Официальные веб-сайты Азербайджанской Республики оканчиваются на .gov.az.

Государственные органы взаимодействуют через домен .gov.az (например, my.gov.az).

Список доверенных веб-сайтов

Безопасные веб-сайты используют HTTPS.

В качестве дополнительной меры безопасности проверьте наличие значка замка 🔒 или префикса https:// в адресной строке. Делитесь своими конфиденциальными данными только на официальных и защищённых веб-сайтах.

Выберите язык
Поиск
Amil İsrafilov am***@gmail.com ID: 3930
Salam. Hesabat verdiyim il üzrə müəyyən sanksiyalar və cərimələr ilə üzləşdim. Sualım düzgün rüblük və illik hesabatın verilməsi ilə əlaqədardır. Fiziki şəxs hüquqi şəxslərə xidmət göstərir və xidmətin göstərilməsi başa çatdıqda ödəniş üçün elektron qaimə göndərir. Mikro sahibkar rüb üzrə necə hesabat verməlidir? Və e-taxes.gov.az səhifəsində hansı bölməyə daxil olmalıdır ki, rüb üzrə hesabat versin. Sual 2. İllik hesabat necə verilir?
17/02/2021 Прочитано: 156 Средняя стоимость: 5

Bildiririk ki, gəlir vergisi üzrə hesabat dövrü il olduğu üçün bəyannamələr illik formada hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq təqdim edilir.

Cari vergi ödəmələri isə rüb başa çatdıqdan sonra 15 gün ərzində ödənilməli, rüb ərzində mənfəətdən və ya gəlirdən hesablanmış cari vergi məbləği barədə vergi orqanına arayış təqdim edilməlidir. Cari vergi ödəmələri hesabat ili başa çatdıqdan sonra yenidən haqq-hesab edilir və bu zaman hesablanmış cari vergi məbləği hesabat üzrə vergi məbləğindən çox olduğu halda artıq hesablanmış cari vergi və ona uyğun faiz məbləğləri azaldılır.

Qeyd olunanlara əsasən müraciətinizdə qeyd olunan şəxs gəlir vergisi ödəyicisi kimi, əldə etdiyi gəlirlərdən Vergi Məcəlləsi ilə müəyyənləşdirilən xərcləri çıxmaqla 20 faiz dərəcə ilə vergi ödəməlidir.  Eyni zamanda, mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir.

Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Gəlir vergisinin ödəyiciləri hər rüb başa çatdıqdan sonra növbəti ayın 15-dən gec olmayaraq vergi orqanına cari vergi ödəmələri barədə arayışı və il başa çatdıqdan sonra növbəti ilin mart ayının 31-dən gec olmayaraq "Gəlir vergisi bəyannaməsi"ni vergi orqanına təqdim etməlidirlər.

"Gəlir vergisi bəyannaməsi"nin forması və tərtib edilmə Qaydasını səhifəmizin (www.taxes.gov.az) “Bəyannamə” bölməsindən əldə edə bilərsiniz. 

Əsas: Vergi Məcəlləsinin 101.3-cü, 102.1.30-cu, 149-cu, 151-ci-ci maddələri, Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli 556 saylı “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın təsdiq edilməsi haqqında qərarı.

 

