Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Qasımov Mikayıl Əliş oğlu mi***@mail.ru ID: 5663
Məlumat üçün bildirirəm ki, təsisçisi Dövlət müəssisəsi olan kommersiya xarakterli müəssisə mülkiyyətində olan istismar müddətini tam başa vurmuş, tam aşınmış nəqliyyat vasitələrini yenidən qiymətləndirərək satır. Bu əməliyyatın həyata keçirilməsi zamanı suallar yaranır. Həmin suallara aydınlıq gətirməyiniz Sizdən xahiş olunur. Sual 1. Təsisçisi Dövlət müəssisəsi olan kommersiya xarakterli müəssisə normativ-istismar müddəti bitmiş, tam aşınmış, silinməli olan nəqliyyat vasitələrinin bazar qiymətinə uyğun satışını həyata keçirir.Satış zamanı daxil olan vəsait tam həcmdə müəssisənin sərəncamında qala bilərmi? Sual 2. Təsisçisi Dövlət müəssisəsi olan kommersiya xarakterli müəssisə daxil olmuş vəsaitdən aidiyyatı üzrə (ƏDV, Mənfəət) yaranmış vergi öhdəlikləri yerinə yetirildikdən sonra qalan vəsait müəssisənin vəsaiti hesab olunurmı? Sual 3. Təsisçisi Dövlət müəssisəsi olan kommersiya xarakterli müəssisənin istismar müddətini tam başa vurmuş nəqliyyat vəsitələrinin satışdan daxil olan vəsait “Dövlət əmlakının satışından daxilolmalar” təsnifatı üzrə büdcəyə bütövlükdə daxil edilməlidirmi? Xahiş edirəm, bu suallara açıqlama verəsiniz. Əvvəlcədən minnətdarlığımı bildirirəm.
25/02/2022 Read: 228 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 114.7-ci maddəsinə əsasən əsas vəsaitlərin (vəsaitin) təqdim edilməsindən əldə olunan məbləğ həmin əsas vəsaitlərin (vəsaitin) qalıq dəyərindən artıqdırsa, yaranmış fərq gəlirə daxil edilir.

Buna əsasən müəssisə tərəfindən istismar müddəti başa çatmış və tam amortizasiya olunmuş nəqliyyat vasitələrinin satışından əldə olunan gəlir ümumi qaydada mənfəət vergisinə cəlb edilir.

Eyni zamanda ƏDV ödəyicisi olan müəssisə tərəfindən nəqliyyat vasitələrinin təqdim edilməsi ƏDV məqsədləri üçün vergiyə cəlb olunan əməliyyatdır və 18 faiz dərəcəsi ilə ƏDV-yə cəlb edilir.

Belə ki, Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir.

Əlavə olaraq bildiririk ki, təsisçisi dövlət müəssisəsi olan müəssisə tərəfindən nəqliyyat vəsitələrinin satışdan daxil olan vəsaitin müvafiq vergi öhdəlikləri yerinə yetirildikdən sonra təyinatı barədə aidiyyəti üzrə müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 114-cü və 159-cu maddələri.

5/5 (4 Average count)
Qiymət ver:
İsmailov Samir sa***@esbaku.com ID: 5693
Salam. Aşağıda qeyd olunan sualı cavablandırmağınızı Sizdən xahiş edirik. Azərbaycanda olan “A” şirkəti Xəzər Dənizinin Azərbaycan Sektorunda Abşeron dəniz yatağı blokunun Kəşfiyyatı, İşlənilməsi və Hasilatın Pay Bölgüsü Haqqında saziş çərçivəsində “TOTAL”-ın Filialına işçi qüvvəsinin təqdim edilməsi üzrə xidmətlər göstərir və “TOTAL” öz növbəsində saziş üzrə əməliyyat şirkəti olan “JOCAB” şirkətinə xidmətləri təqdim edir. Yəni, “TOTAL” “A” şirkəti vasitəsi ilə “JOCAB” şirkətinə xidmətlər göstərir. Bu halda, müvafiq sazişə uyğun olaraq “TOTAL”-ın filialının statusu podratçı ya subpodratçı tərəf olur?
25/02/2022 Read: 241 Average count: 5

Bildiririk ki, Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron dəniz yatağı blokunun kəşfiyyatı, işlənilməsi və hasilatın pay bölgüsü haqqında Saziş üzrə Əlavə dəyər vergisi haqqında Protokolun müddəalarına əsasən "Podratçı tərəf" dedikdə Azərbaycan Respublikasmın Dövlət Neft Şirkəti ilə Sazişi imzalamış tərəflərin hər hansı biri və onların hüquq varisləri və müvəkkillərinin hər hansı biri nəzərdə tutulur. "Subpodratçı" dedikdə Podratçı tərəf və ya Əməliyyat şirkəti ilə, yaxud Podratçı tərəf və ya Əməliyyat şirkətinin adından birbaşa və ya dolayısı ilə, Sazişlə bağlı mallar təqdim edən, işlər görən, yaxud xidmətlər göstərən hər hansı fiziki və ya hüquqi şəxs deməkdir. “Dolayısı ilə” ifadəsi həmçinin (Podratçı və ya Əməliyyat şirkəti olmayan tərəflə) Sazişlə bağlı malları tədarük edən, işlər görən, yaxud xidmətlər göstərən hər hansı fiziki və ya hüquqi şəxs deməkdir.

Qeyd olunanlara əsasən sorğuda göstərilən halda filial Saziş üzrə subpodratçı tərəf hesab olunur.

Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 18 fevral tarixli 56 nömrəli Qərarı ilə təsdiq edilmiş “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın 2.1-ci bəndinin müddəalarına əsasən Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və onun strukturuna daxil olan müəssisələr, habelə hasilatın pay bölgüsü haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlər üzrə podratçılar və əməliyyat şirkətləri fəaliyyət növündən asılı olmayaraq tam tərkibdə və həmin şəxslərə xidmət göstərən xarici və yerli subpodratçılar neft-qaz sahəsində fəaliyyət göstərən şəxslərə aid edilir.

Əsas: Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron dəniz yatağı blokunun kəşfiyyatı, işlənilməsi və hasilatın pay bölgüsü haqqında Saziş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 18 fevral tarixli 56 nömrəli Qərarı ilə təsdiq edilmiş “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”.

5/5 (1 Average count)
Qiymət ver:
Fuad İbrahimov İbrahim oğlu fu***@gmail.com ID: 5715
Salam. Zəhmət olmasa bu sualı cavablandırmaqda köməklik göstərəsiniz. Fiziki şəxs MTK -da payçı qismində çıxış edir. MTK və fiziki şəxs arasında fiziki şəxsin MTK-da payçı olmasını təsdiq edən Yaddaş vərəqi də mövcuddur. Həmin sonuncu sənədə əsasən Payçı oz payını pul şəklində, həmçinin tikinti işləri üçün material şəklində də qoya bilər. Sualım ondan ibarətdir ki, bu zaman Payçının hansı vergi öhdəliyi yaranır? Zəhmət olmasa, sualın cavabını qeyd etdiyim e-mail ünvanına göndərəsiniz. Öncədən təşəkkür edirəm.
25/02/2022 Read: 101 Average count: 4

Bildiririk ki, müraciətdə qeyd olunan əməliyyatların xarakteri barədə məlumatlar qeyd edilməklə müvafiq təsdiqedici sənədlərlə birlikdə qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

4/5 (3 Average count)
Qiymət ver:
Kamran Şıxlı Xəlil oğlu mo***@gmail.com ID: 6018
Salam. 2021-ci il ərzində meyvə idxalı necə vergiyə cəlb olunur? Əgər gömrükdə ƏDV-yə cəlb edilmirsə, deməli malın dəyərini artırır. Birinci sual: idxalçı şəxs malı digər şəxsə satdıqda malı alan şəxs dəyərin hansı hissəsini əvəzləşdirir? İkinci sual: böyük həcmdə idxal edilmiş mal bazarlarda satıcılara təqdim edildikdə hansı sənəd tərtib edilir? Ümumiyyətlə kassa ilə satışı qadağan deyil ki?
24/02/2022 Read: 219 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 01.01.2022-ci il tarixdən qüvvəyə minən müddəalarına əsasən  2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanan verginin məbləği hesab edilir.

ƏDV-nin bu qaydada hesablanması 2022-ci ilin yanvarın 1-dən əldə edilmiş kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) alışı elektron qaimə-faktura, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), habelə elektron alış aktı ilə, topdan və pərakəndə satışı müvafiq olaraq elektron qaimə-faktura və nəzarət kassa-aparatının çeki ilə rəsmiləşdirildiyi halda bu maddədə göstərilən tarixdən 3 il müddətində həyata keçiriləcəkdir. Kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı müvafiq qaydada rəsmiləşdirilmədiyi halda ƏDV ümumi dövriyyədən hesablanır.

Vergi Məcəlləsinin 175.12-ci maddəsinə əsasən kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan vergi ödəyiciləri tərəfindən 2022-ci il yanvarın 1-dən əldə edilmiş kənd təsərrüfatı məhsullarına görə 3 il müddətində ödənilmiş ƏDV məbləğləri əvəzləşdirilmir.

Eyni zamanda “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 3 dekabr 2021-ci il tarixli 406-VIQD nömrəli Qanununun 2.5-ci maddəsinə əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan, kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışını həyata keçirən şəxslər tərəfindən 2022-ci il yanvarın 1-dək ƏDV ödənilməklə əldə edilmiş və müvafiq əvəzləşdirmə alınmış sahibliklərində qalan kənd təsərrüfatı məhsullarının sonradan satışı zamanı ƏDV həmin malların tam satış dəyərindən hesablanır. Digər hallarda isə kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı zamanı 2022-ci il yanvarın 1-dən etibarən ƏDV ticarət əlavəsindən hesablanır.

İkinci suallla bağlı bildiririk ki, Malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız Vergi Məcəlləsində müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti isə  topdansatış fəaliyyəti hesab olunur. Vergi Məcəlləsi ilə müəyyən edilən hallarda malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı elektron qaimə-faktura təqdim etməlidir.  

Həmçinin bildiririk ki, Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim olunmuş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə isə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 58-ci, 106-cı, 121-ci, 175-ci maddələri və “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 3 dekabr 2021-ci il tarixli 406-VIQD nömrəli Qanunu.

5/5 (1 Average count)
Qiymət ver:
Samir İmanov Natiq sa***@gmail.com ID: 6015
Salam. 33.2. maddəyə əsasən vergi ödəyicisinin filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyekti (obyekti) olduqda, vergi ödəyicisi həm özünün olduğu yer üzrə, həm də filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə vergi uçotuna alınır. Digər təsərrüfat subyekti (obyekti) dedikdə hansı obyektlər nəzərdə tutulur? Bankların balansında olan bankomatlar (nəzərə alaraq ki, bunlar maşın avadanlıq kimi balansa alınır, daşınmaz əmlak deyildir və yerləri dəyişdirilə bilir) digər təsərrüfat subyekti (obyekti) olaraq uçota alınmalıdırmı?
23/02/2022 Read: 107 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 34.3-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, vergi ödəyicisinin filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyekti (obyekti) olduqda, vergi ödəyicisi həm özünün olduğu yer üzrə, həm də filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə vergi uçotuna alınır.

Buna əsasən bankların balansında olan ATM-lər, o cümlədən ödəniş terminalları vergi orqanında təsərrüfat subyekti (obyekti) kimi uçota alınmalıdır.

Əsas: Vergi Məcəlləsinin 33.2-ci maddəsi.

0/5 (0 Average count)
Qiymət ver:
Əmirbəyova Mehriban Simon qızı Xe***@mail.ru ID: 6013
Mən dövlət idarəsində aylıq vəzifə maaşı 1240 manat olmaqla məsləhətçi vəzifəfində işləyirəm. İkinci iş kimi isə idarənin həmkarlar təşkilatında (seckili vəzifə) aylıq vəzifə maaşı 200 manat olmaqla xəzinədar işləyirəm. Xahiş edirəm ki, mənə 1-ci və 2-ci iş yerlərim üzrə gəlir vervisi, DSMF ayırmalar 22 % və tutulma 3%, işsizlik sığorta 0.5%, tibbi sığorta 2% məbləğində haqqın hansı qaydada hesablanması və tutulması barədə məlumat verəsiniz.
23/02/2022 Read: 165 Average count: 5

Bildiririk ki, iki və ya daha çox yerdə muzdla işləyən fiziki şəxslərin gəlirlərindən gəlir vergisi hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır və dövlət büdcəsinə ödənilir. Buna əsasən həm əsas iş yeri, həm də əlavə iş yerində çalışan şəxslərin muzdlu işlə əlaqədar əldə etdiyi aylıq gəlirlərindən gəlir vergisi hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır.

Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən muzdla işləyən fiziki şəxslərin aylıq gəlirinin 2500 manatadək olan hissəsindən 14 faiz, 2500 manatdan çox olduqda isə 350 manat əlavə edilsin 2500 manatdan çox olan məbləğin  25 faiz dərəcəsi ilə vergi tutulur.

Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat, illik gəliri 30000 manatadək olduqda, 2400 manat məbləğində olan hissəsi gəlir vergisindən azaddır.

Vergi güzəştlərinin əsas iş yerində tətbiq olunduğunu nəzərə alaraq, ikinci iş yerində əldə olunan gəlirdən vergi hər hansı güzəşt tətbiq edilmədən hesablanır.

Eyni zamanda, fiziki şəxs iki və ya daha çox yerdə muzdlu işdə çalışdıqda, sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır.

Əsas: Vergi Məcəlləsinin 98-ci, 101-ci və 102-ci maddələri, “Sosial sığorta haqqında”, "İşsizlikdən sığorta haqqında" “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları,  “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti 18 fevral 2019-cu il tarixli 56 saylı Qərarı.

5/5 (1 Average count)
Qiymət ver:
Elçin el***@gmail.com ID: 6009
ƏDV bəyənnaməsində debitorları əks etdirən rəqəmlərin hesablanmasını göstərilməsini Sizdən xahiş edirəm.
22/02/2022 Read: 84 Average count: 0

Bildiririk ki, bəyannamələrin formaları, o cümlədən ƏDV bəyannaməsinin forması və doldurulması qaydaları ilə səhifəmizin (www.taxes.gov.az) “Bəyannamə” bölməsindən tanış ola bilərsiniz. 

0/5 (0 Average count)
Qiymət ver:
İradə Hüseynova İbrahim qızı ir***@gmail.com ID: 6008
Salam. Bilmək istərdim ki, hüquqi şəxs bankda bizness kart hesabı açıb və oradan reklam xərci (qeyri-rezident) avtomatik olaraq çıxılır. Əsas məbləğdən əlavə olaraq həmçinin 18% ƏDV məbləğidə bu biznes kart hesabından çıxılır. Qeyd olunan 18% ƏDV məbləğini necə əvəzləşdirmək mümkün olar.
21/02/2022 Read: 225 Average count: 5

Bildirirk ki, vergi ödəyicisi kimi vergi orqanında qeydiyyatda olan şəxs tərəfindən qeyri-rezident şəxsə məxsus sosial şəbəkədə reklamın yerləşdirilməsinə görə aparılan ödənişdən Vergi Məcəlləsinin 125-ci maddəsinə uyğun olaraq 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergi tutulur və ödəniş aparıdlığı rübdən sonrakı ayın 20-dən gec olmayaraq ödəmə mənbəyində tutulan verginin bəyannaməsi vergi orqanına təqdim edilir.

Eyni zamanda, qeyri-rezidentə aparılan ödənişlərə Vergi Məcəlləsinin 169-cu maddəsinə uyğun olaraq 18 faiz dərəcə ilə ƏDV hesablanıb dövlət büdcəsinə ödənilir və növbəti ayın 20-dən gec olmayaraq “Qeydiyyata alınmayan qeyri-rezidentə ödənilmiş məbləğə hesablanmış əlavə dəyər vergisinin bəyannaməsi” təqdim edilir.

Göründüyü kimi, vergi orqanında uçotda olan vergi ödəyiciləri elektron ticarət qaydasında alınmış xidmətlərə görə qeyri-rezidentə apardıqları ödəmələrə müstəqil qaydada 18 faiz dərəcə ilə ƏDV hesablamalı və bəyannamə təqdim etməklə hesablanmış ƏDV-nin büdcəyə ödəməlidir. ƏDV qeydiyyatında olan şəxsin qeyri-rezidentə görə büdcəyə ödədiyi ƏDV-ni Vergi Məcəlləsinin 175.1-ci maddəsinə uyğun olaraq əvəzləşdirmək hüququ vardır.

Vergi orqanında uçotda olmayan fiziki şəxslər tərəfindən qeyri-rezidentdən elektron ticarət qaydasında xidmətlər alınarkən isə 18 faiz dərəcə ilə ƏDV ödəməni həyata keçirən banklar tərəfindən fiziki şəxsin hesabından tutularaq büdcəyə ödənilir.  

Əsas: Vergi Məcəlləsinin 125-ci, 169-cu və 175-ci maddələri.

5/5 (1 Average count)
Qiymət ver:
Müşfiq Abbaszadə Tahir mu***@gmail.com ID: 5993
Vergi Məcəlləsinin 115.1-ci maddəsində əsas vəsaitlər üzrə təmir xərclərinin norma faizləri qeyd olunmuşdur. 115.1-ci maddənin son hissəsində qeyd olunub ki, Təmir xərclərinin faktiki məbləği bu hədd ilə müəyyənləşdirilən məbləğdən az olduqda, gəlirdən təmir xərclərinin faktiki məbləği çıxılır. Həmçinin davam olaraq qeyd olunub ki,Bu halda növbəti vergi illərində təmir xərclərinin gəlirdən çıxılan məbləğ həddi təmir xərclərinin faktiki məbləği ilə müəyyənləşdirilmiş hədd üzrə hesablanmış məbləği arasındakı fərq qədər artırılır. Sual 115.1-ci maddənin sonunda qeyd olunmuş təmir xərclərinin faktiki məbləği deyiləndə hansı məbləğ nəzərdə tutulur. Misal olaraq Əvvəlki ilin sonuna qalıq dəyəri 10 000.00 manat olan nəqliyyat vasitəsinə həmin il üçün müəyyən olunmuş təmir xərci norması (10 000*5%)=500 manatdır. Vergi ödəyicisinin həmin il üçün nəqliyyat vasitəsinə çəkdiyi faktiki təmir xərci "0" manat olmuşdur. Vergi ödəyicisi Təmir norması-faktiki təmir xərci (500-0=500) 500 manatı növbəti il üçün hesablanacaq təmir xərcinin üzərinə gələ bilərmi? Əvvəlcədən təşəkkürlər.
18/02/2022 Read: 144 Average count: 3

Bildiririk ki, əsas vəsaitlərə çəkilmiş təmir xərclərinin gəlirdən çıxılması Vergi Məcəlləsinin 115-ci maddəsi ilə tənzimlənir.

Belə ki, Vergi Məcəlləsinin 115.1-ci maddəsinə əsasən hər il üçün gəlirdən çıxılmalı olan təmir xərclərinin məbləği əsas vəsaitlərin hər bir kateqoriyasının əvvəlki ilin sonuna balans üzrə qalıq dəyərinə müvafiq olaraq bu Məcəllənin 114.3.1-ci maddəsində göstərilən əsas vəsaitlərin kateqoriyasının ilin sonuna qalıq dəyərinin 2 faizi, 114.3.2-ci və 114.3.3-cü maddələrində göstərilən əsas vəsaitlərin kateqoriyasının ilin sonuna qalıq dəyərinin 5 faizi, 114.3.7-ci maddəsində göstərilən əsas vəsaitlərin kateqoriyasının ilin sonuna qalıq dəyərinin 3 faizi və  köhnəlmə (amortizasiya) hesablanmayan əsas vəsaitlər üzrə sıfır (0) faizi həddi ilə məhdudlaşdırılır. Təmir xərclərinin faktiki məbləği bu hədd ilə müəyyənləşdirilən məbləğdən az olduqda, gəlirdən təmir xərclərinin faktiki məbləği çıxılır. 

Bu halda növbəti vergi illərində təmir xərclərinin gəlirdən çıxılan məbləğ həddi təmir xərclərinin faktiki məbləği ilə müəyyənləşdirilmiş hədd üzrə hesablanmış məbləği arasındakı fərq qədər artırılır.

Əsas: Vergi Məcəlləsinin 114-cü və 115-ci maddələri.

3/5 (2 Average count)
Qiymət ver:
Fazilə Ələkbərova Məhəmməd fa***@mail.ru ID: 5991
Mənfəət verğisinin "XƏRCLƏR" bölməsində 227.9. Təqdim edilmiş əsas vəsaitlərin dəyəri- sətrinə hansı xərcləri yazmaq olar?
18/02/2022 Read: 100 Average count: 0

Bildiririk ki, "Mənfəət vergisi bəyannaməsi"nin 227.8 “VM-in 114.6 maddəsinə əsasən çıxılan əsas vəsaitlərin qalıq dəyərinin məbləği” və 227.9 “Təqdim edilmiş əsas vəsaitlərin dəyəri” sətirlərinin A4 xanalarında əsas vəsaitin əvvəlki ilin sonuna qalıq dəyəri 500 manatdan və ya ilkin dəyərinin 5 faizdən az olan və hesabat ili ərzində təqdim edilmiş əsas vəsaitlərin əvvəlki ilin sonuna qalıq dəyəri göstərilir. 

Əsas: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 23 fevral 2022-ci il tarixli 2217040100103500 №-li Əmri ilə təsdiq edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin tərtib edilməsi Qaydası.

0/5 (0 Average count)
Qiymət ver:
Şamil Məmmədov Cuma sh***@mail.ru ID: 5990
Salam. Təqdim olunmuş vergi hesabatlarını necə yükləyə bilərəm?
18/02/2022 Read: 52 Average count: 0

Bildiririk ki, vergi ödəyicisi İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsilə göndərdiyi bəyannamələr üzrə axtarış əməliyyatını yerinə yetirə bilər. Bunun üçün e-Bəyannamə -> Bəyannamə axtar menyusununa daxil olmaq lazımdır.

 Aşağıdakı parametrlər üzrə axtarış əməliyyatı aparmaq olar:

- VÖEN üzrə;
- Bəyannamə növü üzrə;
- Vergi dövrü üzrə;
- Vergi orqanı üzrə;
- Yaradılma tarix intervalı üzrə;
- Bəyannamələrin vəziyyəti üzrə.

Bu parametrləri tək-tək və ya qrup şəklində qeyd etmək olar. Sonra bəyannamələr üzrə axtarış əməliyyatını yerinə yetirmək üçün Axtar düyməsi sıxılır.

Bu barədə daha ətraflı məlumatı İnternet Vergi İdarəsinin (www.e-taxes.gov.az) “Yardım” bölməsindən əldə edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Şamil Mammadov sh***@mail.ru ID: 5989
Salam! VÖEN əsasında fəaliyyət göstərən fiziki şəxs qeyri rezident olan xarici hüquqi şəxsə proqramlaşdırma üzrə xidmət göstərir və hər ay sahibkar hesabına xidmət haqqı köçürülür. Bu halda fiziki şəxs hansı tip vergi ödəyicisi olmalıdır(sadələşdirilmiş və ya gəlir vergisi) və hansı sosial sığorta ödənişlərini etməlidir?
18/02/2022 Read: 179 Average count: 5

Bildiririk ki, fiziki şəxs vergi uçotuna alınarkən fəaliyyət növündən asılı olaraq, təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergini Vergi Məcəlləsində müəyyən olunmuş dərəcələrlə ödəməlidir.

Vergi Məcəlləsinin 218.5.10-cu maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş vergi ödəyicisi olmaq hüququnuz saxlanılır. 

Sorğunuza əsasən, gəlirlərinizin yalnız vergi ödəyicisi tərəfindən ödənildiyi halda və fərdi sahibkar olaraq digər digər vergi ödəyicisinə xidmət etdiyiniz üçün, sizin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnuz yoxdur və siz gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərməlisiniz. 

O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan (illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır.

Eyni zamanda, sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında hər ay məcburi sosial sığorta haqqı hesablanıb ödənilməlidir. 

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) minimum aylıq əməkhaqqının 4 faizi məbləğində icbari tibbi sığorta haqqı ödəməlidir.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 101.3-cü, 102.1.30-cu,  218.5.10-cu, 218.6.2-ci maddələri, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”.

5/5 (3 Average count)
Qiymət ver:
Sərvanov Şakir Bayram oğlu sa***@gmail.com ID: 5987
Salam. 2021 - ci ilin iyun və iyul ayları üçün təqdim edilmiş Əlavə Dəyər Vergisi Bəyannamələrini "E -bəyannamə, ƏDV-DH və ŞHV" bölməsindən tapıb, geri yükləmə edərkən bəyannamələr açılmır. Xahiş edirəm bu barədə məlumat verəsiniz. Təşəkkür edirəm.
18/02/2022 Read: 64 Average count: 3

Elektron xidmətlərdən istifadə zamanı yaranan suallarla bağlı, metodiki köməkliyin göstərilməsi üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) müraciət etməyiniz xahiş olunur.

3/5 (2 Average count)
Qiymət ver:
Şirinov Yasin Rza oğlu ya***@mail.ru ID: 5986
Salam! Sahibkarın obyektinin qeydiyyatı ilə bağlı iki sualım var. 1. Hüquqi şəxs, Az.Resp. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (VÖEN 2000015631) ilə bağlanmış rəsmi icarə müqaviləsinə əsasən onun balansında olan qeyri-yaşayış sahəsindən faktiki istifadə edir, icarə haqqı məbləğini də həmin quruma ödəyir. Obyekti qeydiyyata salmaq üçün İcarə müqaviləsi ərizə ilə birlikdə vergi orqanına təqdim edilsədə, həmin obyektin kodlaşdırılmasını vergi orqanı mümkünsüz sayır (obyekt kodu olmadığına görə). Mövcud vəziyyətdə hüquqi şəxs nə etməlidir? 2. Vergi orqanının tərtib etdiyi akta əsasən Fiziki şəxs, mülkiyyətində olan yaşayış binasından obyekti ofis məqsədi ilə təsisçisi olduğu hüquqi şəxsin istifadəsinə verir və həmin obyekt vergi orqanında kodlaşdırılaraq qeydiyyata salınır. Bu zaman həmin obyekt hüquqi şəxsin mülkiyyəti hesab edilirmi və bunun üçün vergi orqanına Əmlak vergisi bəyannaməsi təqdim olunmalıdırmı?
17/02/2022 Read: 150 Average count: 3

Birinci sualınızla bağlı bildiririk ki, müraciətinizin araşdırılması üçün Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət baş idarəsinə rəsmi qaydada müraciət etməyiniz tövsiyə olunur. 

İkinci sualınızla bağlı bildiririk ki, mülki qanunvericiliyinə uyğun olaraq hüquqi şəxsin təsisçiləri və onların təsis etdikləri hüquqi şəxslər mülki hüququn ayrı-ayrı subyektləri hesab edilir və hüquq münasibətlərində yalnız öz adlarından iştirak edirlər.

Qeyd olunanlara əsasən fiziki şəxs tərəfindən ona məxsus əmlak təsisçisi olduğu hüquqi şəxsə əvəzsiz olaraq verildikdə tərəflər arasında bazar qiymətləri nəzərə alınmaqla icarə haqqı müəyyən edilməli və ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Əsas: Vergi Məcəlləsinin 14-cü, 34-cü maddələri, 

3/5 (5 Average count)
Qiymət ver:
Nəcibə qo***@hotmail.com ID: 5985
Salam. İşçi xaricə 1 günlük ezam olunur, qayıtdıqdan sonra muhasibatlığa 3 gün ərzində hesabat verir. Bu zaman işçinin avans hesabatında kurs olaraq nə götürülür? İşçinin ezamda oldugu günün kursu, yoxsa hesabatı təqdim etdiyi tarixin kursu nəzərə alınır?
16/02/2022 Read: 165 Average count: 4

Bildiririk ki, ölkədaxili və xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli “Ezamiyyə xərclərinin normaları haqqında” Qərarı ilə müəyyən edilmişdir. 

Bunlarla yanaşı işəgötürən tərəfindən ezamiyyəyə göndərilən işçinin ezamiyyə xərclərinin ödənilməsi qaydası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 18 yanvar 2012-cı il tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə 30 yanvar .2012-ci il tarixdə 15201201180001 nömrə ilə daxil edilmiş “İşçilərin Ezamiyyə Qaydaları” ilə tənzimlənir.

Həmçinin bildiririk ki, ezamiyyənin rəsmiləşdirilməsinə, o cümlədən vəsaitin hansı qaydada ödənilməsinə dair izahatın verilməsi Dövlət Vergi Xidmətinin səlahiyyətlərinə aid olmadığından, ətraflı məlumatın alınması üçün aidiyyəti üzrə Maliyyə Nazirliyinə müraciət etməyiniz daha məqsədəuyğundur.


 

4/5 (3 Average count)
Qiymət ver:
Qarayev Mahir Qaraxan oğlu qa***@gmail.com ID: 5984
Beyləqan rayonunda 200 kvm yaşayış binasının əmlak vergisi nə qədərdir?
16/02/2022 Read: 91 Average count: 5

Bildiririk ki, vətəndaşın xüsusi mülkiyyətində olan yaşayış sahəsinə əmlak vergisinin hesablanması zamanı binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə - onların 30 kvadratmetrdən artıq olan hissəsinin)  hər kvadratmetrinə Beyləqan rayonu üzrə müəyyən olunan 0,2 manat vergi dərəcəsi tətbiq edilir ((200 – 30) x 0,2 =34 manat).

Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən əmlak sahəsinin hər kvadratmetrinə əsasən hesablanır və hesablanmış əmlak vergisi barədə tədiyyə bildirişləri hər il üçün illik olmaqla həmin ilin avqust ayının 1-dən gec olmayaraq vergi ödəyicilərinə verilməlidir.

Əsas: Vergi Məcəlləsinin 197-ci və 198-ci və 200-cü maddələri.

5/5 (1 Average count)
Qiymət ver:
Rəşad İslam Dadaşov re***@mail.ru ID: 5983
Salam. Obyektin İcarə müqaviləsinə əsasən ödəniş 6 ay sonra başlayacaq. Bu aralıq dövrdə tərəfimizdən obyektin təmiri işləri aparılacaq. Belə ki, hal-hazırda obyekt təmirsizdir. İcarədən ÖMV-yə cəlbedilmə 6 aydan sonra başlayacaq?
16/02/2022 Read: 137 Average count: 5

Bildiririk ki, icarə haqqından ödəmə mənbəyində vergi tutmalı olan şəxs gəlirin ödənildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq vergini büdcəyə köçürməli və ödəmə mənbəyində vergi bəyannaməsini vergi orqanına təqdim etməlidir. 

Eyni zamanda bildiririk ki, vergi orqanları tərəfindən həyata keçirlən nəzarət tədbirləri zamanı vergilərin hesablanmasına təsir edə bilən əməliyyatın fərqli xüsusiyyətləri, habelə vergidən yayınma sxemləri aşkarlanarsa vergilər faktiki iqtisadi göstəricilər əsas götürülməklə hesablana bilər.

Əsas: Vergi Məcəlləsinin 124-cü, 150.3.2-ci maddələri 

5/5 (2 Average count)
Qiymət ver:
Bəndəliyeva Zülfiyyə Yusif qızı zu***@faktorlizinq.az ID: 5982
" A" MMC lizinqə vermək məqsədilə fərdi sahibkardan nəqliyyat vasitəsi alır. Sahibkar həmin nəqliyyat vasitəsinin özünün şəxsi mülki olduğunu bildirir və buna görə də elektron qaimə təqdim edə bilmir. Həmçinin "A" MMC də elektron alış aktını satıcının VÖEN-i olduğuna görə tətbiq edə bilmir. Bu halda hər hansı qanun pozuntusu varmı? Əgər qanun pozuntusu varsa hansı tərəf məsuliyyət daşıyır?
16/02/2022 Read: 252 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 71-1.1-ci maddəsinin müddəalarına əsasən bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı təqdim etməlidir. Eyni zamanda malların təqdim edilməsi barədə elektron qaimə-faktura mallar göndərilən vaxt təqdim edilir.

Malların alış aktı vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda tərtib edilir və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir.

Eyni zamanda Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinin müddəalarına əsasən səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı malların alışını və ya mədaxilini təsdiq edən elektron qaimə-faktura olmadıqda həmin malların alıcısı olan vergi ödəyicisinə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə  malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən, elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 58-ci, 71-1-ci və 71-2-ci maddələri.

5/5 (1 Average count)
Qiymət ver:
Gülnar Xankişiyeva Xa***@icloud.com ID: 5981
Salam. Vergidən yayınan sahibkar barədə necə şikayət etmək olar?
16/02/2022 Read: 76 Average count: 0

Bildiririk ki, vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla, qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Dövlət Vergi Xidmətinə müraciət” alt bölməsinə, Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz 

0/5 (0 Average count)
Qiymət ver:
Adil Mehdiyev Qüdrət oğlu ad***@mail.ru ID: 5980
Salam! 2021 ildə əmək haqqından (200 manat cıxılandan sonra), qalan məbləğindən 14% gəlir vergi tutulurdu. Bilmək istərdim, 2022-ci ildə əmək haqqından tutulan gəlir vergisində, dəyişiklik varmı?
16/02/2022 Read: 81 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda 200 manat, illik gəliri 30000 manatadək olduqda, 2400 manat məbləğində olan hissəsi gəlir vergisindən azaddır.

Vergi Məcəlləsinin qeyd olunan maddəsi ilə bağlı hər hansı dəyişiklik edilməmişdir. Siz əmək haqqından tutulmaların hesablanması kalkulyatoru vasitəsilə əmək haqqından tutulan vergi və digər tutulmalar haqda məlumatı əldə edə bilərsiniz.

5/5 (2 Average count)
Qiymət ver: