Официальные веб-сайты Азербайджанской Республики оканчиваются на .gov.az.

Государственные органы взаимодействуют через домен .gov.az (например, my.gov.az).

Список доверенных веб-сайтов

Безопасные веб-сайты используют HTTPS.

В качестве дополнительной меры безопасности проверьте наличие значка замка 🔒 или префикса https:// в адресной строке. Делитесь своими конфиденциальными данными только на официальных и защищённых веб-сайтах.

Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Vergi ödəyicisi borcunun olub-olmamasını Çağrı mərkəzindən (195-1), özünə məxsus gücləndirilmiş elektron imza vasitəsilə İnternet Vergi İdarəsinin "E-bəyannamə, ƏDV-DH və ŞHV" bölməsindən və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə öyrənə bilər. Həmçinin Vergi borcu haqqında məlumatı VÖEN-i qeyd etməklə bu linkdən öyrənə bilərsiniz: https://new.e-taxes.gov.az/etaxes/tax-debts 

Siz banka getmədən onlayn üsulla və ya nağd qaydada ödəniş terminalları vasitəsilə vergilərinizi və digər icbari ödənişlərinizi ödəyə bilərsiniz. Dövlət Vergi Xidmətinin rəsmi saytında “Vergiləri necə ödəyək?” bölməsində təlimat yerləşdirilmişdir, orada göstərilmiş videotəlimata əsasən “Onlayn kargüzarlıq” alt bölməsi vasitəsilə ödəniş kartının məlumatlarından istifadə etməklə ödənilməli olan vergi məbləğini dövlət büdcəsinə ödəyə bilərsiniz. 

"Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin onlayn dayandırılması" təlimatına nəzər yetirərək, istifadəçi tərəfindən obyektin fəaliyyətinin dayandırılması üçün ərizənin onlayn tərtib edilməsi və göndərilməsi qaydası ilə tanış ola bilərsiniz. 

Elektron xidmətlərdən istifadə zamanı yaranan hər hansı sual və ya çətinliklə bağlı Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməyiniz tövsiyə olunur. 

Общая цена: 0/50
Оцените:

Bildiririk ki, Vergi Məcəlləsinin 99.3.8-ci maddəsinə əsasən, vergi ödəyicisinin aktivlərinin ilkin qiymətinin artması ilə bağlı əldə edilən hər hansı digər gəlir  (təqdim olunduğu təqdirdə) - əmək haqqından başqa onun qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəliri hesab edilir. Belə gəlir əldə edən şəxs vergi orqanlarında uçota alınmalı, VÖEN əldə etməli və əldə edilən gəlirdən Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq 14 faiz dərəcə ilə gəlir vergisi hesablayaraq növbəti ilin mart ayının 31-dən gec olmayaraq gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim etməklə dövlət büdcəsinə ödəməlidir.

Əsas: Vergi Məcəlləsinin 99.3.8-ci, 101.2-ci maddələri

Общая цена: 5/54
Оцените:

Bildiririk ki , Vergi Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, vergi məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər – aralarındakı münasibətlər fəaliyyətlərinin iqtisadi nəticələrinə və ya onların təmsil etdiyi şəxslərin fəaliyyətinə bilavasitə təsir göstərə bilən fiziki şəxslər  və ya hüquqi şəxslərdir. Nəzərə alınmalıdır ki, borc müqavilələri faizlə şərtləndirildiyi halda Vergi Məcəlləsinin 110.1 -ci maddəsinə əsasən qarşılıqlı surətdə asılı olan şəxslərin bir-birinə ödədikləri faizlərin faktiki məbləği (hesablama metodundan istifadə edildikdə  ödənilməli faizlərin məbləği) faizlərin aid olduğu dövrdə eyni valyuta ilə, oxşar müddətə verilmiş banklararası kredit hərracında olan və ya hərraclar keçirilmədiyi təqdirdə Azərbaycan Respublikası Mərkəzi Bankının dərc etdiyi banklararası kreditlər üzrə faizlərin orta səviyyəsinin 125 faizdən artıq olmamaqla gəlirdən çıxılır.

Əsas: Vergi Məcəlləsinin 18.1-ci, 110.1-ci maddələri 

Общая цена: 0/50
Оцените:

1. Vergi Məcəlləsinin 102.5-ci maddəsinə əsasən, himayəsində azı üç nəfər (o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr daxil olmaqla ) olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır. Təqaüd, pensiya və işsizlikdən sığorta ödənişi alanlar şəxslər (uşaqlardan başqa), qanuna əsasən tam dövlət təminatında olan şəxslər himayədə olanlara aid edilmirlər.

2. Mülki Məcəllənin 965-ci maddəsinə görə, hesabdakı vəsait müştərinin sərəncamlarına və qarşıya qoyulan tələblərə uyğun ardıcıllıqla silinir:
1. Həyat və sağlamlığa vurulmuş zərər, aliment;
2. Əməkhaqqı və müəlliflik haqları;
3. Dövlət ödənişləri (vergilər, sığorta haqları, bələdiyyə ödənişləri);
4. Verilmiş kreditlər və digər pul tələbləri;
5. Başqa pul tələblərinin yerinə yetirilməsini nəzərdə tutan icra sənədi əsasında verilən ödəniş sərəncamı üzrə hesabdan silmə;
6. Qalan ödənişlər təqvim ardıcıllığı ilə silinir.

3. Təklif və müraciətlərinizi  office@taxes.gov.az  ünvanına göndərə bilərsiniz.

Əsas:  Vergi Məcəlləsi 102.5, 102.6-cı maddələri; Mülki Məcəllə 965-ci maddəsi

Общая цена: 5/52
Оцените:

Bildiririk ki, 2025-ci lin yanvarın 1-dən etibarən Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsində qeyd olunan  fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin həmin fəaliyyət növlərindən təqvim ili üzrə əldə etdiyi gəlirlər (xərclər nəzərə alınmadan) həcmi 45000 manata qədər olduqda həmin gəlirlərin 75 faizi gəlir vergisindən azaddır. 
Vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda bu maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə şamil edilmir.
Vergi Məcəllənin 102.1.30-1-ci maddəsində nəzərdə tutulan fəaliyyət sahələrində muzdlu işçi kimi çalışan fiziki şəxsin əmək müqaviləsinə xitam verildiyi, həmin fəaliyyətlə fərdi sahibkar kimi məşğul olduğu və fərdi sahibkar kimi fəaliyyətə başladığı tarixdən bir il müddətində eyni xidmətləri tam və ya qismən əvvəlki işəgötürənə göstərdiyi halda, həmin fərdi sahibkara bu Məcəllənin 102.1.30-1-ci maddəsində nəzərdə tutulan güzəşt şamil edilmir. 
Əlavə olaraq nəzərinizə çatdırırıq ki,  nəzərdə tutulan fəaliyyət sahələri ilə məşğul olan fiziki şəxs eyni zamanda digər fəaliyyət sahəsi ilə də məşğul olduqda, 102.1.30-1-ci  maddədə nəzərdə tutulan güzəşt hüququndan yalnız o halda istifadə edə bilər ki, həmin fəaliyyət  sahələrindən əldə edilən illik gəlirlərin illik ümumi gəlirlərdə xüsusi çəkisi 50 faizdən az olmasın.
Sorğunuza cavab olaraq bildirik,ki optimal qərarların seçilməsi məsələləri üzrə məsləhət xidmətləri 102.1.30-1 ci maddədə qeyd edilən fəaliyyət növünə aid edilmədiyindən nəzərdə tutulan güzəşt şamil edilməyəcək.
Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərinə görə etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilmiş məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas : Vergi  Məcəlləsinin 102.1.30-1-ci  maddəsi.

Общая цена: 0/50
Оцените:

Nəzərinizə çatdırırıq ki, qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə olunan gəlirlərinin ödəmə mənbəyində vergiyə cəlb olunması Vergi Məcəlləsinin 125-ci maddəsi ilə, ƏDV-yə cəlb olunması isə bu Məcəllənin 169-cu maddəsi ilə tənzimlənir. Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinin müddəalarına əsasən qeyri-rezidentin, Vergi Məcəlləsinin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən əldə edilən digər gəlirlərindən ödəmə mənbəyində xərclər çıxılmadan 10 faiz dərəcə ilə vergi tutulur. Azərbaycan mənbəyindən əldə olunan gəlirlər  dedikdə Vergi Məcəlləsinin 13.2.16-cı maddəsində qeyd olunan gəlirlər nəzərdə tutulur. 

Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinin müddəalarına əsasən məsləhət, hüquq, mühasibat, mühəndis və ya reklam xidmətlərinin, həmçinin məlumatların işlənilməsi üzrə xidmətlərin və digər analoji xidmətlərin göstərilməsi zamanı ƏDV-yə işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda həmin daimi nümayəndəliyin olduğu yer üzrə cəlb olunur. Vergi tutulan əməliyyatın vaxtı ödəmənin həyata keçirildiyi vaxt sayılır. Ödəmə əməliyyatın həyata keçirilməsinədək aparıldıqda, vergi tutulan əməliyyat ödəmə həyata keçirildikdə aparılmış sayılır. Verginin məbləği  qeyri-rezidentə ödənməli olan məbləğə (ƏDV nəzərə alınmadan) 18 faiz tətbiq edilməsi yolu ilə müəyyənləşdirilir. 

Əsas: Vergi Məcəlləsi 13.2.16, 125.1.5, 168.1.5, 169.3,173.1-ci maddələri.

Общая цена: 3/52
Оцените:

Vergi Məcəlləsinin 218.4.1-ci maddəsinə əsasən mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin  daşımalarını  o cümlədən taksi xidmətlərini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir . Bu fəaliyyətlə bağlı vergi öhdəlikləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada “Fərqlənmə nişanı” almaqla yerinə yetirilir. Fərqlənmə nişanı hər bir avtomobil nəqliyyatı vasitəsi üçün  təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarımil və ya il üçün Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin AYNA informasiya sistemi vasitəsilə elektron qaydada alınmalıdır.
Vergi Məcəlləsinin 221.6-ci maddəsinə əsasən 218.4-cü maddədə göstərilən şəxslər digər fəaliyyət növü üzrə əldə etdikləri gəlirlərin və xərclərin uçotunu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparırlar. Həmin şəxslərin bu fəaliyyət növləri üzrə mənfəəti (zərəri) digər fəaliyyət növündən əldə edilmiş mənfəətə (zərərə) aid edilmir. 
Əsas:Vergi Məcəlləsinin 218.4-cü ve 221.6-cı maddələri.

Общая цена: 0/50
Оцените:

Bildiririk  ki, Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinə əsasən, müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizinə  güzəşt tətbiq edilir.
Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir.
Vergi ödəyicisi vergi güzəştinin tətbiqi məqsədilə bu maddədə müəyyən edilən şərtlərə cavab vermədikdə və növbəti hesabat ilində mikro sahibkarlıq subyektindən digər kateqoriya sahibkarlıq subyektinə keçdikdə hüquqi şəxsin mikro sahibkar olduğu əvvəlki 3 təqvim ilinin yekunlarına görə hesablanmış və ödənilmiş mənfəət vergisinin 75 faizi həcmində vergi güzəşti müəyyən edilməklə digər sahibkarlıq subyekti olduğu dövrlərdə mənfəət vergisi öhdəliyindən çıxılır.
Vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda bu maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə münasibətdə tətbiq edilmir.
Sorğunuza cavab olaraq bildiririk ki, orta işçi sayının hesablanması üçün dövr kimi təqvim ili , MDSS  üçün dövr kimi illik göstəricilər nəzərə alınır. 

Əsas: Vergi Məcəlləsinin 106.1.20-ci maddəsi

Общая цена: 0/50
Оцените:

Bildiririk ki, 2025-ci ilə aid olan mükafat işçiyə 2026-cı ilin fevral ayında ödənildiyi halda, həmin mükafat üzrə gəlir vergisi tutulmaları 2026-cı ildə qüvvədə olan vergi qanunvericiliyinə əsasən aparılmalıdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən, gəlir vergisi üzrə vergitutma obyekti gəlirin faktiki əldə edildiyi tarixdə formalaşır. Bu zaman gəlirin hansı dövrə aid olması deyil, işçiyə faktiki olaraq ödənildiyi (verildiyi) tarix əsas götürülür.
Bu baxımdan, mükafat 2025-ci ilə aid olsa da, əgər ödəniş 2026-cı ilin fevral ayında həyata keçirilirsə, həmin gəlir 2026-cı ildə əldə edilmiş gəlir hesab olunur və gəlir vergisi üzrə tutulmalar 2026-cı ilin qanunvericiliyinə uyğun olaraq aparılmalıdır.

Общая цена: 5/52
Оцените:

Bildiririk ki, sorğunuzda qeyd olunan bank hesabı üzrə ödənişlərin həyata keçirilməsi ilə bağlı ətraflı məlumatın əldə olunması  üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət etməyiniz tövsiyə olunur.         
Eyni zamanda bildiririk ki, Vergi Məcəlləsinin 99.3.8-ci maddəsinə əsasən, vergi ödəyicisinin aktivlərinin ilkin qiymətinin artmasını göstərən hər hansı digər gəlir (təqdim olunduğu təqdirdə) - əməkhaqqı istisna olmaqla şəxsin qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəliri hesab olunur. 
Bu halda, gəlir əldə edən şəxs vergi orqanlarında uçota alınmaqla VÖEN əldə etməli və əldə edilən gəlirdən Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq 14 faiz dərəcə ilə gəlir vergisi hesablayaraq növbəti ilin mart ayının 31-dən gec olmayaraq gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim etməklə dövlət büdcəsinə ödəməlidir.

Əsas: Vergi Məcəlləsinin 99.3.8-ci və 101.2-ci maddələri.

Общая цена: 0/50
Оцените:

Bildiririk ki, Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə etdiyi gəlirlərindən verginin tutulması Vergi Məcəlləsinin 125-ci maddəsi ilə, Azərbaycan mənbəyindən gəlirin əhatə dairəsi isə Vergi Məcəlləsinin 13.2.16-cı maddəsi ilə tənzimlənir. Buna əsasən Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezident sosial media platformaları tərəfindən elektron ticarət qaydasında göstərilən reklam xidmətlərinə görə əldə etdikləri gəlirlərdən ödəmə mənbəyində vergi tutulmur. Bununla yanaşı, Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezident sosial media platformaları tərəfindən rezident şəxslərə reklam xidmətlərinin göstərilməsi 18 faiz dərəcə ilə ƏDV-yə cəlb edilir.

Belə ki, Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinin müddəalarına əsasən reklam xidmətlərinin göstərilməsi zamanı ƏDV-nin məqsədləri üçün işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu yer hesab olunur. Nəzərinizə çatdırırıq ki, vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmişdirsə, hesablanan vergi, əməliyyatın aparıldığı ay üçün ƏDV-nin bəyannaməsi verilərkən ödənilir. Hesablanan verginin ödənilməsini təsdiq edən ödəmə sənədi bu Məcəllənin 175-ci maddəsinin müddəalarına uyğun olaraq vergi agentinə ƏDV-nin məbləğini əvəzləşdirmək hüququnu verən elektron qaimə-fakturadır. 

Vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməmişdirsə, o hesablanan vergini bu maddəyə uyğun olaraq qeyri-rezidentə ödəmə verildikdən sonra 7 gün ərzində ödəməyə və növbəti ayın 20-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada ƏDV bəyannaməsi verməyə borcludur. Bu Məcəlləyə uyğun olaraq vergi agentinin qeyri-rezidentə ödənilməli olan məbləğ ƏDV-nin hesablanması üzrə əməliyyatları vergi agentinin ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmasına görə müəyyənləşdirilən vergi tutulan əməliyyatlarına aid edilmir. Vergi agenti qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV-ni hesablayaraq büdcəyə ödədikdə, ödəniş sənədlərində vergini qeyri-rezidentdə ödədiyi məbləğdən hesabladığı barədə müvafiq qeyd aparmalıdır.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 125-ci, 168-ci, 169-cu maddələri. 

Общая цена: 4/58
Оцените:

Bildiririk ki, Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, daşınan və daşınmaz əmlak üçün icarə haqqından gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. 

Qeyd olunanlara əsasən, rezident fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi öhdəliyi ödəmə mənbəyində (14 faiz dərəcə ilə) icarəyə götürən şəxslər tərəfindən yerinə yetirilir.

İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda isə icarəyə verən fiziki şəxs özü və ya onun təyin etdiyi vergi agenti  14 faiz dərəcə ilə vergini  ödəyir və bu Məcəllənin 33-cü və 149-cu maddələrinə uyğun olaraq vergi uçotuna alınıb bəyannamə verir.

Vergi məcəlləsinin 58.1-ci maddəsinə əsasən  Verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Hesablanmış vergi məbləğləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən ödənilməmiş vergi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Müəyyən edilmiş faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir.

Общая цена: 5/53
Оцените:

Bildiririk ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə, fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.

Sorğunuza cavab olaraq bildiririk ki, vergi ödəyicisi Azərbaycan Respublikasında fəaliyyətini dayandırdıqda, habelə, vergi ödəyicisi olan fiziki şəxsin fəaliyyətinə xitam verildikdə 30 gün müddətində vergi orqanlarına bəyannamə verməlidir. Bu maddənin məqsədləri üçün hesabat dövrü vergi ilinin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı və ya fiziki şəxsin fəaliyyətinə xitam verildiyi günə qədər olan dövrü əhatə edir. Eyni zamanda, vergi ödəyiciləri uçotda olduqları vergi orqanına "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsini rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq təqdim etməlidirlər.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 149-cu maddələri.

Общая цена: 5/52
Оцените:

Bildiririk ki, dövlət qeydiyyatı məlumatlarında dəyişiklik edilməsi üçün müraciət “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında Ərizə” formasında edilir. Bu zaman müraciət edən ərizədə onun dəyişiklik aparılması məqsədilə təqdim edildiyini işarə edir və kommersiya hüquqi şəxsin adını (adı dəyişdikdə yeni adını) və VÖEN-nin, habelə nizamnamənin dəyişiklik edilmiş məlumatlarının yeni redaksiyasını qeyd edir. Ərizəyə aparılacaq dəyişikliyi təsdiq edən sənədlər (qərar və s.), kommersiya qurumunun dövlət qeydiyyatı haqqında şəhadətnamə, möhür, habelə nizamnaməyə dəyişiklik əlavə edilməlidir. 

Aparılan dəyişiklik nəticəsində qurumun adı və ya hüquqi ünvanı dəyişikliyə məruz qalırsa, bu halda reyestrdən çıxarışla birgə qeydiyyat şəhadətnaməsi də vergi orqanı tərəfindən yenidən hazırlanıb təsdiq olunur. 

Cəmiyyətin yeni adının dövlət qeydiyyatına alınması üçün qeyd edilənlər nəzərə alınmaqla hüquqi şəxsin qeydiyyatda olduğu vergi orqanına müraciət edilməlidir.

Hüquqi şəxslərin qeydiyyatına dair ərizə və sənəd nümunələrini Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsinin “Bir pəncərə” bölməsinin “Lazımi sənədlər” altbölməsindən, kommersiya hüquqi şəxsin məlumat dəyişikliyi üçün lazımi sənədlərin siyahısını isə “Xidmətlər” bölməsinin “Vahid standartlar” altbölməsindən əldə edə bilərsiniz.

Sorğunuza cavab olaraq bildiririk ki, hüquqi şəxsin adının dəyişdirilməsi ilə bağlı onlayn müraciət forması mövcud deyil. 

Əsas: Vergi Məcəlləsinin-nin 34-cü maddəsi, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli Qanun, Vergilər nazirinin 14.03.2019-cu il tarixli 1917040100291100  nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında kommersiya qurumlarının və publik hüquqi şəxslərin dövlət qeydiyyatının  aparılmasına dair Metodiki Göstəriş”

Общая цена: 5/51
Оцените:

Bildiririk ki, vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir. Gömrük qanunvericiliyinə uyğun olaraq idxal olunan malların gömrük dəyəri müəyyənləşdirilərkən həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri bu malların gömrük dəyərinə aid edilir.

Qeyd olunanlara əsasən idxal olunan malların anbara mədaxil dəyəri həmin malların alışı dəyəri (invoys dəyəri), rüsumlar və vergilər, habelə həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri daxil olmaqla faktiki ödənilmiş məbləğlər əsasında müəyyənləşdirilir.

Əlavə olaraq bildiririk ki, mallar Azərbaycan Respublikasına idxal olunarkən gömrük orqanları tərəfindən malların statistik dəyərinin hesablanması yalnız gömrük məqsədləri üçün istifadə olunur.


Əsas: Vergi Məcəlləsinin 139-cu və 162-ci maddələri və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsi. 

Общая цена: 5/52
Оцените:

Kriptovalyuta üzrə əməliyyatlardan gəlir əldə edən fiziki şəxslər vergi orqanlarında uçota alınmaqla VÖEN əldə etməli və əldə edilən gəlirdən Vergi
Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq 14 faiz dərəcə ilə gəlir vergisi hesablayaraq növbəti ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə dövlət büdcəsinə ödəməlidir. Belə ki, Vergi Məcəlləsinin 99.3.8-ci maddəsinə əsasən vergi ödəyicisinin aktivlərinin ilkin qiymətinin artdığını göstərən hər hansı digər gəlir (təqdim olunduğu təqdirdə) - əmək haqqından başqa onun qeyri sahibkarlıq fəaliyyətindən əldə olunan gəliri hesab olunur. Gəlirin əldə edildiyi vaxt alınmış kriptovalyutanın təqdim olunduğu vaxtda hesab edilir və vergiyə cəlb olunan gəlir kimi kriptovalyutanın alındığı vaxtla təqdim edildiyi tarixə olan qiymət artımı əsas götürülür. Əlavə olaraq bildiririk ki, vergi ödəyicisi tərəfindən kriptovalyuta alqı-satqısı üzrə həyata keçirilən nağdsız ödəniş əməliyyatları Vergi Məcəlləsinin 35-ci maddəsinə uyğun olaraq açılmış hesablar üzərindən aparılmalıdır.

Əsas: Vergi Məcəlləsinin 35-ci, 99-cu, 101-ci və 149-cu maddələri.

Общая цена: 0/50
Оцените:

Bildiririk ki, Vergi Məcəlləsinin 166.1.3-cü maddəsinə əsasən, təqdim edilmiş mallar (işlər, xidmətlər) üzrə yaranan debitor borclar üzrə iddia müddətinin bitdiyi vaxt ƏDV tutulan əməliyyatın vaxtı müəyyən edilir. İddia müddətinin başlanması və dayandırılması, habelə iddia müddətinin bitməsi Mülki Məcəllə ilə tənzimlənir.

Məlumat üçün qeyd edək ki, Mülki Məcəllənin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. İddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır. İddia hüququ isə şəxsin öz hüququnun pozulmasını bildiyi və bilməli olduğu gündən əmələ gəlir.

Müqavilə tələbləri üzrə iddia müddəti üç il qeyd edilib.  Sorğunuza cavab olaraq bildiririk ki, iddia müddəti bitdikdən sonra debitor borclara ƏDV hesablanıb büdcəyə ödənilməlidir. 

İddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır. İddia hüququ isə şəxsin öz hüququnun pozulmasını bildiyi və bilməli olduğu gündən əmələ gəlir.

Əsas: Vergi Məcəlləsinin 166-cı maddəsi, Mülki Məcəllənin 372-ci, 373-cü  maddələri.

 

Общая цена: 5/54
Оцените:

Bildiririk ki, Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, daşınan və daşınmaz əmlak üçün icarə haqqından gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. 

Qeyd olunanlara əsasən, rezident fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi öhdəliyi ödəmə mənbəyində (14 faiz dərəcə ilə) icarəyə götürən şəxslər tərəfindən yerinə yetirilir.

İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda isə icarəyə verən fiziki şəxs özü vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı (VÖEN almalı) və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə vergini hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə hesablanmış gəlir vergisini dövlət büdcəsinə ödəməlidir.

Vergi məcəlləsinin 58.1-ci maddəsinə əsasən  Verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Hesablanmış vergi məbləğləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən ödənilməmiş vergi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Müəyyən edilmiş faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir.

Bununla yanaşı, Vergi Məcəlləsinin 71-1.1-ci maddəsinin müddəalarına əsasən malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı təqdim (tərtib) etməlidir.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 58-ci, 71-ci, 124-cü maddələri. 

Общая цена: 5/51
Оцените:

Sorğunuza cavab olaraq bildiririk ki, 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, vergi ödəyicisi tərəfindən eyni əməliyyat üzrə bu Məcəllənin 58.7-ci maddəsində nəzərdə tutulmuş hesablaşma qaydalarının pozulması hallarına eyni vaxtda yol verildikdə, həmin qanun pozuntularına bir pozuntu halı kimi baxılır və maliyyə sanksiyası bir dəfə tətbiq edilir.

Vergi Məcəlləsinin 58.7-ci maddəsində qeyd olunan qanun pozuntuları eyni vaxtda yol verilmədikdə hər bir pozuntuya ayrı hal kimi baxılaraq  maliyyə sanksiyası tədbiq ediləcək. 

 

 

Общая цена: 4/54
Оцените:

“Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatların verilməsi” elektron xidmətindən  istifadə edərək “VÖEN-ə görə” və “Ada görə” axtarış etməklə müvafiq məlumatı əldə edə bilərsiniz.  https://new.e-taxes.gov.az/etaxes/taxpayer-info

Nəzərinizə çatdırırıq ki, "Ada" görə axtarış zamanı adınızda hərf səhvi olmamalıdır. Adınızın hər bir hərfi böyük hərflərlə yazılmalıdır. Hər ad özünə uyğun bölmədə yazılmalıdır. 
Məsələn; " ƏLİ - ƏLİYEV - ƏKBƏR "

Общая цена: 5/53
Оцените: