Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
İsmayılov Rauf ra***@gmail.com ID: 6187
Salam. Məlumat almaq istəyirdin. F/Ş olaraq ƏDV ödəyicisi olmadan, mən xarici ölkələrinin birindədn xidmət alıram 10 % ÖMV ödəyirəm. Bu halda mən əlavə olaraq, ƏDV ödəyicisi olmayaraq, 18% ƏDV bu xidmətə görə ödəmiliyəm?
10/05/2022 Read: 257 Average count: 0

Bildiririk ki, qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə olunan gəlirlərinin ödəmə mənbəyində vergiyə cəlb olunması Vergi Məcəlləsinin 125-ci maddəsi ilə, ƏDV-yə cəlb olunması isə bu Məcəllənin 169-cu maddəsi ilə tənzimlənir.

Belə ki, Vergi Məcəlləsinin 125.1-ci maddəsinə əsasən qeyri-rezidentin, bu Məcəllənin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan bu maddə ilə müəyyənləşdirilmiş dərəcələrlə vergi tutulur.

Vergi Məcəlləsinin 169.5-ci maddəsinə əsasən vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməmişdirsə, o hesablanan vergini bu maddəyə uyğun olaraq qeyri-rezidentə ödəmə verildikdən sonra 7 gün ərzində ödəməyə və növbəti ayın 20-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada ƏDV bəyannaməsi verməyə borcludur. Bu Məcəlləyə uyğun olaraq vergi agentinin qeyri-rezidentə ödənilməli olan məbləğ ƏDV-nin hesablanması üzrə əməliyyatları vergi agentinin ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmasına görə müəyyənləşdirilən vergi tutulan əməliyyatlarına aid edilmir. Vergi agenti qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV-ni hesablayaraq büdcəyə ödədikdə, ödəniş sənədlərində vergini qeyri-rezidentdə ödədiyi məbləğdən hesabladığı barədə müvafiq qeyd aparmalıdır.

Əsas: Vergi Məcəlləsinin 125-ci, 150-ci, 168-ci və 169-cu maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Gülçin Cəlilova İlham gu***@mail.ru ID: 6410
Salam. Mən "Odlar Yurdu" Universitetinin İqtisadiyyat ve beynəlxalq münasibətlər" fakültəsinin "Beynəlxalq münasibətlər" ixtisası üzrə bitirmişəm. Vergi orqanlarında işləmək arzusundayam. İxtisasımın uyğun olub-olmadığını bilmək istəyirdim.
06/05/2022 Read: 73 Average count: 0

Bildiririk ki, dövlət vergi orqanlarındakı vəzifə funksiyalarının yerinə yetirilməsi üçün tələb olunan müvafiq ali təhsilə malik olmayan şəxslər dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün keçirilən müsabiqəyə buraxılmırlar. Dövlət vergi orqanlarında vəzifələrin tutulması üçün ixtisas tələbləri kimi bir qayda olaraq hüquqşünaslıq, iqtisadiyyat və idarəetmə istiqamətlərinə uyğun ixtisaslar üzrə ali təhsil nəzərdə tutulmuşdur.

Müvafiq müraciətinizin “Sual-cavab” bölməsi vasitəsi ilə deyil, vergi orqanlarına işə qəbulla bağlı keçirilən müsabiqənin təşkilati məsələlərinin həllini təmin edən Dövlət Vergi Xidmətinin İnsan resursları Baş idarəsi tərəfindən cavablandırıldığını nəzərə alaraq aidiyyəti üzrə rəsmi qaydada (https://www.taxes.gov.az/az/page/dovlet-vergi-xidmetine-muraciet) müraciət etməyiniz tövsiyə olunur.

Əsas: “Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərinin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları”.

0/5 (0 Average count)
Qiymət ver:
Samirə Mehrəliyeva Eldar s.***@mail.ru ID: 6407
Hüquqi şəxsin (təşkilatın) filialının (bölməsinin) vergi uçotuna alınması üçün təqdim olunacaq sənədlərin tam siyahısının və təqdimat formasının təqdim olunmasını xahiş edirəm.
06/05/2022 Read: 62 Average count: 0

Hüquqi şəxslərin (təşkilatın) filialının (bölməsinin) vergi uçotuna alınması üçün təqdim olunacaq sənəd nümunələrini Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsinin “Bir pəncərə” bölməsinin “Lazımi sənədlər” altbölməsindən, hüquqi şəxsin (təşkilatın) filialının (bölməsinin) vergi uçotuna alınması üçün təqdim olunacaq lazımi sənədlərin siyahısını isə saytımızın “Xidmətlər” bölməsinin "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları" altbölməsindən əldə edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Rüstəmli Aytac Müşfiq a.***@gmail.com ID: 6041
Təsisçisi xarici şirkət olan sadələşmiş vergi ödəyicisi Azərbaycan mənbəyindən gəliri yoxdur, şirkətin xərcləri var(maaş və vergilər).Təsisçi şirkət aylıq xərclərimizi ödəmək üçün hər ay müəyyən məbləğdə bizə ödənişlər edir. Azərbaycandakı şirkətin göstərdiyi xidmətlərin dəyəri xaricdə yerləşən təsisçi şirkətə ödənilir və xidmətlə bağlı müqavilələr həmin xarici şirkətlədir. Xarici təsisçi +2.5% transfer qiymət qoymaqla işləyir. Yuxarıdakıları nəzərə alaraq sadələşdirilmiş vergi ödəyicisi üçün transfer qiymətin tətbiqi uyğundurmu?
06/05/2022 Read: 277 Average count: 5

Bildiririk ki, qeyd etdiyiniz kimi, Azərbaycan mənbəyindən gəlir olmadığı halda Vergi Məcəlləsinin 218.5.10-cu maddəsində yalnız vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) xidmət göstərən şəxslər istisna edildiyindən, qeyri-rezident şəxslərə (xarici şirkətlərə) xidmətlərin göstərilməsini həyata keçirən şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur. Buna əsasən xarici şirkətlərə xidmətləri göstərən rezident müəssisə öz vergi öhdəliklərini yerinə yetirmək məqsədilə vergitutma metodu olaraq mənfəət vergisini seçməlidir.

Vergi Məcəlləsinin 14-1.2.2-ci maddəsinə əsasən qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi ilə həmin qeyri-rezidentin özü və ya onun başqa dövlətlərdə yerləşən hər hansı nümayəndəliyi, filialı və digər bölməsi, həmin qeyri-rezidentlə qarşılıqlı asılı olan və başqa dövlətdə yerləşən hər hansı digər şəxs arasında həyata keçirilən əməliyyatlardan transfer qiyməti əsas götürülməklə vergilər hesablana bilər, yəni, tərəflərin götürdüyü risklər, öhdəliklər, funksional təhlil, risklərin və aktivlərin xüsusiyyətləri nəzərə alınmaqla gəlirlərin Azərbaycan Respublikasında cəlb edilməsi reallaşdırıla bilər.

Əlavə olaraq, bildiririk ki, vergi ödəyicisi qabaqcadan tətbiq ediləcək transfer qiymətinin metodunun müəyyənləşdirilməsi üçün müraciət edə bilər. Belə ki,  Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 27 yanvar tarixli 1717050000006200 nömrəli Qərarı ilə təsdiq edilmiş “Transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi Qaydaları”nın 9.4-cu bəndinə əsasən vergi orqanı ilə rəsmi yazışma nəticəsində tövsiyə edilmiş üsulla vergi ödəyicisi tərəfindən müəyyənləşdirilmiş transfer qiyməti yalnız vergitutma məqsədləri üçün gəlirin və xərclərin müəyyənləşdirilməsində istifadə edilir və müvafiq bəyannamə (mənfəət, gəlir və ya sadələşdirilmiş) təqdim edilərkən nəzarət olunan əməliyyatdan vergi həmin qiymətlə hesablanır.

Göstərilənləri nəzərə alaraq, transfer qiymətin tətbiqi ilə bağlı, müraciətdə göstərilən iş üzrə əhəmiyyət kəsb edən hallar barədə ətraflı məlumat, tərəflər arasında bağlanılmış müqavilə və digər təsdiqedici sənədlərlə birlikdə müraciət edildiyi halda müvafiq qaydalar çərçivəsində məsələyə münasibət bildirilə bilər.

Əsas: Vergi Məcəlləsinin 14-1-ci və 218-ci maddələri, Transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi Qaydaları.

5/5 (5 Average count)
Qiymət ver:
Kərimov Samir İsabəy sa***@hotmail.com ID: 5961
A şirkəti Azerbaycan Respublikasında xarici şirkətinin Nümayəndəliyidir və nümayəndəlik fəaliyyəti onun əsas faəliyətidir. Nümayəndəliyinin maliyyələşdirməsi baş ofisdən tərəfdən keçirilir və ancaq təsərufat xərclərə aiddir (işçilərin maaşları, ofis icarəsi, ofis xərcləri). Mənə məlumat verə bilərsiniz ki, belə bir nümayəndəliyin Vergi Məcəlləsinin 16.1.4-cü maddəsinə uyğun olaraq əməliyyatlar haqqında arayış təqdim etməsinə ehtiyac varmı?
06/05/2022 Read: 244 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 14-1.2.2-ci maddəsinə əsasən qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi ilə həmin qeyri-rezidentin özü və ya onun başqa dövlətlərdə yerləşən hər hansı nümayəndəliyi, filialı və digər bölməsi, həmin qeyri-rezidentlə qarşılıqlı asılı olan və başqa dövlətdə yerləşən hər hansı digər şəxs arasında həyata keçirilən əməliyyatlardan transfer qiyməti əsas götürülməklə vergilər hesablana bilər. Eyni zamanda Vergi Məcəlləsinin 16.1.4-cü maddəsinə əsasən yuxarıda göstərilən şəxslər üzrə transfer qiymətləri əsas götürülməklə apardığı əməliyyatların ümumi dəyəri 500.000 manatdan artıq olduqda mənfəət vergisi bəyannaməsi üçün nəzərdə tutulan müddətlərdə “Nəzarət olunan əməliyyatlar barədə Arayış”ı təqdim etmək vergi ödəyicisinin vəzifəsidir.

Qeyd olunanlara əsasən qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi ilə həmin qeyri-rezidentin özü arasında aparılan əməliyyatların dəyəri 500.000 manatdan artıq olduqda sözügedən arayış vergi orqanına təqdim edilməlidir.

Əlavə olaraq bildiririk ki, Vergi Məcəlləsinin 57.4-cü maddəsinə əsasən bu Məcəllənin 16.1.4-cü maddəsində göstərilən arayışı müəyyən edilən müddətlərdə təqdim etməyən və ya arayışlarda düzgün olmayan məlumatlar göstərən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 14-1-ci, 16.1.4-cü və 57.4-cü maddələri.

5/5 (4 Average count)
Qiymət ver:
Sənan Xəlilov Elsevər sa***@gmail.com ID: 6404
Fiziki şəxs vergi borcunu necə öyrənə bilər?
05/05/2022 Read: 131 Average count: 0

Bildiririk ki, Vergi borcunuz barədə məlumatı 195-1 Çağrı Mərkəzinə zəng edərək VÖEN-nizi daxil edib “#” düyməsini sıxmaqla və ya saytımızın "Xidmətlər" bölməsinin "Elektron xidmətlər" alt bölməsindəki "Vergi borcu barədə məlumatın verilməsi" elektron xidmətinə aid pəncərəyə VÖEN-nizi daxil etməklə əldə edə bilərsiniz.

Bununla yanaşı, vergi borcu ilə bağlı məlumat vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edilməklə, gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda onlardan istifadə edilməklə İnternet Vergi İdarəsindən (“E-bəyannamə & ƏDV-DH & ŞHV” “Məlumat axtar” “Şəxsi hesab vərəqəsi”) və ya “İkitərəfli SMS xidməti”nə qoşulmaqla əldə edilə bilər. 

0/5 (0 Average count)
Qiymət ver:
Toğrul, Qənbərli, Tofiq to***@gmail.com ID: 6403
Salam. İşəgötürən öz işçisinə 1000 manat məbləği 0 faiz ilə borc vermişdir. Bu zaman Vergi məcəlləsinin 98.2.1 bəndinə əsasən işçinin gəliri hesab olunmalıdırmı və əgər olunmalıdırsa bu zaman ondan sosial sigorta haqqları tutulmalıdırmı? Tutulmalıdırsa, bu zaman tutulmanı kim həyata keçirməlidir və bəyannamədə necə əks olunmalıdır? Öncədən təşəkkürlər!
05/05/2022 Read: 183 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 98.2.1-ci maddəsinə əsasənfiziki şəxsə banklararası kredit hərracında olan faiz dərəcəsindən aşağı faiz dərəcəsi ilə ssuda verildiyi halda - bu tipli ssudalar üzrə banklararası kredit hərracında olan faiz dərəcəsinə uyğun faizlə ödənməli olan məbləğlə aşağı faiz dərəcəsinə uyğun ödənməli olan məbləğ arasındakı fərq onun muzdlu işlə əlaqədar alınan gəlirinə aid edilməklə Vergi Məcəlləsinin 101-ci maddəsinə uyğun olaraq gəlir vergisinə və “Sosial sığorta haqqında” Qanunun 14-cü maddəsinə əsasən isə məcburi dövlət sosial sığorta haqlarına cəlb olunur. 

Belə ki, Vergi Məcəlləsinin 98.1-ci maddəsinə əsasən fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir. 

Eyni zamanda “Sosial sığorta haqqında” Qanunun 14-cü maddəsində nəzərdə tutulan muzdlu işdən aylıq gəlirlərə Vergi Məcəlləsinin 98.2-ci maddəsində göstərilən gəlirlər aid edilir.

Əsas: Vergi Məcəlləsinin 98-ci maddəsi və “Sosial sığorta haqqında” Qanunun 14-cü maddəsi.

5/5 (4 Average count)
Qiymət ver:
Elmir Qənbərov Mirzə el***@mail.ru ID: 6401
Səyyar ticarət zamanı müştəriyə çek təqdim edilməlidirmi? Əgər təqdim edilmirsə müştəri hara müraciət etməlidir?
05/05/2022 Read: 210 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 16.1.8.3-cü maddəsinin müddəalarına əsasən səyyar, bazarlarda və digər kütləvi ticarət yerlərində piştaxtadan, avtomobildən və qoşqu vasitələrindən pərakəndə satış fəaliyyəti üzrə nəzarət-kassa aparatının quraşdırılması istisna edilmişdir. 

Eyni zamanda, lotereya biletlərinin, idman mərc oyunu biletlərinin və elektron idman mərc oyunu biletlərinin alışı istisna olmaqla nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir.

Sorğunuzda qeyd olunan fəaliyyəti həyata keçirən şəxslər tərəfindən əhali ilə pul hesablaşmaları aparılan zaman müştəridən qəbul edilən pul vəsaitinin müqabilində onlara ciddi hesabat blankı olan qəbz təqdim edilir.

Qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Dövlət Vergi Xidmətinə müraciət” alt bölməsinə, Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16.1.9-cu, 50-ci və 58-ci maddələri.

5/5 (2 Average count)
Qiymət ver:
Akif Şirinov Vəzir oğlu ak***@mail.ru ID: 6399
ƏDV ödəyicisi olan müəssisə, ƏDV ödəyicisi olmayan fiziki və ya hüquqi şəxsdən 10000 manatlıq əsas vəsait aldıqda ƏDV ödəməmişdir. Həmin müəssisə əsas vəsaiti (10000 manatlıq əsas vəsaiti) başqa müəssisəyə 11000 manata satdıqda əlavə dəyər vergisi yaranırmı? Yaranırsa, ƏDV 10000 manatdan ya ƏDV əvəzləşdirilmədiyi üçün (11000-10000) 1000 manatdan yaranır? Bu haqda ətraflı izah etməyinizi xahiş edirəm. Əvvəlcədən təşəkkür edirəm.
04/05/2022 Read: 179 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 159.7-ci maddəsinə əsasən bu maddənin digər müddəalarından asılı olmayaraq, malları ƏDV-nə cəlb edilən əməliyyatlar nəticəsində əldə edən, lakin bu malları əldə edərkən, bu Məcəllənin 175-ci maddəsinə əsasən ƏDV-ni əvəzləşdirməyə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxılmır. Əgər mallar əldə edilərkən əvəzləşdirilməsinə qismən yol verilməmişdirsə, vergi tutulan əməliyyatın məbləği əvəzləşdirmənin qismən yol verilməmiş payına mütənasib olaraq azaldılır.

Göründüyü kimi, Vergi Məcəlləsinin 159.7-ci maddəsinin müddəaları ƏDV məqsədləri üçün qeydiyyatda olan vergi ödəyicilərinin ƏDV ödənilməklə apardığı əməliyyatlara tətbiq edilir. Sorğunuzda qeyd olunan halda, vergi ödəyicisi əsas vəsaiti ƏDV ödəmədən əldə etdiyi üçün yuxarıda qeyd olunan maddə tətbiq olunmur və əsas vəsaitin təqdim olunması ümumi qaydada 18 faiz dərəcə ilə ƏDV-yə cəlb olunur.

Əsas: ergi Məcəlləsinin 159-cu maddəsi.

0/5 (0 Average count)
Qiymət ver:
Əli Nadirli Zabil na***@gmail.com ID: 6396
Salam. 102.2.5 maddəsində vəfat etmiş döyüşçülərin övladlarına gəlir vergisindən 400 azn güzəşt oluna biləcəyi qeyd edilib. Döyüşçü dedikdə, yalnız 41-45 müharibə iştirakçıları nəzərdə tutulur? Mənim atam 1-ci Qarabağ veteranı olub, dünyasını dəyişib. Bu güzəşt mənə aid edilə bilərmi?
02/05/2022 Read: 130 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəlirləri 400 manat məbləğində azaldılır.

Qeyd olunan güzəştlərdən faydalanmaq üçün tələb olunan sənədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”na əsasən müəyyən edilmişdir.

Belə ki, Siyahının 1.7-ci bəndinə əsasən müharibə veteranı vəsiqəsi, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin arayışı və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları Vergi Məcəlləsinin 102.2.7-ci maddəsində nəzərdə tutulmuş güzəşt hüququnu təsdiq edən sənədlərdəndir.

Qeyd olunanlara əsasən, yuxarıda sadalanan təsdiq edici sənədlərdən birini iş yerinizə təqdim etməklə qeyd olunan vergi güzəştindən yararlana bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

0/5 (0 Average count)
Qiymət ver:
Yusifova Cəmilə Mehman ja***@inbox.ru ID: 6383
Salam, mənim sualım ƏDV ilə bağlıdır. Hibrid avtomobillərdən başqa hər hansı bir yeni avtomobil rəsmi salondan alınanda ƏDV çeki verilir ya yox?
30/04/2022 Read: 222 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, həmin tarixdən etibarən avtomobillər, alkoqollu içkilər və tütün məmulatlarının satışı zamanı ödənilən ƏDV-nin geri qaytarılması istisna edilmişdir. 

Eyni zamanda, Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı 2022-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azaddır.

Əsas: Vergi Məcəlləsinin 164.1.41-1-ci və 165.5-ci maddələri.

5/5 (4 Average count)
Qiymət ver:
Səbinə Osmanova sq***@mail.ru ID: 6382
Əsas vəsaitlərin qeydə və uçota alınması haqqında informasiyanı necə ala bilərəm?
29/04/2022 Read: 104 Average count: 5

Bildiririk ki, əsas vəsaitlərin uçota alınması ilə bağlı yaranan məsələlər üzrə ətraflı məlumat almaq üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

5/5 (2 Average count)
Qiymət ver:
Mustafayev İlham Ələkbər oğlu im***@gmail.com ID: 5995
Sizə müraciətimin əsas səbəbi 21 ildir ki, Vergi Məcəlləsinin 143-cü maddəsini bütün aktivlərə aid olduğunu fikirləşirdim. Lakin, yaxın günlərdə Vergi Xidmətindən rəsmi aldığım bu "Əlavə olaraq bildiririk ki, idxal olunan mallar əsas vəsait kateqoriyasına və ya satış üçün nəzərdə tutulan mallar olmasından asılı olmayaraq aktiv hesab edilir. Vergi Məcəlləsinin 143-cü maddəsi isə əsas vəsait kateqoriyasına aid olan aktivlərin dəyərini formalaşdıran xərc elementlərini tənzimləyir." cavabdan sonra isə bu maddə yalnız əsas vəsaitlərə aid olduğunu bildim. Xahiş edirəm bunun nə dərəcədə düzgün olmasına Sizdə aydınlıq gətirəsiniz.
28/04/2022 Read: 272 Average count: 4

Bildiririk ki, Vergi Məcəlləsinin 143-cü maddəsi kapital xarakterli xərclər hesabına formalaşan aktivlərin dəyərini müəyyən edir. Belə ki, həmin maddəyə əsasən aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir.

Vergi ödəyicisi tərəfindən satmaq, yaxud istehsalda, işlərin görülməsi və ya xidmətlərin göstərilməsində istifadə etmək məqsədilə alınan (idxal edilən) mallarının uçotunun aparılması qaydası isə Vergi Məcəlləsinin 139-cu maddəsi ilə tənzimlənir. Həmin maddənin müddəalarına əsasən vergi ödəyicisi özünün mülkiyyətində olan və sonradan satılmaq, yaxud məhsul istehsalı, işlər görülməsi və ya xidmətlər göstərilməsində istifadə olunmaq üçün nəzərdə tutulan hər hansı malı əmtəə-material ehtiyatlarına aid etməyə borcludur.

Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir.

Əsas: Vergi Məcəlləsinin 139-cu və 143-cü maddələri.

4/5 (6 Average count)
Qiymət ver:
Elnur Atakişiyev At***@gmail.com ID: 5955
Salam. A MMC 157.3.3 maddəsi ilə keçmiş tarixə ƏDV qeydiyyatı üçün ərizə verir və təsdiq aldıqdan sonra 177.5 maddəsi ilə keçmiş tarix qaimələrə dəqiqləşmə vermek huququndan istifadə edir. Qarşı tərəf isə həmin qaimələri təsdiqləməkdən imtina edir. Əgər bu qaimələrə dəqiqləşmə vermək A MMC-nin hüququdursa, qaimələri təsdiqləmək qarşı tərəfin vəzifəsidirmi? Ümumiyyətlə, qarşı tərəf qaimələri təsdiqləmirsə hansı addımlar atılmalıdır?
28/04/2022 Read: 309 Average count: 5

Bildiririk ki, keçmiş tarixlə könüllü ƏDV qeydiyyatına alınmış vergi ödəyicisinin ƏDV qeydiyyatının qüvvəyə mindiyi tarixdən aparılan əməliyyatları ƏDV daxil olmaqla aparılan əməliyyat hesab edilir və ƏDV tutulan əməliyyatın dəyəri malın satış qiymətindən ƏDV çıxılmaqla müəyyən edilir.

Bu zaman Vergi Məcəlləsinin 71-1.5.9-cu maddəsinə əsasən “bu Məcəllənin 177.5-ci maddəsinə əsasən verilən” növdə elektron qaimə-faktura təqdim edilir.

Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 2.17-ci bəndinə əsasən Vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 177.5-ci maddəsində nəzərdə tutulan hallarda təqdim edilmiş mallar (işlər və xidmətlər) üçün “Vergi Məcəlləsinin 177.5-ci maddəsinə əsasən verilən” elektron qaimə-faktura tərtib edilir. Bu zaman verilən elektron qaimə-fakturada vergi ödəyicisinin ƏDV qeydiyyatı qüvvəyə mindiyi tarixdən etibarən təqdim edilən elektron qaimə-fakturalar, habelə əməliyyatın aparılmasına əsas verən digər sənədlər elektron qaimə-fakturanın əlavə qeydlər sətrində qeyd edilməlidir.

Əlavə olaraq bildiririk ki, adıçəkilən Qaydaların 2.11-ci bəndinə əsasən malların (işlərin, xidmətlərin) qiymətlərində dəyişikliklər olduqda, əməliyyatın xarakteri dəyişdikdə (vergiyə cəlb edilən əməliyyatın sonradan vergidən azad olunan əməliyyata dəyişdirilməsi və yaxud əksinə vergidən azad olunan əməliyyatın vergiyə cəlb olunan əməliyyata dəyişdirilməsi), habelə sonradan vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar (malların tam və ya qismən qaytarılması halları istisna olmaqla) üzə çıxdıqda vergi ödəyicisi tərəfindən “malların qaytarılması istisna olmaqla, Vergi Məcəlləsinin 163-cü maddəsinə əsasən verilən” elektron qaimə-faktura tərtib edilir.

Həmçinin, Qaydaların 3.5-ci bəndinin müddəalarına əsasən yuxarıda qeyd olunan elektron qaimə-faktura növləri göndərildiyi ayın sonuncu gününədək qəbul edən tərəfindən təsdiq edilmədikdə, həmin elektron qaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir.

Qeyd olunanlara əsasən alıcı tərəfindən elektron qaimə-fakturaların təsdiq edilməsi ilə bağlı vergi qanunvericiliyində məcburi tələb müəyyən edilməmişdir.

Əsas: Vergi Məcəlləsinin 71-1-ci, 163-cü və 177-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”.

5/5 (3 Average count)
Qiymət ver:
Vəliyeva Sevda Fəti qızı se***@mail.ru ID: 5921
Salam. Mən bilmək istərdim ki, hər ikisi hüquqi şəxs olan müəssisə aralarında investisiya qoyuluşu ilə əlaqədar (müştərək) müqavilə bağlasa və 18 % ƏDV ödəyicisi şirkət kənd təsərrüfat sahəsində buğda istehsalı ilə məşğul olan digər şirkətə investisiya yatırsa, bu zaman ödənilən vəsait vergiyə cəlb olunmalıdırmı və hansı vergiyə cəlb olunmalıdır? Öncədən təşəkkürlər.
28/04/2022 Read: 175 Average count: 5

Bildiririk ki, sorğuda qeyd olunan halda müştərək fəaliyyət olduğu üçün investisiya yatırımı hüquqi şəxsdə iştirak payının alınması və ya hüquqi şəxsə vəsaitlərin borc şəklində verilməsi formasında həyata keçirildiyi halda həyata keçirilən bu əməliyyatlar mənfəət vergisi və ƏDV-nin məqsədləri üçün vergi tutulan əməliyyat sayılmır.

Bununla yanaşı, Vergi Məcəlləsinin 164.1.27-ci maddəsinə əsasən buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2017-ci il yanvarın 1-dən 7 il müddətinə ƏDV-dən azaddır.

Əsas: Vergi Məcəlləsinin 146-cı və 164-cü maddələri.

5/5 (1 Average count)
Qiymət ver:
Asif Nəbiyev Həsən as***@gmail.com ID: 6375
Salam. Mən bilmək istəyirəm mənim adıma VÖEN var yoxsa yoxdur?
28/04/2022 Read: 95 Average count: 0

Bildiririk ki, saytımızın “Xidmətlər” bölməsinin “Elektron xidmətlər” alt bölməsindəki “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi” elektron xidmətindən istifadə edərək “VÖEN-ə görə” və “Ada görə” axtarış etməklə Sizi maraqlandıran vergi ödəyicisinin VÖEN-ini əldə edə bilərsiniz.

İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edərək vergi ödəyicisi kimi uçotda olub-olmadığınız haqda məlumatı əldə edə bilərsiniz.

Əlavə olaraq bildiririk ki, "vergi ödəyicisi kimi vergi orqanında qeydiyyatda olub-olmaması barədə arayışı" vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edərək əldə edə bilərsiniz. Arayış 5 iş günü ərzində müraciət edən şəxsə təqdim olunur.

Əsas: Dövlət Vergi Xidmətinin 11 aprel 2022-ci il tarixli 2217040100461400 saylı əmri ilə təsdiq olunmuş "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları".

0/5 (0 Average count)
Qiymət ver:
Vüsalə Hümbətzadə Rizvan hu***@gmail.com ID: 6374
Hüquqi şəxs maliyyə lizinqi müqaviləsi ilə müəssisənin istifadəsi üçün nəqliyyat vasitəsi alarsa, hesablanmış amortizasiya məbləği lizinq verən yoxsa lizinq alan tərəfindən xərcə silinməlidir? Bu məsələ lizinq müqaviləsinin şərtləri ilə tənzimlənə bilər yoxsa mülki, Vergi Məcəlləsinə istinad edilməlidir? Xahiş edirəm ətraflı cavab yazardınız.
28/04/2022 Read: 192 Average count: 0

Bildiririk ki, Mülki Məcəllənin 748-3-cü maddəsinə əsasən maliyyə lizinqi əsasında lizinq alana verilmiş lizinq obyekti tərəflərin qarşılıqlı razılığı əsasında lizinq verənin və ya lizinq alanın balansında uçota alınmalıdır. Vergi ödəyicisinin balansında olan əsas vəsaitlərə amortizasiya ayırmalarının hesablanması Vergi Məcəlləsinin 114-cü maddəsinə uyğun olaraq həyata keçirilir. 

0/5 (0 Average count)
Qiymət ver:
Cavid Seyidzadə Həsən se***@gmail.com ID: 6373
Salam aleykum. Bir sualım olacaq. Xahiş edirəm cavablandırasınız. Hər hansı bir əşyanın və ya məhsulun onlayn satışı üçün VÖEN əldə etmək olurmu və bunun şərtləri nədir? Zəhmət olmasa, cavablandırasınız!
27/04/2022 Read: 102 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma ilə bağlı ərizəni vergi orqanına təqdim etməklə vergi uçotuna alınmalı (VÖEN əldə etməli) və əldə etdiyi gəlirdən vergini dövlət büdcəsinə ödəməlidir.

"Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir. 

Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi ) ibarət olacaqdır.

Həmçinin bildiririk ki, qiymətli daşlardan və metallardan, qiymətli daşlar və metalların məmulatlarından, incəsənət əsərlərindən, əntiq əşyalardan və vergi ödəyicisinin sahibkarlıq fəaliyyətində istifadə edilən və ya istifadə edilmiş əmlakdan başqa, daşınan maddi əmlakın təqdim edilməsindən gəlir vergidən azaddır. 

Əsas: Vergi Məcəlləsinin 16-cı, 33-cü, 101-ci, 102-ci və 220-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Axundlu İlahə Ağasadıq qızı lo***@we-forward.com ID: 6371
Salam. Hər hansı bir şirkətin ləğv edilməsi üçün ərizə formasını necə əldə edə bilərəm? Və başqa hansı sənədlər lazımdır bu prosses üçün?
27/04/2022 Read: 88 Average count: 0

Bildiririk ki, hüquqi şəxsin ləğv edilməsi proseduru haqqında ətraflı məlumatla, o cümlədən  təqdim olunan sənədlərin siyahısı ilə buradan tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Səfərov Ramin Xanhüseyn oğlu ra***@gmail.com ID: 6370
Azərbaycanda Qeyri rezident olan şəxs MMC-də təsisçi olmaq üçün hansı sənədlər tələb olunur?
27/04/2022 Read: 84 Average count: 0

Bildiririk ki, hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmş faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalı, həmin dəyişikliyin qeydiyyata alınması üçün bu dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq qeydiyyat orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir.

Təsisçi dəyişikliyinin dövlət qeydiyyatına alınması üçün yeni təsisçinin (təsisçilərin) qərarı, yeni təsisçinin şəxsiyyətini təsdiq edən sənədin surəti, dəyişikliyi təsdiq edən sənəd (alğı-satqı, bağışlama, dəyişmə müqavilələri) müvafiq ərizə forması ilə birlikdə hüquqi şəxsin qeydiyyatda olduğu vergi orqanına təqdim olunmalıdır. 

Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi və Azərbaycan Respublikasının 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli “Hüquqi şəxsin dövlət qeydiyyatına alınması və dövlət reyestri haqqında” Qanunu.

0/5 (0 Average count)
Qiymət ver: