Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Sənan Hüseynov Tahir sa***@gmail.com ID: 5979
Salam, bilmək istəyirəm, vergi orqanlarına ixtisasım düşürmü? İxtisasım- "Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi".
15/02/2022 Read: 79 Average count: 0

Bildiririk ki, dövlət vergi orqanlarındakı vəzifə funksiyalarının yerinə yetirilməsi üçün tələb olunan müvafiq ali təhsilə malik olmayan şəxslər dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün keçirilən müsabiqəyə buraxılmırlar. Dövlət vergi orqanlarında vəzifələrin tutulması üçün ixtisas tələbləri kimi bir qayda olaraq hüquqşünaslıq, iqtisadiyyat və idarəetmə istiqamətlərinə uyğun ixtisaslar üzrə ali təhsil nəzərdə tutulmuşdur.

Müvafiq müraciətinizin “Sual-cavab” bölməsi vasitəsi ilə deyil, vergi orqanlarına işə qəbulla bağlı keçirilən müsabiqənin təşkilati məsələlərinin həllini təmin edən Dövlət Vergi Xidmətinin İnsan resursları Baş idarəsi tərəfindən cavablandırıldığını nəzərə alaraq aidiyyəti üzrə rəsmi  qaydada müraciət etməyiniz tövsiyə olunur.

Əsas: “Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərinin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları”.

0/5 (0 Average count)
Qiymət ver:
Rəşad rm***@mail.ru ID: 5977
Salam. Müharibə veteranları hansı sənədləri mühasibatlıqa təqdim etməlidir ki (102.2.7. qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin;) 400manat vergidən azad edilsin
15/02/2022 Read: 86 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəlirləri 400 manat məbləğində azaldılır.

Qeyd olunan güzəştlərdən faydalanmaq üçün tələb olunan sənədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”na əsasən müəyyən edilmişdir.

Belə ki, Siyahının 1.7-ci bəndinə əsasən müharibə veteranı vəsiqəsi, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin arayışı və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları Vergi Məcəlləsinin 102.2.7-ci maddəsində nəzərdə tutulmuş güzəşt hüququnu təsdiq edən sənədlərdəndir.

Buna əsasən müəssisənizin ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş əməkdaşlarının müharibə veteranı olması qeyd edilən müvafiq sənədlərlə təsdiq edildiyi halda onlara Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən vergi güzəşti tətbiq ediləcəkdir.

Eyni zamanda bildiririk ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, 1 yanvar 2022-ci il tarixdən etibarən fiziki şəxsin bu maddədə sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır. 

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

0/5 (0 Average count)
Qiymət ver:
Zülfiyyə Allahverdiyeva Gəray me***@mail.ru ID: 5976
Salam. Mən "ƏDV geri al"-da parolumu unutmuşam. Parolun bərpası üçün isə məndən nömrə istəyir. Həmin nömrəm isə yanıb, indi parolun bərpası üçün nə etməliyəm, zəhmət olmasa cavablandırın.
15/02/2022 Read: 85 Average count: 0

Sorğunuzda qeyd olunan məsələ ilə bağlı aidiyyəti üzrə müvəkkil banka (Kapital Bank və ya Azərbaycan Beynəlxalq Bankı) müraciət etməyiniz tövsiyə olunur. 

0/5 (0 Average count)
Qiymət ver:
Nəcəfov Pərviz Qurban oğlu na***@gmail.com ID: 5975
Salam. Mənim adıma bir neçə il öncə VÖEN var idi. Müraciətim əsasında bağlanıldı. İndi yenidən necə aktiv etmək olar?
15/02/2022 Read: 96 Average count: 5

Fəaliyyətinizi müvəqqəti dayandırdığınız halda aktivləşdirmək üçün müvafiq qaydada tərtib olunmuş “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının bərpası haqqında Arayış”ı təqdim etməlisiniz.

Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatı elektron qaydada yerinə yetirə bilərsiniz. Bu barədə daha ətraflı səhifəmizin “Xidmətlər” bölməsinin “Elektron xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn bərpası” elektron xidməti üzrə inzibati reqlament və ya Dövlət Vergi Xidmətinin rəsmi "Youtube" səhifəsində yerləşdirilən videotəlimat vasitəsilə tanış ola bilərsiniz.

Fiziki şəxsin yenidən uçota alınması (ləğv edilmiş VÖEN-in bərpası) üçün isə “Fiziki şəxsin uçotu haqqında ərizə” ilə vergi orqanına müraciət edilməldiir. Yenidən uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir.

Əsas: Vergi Məcəlləsinin 33-cü və 34-cü maddələri.

5/5 (1 Average count)
Qiymət ver:
İsrail Yusifli Hüseyn oğlu iy***@mail.ru ID: 5973
Salam! Mən xaricidə fəaliyyət göstərən şirkətlə müəyyən işləri yerinə yetirmək üçün kontrakt bağlamışam. Kontraktda qeyd olunub ki, həmin şirkət mənə hər ay müəyyən məbləğdə valyutada əmək haqqı ödəyəcəkdir. Xahiş edirəm, izah edəsiniz ki, mən bu əmək haqqını necə ala bilərəm və bü əmək haqqından vergi və digər tutulmalar necə və hansı faiz dərəcələri ilə hesablanmalıdır. Əvvəlcədən sizə təşəkkür edirəm.
15/02/2022 Read: 122 Average count: 0

Bildiririik ki, qeyd etdiyiniz fəaliyyəti həyata keçirən şəxs fəaliyyətə başladığı günədək yaşadığı ərazi üzrə vergi uçotuna alınmalıdır.

Fiziki şəxs vergi uçotuna alınarkən fəaliyyət növündən asılı olaraq, təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergini Vergi Məcəlləsində müəyyən olunmuş dərəcələrlə ödəməlidir.

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş vergi ödəyicisi olmaq hüququnuz saxlanılır. 

Sorğunuza əsasən, gəlirlərinizin yalnız vergi ödəyicisi tərəfindən ödənildiyi halda və fərdi sahibkar olaraq digər digər vergi ödəyicisinə xidmət etdiyiniz üçün, sizin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnuz yoxdur və siz gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərməlisiniz. 

O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan (illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 33-cü, 102.1.30-cu, 218.5.10-cu, 218.6.2-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”.

0/5 (0 Average count)
Qiymət ver:
Gülüstan Cəbrayılova Hacıməmməd qızı G.***@mail.ru ID: 5972
Salam. Mənim kreditlə alınmış (2006 dekabr ayı-20 illik , 45.47m2) evim var, hal-hazıra kimi ödənişi davam edir. Evin krediti tam ödənilmədiyi üçün çıxarış alınmayıb. Yaşadığım evə 12.02.2022 tarixində Xırdalan Bələdiyyəsi Vergi Xidməti Orqanı tərəfindən əmlak vergisi üzrə tədiyyə bildirişi (nömrəsiz) göndərilib (ötən dövr üçün əmlak vergisi 4.64+0.63 faiz, cari il üçün 4.64). Bilmək istəyirəm, əgər evin krediti tam ödənilməmiş və ev mənim əmlakıma tam keçməmiş, əmlak vergisi ödəməliyəm?
15/02/2022 Read: 106 Average count: 0

Bildiririk ki, xüsusi mülkiyyətinizdə olan tikiliyə görə bələdiyyəyə əmlak vergisi ödənilməlidir.

Belə ki, xüsusi mülkiyyətdə olan yaşayış sahəsinin əmlak vergisinin hesablanması zamanı həmin yaşayış sahəsinin 30 kvadratmetrdən artıq olan hissəsinin hər kvadrat metrinə  Abşeron rayonu üzrə müəyyən olunan 0,3 manat vergi dərəcəsi tətbiq edilir. 

Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən əmlak sahəsinin hər kvadratmetrinə əsasən hesablanır və hesablanmış əmlak vergisi barədə tədiyyə bildirişləri hər il üçün illik olmaqla həmin ilin avqust ayının 1-dən gec olmayaraq vergi ödəyicilərinə verilməlidir.

Hesablanmış vergi məbləğləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən ödənilməmiş vergi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Müəyyən edilmiş faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir.

Eyni zamanda, fiziki şəxsin mülkiyyətində olan və ipoteka predmeti olan yaşayış sahəsinin əmlak vergisindən azad edilməsi Vergi Məcəlləsində nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 197-ci və 198-ci və 200-cü maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Hüseynova Aygun Həsən ay***@mail.ru ID: 5970
Salam. Himayəsində 3 övladı olan dövlət müəssisəsində calışan xanım (həyat yoldası çalışmır) vergi imtiyazina malikdir? Bildiyim qədər, məvacibinin 250 m. mislindən vergi tutulmasından azad olunmalıdır. Övladların yaş həddi 9-15 yaşdır.
15/02/2022 Read: 70 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 102.5-ci maddəsinə əsasən qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu iş yerində) muzdlu işlə əlaqədar əldə etdiyi gəliri himayəsində 3 nəfər olması ilə əlaqədar müvafiq təsdiqedici sənədlər, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.15-ci bəndinə əsasən  ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əsas iş yerindən işəgötürənin arayışı və Azərbaycan Respublikası Vergilər Nazirliyinin təsdiq etdiyi formada yerli icra hakimiyyəti və ya bələdiyyələr tərəfindən verilmiş arayışlar təqdim edildiyi halda 50 manat məbləğində azaldılır.

Əlavə olaraq Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda 200 manat, illik gəliri 30000 manatadək olduqda, 2400 manat məbləğində olan hissəsi gəlir vergisindən azaddır.

Əsas: Vergi Məcəlləsinin 101-ci, 102-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.
 

0/5 (0 Average count)
Qiymət ver:
Salyan Suvarma Sistemləri İdarəsi sa***@mail.ru ID: 5967
1) I-ci və II-ci Qarabağ Müharibələrində iştirakçısı təqdim etdiyi Arayışa əsasən tətbiq olunası güzəşt? 2) I-ci və II-ci Qarabağ Müharibələrində iştirak etmiş Veteran adı almış şəxslərə olunası güzəştı? 3) I-ci və II-ci Qarabağ Müharibələrində iştirak etmiş və Veteran adı almış Valideynlərin övladlarına olunan güzəşt? 4) I-ci və II-ci Qarabağ Müharibələrində Şəhidlərin Valideynlərinə olunan güzəşt? 5) I-ci və II-ci Qarabağ Müharibələrində Şəhidlərin Övladlarına olunan güzəşt? 6) I-ci və II-ci Qarabağ Müharibələrində iştirak etmiş Medal almış şəxslərə olunası güzəşt?
15/02/2022 Read: 142 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 102.2-ci maddəsinə əsasən aşağıdakı fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır:

  • Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarının;
  • Azərbaycanın Milli Qəhrəmanlarının;
  • Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanlarının;
  • müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin; 
  • həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının;
  • 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallar ilə təltif edilmiş şəxslərin;
  • qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin;
  • Çernobıl AES-də qəza, mülki və ya hərbi təyinatlı atom obyektlərində digər radiasiya qəzaları nəticəsində, habelə nüvə qurğularının hər hansı növləri, o cümlədən nüvə silahı və kosmik texnika ilə bağlı olan sınaqlar, təlimlər və başqa işlər nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslərin.

Eyni zamanda, Vergi Məcəlləsinin 102.4-cü maddəsinə əsasən aşağıdakı fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır:

  • həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin valideynləri, habelə vəzifələrinin icrası zamanı həlak olmuş dövlət qulluqçularının valideynləri və arvadları (ərləri). Bu şəxslərin arvadlarına (ərlərinə) güzəşt o halda verilir ki, onlar təkrar nikaha girmiş olmasınlar;
  • 1990-cı il yanvarın 20-də SSRİ qoşunlarının müdaxiləsi nəticəsində, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı həlak olmuş şəxslərin valideynləri və arvadları (ərləri). Bu şəxslərin arvadlarına (ərlərinə) güzəşt o halda verilir ki, onlar təkrar nikaha girmiş olmasınlar;
  • Əfqanıstana və döyüş əməliyyatları aparılan başqa ölkələrə göndərilmiş hərbi qulluqçular və təlim-yoxlama toplanışlarına çağırılmış hərbi vəzifəlilər;
  • məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər. Bu güzəşt mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca mənzil sahəsi əldə etməsi nəticəsində daimi məskunlaşmış şəxslərə şamil edilmir.

Həmçinin bildiririk ki, yuxarıda sadalanan hər iki maddə üzrə güzəşt hüququ olan şəxsə bu güzəştlərdən biri, məbləğcə ən böyük (400 manat) olanı verilir.

Qeyd olunan güzəştlər Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nda adı çəkilən sənədlərdən biri olduqda işçinin əmək kitabçasının olduğu əsas iş yerində tətbiq olunur.

Müraciətiniz barədə əlavə məlumat üçün Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

0/5 (0 Average count)
Qiymət ver:
Ağazadə İbrahim Mayis oğlu ib***@gmail.com ID: 6140
Salam mən 25.02.2022 tarixində 28 mayda yerləşən mobil mall mağazsından telefon almışam, lakin mal defekt çıxdı. Mən ayın 26-sı telefonu geri qaytardım və təzə telefon istədiyimi dedim. Lakin, telefonun servis rəyindən sonra mənə yenisi verilə biləcəyini dedilər. Servisdən cavab isə 10.03.2022 tarixində çıxdı, telefonun defekt çıxdığı sübut olundu və mən satış mağazasına mənə pul lazım olduğun bildirdim. Lakin, satış mağazası mənə ancaq telefonu dəyişə biləcəyimi və pulun qaytarılmayacağını dedilər. Mən indi onları hansı maddələrə uyğun məhkəməyə verə bilərəm və burada sizin edə biləcəyiniz nədir?
14/02/2022 Read: 75 Average count: 0

Sorğunuzda qeyd olunanlar Dövlət Vergi Xidmətinin səlahiyyətlərinə aid olmadığına görə, bu barədə ətraflı məlumat almaq üçün Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə (competition.gov.az/az) müraciət etməyiniz tövsiyə olunur. 

0/5 (0 Average count)
Qiymət ver:
Bahadur Tanrıverdiyev Muxtar oğlu ke***@gmail.com ID: 5966
Salam. Mən VÖEN-i deaktiv etmək istəyirəm. Vəsiqəmi tapa bilmirəm. VÖEN haqqında yazım məlumat alım. Siz aktivliyi və ya deaktivliyi haqqında məlumat verə bilərsiz? Bir də borc var ya yox?
14/02/2022 Read: 88 Average count: 0

Bildiririk ki, Tanrıverdiyev Bahadur Muxtar oğlu (VÖEN 2001035202) vergi ödəyicisi kimi uçotdadır və Dövlət Vergi Xidmətinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən fəaliyyəti aktivdir və ödənilməmiş vergi borcu yoxdur.

Fəaliyyətinizi müvəqqəti dayandırmaq üçün vergi orqanına “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlisiniz. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir.

Gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda İnternet Vergi İdarəsi portalı üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə dayandırılması mümkündür.

Bu barədə daha ətraflı səhifəmizin “Xidmətlər” bölməsinin “Elektron Xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament vasitəsilə tanış ola bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 30-cu maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Nail Elekberov Ilham Na***@inbox.ru ID: 5958
Salam. Mənim Vergi Məcəlləsinin 150-ci maddəsində bəzi qaranlıq məqamla bağlıdır sualım. Məcəllənin 150.1.13.5-ci maddəsində ipoteka saxlayanın əldə etdiyi əmlakdan ödəmə mənbəyində vergi tutulmadığı qeyd olunub. Lakin, 150.3-1 ci maddənin 3-cü abzasında vergi orqanında uçotda olmayan fiziki şəxsin borc təminatı olan, ipoteka saxlayanın xeyrinə yüklü edilmiş əmlakın ipoteka saxlayan tərəfindən əldə edildikdə ixtisaslaşmış təşkilat burada ipoteka saxlayandan 220.8 ve 220.8-1 madde ile sadələşdirilmiş vergi tutur və 150.3-5 ci maddədə fərdi sahibkarın 150.1.13.5 nəzərdə tutulmuş halda 220.8 ve 220.8-1 maddə əsasında sadələşmiş vergi tutulduğunu və növbəti ayın 20-dək büdcəyə köçürüldüyü qeyd olunub. Bəs sual meydana çıxır ki, 150.1.13.5-ci maddədə qeyd olunan vəziyyətdə vergi tutulmadığı qeyd olunur. Belə çıxır ki, bu maddələr bir-birini inkar edir. Bunu necə başa düşə bilərik?
12/02/2022 Read: 84 Average count: 0

Bildiririk ki, sorğunuzda qeyd olunan Vergi Məcəlləsinin 150.1.13.5-ci və 150.3-1-ci maddələri arasında hər hansı ziddiyyət müəyyən edilməmişdir.

Belə ki, Vergi Məcəlləsinin 150.1.13.5-ci maddəsinin müddəalarına əsasən verilmiş borcun təminatı kimi fərdi sahibkarın əmlakı, 150.3-1 maddəsində isə verilmiş borcun təminatı kimi vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin əmlakı qeyd olunmuşdur. 

Əsas: Vergi Məcəlləsinin 150-ci və 220-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Əliyev Fariz Atabəy oğlu fa***@dmx.gov.az ID: 5951
İşləri görən və ya xidmətləri göstərən Vergi Məcəlləsinin 71-1.1.3. maddəsinə əsasən – işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində elektron qaimə-faktura təqdim etməlidir. Həmçinin, vergi ödəyicisi hər hansı xidmət göstərdiyi halda, işin başa çatmasını “Görülmüş işlərin, xidmətlərin təhvil-təslimi aktı” ilə rəsmiləşdirilir. Elektron qaimə-faktura “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”na əsasən tərtib edilir və həmin qaydalara əsasən mallar (işlər, xidmətlər) barədə məlumatları özündə əks etdirən sənədlər (qəbzlər, çeklər və digər ödəniş sənədləri, müqavilələr (əqdlər), təhvil-təslim aktları və sair) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın “Əsas:” sətrində qeyd olunur. Bu halda, əgər işlərin və xidmətlərin təqdim olunması zamanı E-qaimə yazılmışdırsa, “işlərin və xidmətlərin görülməsinin təhvil-təslim aktı”nın tərtib edilməsinə zərurət vardırmı? Məntiqlə E-qaimə akt əsasında doldurulursa, aktın qaimədən sonra hazırlanması doğru deyil. Digər məntiqlə isə, E-qaimə təqdim edilməmişdirsə, vergi ödəyicisi hər hansı göstərdiyi xidmət üzrə sənədləşməni tam icra etmədiyindən, işin başa çatmasını aktlaşdıra bilməz. Həmçinin eyni məzmun və eyni mahiyyətli ilkin uçot sənədlərini, E-qaimə və işlərin və xidmətlərin görülməsinin təhvil-təslim aktının hazırlanmasına nə kimi ehtiyac var?
11/02/2022 Read: 143 Average count: 0

Bildiririk ki, vergi ödəyicisi tərəfindən xidmətlərin qəbulu zamanı təhvil-qəbul aktının, habelə digər ilkin uçot sənədlərinin tərtibatı tərəflər arasında bağlanmış müqaviləyə və mühasibat uçotu haqqında qanunvericiliyə uyğun olaraq həyata keçirilir. 

Eyni zamanda, Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaimə-faktura təqdim etməlidir. İşlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə elektron qaimə-faktura işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində təqdim edilir.

Əsas: Vergi Məcəlləsinin 16-cı və 71-1-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Cabbarov Aqsin aq***@inbox.ru ID: 5949
Salam, mən yaşadığım ünvanda həyətimdə 20 kv. ərzaq dükanı işlətmək istəyirəm. Bilmək istəyirəm, VÖEN açılmalıdır? Bu haqda mənə məlumat verərdiz, zəhmət olmasa.
11/02/2022 Read: 118 Average count: 0

Bildiririk ki, ticarət fəaliyyəti ilə məşğul olan şəxslər fəaliyyətə başladığı günədək vergi orqanına ərizə verməklə vergi ödəyicisi kimi uçota alınmalı (VÖEN əldə etməli) və həmin fəaliyyətdən əldə etdiyi gəlirlər üzrə tətbiq edilən vergitutma sistemindən (sadələşdirilmiş vergi və ya gəlir vergisi) asılı olaraq müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Belə ki, həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda ticarət fəaliyyətindən əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir.

Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir. Bu zaman həmin şəxs mikro sahibkarlıq subyekti hesab olunduğu halda (illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirdən gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxılmaqla qalan fərqdən 75 faiz vergi güzəşti də çıxılmaqla 20 faiz dərəcə ilə, nəticə etibari ilə əldə etdiyi gəlirdən 5 faiz dərəcə ilə gəlir vergisi ödəməlidir.

Bunlarla yanaşı, ticarət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs tərəfindən minimum aylıq əmək haqqının (300 manat) 25 faizinin Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında hər ay məcburi sosial sığorta haqqı hesablanıb ödənilməlidir. 

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) minimum aylıq əməkhaqqının 4 faizi məbləğində icbari tibbi sığorta haqqı ödəməlidir.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 33-cü, 101-ci, 102-ci, 218-ci və 220-ci maddələri və “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları.

0/5 (0 Average count)
Qiymət ver:
İqbal Qasımov İsa iq***@gmail.com ID: 5944
Salam. Mən 44 günlük Vətən müharibəsində zabit kimi iştirak etmişəm. Cəbrayıl, Xocavənd və Şuşanın azad olunmasına görə medallara layiq görülmüşəm. Prezidentin məlum sərəncamı ilə 01.01.2022 ci ildən mənə də Vətən müharibəsi iştirakçısı adı verilib, lakin vəsiqə verilməyib. Mənə vergi güzəştləri tətbiq edilməsi üçün veteran vəsiqəsi tələb olunur. Xidmətim haqqında arayış təqdim etmişəm. Zəfər altsistemində adım var. Bəlkə veteran vəsiqəsi bir ilə hazır olacaq. Biz bu güzəştdən məhrum olmalıyıq? Xahiş edirəm, cavablandırın.
11/02/2022 Read: 118 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəlirləri 400 manat məbləğində azaldılır.

Qeyd olunan güzəştlərdən faydalanmaq üçün tələb olunan sənədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”na əsasən müəyyən edilmişdir.

Belə ki, Siyahının 1.7-ci bəndinə əsasən müharibə veteranı vəsiqəsi, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin arayışı və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları Vergi Məcəlləsinin 102.2.7-ci maddəsində nəzərdə tutulmuş güzəşt hüququnu təsdiq edən sənədlərdəndir.

Buna əsasən müəssisənizin ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş əməkdaşlarının müharibə veteranı olması qeyd edilən müvafiq sənədlərlə təsdiq edildiyi halda onlara Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən vergi güzəşti tətbiq ediləcəkdir.

Eyni zamanda bildiririk ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, 1 yanvar 2022-ci il tarixdən etibarən fiziki şəxsin bu maddədə sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır. 

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

0/5 (0 Average count)
Qiymət ver:
Emin Abasov Ayaz th***@gmail.com ID: 5943
Salam Hörmətli DVX əmədaşları. Bildiyimiz kimi 2022-ci il yanvarın 1-dən etibarən kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı zamanı ƏDV, ticarət əlavəsindən tutulacaqdır. Sualım ondan ibarətdirki, müəssisə topdan satış zamanı kənd təsərrüfatı məhsullarının ticarət əlavəsindən tutulan vergini elektron qaimədə necə göstərə bilər? E-qaimədə ƏDV cəlb edilən və cəlb edilməyən hissəyə eyni rəqəm anda yazmaq olmadığından, xahiş edirəm bununla bağlı müraciətimi cavablandırasınız.
11/02/2022 Read: 103 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 159.1-ci maddəsinin müddəalarına əsasən 2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan satışı zamanı tətbiq edilən ticarət əlavəsi ƏDV-nin məqsədləri üçün vergitutuma obyektidir.

Bu zaman ticarət əlavəsi elektron qaimə-fakturanın “ƏDV-yə 18 faiz dərəcə ilə cəlb edilən əməliyyatların dəyəri (manatla)” sütununda, malın alış dəyəri isə elektron qaimə-fakturanın “ƏDV-yə cəlb edilməyən əməliyyatların dəyəri (manatla)” sütununda əks olunur.

Əsas: Vergi Məcəlləsinin 159-cu və 175-ci maddələri.

5/5 (1 Average count)
Qiymət ver:
Orxan Məmmədov Elxan or***@gmail.com ID: 5942
Salam. Sualim VM 102.1.8 ilə bağlıdır. Dövlət sektorunda işləyən ve "gross" əməkhaqqı 4600 AZN olan işci bu məbləğdən 2000 AZN həyat yığım sığortaya köçürə bilərmi? Zəhmət olmasa, izah edərdiniz.
10/02/2022 Read: 163 Average count: 4

Bildiririk ki, Vergi Məcəlləsinin 102.1.8-ci və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddələrinin müddəalarına əsasən 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları müvafiq olaraq gəlir vergisindən və məcburi dövlət sosial sığorta haqqından azaddır.

Buna əsasən işçinin vergiyə cəlb olunan muzdlu işlə əlaqədar hesablanmış gəlirlərinin 50 faizindən çox olmamaqla həyatın yığım sığortasına köçürülən hissəsi çıxılmaqla qalan məbləğdən gəlir vergisi və sosial sığorta haqları hesablanır.

Əsas: Vergi Məcəlləsinin 102-ci və 108-ci maddələri, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu.

4/5 (3 Average count)
Qiymət ver:
İsmayıl Mirzəməmmədov Tacəddin oğlu is***@mail.ru ID: 5937
Salam, muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi işçidən artıq tutularaq ödənilmişdir. Belə olan halda mən həmin artıq ödənilmiş vergini işçiyə hansı qaydada geri ödəyə bilərəm? Xahiş edirəm, izah edərdiz.
10/02/2022 Read: 105 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 87.1-ci maddəsinin müddəalarına əsasən vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, artıq ödənilmiş məbləğlər digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi və vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir.

Eyni zamanda, Vergi Məcəlləsinin 87.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır.

Səhvən ödənilmiş vəsaitin geri qaytarılması üçün vergi orqanına "Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə Ərizə"  ilə müraciət edə bilərsiniz. 

Əsas: Vergi Məcəlləsinin 87-ci maddəsi,Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli Qərarı ilə təsdiq edilmiş "Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları"

5/5 (1 Average count)
Qiymət ver:
Elşən Hacıyev Cəmil si***@gmail.com ID: 5933
Salam. Mənim aktiv VÖEN-im var və itirmişəm. Yenidən necə bərpa edə bilərəm? VÖEN-i bağlamaq üçün nə etmək lazımdır? 2019-cu ildə dünyaya gəlmiş övladım üçün "uşağın anadan olmasına görə birdəfəlik müavinət"i almaqda VÖEN çətinlik yaratdı. VÖEN-i bağlatdırmaq və ya itmiş VÖEN-i bərpa etmək üçün nə etmək lazımdır?
09/02/2022 Read: 91 Average count: 0

Vergi uçotu haqqında şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə fiziki şəxsin sərbəst formada müraciəti (vergi ödəyicilərinə xidmət mərkəzində müraciət vərəqəsi tərtib edildikdə tələb olunmur) əsasında sənədlər daxil olduğu gündən 2 gün müddətində şəhadətnamənin yeni nüsxəsi ödənişsiz olaraq verilir. 

Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Onu da qeyd edək ki, gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda İnternet Vergi İdarəsi portalı üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə ləğvi mümkündür.

Bu barədə ətraflı məlumatı səhifəmizin “Elektron xidmətlər” bölməsindəki  “Fiziki şəxsin vergi uçotundan çıxarılması” elektron xidməti üzrə inzibati reqlament vasitəsi ilə əldə edə bilərsiniz.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması" Qaydaları.

0/5 (0 Average count)
Qiymət ver:
Bəxtiyar Aydınov do***@yandex.ru ID: 5560
Salam. Tibb işçilərinə koronavirusla əlaqədar ödənilən vəzifə maaşına əlavədən gəlir vergisi tutulmalıdırmı? Əgər gəlir vergisi tutulursa bu aylıq gəlir sayılırmı? Məzuniyyət haqqı hesablanarkən bu gəlirlər ora daxildirmi? Əgər üç ayın əlavəsi bir yerdə ödənilirsə gəlir vergisi necə hesablanmalıdır? Aid olduğu ayın gəliri kimi, yoxsa ödəndiyi ayın gəliri kimi? Xahiş edirəm sadə sözlərlə cavablandırasınız. Mümkünsə hər sualı tək tək. Təşəkkür edirəm.
08/02/2022 Read: 347 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 98.1-ci maddəsinə əsasən fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir.

Qanunvericiliyə əsasən əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir.

Əmək Məcəlləsinin 157-ci maddəsinin müddəalarına əsasən işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər. Əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədi ilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin digər formaları tətbiq edilə bilər.

“Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 18.03.2020-ci il tarixli Sərəncamına əsasən yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3–5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilmişdir.

Dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına qeyd olunan əlavələrin vergidən azadolması qanunvericilikdə nəzərdə tutulmamışdır. Buna əsasən dövlət tibb müəssisələrində çalışan işçilərə ödənilən əmək haqlarına qeyd olunan əlavələr həmin şəxslərin muzdlu işdən əldə olunan gəliri olmaqla ümumi qaydada vergiyə cəlb olunur.

Eyni zamanda muzdlu işlə əlaqədar alınan gəlirlər üzrə vergilərin hesablanması Vergi Məcəlləsinin 150.3.1-ci maddəsinə əsasən gəlirin ödənilməsi vaxtı ilə deyil, gəlirin hesablandığı vaxt ilə müəyyən edilir.

Belə ki, Vergi Məcəlləsinin 150.3.1-ci maddəsinin müddəalarına əsasən bu Məcəllənin 150.1.1, 150.1.2, 150.1.8 və 150.1.17-ci maddələrinə uyğun olaraq fiziki şəxslərin hesablanmış aylıq gəlirinə gəlir vergisini hesablamaq və hesablanmış vergini növbəti ayın 20-dən gec olmayaraq büdcəyə köçürmək gəliri ödəyən şəxslərin öhdəliyi kimi müəyyən edilmişdir.

Buna əsasən dövlət tibb müəssisələrində çalışan işçilərə ödənilən əlavələr aid olduğu ayın gəlirlərinə aid edilməklə vergiyə cəlb olunur.

Əlavə olaraq bildiririk ki, Əmək Məcəlləsinin 139-cu maddəsinin müddəalarına əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı hesablanarkən əməyin ödənilməsinin qüvvədə olan sisteminə daxil olmayan birdəfəlik ödənişlər istisna edilməklə bu Məcəllənin 154-cü maddəsinin birinci hissəsi ilə müəyyən edilmiş əmək haqqı anlayışına daxil olan bütün növ ödəmələr nəzərə alınır. Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş siyahısı  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli 137 nömrəli qərarı ilə təsdiq edilmişdir. Dövlət tibb müəssisələrində çalışan işçilərə ödənilən əlavələrin məzuniyyət vaxtı üçün ödənilən orta aylıq əmək haqqı ödənilərkən nəzərə alınıb-alınmaması ilə bağlı aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 98-ci, Əmək Məcəlləsinin 139-cu, 157-ci maddələri və “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 18.03.2020-ci il tarixli Sərəncamı.

5/5 (7 Average count)
Qiymət ver:
Rəşad Dadaşov İslam re***@mail.ru ID: 5551
Salam, müəssisə Hasilatın pay bölgüsü haqqında sazişdə iştirak edir və bu çərçivə üzrə alışlarda 0 dərəcə sertifikatı təqdim edir. Ofis icarəsi və ya işçilərlə bağlı (layihədə iştirak edən) xərclər üzrə də xidmət göstərənlərə 0 dərəcə sertifikat təqdim edilə bilər?
08/02/2022 Read: 255 Average count: 4

Bildiririk ki, malların, işlərin və xidmətlərin təqdim olunması zamanı, o cümlədən ofis icarəsi və işçi heyəti ilə təmin etmə xidmətləri üzrə əməliyyat Şirkəti, Podratçı tərəf və onların Subpodratçıları tərəfindən “ƏDV-dən sıfır (0) faiz dərəcə ilə azad olunma haqqında Sertifikat” təqdim olunduğu halda bu əməliyyatlar ƏDV-yə sıfır (0) faiz dərəcəsi ilə cəlb edilir.

Əlavə olaraq bildiririk ki, hasilatın pay bölgüsü və digər bu qəbildən olan sazişlər üzrə ƏDV-dən sıfır (0) faiz dərəcə ilə azad olunma tətbiq edilən hər bir Podratçı tərəf, əməliyyat şirkəti və onların subpodratçıları bilavasitə əvvəlki təqvim rübündə özünün ƏDV-dən sıfır (0) faiz dərəcə ilə azad olunma haqqında sertifikatın surətlərini birbaşa təqdim etdiyi bütün tərəflərin adları qeyd olunmuş siyahısını Dövlət Vergi Xidmətinə ƏDV üzrə hesabat dövrü başa çatdıqdan sonra ƏDV bəyannaməsinin 8 saylı Əlavəsini doldurmaqla növbəti ayın 20-dən gec olmayaraq təqdim edir.

4/5 (5 Average count)
Qiymət ver: