Официальные веб-сайты Азербайджанской Республики оканчиваются на .gov.az.

Государственные органы взаимодействуют через домен .gov.az (например, my.gov.az).

Список доверенных веб-сайтов

Безопасные веб-сайты используют HTTPS.

В качестве дополнительной меры безопасности проверьте наличие значка замка 🔒 или префикса https:// в адресной строке. Делитесь своими конфиденциальными данными только на официальных и защищённых веб-сайтах.

Выберите язык
Поиск
Rüstəmov Şahmar Mehman, ru***@gmail.com ID: 241
Salam. Dövlət Sosial Müdafiə Fondunun işçiləri məlumat verdi ki, Sığortaedənin uçot nömrəsi(SUN) nömrə vergi orqanının xidmət mərkəzlərində verilir. Ancaq Vergi orqanının xidmət mərkəzlərində SUN nömrə verilməməsi barədə vergi işçiləri məlumat verdilər. SUN nömrənin hansı orqanda verilməyi barədə məlumat verməyinizi xahiş edirəm.
12/10/2019 Прочитано: 159 Средняя стоимость: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 33.10-cu maddəsinə əsasən Vergi orqanı bu Məcəlləyə uyğun olaraq vergi ödəyicilərini uçota aldıqdan sonra 1 iş günü müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron formada məlumat verir.  Qeyd olunan maddədə “orqan” dedikdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olub  özü-özlərini və başqalarını sığortaedən fiziki şəxslərin DSMF orqanlarında sığortaedən və sığortaolunan kimi uçotu Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təqdim etdiyi uçot məlumatları əsasında aparılır.

Qeyd olunanlara əsasən, Sığortaedənin uçot nömrəsiin (SUN) əldə olunması ilə bağlı aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

5/5 (2 Средняя стоимость)
Оцените:
Məmmədov Fərid Rasim al***@gmail.com ID: 240
Salam bilmək istərdim Vergi Məcəlləsinin 102.2.5 -ci maddəsinin (həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının; ) müddəaları 1941-1945-ci illərdə həlak olmuş və ya döyüşüb sonradan həlak olmuş şəxslərin övladlarına şamil edilirmi?
12/10/2019 Прочитано: 192 Средняя стоимость: 4

Qanunvericiliyə edilmiş dəyişikliyə əsasən həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin  övladlarının muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır. Maddədə qeyd olunan güzəştdən İkinci dünya müharibəsi zamanı həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin övladları da istifadə edə bilərlər.

Güzəşt hüququ olan şəxs doğum haqqında şəhadətnamə və aşağıda qeyd olunan sənədlərdən birini təqdim etməklə müvafiq güzəştdən istifadə edə bilər:

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi;

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin arayışı;

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları;

Əsas: Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi.

4/5 (4 Средняя стоимость)
Оцените:
Əmirova Nəcibə Muxbir pa***@mail.ru ID: 239
Tibbi avadanlıqlar şəxsi hesabla yəni fiziki şəxsin hesabı ilə ev adınan ukraniyadan gəlib və o tibbi avadanlıqlar klinika huquqi səxs MMC-də istifadə olunarsa (yəni tibbi avadanlıqlar MMC-nin hesabına yox şəxsi hesaba gəlib və şəxsi yəni fiziki şəxsin özü öz mülkiyyəti olan klinikasında istifadə edir baxmayaraq ki, klinika huquqi səxs kimi qeydiyyatdan keçib) bu avadanlıqlar balansa salınmalıdır? Və ya əsas vəsait kimi qiymətləndirilməlidir ?
12/10/2019 Прочитано: 141 Средняя стоимость: 5

Mülki qanunvericilikdə təsisçi ilə onun təsis etdiyi müəssisəyə ayrı-ayrı şəxslər kimi baxılır, hüquqi şəxsin təsisçisi hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin öhdəlikləri üçün cavabdehlik daşımır.

Bu baxımdan da təsisçi əmlakını təsis etdiyi hüquqi şəxsə istifadəyə verəndə tərəflər arasında icarə müqaviləsi bağlanmalıdır.

Hüquqi şəxsin təsisçisi ilə hüquqi şəxs vergi məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər hesab edilirlər və bu şəxslər arasında bağlanmış əqd üzrə vergi öhdəlikləri müəyyən olunarkən bazar qiyməti nəzərə alınmalıdır.

Müvafiq qaydada icarə müqaviləsi və ay alğı-satqı müqaviləsi tərtib edildiyi halda hüquqi şəxs əsas vəsaiti balansa salaraq amortizasiya xərci hesablaya bilər.

Əsas: Vergi Məcəlləsinin 14.3.2-ci 18.2.1-ci maddələri, Mülki Məcəllənin 52-ci və 700.1-ci maddələri.

5/5 (3 Средняя стоимость)
Оцените:
Asəf Ağasızadə Balağa ba***@mail.ru ID: 238
Salam, mən 2014-cü ildə VÖEN açdırmışam, heç bir sahibkarlıqla məşğul olmamışam və ehtiyac olmadığı üçün VÖEN-i necə ləğv edə bilərəm?
12/10/2019 Прочитано: 117 Средняя стоимость: 5

Bildiririk ki, vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnaməni (vergi orqanından təhvil götürüldüyü halda onun əslini) şəxsən və ya səlahiyyətli nümayəndə (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya poçt vasitəsilə vergi orqanına təqdim edə bilərsiniz. Eyni zamanda, gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi.

5/5 (1 Средняя стоимость)
Оцените:
Gülxar Qazızadə Əli gu***@yahoo.com ID: 237
Bilmək istəyirəm ki, hal hazırda (min ə/h 250 AZN olduqdan sonra) dövlət müəssisələrində (qeyri-neft sektoru) gəlir vergisi əmək haqqının hansı məbləğdən yuxarı hissəsindən tutulur.
12/10/2019 Прочитано: 112 Средняя стоимость: 0

Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat məbləğində olan hissəsi gəlir vergisindən azad edilmişdir.

Qeyd olunan maddədə hər hansı dəyişiklik edilməmişdir.

0/5 (0 Средняя стоимость)
Оцените:
Mahirə İsmayılova az***@gmail.com ID: 236
Salam .Mənim sualım ezamiyyə ilə bağlıdır . Müəsissə ƏDV ödəyicisidir. Ölkəyə taxta və dikt idxali və onların satışı ilə məşğuldur. Müəsisiənin direktoru eyni zamanda ,müəssisənin təsisisçisidir . Müəsissənin daxili əmrinə əsasən təsisçi idxalın genişləndirilməsi məqsədi ilə Rusiya Federasiyasına Yeni muqavilələrin bağlanması ilə bağlı ezamiyyəyə gedib. Onuda qeyd edim ki, iş birliyi ilə əlaqədar dəvət edən tərəf müəsissənin rəhbərini nə yaşayış yeri ilə,nədə ki,digər xərclərlə təmin etmir. Aviabilet ( gediş- gəliş )və mehmanxana xərci müəsissənin adına acılmış Biznes kart vasitəsi ilə həyata keçirilib.Lakin ezamiyyə vaxtı yaranan əlavə xərcləri təsisçi öz şəxsi vəsaitindən, nəğd şəkildə həyata keçirib.(Məsələn, restoran da iş görüşməsi zamanı nahar yeməyi və s. digər xərclər ) Ezamiyyə zamanı yemək və digər xərcləri təsisci öz vəsaitindən ödəyirsə, bu halda müəsissə həmən xərcləridə avia bilet və mehmanxana xərclərinin üstünə gələrək nəzərə almalı və müəssisənin xərclərinə əlavə etməlidirmi? Və həmin məbləğ təsisciyə geri ödənilməlidirmi? Gələcəkdə audit və digər təftiş açıldığı zamanı müəsissənin adına olan biznes kartla ezamiyyə xərcinin ( avia bilet və mehmanxana xərci ) ödənişi ilə bağlı hər hansı bir irad tutula bilərmi ? Ezamiyyə xərcindən hər hansi bir vergi tutulması varmı? Xahiş edirəm suallarıma aydınlıq gətirəsiniz.
12/10/2019 Прочитано: 283 Средняя стоимость: 5

Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Xarici ölkələrə ezamiyyələr zamanı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25.01.2008-ci il tarixli 14 nömrəli Qərarı ilə müəyyən edilən norma daxilində işçilərə ödənilən ezamiyyə xərcləri, habelə işçinin xarici ölkəyə gediş-gəlişinə görə alınan təyyarə biletinə çəkilmiş xərclər müəssisənin gəlirdən çıxılan xərclərinə aid edilir.

Faktiki ezamiyyə xərclərinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyənləşdirdiyi normadan artıq olan hissəsi isə gəlirdən çıxılmır. 

5/5 (2 Средняя стоимость)
Оцените:
Heybətov Səməd Vüqar, pa***@mail.ru ID: 235
Hansısa bir müəssisə mart ayında qeydiyyatdan keçir, ancaq ki, fəaliyyət göstərmir və həmən klinikadan lisenziya almaq üçün 3 nəfər işçi tələb olunur ki, lisenziya verilsin. Həmin klinika aprel ayında 2019-cu ildə 3 nəfər həkim işçi götürür və e-gov.az saytdan texniki səhfdən müddətli müqavilə və müqavilənin tarixi və qüvvəyə mindiyi tarixi aprelden qoyur. Əməkhaqqı 210 yazır ştatda, işçi götürür. Baxmayaraq ki, işçılərin daxili sənəd formasında yazılı şəkildə razılıq ərizəsi var ki, sırf lisenziya üçün ştata düşülsun, əmək haqqı hesablanmasın və ödənilməsin. (çünki işçilər fəaliyyət göstərmirdi, nə vaxt ki, klinika lisenziya alar və fəaliyyətə başlayar, o zamandan əməkhaqqı hesablanar və ödənilər). Ştatda işçi olmağına baxmayaraq, rüblük bəyannamələrdə də işçi 0 əmək haqqı 0 göstərilirdi. Ancaq ki sentyabr ayında klinika işə başlayır. (yəni fəaliyyətə) həmən o 3 nəfər işçiyə artıq əmək haqqı hesablanır və ödənilir. Deməli sualım budur ki, o 3 nəfər işçiyə sentyabra qədər ödənilməyən dsmf haqqlarına görə cərimə ola bilər? (ancaq müqavilə ərizə və əmirdə punklarda ayrılıb ki, sırf lisenziya üçündür və fəaliyyətə basladığı gün sentyabr ayından əməkhaqqı hesablanacaq və ödeniləcək, yəni bu müqavilədə öz əksini tapıb) sistemdən (texniki səhf aradan qaldirılıb) sentyabr ayında o 3 nəfər işçiyə düzəliş edilib. Əvvəlki və dəyişmə səbəbi punkunda qeyd olunan səbəb yazılıb. Bunun cəriməsi olacaq ? Və olacaqsa səbəbi?
12/10/2019 Прочитано: 116 Средняя стоимость: 4

Bildiririk ki, Sığortaedən tərəfindın vergi orqanına təqdim olunan Məcburi dövlət sosial sığortası üzrə rüblük  hesabatın “Məcburi dövlət sosial sığortası üzrə məlumat” adlı 2-ci bölməsinin “Hesabat dövründə işçilərin sayı” bəndi üzrə “Siyahı sayı (nəfər)” sətrində hesabat dövründə fəaliyyətinin olub-olmamasından asılı olmayaraq sığortaedən ilə əmək müqaviləsi bağlamış və hesabat dövrü başlayana qədər həmin müqaviləyə xitam verilməmiş işçilərin sayı göstərilir.

“Faktiki say (nəfər)” sətrində isə hesabat dövründə faktiki olaraq məcburi dövlət sosial sığorta haqqı hesablanmış işçilərin sayı göstərilir.

Məcburi dövlət sosial sığortası üzrə rüblük  hesabatın doldurulması qaydası ilə saytımızın "Bəyannamələr" bölməsində "Bəyannamə və ərizə formaları, arayış və hesabatlar" altbölməsində

tanış ola bilərsiniz.

4/5 (3 Средняя стоимость)
Оцените:
Malik Seyidov Hacaga se***@mail.ru ID: 234
Salam. Mənim daimi iş yerim var. Bundan başqa qrant layihəsində mühasib xidməti göstərmişəm. Həmin layihədən 400 manat birdəfəlik xidmət haqqı almışam. Bilmək istəyirəm 400 manat xidmət haqqından nə qədər vergi ödəməliyəm. Sağ olun.
12/10/2019 Прочитано: 194 Средняя стоимость: 5

Bildiririk ki, eyni məzmunlu müraciətiniz səhifəmizdə 27.09.2019-cu il tarixdə (ID 100) cavablandırılmışdır

5/5 (2 Средняя стоимость)
Оцените:
Ziya Ramazanov İlqar zi***@yahoo.com ID: 231
Vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti çərçivəsində vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 ay ərzində 200.000 manatı keçdikdə ƏDV öhdəliyi yaranır. Azərbaycan Respublikasında istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı ilə məşğul olan vergi ödəyicisi üçün ƏDV üzrə vergitutma obyekti tətbiq edilən ticarət əlavəsidir. Bu fəaliyyət ilə məşğul olan şəxsin ƏDV öhdəliyinin yaranması məsələsinə baxılarkən 200.000 manat vergi tutulan dövriyyəyə həmin kənd təsərrüfatı məhsullarının satışı üzrə tətbiq edilən ticarət əlavəsi aid edilir yoxsa satış üzrə olan ümumi dövriyyə?
11/10/2019 Прочитано: 179 Средняя стоимость: 4

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən kənd təsərrüfatı məhsullarının istehsalçılarına tətbiq olunan vergi güzəştləri daha 5 il müddətinə, yəni 2024-cü ilə qədər uzadılmışdır.

Kənd təsərrüfatı məhsullarının istehsalçısı olmayan şəxslər tərəfindən həmin məhsulların satışı ümumi qaydada vergiyə cəlb olunur və 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər ƏDV qeydiyyatı üçün vergi orqanına ərizə təqdim etməlidir. 

Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı əlavə dəyər vergisi ticarət əlavəsindən hesablanır. Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq olunmuş ticarət əlavəsindən ƏDV hesablayan pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri həmin malların uçotunu ayrıca aparır. Belə uçot aparılmadıqda, Məcəllənin digər maddələrində östərilən müddəalardan asılı olmayaraq həmin malların pərakəndə satışı zamanı ƏDV ümumi dövriyyədən hesablanır.

Əsas: Vergi Məcəlləsinin 13.2.60-cı, 13.2.61-ci, 102.1.11-ci, 106.1.14-cü, 153-cü, 155-ci, 159-cu, 164.1.18-ci və 174.3-cü maddələri.

4/5 (5 Средняя стоимость)
Оцените:
Əliyev Natiq Firuddin al***@gmail.com ID: 230
Salam. Açıq Səhmdar Cəmiyyətində ilin sonunda yaranan xalis mənfəətdən Səhmdarlara dividend ödənilməsi barədə İdarə heyəti qərar qəbul etmişdir. Bu zaman, Səhmdarlar olan hüquqi və fiziki şəxslərə münasibətdə Ödəmə mənbəyində Dividenddən vergi tutulmasında fərq yaranırmı? Bununla bağlı VM Maddə 122 və VM Maddə 102.1.22 maddələri arasında bağlılıq varmı? 102.1.22 maddəsində "habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend" dedikdə, ASC-dəki səhmdar olan fiziki şəxslərin sahib olduqları Səhm(lər) də həmin "investisiya qiymətli kağızı" hesab edilirmi? Öncədən təşəkkürümü bildirirəm.
11/10/2019 Прочитано: 212 Средняя стоимость: 4

Bildiririk ki, emitent tərəfindən fiziki şəxslərə investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri 2016-cı il fevralın 1-dən etibarən 7 (yeddi) il müddətində gəlir vergisindən azaddır. Buna əsasən həmin tarixdən etibarən göstərilən fəaliyyət üzrə əldə olunan mənfəətdən səhmdar fiziki şəxslərə ödənilən dividendlər vergidən azaddır. Qeyd olunan azadolma yalnız fiziki şəxslərə şamil olunur. Hüquqi şəxslərə ödənilən dividend məbləği isə ümumi qaydada ödəmə mənbəyində vergiyə cəlb olunur.

Mülki Məcəllənin 997-ci maddəsi ilə istiqrazlar və səhmlər investisiya qiymətli kağızlara aid edilir.

Eyni zamanda Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən Qanunla müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan fiziki və hüquqi şəxslərin dividend gəlirləri vergidən azaddır.

Əsas: Vergi Məcəlləsinin 13.2.15-ci və 102.1.22-ci və 102.1.22-1-ci maddələri, Mülki Məcəllənin 997-ci maddəsi.

4/5 (7 Средняя стоимость)
Оцените:
Fazil Əzizov Əkbər ca***@mail.ru ID: 229
Salam. Mən sentyabr ayının əvvəlində (dəqiq tarix yadımda deyil) kirli xalçaların yuyulması üçün İdealxalça (www.idealxalca.com) xalça yuma şirkətinə mürəciət etmişdim. Xalça yuma şirkətinin əməkdaşı bizə şirkətin göstərdiyi xidmətlərə görə ciddi hesabat blankının standartından kənar 32.0 manat məbləğində qəbz təqdim etmişdir. Həmin qəbzdə ödəyicisinin adı, VÖEN-i və digər zəruri məlumatlar təqdim olunmamışdır. Bu da vergi ödəyicisinin gəlirlərinin vergidən gizlədilməsi kimi başa düşülür Belə halın baş verməsi məni bir vətəndaş kimi narahat edir. Yaranmış bu halla bağlı müvafiq təbdir görməyinizi və görülmüş işlə bağlı "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının qanununa əsasən mənə yazıllı məlumat verməyinizi Sizdən xahiş edirəm. Əvvəlcədən öz təşəkkürümü bildirirəm.
11/10/2019 Прочитано: 105 Средняя стоимость: 0

Bildiririk ki, dövlət vergi orqanları vergi ödəyicilərinin vergidən yayınması və vergi qanunvericiliyinin pozulması faktları barədə şəxslərdən müraciət daxil olduqda, müraciətdə qeyd edilən faktları həmin vergi ödəyicilərində keçiriləcək növbəti operativ vergi nəzarəti tədbiri və ya növbəti səyyar vergi yoxlaması zamanı araşdırmağa və vergi nəzarəti başa çatdıqdan sonra nəticələri barədə müraciət edən şəxslərə məlumat verməyə borcludur.

Yuxarıda qeyd olunanlara əsasən qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Elgiz İbrahimov Rasim el***@gmail.com ID: 228
Vergi orqanlarına işə qəbul üzrə həqiqi hərbi xidmət vacibdir?
11/10/2019 Прочитано: 92 Средняя стоимость: 5

Bildiririk ki, qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidməti keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar vergi orqanlarına işə qəbul olunmaq üçün keçirilən müsabiqədə iştirak edə bilməzlər.

Əsas: Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”.

5/5 (2 Средняя стоимость)
Оцените:
Abbasova Kəmalə ke***@mail.ru ID: 227
Salam. Evin kupçasını atam 2011-ci ildə götürüb. 2018-ci ildə atam rəhmətə getdi. 2019-cu ilin fevralında kupçanı mən öz adıma götürmüşəm. İndi evi satmaq istəyirəm, nə qədər vergi ödəməliyəm?
11/10/2019 Прочитано: 120 Средняя стоимость: 3

Bildiririk ki, fiziki şəxsin azı 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi ödəmə mənbəyində sadələşdirilmiş vergiyə cəlb edilmir. Lakin mülkiyyətinizdə olan və 5 ildən az yaşayış yeri üzrə qeydiyyatda olduğunuz yaşayış sahəsi təqdim edilən zaman müqaviləni təsdiq edən notariuslar tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergi tutulur.

Eyni zamanda qeyd olunmalıdır ki, fiziki şəxs tərəfindən ailə üzvü olan şəxsə daşınmaz əmlakın təqdim olunması vergi öhdəliyini yaratmır.

Verginin məbləği satılan mənzilin sahəsinin hər kvadratmetrinə 15 manat Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş  əmsalın tətbiq edilməsi ilə müəyyən olunur.

Mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrini təqdim edən şəxslər üçün saytımızda Mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrini təqdim edən şəxslər üçün ödəmə mənbəyində tutulan sadələşdirilmiş vergi məbləğinin hesablanması kalkulyatoru yerləşdirilmişdir.

Bax: Vergi Məcəlləsinin 218.4.3-cü, 220.8-ci maddələri.

3/5 (4 Средняя стоимость)
Оцените:
İmanov Əfqan Rahil af***@mail.ru ID: 226
Salam minimum əmək haqqı artımı ilə əlaqədar əmək haqqına nə qədər vergi güzəşti olacaqdır? Və hansı məbləğdən vergi tutulmayacaq?
11/10/2019 Прочитано: 102 Средняя стоимость: 5

Bildiririk ki, muzdlu işlə əlaqədar gəlir vergisinin güzəştli qaydada hesablanması yalnız neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda çalışan fiziki şəxslərə münasibətdə tətbiq edilir və bu sektorda əmək haqlarının leqallaşdırılmasını və qeyri-rəsmi məşğulluğun aradan qaldırılmasını stimullaşdırmaq məqsədini daşıyır. Lakin, 1 yanvar 2019-cu il tarixdə edilmiş dəyişikliklərə qədər neft-qaz sahəsində və dövlət sektorunda çalışan fiziki şəxsin əmək haqqı 2500 manatadək olduqda hesablanmış məbləğdən 173 manat (2018-ci il üçün yaşayış minimumu) çıxılmaqla 14 faiz dərəcə ilə gəlir vergisi hesablanırdısa, dəyişikliklərdən sonra bu məbləğ 200 manatadək qaldırılmışdır. Əmək haqqının 200 manatdan yuxarı olan hissəsindən isə 14 faiz dərəcə ilə vergi tutulur.

Göründüyü kimi, ölkə üzrə minimum əməkhaqqı məbləğinin Vergi Məcəlləsinin 102.1.6-cı maddəsi ilə əlaqəsi nəzərdə tutulmamışdır.

5/5 (1 Средняя стоимость)
Оцените:
Rzayeva Nataşa Nuri, na***@mail.ru ID: 225
Tikinti şirkəti (hüquqi şəxs) köçürdüyü sakinlərin (vergi ödəyicisi olmayan fiziki şəxsləri) evlərinin yerində ev tikib və gələcəkdə evlə təmin edəcək şərti ilə, hal-hazırda həmin sakinlərə başqa yerdə qalmaq üçün kirayə haqqını kassadan nağd ödəyə bilərmi? 2017-ci ildən tətbiq olunan "Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikasının Qanununa zidd deyilmi?
11/10/2019 Прочитано: 108 Средняя стоимость: 5

Bildiririk ki, vergi ödəyicisi tərəfindən nağd qaydada hesablaşmalar “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-cü maddəsində göstərilən hədd daxilində, yəni təqvim ayı ərzində ƏDV ödəyiciləri və vergi tutulan əməliyyatların həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən 30.000 manatdan, digər vergi ödəyiciləri tərəfindən isə 15.000 manatdan artıq olmamaqla həyata keçirilməlidir. Sahibkarlıq fəaliyyəti subyektləri tərəfindən bu həddən yuxarı məbləğlər üzrə ödənişlər isə yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Əks təqdirdə ödənişi həyata keçirən vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.7-1.1-ci maddəsində göstərilən maliyyə sanksiyaları tətbiq edilir.

Əsas:Vergi Məcəlləsinin 58.7-1.1-ci maddəsi, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanunu.

5/5 (1 Средняя стоимость)
Оцените:
Elçin Əmirov el***@gmail.com ID: 224
Salam. ƏDV-nin məqsədləri üçün qeydiyyata alınan hüquqi şəxs, qeyri-rezidentə (Xaricə) Azərbaycan Respublikasının ərazisində yerləşən daimi nümayəndəliyi olmayan şəxsə xaricdən alınan mallar üçün daşınmasını həyata keçirdiyinə görə xidmət haqqı ödənişi üçün Rezident müəssisə tərəfindən ödənilən ödəmə mənbəyində 6 faiz dərəcə ilə vergidən savayı ƏDV tutulur?
11/10/2019 Прочитано: 136 Средняя стоимость: 5

Bildiririk ki, qeyri-rezidentə beynəlxalq daşıma xidməti ilə ödənilən vəsaitdən ödəmə mənbəyində 6 faiz dərəcə ilə vergi tutularaq büdcəyə ödənilməli və bu barədə vergi orqanına bəyannamə təqdim edilməlidir. Qeyd olunan xidmətə görə ödənişlər ƏDV-yə 0 faiz dərəcə ilə cəlb olunur.

Əsas: Vergi Məcəlləsinin 13.2.16.17-ci, 13.2.33-cü, 125.1.4-cü, 165.1.4-cü maddələri.

5/5 (1 Средняя стоимость)
Оцените:
Mehdixanlı Adəm Tofiq oğlu ad***@gmail.com ID: 223
Mən kurs fəaliyyəti ilə məşğul olmaq istəyirəm necə qeydiyyatdan keçə bilərəm və yaxud gəlirimin hansı hissəsindən vergi ödəməliyəm?
11/10/2019 Прочитано: 86 Средняя стоимость: 0

Bildiririk ki, sorğunuzda qeyd edilən fəaliyyət növünü fiziki və ya hüquqi şəxs kimi həyata keçirə bilərsiniz.

Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.

Vergi uçotu ilə bağlı bəzi prosedurlar, habelə qeyd olunan vergitutma sistemləri barədə daha ətraflı və dolğun məlumatın alınması üçün, saytımızın “Sahibkarın vergi bələdçisi” bölməsi ilə tanış olmağınızı tövsiyə edirik.

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz.

Qeyd olunan dəyişikliyə əsasən əhaliyə xidmət göstərdiyiniz halda sadələşdirilmiş vergi ödəyicisi olaraq ümumi gəlirlərinizdən xərclər çıxılmadan 2% dərəcə ilə vergi ödəməlisiniz, digər vergi ödəyicilərinə fəaliyyət məqsədləri üçün xidmət göstərdiyiniz halda gəlir və ya mənfəət vergisinin ödəyicisi olaraq fəaliyyət göstərməlisiniz.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü, 218.5.10-cu, 220-ci maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
Arslan sh***@yahoo.com ID: 222
Salam. Mənfəət vergisi ödəyicisi tərəfindən bank çıxarışı ilə təsdiqlənən xidməti müqavilə üzrə təqdim olunan işlərə görə edilən ödənişlər gəlirlərin əldə edilməsi üzrə çəkilən xərclər kimi tanınırmı? Qeyd edim ki, işi görən şəxs vergi orqanında uçotdadır və ən əsası qarşı tərəfə elektron qaimə-faktura təqdim etməmişdir. Əvvəlcədən təşəkkür edirəm.
11/10/2019 Прочитано: 116 Средняя стоимость: 0

Bildiririk ki, vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa borcludur.

Qanunvericiliyə əsasən fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir.

Göründüyü kimi, sahibkarlıq fəaliyyəti subyektləri tərəfindən çəkilmiş xərclər ilkin uçot sənədləri əldə edilməklə rəsmiləşdirilməlidir. Vergi ödəyicisi tərəfindən gəlirin əldə edilməsi ilə bağlı xərclər ilkin uçot sənədləri ilə rəsmiləşdirildiyi halda gəlirdən çıxılır.

Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir.

Əsas: Vergi Məcəlləsinin 71-1-ci, 108-ci, 130.1-ci maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
Rəşad İsmayıllı Məhər ra***@socar.az ID: 221
Salam. Zəhmət olmasa, aşağıda göstərilən 3 maddənin geniş izahı lazımdır bizə. 195-ə zəng edirik, hər kəs bir söz deyir, əsas burada hansı müharibədən və şəxslərdən gedir söhbət, onu ayırd etməyə çalışırıq. 102.2.5. həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının; 102.4.1. həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin valideynləri, habelə vəzifələrinin icrası zamanı həlak olmuş dövlət qulluqçularının valideynləri və arvadları (ərləri). Bu şəxslərin arvadlarına (ərlərinə) güzəşt o halda verilir ki, onlar təkrar nikaha girmiş olmasınlar; 102.4.2. 1990-cı il yanvarın 20-də SSRİ qoşunlarının müdaxiləsi nəticəsində, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı həlak olmuş şəxslərin valideynləri və arvadları (ərləri). Bu şəxslərin arvadlarına (ərlərinə) güzəşt o halda verilir ki, onlar təkrar nikaha girmiş olmasınlar;
11/10/2019 Прочитано: 161 Средняя стоимость: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 102.2.5-ci və 102.4.1-ci maddələri ilə müəyyən edilmiş güzəştlər İkinci dünya müharibəsi, Qarabağ müharibəsi və digər döyüş əməliyyatlarında həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin, Məcəllənin 102.4.2-ci maddəsi ilə müəyyən edilmiş güzəşt isə 1990-cı il yanvarın 20-də SSRİ qoşunlarının müdaxiləsi nəticəsində, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı həlak olmuş döyüşçü olmayan digər şəxslərin həmin maddələrdə qeyd olunan yaxınlarına şamil olunur.

5/5 (7 Средняя стоимость)
Оцените:
Xudiyev Orxan Yaqub, or***@gmail.com ID: 220
Salam mən bilmək istəyirdim ki, atamın adında olan mülkü adıma keçirtmək üçün nə qədər rüsum ödəməliyəm? Mülk Abşeron rayonunda yerləşir, çıxarışı var və bağışlanma yolu ilə.
11/10/2019 Прочитано: 87 Средняя стоимость: 5

Bildiririk ki, təqvim ili ərzində vergi ödəyicisinin vergi qanunvericiliyi ilə ailə üzvü hesab olunan şəxsdən aldığı hədiyyə, maddi yardım və mirasın tam dəyəri gəlir vergisindən azaddır, eyni zamanda təqdim edən şəxs üçün də sadələşdirilmiş vergi üzrə vergi öhdəliyi yaranmır.

Əsas: Vergi Məcəlləsinin 218.4.3-cü maddəsi.

5/5 (1 Средняя стоимость)
Оцените: