Официальные веб-сайты Азербайджанской Республики оканчиваются на .gov.az.

Государственные органы взаимодействуют через домен .gov.az (например, my.gov.az).

Список доверенных веб-сайтов

Безопасные веб-сайты используют HTTPS.

В качестве дополнительной меры безопасности проверьте наличие значка замка 🔒 или префикса https:// в адресной строке. Делитесь своими конфиденциальными данными только на официальных и защищённых веб-сайтах.

Выберите язык
Поиск
Abbasov Həbib Süleyman he***@gmail.com ID: 7850
Nəqliyyat vasitələri əmlak vergisinə cəlb olunurmu, "hə"-"yox" niyə?
11/03/2023 Прочитано: 224 Средняя стоимость: 5

Bildiririk ki, müəssisələrin, habelə fərdi sahibkarların balansında olan əsas vəsaitlər (o cümlədən nəqliyyat vasitələri) əmlak vergisinin vergitutma obyektini təşkil edir.

Eyni zamanda, fiziki şəxslərə məxsus sahibkarlıq fəaliyyətində istifadə olunmayan minik avtomobilləri əmlak vergisindən azaddır. 

Əsas: Vergi Məcəlləsinin 197.1.3 və 199.4.3-cü maddələri.    

5/5 (3 Средняя стоимость)
Оцените:
Cəbrayılov Ilkin Şahin il***@gmail.com ID: 7849
Salam. Gömrükdən Marka olan geyimlərin (nike,adidas,puma) təqlid edən, original olmayan məhsulların keçirmək üçün vergi haqqı nə qədərdir? Öncədən təşəkkürlər.
10/03/2023 Прочитано: 116 Средняя стоимость: 5

Məlumat üçün bildiririk ki, qanunla müəyyən edilmiş hallarda və qaydada idxal-ixrac əməliyyatlarına nəzarəti gömrük orqanları həyata keçirir. Bu səbəbdən idxal zamanı vergitutma prosedurları, habelə gömrük rüsumları barədə daha ətraflı məlumatın alınması üçün aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinin 195-6 Çağrı Mərkəzinə müraciət etməyinizi tövsiyə edirik.

5/5 (1 Средняя стоимость)
Оцените:
Rahil Quluzadə Ramiz ra***@yahoo.com ID: 7846
Himayəsində iki az yaşlı uşaq olan və həyat yoldaşı çalışmayan şəxsə Vergi Məcəlləsinin 102.5-ci maddəsinə əsasən 50 manat vergi güzəşti verilirmi?
10/03/2023 Прочитано: 122 Средняя стоимость: 0

Bildiririk ki, himayəsində 3 nəfər (o cümlədən 18 yaşa kimi iki uşaq, 23 yaşa kimi tələbə və şagird (həmin yaşa çatdıqları ilin sonunadək) və işləməyən həyat yoldaşı) olan şəxsin əsas iş yerində müvafiq təsdiqedici sənədlər (ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əsas iş yerindən işəgötürənin arayışı və Azərbaycan Respublikası Vergilər Nazirliyinin təsdiq etdiyi formada yerli icra hakimiyyəti və ya bələdiyyələr tərəfindən verilmiş arayış) təqdim etdiyi halda muzdlu işlə əlaqədar vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu iş yerində) muzdlu işlə əlaqədar əldə etdiyi gəliri himayəsində 3 nəfər olması ilə əlaqədar müvafiq təsdiqedici sənədlər, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.15-ci bəndinə əsasən ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əsas iş yerindən işəgötürənin arayışı və Azərbaycan Respublikası Vergilər Nazirliyinin təsdiq etdiyi formada yerli icra hakimiyyəti və ya bələdiyyələr tərəfindən verilmiş arayışlar təqdim edildiyi halda 50 manat məbləğində azaldılır.

Xatırladırıq ki, təqaüd, pensiya və işsizlikdən sığorta ödənişi alan şəxslər (uşaqlardan başqa), dövlət təminatında olan şəxslər (texniki-peşə məktəblərinin şagirdləri, uşaq və körpə evlərində tərbiyə alanlar), xüsusi məktəblərin şagirdləri və internat evlərində olan, saxlanmasına görə qəyyumlardan haqq alınmayan uşaqlar, habelə tam dövlət təminatındakı məktəblər yanında internatlarda olan uşaqlar himayədə olanlara aid edilmir.

Sorğunuzda qeyd olunanlara əsasən, yuxarıda göstərilən təsdiqedici sənədləri iş yerinizə təqdim etməklə, vergi güzəştindən yararlana bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 101-ci, 102-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı".

0/5 (0 Средняя стоимость)
Оцените:
Əliyev Əli Nizami al***@mail.ru ID: 7845
Salam. Bilmək istərdim ki, həyət evi üçün ödənilən əmlak vergisi hesablananda mansardın ərazisidə hesablanmalıdır qanunla?
10/03/2023 Прочитано: 138 Средняя стоимость: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 197.1-ci maddəsinə uyğun olaraq fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri (bundan sonra bina adlandırılacaq), həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri əmlakvergisinin vergitutma obyektini təşkil edir.

Bina dedikdə isə insanların yaşaması, fəaliyyəti, təbiət təsirlərindən qorunması, onlara sosial, mədəni və məişət xidmətlərinin göstərilməsi, istehsalat sahələrinin yerləşdirilməsi, maddi dəyərlərin saxlanması üçün nəzərdə tutulmuş qapalı həcm-fəza quruluşuna malik olan tikinti obyekti başa düşülməlidir.

Yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların orada yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla onun bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir.

Əsas: Vergi Məcəlləsinin 13.2.54-cü, 197.1.1-ci, 198.1.1-ci və 200-cü maddələri, Mənzil Məcəlləsinin 12.2-ci və 12.5-ci maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
Hüseynova Səmayə Əkrəm qızı se***@inbox.ru ID: 7534
Salam. Xarici şirkətə nəqliyyat xidməti üçün ödəniş etmişik. Bunu ÖMV bəyannaməsində göstərib vergisini verməliyik. Hansı sətirdə göstərməliyik? Bir də bu məbləğ ƏDV-yə cəlb ediləcək? Ediləcəksə, onu ƏDV bəyannaməsində hansı bölmədə göstərməliyik?
10/03/2023 Прочитано: 328 Средняя стоимость: 5

Bildiririk ki, müraciətinizdə qeyri-rezident tərəfindən göstərilən xidmət konkret qeyd olunmadığı üçün müvafiq əməliyyatın “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”ndə və “Əlavə dəyər vergisinin bəyannaməsi”ndə dəqiq necə əks etdirilməsi məsələsinə münasibət bildirilməsi mümkün olmamışdır.

Belə ki, Vergi Məcəlləsinin 125.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisənin və ya sahibkarın ödəmələrindən 6 faiz dərəcə ilə, Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinə əsasən isə Məcəllənin 125.1.1-125.1.4-cü, 125.1.6-125.1.8-ci və 125.1-1-ci maddələrində göstərilən gəlirlər istisna olmaqla, Azərbaycan mənbəyindən əldə edilən digər gəlirlər üzrə qeyri-rezidentdən xərclər çıxılmadan 10 faiz dərəcə ilə vergi tutulur. Qeyd olunan gəlirlər birinci halda “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nin “1608.3” kodlu sətrində, digər halda isə “1608.4” kodlu sətrində əks etdirilir.

Eyni zamanda qeyri-rezident tərəfindən göstərilən xidmətlərin ƏDV-yə cəlb olunması Vergi Məcəlləsinin 168-ci və 169-cu maddələri ilə tənzimlənir və müvafiq əməliyyat ƏDV-yə cəlb olunduğu təqdirdə “Əlavə dəyər vergisinin bəyannaməsi”nin 7 nömrəli Əlavəsində qeyd olunmaqla bəyannamənin “306” kodlu sətrində əks etdirilməlidir.

Əsas: Vergi Məcəlləsinin 125-ci, 168-ci və 169-cu maddələri.

5/5 (2 Средняя стоимость)
Оцените:
Zaur Süleymanov Za***@mail.ru ID: 7550
Salam hörmətli vergi orqanı, A MMC 2021-ci ilin mənfəət bəyannaməsini verib, 232-ci (digər xərclər) sətrində əvvəlki illərdə alınan xəsarətə görə müavinət (icbari sığorta mövcud olmayan dövrlərdən qalan, xəsarət nəticəsində əmək qabliyyətini itirməyə görə müəssisə tərəfindən işçilərə ödənən ömürlük müavinət ) göstərilmişdi. Ancaq, sonradan VX-nə yazılan məktubun cavabına görə həmin xəsarət xərcini, gəlirdən çıxılan xərclər siyahından çıxarmalı olduq. Bilmək istərdik ki, bu əməliyyat əlavə 1-də necə əks etdiriləcək?
10/03/2023 Прочитано: 199 Средняя стоимость: 5

Bildiririk ki, sorğunuzda qeyd olunan halda hesabat dövrü ərzində ödənilən icbari ödənişlər “Mənfəət vergisinin bəyannaməsi”nin 1 nömrəli əlavəsinin “Cəmi aktivlər” bölməsinin 1.5 kodlu “Pul vəsaitləri” və “Cəmi kapital və öhdəliklər” bölməsinin 2.2.1.5 kodlu “Sair kreditor borcları” sətrində əks etdirilə bilər.

5/5 (3 Средняя стоимость)
Оцените:
Kənan Osmanov ke***@inbox.ru ID: 7837
Salam. Əsas vəsaitlər satıldığı il ona amortizasiya hesablanırmı? Hesablanıb və ya hesablanmadığını məcəlləyə əsasən istinad edin zəhmət olmasa.
08/03/2023 Прочитано: 184 Средняя стоимость: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 114.1-ci maddəsinə əsasən bu Məcəllənin 99-cu maddəsində müəyyən edilmiş sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətində istifadə edilən əsas vəsaitlər üzrə amortizasiya ayırmaları bu maddənin müddəalarına uyğun olaraq gəlirdən çıxılır.

Vergi Məcəlləsinin 114.4-cü maddəsinə əsasən əsas vəsaitlərin kateqoriyaları üzrə amortizasiya ayırmaları bu Məcəllənin 114.3-cü maddəsi ilə hər kateqoriyaya aid olan əsas vəsaitlər üçün müəyyənləşdirilmiş amortizasiya normasını həmin kateqoriyaya aid əsas vəsaitlərin vergi ilinin sonuna qalıq dəyərinə tətbiq etməklə hesablanır.

Amortizasiya hesablanması məqsədləri üçün əsas vəsaitlər (vəsait) üzrə vergi ilinin sonuna qalıq dəyəri hesablanan zaman əsas vəsaitlərin (vəsaitin) əvvəlki ilin sonuna qalıq dəyərinə (həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) daxil olmuş əsas vəsaitlərin (vəsaitin) dəyəri, habelə cari ildə təmir xərclərinin məhdudlaşdırmadan artıq olan hissəsi əlavə edilir, vergi ilində təqdim edilmiş, ləğv edilmiş və ya qalıq dəyəri 500 manatdan və ya ilkin dəyərin 5 faizindən az olduqda əsas vəsaitlərin qalıq dəyəri çıxılır.

Göründüyü kimi, il ərzində təqdim edilmiş əsas vəsaitlərin dəyəri vergi ilinin sonuna əsas vəsaitlərin qalıq dəyərindən çıxıldığı üçün həmin əsas vəsaitlər üzrə amortizasiya hesablanmır.

Əsas: Vergi Məcəlləsinin 114-cü maddəsi. 

5/5 (1 Средняя стоимость)
Оцените:
Seyfulla Bayramov 13***@gmail.com ID: 7834
Salam. "Youtube"dan gəlir üzrə vergi ödəmək qaydası necədir? Neçə faizdir? Ümumi məlumat verə bilərsiz?
07/03/2023 Прочитано: 243 Средняя стоимость: 3

Bildiririk ki, sorğunuzda qeyd edilən fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur və həmin fəaliyyətə başlamaazdan əvvəl vegi ödəyicisi kimi uçota alınmalısınız.
Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş vergi ödəyicisi olmaq hüququnuz saxlanılır. 

Sorğunuza əsasən, gəlirlərinizin yalnız "Youtube" videohostinqi tərəfindən ödənildiyi halda və fərdi sahibkar olaraq digər hüquqi şəxsə xidmət etdiyinizi nəzərə alaraq,  sizin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnuz yoxdur və siz gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərməlisiniz. O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinə əsasən  mikro sahibkarlıq subyektlərinin gəlirlərinin 75 faizi gəlir vergisindən azaddır.

Sahibkarlıq fəaliyyəti çərçivəsində vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan vergi ödəyicisi (avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində daşımaları həyata keçirən, idman mərc oyunlarını təşkilində iştirak edən şəxs istisna olmaqla) növbəti ayın 10 günü ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməli, vergi orqanı tərəfindən ƏDV qeydiyyatına alındıqdan sonra isə ƏDV ödəyicisinin vergi öhdəliklərini yerinə yetirməlidir.

Bəyannamələrin formaları, o cümlədən "Gəlir vergisi bəyannaməsinin" forması və doldurulması qaydaları ilə səhifəmizin (www.taxes.gov.az) “Bəyannamə” bölməsindən tanış ola bilərsiniz. 

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü, 101.3-cü, 102.1.30-cu, 155-ci, 218.5.10-cu, 218.6.2-ci maddələri.

3/5 (2 Средняя стоимость)
Оцените:
Erfan Amini Morteza Er***@gmail.com ID: 7833
Salam, mənim hüquqi şəxs VÖEN-imi ləğv etmək istəyirəm, asan imzam yoxdur. Hara yaxınlaşa bilərəm?
07/03/2023 Прочитано: 84 Средняя стоимость: 0

Bildiririk ki, hüquqi şəxsin ləğv edilməsi proseduru haqqında, o cümlədən təqdim olunan sənədlərin siyahısı və sənədlərin təqdim olunduğu vergi orqanı hadqa ətraflı məlumatla buradan tanış ola bilərsiniz.

 

0/5 (0 Средняя стоимость)
Оцените:
Ağazadə Samir Yaşar oğlu ag***@gmail.com ID: 7832
Mən Ağazadə Samir öz adıma olan Leo bank kartımdan 05.03.2023 tarixində 18:38-də "Coding princes" adında idman və əyləncə üçün 6.34 ƏDV ilə birlikdə balansımdan 41.55 man məbləğində pulun çıxılmasına razılıq vermişəm. İndi sualım belədir ki, niyə heç bir əməliyyat etmədən 07.03.2023 tarixində saat 09:25də mənim kart balansımdan həmin 6.34 man ƏDV məbləği ikinci dəfə tutulub? Bankla və ödədiyim yerlə danışdım hər ikisi deyir ki, ƏDV-ni tutan vergidir. İndi deyə bilərsinizmi 1 əməliyyata görə məndən niyə 2 dəfə ƏDV tutulur?
07/03/2023 Прочитано: 216 Средняя стоимость: 0

Bildiririk ki, Azərbaycan Respublikasının “Elektron ticarət haqqında” 10 may 2005-ci il tarixli 908-IIQ nömrəli Qanununun 1.0.1-ci maddəsinə əsasən elektron ticarət - informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi (o cümlədən, internet şəbəkəsi vasitəsi ilə elektron kitabların, musiqinin, audio-video materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi, reklamların yerləşdirilməsi, digər analoji iş və xidmətlər) üzrə həyata keçirilən fəaliyyətdir.

Eyni zamanda Vergi Məcəlləsinin 169.3-cü maddəsinin müddəalarına görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən qeyri-rezidentdən elektron ticarət qaydasında işlərin və xidmətlərin alınmasına görə aparılan ödənişlərdən ödəməni həyata keçirən yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru tərəfindən alıcının vəsaiti hesabına 18 faiz dərəcə ilə ƏDV hesablanmalı və ödənilməlidir.

Göründüyü kimi, vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən həyata keçirilən elektron ticarət zamanı yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən ƏDV tutulması yalnız xaricdən alınan işlərə və xidmətlərə münasibətdə tətbiq edilir. 

Qeyd olunanları nəzərə alaraq, hesabınızdan artıq tutulmuş vergi məbləğinin qaytarılması ilə bağlı aidiyyəti üzrə müştərisi olduğunuz banka müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 169-cu maddəsi və Azərbaycan Respublikasının “Elektron ticarət haqqında” 10 may 2005-ci il tarixli 908-IIQ nömrəli Qanunu.

0/5 (0 Средняя стоимость)
Оцените:
Əhməd Qasımov Taleh eh***@gmail.com ID: 7828
Salam, hörmətli səlahiyyətli şəxs əgər e-texas.gov.az saytında onlayn müraciət ilə hüquqi şəxs kimi (MMC təyinatlı şirkət) açmaq üçün sorğu göndərmişəmsə və təsdiqləmişəmsə, mən həmin ərizəmi necə geri götürə bilərəm (müraciəti necə ləvğ edə bilərəm)? Xatırladım ki vergilər nazirliyindən artıq şəxsi kabinetə müəyyən sənədlər göndərilib və sadəcə sənədlərə baxmaq üçün elektron imza tələb olunur. Elektron imza olmadığından sənədlərə baxa bilmirəm.
06/03/2023 Прочитано: 66 Средняя стоимость: 0

Bildiririk ki, sorğunuzda qeyd olunan halda hüquqi şəxs onlayn qeydiyyatda keçdiyi üçün hüquqi şəxsin ləğv edilməsi ümumi qaydada həyata keçirilir. 

Hüquqi şəxsin ləğv edilməsi proseduru haqqında, o cümlədən təqdim olunan sənədlərin siyahısı və sənədlərin təqdim olunduğu vergi orqanı hadqa ətraflı məlumatla buradan tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Sübhan Allahverdi su***@mail.ru ID: 7821
Salam. Mən yeni VÖEN açıb 4511201 (TƏZƏ VƏ İSTİFADƏ OLUNMUŞ MİNİK AVTOMOBİLLƏRİN PƏRAKƏNDƏ SATIŞI) ilə məşğul olmaq və səyyar satıcı kimi fəaliyyət göstərmək istəyirəm. Lakin, mən heç bir obyekt icarəyə götürmürəm və heç bir VÖEN bank hesabı açmıram, sadəcə nəğd pulu cari bank hesabıma mədaxil edib xarici ölkədən 2-3 ədəd minik avtomobili sifariş verdiyim şirkətin hesabına göndərirəm və yol xərcini bank vasitəsi ilə və ya nəğd şəkildə ödəyirəm, eləcə də gömrük və rəsmiləşdirmə rüsumlarını nəğd şəkildə ödəyirəm və həmin nəqliyyat vasitəsini heç bir VÖEN-i olmayan fiziki şəxs qismində sadə vətəndaşa nəğd şəkildə satıram və satandan sonra bir də xaricdən nəqliyyat vasitəsi sifariş verib gətirirəm. Bu dediklərimə əsasən məni maraqlandıran bəzi suallar meydana çıxır: 1. Əgər yeni VÖEN açıramsa həmin fəaliyyət üçün Sadələşdirilmiş 2% ilə başlayır? Və nə vaxtdan 5% keçir? 2. Sahibkar bu fəaliyyətdə heç bir muzdlu işçi götürmədən təkbaşına fəaliyyət göstərə bilər? 3. Əgər mən obyekt icarəyə götürmürəmsə və səyyar fəaliyyət göstərirəmsə vergi uçotunda obyekti qeydiyyat etməyə ehtiyac yoxdur? 4. Səyyar satış kimi fəaliyyət vergi sistemində nə əsasında göstərməliyəm və hara müraciət etməliyəm? 5. Əgər səyyar və pərakəndə satış ilə məşğulamsa, vergi uçotunda obyekt qeydiyyatım yoxdursa VÖEN bank hesabına, POS terminala və nəzarət kassa aparatına ehtiyac varmı? 6. Müştəriyə maşını satarkən mətbəədən aldığım mədaxil qəbz təqdim etməliyəm yoxsa NKA çeki təqdim etməliyəm? 7. Sadələşdirilmiş vergi ödəyicisi rüblük bəyannamə verir? Əgər 1ci ayda 1 ədəd maşın idxal edib, 2ci ayda satışı olmayıb, 3cü ayda həmin maşını satıb. Onda 2ci ayda hansı vergi ödəyirmi? 8. Heç bir obyekt icarəyə götürmədən və heç bir işçisi olmadan minik avtomobillərin pərakəndə satışı ilə məşğul olan və səyyar satıcı kimi fəaliyyət göstərən sahibkarın hansı vergi mükəlləfiyyətləri var? Dövlətə, sosial və sığortaya hansı vergilər ödəyir və bu vergilər nələrdir? Sizdən məktubu diqqətlə oxumağı və qeyd elədiyim suallara Azərbaycan Respublikasının qanunverciliyi əsasında cavab verməyinizi xahiş edirəm. Diqqətiniz üçün təşəkkür edirəm.
06/03/2023 Прочитано: 363 Средняя стоимость: 5

Bildiririk ki, avtomobil nəqliyyat vasitələrinin pərakəndə satışı ilə məşğul olan fiziki şəxslərin vergi öhdəlikləri vergi uçotuna alınarkən təqdim etdiyi ərizədə seçdiyi vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarətdir.

Fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda ticarət fəaliyyətindən əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir. 

Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Mikro sahibkarlıq subyekti olduğunuz halda (işçilərinin orta siyahı sayı 1-10 nəfər aralığında olan və illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) gəlirlərin və xərclərin uçotunu aparmaqla, 75 faiz vergi güzəşti əldə edə bilərsiniz.

Vergi ödəyicisinin ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olduqda növbəti ayın birinci günündən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur və həmin şəxslər sadələşdirilmiş vergi ödəyici olmaq hüququnu itirir. Bu halda fiziki şəxslər əldə etdikləri gəlirlərindən xərclər çıxıldıqdan sonra 20 faiz dərəcə ilə gəlir vergisi ödəməlidirlər.

Sorğunuzda qeyd olunan fəaliyyət növü təsərrüfat subyekti (obyekt) və NKA tələb olunan fəaliyyət növlərinə aid edilir. İqtisadi fəaliyyət növləri üzrə vergi münasibətlərinin vahid standartlarında hər bir fəaliyyət növü üzrə ətraflı məlumatla buradan tanış ola bilərsiniz.

Əsas: Əsas: Vergi Məcəlləsinin 16-cı, 33-cü, 34-cü, 97-ci, 101-ci, 102-ci, 155-ci və 220-ci maddələri. 

 

5/5 (1 Средняя стоимость)
Оцените:
Ruslan Rüstəmov Eldar ru***@hotmail.com ID: 7820
Salam, bir maddə ilə bağlı sualım yaranıb, xahiş edirəm, aydınlıq gətirəsiniz. Vergi Məcəlləsinin 164.1.10 maddəsində qeyd edilib ki, Azərbaycan Respublikası Mərkəzi Bankının və Azərbaycan Respublikasının Dövlət Neft Fondunun qanunvericiliklə nəzərdə tutulmuş vəzifələrinin yerinə yetirilməsi ilə bağlı mal idxalı, iş görülməsi və xidmət göstərilməsi vergidən azaddır. Bilmək istərdim, bu maddədə AR Mərkəzi Bankı və AR Dövlət Neft Fondunun gördükləri iş və xidmətlər nəzərdə tutulur və ya həmçinin həmin qurumlara göstərilən xidmət və işlər? Misal üçün hər hansı bir qeyri-rezident şirkət Dövlət Neft Fondu üçün xidmət göstəribsə, bu xidmət üzrə ÖMV və ya ƏDV ödənilməlidir və ya xidmət vergidən azaddır?
06/03/2023 Прочитано: 89 Средняя стоимость: 0

Bildiririk ki, sözügedən maddədə qanunvericiliklə müəyyən olunmuş vəzifələrinin yerinə yetirilməsi ilə bağlı Mərkəzi Bank və Dövlət Neft Fondu tərəfindən malların idxalı, işlərin görülməsi və xidmətlərin göstərilməsi ƏDV-dən azad edilir.

Onu da qeyd edək ki, Mərkəzi Bankın vəzifələri “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəzifələri isə “Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə” ilə müəyyən edilmişdir.

Əsas: Vergi Məcəlləsinin 164.1.10-cu maddəsi,  “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının 10 dekabr 2004-cü il tarixli 802-IIQ nömrəli Qanununun 5-ci maddəsi, Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2000-ci il tarixli, 434 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə”.

0/5 (0 Средняя стоимость)
Оцените:
Yaşar Novruzov Ya***@gmail.com ID: 7811
Salam. Mənim VÖEN sənədim var, uçota alınmışdım heyvandarlıq üzrə. İndi onu kənd təsərüffatına (pay torpaq sənədinə) dair dəyişmək istəyirəm. Bu mümkündür, yoxsa ləğv edib yenisini açdırmalıyam?
04/03/2023 Прочитано: 177 Средняя стоимость: 0

Bildiririk ki, vergi uçotunda olan fiziki şəxs eyni zamanda torpaq mülkiyyətçisi kimi vergi orqanında uçota alındıqda, ərizədə bu haqda məlumatlar qeyd olunmalıdır. Bu zaman, Ərizənin 1 və 2 nömrəli Əlavələri doldurulmalı və torpağa mülkiyyət hüququnu təsdiq edən sənədin və torpaq aktının surəti ərizəyə əlavə edilməlidir. 1 nömrəli Əlavədə torpağa mülkiyyət hüququnu təsdiq edən sənədin seriyası, nömrəsi, torpağın sahəsi, kateqoriyası, yerləşdiyi ünvan barədə məlumatlar doldurulur. 2 nömrəli Əlavədə torpaq mülkiyyətçilərinin ailə üzvlərinin sayı, onların soyadı, adı və atasının adı doldurulur və FİN-kod vergi orqanının vəzifəli şəxsi tərəfindən şəxsiyyət vəsiqəsinə əsasən qeyd edilir.

Kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sığorta haqqı ödəyənlər istisna olmaqla) əmək qabiliyyətli ailə üzvlərinin hər biri üçün məcburi dövlət sosial sığorta haqqı, torpağın sahəsindən asılı olaraq, minimum aylıq əməkhaqqına nisbətdə aşağıdakı miqdarda hesablanması nəzərdə tutulur:
- 5 hektaradək olduqda - 2 faiz miqdarında;
- 5 hektardan 10 hektaradək - 6 faiz miqdarında;
- 10 hektardan yuxarı - 10 faiz miqdarında.

Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin sosial sığorta haqqı "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz" alınarkən ödənilir və bu fəaliyyət üzrə bəyannamələrin (hesabatların) təqdim edilməsi tələb olunmur. 

Müraciətiniz barədə daha ətraflı məlumat üçün Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 33-cü və 34-cü maddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları" və “Sosial sığorta haqqında”Azərbaycan Respublikasının 250-IQ saylı Qanunu.

0/5 (0 Средняя стоимость)
Оцените:
Əhmədov Elsevər Mədət oğlu el***@mail.ru ID: 7809
Salam. Atası şəhid olan keçmiş döyüşcünün (Ailənin şəhid ailəsi statusu var) övladına 400 manat və 800 manat azadolmanın hər iksi eyni anda şamil olunurmu? Yəni yekunda muzdlu işlə əlaqədar vergi hesablanarkən, vergiyə cəlb olunan gəliri 1200 (800+400) manat azaldılacaqmı?
04/03/2023 Прочитано: 137 Средняя стоимость: 1

Bildiririk ki, Vergi Məcəlləsinin 102.1-1-ci maddəsinə əsasən şəhid ailəsi statusu verilmiş şəxslərin valideynlərinin, dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 800 manat məbləğində azaldılır.

Bununla yanaşı, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir.

Qeyd olunanlara əsasən, sorğuda qeyd olunan halda şəhid adını almış şəxsin övladına 800 manat güzəşt tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 102.1-1-ci maddəsi.

1/5 (1 Средняя стоимость)
Оцените:
Quliyev İlkin Yusif qu***@gmail.com ID: 7807
Salam. VÖEN-i 5 illik müvəqqəti dondurmuşam, son ildir, öz özünə aktiv olacaq 5 il bitdikdən sonra? Əgər öz-özünə aktiv olacaqsa onda birdəfəlik dondurmaq istəyirəm, lakin asan nömrəm Azercell tərəfindən başqasına satılıb. Alternativ yol necə olmalıdır?
04/03/2023 Прочитано: 110 Средняя стоимость: 5

Məlumat üçün bildiririk ki, vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə, fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.

Gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda İnternet Vergi İdarəsi portalı üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə dayandırılması mümkündür.

Bu barədə daha ətraflı səhifəmizin “Xidmətlər” bölməsinin “E-Xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament və ya Dövlət Vergi Xidmətinin rəsmi yutub səhifəsində yerləşdirilən videotəlimat vasitəsilə tanış ola bilərsiniz: https://www.youtube.com/watch?v=XtmRW-3SX_0

Qeyd: Vergi ödəyicilərinin vergi orqanı tərəfindən verilən kod-paroldan istifadə etməklə elektron kabinetə daxil olmaq imkanı 2024-cü il yanvarın 1-dək qüvvədədir.

Əsas: Vergi Məcəlləsinin 16-cı maddəsi.

 

5/5 (2 Средняя стоимость)
Оцените:
Ağayev Əyyar Şirvanəli oğlu ay***@mail.ru ID: 7805
Salam. Mən Türkiyədən invoys dəyəri 15000 manat məbləğində mal almışam. Mallar Azərbaycan gömrüyünə daxil olduqda gömrük tərəfindən statistik qiymət olaraq 18000 manat qiymətləndirilmiş və statistik qiymətdən rüsumlar hesablanmışdır. Hesablanmış rüsumlar dövlət büdcəsinə ödənilmişdir. Mən alınmış mallara görə 15000 manat ödəmişəm. Alınmış malları mühasibatlıqda hansı qiymətlə əks olunmalıdır? Ödədiyim 15000 manat əlavə rüsumlarla, yoxsa statistik 18000 manat əlavə rüsumlarla?
03/03/2023 Прочитано: 178 Средняя стоимость: 0

Bildiririk ki, vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir. Gömrük qanunvericiliyinə uyğun olaraq idxal olunan malların gömrük dəyəri müəyyənləşdirilərkən həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri bu malların gömrük dəyərinə aid edilir.

Bununla yanaşı vergi ödəyicisi əmtəə-material ehtiyatlarının uçotunu apararkən istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir.

Qeyd olunanlara əsasən idxal mallarına münasibətdə vergi ödəyicisinin vergi öhdəlikləri və həmin malların mənfəət (gəlir) vergisinin məqsədləri üçün gəlirdən çıxılan xərclərdə nəzərə alınması həmin malların alış dəyəri (invoys dəyəri), rüsumlar və vergilər, habelə həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri daxil olmaqla faktiki ödənilmiş məbləğlər əsasında müəyyənləşdirilir.

Əlavə olaraq bildiririk ki, mallar Azərbaycan Respublikasına idxal olunarkən gömrük orqanları tərəfindən vergi tutulan dəyərin hesablanması yalnız gömrük məqsədləri üçün istifadə olunur.

Əsas: Vergi Məcəlləsinin 139-cu və 162-ci maddələri və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsi.

0/5 (0 Средняя стоимость)
Оцените:
Məcnun Aydınov Fikrət oğlu me***@gmail.com ID: 7449
Salam. 1. Müəssisəyə əsas vəsait – avtonəqliyyat vasitəsi mədaxil edildikdə bu birmənalı olaraq nəqliyyat vasitələri kateqoriyasına aid edilir və VM-nin 114-cü maddəsinə əsasən vergi ili üçün amortizasiya hesablanır. Nəqliyyat vasitəsinin sənədləşdirilməsinə çəkilən xərclər (nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, dövlət qeydiyyat nişanı (nömrəsi) və s.) əsas vəsaitin dəyərinin üzərinə əlavə edilməklə mədaxil edilir ya xərcə silinir? 2. İcra vərəqələrinə əsasən işçilərin əmək haqqından tutulan (aliment, bank krediti və s.) vəsaitlər aidiyyatı üzrə köçürüldükdə bank tərəfindən tutulan xidmət haqqını müəssisənin xərclərinə aid etmək olar yoxsa bu vəsait (xidmət haqqı) işçidən tutulmalıdır? 3. “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli qərarında vergi güzəştinin tətbiqi üçün müvafiq sənədlərin siyahısı qeyd olunmuşdur. 2022-ci il yanvarın 1-dən etibarən “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə “Müharibə veteranı” adının verilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2021-ci il tarixli 3088 nömrəli Sərəncamına əsasən 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə “Müharibə veteranı” adının və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi, habelə “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin edilməsi və ödənilməsi şamil edilir. Daha sonra, həmin qurumlar “Müharibə veteranı” adı və vəsiqəsi verdikləri şəxslər barədə məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Zəfər” altsisteminə daxil edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumunun və ya “DOST” mərkəzinin bu barədə arayışı əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün əsas sayıla bilərmi? Təşəkkür edirəm.
02/03/2023 Прочитано: 346 Средняя стоимость: 5

Birinci sual ilə bağlı bildiririk ki, Vergi Məcəlləsinin 143-cü maddəsinə əsasən aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir. 

Eyni zamanda, Vergi Məcəlləsinin 108.1-ci maddəsinə əsasən bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Qeyd olunanlara əsasən nəqliyyat vasitələrinin sənədləşdirilməsinə çəkilən xərclər gəlirin əldə edilməsi ilə bağlı olduğu halda, həmin əsas vəsaitin dəyərinə daxil edilmədən birbaşa gəlirdən çıxılan xərclərə aid edilir.

İkinci sualla bağlı bildiririk ki, Vergi Məcəlləsinin 108.1-ci maddəsinə əsasən bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Buna əsasən sorğuda qeyd olunan halda, vergi ödəyicisi tərəfindən icra vərəqələrinə əsasən işçilərin əmək haqlarından tutulan vəsaitlərin köçürülməsi zamanı bank tərəfindən tutulan xidmət haqqı (xidmət haqqının vergi ödəyicisi tərəfindən işçinin əmək haqqından tutulmasının qanunvericilik aktlarında nəzərdə tutulduğu hal istisna olmaqla) vergi ödəyicisinin gəlirdən çıxılan xərclərinə aid edilir.

Bununla yanaşı, əmək haqqından tutulan məbləğlərin miqdarının məhdudlaşdırılması Əmək Məcəlləsinin 176-cı maddəsi ilə tənzimləndiyindən bank tərəfindən tutulan müvafiq xidmət haqqının işçinin əmək haqqından tutulması məsələsi ilə bağlı aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

Üçüncü sualla bağlı bildiririk ki, Azərbaycan Respublikasının Prezidentinin 27 oktyabr 2021-ci il tarixli 1470 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində “Zəfər” altsistemi yaradılmışdır və altsistem formalaşdırıldıqdan sonra altı ay müddətində müharibə veteranı statusu almış şəxslər barədə məlumatların həmin altsistemə daxil edilməsinin təmin olunması aidiyyəti dövlət qurumlarına tapşırılmışdır.

Buna əsasən müharibə veteranı adı almış şəxslər barədə məlumat Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Zəfər” altsisteminə daxil edilir və “Müharibə veteranı” vəsiqəsi verilənədək Vergi Məcəlləsinin 102.2.7-ci maddəsində müəyyən edilmiş güzəşt hüququ Vətən müharibəsi iştirakçılarına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən verilən arayışlar və DOST mərkəzinin arayışı əsasında fiziki şəxslərin muzdlu işdən gəlirlərinə tətbiq edilir. 

Əsas: Vergi Məcəlləsinin 102-ci, 108-ci və 143-cü maddələri, Əmək Məcəlləsinin 176-cı maddəsi, Azərbaycan Respublikasının Prezidentinin 27 oktyabr 2021-ci il tarixli 1470 nömrəli Fərmanı.
 

5/5 (6 Средняя стоимость)
Оцените:
Kənan Qurbanlı Çingiz kg***@gmail.com ID: 7324
Salam. Sualım VM-nin 113-cü maddəsi ilə bağlıdır. Maddəyə əsasən, gəlir götürmək məqsədi ilə aparılan elmi tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərinə çəkilən xərclər (əsas vəsaitlərin alınması və qurulması ilə bağlı xərclər, habelə kapital xarakterli digər xərclər istisna olmaqla) gəlirdən çıxılır. Əgər müəssisənin gəlir götürmək məqsədi ilə apardığı elmi tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərinin nəticəsi uğursuz olarsa, və ya gəlir götürmək məqsədi ilə apardığı elmi tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərinə müəyyən və ya qeyri-müəyyən müddətə fasilə verərsə, çəkilən xərclər yenə də gəlirdən çıxılırmı?
02/03/2023 Прочитано: 172 Средняя стоимость: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 113-cü maddəsinə əsasən gəlir götürmək məqsədi ilə aparılan elmi tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərinə çəkilən xərclər (əsas vəsaitlərin alınması və qurulması ilə bağlı xərclər, habelə kapital xarakterli digər xərclər istisna olmaqla) gəlirdən çıxılır.

Eyni zamanda, Vergi Məcəlləsinin 3.10-cu maddəsinə əsasən vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməlidir.

Qeyd olunanlara əsasən müraciətdə göstərilən halda, gəlir götürmək məqsədi ilə aparılan elmi tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərinə xərclərin çəkilməsi nəticəsində işlərin uğursuz olması və ya işlərə müəyyən müddət fasilə verilməsi səbəbi ilə gəlir əldə olunmasa da, çəkilmiş həmin xərclər gəlirdən çıxılır.

Əsas: Vergi Məcəlləsinin 3-cü və 113-cü maddələri.

5/5 (7 Средняя стоимость)
Оцените:
Ferhad Qasımov 24***@gmail.com ID: 7418
Cəmiyyət əlavə dəyər vergisinin ödəyicisidir. Vergi orqanları tərəfindən Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən OVN zamanı malların əskik gəlməsinə görə (elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsi) maliyyə sanksiyası tətbiq edilir. Qeyd edilən maliyyə sanksiyası təqdim edilmiş malların satış qiymətinə tətbiq edilir. Satış qiymətinə ƏDV-nin daxil olub-olmamasına münasibət bildirməyinizi xahiş edirəm. Eyni zamanda əməliyyatın hansı qaydada (pərakəndə və ya topdan) aparıldığı müəyyən edilməmişdir.
02/03/2023 Прочитано: 221 Средняя стоимость: 4

Bildiririk ki, Vergi Məcəlləsinin 58.13-cü maddəsinə görə bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası verilmədən təqdim edilməsinə görə malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Sözügedən maliyyə sanksiyası tətbiq edilərkən təqdim edilmiş malların ƏDV ilə birlikdə satış qiyməti əsas götürülür.

Eyni zamanda, Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə əsasən pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir.

Vergi Məcəlləsinin 13.2.63-cü maddəsinə əsasən topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir.

Əlavə olaraq bildiririk ki, vergi orqanı tərəfindən həyata keçirilmiş vergi nəzarəti tədbirləri zamanı ortaya çıxan məsələlərlə əlaqədar işin faktiki halları qeyd edilməklə Cəmiyyətin qeydiyyatda olduğu vergi orqanına müraciət olunması tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 13-cü və 58-ci maddələri.

4/5 (5 Средняя стоимость)
Оцените: