Xarici investisiyalı kommersiya qurumunun dövlət qeydiyyatına alınması
- Notariat qaydasında təsdiq olunmuş "Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizə"
- "Təsisçi-fiziki şəxslər barədə məlumat"
- Təsisçi fiziki şəxsin (şəxslərin) şəxsiyyətini təsdiq edən sənədin surəti
- "Təsisçi-hüquqi şəxslər barədə məlumat"
- Təsisçi hüquqi şəxsin (şəxslərin) dövlət qeydiyyatı haqqında şəhadətnamələrinin (dövlət reyestrindən çıxarışların) və nizamnamələrinin notariat qaydasında təsdiq olunmuş surəti
- Qurumun təsisçisi (təsisçiləri) və ya səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnaməsi 2 nüsxədə
- Qurumun təsis edilməsi, nizamnaməsinin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması haqqında qərar (qərarlar)
- Təsisçi xarici hüquqi şəxs olduqda, onun xarici ölkədə qeydiyyatını təsdiq edən sənədlər - qeydiyyat şəhadətnaməsinin (reyestrdən çıxarışın) və digər sənədlərin notariat qaydasında təsdiq olunmuş surəti (leqallaşdırılmaqla (xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən 1961-ci il tarixli Haaqa Konvensiyası nəzərə alınaraq))
- Təsisçi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda, onun hər hansı bir ölkədə təsərrüfat fəaliyyəti ilə məşğul olmasını təsdiq edən sənəd (leqallaşdırılmaqla (xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən 1961-ci il tarixli Haaqa Konvensiyası nəzərə alınaraq))
- "Yenidən təşkil olunmuş hüquqi şəxs barədə məlumat" (yenidən təşkil nəticəsində yaradılan kommersiya qurumu üçün)
- "Müşahidə şurasının üzvləri barədə məlumat" (kommersiya qurumu cəmiyyət olduqda və ərizə təqdim edilən tarixə cəmiyyətin müşahidə şurası seçilmişdirsə (şəxsiyyəti təsdiq edən sənədlərin surətləri əlavə edilməklə))
- "Xüsusi vergi rejiminin tətbiqi barədə məlumat" (xüsusi vergi rejimi ilə fəaliyyət göstərəcəksə)
- Qanuni təmsilçinin şəxsiyyəti təsdiq edən sənədin surəti
- Hüquqi ünvanını təsdiq edən sənəd
- Dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd (qəbz)
- Məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində nizamnamə kapitalının ödənilməsinin müəyyən müddətdə şərtləndirildiyi hallar istisna olmaqla nizamnamə kapitalının ödənilməsini təsdiq edən sənəd (bank qəbzi, daşınmaz əmlakın ipotekası və s.)
- Nizamnamə kapitalına pul formasında ödənilməyən əmlakın qiymətləndirilməsi haqqında müstəqil auditor rəyi
- Ərizə ilə müraciət edənin şəxsiyyət vəsiqəsi
- Etibarnamə (ərizə vəkil etdiyi şəxs tərəfindən imzalandıqda)
- Bank, sığorta, maliyyə-sənaye qrupu yaradıldıqda müvafiq olaraq Mərkəzi Bankın, Maliyyə Nazirliyinin və İqtisadiyyat Nazirliyinin müvafiq orqanının ilkin razılığını təsdiq edən sənəd.