5/5 (1 Средняя стоимость)
Оцените:
Mahmud Novruzlu ma***@mail.ru ID: 3314
Salam, hörmətli vergi əməkdaşları. Öncədən vergi ödəyicilərinin suallarını cavablandırdığınız üçün təşəkkürümü bildirmək istəyirəm. Sualım isə aşağıdakı kimidir: Bakı şəhərində Qeyri rezidentin filialı Dövlət qeydiyyatından keçərək fəaliyyət göstərir. Filialın fəaliyyəti ana müəssisənin (qeyri rezidentin) Azərbaycan Respublikası hüdudlarında xidmət göstərməsi üçün sifarişçilərlə danışıqlar aparmaq, müqavilə (qeyri rezidentlə) bağlanmasında iştirak etməkdən ibarətdir. Yekunda Sifarişçi olan Rezident hüquqi şəxs Qeyri rezidentlə işlərin və xidmətlərin göstərilməsi üçün müqavilə bağlayır və görülən iş və xidmətlərə görə Qeyri rezidenti Vergi Məcəlləsinin 168-ci maddəsinə görə ƏDV- nə, 125-ci maddəsinə görə isə ödəmə mənbəyində 10 % dərəcə ilə vergiyə cəlb edir. Filialın Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığına görə vergi öhdəliyi yaranmır. Ancaq Sifarişçilərin tapılmasına, onlarla danışıqların aparılmasına görə ana müəssisə tərəfindən Filialın işçilərinin əmək haqqı və ona hesablanmış sosial sığorta ayırmaları miqdarında hər ay vəsait ödənilir (bura ödənişlərə görə bank xidməti də daxildir). Həmin vəsaitdən işçilərin əmək haqqı və sosial sığorta ayırmaları istisna olmaqla digər ödənişlər aparılmır. Bilmək istərdik ki, ana müəssisə tərəfindən filiala ödənilən vəsaitdən hər hansı bir vergi öhdəliyi yaranırmı? (filial ƏDV ödəyicisi kimi qeydiyyatdadır)
17/02/2021 Прочитано: 176 Средняя стоимость: 5

Bildiririk ki, sorğuda qeyri-rezident hüquqi şəxsin daimi nümayəndəliyinin Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı qeyd edilsədə bununla bağlı əsaslı məlumatlar qeyd edilməmişdir. Belə ki, Vergi Məcəlləsinin 19.1-ci maddəsində daimi nümayəndəliyin tam və ya qismən sahibkarlıq fəaliyyəti ilə məşğul olması göstərilmiş və daimi nümayəndəliyə aid edilə bilən elementlər Vergi Məcəlləsinin 19.2-ci maddəsində sadalanmışdı.

Eyni zamanda Vergi Məcəlləsinin 19.3-cü maddəsində daimi nümayəndəliyə aid olmayan fəaliyyət növləri qeyd edilmişdir. Vergi Məcəlləsinin bu maddəsində göstərilən fəaliyyət növləri,  o cümlədən qeyri-rezident müəssisənin yalnız özü üçün malların alınması və ya məlumatların toplanması, qeyri-rezident müəssisənin özü üçün hər hansı digər hazırlıq və ya yardımçı xarakterli fəaliyyət göstərməsi kimi fəaliyyətlər daimi nümayəndəlik vasitəsi ilə həyata keçirilən fəaliyyət sayılmır və bu fəaliyyət növləri üzrə mənfəət vergisi öhdəliyi yaranmır.

Bildiririk ki, qeyri-rezident tərəfindən Azərbaycan Respublikasında gəlir əldə etmək üçün nümayəndəlik vasitəsilə müştərilərlə müqavilələrin bağlanması və ya sövdələşmələrin təşkil edilməsi kimi fəaliyyətlər Vergi Məcəlləsinin 19.3-cü maddəsində göstərilən fəaliyyət növlərinə aid edilmir və belə fəaliyyət  daimi nümayəndəlik yaradan fəaliyyət hesab edilir.

Eyni zamanda sorğuda filialın müstəqil sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı qeyd edilsədə filialın ƏDV qeydiyyatında olduğu göstərilmişdir. Bununla bağlı bildiririk ki, sahibkarlıq fəaliyyəti göstərməyən şəxsin ƏDV qeydiyyatına alınması və çəkdiyi xərclər üzrə ödədiyi ƏDV-ni əvəzləşdirmək hüququ yoxdur.

Qeyd olunanlara əsasən sorğuda göstərilən əməliyyatın xarakteri tam açıqlanmaqla və müvafiq təsdiqedici sənədlər, habelə filialın nizamnaməsi, daxil olan pul vəsaitlərinin hərəkəti, filialın fəaliyyəti və onun ƏDV məqsədləri üçün qeydiyyata alınmasının səbəbləri və əməliyyatın mahiyyətini təsvir edən izahatlar, əsaslandırmalarla birlikdə qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.          

Əsas: Vergi Məcəlləsinin 13-cü, 19-cu, 104-cü, 108-ci, 159-cu, 175-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”.

5/5 (1 Средняя стоимость)
Оцените:
Rauf Ibrahimov ma***@list.ru ID: 3536
Salam! Məlum olduğu kimi, Azərbaycan Respublikasının Vergi Məcəlləsininm 13.2.74.-cü maddəsinə əsasən, “13.2.74. kapital – aktivlərdən bütün öhdəliklər çıxıldıqdan sonra vergi ödəyicisinin xalis aktivlərinin dəyəri;”. Yazıb Sizdən xahiş edirəm ki, həm “Mənfəət vergisi Bəyannaməsinin”, həm də “Sadələşdirilmiş vergisi Bəyannaməsinin” 1 saylı Əlavəsinin müvafiq sətir və sütunların kəsişməsi yolu ilə müəyyən edilən xanalardan istifadə etməklə, xalis aktivlərin hesablama düsturunu (düsturlarını) göstərərdiniz.
17/02/2021 Прочитано: 134 Средняя стоимость: 4

Bildiririk ki, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanunun 2.1.6-cı maddəsinə əsasən mühasibat  uçotu mühasibat  uçotu  subyektlərinin  aktivləri,  öhdəlikləri,  kapitalı, gəlir və xərcləri barədə məlumatların yığılması, qeydiyyatı və ümumiləşdirilməsi, habelə maliyyə, vergi və digər hesabatların tərtib edilməsi məqsədi ilə baş vermiş maliyyə-təsərrüfat əməliyyatları üzrə ilkin uçot sənədləri əsasında məlumatların analitik və sintetik uçotunun aparılmasıdır.

Eyni zamanda maliyyə hesabatlarının beynəlxalq standartlarına əsasən mühasibat uçotunun aparılması Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının 30 yanvar 2017-ci il tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən tənzimlənir.

Həmin Qaydaların 2.1-ci bəndinin müddəalarına əsasən aktiv- keçmiş hadisələrin nəticəsi kimi mühasibat uçotu subyekti tərəfindən idarə olunan və ona gələcəkdə iqtisadi səmərə gətirə biləcəyi gözlənilən resurslardır. Öhdəlik – mühasibat uçotu subyektinin kеçmiş hadisələrdən yaranmış və ödənilməsi özündə iqtisadi səmərəni təcəssüm etdirən resurslarının kənara ахını ilə nəticələnən mövcud borcudur. Каpital (xalis aktivlər) – bütün öhdəliklər çıxıldıqdan sonra, mühasibat uçotu subyektinin xalis aktivlərinin dəyəridir.

Əlavə olaraq bildiririk ki, “cəmi aktivlər” mənfəət vergisi və sadələşdirilmiş vergi bəyannamələrinin 1 nömrəli Əlavəsinin 1-ci sətrində, “cəmi kapital” 2.1-ci sətrində və “cəmi öhdəliklər” 2.2-ci sətrində əks olunmaqla vergi ödəyicisi tərəfindən tərtib edilərək vergi orqanına təqdim edilir.

4/5 (3 Средняя стоимость)
Оцените:
Məhəmmədrza Cəfərov mr***@brg.az ID: 3945
Salam. Müəssisə topdan və bundan əlavə ixtisaslaşdırılmış malların pərakəndə satışı ilə məşğuldur. Bəzən müştəri yaxınlaşaraq pərakəndə mal sifariş verir. Sifarişin həcmi məntiqi olaraq bu alışın son istehlak məqsədi daşımadığını biruzə verir. Bunu nəzərə alan satıcı müəssisə alıcıya e-qaimə təqdim edə bilərik, VÖEN-inizi bildirin təklifi edir. Lakin alıcı VÖEN təqdim etmir və NKA çeki ilə (pərakəndə satış) kifayətlənəcəyini bildirir. Satıcı üçün malını satmaq maraqlı olduğu üçün və müştərini qaçırtmamaq üçün NKA çeki ilə satışı həyata keçirir. Bu kimi hallar ümumilikdə çox olur. Bu zaman satıcı üçün hər hansı risk yaranırmı? Riskli vergi ödəyicisi meyyarlarında hər hansı belə bir bənd nəzərdə tutulmamışdır. Və ya satışı topdan dəyərləndirilib e-qaimə təqdim etməməyə görə belə halın ilk dəfə baş verməyinə görə 10% maliyyə sanksiyası tətbiq edə bilərmi?
17/02/2021 Прочитано: 219 Средняя стоимость: 5

Bildiririk ki, vergi qanunvericiliyinə əsasən pərakəndə satış malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti, topdansatış isə malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir.

Pərakəndə satışın bilavasitə sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan, yalnız şəxsi, ailə, məişət və digər bu kimi məqsədlər üçün malların satışını həyata keçirən ticarət fəaliyyəti olduğunu nəzərə alaraq pərakəndə qaydada iri həcmli əmtəə partiyasının müxtəlif fiziki şəxslərə satılması həmin şəxslərin vergi orqanında uçota alınmadan fəaliyyət göstərməsi və potensial vergidən yayınan şəxslər olması ehtimalını yaradır.

Vergi qanunvericiliyinə əsasən isə həm malları sənədsiz qaydada təqdim edən vergi ödəyicilərinə, həm də malları sənədsiz qaydada alan vergi ödəyicilərinə münasibətdə məsuliyyət tədbirlərinin görülməsini nəzərdə tutulmuşdur.

Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 5.1-ci bəndinə əsasən topdansatış ticarəti ilə məşğul olan ticarət obyektlərində malların pərakəndə satışı qadağandır.

Vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan (VÖEN təqdim etməyən) şəxslərə satılan mallara görə əldə olunan pul vəsaiti “Mədaxil qəbzi” ciddi hesabat blankı ilə, satılan malların fiziki şəxslərə təhvil verilməsi isə “Malların fiziki şəxslərə təhvil-qəbul qəbzi” ciddi hesabat blankı ilə rəsmiləşdirilməsi və “Malların fiziki şəxslərə təhvil-qəbul qəbzi” ciddi hesabat blankında mallar təhvil verilən fiziki şəxsin soyadı, adı, atasının adı və digər lazımi göstəricilərinin (FİN) qeyd edilərək qeydiyyatda olduğunuz vergi orqanına təqdim edilməsi Sizə tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 2-ci, 13-cü, 58-ci maddələri və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”.     

5/5 (6 Средняя стоимость)
Оцените:
Mirzəyev Kənan Mehdi ke***@gmail.com ID: 3929
Salam. Hər vaxtınız xeyir olsun. Təcrübə proqramı ilə bağlı müraciət etmişdim. Könüllü fəaliyyət göstərmək üçün necə müraciət edə bilərəm?
17/02/2021 Прочитано: 98 Средняя стоимость: 5

Bildiririk ki, koronavirus (COVİD-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə və virusun qapalı məkanlarda yayılma ehtimalının daha çox olduğu nəzərə alaraq, vergi orqanlarında könüllü fəaliyyətin müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edilmişdir.

Vergi orqanlarında könüllü fəaliyyət bərpa olunduğu zaman bu barədə səhifəmizdə məlumat veriləcək.

5/5 (2 Средняя стоимость)
Оцените:
Elnur Təhməzov he***@gmail.com ID: 4228
Adımızda olan torpaq sahəsinin SUN nömrəsini əldə edə bilmrik. Səbəb torpaq valideyni himayəsindədir öz torpaq sahəm 0.60 kvt. Xahiş edirəm, bu işdə bizə kömək edin, əgər mümkünsə.
16/02/2021 Прочитано: 97 Средняя стоимость: 5

Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə “Fiziki şəxsin uçotu haqqında ərizə” ilə vergi orqanına müraciət edir. Ərizənin 1 və 2 nömrəli Əlavələri doldurulmalı və torpağa mülkiyyət hüququnu təsdiq edən sənədin və torpaq aktının surəti ərizəyə əlavə edilməlidir.

Sığortaedənin uçot nömrəsiin (SUN) əldə olunması ilə bağlı aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

5/5 (4 Средняя стоимость)
Оцените:
Asiman Rəhimzadə Şəhriyar qızı as***@gmail.com ID: 4227
Hər vaxtınız xeyir. Zəhmət olmasa aydınlıq gətirərdiniz, istifadə edilməmiş məzuniyyətə görə kompensasiya (son haqq-hesab) və hesablanmış əmək haqqından tutulmalar ayrı-ayrılıqda olurmu? Yəni son haqq-hesabdan ayrı dsmf, işsizlikdən sığorta, icbari tibbi sığorta, və gəlir vergisi ayrı, hesablanmış əmək haqqından da ayrı tutulur? Təşəkkür edirəm.
16/02/2021 Прочитано: 217 Средняя стоимость: 5

Bildiririk ki, əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilərkən tam iş illərinin kompensasiya haqları ayrı-ayrılıqda, o cümlədən cari iş ilinə görə istifadə olunmamış məzuniyyətə görə ödənilən kompensasiya haqqı ödəniş aparılan ayın əmək haqqına əlavə edilmədən ayrılıqda fiziki şəxslərin gəlir vergisinə və  məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta haqlarına cəlb edilir.

5/5 (3 Средняя стоимость)
Оцените:
Seymur mu***@gmail.com ID: 4226
Salam. Gəlir vergisi ödəyicisi olan fiziki şəxs daxili bazarda satmaq üçün X malı idxal edir və satır. Sual budur ki, gəlir vergisi bəyannaməsini təqdim edərkən gəlirdən çıxılmasına icazə verilən xərclərdə invoys dəyəri, yoxsa gömrük dəyəri nəzərə alınmalıdır?
16/02/2021 Прочитано: 109 Средняя стоимость: 4

Bildiririk ki, ƏDV məqsədləri üçün vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir.

Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir.

Aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir.

Göründüyü kimi, ƏDV məbləği gümrük orqanlarının müəyyən etdiyi dəyərdən hesablansa belə, idxal edilən aktivlərin uçotu formalaşan faktiki dəyərlə aparılmalıdır.

Əsas: Vergi Məcəlləsinin 139.2-ci, 143-cü və 162.1-ci maddələri.

4/5 (2 Средняя стоимость)
Оцените:
Ələsgərova Mətanət Aydın ay***@gmail.com ID: 4223
Salam 250 Azn vergi ödəyicilərinə ödənilən məbləğ hər kəsə 3-4 dəfə verilib. Ancaq mən 2 dəfə almışam. Zəhmət olmasa niyə belə olduğu üçün məlumat verəsiniz.
16/02/2021 Прочитано: 51 Средняя стоимость: 3

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və onların cavabları, maliyyə dəstəyi almış vergi ödəyicilərinin mütəmadi olaraq yenilənən siyahısı, eləcə də digər faydalı məlumatlarla Buradan tanış ola bilərsiniz. Keçiddə mərhələlər üzrə sahibkarlara təqdim olunan maliyyə dəstəyinin hansı sahibkarlara aid olunması ətraflı qeyd olunmuşdur.

 

 

3/5 (2 Средняя стоимость)
Оцените:
Məmmədov Ramin Arif ra***@gmail.com ID: 4222
Salam. Mənzilimin 2012-ci ilin noyabr ayından etibarən çıxarışı mövcuddur. Yasamal rayonunda yerləşir. 2009-cu ildən daim yaşayış olub. Amma bugünə kimi, heç kəs qeydiyyatda olmayıb həmin mənzildə. Alğı-satqı zamanı hər hansısa bir vergi faizi ödənilməlidirmi dövlətə (heç kəs qeydiyyatda olmadığına görə)? Yoxsa bu qanun yalnız qüvvəyə minəndən sonra alınan mənzillərə aiddir? Əgər ödənilməlidirsə, necə hesablanır bu məbləğ? Əvvəlcədən təşəkkür edirəm.
16/02/2021 Прочитано: 68 Средняя стоимость: 0

Bildiririk ki, mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər sadələşdirilmiş verginin ödəyicisi hesab olunur.

1 yanvar 2020-ci il tarixdən fiziki şəxslərin xüsusi mülkiyyətində yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyat müddətindən və ya qeydiyyatda olub-olmamasından asılı olmayaraq həmin yaşayış sahəsinin təqdim edilməsi zamanı 30 kvadratmetr olan sahə sadələşdirilmiş vergidən azad edilir. Bu zaman fiziki şəxs 3 təqvim ilindən az müddətdə qeydiyyatda olduqda yaşayış sahəsi təqdim edərkən həmin yaşayış sahəsinin 30 kvadratmetr olan hissəsi çıxılmaqla qalan sahənin hər kvadratmetrinə sadələşdirilmiş vergi hesablanır. Verginin məbləği satılan mənzilin sahəsinin hər kvadratmetrinə 15 manat olmaqla Vergi Məcəlləsi ilə müəyyən olunmuş əmsalın tətbiq edilməsi ilə müəyyən olunur. 

Eyni zamanda qeyd olunmalıdır ki, fiziki şəxs tərəfindən ailə üzvü olan şəxsə daşınmaz əmlakın təqdim olunması vergi öhdəliyini yaratmır.

Əsas: Vergi Məcəlləsinin 218.4.3-cü, 218-1-ci və 220.8-ci maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
Zaur Həsənov Kərəm za***@gmail.com ID: 4206
Salam, mən onlayn e-sport (e-idman) yarışları təşkil etmək üçün platforma yartamaq istəyirəm. Ödənişli və ödənişsiz şəkildə yarışlara qoşulan oyunçulara nəticəyə uyğun hədiyyələr veriləcək. Oyunlar əsasən məhşur "battle fight online" olan oyunlar olacaq. Bunun hüquqi problemi yarana bilərmi və hansı kateqoriya şirkət olaraq qeydiyyatdan keçirə biləcəyini bilmirə. Kömək etsəz sevinərəm. Təşəkkürlər.
15/02/2021 Прочитано: 85 Средняя стоимость: 0

Bildiririk ki, Azərbaycan Respublikasının ərazisində idman mərc oyunlarını yalnız Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi  tərəfindən akkreditasiya olunmuş hüquqi şəxs (idman mərc oyunlarının operatoru) (bundan sonra - Operator) həyata keçirə bilər.

Bu haqda ətraflı məlumat üçün qeyd olunan Nazirliyə müraciət etməyiniz tövsiyə olunur

0/5 (0 Средняя стоимость)
Оцените:
Bənnayeva Fatimə Yaşar ba***@gmail.com ID: 4205
Salam. Ədv-lərin geri qaytarılması ilə bağlı müraciət edirəm.Skan etdiyim qəbzdə ədv 2.52 Azn dəyərində göstərir lakin gözləmədə bildirişi alıram. Artıq uzun müddətdir hesaba köçməyib. Zəhmət olmasa qaytarılmasını təmin edin.
15/02/2021 Прочитано: 54 Средняя стоимость: 5

Sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün  çek üzərindən araşdırma məlumatlarını (NMQ qeydiyyat nömrəsi, çek tarixi və saat, yekun məbləğ, Fiskal İD, VÖ-nin VÖEN-i, obyekt kodu) təqdim edərək səhifəmizin  "Onlayn müraciətlər" bölməsinin  "Dövlət Vergi Xidmətinə müraciət" altbölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

5/5 (1 Средняя стоимость)
Оцените:
Səmədova Nazilə eynulla na***@rambler.ru ID: 4203
Əmək haqqından tutulan və əməkhaqqına hesablanan 1% tibbi sığorta ödənişlərini hara köçürülməsi barədə rekvizitləri göndərməyinizi xahiş edirəm.
15/02/2021 Прочитано: 75 Средняя стоимость: 0

İcbari tibbi sığorta haqlarının büdcə təsnifatı kodları ilə buradan tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Aygün Səfərli Ovçu sa***@gmail.com ID: 4202
Salam. Mənə Vergilər Naziliyindən mesaj gəlib ki, internet vergi idarəsində olan qutumda oxunulmamış 3 ədə sənəd var. VOEN: 1004458962 mən Voenimi dasyandırmışam. Bu mesajlar niyə gəlir? Və mən haradan oxuya bilərəm həmin mesajları?
15/02/2021 Прочитано: 51 Средняя стоимость: 0

Vergi orqanları tərəfindən vergi ödəyicilərinin elektron qutularına göndərilmiş sənədlər 5 gün ərzində oxunmadıqda bu barədə onların mobil telefon nömrəsinə oxunulmamış məktublar barədə müvafiq məzmunlu SMS göndərilir.

Vergi orqanı tərəfindən vergi ödəyicisinin elektron qutusuna göndərilən sənədlərlə tanış olmaq üçün Vergilər Nazirliyinin www.e-taxes.gov.az rəsmi internet portalına daxil olaraq istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) vasitəsilə İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olub “Gələnlər” qovluğuna keçmək lazımdır.

Bu barədə daha ətraflı məlumatı İnternet Vergi İdarəsinin (www.e-taxes.gov.az) “Yardım” bölməsindən əldə edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Vəlicanov Məzahir İsfəndiyar oğlu ve***@mail.ru ID: 4201
Kafe fəaliyyəti ilə məşğul olanlar zərər kəcmiş sahələrə aid edilirmi?
15/02/2021 Прочитано: 53 Средняя стоимость: 0

Bildiririk ki, ictimai iaşə fəaliyyəti, o cümlədən kafelərin fəaliyyəti pandemiyadan zərər çəkmiş sahə hesab edilir və koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi üçün nəzərdə tutulmuş azadolma və güzəştlər həmin fəaliyyət sahəsində tətbiq olunur.

Əsas: Vergi Məcəlləsinin XVIII fəsli

0/5 (0 Средняя стоимость)
Оцените:
Gülşən Ağayeva Rövşən ag***@icloud.com ID: 4200
Salam. Mən edvgerıal.az saytından fərqli nömrədən qeydiyyyatdan keçmişəm, lakın hal hazırda o nömrəni işlətmədiyim üçün bağlanıb. Mən nömrə dəyişikliyini necə ede bilərəm? Dəyişiklik etmək istədikdə əvvəlki nömrəyə kod gedır, amma nömrə işləmir. Xahiş edirəm, bilirsinizsə, kömək edin.
15/02/2021 Прочитано: 47 Средняя стоимость: 0

Qeyd olunan hal üzrə müvəkkil bank olan “KapitalBank” ilə əlaqə saxlamağınız (012 196) tövsiyə olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Azer Sultanov Yusif oğlu Az***@mail.ru ID: 4199
Mənə Sultanov Kamran Zabit oğlu haqqda VÖEN hesabı lazimdir. Bilmək istəyirəm həmin şəxsin VÖEN-i ləğv olunub yoxsa yox?
15/02/2021 Прочитано: 49 Средняя стоимость: 5

Bildiririk ki, vergi ödəyicisi  Sultanov Kamran Zabit oğlu (VÖEN 7302339462) vergi ödəyicisi kimi uçotdadır və Dövlət Vergi Xidmətinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən fəaliyyəti dayandırılmışdır.

5/5 (1 Средняя стоимость)
Оцените:
Gulya Murad gu***@gmail.com ID: 4197
e-taxes.gov.az-a telefon nömrəsi və PİN-lə daxil olaraq fiziki şəxsin qeydiyyatı bölməsinə keçid etdikdə AVİS kodu və parol tələb olunur. Bunu necə əldə etmək olar? Bu xidmət ASAN imza olmadan fiziki şəxsin onlayn qeydiyyatını nəzərdə tutur, yoxsa mahiyyəti nədən ibarətdir?! Əvvəlcədən təşəkkürlər!
13/02/2021 Прочитано: 61 Средняя стоимость: 5

Bildiririk ki, qeyd etdiyiniz autentifikasiya üsulu yalnız yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron qeydiyyatı üçün nəzərdə tutulub.

Nəzərinizə çatdıraq ki, fiziki şəxs onlayn rejimdə də qeydiyyatdan keçmə imkanına malikdir. Bunun üçün həmin şəxs səhifəmizin "E-xidmətlər" bölməsindən "Fərdi sahibkarların onlayn qeydiyyatı" adlı elektron xidmət vasitəsilə İnternet Vergi İdarəsinə (www.e-taxes.gov.az) daxil olmalıdır. Bunun üçün isə, ilk növbədə, fiziki şəxsin gücləndirilmiş elektron imzası olmalıdır.

Fiziki şəxsin onlayn qaydada qeydiyyatdan keçməsi üçün tələb olunan addımlar barədə daha ətraflı məlumatı "Onlayn kargüzarlıq" internet səhifəsindən istifadə barədə TƏLİMAT-dan əldə edə bilərsiniz.

5/5 (2 Средняя стоимость)
Оцените:
Könül Xələfova am***@gmail.com ID: 4196
Salam. Mən 2-ci qrup əliləm. Bilmək istərdim ki, 10 gündür tədris mərkəzi işlədirəm. VÖEN açdırmışam. Və təkrar əlilliyə görə komissiyadan keçməliyəm. Düz 25 gündür ki, cavab gəlmir. Bilmək istəyirəm VÖEN açılarsa əlillik ləğv edilə bilərmi?
13/02/2021 Прочитано: 58 Средняя стоимость: 0

Bildiririk ki, əlilliyi olan şəxsin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına qanunvericilikdə hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır. 

Bununla belə, əlilliyin müəyyən olunması haqda aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Eldəniz Qasımlı el***@mail.ru ID: 4195
Salam. MMC hüquqi şəxslərə kompüter və periferiya avadanların təmiri və kartriclərin doldurulması xidməti göstərir. MMC sadələşdirilmiş sistemlə vergi ödəyicisi kimi fəaliyyət gostərə bilərmi?
12/02/2021 Прочитано: 81 Средняя стоимость: 5

Bildiririk ki, Vergi Məcəlləsinin müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş vergi ödəyicisi olmaq hüququnuz saxlanılır. 

Müraciətinizdə qeyd olunanlara əsasən, hüquqi şəxs tərəfindən göstərilən xidmətin alıcısı əhali deyil, vergi ödəyicisi kimi uçotda olan şəxslər  olduğu üçün müəssisənin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ olmur. Qeyd olunan fəaliyyət mənfəət vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə mənfəət vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

Hüquqi şəxs mikro sahibkarlıq subyekti hesab olunduğu halda (illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirdən gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxılmaqla qalan fərqdən 75 faiz vergi güzəşti də çıxılmaqla 20 faiz dərəcə ilə, nəticə etibari ilə əldə etdiyi gəlirdən 5 faiz dərəcə ilə gəlir vergisi ödəməlidir.

Əsas: Vergi Məcəlləsinin 104-cü, 106-cı, 218.5.10-cu və 218.6.2-ci maddələri.

5/5 (2 Средняя стоимость)
Оцените: