Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Sevinc Pirəliyeva Şahmirzə se***@mail.ru ID: 6528
Salam. Mən hal-hazırda Almaniyada yaşayıram və mənə 2019-2020-ci illər ərzində Azərbaycanda işsiz olduğum və vergi ödəyicisi olmadığım haqqında sənəd lazımdır. Çox xahiş edirəm kömək edəsiniz. Təşəkkür edirəm.
25/05/2022 Read: 65 Average count: 0

Bildiririk ki, saytımızın “Xidmətlər” bölməsinin “Elektron xidmətlər” alt bölməsindəki “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi” elektron xidmətindən istifadə edərək “VÖEN-ə görə” və “Ada görə” axtarış etməklə Sizi maraqlandıran vergi ödəyicisinin VÖEN-ini əldə edə bilərsiniz.

Əlavə olaraq bildiririk ki, "Vergi ödəyicisinin vergi orqanında qeydiyyatı barədə arayış"ı vergi ödəyicilərinə xidmət mərkəzlərindən əldə etmək mümkündür. Arayış 5 iş günü ərzində müraciət edən şəxsə və ya etibarnamə əsasında səlahiyyətli nümayəndəsinə təqdim olunur.

Əsas: Dövlət Vergi Xidmətinin 11 aprel 2022-ci il tarixli 2217040100461400 saylı əmri ilə təsdiq olunmuş "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları".

0/5 (0 Average count)
Qiymət ver:
Vüsal Əliyev Samir vu***@mail.ru ID: 6527
Bizə lazımdır ki, bilək Rusiyadan qida məhsullarının gətirilməsinə görə hansı sənədlər lazımdır? Biz Rusiyadan qida məhsulu, it pişik yemi və quş dənləri müqavilə əsasında Rusiyada firma ilə müqavilə bağlayıb malların Azərbaycana gətirilməsini istəyirik, bunun üçün Rusiyada ki firma bizdən Azərbaycana hansı sənədlərin lazım olduğunu soruşur? Zəhmət olmasa, cavablandırın.
25/05/2022 Read: 67 Average count: 0

Bildiririk ki, qanunla müəyyən edilmiş hallarda və qaydada idxal-ixrac əməliyyatlarına nəzarəti gömrük orqanları həyata keçirir. Bu səbəbdən sorğunuzda qeyd olunan malların idxalı üçün tələb olunan sənədlər barədə ətraflı məlumatın alınması üçün aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinin 195-6 Çağrı Mərkəzinə müraciət etməyinizi tövsiyə edirik.

0/5 (0 Average count)
Qiymət ver:
Gülməmmədli Valeh Vəli gu***@gmail.com ID: 6526
Salam. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 aprel tarixli 222 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı -1.7.3. əvvəllər dövlət vergi orqanlarında xidmət etmiş (xidməti intizamı bir dəfə kobud şəkildə pozması və ya xidməti vəzifələrini müntəzəm surətdə yerinə yetirməməsi səbəbindən vergi orqanlarında xidmətinə xitam verilmiş şəxslər istisna olmaqla) şəxslər; Hal hazirda NMR Dövlət Vergi Xidmətində işləyən vəzifəli şəxslərə şamil olunurmu?
25/05/2022 Read: 57 Average count: 0

Bildiririk ki, müvafiq müraciətinizin “Sual-cavab” bölməsi vasitəsi ilə deyil, vergi orqanlarına işə qəbulla bağlı keçirilən müsabiqənin təşkilati məsələlərinin həllini təmin edən Dövlət Vergi Xidmətinin İnsan resursları Baş idarəsi tərəfindən cavablandırıldığını nəzərə alaraq aidiyyəti üzrə rəsmi qaydada (https://www.taxes.gov.az/az/page/dovlet-vergi-xidmetine-muraciet) müraciət etməyiniz tövsiyə olunur.

Əsas: “Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərinin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları”.

0/5 (0 Average count)
Qiymət ver:
Səbinə Dadaşova Fuad mr***@gmail.com ID: 6525
Salam, şirkət bu il açılıb, mikro sahibkarlıq subyektidir. Təsisçi istədiyi halda, məsələn hər ay, dividendi götürə bilər?
25/05/2022 Read: 90 Average count: 0

Bildiririk ki, kommersiya hüquqi şəxslərinin xalis mənfəətinin iştirakçılar arasında bölüşdürülməsi qaydaları mülki qanunvericiliklə tənzimlənir.

Belə ki, Mülki Məcəllənin 90-1-ci maddəsinin müddəalarına əsasən məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir.

Mülki Məcəllənin 106-3-cü maddəsinin müddəalarına əsasən səhmdar cəmiyyətin xalis mənfəətinin onun maliyyə ili üzrə bölüşdürülməsi səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının qərarı ilə qəbul edilir. Səhmdar cəmiyyəti nizamnamədə müəyyən edilməsindən asılı olaraq dövriyyədə olan səhmlər üzrə aralıq (rüblük, yarımillik) və illik dividendlər ödəyə bilər. 

Göründüyü kimi məhdud və səhmdar cəmiyyətlər tərəfindən xalis mənfəətin bölüşdürülməsi qaydası həmin cəmiyyətlərin təsisçilərinin (səhmdarlarının) ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında və nizamnamələrində müəyyən edilmiş qaydada həyata keçirilir.

Əsas:  Mülki Məcəllənin 90-1-ci 106-3-cü maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
İlham Məmmədov Vəli oğlu il***@bnffc.net ID: 6524
Bildiyiniz kimi, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 159.4. Vergi ödəyicisinin haqqı ödənilməklə və ya əvəzsiz qaydada öz işçilərinə və digər şəxslərə mal verməsi, iş görməsi və ya xidmət göstərməsi, habelə barter əməliyyatı vergi tutulan əməliyyat sayılır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 161.2-ci maddəsində isə göstərilir ki, vergi ödəyicisi vergi tutulan əməliyyatın əvəzində mal, iş və ya xidmət alırsa, yaxud almağa hüququ varsa, bu malların, işlərin və ya xidmətlərin ƏDV nəzərə alınmadan bazar dəyəri (hər hansı rüsumlar, vergilər və ya başqa yığımlar da daxil olmaqla) vergi tutulan əməliyyatın dəyərinə daxil edilir. AR VM-nin 175.1-ci maddəsinə əsasən, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. Bildirirəm ki, barter - satılan mal və ya xidmətlər müqabilində heç bir pul xərcləmədən bir malın digəri ilə əvəz edilməsidir, yəni malların işlərin və xidmətlərin mübadiləsidir. Yuxarıda göstərilənləri nəzərə alaraq Sizdən xahiş edirik ki, ƏDV-si ödəyicisi olan fiziki şəxs tərəfindən barter əməliyyatı zamanı ƏDV məbləğinin əvəzləşdirilmə əməliyyatının aparıla bilməsi barədə bizə yazılı qaydada məlumat verilməsinə köməklik göstərəsiniz.
25/05/2022 Read: 248 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 159.4-cü maddəsinə əsasən vergi ödəyicisinin haqqı ödənilməklə və ya əvəzsiz qaydada öz işçilərinə və digər şəxslərə mal verməsi, iş görməsi və ya xidmət göstərməsi, habelə barter əməliyyatı vergi tutulan əməliyyat sayılır.

Vergi Məcəlləsinin 175-ci maddəsinin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. Barter müqaviləsi əsasında əməliyyatlar aparılarkən, habelə debitor və kreditor borclarının əsas məbləği ödənilməyərək qarşılıqlı qaydada əvəzləşdirilərkən həmin əməliyyatlara görə verilmiş elektron qaimə-fakturaları üzrə ƏDV məbləğləri ƏDV-nin depozit hesabına nağdsız qaydada ödənildiyi halda həmin məbləğlər əvəzləşdirilir.

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir.

Bu səbəbdən sorğunuzda qeyd olunan halda, əməliyyatın vergitutma aspektlərinin ətraflı cavablandırılmasının təmin olunması məqsədi ilə ətraflı izahat verməklə, eyni zamanda bağlanmış müqavilələri təsdiqləyən zəruri sənədləri əlavə etməklə qeydiyyatda olduğunuz vergi orqanına və ya rəsmi qaydada Dövlət Vergi Xidmətinə müraciət etməyinizi tövsiyə edirik.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 159-cu və 175-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Talıbov İbrahim Hafis oğlu ta***@gmail.com ID: 6519
Sualım icarəyə götürülmüş anbarın vergi qeydiyyatının aparılması prosedurunu öyrənməkdir. Zəhmət olmasa, məlumat verə bilərsiniz?
24/05/2022 Read: 110 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 34.3-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, vergi ödəyicisinin filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyekti (obyekti) olduqda, vergi ödəyicisi həm özünün olduğu yer üzrə, həm də filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə vergi uçotuna alınır.

Vergi ödəyicisi tərəfindən filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyekti (obyekti) olduğu yer üzrə uçota alındıqda, “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınması haqqında ərizə” kağız formasında və ya “İnternet Vergi İdarəsi” vasitəsilə elektron qaydada doldurularaq vergi orqanına təqdim edilir. Ərizəyə təsərrüfat subyektinin bu fəaliyyətin yerinə yetiriləcəyi ünvanı təsdiq edən sənədin (mülkiyyət hüququnu təsdiq edən sənədin, icarə müqaviləsinin və ya qanunvericiliklə nəzərdə tutulmuş digər sənədin) surətləri əlavə edilir. 

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü maddələri, Vergilər nazirinin 06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”

0/5 (0 Average count)
Qiymət ver:
Bağırlı Şəhriyar Səxavət sa***@mail.ru ID: 6518
Salam, mən taksi istifadəsi üçün açdırdığım VÖEN-i işlətməmişəm. İndi fəaliyyət növünü dəyişdirmək istəyirəm. Bunun üçün nə etmək lazımdır?
23/05/2022 Read: 166 Average count: 5

Bildiririk ki, fəaliyyət növünün dəyişdirilməsi üçün yeni fəaliyyət növünü müvafiq xanada qeyd etməklə qeydiyyatda olduğunuz vergi orqanının əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə müvafiq ərizə forması ( “Fiziki şəxsin uçotu haqqında ərizə”) təqdim olunmalıdır.

Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda isə İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatı elektron qaydada yerinə yetirə bilərsiniz. Bu barədə ətraflı məlumatı səhifəmizin “Elektron Xidmətlər” bölməsindəki ““Fiziki şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi”elektron xidmətləri üzrə inzibati reqlament vasitəsilə əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 33-cü və 34-cü maddələri, Vergilər Nazirliyinin Kollegiyasının 07.10.2013-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi” elektron xidməti üzrə inzibati reqlament. 

5/5 (1 Average count)
Qiymət ver:
Hökmüdar Qələndər oğlu Məmişov ho***@mail.ru ID: 6517
Sual: “XXX” Şirkəti 2021-ci maliyyə ilinin nəticələrinə görə illik gəliri 150 000 manat olduğu üçün mikro sahibkarlıq subyekyi kimi ili başa vurmuşdur. 2022-ci ilin 5 ayında Şirkətin gəliri 190 000, 8 ayında 700 000 manat, 12 ayında isə 3 500 000 manat olmuşdur. Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş Meyarların Qeydlər bölməsinin 4-cü bəndinə əsasən müəyyənləşən sahibkarlıq subyekti il ərzində dəyişməz qaldığını nəzərə alsaq, “XXX” şirkəti 2022-ci ildə hansı sahibkarlıq subyektidir?
23/05/2022 Read: 80 Average count: 1

Bildiririk ki, sahibkarlıq subyektlərinin bölgüsü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü Meyarları” ilə tənzimlənir.

Həmin qərarın “Qeydlər” bölməsinin 2-ci hissəsinə əsasən sahibkarların mikro, kiçik, orta və ya iri sahibkar kimi müəyyənləşdirilməsi üçün “işçilərin orta siyahı sayı” və “illik gəlir” meyar göstəricilərindən daha yüksək olanı əsas götürülür.

Buna əsasən əvvəlki illərdə fəaliyyəti olan vergi ödəyicisinin mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid edilməsi onun hər bir hesabat ilinin yekunlarına görə mövcud olan göstəriciləri əsasında müəyyən edilir.

Bu zaman vergi ödəyicisinin hesabat ili üzrə göstəriciləri mikro sahibkarlıq subyektinin meyarlarına uyğun gəldiyi halda (işçilərinin orta siyahı sayı 1-10 nəfər olduğu və illik gəliri 200.000 manatdan yuxarı olmadığı halda) həmin şəxs həmin hesabat ili üçün mikro sahibkar hesab olunur və qanunvericiliklə mikro sahibkarlıq subyektləri üçün müəyyən edilmiş vergi güzəştləri həmin şəxslərə münasibətdə tətbiq edilir.

Qeyd olunanları nəzərə alaraq sorğuda göstərilən nümunə üzrə bildiririk ki, vergi ödəyicisinin 2022-ci il üzrə illik gəlirləri 200.000 manatdan yuxarı olduğundan mikro sahibkarlıq subyekti hesab olunmur və həmin vergi ödəyicisinə münasibətdə Vergi Məcəlləsində mikro sahibkarlar üçün nəzərdə tutulmuş 75 faiz mənfəət vergisindən azadolma tətbiq edilmir. Vergi ödəyicisinin 2022-ci il üzrə illik gəliri 3 milyon manatdan çox olduğu üçün (işçi sayı 250-dən çox olmadığa halda) orta sahibkarlıq subyekti hesab olunur.

Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü Meyarları”.

1/5 (1 Average count)
Qiymət ver:
Səlimova Güldərən Ağamusa il***@gmail.com ID: 6515
Salam. Mənim adıma açılan VÖEN-nin (5600657652) açıldığı dövrdən torpaq mülkiyətçisi kimi olduğu barədə arayış verməyinizi xahiş edirəm. Arayış DSMf-a təqdim etmək üçün.
23/05/2022 Read: 73 Average count: 0

Bildiririk ki, vergi ödəyicisinin vergi orqanında qeydiyyatı barədə arayışın verilməsi sərbəst formada müraciət ərizəsi əsasında (vergi ödəyicilərinə xidmət mərkəzində müraciət vərəqəsi tərtib edildikdə tələb olunmur) 5 iş günü ərzində vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanı tərəfindən təqdim edilir. 

Əsas: Dövlət Vergi Xidmətinin 11 aprel 2022-ci il tarixli 2217040100461400 saylı əmri ilə təsdiq olunmuş "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları".

0/5 (0 Average count)
Qiymət ver:
Abbaszadə Təhminə ab***@gmail.com ID: 6512
İşçinin 2-ci qrup üzrə əlillik dərəcəsi var. Yoldaşı rəhmətə gedib, onun pensiyası xanımına keçib. Və həmin xanım da iş yerində əməkhaqqına əlillik dərəcəsinə görə deyir əlavə almalıdır 20-25 %. Bu nə dərəcə doğrudur? Nə əsasında tənzimlənir, zəhmət olmasa bu haqda məlumat verərdiniz. İşçiyə 2-ci qrup əlillik dərəcəsi statusu olduğuna görə əmək haqqından əlavə 20-25 % əlavə verilməlidir?
22/05/2022 Read: 94 Average count: 0

Bildiririk ki, I və II dərəcə əlilliyi olan şəxslərin (müharibə ilə əlaqədar əlilliyi olan şəxslər istisna olmaqla), sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların, daimi qulluq tələb edən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa və ya I dərəcə əlilliyi olan şəxsə baxan və onunla birlikdə yaşayan valideynlərdən (o cümlədən övladlığa götürən şəxslərdən) birinin (özlərinin istəyi ilə), arvadın (ərin), himayəçinin və ya qəyyumun hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.

Sorğunuzda qeyd olunan digər məsələnin bilavasitə əmək qanunvericiliyinin tətbiqindən irəli gəldiyini nəzərə alaraq ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz daha məqsədəuyğundur.

Əsas: Vergi Məcəlləsinin 102.3-cü maddəsi.

0/5 (0 Average count)
Qiymət ver:
Cəlilov Ruzigar İldırım oğlu ce***@mail.ru ID: 6509
Salam. Zəhmət olmasa mənə VÖEN -imlə bağlı ətraflı məlumat verərdiniz. (VÖEN № 2700598222) Ünvanlı sosial yardım almaq üçün dəfələrlə müraciət etmişik, hər dəfə də VÖEN-lə bağlı problem yaranaraq imtina cavabı alırıq. Problemin hansı səbəbdən yarandığını bilmək istəyirəm. Əvvəllcədən Sizə təşəkkürümü bildirirəm.
21/05/2022 Read: 108 Average count: 0

Bildiririk ki, ünvanlı dövlət sosial yardımı haqda məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

Vergi öhdəlikləriniz haqda məlumatları isə vergi ödəyicilərinə xidmət mərkəzlərinə və ya Çağrı Mərkəzinə (195-1) müraciət edərək əldə edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Əlixanova Sahilə Fəxrəddin Sa***@gmail.com ID: 6505
Nömrəni almışam. Bu başqa adamın adında idi. İndi bu nömrəyə SMS gəlir vergi borcu haqda. Xahiş edirəm, o mesajı ləğv edəsiniz.
20/05/2022 Read: 107 Average count: 0

Telefon nömrəsinə mesaj səhvən gəldikdə Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Elvina Xəlilova Dursun qızı el***@gmail.com ID: 6500
Hörmətli bəy/xanım, Nəzərinizə çatdırıram ki, 17.05.2022-ci il tarixində bir neçə il əvvəl bağlanmış VÖEN (1803176012) nömrəmdə məcburi dövlət sosial sığorta haqqı üzrə 42 manat borcum olduğu haqqında SMS gəldi. 195-1 Çağrı mərkəzinə zəng edib VOEN nömrəsini yığıb yoxlayanda isə borcun 0 AZN olduğu bildirildi. Xahiş olunur, ümümi borcun nəyə borcun olub olmamağı haqqında məlumat verəsiz. Hörmətlə, Elvina Xəlilova
19/05/2022 Read: 97 Average count: 0

Bildiririk ki, vergi ödəyicisi Elvina Xəlilova Dursun qızının (VÖEN 1803176012) hazırki tarixə ödənilməmiş vergi borcu yoxdur.

Vergi ödəyicisinin məcburi dövlət sosial sığorta haqqı üzrə ödənilməli olan borcu isə əsas məbləğ 36,0 manat, faiz məbləği isə 5,77 olmaqla ümumilikdə 41 manat 77 qəpik təşkil edir.

Daha ətraflı məlumatı vergi ödəyicilərinə xidmət mərkəzlərinə və ya Çağrı Mərkəzinə (195-1) müraciət etməklə, eyni zamanda gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda onlardan istifadə etməklə İnternet Vergi İdarəsindən (“E-bəyannamə & ƏDV-DH & ŞHV” “Məlumat axtar” “Şəxsi hesab vərəqəsi”) əldə edə bilərsiniz.   

0/5 (0 Average count)
Qiymət ver:
Qurbanova Əminə Bilal qızı am***@socardalgidj.az ID: 6499
A şirkəti B şirkətinə PO-ya əsasən xidmət göstərir. PO-da ödəniş şərti 100% avans kimi qeyd olunsa, B şirkəti 100% avans ödənişini EQF tələb etmədən eləyə bilər, ya yox? Xidmət tam göstərilməmiş ödənişi 100% avans kimi köçürmək olar, ya yox? Xahiş edirəm Vergi Məcəlləsinin maddələrinə istinadən sualı cavablandırasınız. Əvvəlcədən minnətdarlığımı bildirirəm.
19/05/2022 Read: 88 Average count: 0

Bildiririk ki, göstəriləcək xidmətlərə görə avansın ödənilməsinə vergi qanunvericilikdə hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır.

Eyni zamanda bildiririk ki, Vergi Məcəlləsinin 166.6-cı maddəsinə əsasən ödəmə malların (işlərin, xidmətlərin) təqdim edilməsinədək həyata keçirildikdə, ƏDV-nin məqsədləri üçün vergi tutulan əməliyyatın vaxtı ödəmənin həyata keçirildiyi vaxt sayılır. Vergi tutulan əməliyyat üçün iki və ya daha çox ödəmə aparılırsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Alınmış avans ödəmələri üzrə elektron qaimə-faktura verilməsinə yol verilmir.

0/5 (0 Average count)
Qiymət ver:
Rəşad İslam Dadaşov re***@mail.ru ID: 6344
Müəssisə üçüncü şəxslərin vasitəsilə beynəlxalq yükdaşıma fəaliyyəti göstərir (Yəni Nəqliyyat vasitələri müəssisə balansında yoxdur). Bu halda satış tam olaraq 0%-lə həyata keçirilir yoxsa ticarə əlavəsi qaimədə 18%-lə qeyd edilməlidir.
19/05/2022 Read: 361 Average count: 5

Vergi Məcəlləsində 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş dəyişikliklərə əsasən, beynəlxalq və tranzit yük daşınması ilə bağlı ekspeditor xidmətlərinin göstərilməsi ƏDV-yə sıfır (0) dərəcə ilə cəlb olunan əməliyyatlar sırasına aid edilib. 

Buna əsasən, qeyd olunan xidmətlərin göstərilməsi ƏDV-yə sıfır (0) dərəcə ilə cəlb ediləcək. 

Əsas: Vergi Məcəlləsinin 165.1.4-cü maddəsi.

5/5 (8 Average count)
Qiymət ver:
Adil Vəliyev Vaqif ve***@gmail.com ID: 6490
Salam. Mənə tez-tez vergidən SMS gəlir ki, sizin filan qədər borcunuz var. VOEN 6800012182 olan şəxsin əlaqə nömrəsi səhv yazıldığı üçün sisteminizdə düzəliş etmənizi və mənə bildiriş gəlməməsini xahiş edirəm.
18/05/2022 Read: 107 Average count: 0

Bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir.

Telefon nömrənizə vergi orqanından mesaj səhvən gəldikdə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Юлия Алексеевна Шатрова sh***@lotus.love ID: 6489
Здравствуйте. Резидент Азербайджана получил доход от реализации доли в уставном капитале Российской компании. По какой ставке будет облагаться данный доход и какие сроки уплаты и подачи декларации?
18/05/2022 Read: 98 Average count: 0

Bildiririk ki, ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan və ya royaltidən gəliri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən rezident fiziki şəxslər ərizəni gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq vergi orqanına verməlidirlər.

Sorğunuzda qeyd olunan şəxs vergi orqanlarında uçota alınmaqla VÖEN əldə etməli və əldə edilən gəlirdən Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq 14 faiz dərəcə ilə gəlir vergisi hesablayaraq növbəti ilin mart ayının 31-dən gec olmayaraq gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim etməklə dövlət büdcəsinə ödəməlidir.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 101-ci və 149-cu maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Əliyarova Nəzakət Seyfulla na***@gmail.com ID: 6485
Salam. Mən VÖEN-imi təxminən 2016-cı ildə bağlatmışam və heç bir borcum olmayıb. Dünən mənə xəbədarlıqla 26 manat borcum olduğu göndərilib. Xahiş edirəm, bu məsələyə aydınlıq gətirəsiniz.
18/05/2022 Read: 76 Average count: 0

Bildiririk ki, Əliyarova Nəzakət Seyfulla qızı (VÖEN 2903153402) vergi ödəyicisi kimi uçotdadır və Dövlət Vergi Xidmətinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən fəaliyyəti aktivdir.

Məlumat üçün bildiririk ki, vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə, fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.

Vergi öhdəlikləri barədə daha ətraflı məlumat almaq Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16-cı və 30-cu maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Əliyev Cəlal Nürəddin oğlu gu***@gmail.com ID: 6484
Mənim adıma olan nömrəmə 98-azn (VOEN 2301942762) Məcburi dövlət sosial siğorta haqqı üzrə borcum olduğuna görə SMS gəlib. Bunun nə borc olduğunu bilmirəm.
18/05/2022 Read: 70 Average count: 5

Bildiririk ki, sorğunuzda qeyd olunan (VÖEN 2301942762) Hüseynova Elmira Xansəfər qızına aiddir. Telefon nömrənizə mesaj səhvən gəldikdə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməyiniz tövsiyə olunur.

5/5 (1 Average count)
Qiymət ver:
Elşad Bayramov İmir oğlu el***@mail.ru ID: 6480
Əgər bir müəssə lisensiyasız diş implant edirsə, buna hansı idarə baxır? Və burada cinayət işi varmı?
18/05/2022 Read: 109 Average count: 5

Bildiririk ki, xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olan şəxslərin aşkar edilməsi operativ vergi nəzarətinin əhatə sahələrinə aid edilir. 

Eyni zamanda, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan, həmçinin lisenziyalaşdırılma şərtlərinin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə həyata keçirilən sahibkarlıq fəaliyyəti ilə məşğul olma Cinayət Məcəlləsinin 192-ci maddəsinə əsasən cinayət əməli hesab olunur.

Qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Dövlət Vergi Xidmətinə müraciət” alt bölməsinə, Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 50-ci və Cinayət Məcəlləsinin 192-ci maddələri.

5/5 (1 Average count)
Qiymət ver: