsinin 58.13-cü maddəsinə görə bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası verilmədən təqdim edilməsinə görə malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Sözügedən maliyyə sanksiyası tətbiq edilərkən təqdim edilmiş malların ƏDV ilə birlikdə satış qiyməti əsas götürülür.

Eyni zamanda, Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə əsasən pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir.

Vergi Məcəlləsinin 13.2.63-cü maddəsinə əsasən topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir.

Əlavə olaraq bildiririk ki, vergi orqanı tərəfindən həyata keçirilmiş vergi nəzarəti tədbirləri zamanı ortaya çıxan məsələlərlə əlaqədar işin faktiki halları qeyd edilməklə Cəmiyyətin qeydiyyatda olduğu vergi orqanına müraciət olunması tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 13-cü və 58-ci maddələri.

4/5 (5 Average count)
Qiymət ver:
Qocayeva Xəyalə Nadir qızı qo***@86mail.ru ID: 7471
Salam. Nazirlər Kabinetinin 2019-cu il tarixli müvafiq qərarı ilə təsdiq edilmiş "Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları"nın 2.1.2.1-ci bəndinə əsasən məcmu illik gəlirlərə satışdankənar gəlirlər (faiz, müsbət məzənnə fərqi və s.) daxildirmi? Daxil deyilsə nəyə əsasən?
02/03/2023 Read: 202 Average count: 4

Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18.02.2019-cu il tarixli 56 nömrəli qərarı ilə təsdiq edilmiş "Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları"nın 2.1.2.1-ci bəndinə əsasən mövcud subpodratçılar üzrə – bu Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərə təqdim olunan mal, görülən iş və göstərilən xidmətlərə görə əvvəlki təqvim ili ərzində əldə olunan illik gəlirlərin (xərclər nəzərə alınmadan) həcmi məcmu illik gəlirlərin 50 faizindən çox olduğu təqdirdə neft-qaz sahəsində fəaliyyət sayılır.

Vergi qanunvericiliyinin müddəalarına əsasən gəlir dedikdə, malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir hesab olunur.

Qeyd olunanlara əsasən vergi ödəyicilərinin satışdankənar gəlirləri adıçəkilən meyarların 2.1.2.1-ci bəndində nəzərdə tutulan məcmu gəlirlərə daxil edilmir.

Əsas: Vergi Məcəlləsinin 13-cü maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18.02.2019-cu il tarixli 56 nömrəli qərarı.

4/5 (3 Average count)
Qiymət ver:
Bəndəliyeva Zülfiyyə Yusif qızı zu***@mail.ru ID: 7274
Salam. Vergi ödəyicisi olan şəxs özünə məxsus olan evini hüquqi şəxsə satırsa, bu zaman elektron qaimə-faktura təqdim etməlidir?
02/03/2023 Read: 228 Average count: 5

Bildiririk ki, vergi qanunvericiliyinin müddəalarına əsasən mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahəsini təqdim edən fiziki şəxsin vergi uçotunda olub-olmamasından asılı olmayaraq sadələşdirilmiş vergi öhdəliyi notarius tərəfindən tutulmaqla yerinə yetirilir.

Eyni zamanda, Vergi Məcəlləsinin 71-1-ci maddəsinin müddəalarına əsasən malları təqdim edən vergi orqanında uçotda olan şəxs mallar göndərilən vaxt elektron qaimə-faktura təqdim etməlidir.

Qeyd olunanlara əsasən sorğuda göstərilən halda, vergi orqanında uçotda olan fiziki şəxs tərəfindən sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış sahəsinin hüquqi şəxsə təqdim edilməsi zamanı elektron qaimə-fakturanın təqdim edilməsi vergi qanunvericiliyində nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 71-1-ci və 218-ci maddələri.

5/5 (3 Average count)
Qiymət ver:
Ariz Seyidov ar***@inbox.ru ID: 7799
Mənə mesaj gəlib ki, məcburi dövlət sosial sığorta haqqı üzrə 160 manat borcum var. Bu borc nə borcudur? Hansı borcdur?
02/03/2023 Read: 65 Average count: 0

Bildiririk ki, vergi ödəyicisi  qanunla müəyyən edilmiş vergiləri, o cümlədən sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarını ödəməli və müvafiq hesabatları vergi orqanına təqdim etməlidir. 

Həmçinin bildiririk ki, vergi ödəyicisinin yuxarıda qeyd olunan ödənişlər üzrə borcu yarandıqda, yaranmış borcun ödənilməsi ilə bağlı vergi ödəyicisinə vergi orqanları tərəfindən bildiriş  (o cümlədən SMS bildiriş) göndərilir. 

Sorğunuzda qeyd olunan borcun yaranmasının səbəbini vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət edərək aydınlaşdıra bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Mahmud Novruzlu Novruz ma***@mail.ru ID: 7415
Salam, hörmətli vergi əməkdaşları.Sualım aşağıdakı kimidir: Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən qeyri rezident şirkətin Azərbaycan Respublikasında filialı mövcuddur. Qeyri rezident olan şirkət Azərbaycanın hər hansı hüquqi şəxsi ilə xidmətlərin göstərilməsi ilə əlaqədar müqavilə imzalayır. Azərbaycan Respublikasında göstərilən xidmət Filial tərəfindən yerinə yetirilir. Bütün ödənişlər (əmək haqqı, digər təşkilatların (subpodratçıların) xidmətləri və s.) filial tərəfindən həyata keçirilir. Müqavilənin şərtlərinə görə Filial bütün xidmətləri yerinə yetitdikdən sonra xidmət göstərilən hüquqi şəxs xidmətin dəyərini Filiala yox, qeyri rezidentə ödəyir və ödəmə mənbəyində vergini tutaraq Dövlət büdcəsinə ödəyir. Bilmək istərdik ki, Filial tərəfindən görülən işlərə (xidmətlərə) görə Qeyri rezidentdən Filiala daxil olmuş vəsait vergiyə cəlb olunurmu? Daxil olunmuş vəsait subpodratçılara, əmək haqqına, DSMF-na ayırmaya və s. (faktiki xərclər üzrə) istifadə olunur. Yaxud, Filialın faktiki çəkilən xərclərinin üzərinə hər hansı % tətbiq edərək Qeyri rezidentə təqdim edilib, göstərilən xidmətlərə görə ƏDV-nə cəlb edilməlidirmi?
02/03/2023 Read: 213 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir.

Eyni zamanda, Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur.

Belə ki, vergi ödəyiciləri tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) uçotu sənədləşdirilmiş məlumat əsasında vaxtlı-vaxtında dəqiq uçotu aparılmalıdır.

Müraciətdə göstərilən halda, vergi qanunvericiliyinin müddəalarına əsasən xidməti birbaşa göstərən filial tərəfindən göstərilən xidmətlərdən əldə olunan gəlirlər filialın vergitutulan gəlirlərinə, həmin xidmətlərin göstərilməsi ilə bağlı çəkilən xərclər isə filialın gəlirdən çıxılan xərclərinə aid edilir. Bununla yanaşı, filial tərəfindən xidmətlərin göstərilməsindən əldə olunan gəlirlərdən vergi öhdəlikləri yerinə yetirildikdən sonra qalan xalis mənfəətindən qeyri -rezidentə köçürülən məbləğdən ödəmə mənbəyində 10 faiz dərəcə vergi tututub dövlət büdcəsinə ödənilir.

Eyni zamanda, xidmət göstərən filial ƏDV qeydiyyatında olan vergi ödəyicisi olduğu halda, göstərilən xidmətlərin dəyərindən 18 faiz dərəcə ilə ƏDV hesablanıb dövlət büdcəsinə ödənilməlidir.

Əlavə olaraq, müraciətdə qeyd olunan əməliyyatlar üzrə vergi öhdəliyinin dəqiq müəyyən edilməsi üçün işin faktiki halları ilə bağlı müvafiq təsdiqedici sənədlərlə birlikdə vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına müraciət edilməsi tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 126-cı, 130-cu və 159-cu maddələri.

5/5 (1 Average count)
Qiymət ver:
Emin Qarabəyli Mustafa oğlu em***@gmail.com ID: 7375
Salam. Azərbaycan Respublikasının rezidenti olan hüquqi şəxs rezident fiziki şəxsə və qeyri rezident hüquqi şəxsə göstərdiyi dəmir yolu ilə beynəlxalq daşıma xidmətinin haqqını həmin rezident fiziki şəxsdən və qeyri reziden şirkətin etibarnamə əsasındə nümayəndəsi kimi çıxış edən şəxsdən nağd şəkildə qəbul edib öz bank hesabına mədaxil edə bilərmi? Mümkün olduğu halda qarşı tərəfdən hansı sənədlər tələb olunmalıdır?
02/03/2023 Read: 137 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinin müddəalarına əsasən nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.

Buna əsasən sorğuda qeyd olunan halda, hüquqi şəxs tərəfindən rezident fiziki şəxsə beynəlxalq daşıma xidmətlərinin göstərilməsi müqabilində nağd qaydada pul vəsaitinin qəbulu qanunla nəzərdə tutulmuş qaydada ciddi hesabat blankları ilə rəsmiləşdirilməlidir.

Əlavə olaraq bildiririk ki, sorğuda göstərilən halda qeyri-rezident hüquqi şəxsin nümayəndəsi kimi çıxış edən digər şəxs vasitəsilə xidmətin dəyərinin nağd qaydada ödənilməsi ilə bağlı işin faktiki hallarını özündə əks etdirən məlumatlar, tərəflər arasında bağlanılmış müqavilələr və digər təsdiqedici sənədlərlə birlikdə vergi ödəyicisinin Mərkəzi Banka müraciət etməsi tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 16-cı maddəsi.

0/5 (0 Average count)
Qiymət ver:
Kazımova Günel Rəhim re***@mail.ru ID: 7798
Salam. Mən 25.02.2022-ci ildə 20 yanvarda yerləşən "Chevrolet servis"ə müraciət edib avtomobilimdə texniki işlər gördürdüm. Sonra ödənişi kassada nağdsız qaydada ödədim. Mən çek tələb etdikdə, kassa işçisi çeki satış ofisində olan kassadan götürməyi xahiş etdi. Mən də həmin şəxsə yaxınlaşıb ödəniş çekimi göstərdim və mənə ƏDV olan çeki təqdim etdi. Bir neçə saatdan sonra ƏDV geri qaytarılmasını yoxladım və bu çek üzrə ƏDV geri qayıtmadı. Mən "Chevrolet servis"in əlaqə nömrəsinə zəng vurub bu barədə məlumat verdim. Cavab isə belə oldu: Avtomobillərin satış məntəqələri gəlir vergisindən azaddır. Onda sual yaranır - mənə verilən çek niye satış mətəqəsindən veridi: sual cavabsız qaldı və şikayətinizi Dövlət Vergi Xidmətinə bildirin deyib əlaqəni kəsdilər. İndi sualım sizədir, adı çəkilən servisin mənə verdiyi çekdən mənə ƏDV geri qayıtmalıdır ya yox? Xahiş edirəm, ətraflı cavab verəsiniz. Çünki sizin cavabınız mənim üçün önəmlidir, məhkəmədə istifadə edəcəm. Deməli, bunlar bu üsulla həm vətəndaşları, həm də vergidən yayınmaq məqsədi ilə dövlətimizi aldadırlar.
02/03/2023 Read: 300 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ƏDV-nin müvafiq qaydada qaytarılması Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə aid edilir.

Sorğunuda qeyd olunan avtomobillərə texniki xidmətlərin göstərilməsinə görə ödənilmiş ƏDV-nin geri qaytarılması qanunvericilikdə nəzərdə tutulmamışdır. 

Müraciətiniz barədə ətraflı məlumat üçün Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 165.5-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş“Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən, o cümlədən özəl tibbi praktika ilə məşğul olan şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) və xidmətlərə, eləcə də işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası” 

5/5 (1 Average count)
Qiymət ver:
Yasin Rza oğlu Şirinov ya***@mail.ru ID: 7468
Xahiş edirəm Vergi Məcəlləsinin 51.4. maddəsinin izahlı şərhini verəsiniz.
02/03/2023 Read: 163 Average count: 4

Bildiririk ki, Vergi Məcəlləsinin 51.4-cü maddəsində vergi ödəyicisinə vurulan ziyanın ödənilməsi zamanı vergi orqanlarının vəzifəli şəxslərinin qanuni hərəkətləri nəticəsində vurulan ziyan istisna edilir.

Vergi orqanlarının vəzifəli şəxslərinin qanuni hərəkətləri dedikdə, Vergi Məcəlləsi və digər qanunvericilik aktlarının tələblərinə uyğun olaraq həyata keçirilən hərəkətlər nəzərdə tutulur.

Belə ki, Vergi Məcəlləsi və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hərəkətlərin Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq yerinə yetirilməsi zamanı vergi ödəyicilərinə ziyan vurulduqda, həmin hərəkətlər qanuni hesab olunur və vurulmuş ziyan ödənilmir.

Əsas: Vergi Məcəlləsinin 51-ci maddəsi.

4/5 (7 Average count)
Qiymət ver:
İsrafil Quluyev Alməmməd oğlu is***@gmail.com ID: 7797
MMC təsisci ilə borc müqaviləsi bağlayıb, cari xərclərə vəsait catmayanda təsiscidən alınır və MMC-in bank hesabına mədaxil olunur. Bu borc müqaviləsi əsasən bank ücün tərtib olunur ki, sonra vəsaiti qeri alanda bank əngəl olmasın. Bu muqavilədə müddət göstərilməyib, çünki bilinmir bu vəsaiti nə vaxt qaytara biləcək (elə vaxt olur ki, illərlə iş olmur) faiz nəzərdə tutulmayıb 0%, çünki öz MMC-dir. Borcun miqdarıda muqavilədə simvolik bir rəqəmdir cunki əvvəlcədən bilmirsən səni nə gözləyir? Bu müqavilə bizi də, bankı da qane edir, heç bir problem yaratmır. Lakin, vergi məmurları bu müqavilədə mütləq % və müddətin göstərilməsin təqid edirlər. Əks halda biz bu müqaviləni qəbul etmirik deyirlər. Mən hesab edirəm ki, vergi bu müqavilədə tərəf kimi iştirak etmir və bizi qane edən kimi tərtib etmişik. Banka qoyulan pulu mənfəət bəyannaməsində gəlir kimi nəzərə alıb kameral hesablayır. Xahiş edirəm öz fikrinizi bildirəsiniz.
02/03/2023 Read: 270 Average count: 0

Bildiririk ki, qanunvericiliyə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

Eyni zamanda vergi qanunvericiliyinə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir.

Hüquqi şəxslə onun təsisçisi isə mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır.

Qanunvericiliyin müddəaları əsas götürülməklə təsisçi tərəfindən müəssisəyə faizsiz verilmiş borc məbləğinə vergitutuma məqsədləri üçün həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı, Vergi Məcəlləsinin 123.1-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməli və rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına bəyannamə təqdim edilməlidir.

Əlavə olaraq nəzərə alınmalıdır ki, borc müqavilələri faizlə şərtləndirildiyi halda Vergi Məcəlləsinin 110-cu maddəsinin müddəalarına əsasən qarşılıqlı surətdə asılı olan şəxslərin bir-birinə ödədikləri faizlərin faktiki məbləği (hesablamalar metodundan istifadə edildikdə - ödənilməli faizlərin məbləği) faizlərin aid olduğu dövrdə eyni valyuta ilə, oxşar müddətə verilmiş banklararası kredit hərracında olan və ya hərraclar keçirilmədiyi təqdirdə Azərbaycan Respublikası Mərkəzi Bankının dərc etdiyi banklararası kreditlər üzrə faizlərin orta səviyyəsinin 125 faizdən artıq olmamaqla gəlirdən çıxılır.

Əsas: Vergi Məcəlləsinin 14-cü, 18-ci, 110-cu, 123-cü və Mülki Məcəlləsinin 739-cu maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Əlizadə Seyran Tofiq Se***@gmail.com ID: 7796
Yaşayış minimumu 345 azn olduğu halda nəyə görə vergi güzəşti hələ də 200 AZN olaraq hesablanır? Vergi güzəşti 345 AZN hesablanmalı olduğu halda iki aydır, niyə bu məsələ tənzimlənmir?
02/03/2023 Read: 92 Average count: 3

Bildiririk ki, Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat məbləğində olan hissəsi gəlir vergisindən azad edilmişdir. Qeyd olunan maddədə hər hansı dəyişiklik edilməmişdir. 

Əmək haqqından tutulmaların hesablanması kalkulyatoru”ndan istifadə etməklə əməkhaqqınızdan tutulmalar barədə məlumat əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi. 

3/5 (2 Average count)
Qiymət ver:
Hüseynov Sərxan Xaqani sa***@gmail.com ID: 7446
2020-ci ildən İKZF ilə müqavilə bağlayaraq, "satmaq öhdəliyi ilə mənzillərin kirayə verilməsi" proqramı üzrə kirayəçi olmuşam. Bildiyim qədəri ilə, kirayəçinin aylıq ödənişindən ƏDV çıxılacaqdır. Bu nə vaxtdan qüvvəyə minəcək? Bizə də şamil olunacaqmı? İndiyə qədər ödədiyim məbləğlərin içindəki ƏDV mənzilin ümumi qiymətində çıxılacaqmı?
02/03/2023 Read: 119 Average count: 5

Bildiririk ki, 2023-cü ilin yanvarın 1-dən Vergi Məcəlləsinə əlavə edilmiş 164.1.10-1-ci maddəsinə əsasən yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yaşayış sahələrinin kirayəçilərə təqdim edilməsi vergini ödəməkdən azad edilmişdir.

Qeyd olunan azadolma 2023-cü ilin yanvarın 1-dən sonra kirayəçilərə təqdim edilən yaşayış sahələrinə münasibətdə tətbiq edilir.

Əlavə olaraq bildiririk ki, sorğuda qeyd olunan halda aylıq ödəniş məbləğləri ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 164-cü maddəsi.

5/5 (2 Average count)
Qiymət ver:
İsmayılov Emil Salman oğlu em***@hotmail.com ID: 7444
Salam. Sualım Vergi Məcəlləsinin 217-1 maddəsi ilə bağlıdır. 2 situasiya üzrə cavablandırmağınızı xahiş edirəm. Dekabr ayında müəssisənin mişar daşı hasilatı ilə bağlı mədən vergisi 500 AZN olub, il ərzində isə 5000 AZN olmuşdur. Mişar daşı hasilatı aparılan ərazinin torpaq vergisi isə 12000 AZN olmuşdur. Mədən vergisi üzrə nə qədər güzəşt tanınmalıdır dekabr ayında? Bəyannaməyə əvvəlki aylarda ödənmiş məbləğ artıq ödənmə kimi tanınmalı və ya sadəcə sonuncu aya güzəşt tətbiq edilməlidir? Məcəllədə "təqvim ili üzrə hesablanmış mədən vergisinin məbləği həmin faydalı qazıntıların çıxarıldığı torpaq sahələrinə görə onun tərəfindən həmin təqvim ili üzrə hesablanmış və ödənilmiş torpaq vergisinin məbləğindən çox olmamaqla" qeyd edilir. Belə başa düşülür ki, qeyd etdiyim situasiyada büdcəyə artıq ödənmə yaranmalıdır.
02/03/2023 Read: 144 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 217-1-ci maddəsinə əsasən faydalı qazıntılara görə vergi ödəyicisi tərəfindən təqvim ili üzrə hesablanmış mədən vergisinin məbləği həmin faydalı qazıntıların çıxarıldığı torpaq sahələrinə görə onun tərəfindən həmin təqvim ili üzrə hesablanmış və ödənilmiş torpaq vergisinin məbləğindən çox olmamaqla təqvim ilinin sonuncu hesabat ayında azaldılır.

Buna əsasən sorğuda qeyd olunan halda, vergi ödəyicisi tərəfindən təqvim ili üzrə hesablanmış və ödənilmiş torpaq vergisinin məbləği təqvim ili üzrə hesablanmış mədən vergisinin məbləğindən çox olduğu üçün mədən vergisinin tam məbləğinə azadolma tətbiq edilir və torpaq vergisinin mədən vergisindən artıq olan hissəsi artıq ödəmə kimi tanınmır.

Əsas: Vergi Məcəlləsinin 217-1-ci maddəsi.

5/5 (4 Average count)
Qiymət ver:
Sadıqov Rövşən Qabil oğlu sa***@gmail.com ID: 7409
2020-ci ildən etibarən mühasibin məlumatsızlığı səbəbindən Ərzaq mağazasında quraşdırılan onlayn nəzarət-kassa aparatında vurulan çekdə Vergi məcəlləsinin 164-cü maddəsinə əsasən ƏDV-dən azad olunan məhsulların satışı düzgün aparılmamışdır. Belə ki, ƏDV-yə 18 faiz dərəcə ilə cəlb olunan və ƏDV-dən azad olunan məhsulların hamısı (ayrı-ayrılıqda uçot aparılmayaraq) ƏDV-yə 18 faiz dərəcə ilə cəlb olunaraq satış edilmişdir. Hal-hazırda konsaltinq şirkətinin yoxlaması zamanı 2020-ci ildən etibarən uçotun düzgün aparılmaması aşkarlanmışdır,illər üzrə uçot yenidən yığılır,ƏDV-dən azad olunan və ƏDV-yə 18 faiz dərəcə ilə cəlb edilərək satış olunur.Həmçinin Vergi Məcəlləsinin 175.4-cü maddəsində göstərildiyi kimi ƏDV ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil edilən malların uçotu ayrı-ayrılıqda aparılır. Xahiş edirəm ki, keçmiş dövrlər üzrə dəqiqləşdirilmiş ƏDV bəyannamələrini təqdim edərək, Vergi Məcəlləsinin 175.4-cü maddəsinə əsasən ƏDV ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil edilən malların uçotu düzgün formada aparılaraq,qanunvericilik ilə tələb olunan sənədləri təqdim edərək,keçmiş dövrlər üzrə hesablanmış artıq ƏDV məbləğlərinin azalmasını və ödənilmiş artıq ƏDV məbləğlərinin şəxsi hesab vərəqəsinə artıq ödəmə kimi bərpa edilməsinin mümkünlüyü haqqında məlumat verəsiniz.
02/03/2023 Read: 275 Average count: 5

Bildiririk ki, ƏDV-dən azad olunan malların (işlərin, xidmətlərin) dairəsi Vergi Məcəlləsinin 164-cü maddəsində göstərilmişdir.

Eyni zamanda, ƏDV-yə cəlb edilən əməliyyat çərçivəsində təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri ƏDV-nin vergitutuma obyektini yaradır.

ƏDV tutulan əməliyyatlar üzrə ödənilmiş ƏDV-nin əvəzləşdirilməsi isə Vergi Məcəlləsinin 175.1-ci maddəsində göstərilən tələblərə uyğun olaraq həyata keçirilir.

ƏDV-dən azad olunan əməliyyatlar ƏDV tətbiq edilməklə aparıldığı hallarda bu əməliyyatlar Vergi Məcəlləsinin 159.8-ci maddəsinə əsasən ƏDV tutulan əməliyyat sayılır.

Əlavə olaraq bildiririk ki, sorğuda qaldırılan məsələ ilə bağlı vergi ödəyicisi tərəfindən həyata keçirilən əməliyyatlar, işin faktiki halları barədə məlumatlar və müvafiq təsdiqedici sənədlərlə birlikdə vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına müraciət edilməsi tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 159-cu və 164-cü maddələri.

5/5 (3 Average count)
Qiymət ver:
Məmməd Quliyev Fazil oğlu me***@mail.ru ID: 7304
Salam. Zəhmət olmasa bu sualları cavablandırardınız. 1. A şirkəti torpaq sahəsini girov qoyaraq kredit təşkilatından kredit götürmüşdür və A şirkəti götürülmüş kredit məbləğini təsisçiləri eyni olmayan digər B şirkətinə faizsiz borc müqaviləsi əsasında borca vermişdir. Sonradan Torpaq ilkin dəyəri qiymətinə satılmışdır ki, bu zaman gəlir yaranmamışdır və balansında heç bir aktivi qalmamışdır. Kredit götürülüşü zamanı faiz xərcləri yaranmışdır ki, bu faiz xərclərini sadələşdirilmiş vergi bəyannaməsində xərc maddəsi olaraq qeyd edilmişdir. Şirkətin həmin dövr ərzində göstərilmiş iş və xidməti olmadığına görə bəyannamə zərərlə təqdim edilmişdir. 2. Təsisçiləri eyni olmayan hər hansı bir D şirkəti həmin bu A şirkətini almaq istəyir. D və A şirkətlərinin fəaliyyət sahəsi fərqlidir (D şirkəti Daşınmaz əmlakla, A şirkətinin isə heç bir fəaliyyəti olmamışdır). Sual belədir ki, D şirkəti A şirkətini özünə birləşdirib A şirkətinin kredit faizinə görə yaranmış zərərini öz zərəri kimi tanıya bilərmi?
02/03/2023 Read: 206 Average count: 5

Bildiririk ki, sadələşdirilmiş vergi üzrə vergitutma obyekti təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin həcmi hesab olunur. Sadələşdirilmiş vergi hesablanarkən xərc maddələri nəzərə alınmır və zərər yaranmır.

Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 56.2-ci maddəsinə əsasən hüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda qoşulan hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq əvvəlki hüquqi şəxsə keçir.

Eyni zamanda, vergitutma məqsədləri üçün hüquqi şəxsin yenidən təşkil edilməsi Vergi Məcəlləsinin 147-ci maddəsi ilə tənzimlənir. Vergi Məcəlləsinin 147-ci maddəsinin müddəalarına əsasən birləşmənin, əldəetmənin, birləşdirmənin, ayrılmanın və ya ayırma yolu ilə yeni şəxs yaradılmasının əsas məqsədinin vergilərdən yayınma olmadığı vergi orqanı tərəfindən təsdiq edilmiş olsun.

Qeyd olunanları nəzərə alaraq, müraciətdə göstərilən halla bağlı əməliyyatın xüsusiyyətləri, işin faktiki halları barədə məlumatlar tam açıqlanmaqla bu əməliyyat üzrə müvafiq təsdiqedici sənədlər, o cümlədən borc və kredit müqavilələri, torpağın təqdim edilməsi və yenidən təşkil barədə sənədlərlə birlikdə vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına müraciət edilməsi tövsiyə olunur.

Əsas. Vergi Məcəlləsinin 219-cu və 147-ci maddələri, Mülki Məcəllənin 56-cı maddəsi.

5/5 (1 Average count)
Qiymət ver:
Əli Oruclu el***@gmail.com ID: 7429
Rezident A şirkəti qeyri-rezident firma ilə müqavilə bağlayır və onun vasitəsi ilə tranzit yükdaşıma həyata keçirir. Bu halda qeyri-rezidentə edilən ödənişlər ÖMV-yə cəlb edilirmi? 2-ci halda isə qeyri-rezident yükləri Azərbaycan Respublikası ərazisində bir yerə qədər daşıyır və daha sonra həmin yüklər başqa bir rezident MMC-nin nəqliyyat vasitəsi ilə digər ölkəyə daşınır. (Fikrimcə son təyinat nöqtəsi Azərbaycan Respublikası ərazisi olmadığı üçün ÖMV hər 2 halda da yaranmır). Münasibət bildirməyinizi xahiş edirəm.
02/03/2023 Read: 179 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 125.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisənin və ya sahibkarın ödəmələri 6 faiz dərəcə ilə vergiyə cəlb olunur.

Azərbaycan Respublikasının hüdudlarından kənarda digər dövlətlərdəki təyinat (göndərilmə) məntəqələri arasında, habelə Azərbaycan Respublikasının ərazisindən tranzit qaydada həyata keçirilən daşımalara görə rezident müəssisənin və ya sahibkarın ödəmələri bu maddə üzrə vergitutuma obyekti deyildir.

Buna əsasən sorğuda göstərilən halda, daşıma xidmətləri tranzit qaydada daşıma xidmətlərinə aid edildiyi və müvafiq sənədlərlə rəsmiləşdirildiyi təqdirdə, qeyri-rezidentə edilmiş ödənişlərdən ödəmə mənbəyində vergi tutulmur. Lakin göstərilən daşıma xidmətlərinin tranzit qaydada həyata keçirilmədiyi və təyinat (göndərilmə) məntəqəsi Azərbaycan Respublikası olduğu halda daşıma xidmətlərinə görə edilmiş ödənişlərdən ödəmə mənbəyində 6 faiz dərəcə ilə vergi tutulur.

Əlavə olaraq bildiririk ki, vergi öhdəliyinin dəqiq müəyyən edilməsi üçün işin faktiki halları ilə bağlı müvafiq təsdiqedici sənədlər, yük gömrük bəyannamələri, tərəflər arasında bağlanılmış müqavilələr, ödəniş sənədləri və digər zəruri sənədlərlə birlikdə qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 125-ci maddəsi.
 

5/5 (1 Average count)
Qiymət ver:
Əfqan Osmanov Kamal af***@mail.ru ID: 7794
Hər hansı bir kommersiya şirkətində muzdla çalışan Azərbaycan Respublikasının vətəndaşı eyni zamanda Fərdi Sahibkarlıq subyekti olaraq (VÖEN-ə malik fiziki şəxs olaraq) muzdla çalışdığı müəssisə ilə müqavilə bağlayaraq e-qaimə ilə mal, iş, xidmət təqdim edə bilərmi?
02/03/2023 Read: 101 Average count: 5

Bildiririk ki, hüquqi şəxsin muzdlu işçisindən hər hansı mal (iş və ya xidmət) almasın qanunvericilikdə məhdudiyyət nəzərdə tutulmamışdır.

Eyni zamanda, Vergi Məcəlləsinin 14-cü maddəsində başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işlərin, xidmətlərin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət qəbul edilir.

Həmin maddəyə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilər bazar qiymətləri nəzərə alınmaqla hesablanır.

Vergi Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən isə bir şəxs özünün xidməti vəziyyətinə görə digər şəxsə tabeliyində və ya bir şəxs digər şəxsin bilavasitə və ya dolayısı ilə nəzarətində olduqda belə şəxslər qarşılıqlı surətdə asılı olan şəxslər hesab olunurlar.

Sorğunuzda qeyd olunan halda işəgötürən şəxsə tabeliyində olan işçi əmlakı təqdim etdikdə vergilər bazar qiyməti ilə hesablana bilər.

Əsas: Vergi Məcəlləsinin 14.1-ci, 14.3-cü və 18.2.2-ci maddələri.

5/5 (1 Average count)
Qiymət ver: