Официальные веб-сайты Азербайджанской Республики оканчиваются на .gov.az.

Государственные органы взаимодействуют через домен .gov.az (например, my.gov.az).

Список доверенных веб-сайтов

Безопасные веб-сайты используют HTTPS.

В качестве дополнительной меры безопасности проверьте наличие значка замка 🔒 или префикса https:// в адресной строке. Делитесь своими конфиденциальными данными только на официальных и защищённых веб-сайтах.

Выберите язык
Поиск
İsmayılov Tərlan Aslan oğlu ul***@mail.ru ID: 3013
Mən İsmayılov Tərlan Aslan oğlu (VÖEN 3001773642 ) mikro sahibkarlıq subyekti ilə məşğul olan fiziki şəxsəm. 2019-cu ilin müxtəlif zamanlarında yerli və xarici ödənişlərin həyata keçirilməsi üçün bank hesabımda pul vəsaitin çatışmadığından və həmin ərəfələrdə Bakı şəhərindən kənarda olduğumdan tərəfimdən başqa şəxslər bank hesabıma mənim pul vəsaitimi mədaxil ediblər. Lakin bankda vəsaitin mədaxili zamanı təyinatda "hesabın möhkəmləndirilməsi" əvəzinə "hesaba mədaxil" yazılmışdır. Və hal-hazırda 2019-cu ilin gəlir vergisi bəyannaməsində yaranan kameral vergi yoxlaması zamanı vergi orqanı həmin məbləğlərin mənim dövriyyəm kimi qəbul edir. Qeyd etmək istərdim ki, bank çıxarışı zamanı aydın görünür ki, vəsaitlər mədaxil olduqdan sonra nəzərdə tutulmuş yerli və xarici ödənişlər həyata keçib. Sualım ondan ibarətdir ki, hesaba ödənişlər üçün mədaxil olan vəsaitin dövriyyə məbləği kimi qəbul edilməsi nə dərəcədə düzgündür. Və vergi məcəlləsinin hansı maddəsi ilə əsaslandırıla bilər,?
06/09/2020 Прочитано: 54 Средняя стоимость: 0

Bildiririk ki, vergi orqanı tərəfindən kameral vergi yoxlaması zamanı vergi bəyannamələrindəki məlumatlar müqayisə edilməklə araşdırılır, kənarlaşmalar müəyyən edildikdə vergi ödəyicisinə uyğunsuzluq məktubları göndərilərək onların aradan qaldırılması məqsədi ilə müvafiq məlumatlar istənilir, izahlı məlumatlar təqdim edildikdə isə onlar nəzərə alınır.

Müraciətinizdə qeyd olunan halın ətraflı araşdırılması üçün bank hesabınıza daxil olan vəsaitlərin mənbəyini, təyinatını göstərən müvafiq təsdiqedici sənədləri qeydiyyatda olduğunuz vergi orqanına təqdim etməyiniz tövsiyə olunur. 

Əsas: Vergi Məcəlləsinin 37-ci maddəsi.

0/5 (0 Средняя стоимость)
Оцените:
Süleymanov Haxverdi Süleyman s.***@gmail.com ID: 3012
Salam mən 05.09.2020 ci il tarixdə Kontakt home mağazalar şəbəkəsindən 891.90 AZN məbləğində məişət texnikası almışam. Mənə təqdim edilən çek üzərindəki Fiksal İD ni və ya QR kodu oxutduqda Bu Çek üzrə ƏDV-nin qaytarılmasına dair müraciət artıq mövcuddur. Bildirişi göstərilir. Mən həmin çekin hansı şəxs tərəfindən elektron kabinetə daxil edildiyini öyrənə bilərəmmi? Çünki, o çeki məndən və həmin mağazanın 3 üzvündən başqa heç kim görməyib. Məlumat üçün Fiksal İD: HbkKda6fN7ab
06/09/2020 Прочитано: 33 Средняя стоимость: 0

Bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

1. NMQ qeydiyyat nömrəsi

2. Çek tarixi və saat

3. Yekun məbləğ

4. Fiskal İD

5. VÖ-nin VÖEN-i

6. Obyekt kodu

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Elnur Bilalov El***@gmail.ru ID: 3011
Salam, o vaxti pay torpaq verilib. Ailədə 4 nəfərik, 4 nəfərə də düşüb. Lakin, 2008-ci ildə torpaq başqa bir şəxsə natural qaydada satılıb, amma mən satmamışam, yəni qol çəkməmişəm. İndi torpağı geri istəyirəm vermirlər. Başqa torpaq da yoxdur ki, əkinçiliklə məşğul olum. Bunun üçün nə edim? Qaynar xəttə müraciət etdim, dedilər baxılacaq. Lakin, heç nə yoxdur 2 aydır.
05/09/2020 Прочитано: 50 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan məsələ Dövlət Vergi Xidmətinin səlahiyyətlərinə aid edilmədiyi üçün, aidiyyəti üzrə müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Rasim Salayev Ramiz ra***@list.ru ID: 3010
Ədv gerial yüklənməyib, çek var sadəcə deyilirki ƏDV ödənilməyib, bu nə deməkdir? Bu məsələyə görə başqa nə cür müraciət edə bilərəm?
05/09/2020 Прочитано: 32 Средняя стоимость: 0

Bildiririk ki, alınan mallar ƏDV məbləği hesablanmayan və ya ƏDV-dən azad edilən məhsullar olduqda, müvafiq xəta mətni əks olunur.

Ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin geri qaytarılması barədə məlumatlar, qaydalar, videotəlimat, müsahibələr, ən çox verilən suallar və həmin sualların cavabları, eləcə də digər faydalı məlumatlarla Buradan tanış ola bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 165.5-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası". 

0/5 (0 Средняя стоимость)
Оцените:
İsmayılova Ülviyyə Elbrus ul***@mail.ru ID: 3009
Salam. Qr kodu 2 -3 gün sonra oxutmaq mümkün deyilmi? Mümkündürsə zəhmət olmasa, izah edərdiniz.
05/09/2020 Прочитано: 29 Средняя стоимость: 0

Bildiririk ki, "BirBank" mobil tətbiqi vasitəsilə çekin çap olunduğu vaxtdan 90 dəqiqə keçdiyi andan etibarən, çekin üzərində əks olunan 'QR kodu' oxutmaqla, açılan pəncərədə ƏDV-nin geri qaytarılmasını təsdiq etmək kifayətdir. Bu zaman ƏDV-nin qaytarılması ilə bağlı sorğu BirBank mobil nömrəsi ilə "edvgerial.az" portalında bu nömrə ilə qeydiyyatı mövcud olan şəxsin elektron kabinetinə ötürüləcəkdir.

0/5 (0 Средняя стоимость)
Оцените:
Samir Suleymanov sy***@mail.ru ID: 3008
Что нужно регистрировать и какие налоги платить (ип, самозанятость, или другие варианты) если планирую начать получать денежную прибыль на фрилансе и получать доход от монетизации на youtube?
04/09/2020 Прочитано: 77 Средняя стоимость: 5

Bildiririk ki, sorğunuzda qeyd edilən fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur və həmin fəaliyyətə başlamaazdan əvvəl vegi ödəyicisi kimi uçota alınmalısınız.
Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.
Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş vergi ödəyicisi olmaq hüququnuz saxlanılır. 

Sorğunuza əsasən, gəlirlərinizin yalnız “Youtube” videohostinqi tərəfindən ödənildiyi halda və fərdi sahibkar olaraq digər hüquqi şəxsə xidmət etdiyinizi nəzərə alaraq,  sizin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnuz yoxdur və siz gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərməlisiniz. O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinə əsasən  mikro sahibkarlıq subyektlərinin gəlirlərinin 75 faizi gəlir vergisindən azaddır.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü, 101.3-cü, 102.1.30-cu, 218.5.10-cu, 218.6.2-ci maddələri.

5/5 (1 Средняя стоимость)
Оцените:
Məmmədov Hacı Azər oğlu ma***@gmail.com ID: 3007
Bolt taksi xidmətlərindən istifadə zamanı bank kartı vasitəsi ilə ödəniş edəndə, gediş haqqından əlavə verqi də tutulur, nağd ödəniş ediləndə isə bu əlavə verqi tutulmur. Banka müraciət zamanı (Unibank, debet kartı) bank bildiribki bu əlavə verqini Verqilər Nazirliyinin göstərişiylə tətbiq olunub. Bu bizim hökümətdə bank kartların qeniş istifadəsinin qarşlsını alır, çünki nağd ödəniş bank kartı ilə ödənişdən daha ucuz başa qəlir. Xahiş edirəm bunun səbəbini, hansı qanunəa və göstərişə əsasən bu verqi bolt taksi xidmətlərinə və onların bank kartı ilə ödənişinə tətbiq edilib.
04/09/2020 Прочитано: 106 Средняя стоимость: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 169.3-cü maddəsinə əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən bu maddə ilə müəyyən edilmiş qaydada qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı və ödənilməlidir.

Buna əsasən qeyri-rezident şəxslər tərəfindən göstərilən taksi xidmətləri elektron ticarət qaydasında göstərilən xidmətlərə aid edilir və həmin xidmətlərin alınmasına görə aparılan ödənişlərdən ödəməni həyata keçirən yerli bank tərəfindən alıcının vəsaiti hesabına 18 faiz dərəcə ilə ƏDV tutularaq dövlət büdcəsinə ödənilir.

Əsas: Vergi Məcəlləsinin 169.3-cü maddəsi

0/5 (0 Средняя стоимость)
Оцените:
Məlahət Əliyeva Adil qızı el***@bk.ru ID: 2838
Hansı sahibkara pandemiya dövründə 250 manat yardım verilib?
04/09/2020 Прочитано: 126 Средняя стоимость: 2

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və cavablar, maliyyə yardımı almış vergi ödəyicilərinin siyahısı, eləcə də digər faydalı məlumatlarla buradan tanış ola bilərsiniz.

2/5 (3 Средняя стоимость)
Оцените:
Əliyev Vüqar Gülasəf a.***@mail.ru ID: 3004
Ölkədaxili ezamiyyə zamanı otel ceki təqdim edən otel çeklə bərabər elektron qaimə faktura təqdim edilməlidir?
04/09/2020 Прочитано: 94 Средняя стоимость: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 71-1-ci maddəsinin müddəalarına əsasən elektron qaimə-faktura hüquqi şəxslərə və fərdi sahibkarlara malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxslər tərəfindən təqdim edilir. 

Vergi Məcəlləsinin 16.1.8-ci maddəsi bəzi fəaliyyət növlərini istisna etməklə pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti üzrə nağd pul hesablaşmalarını nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirilməsini təsbit edir.

Müvafiq olaraq sorğunuzda qeyd edilən fəaliyyət növləri ilə məşğul olan şəxslər tərəfindən nağd hesablaşmaları ciddi hesabat blankları ilə rəsmiləşdirməlidirlər.

 

 

0/5 (0 Средняя стоимость)
Оцените:
Mahmud Babayev İldrım ma***@vbc.az ID: 3003
Hörmətli vergi xidməti əməkdaşları, 1) Vergi ödəyicisi 2017-ci ilin mənfəət vergi bəyannaməsi üzrə dəqiqləşdirilmiş vergi hesabatını ən son hansı tarixədək təqdim edə bilər: 31.12.2020-ci il yoxsa 31.03.2021-ci il? 2) 2017-ci ilin mənfəət vergisi üzrə səyyar vergi yoxlaması ən son hansı tarixədək açıla bilər? 3) Vergi ödəyicisi 2015-ci ilin mənfəət vergisi bəyannaməsi təqdim olunduqdan sonra şəxsi hesab vərəqəsində mövcud olan artıq ödənilmiş vergilərin məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini ən son hansı tarixədək tələb edə bilər: 31.12.2020-ci il yoxsa 31.03.2021-ci il ? Xahiş edirəm ki, yuxarıda qeyd edilən suallara qanunvericiliyin tələblərinə uyğun olaraq cavab verəsiniz.
04/09/2020 Прочитано: 138 Средняя стоимость: 0

Cavab 1. Bildiririk ki, vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı halda, vergi ödəyicisi səyyar vergi yoxlamasının başlandığı günədək həmin hesabat dövrləri üçün dəqiqləşdirilmiş hesabat təqdim etmək hüququna malikdir.

Mənfəət vergisinin hesabat dövrü təqvim ili olduğu üçün, müraciətinizdə qeyd olunan halda dəqiqləşdirilmiş vergi bəyannaməsi 31 dekabr 2020-ci il tarixədək təqdim edilə bilər.

Əsas: Vergi Məcəlləsinin 72.5-ci maddəsi.

Cavab 2. Bildiririk ki, səyyar vergi yoxlaması aşağıdakı fəaliyyət dövrlərini əhatə etməlidir:

-mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini;

-digər vergilər, habelə işsizlikdən sığorta haqları üzrə səyyar vergi yoxlamasının keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini;

-cinayət prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq-mühafizə orqanlarının səyyar vergi yoxlamasının keçirilməsi barədə müvafiq qərarında göstərilən dövr üzrə vergi ödəyicisinin və ya sığortaedənin fəaliyyətini.

Qeyd olunanlara əsasən, vergi ödəyicisinin 2017-ci lil üzrə mənfəət vergisi üzrə fəaliyyəti 2020-ci il ərzində səyyar vergi yoxlaması ilə əhatə oluna bilər.

Əsas: Vergi Məcəlləsinin 36.3-cü maddəsi,  Azərbaycan Respublikasının Vergilər Nazirliyi Kollegiyasının 2016-cı il 7 sentyabr tarixli 1617050000011400 nömrəli qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”

Cavab 3.  Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. 

Əsas:  Vergi Məcəlləsinin 85.5-ci maddəsi.

0/5 (0 Средняя стоимость)
Оцените:
Nicat Qabulov pa***@mail.ru ID: 2835
Salam! Koronavirus (COVİD-19) pandemiyasından zərərə görə maliyyə dəstəyi almaq barədə bundan əvvəl də müraciətimiz olmuşdu və bir neçə ay öncə həmin dəstəyi almışdıq. Hazırki durumda həmin malıyyə dəstəyini almaq üçün yenidən müraicət etməyə ehtiyac varmı?
04/09/2020 Прочитано: 80 Средняя стоимость: 3

Bildiririk ki, birinci mərhələdə həm fərdi (mikro) sahibkarlara, həm də pandemiyadan zərər çəkmiş sahədə fəaliyyət göstərən, muzdlu işçisi olan vergi ödəyicilərinə maliyyə dəstəyi göstərilmişdir. Bu zaman fərdi sahibkarlara maliyyə dəstəyi birdəfəlik ödəmə formasında, muzdlu işçilərin əməkhaqqının ödənilməsi isə iki bərabər hissədə iki ay ərzdinə ödənilmişdir. 

Əlavə olaraq, hazrda koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkədə karantin tədbirləri davam etdirildiyindən, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, mövcud şəraitin sahibkarlığa mənfi təsirlərini minimallaşdırmaq və məşğulluğun qorunmasına dəstək məqsədilə pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramlarının növbəti mərhələsinə start verilmişdir. Maliyyə dəstəyi əldə etmiş vergi ödəyicilərinin yenidən müraciət etməsinə ehtiyac yoxdur. 

Nazirlər Kabineti tərəfindən qəbul edilmiş qərara əsasən, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan, maliyyə dəstəyi almış və dövlət başçısının çağırışına cavab olaraq işçi saylarında ciddi azalmalara yol verməmiş vergi ödəyicilərinə 1 iyul 2020-ci il tarixinə olan işçi sayına münasibətdə bir aylıq əmək haqqı fondu həcmində maliyyə dəstəyi göstəriləcək. Maliyyə dəstəyi avqust və sentyabr aylarını əhatə etməklə 2 mərhələdə bərabər hissələrlə ödəniləcək. 

Eyni zamanda, maliyyə dəstəyinə daha çox ehtiyacı olan və birinci mərhələdə 250 manat həcmində birdəfəlik ödəniş almış fərdi (mikro) sahibkarlara da avqust ayında təkrarən 250 manat həcmində maliyyə dəstəyi göstərilmişdir. 

3/5 (4 Средняя стоимость)
Оцените:
Vüqar Hüseynov Çərkəz oğlu vu***@gmail.com ID: 3002
Salam, mənim müraciətim yardımla bağlıdır. 250 manat haqda mənim xəbərim olmayıb ki, yardım verirlər 01 09 2020-ci ildə bilmişəm ki, VÖEN-lə işləyənlərə yardım verirlər. Mən də 2 il işləmişəm. Xahiş edirəm köməklik görsədin.
04/09/2020 Прочитано: 43 Средняя стоимость: 0

Bildiririk ki, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müvafiq Əmri ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair” Metodiki Göstərişə əsasən Fərdi (mikro) sahibkarlar 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərdilər. Həmin şəxslərə birinci mərhələdə 250 manatdan 5000 manata qədər maliyyə dəstəyi göstərilmişdir. 

Eyni zamanda, birinci mərhələdə 250 manat maliyyə dəstəyi almış fərdi (mirko) sahibkarlara təkrar maliyyə dəstəyinin göstərilməsi avqust ayında həyata keçirilmişdir. Bunun üçün həmin sahibkarların yenidən müraciət etməsi tələb olunmamışdır.

Maliyyə dəstəyi üçün heç vaxt müraciət etməyən vergi ödəyiciləri üçün isə, 10 avqust 2020-ci il tarixinədək müraciət etmək imkanı yaradılmışdır və bununla bağlı səhifəmizdə elan yerləşdirilmişdir. Qeyd olunan tarixdən etibarən maliyyə dəstəyi üçün müraciətlərin qəbulu dayandırılmışdır.

0/5 (0 Средняя стоимость)
Оцените:
Ziya İbrahimov Məmmədhəsən o zi***@mail.ru ID: 2834
Salam. İnternet vasitəsi ilə fərdi istifadə üçün nə isə alanda kartdan 18% ədv tutulmalıdırmı?
04/09/2020 Прочитано: 172 Средняя стоимость: 3

Bildiririk ki, Vergi Məcəlləsində Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident tərəfindən elektron ticarət qaydasında işlərin və xidmətlərin göstərilməsi Azərbaycan Respublikasında ƏDV üzrə vergiyə cəlb olunur.

Virtual ticarət meydanlarından malların elektron ticarət qaydasında alışına yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən ƏDV tətbiq olunmur.

Əsas: Vergi Məcəlləsinin 168-ci və 169-cu maddələri.

3/5 (8 Средняя стоимость)
Оцените:
Qocayeva Səbirə Səməndər ka***@mail.ru ID: 3001
Salam. Hazırlıq kurslarının fəaliyyətinə icazə verilibmi?
04/09/2020 Прочитано: 67 Средняя стоимость: 0

Bildiririk ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, avqustun 31-dən etibarən xüsusi karantin rejimi qaydalarına riayət etməklə, 10 nəfərədək qruplarda fərdi tədris və repetitor xidmətlərinə icazə verilir.

0/5 (0 Средняя стоимость)
Оцените:
Ceyhun Kazımov Kazım yo***@mail.ru ID: 2833
Salam, MMC ədv ödəyicisindən sadələşdirilmiş vergi ödəyicisinə hansı qaydalarla keçməlidir?
04/09/2020 Прочитано: 176 Средняя стоимость: 4

Bildiririk ki, vergi ödəyicisinin vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği əvvəlki tam 12 təqvim ayı ərzində 100.000 manatdan çox deyilsə, bu Məcəllənin 158.1-ci maddəsində nəzərdə tutulan hallar istisna edilməklə, vergi ödəyicisi ƏDV-nin məqsədləri üçün son qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən bir il keçdikdən sonrakı istənilən vaxt qeydiyyatın ləğv olunmasına dair ərizə verə bilər. ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması vergi orqanına qeydiyyatın ləğv edilməsinə dair ərizənin verildiyi gün qüvvəyə minir.

Əsas: Vergi Məcəlləsinin 158-ci maddəsi.

4/5 (7 Средняя стоимость)
Оцените:
İbrahimov Rövşən İbrahim ro***@mail.ru ID: 3000
Səyyar vergi dövrü yoxlaması zamanı yoxlamaya təqdim edilən mal qalığı 50.000 manat göstərilmişdir. Lakin, yoxlayıcının qənaəti ilə yoxlama dövrünün sonuna olan mal qalığı 100.000 manat olmalı idi. Vergi Məcəlləsinin 67.15 maddəsinə əsasən yoxlayıcı aradakı fərqi təqdim edilmişdir hesab edib maliyyə sanksiyası tətbiq edə bilərmi? Nəzərə alın ki, ƏDV ödəyicisiyik və bilmək istəyirik ki, ƏDV ödəyicisi, mənfəət və ya gəlir vergisi ödəyicisində necə hesablanir ? Əgər ki, yuxarıda qeyd edilən maddəyə əsasən səyyar vergi yoxlaması maliyyə sanksiyası hüququ əldə etdikdə, onu yoxlamanın sonuncu dövrünə daxil etməlidirsə və yoxlamanın sonu 2020-ci ili əhatə edir. 2020-ci ildə ƏDV öhdəliyi malın təqdim edilməsi ilə deyil, pulun əldə edilməsi ilə yaranır. Bu halda alınmayan pul üçün ƏDV hesablana bilərmi? Nəzərə alsaq ki, səyyar yoxlama mal qalıqlarını özündən əvvəlki dövr üçün olan məlumatlar əsasında formalaşdırır. Faktiki həmin dövrə mal qalığının sayım edilməsi mümkün deyil. Fikrimizcə həmin uçotda malların əksik gəlməsi kimi qiymətləndirilib əlavə vergi hesablanmasi məqsədə uyğun deyil. Xahiş edirik ki, suallarımıza izahlı cavab verəsiniz.
04/09/2020 Прочитано: 111 Средняя стоимость: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır.

Buna əsasən sualda göstərilən halda səyyar vergi yoxlaması zamanı vergi orqanı tərəfindən vergi ödəyicisinin idxal əməliyyatları barədə rəsmi məlumatlarına əsasən idxal edilmiş mallar faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə təqdim edilmiş kimi qiymətləndirilərək yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə ƏDV və 2019-cu il üzrə mənfəət vergisi hesablanmalıdır.

Eyni zamanda, vergi ödəyicisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa, vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 38-ci, 58.1-ci və 67.15-ci maddələri, Azərbaycan Respublikasının Vergilər Nazirliyi Kollegiyasının 2016-cı il 7 sentyabr tarixli 1617050000011400 nömrəli qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”

0/5 (0 Средняя стоимость)
Оцените:
Aslanov Huseyn Selaheddin as***@gmail.ru ID: 2998
Şirkətdə vergi borcu yaranıbsa, təsisçi və direktor eyni şəxsdirsə direktoru dəyişmək olar?
03/09/2020 Прочитано: 47 Средняя стоимость: 0

Bildiririk ki, yaranmış vergi borcu təsisçi tərəfindən hüquqi şəxsin rəhbərinin əvəzlənməsinə məhdudiyyət yaratmır.

 

0/5 (0 Средняя стоимость)
Оцените:
Zaur Əliyev İsa za***@mail.ru ID: 2997
Salam, sentyabr ayı üçün nəzərdə tutulmuş sahibkarlara yardım nə vaxt ödəniləcək?
03/09/2020 Прочитано: 36 Средняя стоимость: 0

Bildiririk ki, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müvafiq Əmri ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair” Metodiki Göstərişə əsasən Fərdi (mikro) sahibkarlar 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərdilər. Həmin şəxslərə birinci mərhələdə 250 manatdan 5000 manata qədər maliyyə dəstəyi göstərilmişdir. 

Eyni zamanda, birinci mərhələdə yalnız 250 manat maliyyə dəstəyi almış fərdi (mirko) sahibkarlara təkrar maliyyə dəstəyinin göstərilməsi avqust ayında həyata keçirilmişdir. Sentyabr ayı üçün təkrar maliyyə dəstəyi nəzərdə tutulmamışdır.

0/5 (0 Средняя стоимость)
Оцените:
Vefa Esgerova Mohkem ve***@mail.ru ID: 2996
Salam. Mən adımda mövcud olan VÖEN-in tam birdəfəlik bağladığım halda, hələ də işlək vəziyyətdə aktiv göstərilir. Sistemə niyə axi daxil olunmayıb. Mən bu baxımdan nə süd pulu, nə də ki, sosial müavinət ala bilmədim.
03/09/2020 Прочитано: 45 Средняя стоимость: 0

Bildiririk ki, vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin  müvəqqəti  dayandırılması prosedurları fərqlidir.
Belə ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə,  fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.
Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Sosial müavinətlər, işsizlik və Ünvanlı dövlət sosial yardımı məsələləri üzrə ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Abbas Abbasov Elvan ab***@gmail.com ID: 2995
Salam. Menim VÖEN-imə 50 azn cərimə gəlib. Amma cərimənin səbəbi barədə məlumat yoxdur. Onu deyim ki, bəyannamələri vaxtı vaxtında yerinə yetirmişəm və fəaliyyətdə olan zaman vergi və DSMF ödənişlərini gecikdirmədən tam vermişəm. Cərimənin qeyri-etik olduğunu düşünürəm. Zəhmət olmasa məni məlumatlandırardınız.
03/09/2020 Прочитано: 47 Средняя стоимость: 0

Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda onlardan istifadə etməklə İnternet Vergi İdarəsinin “E-bəyannamə, ƏDV-DH və ŞHV” bölməsinə daxil olaraq “Məlumat axtar” alt bölməsinin “Şəxsi hesab vərəqəsi” hissəsindən özünüzə aid müəyyən məlumatları, o cümlədən borc və apardığınız ödəmələr barədə məlumatı əldə edə bilərsiniz.

Müraciətiniz barədə ətraflı məlumat üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya qabaqcadan onlayn növbə tutmaqla, vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените: