Официальные веб-сайты Азербайджанской Республики оканчиваются на .gov.az.

Государственные органы взаимодействуют через домен .gov.az (например, my.gov.az).

Список доверенных веб-сайтов

Безопасные веб-сайты используют HTTPS.

В качестве дополнительной меры безопасности проверьте наличие значка замка 🔒 или префикса https:// в адресной строке. Делитесь своими конфиденциальными данными только на официальных и защищённых веб-сайтах.

Выберите язык
Поиск
Isayeva Zeyneb ze***@gmail.com ID: 205
Bildiyiniz kimi Xarici investisiyanın qorunması haqqında Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsinə əsasən birgə müəssisənin nizamnamə fonduna xarici investorun əmanəti kimi və ya tamamilə xarici investora məxsus müəssisənin yaradılması üçün Azərbaycan Respublikasına gətirilən əmlak gömrük rüsumundan azad edilir və ondan idxal vergisi tutulmur. Eyni zamanda Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 164-cü maddəsinin 164.1.5 bəndinə müvafiq olaraq idxal olunan əmlak istisna olmaqla müəssisənin Nizamnamə fonduna (kapitalına) pay şəklində hər hansı əmlakın qoyulması (əmlakın pay şəklində qoyuluşu, onun müqabilində bilavasitə digər əmlakın əldə edilməsi ilə əlaqədar olmadıqda) vergidən azaddır. Bu azadolmanın proseduru necə həyata keçirilir? Hansı sənədlər tələb olunur? Xahiş edirik ətraflı izahat verərdiniz.
05/11/2019 Прочитано: 194 Средняя стоимость: 5

Bildiririk ki, "Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi barədə” Azərbaycan Respublikasının 23 noyabr 2001-ci il tarixli № 219-IIQD saylı  Qanununa əsasən "Xarici investisiyanın qorunması haqqında" Azərbaycan Respublikası Qanununun  26-cı maddəsinin birinci hissəsindən "və ondan idxal vergisi tutulmur" sözləri çıxarılmışdır.

Eyni zamanda, vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəalar yalnız Vergi Məcəlləsi ilə müəyyənləşdirilir. Vergi Məcəlləsindən başqa digər normativ hüquqi aktlarda, o cümlədən Vergi Məcəlləsinin 2.4-cü maddəsində göstərilən normativ hüquqi aktlarda vergi azadolmaları və güzəştləri ilə bağlı müddəalar nəzərdə tutula bilməz.

Vergi Məcəlləsinin 164.1.5-ci maddəsinə əsasən isə, idxal olunan əmlak istisna olmaqla əmlakın müəssisənin nizamnamə kapitalına qoyulması ƏDV-dən azad olunan əməliyyat hesab edilir.

Xarici investisiyaların qoyulması barədə təfərrüatlı məlumatın alınması üçün adı qeyd olunan (http://www.e-qanun.az/framework/7000) qanunla tanış olmağınızı, əlavə suallarla bağlı isə İqtisadiyyat Nazirliyinin (195-2) Çağrı Mərkəzinə və gömrük rəsmiləşdirilməsi ilə bağlı Dövlət Gömrük Komitəsinə (195-6) müraciət etməyinizi tövsiyə edirik.

5/5 (3 Средняя стоимость)
Оцените:
Rüfət Rüstəmov Əşrəf ru***@mail.ru ID: 206
Salam. Bilmək istərdimki bağ sahəsinə olan torpaq vergisi ərazi özəlləşdiriləndən sonra verilir yoxsa bələdiyyə yaranan gündən? Nəzərə çatdırmaq istərdimki torpaqa çıxarış bir aydır ki alınıb lakin bələdiyyə numayəndəsi 2000 ci ildən vergi tələb edir.
05/11/2019 Прочитано: 119 Средняя стоимость: 5

Bildiririk ki, eyniməzmunlu müraciətinizin cavabı 25.10.2019-cu il tarixdə səhifəmizdə yerləşdirilmişdir.

5/5 (1 Средняя стоимость)
Оцените:
Aslan Ömərov Sabir as***@mail.ru ID: 204
Salam mənim adıma VÖEN açılıb, onu bağlatmaq istəyirəm. Xahiş edirəm, bu haqda məlumat verəsiniz.
05/11/2019 Прочитано: 198 Средняя стоимость: 5

Bildiririk ki, vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin  müvəqqəti  dayandırılması prosedurları fərqlidir.
Belə ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə,  fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.
Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

5/5 (1 Средняя стоимость)
Оцените:
Aynur Manaflı Tacəddin ay***@gmail.com ID: 201
Salam, qeydiyyatı Kürdəmir rayonunda olan fiziki şəxs üçün VÖEN açdırmaq lazımdır, bunun üçün Bakıda hansı orqana müraciət etmək olar? (Asandan savayı) Bu proses üçün hansı sənədlər tələb olunur? Neçə günə əldə etmək mümkündür? Dövlət rüsumu varmı? Cavablayacağınız üçün öncədən təşəkkür edirəm.
05/11/2019 Прочитано: 146 Средняя стоимость: 0

Bildiririk ki, Bakı şəhərində və “ASAN Xidmət” mərkəzlərinin yerləşdiyi inzibati ərazi vahidlərində “fiziki şəxsin uçota alınması” xidməti “ASAN Xidmət” mərkəzlərində həyata keçirilir.

Məlumat üçün bildiririk ki, vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.

Müraciətinizdə qeyd olunan şəxs Kürdəmir rayonu, Babək küçəsi ünvanında yerləşən vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət edərək uçota alına bilər.

Vergi ödəyicilərinin qeydiyyatda olduqları ünvan ilə yaşadıqları ünvanın fərqli olduğu hallarda vergi uçotu yerinin düzgün müəyyən edilməsi baxımından faktiki yaşayış yeri barədə müvafiq sənəd təqdim edilməklə fiziki şəxs faktiki yaşayış yeri üzrə vergi uçotuna alına bilər.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
Rövşən Rzayev Arif oğlu Ro***@gmail.com ID: 200
Salam, 1801805992 VÖEN. Şifrə və kodu unutmuşam. Xahiş edirəm kömək edəsiniz.
05/11/2019 Прочитано: 138 Средняя стоимость: 0

Vergilər Nazirliyi ilə elektron sənəd mübadiləsinin aparılması üçün istifadəçi kodu, parol və şifrənin yenidən verilməsi üçün  vergi ödəyicilərinə xidmət mərkəzlərinə "Elektron sənəd mübadiləsi haqqında Ərizə” ilə müraciət etməlisiniz. Yeni istifadəçi kodu, parol və şifrə emal müddəti nəzərə alınmaqla müraciət zamanı təqdim olunur.

Əsas: “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”

0/5 (0 Средняя стоимость)
Оцените:
İsgəndərov Sədrəddin Veys oğlu sa***@rambler.ru ID: 203
Salam. Mən VÖEN açdırdım və həm büdcədən maliyyələşən təşkilatlara, həm də şirkətlərə hüquqi xidmətlər göstərirəm. Vergini hansı qaydada ödəməliyəm?
05/11/2019 Прочитано: 125 Средняя стоимость: 0

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz.

Sorğunuza əsasən digər vergi ödəyicilərinə xidmət etdiyiniz üçün Sizin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnuz olmur və gəlir vergisi ödəyicisi kimi gəlirlərinizdən xərclər çıxılmaqla 20 faiz dərəcə ilə vergi ödəməlisiniz.

Mikro sahibkarlıq subyekti (işçi sayı 1-10 nəfər, illik gəliri 200.000 manatadək) olan şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirin 75 faizi gəlir vergisindən azaddır.

Əsas: Vergi Məcəlləsinin 102.1.30-cu, 218.5.10-cu maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
Məlikov Fəhmi Mirzəbaba oğlu me***@mail.ru ID: 199
ƏDV ödəyicisi olan A müəssisəsi 15.04.2019-cu il tarixində 10000 manat dəyərində ƏDV ödəyicisi olan B müəssisəsinə mal satıb və həmin ayda göstərilən müddətlərdən sonrakı 5 gün ərzində ƏDV-nin elektron vergi hesab-fakturasını təqdim edib. Malın dəyəri 30.09.2019-cu il tarixində , yəni beş aydan sonra B müəssisəsi tərəfindən ödənilib. Xahiş edirəm A və B müəssisələri üçün ƏDV-nin vergi tutulan əməliyyatının vaxtını mənə izah edəsiniz.
05/11/2019 Прочитано: 126 Средняя стоимость: 4

Bildiririk ki, ƏDV məqsədləri üçün vergi tutulan əməliyyatın vaxtı, həmin əməliyyat üçün  ödəmə 30 gündən sonra həyata keçirildikdə ƏDV-nin elektron vergi hesab-fakturasının verildiyi vaxt sayılır.

5 gün ərzində ƏDV-nin elektron vergi hesab-fakturası verilmədikdə və ödəmə 30 gündən sonra həyata keçirildikdə malların göndərildiyi və ya təqdim edildiyi vaxt vergi tutulan əməliyyatın vaxtı hesab olunur.

Sorğunuzda qeyd olunan A müəssisəsi qeyd olunan əməliyyatı aprel ayının ƏDV bəyannaməsində qeyd etməlidir. B müəssisəsi isə, Vergi Məcəlləsinin 175-ci maddəsinin tələblərini gözləməklə ödədiyi ƏDV məbləğini əvəzləşdirmək hüququ əldə edir.

Əsas: Vergi Məcəlləsinin 166-cı, 175-ci maddələri.

4/5 (3 Средняя стоимость)
Оцените:
Akif Xəlilov Ələkbər oğlu ak***@gmail.com ID: 197
Salam. İki sualım var. 1. Hüqüqi səxş (kafe) fiziki şəxsə məxsus olan obyektin icarə haqqını hansı usulla ödəməlidir? Nağd şəkildə və ya fiziki şəxsin bank hesabına ödəmə tapşırığı əsasında? 2. Hüqüqu səxş (kafe) öz işcilərinə maaşı nağd yolu ilə ödəyəməyə ixtiyarı var? Sağ olun.
05/11/2019 Прочитано: 204 Средняя стоимость: 5

Cavab 1. Dövlət orqanlarından, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdən, büdcə təşkilatlarından və publik hüquqi şəxslərdən əmlakların icarəyə götürülməsi halları istisna olmaqla, digər hallarda icarəyə götürən vergi ödəyicisinin “Nağdsız hesablaşmalar haqqında” Qanunun (bundan sonra – Qanun) 3.3-cü maddəsində göstərilən şəxslər kateqoriyasına aid olmasından asılı olaraq icarəyəverən fiziki şəxsə icarə haqlarını həmin maddədə göstərilən hədlər daxilində (30 000 manat və ya 15 000 manat) nağd qaydada ödəməsinə qanunvericilikdə məhdudiyyət nəzərdə tutulmamışdır.

Cavab 2. Bildiririk ki, əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən ödənilən əmək haqları (o cümlədən, işəgötürən tərəfindən ödənilən, qanunvericiliklə müəyyən edilmiş digər ödənişlər), pensiya, təqaüd, maddi yardım, müavinətlər (o cümlədən, birdəfəlik müavinətlər), kompensasiyalar və təzminatlar nağdsız qaydada ödənilməlidir.

Əsas: “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanunu.

5/5 (2 Средняя стоимость)
Оцените:
Orxan Karimli ka***@mail.ru ID: 195
Salam. Hal-hazırda Elektron ticarətdə (amazon və s.) saytlardan etdiyimiz sifarişlərdən nə qədər vergi tutulur? Ümumiyyətlə xarici saytlardan alış-verişə vergi tutulurmu?
05/11/2019 Прочитано: 203 Средняя стоимость: 5

Bildiririk ki, Vergi Məcəlləsində Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident tərəfindən elektron ticarət qaydasında işlərin və xidmətlərin göstərilməsi Azərbaycan Respublikasında ƏDV üzrə vergiyə cəlb olunur.

Virtual ticarət meydanlarından malların elektron ticarət qaydasında alışına sayından asılı olmayaraq yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən ƏDV tətbiq olunmur.

Əsas: Vergi Məcəlləsinin 168.1.5-ci və 169-cu maddələri.

5/5 (2 Средняя стоимость)
Оцените:
Tural Sadıqov Rafael tu***@geofizik.com ID: 192
Salam. Xaricdə konsultant olaraq işləyən biri vergi ödəməsini necə həyata keçirə bilər?
05/11/2019 Прочитано: 93 Средняя стоимость: 0

Rezident fiziki şəxsin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir. Rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir.

Əsas: Vergi Məcəlləsinin 96-cı, 101.3-cü maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
Sakit Adilov Adil oğu sa***@mail.ru ID: 189
Salam. Şirkət işçilərinə yemək vermək üçün digər şirkətlərdən ərzaq məhsulları alır və həmin ərzaqlardan yemək hazırlayaraq işçilərini yeməklə təmin edir. Bu halda həmin yeməyin dəyərindən məcburi dövlət sosial sığorta haqqı ödənməlidirmi?
05/11/2019 Прочитано: 200 Средняя стоимость: 5

İşəgötürən tərəfindən işçilərin sosial xarakterli xərclərinin (təhsil, səhiyyə, yemək, telefon danışıqları, kirayə, nəqliyyat, işçinin əmlakı, həyatı, sağlamlığı üzrə sığorta xərclərinin) üçüncü şəxsin hesabına köçürülməsinin nəticəsi kimi əldə olunan gəlirdən məcburi dövlət sosial sığorta haqqı hesablanmır.

İşçinin belə xərclərinin əvəzi birbaşa işçiyə ödənildiyi halda həmin məbləğlər işçinin sosial sığorta haqlarına cəlb olunan gəlirlərinə aid edilir.

5/5 (2 Средняя стоимость)
Оцените:
Bəhruz be***@gmail.com ID: 181
Salam hörmətli vergi işçiləri! Aparılan təhlillər ilə əlaqədar olaraq aşağıdakı məlumatları (mətn və ya cədvəl şəklində) mümkün qədər tez bir zamanda təqdim etməyinizi Sizdən xahiş edirəm: 1. 2018-ci ilin 9 ayı vı 2019-cu ilin 9 ayı üzrə Vergilər Nazirliyi tərəfindən təmin edilmiş daxilolmalar barədə məlumat, həmin daxilolmanın ümumi daxilolmada xüsusi çəkisi; 2. 2018-ci və 2019-cu illərin 9 ayı üzrə neft və qeyri-neft sektorları üzrə vergi daxilolmalarının icrası barədə məlumat (proqnoz və icra göstəriciləri ilə); 3. 2018-ci və 2019-cu illərin 9 ayı üzrə 9 tədiyyə (ƏDV,Mənfəət və s), dövlət rüsumu və sair daxilolmalar üzrə cəmi vergi daxilolmalarının icrası və 2019-ci ilin 4-cü rübü üzrə proqnoz barədə; 4. 2018-ci və 2019-cu illərin 9 ayı üzrə cəmi, neft və qeyri-neft vergi daxilolmalarının dinamıkasi barədə; 5. 2018-ci və 2019-cu illərin 9 ayı ərzində iqtisadiyyatın sahələri üzrə vergi daxilolmaları barədə məlumat. Məlumatları publik şəkildə elan edə və ya şəxsi elektron poçt ünvanıma göndərməyinizi xahiş edirəm. Öncədən verdiyim əziyyətə görə Sizdən üzr istəyir və dərin təşəkürümü bildirirəm.
05/11/2019 Прочитано: 96 Средняя стоимость: 0

Bildiririk ki, “Vergi ödəyiciləri ilə sual-cavab” elektron xidməti vergi ödəyicilərinin və ya vətəndaşların vergilərlə bağlı müraciətlərini vergi mütəxəssislərinə ünvanlayaraq qısa müddətdə cavab alma proseslərini əhatə edir.

Sorğunuzda qeyd olunan statistik məlumatların əldə edilməsi üçün Vergilər Nazirliyinə rəsmi qaydada müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Sevinc Qədirova se***@gmail.com ID: 261
A müəssisəsi sadələşdirilmiş vergi ödəyicisi, ona xidmət edən B müəssisəsi isə ƏDV ödəyicisidir. A müəssisəsi ona tətbiq edilən qaimə üzrə 18 % ƏDV-ni ödəməyə borcludurmu?
05/11/2019 Прочитано: 119 Средняя стоимость: 0

Bildiririk ki, Azərbaycan Respublikasında vergi növlərindən biri olan, məzmun etibarı ilə dolayı vergi növünə aid edilən əlavə dəyər vergisinin hesablanması və ödənilməsi mexanizmi və prosedurlarına əsasən ƏDV konkret müəssisənin yükü olmayıb, təkrar istehsal prosesində zəncirvari olaraq istehlakçıların üzərinə keçirilir. ƏDV universal xarakter daşıyaraq istehsal və tədavül prosesinin hər bir mərhələsində alğı və satqı arasındakı fərqdən ödənilən vergi kimi çıxış edir.

Müraciətinizdə qeyd olunan halda xidməti təqdim edən şəxsin göstərdiyi xidmətlərə ƏDV tətbiq olunur və ƏDV dolayı vergi hesab olunduğu üçün alıcı tərəfindən ödənilir.

Əsas: Vergi Məcəlləsinin 153-cü maddəsi.

0/5 (0 Средняя стоимость)
Оцените:
Eliyev Elsen Rovsen el***@gmail.com ID: 362
Salam. Mənim mobil telefonuma bu mesaj gəlmişdir: Sizin (VOEN: 1603807152) Internet Vergi Idarəsinde olan elektron qutunuzda 4 ədəd oxunulmamış sənədiniz vardır. Lakin mən necə oxuyacağımı bilmirəm. Zəhmət olmasa yardımçı olardınız.
05/11/2019 Прочитано: 40 Средняя стоимость: 0

Vergi orqanları tərəfindən vergi ödəyicilərinin elektron qutularına göndərilmiş sənədlər 5 gün ərzində oxunmadıqda bu barədə onların mobil telefon nömrəsinə oxunulmamış məktublar barədə müvafiq məzmunlu SMS göndərilir.

Vergi orqanı tərəfindən vergi ödəyicisinin elektron qutusuna göndərilən sənədlərlə tanış olmaq üçün Vergilər Nazirliyinin www.e-taxes.gov.az rəsmi internet portalına daxil olaraq istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) vasitəsilə İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olub “Gələnlər” qovluğuna keçmək lazımdır.

Bu barədə daha ətraflı məlumatı İnternet Vergi İdarəsinin (www.e-taxes.gov.az) “Yardım” bölməsindən əldə edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
samir imanov im***@gmail.com ID: 259
Salam. Zəhmət olmasa, cavablandırardınız. Əsas vəsaitin itməsi ilə bağlı maddi-məsul şəxsin daşıdığı məsuliyyət nədən ibarətdir və prosedur necə aparılmalıdır?
05/11/2019 Прочитано: 93 Средняя стоимость: 0

Bildiririk ki, sorğunuzda qeyd olunan məsələnin bilavasitə əmək qanunvericiliyinin tətbiqindən irəli gəldiyini nəzərə alaraq ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz daha məqsədəuyğundur.

Əsas: Əmək Məcəlləsinin 32-ci fəsli.

0/5 (0 Средняя стоимость)
Оцените:
Oruc Or***@mail.ru ID: 233
Salam .Yazmağımın səbəbi odur ki, Nzs pivə zavoduna sizə məktub yazdım, öz başınalıqdır. Vergi gəldi şükür, amma Verginin bizə heçbir xeyri olmadı. Biz çöllərdə qalmışıq, iş müqaviləsi olmadığı üçün burada servisdə işləyirəm. Servisdə stajımız Salman adında bir şəxsdir, o deyir çöldə yatın, zavoda girməyin. Bu Salman dediyim şəxs zavoddan söz alıb daşıyandır. Bizi çöllərdə qoyub. Vergi gedib, bu Salman servisdə işləyən şəxs bizi zavoda qoymur. Deyir nə vaxt mənə dedilər girsin girəcəksiz, sizdən xahişim odur ki, bu işlə maraqlanasız, daha bütün işçilər bezib, hamısı ailə sahibidir.
05/11/2019 Прочитано: 110 Средняя стоимость: 3

Salam. Qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə konkret və ətraflı məlumatla qeyri-anonim olaraq Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əmək qanunvericiliyinin pozulması halları ilə bağlı isə səlahiyyətli qurum olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

3/5 (2 Средняя стоимость)
Оцените:
Hafiz HA***@MAIL.RU ID: 232
Salam. Dövlət sosial fonduna hesabat verdikden sonra ADOC adlı proqram ilə kompüterə yüklənir. Bu nə proqramdır, heç cür açmaq, istifadə etmək olmur. Bundan sadə Word, Excel, PDF hamı tərəfindən istifadə olunur, amma ADOC nə proqramdırsa kompüterdə istifadə etmək olmur. Çətinlik yaradır, elektron əmək müqavilələri də bu proqramla kompüterə yüklənir. Bunu nəzərə alaraq sizdən xahiş edirəm mümkünsə Vergi saytında - Lazımlı proqramlar - İnternet Vergi İdarəsi bölməsində ADOC proqramı istifadə üçün yükləyəsiniz. Sağ olun.
05/11/2019 Прочитано: 144 Средняя стоимость: 0

Bildiririk ki, ASAN DOC proqramı ilə bağlı suallarınızla əlaqədar məlumatı www.asanimza.az internet saytından əldə edə bilərsiniz.

Eyni zamanda İnternet Vergi İdarəsinin istifadəsi ilə bağlı təkliflərinizi səhifəmizin "Müraciətlər" bölməsindən göndərməyinizi tövsiyə edirik.

0/5 (0 Средняя стоимость)
Оцените:
Səmimə Şamilova Məmmədəli al***@gmail.com ID: 214
Məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta üzrə hesabatların onlayn təqdim edilməsi zamanı “Cəmi gəlirlər” sütununun cəmi məbləği “Əmək haqqı və gəlirlər” bəndindəki “M.D.S.S.- ə cəlb olunanlar” sətrinin rüb üzrə cəmi məbləğinə bərabər olduğu halda , Cəmi gəlirlər əməyin ödənişi bəndində daxil edilən məbləğə bərabər olmalıdır Səhvi çıxır. Zəhmət olmasa köməklik göstərəsiniz.
05/11/2019 Прочитано: 86 Средняя стоимость: 0

Vergilər Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərdən istifadə zamanı xətalar yarandıqda köməklik göstərilməsi üçün Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməyinizi tövsiyə edirik.

0/5 (0 Средняя стоимость)
Оцените:
Əhmədli Nəbi Eldar ek***@mail.ru ID: 213
Salam. Mən 6 kv-lıq obyekt icarəyə götürüb pərakəndə xırdavat satışı ilə məşgul olmaq istəyirəm. Bunun üçün nə etməliyəm? Hara yaxınlaşmalıyam və nələr lazımdı? Çox xahis edirəm sualımı cavablandırasınız.
05/11/2019 Прочитано: 118 Средняя стоимость: 5

Bildiririk ki, vergi ödəyicisi kimi uçotda olmadığınız təqdirdə sorğunuzda qeyd edilən fəaliyyət ilə məşğul olmaq üçün ilk növbədə VÖEN əldə etməli , daha sonra icarəyə götürdüyünüz təsərrüfat obyektinin (subyektinin) vergi uçotuna aınması üçün icarə müqaviləsi əlavə edilməklə “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınması haqqında Ərizə” ilə obyektin yerləşdiyi ərazi üzrə vergi orqanına müraciət etməlisiniz.

Vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına və təsərrüfat subyektinizi (obyektinizi) qeydiyyata sala bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.

Vergi öhdəlikləriniz isə vergi uçotuna alınarkən təqdim etdiyiniz ərizədə seçdiyiniz vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV, icarəyə götürülən əmlaka görə icarəyə verənə ödənilən icarə haqqından ödəmə mənbəyində tutulan vergi, muzdlu işçi olduqda muzdlu işlə əlaqədar alınan gəlirdən ödəmə mənbəyində tutulan vergi və s.) ibarət olacaqdır.

İcarəyə götürülmüş obyektə görə ödənilməli vergilər barədə isə bildiririk ki, icarəyə verən fiziki şəxs olduqda icarəyə verənə icarə haqqı ödənilən zaman ödənilən haqdan 14 % dərəcə ilə vergi tutmalı, hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi” ilə bəyan etməli və büdcəyə ödəməlisiniz. İcarəyə verən hüquqi şəxs olduqda isə ödəmə mənbəyində vergi tutulmur, vergi öhdəliyini hüquqi şəxs özü yerinə yetirir.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər (nağd və nağdsız hesablaşmaların rəsmiləşdirilməsi, vergi öhdəliklərinin yerinə yetirilməsi və s.) və vergitutma sistemləri barədə ətraflı məlumat almaq üçün “Vergi bələdçisi” bölməsi ilə tanış olmağınızı tövsiyə edirik.

Vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı ətraflı məlumatı Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 33-cü və 34-cü maddələri, IX, X, XI və XVII fəsilləri.

5/5 (1 Средняя стоимость)
Оцените:
Həsən tu***@mail.ru ID: 385
Salam! Mənim atam 1941-1945-ci illərdə Böyük Vətən müharibəsi iştirakçısı olub döyüşdə iştirak edib. 2004 -cu ildə vəfat edib . Vergi məcəlləsinin (102.2.5. həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının; ) 102.2.5-ci maddəsi mənə şamil olunurmu?
04/11/2019 Прочитано: 66 Средняя стоимость: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş 102.2.5-ci maddəsinə əsasən, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt hüququ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.5-ci bəndində qeyd olunmuş sənədlərdən birinin əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan yaranır.

Buna əsasən, sorğuda qeyd olunan halda güzəşt hüququnu müəyyən edən sənəd tərəfinizdən iş yerinə təqdim edildiyi andan sizə hesablanan əmək haqqına Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt tətbiq edilir.

Belə ki, Vergi Məcəlləsinin 102.8-ci maddəsinə əsasən, əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan yaranır və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

5/5 (1 Средняя стоимость)
Оцените: