Nazirlik
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciətlər
Əlaqə
Xidmətin məzmunu Bu xidmət Azərbaycan Respublikasında yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin sürətli elektron dövlət qeydiyyatı və adi elektron dövlət qeydiyyatının aparılması proseslərini əhatə edir.
Xidmətin həyata keçirilmə formaları Elektron müraciət və nəticənin elektron təqdim edilməsi.
Xidmətin göstərilmə yeri Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsi, Ərazi Vergilər Baş İdarələrinin, Ərazi Vergilər İdarələrinin və Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin yerli vergi orqanlarının inzibati binaları.
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması Ərizə 
- Elektron formada. 
Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsi (adi elektron dövlət qeydiyyatı zamanı təsisçilərin özləri tərəfindən tərtib edildiyi halda) 
- Elektron formada.
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar Təsisçinin (təsisçilərin) istəyi ilə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı (yenidən təşkil nəticəsində yaranma halları istisna olmaqla) elektron qaydada həyata keçirilir. Elektron dövlət qeydiyyatı adi və ya sürətli qaydada həyata keçirilir. Həmin cəmiyyətin elektron dövlət qeydiyyatının həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Vergilər Nazirliyinin internet informasiya ehtiyatında yerləşdirilmiş elektron ərizə forması doldurularaq gücləndirilmiş elektron imza ilə təsdiq edilməlidir. Adi elektron dövlət qeydiyyatı zamanı elektron ərizəyə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin təsisçisi (təsisçiləri) tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş nizamnamə əlavə edilir. Sürətli elektron dövlət qeydiyyatı zamanı təsisçi fiziki şəxs elektron ərizə formasını doldurur, yalnız təkbaşına icra orqanının rəhbəri və fəaliyyət sahəsi barədə məlumatı bəyan edir. Bu halda təsisçi nizamnamə ilə real vaxt rejimində tanış olur və onu gücləndirilmiş elektron imza ilə təsdiq edir. Elektron dövlət qeydiyyatı zamanı təsisçi hüquqi şəxs qismində yalnız vergi ödəyicisinin eyniləşdirmə nömrəsinə malik olan hüquqi şəxs çıxış edə bilər. Bu halda təsisçinin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrindən çıxarışın) və nizamnaməsinin surəti elektron ərizəyə Azərbaycan Respublikasının Vergilər Nazsirliyi tərəfindən əlavə edilir və qeyd edilən sənədlərin notariat qaydasında təsdiqi tələb olunmur. Elektron dövlət qeydiyyatı zamanı yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin qanuni təmsilçisi, icra orqanının rəhbəri (üzvləri) və direktorlar şurasının (müşahidə şurasının) üzvləri yalnız Azərbaycan Respublikasının ərazisində yaşayış yeri üzrə qeydiyyatda olan fiziki şəxslərdən təyin edilir.
Adi elektron dövlət qeydiyyatı zamanı ərizənin qəbul edilməsi barədə forması təsdiqetmə bildirişi müraciət edənin şəxsi elektron ünvanına göndərilir. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət dövlət qeydiyyatına alındığı gün dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə elektron ünvanına göndərilir.
Sürətli elektron dövlət qeydiyyatı həyata keçirildiyi andan sonra dövlət qeydiyyatına alınmış yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı haqqında şəhadətnaməsi, dövlət reyestrindən çıxarışı və nizamnaməsi elektron ünvanına real vaxt rejimində göndərilir. Təsisçinin (təsisçilərin) və ya onun (onların) müvafiq qaydada vəkil etdiyi şəxsin müraciəti əsasında yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı haqqında şəhadətnaməsi, dövlət reyestrindən çıxarışı və nizamnaməsi təsdiq olunaraq kağız daşıyıcılarında da verilir.
Xidmətin elektron ünvanı https://www.e-gov.az
https://www.e-taxes.gov.az
Xidmətin məzmunu Bu xidmət yerli investisiyalı kommersiya hüquqi şəxsin (yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı istisna olmaqla) dövlət qeydiyyatına alınmasını əhatə edir.
Xidmətin həyata keçirilmə formaları Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmətin göstərilmə yeri Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin, Ərazi Vergilər Baş İdarələrinin, Ərazi Vergilər İdarələrinin, Şuşa və Zəngilan rayonu Vergilər Şöbələrinin, Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin yerli vergi orqanlarının və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Tabeliyində olan "ASAN xidmət" mərkəzlərinin inzibati binaları.
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması Hüquqi şəxs statusu almaq istəyən qurumun təsisçisi (təsisçiləri) və ya onun (onların) səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnaməsi 
- Sənədin əsli. 
Qanuni təmsilçinin təyin edildiyi halda, onun şəxsiyyətini təsdiq edən sənəd 
- Sənədin əsli. 
Fondlarda nizamnamə kapitalının ödənilməsini təsdiq edən sənəd 
- Sənədin əsli. 
Ərizə (təsisçi (təsisçilər) fiziki şəxs olduqda - onun (onların) adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi, təsisçi (təsisçilər) hüquqi şəxs olduqda - onun (onların) adı, olduğu yer və qeydiyyat nömrəsi) 
- Notariat qaydasında təsdiq edilmiş əsli.
Hüquqi şəxs statusu almaq istəyən qurumun təsis edilməsi barədə qərarlar 
- Sənədin əsli. 
Hüquqi şəxs statusu almaq istəyən qurumun nizamnaməsinin təsdiq edilməsi barədə qərarlar 
- Sənədin əsli. 
Hüquqi şəxs statusu almaq istəyən qurumun idarəetmə orqanlarının formalaşdırılması barədə qərarlar 
- Sənədin əsli.
Dövlət rüsumunun ödənilməsi haqqında sənəd 
- Sənədin əsli. 
Təsisçi hüquqi şəxs olduqda - nizamnaməsi 
- Sənədin notariat qaydasında təsdiq edilmiş surəti. 
Təsisçi hüquqi şəxs olduqda - onun dövlət qeydiyyatı haqqında şəhadətnaməsi (dövlət reyestrindən çıxarış) 
- Sənədin notariat qaydasında təsdiq edilmiş surəti.
Təsisçi fiziki şəxs olduqda - onun şəxsiyyətini təsdiq edən sənəd 
- Sənədin surəti (kağız formada).
Hüquqi şəxs statusu almaq istəyən qurumun hüquqi ünvanını (daimi fəaliyyət göstərən orqanının yerləşdiyi yerə dair məlumatı) təsdiq edən sənəd 
- Sənədin əsli.
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar Hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının Vergilər Nazirliyinə ərizə ilə müraciət edilməlidir. Ərizə təsisçi (bir neçə təsisçi olduqda isə, bütün təsisçilər) və ya onun (onların) müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənir. Ərizə surəti ilə birlikdə təqdim edilir. Ərizənin əsli Azərbaycan Respublikasının Vergilər Nazirliyində saxlanılır, surəti isə ərizənin əslinin qəbul edilməsi vaxtını göstərən qeydlə müraciət etmiş şəxsə qaytarılır. Ərizənin qəbul edilməsi hər hansı digər formada da təsdiq oluna bilər. Təqdim olunmuş sənədlərdə imtina üçün əsas olan çatışmamazlıqlar aşkar edildiyi halda müraciətin icrasından imtina edilir və onların aradan qaldırılması barədə istifadəçiyə məlumat verilir. İmtina halları aşkar edilmədikdə, o cümlədən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra təkrar müraciət edilən zaman imtina halları aşkar edilmədikdə dövlət qeydiyyatı 2 gündən gec olmayaraq həyata keçirilir. Yerli investisiyalı kommersiya hüquqi şəxs barəsində məlumatlar (qeydlər) hüquqi şəxslərin dövlət reyestrinə daxil edilir və müraciət etmiş şəxsə hüquqi şəxslərin dövlət reyestrindən çıxarış verilir.
Xidmətin elektron ünvanı https://www.e-gov.az
https://www.e-taxes.gov.az
Xidmətin məzmunu Bu xidmət vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınmasını əhatə edir.
Xidmətin həyata keçirilmə formaları Elektron müraciət və nəticənin elektron təqdim edilməsi.
Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmətin göstərilmə yeri Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin, Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin, Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin, Ərazi Vergilər Baş İdarələrinin, Ərazi Vergilər İdarələrinin, Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin yerli vergi orqanlarının inzibati binaları, vergi ödəyicilərinə xidmət mərkəzləri.
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması Ərizə 
- Elektron formada (xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurulur) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə).
Təsərrüfat subyektinin bu fəaliyyətin yerinə yetiriləcəyi ünvanı təsdiq edən sənəd
- Sənədin skan edilmiş surəti (elektron qaydada müraciət edildikdə) və ya surəti (xidmət yerinə gəlməklə müraciət edildikdə və ya poçt vasitəsi ilə göndərildikdə).
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar İstifadəçi xidmətdən istifadə üçün ərizə ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinə müraciət edə bilər Müraciətlər Azərbaycan Respublikasının Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət İcra Hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair təlimat"a uyğun qəbul edildikdən sonra qeydə alınır və aidiyyəti struktur bölməyə icra edilməsi üçün göndərilir. Sturktur bölmədə müraciətlə bağlı müvafiq araşdırma aparılır. Təqdim olunmuş sənədlərdə imtina üçün əsas olan çatışmamazlıqlar aşkar edildiyi halda müraciətin icrasından imtina edilir və onların aradan qaldırılması barədə istifadəçiyə məlumat verilir. Qeydiyyatdan imtina halları aşkar edilmədikdə, o cümlədən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra təkrar müraciət edilən zaman imtina halları aşkar edilmədikdə vergi ödəyicisinin təsərrüfat subyektinin uçot məlumatları vergi ödəyicilərinin reyestrinə daxil edilir, ona 15 rəqəmli kod və arayış verilir.
Elektron müraciət edən istifadəçilərin - Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən verilmiş şifrə, parolu və ya gücləndirilmiş elektron imzası olmalıdır. Bunlardan istifadə etməklə sistemə daxil olduqda istifadəçiyə təklif olunan ərizə formasını doldurmaq və təsdiq etmək imkanı yaranır. Ərizə məlumatları sistemə daxil edilərək istifadəçi tərəfindən təsdiqləndiyi andan sistemdə qeydiyyata alınmış olur və ona 16 rəqəmli qeydiyyat nömrəsi verilir. İstifadəçi tərəfindən ərizə göstəriciləri üzrə sistemə daxil edilmiş məlumatların düzgünlüyü yoxlanılır. İmtina üçün əsas olmadıqda vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektnin) onlayn uçota alınması ilə bağlı ərizə qəbul olunur. Xidmətin yerinə yetirilməsi nəticəsində vergi ödəyicisinin təsərrüfat subyekti (obyekti) vergi uçotuna alınır və bu barədə onun elektron ünvanına arayış göndərilir. Ərizə iş vaxtı başa çatdıqdan sonra və ya qeyri-iş günündə sistemə daxil edilmişdirsə, bu halda onun icrası həmin gündən sonrakı ilk iş gününün əvvəlində həyata keçirilir.
Xidmətin elektron ünvanı https://www.e-gov.az
https://www.e-taxes.gov.az
Xidmətin məzmunu Bu xidmət vergi ödəyicisinin filialının və ya nümayəndəliyinin vergi uçotundan çıxarılmasını əhatə edir.
Xidmətin həyata keçirilmə formaları E-poçt vasitəsilə məlumatlandırma.
Poçt xidməti vasitəsilə məlumatlandırma.
Telefon vasitəsilə məlumatlandırma.
Veb sayt vasitəsilə məlumatlandırma.
Xidmətin göstərilmə yeri Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin, Ərazi Vergilər Baş İdarələrinin, Ərazi Vergilər İdarələrinin, Şuşa və Zəngilan rayonu Vergilər Şöbələrinin və Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin yerli vergi orqanlarının inzibati binaları.
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması Ərizə
- Elektron formada (xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurulur) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə).
Filial, nümayəndəliyin ləğvi haqqında Qərar
- Sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə)
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar İstifadəçi xidmətdən istifadə üçün ərizə ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinə müraciət edə bilər Müraciətlər Azərbaycan Respublikasının Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat"a uyğun qəbul edildikdən sonra qeydə alınır və aidiyyəti struktur bölməyə icra edilməsi üçün göndərilir. Sturktur bölmədə müraciətlə bağlı müvafiq araşdırma aparılır. Təqdim olunmuş sənədlərdə imtina üçün əsas olan çatışmazlıqlar aşkar edildiyi halda müraciətin icrasından imtina edilir və onların 15 iş günü müddətində aradan qaldırılması barədə istifadəçiyə məlumat verilir. Qeydiyyatdan imtina halları aşkar edilmədikdə, o cümlədən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra təkrar müraciət edilən zaman imtina halları aşkar edilmədikdə qanunvericilikdə nəzərdə tutulmuş prosedurlar (Əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatının ləğv edilməsi, vergi ödəyicisinin filialın, nümayəndəliyin və ya digər təsərrüfat subyektinin (obyektin) olduğu yer üzrə uçotdan çıxarılması, nəzarət-kassa aparatlarının qeydiyyatdan çıxarılması, POS-terminalların qeydiyyatdan çıxarılması, aktiv bank hesablarının bağlanması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrin (hesabatların) vergi orqanına təqdim edilməsi, son səyyar vergi yoxlaması prosedurları başa çatdırıldıqdan sonra) başa çatdıqdan sonra yenidən edilən müraciətə 15 gün müddətində baxılaraq vergi ödəyicisinin filial və ya nümayəndəliyi vergi uçotundan çıxarılır və bu barədə vergi ödəyicisinə məlumat verilir.
Elektron müraciət edən istifadəçilərin - Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən verilmiş şifrə, parolu və ya gücləndirilmiş elektron imzası olmalıdır. Bunlardan istifadə etməklə sistemə daxil olduqda istifadəçiyə təklif olunan ərizə formasını doldurmaq və təsdiq etmək imkanı yaranır. Ərizə məlumatları sistemə daxil edilərək istifadəçi tərəfindən təsdiqləndiyi andan sistemdə qeydiyyata alınmış olur və ona 16 rəqəmli qeydiyyat nömrəsi verilir. İstifadəçi tərəfindən ərizə göstəriciləri üzrə sistemə daxil edilmiş məlumatların düzgünlüyü yoxlanılır. İmtina üçün əsas olmadıqda vergi ödəyicisinin filial və ya nümayəndəliyinin vergi uçotundan çıxarılması ilə bağlı ərizə onlayn qəbul olunur. Xidmətin yerinə yetirilməsi nəticəsində vergi ödəyicisinin filial və ya nümayəndəliyi vergi uçotundan çıxarılır və bu barədə onun elektron ünvanına bildiriş göndərilir.
Ərizə iş vaxtı başa çatdıqdan sonra və ya qeyri-iş günündə sistemə daxil edilmişdirsə, bu halda onun icrası həmin gündən sonrakı ilk iş gününün əvvəlində həyata keçirilir.
Xidmətin elektron ünvanı https://www.e-gov.az
https://www.e-taxes.gov.az
Xidmətin məzmunu Bu xidmət vergi ödəyicisinin filial və ya nümayəndəliyinin fəaliyyətinin müvəqqəti dayandırılmasını əhatə edir.
Xidmətin həyata keçirilmə formaları Elektron müraciət və nəticənin elektron təqdim edilməsi.
Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmətin göstərilmə yeri Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin, Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin, Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin, Ərazi Vergilər Baş İdarələrinin, Ərazi Vergilər İdarələrinin, Şuşa və Zəngilan rayonu Vergilər Şöbələrinin və Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin yerli vergi orqanlarının inzibati binaları, vergi ödəyicilərinə xidmət mərkəzləri.
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması Sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların müvəqqəti dayandırılması barədə arayış
- Elektron formada (xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurulur) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə).
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar Xidmət istifadəçiləri xidmətdən istifadə etmək üçün sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların müvəqqəti dayandırılması barədə arayış ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müraciət edə bilər. Müraciətlər Azərbaycan Respublikasının Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat"a uyğun qəbul edildikdən sonra qeydə alınır və aidiyyəti struktur bölməyə icra edilməsi üçün göndərilir. Sturktur bölmədə müraciətlə bağlı müvafiq araşdırma aparılır.
Təqdim olunmuş sənədlərdə imtina üçün əsas olan çatışmamazlıqlaraşkar edildiyi halda müraciətin icrasından imtina edilir və onların aradan qaldırılması barədə istifadəçiyə məlumat verilir. İmtina halları aşkar edilmədikdə, o cümlədən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra təkrar müraciət edilən zaman imtina halları aşkar edilmədikdə vergi ödəyicisinin filial, nümayəndəliyinin fəaliyyəti arayışda göstərilən müddətə müvəqqəti dayandırılır və ona bu barədə məlumat verilir.
Elektron xidmətin istifadəçilərinin Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən verilmiş Şifrə, parolu və ya gücləndirilmiş elektron imzası olmalıdır. Bunlardan istifadə etməklə sistemə daxil olduqda istifadəçiyə təklif olunan ərizə formasını doldurmaq və təsdiq etmək imkanı yaranır. Ərizə məlumatları sistemə daxil edilərək istifadəçi tərəfindən təsdiqləndiyi andan sistemdə qeydiyyata alınmış olur və ona 16 rəqəmli qeydiyyat nömrəsi verilir. Göndərilən elektron ərizə onun "Göndərdiklərim" qovluğuna düşür. O, buradan Əməliyyat tarixçəsi vasitəsilə ərizənin icra vəziyyətini izləyə bilər. İmtinaya əsas olmadıqda vergi ödəyicisinin filial, nümayəndəliyinin fəaliyyəti dayandırılır və ona bu barədə bildiriş verilir.
Ərizə iş vaxtı başa çatdıqdan sonra və ya qeyri-iş günündə sistemə daxil edilmişdirsə, bu halda onun icrası həmin gündən sonrakı ilk iş gününün əvvəlində həyata keçirilir.
Xidmətin elektron ünvanı https://www.e-gov.az
https://www.e-taxes.gov.az
Xidmətin məzmunu Bu xidmət vergi ödəyicisinin filial və ya nümayəndəliyinin fəaliyyətinin bərpa edilməsini əhatə edir.
Xidmətin həyata keçirilmə formaları Elektron müraciət və nəticənin elektron təqdim edilməsi.
Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmətin göstərilmə yeri Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin, Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin, Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin, Ərazi Vergilər Baş İdarələrinin, Ərazi Vergilər İdarələrinin, Şuşa və Zəngilan rayonu Vergilər Şöbələrinin və Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin yerli vergi orqanlarının inzibati binaları, vergi ödəyicilərinə xidmət mərkəzləri.
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması Sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların bərpa edilməsi barədə arayış
- Elektron formada (xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurulur) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə).
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar Xidmət istifadəçiləri xidmətdən istifadə etmək üçün sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların bərpası barədə arayış ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müraciət edə bilər. Müraciətlər Azərbaycan Respublikasının Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət İcra Hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair təlimat"a uyğun qəbul edildikdən sonra qeydə alınır və aidiyyəti struktur bölməyə icra edilməsi üçün göndərilir. Sturktur bölmədə müraciətlə bağlı müvafiq araşdırma aparılır. Təqdim olunmuş sənədlərdə imtina üçün əsas olan çatışmamazlıqlar aşkar edildiyi halda müraciətin icrasından imtina edilir və onların aradan qaldırılması barədə istifadəçiyə məlumat verilir. İmtina halları aşkar edilmədikdə, o cümlədən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra təkrar müraciət edilən zaman imtina halları aşkar edilmədikdə vergi ödəyicisinin filial və ya nümayəndəliyinin fəaliyyəti bərpa edilir və ona bu barədə məlumat verilir.
Elektron xidmətin istifadəçilərinin Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən verilmiş Şifrə, parolu və ya gücləndirilmiş elektron imzası olmalıdır. Bunlardan istifadə etməklə sistemə daxil olduqda istifadəçiyə təklif olunan ərizə formasını doldurmaq və təsdiq etmək imkanı yaranır. Ərizə məlumatları sistemə daxil edilərək istifadəçi tərəfindən təsdiqləndiyi andan sistemdə qeydiyyata alınmış olur və ona 16 rəqəmli qeydiyyat nömrəsi verilir. Göndərilən elektron ərizə onun "Göndərdiklərim" qovluğuna düşür. O, buradan Əməliyyat tarixçəsi vasitəsilə ərizənin icra vəziyyətini izləyə bilər. İmtinaya əsas olmadıqda vergi ödəyicisinin filial və ya nümayəndəliyinin fəaliyyəti bərpa edilir və ona bu barədə bildiriş verilir.
Ərizə iş vaxtı başa çatdıqdan sonra və ya qeyri-iş günündə sistemə daxil edilmişdirsə, bu halda onun icrası həmin gündən sonrakı ilk iş gününün əvvəlində həyata keçirilir.
Xidmətin elektron ünvanı https://www.e-gov.az
https://www.e-taxes.gov.az
Xidmətin məzmunu Bu xidmət Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış kommersiya hüquqi şəxslərin xarici ölkədə qeydiyyata alınmış nümayəndəliyi və ya filialı barədə məlumatların hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsindən ibarətdir.
Xidmətin həyata keçirilmə formaları Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmətin göstərilmə yeri Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin, Ərazi Vergilər Baş İdarələrinin, Ərazi Vergilər İdarələrinin və Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin yerli vergi orqanlarının inzibati binaları.
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması Ərizəsi
- Sənədin əsli.
Kommersiya hüquqi şəxsin xarici ölkədəki nümayəndəliyinin və ya filialının qeydiyyata alınmasını təsdiq edən sənəd
   - Sənədin əsli.
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar İstifadəçi xidmətdən istifadə üçün ərizə ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinə müraciət edə bilər. Müraciətlər qəbul edildikdən sonra qeydə alınır və aidiyyəti struktur bölməyə icra edilməsi üçün göndərilir. Sturktur bölmədə müraciətlə bağlı müvafiq araşdırma aparılır. Təqdim olunmuş sənədlərdə imtina üçün əsas olan çatışmamazlıqlar aşkar edildiyi halda müraciətin icrasından imtina edilir və onların aradan qaldırılması barədə istifadəçiyə məlumat verilir. İmtina halları aşkar edilmədikdə, o cümlədən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra təkrar müraciət edilən zaman imtina halları aşkar edilmədikdə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış kommersiya hüquqi şəxslərin xarici ölkədəki nümayəndəliyi və ya filialı barədə məlumatlar hüquqi şəxslərin dövlət reyestrinə daxil edildikdən sonra səlahiyyətli şəxsə kağız daşıyıcıda hüquqi şəxslərin dövlət reyestrindən çıxarış verilir.
Xidmətin elektron ünvanı https://www.e-gov.az
https://www.e-taxes.gov.az
Xidmətin məzmunu Bu xidmət Nəzarət-kassa aparatının qeydiyyata alınmasını əhatə edir.
Xidmətin həyata keçirilmə formaları Elektron müraciət və nəticənin elektron təqdim edilməsi.
Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmətin göstərilmə yeri Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin, Ərazi Vergilər Baş İdarələrinin, Ərazi Vergilər İdarələrinin, Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin yerli vergi orqanlarının inzibati binaları, vergi ödəyicilərinə xidmət mərkəzləri.
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması Ərizə 
- Elektron formada (xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurulur) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə). 
Servis Texniki Xidmət Mərkəzinin (STXM) NKA-nın quraşdırılması barədə akt 
- Sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə). 
NKA-da quraşdırılmış elektron məsafədən ötürmə qurğusu və ya elektron nəzarət lenti barədə STXM-in akt 
- Sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə).
Ərizənin təqdim olunma tarixinə NKA-nın fiskal yaddaşının göstəricisini əks etdirən çek 
- Sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə). 
Vergi ödəyicisi ilə STXM arasında bağlanmış müqavilə 
- Sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə).
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar İstifadəçi xidmətdən istifadə üçün şəxsən və ya poçt xidməti vasitəsilə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarına müraciət edə bilər. Müraciətlər Azərbaycan respublikasının Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət İcra Hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair təlimat"a uyğun qəbul edildikdən sonra qeydə alınır və aidiyyəti struktur bölməyə icra edilməsi üçün göndərilir. Sturktur bölmədə müraciətlə bağlı müvafiq araşdırma aparılır. Təqdim olunmuş sənədlərdə imtina üçün əsas olan çatışmamazlıqlar aşkar edildiyi halda müraciətin icrasından imtina edilir və onların aradan qaldırılması barədə istifadəçiyə məlumat verilir. Qeydiyyatdan imtina halları aşkar edilmədikdə, o cümlədən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra təkrar müraciət edilən zaman imtina halları aşkar edilmədikdə nəzarət-kassa aparatı qeydiyyata alınır və vergi ödəyicisinə qeydiyyat vərəqəsi verilir.
İstifadəçilərin elektron xidmətdən istifadə etmək üçün Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən verilmiş Şifrə, parolu və ya gücləndirilmiş elektron imzası olmalıdır. Bunlardan istifadə etməklə sistemə daxil olduqda istifadəçiyə təklif olunan ərizə formasını doldurmaq və təsdiq etmək imkanı yaranır. Nəzarət kassa aparatının qeydiyyata alınması və ya qeydiyyatdan çıxarılması ərizəsi İnternet Vergi idarəsi portalının "Onlayn Kargüzarlıq" bölümü üzərindən işlənilir. Bu məqsədlə "Yeni müraciət" düyməsi sıxılır və açılan pəncərədə
- "Kimə" siyahısından - Azərbaycan Respublikasının Vergilər Nazirliyi
- "Müraciətin növü" siyahısından - Ərizə
- "Sənədin növü" siyahısından - NKA-nın qeydiyyata alınması və NKA-nın qeydiyyatdan çıxarılması ərizələrindən biri seçilir və "Qəbul" düyməsi sıxılır.
Əgər NKA-nın qeydiyyata alınması ərizəsi seçilmişdirsə açılan ekranda əməliyyatlar aşağıdakı ardıcıllıqla yerinə yetirilir:
- Obyekt kodu seçilir
- NKA-nın markası seçilir
- Zavod nömrəsi daxil edilir
- Sayğacın ilk göstəricisi daxil edilir
- Qeydiyyat tarixi daxil edilir
- STXM aktının tarixi daxil edilir
- Elektron qurğunun tipi seçilir (əgər quraşdırılıbsa)
- Elektron qurğunun nömrəsi daxil edilir (əgər quraşdırılıbsa)
- Fiskal yaddaşın göstəricisi daxil edilir
- Quraşdırılma aktının tarixi daxil edilir
- STXM-in NKA quraşdırma aktı elektron formada əlavə olunur
- NKA-nın Fiskal yaddaş çeki elektron formada əlavə olunur
- STXM-in EMQ quraşdırma aktı elektron formada əlavə olunur (əgər quraşdırılıbsa)
- STXM ilə müqavilə elektron formada əlavə olunur (ərizə STXM tərəfindən təqdim edildiyi təqdirdə).
Sonra daxil edilmiş məlumatların yoxlanılması üçün təsdiqləmə ekranı gəlir.
İstifadəçi məlumatların doğruluğuna əmin olduqda, onu təsdiqləmək üçün "Qəbul" düyməsini sıxır. Əks halda, imtina etmək üçün "İmtina" düyməsi icra edilir. Təsdiqdən sonra vergi ödəyicisinin elektron ünvanına "NKA-nın qeydiyyata alınması" barədə Bildiriş göndərilir.
Ərizə iş vaxtı başa çatdıqdan sonra və ya qeyri-iş günündə sistemə daxil edilmişdirsə, bu halda onun icrası həmin gündən sonrakı ilk iş gününün əvvəlində həyata keçirilir.
Xidmətin elektron ünvanı https://www.e-taxes.gov.az
Xidmətin məzmunu Bu xidmət vergi orqanları tərəfindən vergi ödəyicilərinin nəzarət-kassa aparatlarının (NKA) qeydiyyatdan çıxarılmasını əhatə edir.
Xidmətin həyata keçirilmə formaları Elektron müraciət və nəticənin elektron təqdim edilməsi.
Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmətin göstərilmə yeri Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin, Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin, Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin, Ərazi Vergilər Baş İdarələrinin, Ərazi Vergilər İdarələrinin, Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin yerli vergi orqanlarının inzibati binaları, vergi ödəyicilərinə xidmət mərkəzləri.
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması Ərizə 
- Elektron formada (xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurulur) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə). 
Servis Texniki Xidmət Mərkəzinin (STXM) NKA-nın qeydiyyatdan çıxarılması barədə akt 
- Sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə). 
Ərizənin təqdim olunma tarixinə NKA-nın fiskal yaddaşının göstəricisini əks etdirən çek 
- Sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə). 
NKA-da quraşdırılmış elektron məsafədən ötürmə qurğusu və ya elektron nəzarət lenti barədə STXM-in akt 
- Sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə). 
Vergi ödəyicisi ilə STXM arasında bağlanmış müqavilə 
- Sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə).
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar İstifadəçi xidmətdən istifadə üçün şəxsən və ya poçt xidməti vasitəsilə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarına müraciət edə bilər. Müraciətlər Azərbaycan respublikasının Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat"a uyğun qəbul edildikdən sonra qeydə alınır və aidiyyəti struktur bölməyə icra edilməsi üçün göndərilir. Sturktur bölmədə müraciətlə bağlı müvafiq araşdırma aparılır. Təqdim olunmuş sənədlərdə imtina üçün əsas olan çatışmamazlıqlaraşkar edildiyi halda müraciətin icrasından imtina edilir və onların aradan qaldırılması barədə istifadəçiyə məlumat verilir. İmtina halları aşkar
edilmədikdə, o cümlədən çatışmazlıqlararadan qaldırıldıqdan sonra təkrar müraciət edilən zaman imtina halları aşkar edilmədikdə nəzarət-kassa aparatı qeydiyyatdan çıxarılır və vergi ödəyicisinə məlumat verilir.
İstifadəçilərin elektron xidmətdən istifadə etmək üçün Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən verilmiş Şifrə, parolu və ya gücləndirilmiş elektron imzası olmalıdır. Bunlardan istifadə etməklə sistemə daxil olduqda istifadəçiyə təklif olunan ərizə formasını doldurmaq və təsdiq etmək imkanı yaranır. Nəzarət kassa aparatının qeydiyyata alınması və ya qeydiyyatdan çıxarılması ərizəsi İnternet Vergi idarəsi portalının "Onlayn Kargüzarlıq" bölümü üzərindən işlənilir. Bu məqsədlə "Yeni müraciət" düyməsi sıxılır və açılan pəncərədə
- "Kimə" siyahısından - Azərbaycan Respublikasının Vergilər Nazirliyi
- "Müraciətin növü" siyahısından - Ərizə
- "Sənədin növü" siyahısından - NKA-nın qeydiyyata alınması və NKA-nın qeydiyyatdan çıxarılması ərizələrindən biri seçilir və "Qəbul" düyməsi sıxılır.
Əgər NKA-nın qeydiyyata çıxarılması ərizəsi seçilmişdirsə açılan ekranda əməliyyatlar aşağıdakı ardıcıllıqla yerinə yetirilir:
- Obyekt kodu seçilir
- NKA-nın markası seçilir
- Zavod nömrəsi daxil edilir
- Qeydiyyatdan çıxma tarixi daxil edilir
- STXM-in plombun zədələnməməsi aktı elektron formada əlavə olunur
- NKA-nın Fiskal yaddaş çeki elektron formada əlavə olunur
- STXM-in EMQ aktı elektron formada əlavə olunur (əgər quraşdırılıbsa).
Sonra daxil edilmiş məlumatların yoxlanılması üçün təsdiqləmə ekranı gəlir.
İstifadəçi məlumatların doğruluğuna əmin olduqda, onu təsdiqləmək üçün "Qəbul" düyməsini sıxır. Əks halda, imtina etmək üçün "İmtina" düyməsi icra edilir. Təsdiqdən sonra vergi ödəyicisinin elektron ünvanına NKA-nın "Qeydiyyatdan çıxarılması"barədə Bildiriş göndərilir.
Ərizə iş vaxtı başa çatdıqdan sonra və ya qeyri-iş günündə sistemə daxil edilmişdirsə, bu halda onun icrası həmin gündən sonrakı ilk iş gününün əvvəlində həyata keçirilir.
Xidmətin elektron ünvanı https://www.e-taxes.gov.az
Xidmətin məzmunu Bu xidmət Nəzarət-kassa aparatının qeydiyyat məlumatlarının dəyişdirilməsini əhatə edir.
Xidmətin həyata keçirilmə formaları Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmətin göstərilmə yeri Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin, Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin, Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin, Ərazi Vergilər Baş İdarələrinin, Ərazi Vergilər İdarələrinin, Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin yerli vergi orqanlarının inzibati binaları, vergi ödəyicilərinə xidmət mərkəzləri.
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması Dəyişikliyi təsdiq edən sənədlər 
- Sənədin surəti (elektron və ya kağız formada). 
və ya
Nəzarət-kassa aparatının qeydiyyata alınması (qeydiyyatdan çıxarılması) haqqında ərizə 
- Sənədin əsli.
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar "Xidmət istifadəçiləri xidmətdən istifadə etmək üçün kağız üzərində tərtib edilmiş ərizə ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müraciət edə bilər. Müraciətlər qəbul edildikdən sonra qeydə alınır və aidiyyəti struktur bölməyə icra edilməsi üçün göndərilir. Sturktur bölmədə müraciətlə bağlı müvafiq araşdırma aparılır. Təqdim olunmuş sənədlərdə imtina üçün əsas olan çatışmazlıqlar aşkar edildiyi halda müraciətin icrasından imtina edilir və onların aradan qaldırılması barədə istifadəçiyə məlumat verilir. İmtina halları aşkar edilmədikdə, o cümlədən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra təkrar müraciət edilən zaman imtina halları aşkar edilmədikdə nəzarət-kassa aparatının qeydiyyat məlumatları dəyişdirilir.
Xidmətin məzmunu Bu xidmət vergi ödəyicilərinin təsərrüfat subyektlərində quraşdırılmış POS-terminallar barədə məlumatların bank ekvayer (kommersiya bankları) tərəfindən elektron qaydada vergi orqanlarına göndərilməsini, vergi orqanları tərəfindən onlara qeydiyyat nömrəsinin verilməsini və həmin məlumatların elektron formada bank ekvayerə göndərilməsini əhatə edir.
Xidmətin həyata keçirilmə formaları Elektron müraciət və nəticənin elektron təqdim edilməsi.
Xidmətin göstərilmə yeri Azərbaycan Respublikasının Vergilər Nazirliyinin müvafiq Ərazi Vergilər Baş İdarəsinin, müvafiq Ərazi Vergilər İdarəsinin, Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin və Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin inzibati binası.
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması Ərizə 
- Elektron formada.
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar Xidmətin istifadəçilərinin Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən verilmiş şifrə, parolu və ya gücləndirilmiş elektron imzası olmalıdır. Bunlardan istifadə etməklə sistemə daxil olduqda istifadəçiyə təklif olunan ərizə formasını doldurmaq və təsdiq etmək imkanı yaranır.
Xidmətin elektron ünvanı https://www.e-taxes.gov.az
https://www.e-gov.az
Xidmətin məzmunu Bu xidmət vergi ödəyicilərinin təsərrüfat subyektlərində quraşdırılmış POS-terminalların qeydiyyatdan çıxarılması barədə məlumatların bank ekvayer (kommersiya bankları) tərəfindən elektron qaydada vergi orqanlarına göndərilməsini, vergi orqanları tərəfindən onların qeydiyyatdan çıxarılmasını və bu barədə məlumatların elektron formada bank ekvayerə göndərilməsini əhatə edir.
Xidmətin həyata keçirilmə formaları Elektron müraciət və nəticənin elektron təqdim edilməsi.
Xidmətin göstərilmə yeri Azərbaycan Respublikasının Vergilər Nazirliyinin müvafiq Ərazi Vergilər Baş İdarəsinin, müvafiq Ərazi Vergilər İdarəsinin, Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin və Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin inzibati binası.
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması Ərizə 
- Elektron formada.
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar Xidmətin istifadəçilərinin Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən verilmiş Şifrə, parolu və ya gücləndirilmiş elektron imzası olmalıdır. Bunlardan istifadə etməklə sistemə daxil olduqda istifadəçiyə təklif olunan ərizə formasını doldurmaq və təsdiq etmək imkanı yaranır.
POS-terminalın qeydiyyatdan çıxarılması ərizəsi İnternet Vergi idarəsi portalının "Onlayn Kargüzarlıq" bölümü üzərindən işlənilir. Bu məqsədlə "Yeni müraciət" düyməsi sıxılır və açılan pəncərədə
- "Kimə" siyahısından - Azərbaycan Respublikasının Vergilər Nazirliyi
- "Müraciətin növü" siyahısından - Ərizə
- "Sənədin növü" siyahısından - POS-terminalın qeydiyyatdan çıxarılması ərizəsi seçilir və "Qəbul" düyməsi sıxılır.
Ekranda əməliyyatlar aşağıdakı ardıcıllıqla yerinə yetirilir:
- Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) daxil edilir
- Obyekt kodu seçilir
- POS-terminalın seriya və nömrəsi seçilir
- POS-terminalın qeydiyyatdan çıxarılma səbəbi seçilir.
Sonra daxil edilmiş məlumatların yoxlanılması üçün təsdiqləmə ekranı gəlir.
İstifadəçi məlumatların doğruluğuna əmin olduqda, onu təsdiqləmək üçün "Qəbul" düyməsini sıxır. Əks halda, imtina etmək üçün "İmtina" düyməsi icra edilir.
Təsdiqdən sonra bank ekvayerin elektron ünvanına "POS-terminalın qeydiyyata çıxarılması" ərizəsinin icraya qəbul edilməsi barədə Bildiriş göndərilir. Ərizə iş vaxtı başa çatdıqdan sonra və ya qeyri-iş günündə sistemə daxil edilmişdirsə, bu halda onun icrası həmin gündən sonrakı ilk iş gününün əvvəlində həyata keçirilir.
POS-terminal qeydiyyatdan çıxarılır və bu barədə məlumat bank ekvayerin elektron ünvanına göndərilir.
Xidmətin elektron ünvanı https://www.e-taxes.gov.az
https://www.e-gov.az
Xidmətin məzmunu Bu xidmət hüquqi şəxsin filialının (bölməsinin) uçot məlumatlarının dəyişdirilməsini əhatə edir.
Xidmətin həyata keçirilmə formaları Elektron müraciət və nəticənin elektron təqdim edilməsi.
Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmətin göstərilmə yeri Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin, Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin, Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin, Ərazi Vergilər Baş İdarələrinin, Ərazi Vergilər İdarələrinin, Şuşa və Zəngilan rayonu Vergilər Şöbələrinin və Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin yerli vergi orqanlarının inzibati binaları.
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması

Ərizə
- Elektron formada (xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurulur) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə).
Hüquqi şəxsin filialının (bölməsinin) vergi uçotu haqqında şəhadətnamə
- Sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə).
Hüquqi şəxsin filialının (bölməsinin) vergi uçotuna alınması zamanı təqdim edilmiş sənədlərdə məlumat dəyişikliyini təsdiq edən sənədlər
- Sənədin skan edilmiş surəti (elektron qaydada müraciət edildikdə) və ya surəti (xidmət yerinə gəlməklə müraciət edildikdə və ya poçt vasitəsi ilə göndərildikdə).

Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar Vergi ödəyicisinin olduğu yer dəyişdikdə, uçota alınmaq üçün verdiyi ərizə formasında olan məlumatlarda hər hansı dəyişiklik baş verdikdə vergi orqanına bu cür dəyişiklik baş verdiyi gündən 40 gün müddətində ərizə verməlidir.
İstifadəçi xidmətdən istifadə üçün ərizə ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinə müraciət edə bilər. Müraciətlər Azərbaycan Respublikasının Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat"a uyğun qəbul edildikdən sonra qeydə alınır və aidiyyəti struktur bölməyə icra edilməsi üçün göndərilir. Sturktur bölmədə müraciətlə bağlı müvafiq araşdırma aparılır. Təqdim olunmuş sənədlərdə imtina üçün əsas olan çatışmamazlıqlaraşkar edildiyi halda müraciətin icrasından imtina edilir və onların aradan qaldırılması barədə istifadəçiyə məlumat verilir. Qeydiyyatdan imtina halları aşkar edilmədikdə, o cümlədən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra təkrar müraciət edilən zaman imtina halları aşkar edilmədikdə hüquqi şəxsin filialının (bölməsinin) uçot məlumatları dəyişdirilir və ona bu barədə məlumat verilir. Hüquqi şəxsin filialının (bölməsinin) adı və ünvanı dəyişdikdə Şəhadətnamə verilir.
Elektron müraciət edən istifadəçilərin - Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən verilmiş şifrə, parolu və ya gücləndirilmiş elektron imzası olmalıdır. Bunlardan istifadə etməklə sistemə daxil olduqda istifadəçiyə təklif olunan ərizə formasını doldurmaq və təsdiq etmək imkanı yaranır. Ərizə məlumatları sistemə daxil edilərək istifadəçi tərəfindən təsdiqləndiyi andan sistemdə qeydiyyata alınmış olur və ona 16 rəqəmli qeydiyyat nömrəsi verilir. İstifadəçi tərəfindən ərizə göstəriciləri üzrə sistemə daxil edilmiş məlumatların düzgünlüyü yoxlanılır. İmtina üçün əsas olmadıqda hüquqi şəxsin filialının (bölməsinin) uçot məlumatları dəyişdirilir. Xidmətin yerinə yetirilməsi nəticəsində hüquqi şəxsin filialının (bölməsinin) uçot məlumatlarında ərizədə göstərilən dəyişikliklər edilir.
Xidmətin elektron ünvanı https://www.e-taxes.gov.az
https://www.e-gov.az
Xidmətin məzmunu Bu xidmət Azərbaycan Respublikasında yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin sürətli elektron dövlət qeydiyyatı və adi elektron dövlət qeydiyyatının aparılması proseslərini əhatə edir.
Xidmətin həyata keçirilmə formaları Elektron müraciət və nəticənin elektron təqdim edilməsi.
Xidmətin göstərilmə yeri Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsi, Ərazi Vergilər Baş İdarələrinin, Ərazi Vergilər İdarələrinin və Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin yerli vergi orqanlarının inzibati binaları.
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması Ərizə
- Elektron formada.
Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsi (adi elektron dövlət qeydiyyatı zamanı təsisçilərin özləri tərəfindən tərtib edildiyi halda)
- Elektron formada.
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar Təsisçinin (təsisçilərin) istəyi ilə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı (yenidən təşkil nəticəsində yaranma halları istisna olmaqla) elektron qaydada həyata keçirilir. Elektron dövlət qeydiyyatı adi və ya sürətli qaydada həyata keçirilir. Həmin cəmiyyətin elektron dövlət qeydiyyatının həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Vergilər Nazirliyinin internet informasiya ehtiyatında yerləşdirilmiş elektron ərizə forması doldurularaq gücləndirilmiş elektron imza ilə təsdiq edilməlidir. Adi elektron dövlət qeydiyyatı zamanı elektron ərizəyə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin təsisçisi (təsisçiləri) tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş nizamnamə əlavə edilir. Sürətli elektron dövlət qeydiyyatı zamanı təsisçi fiziki şəxs elektron ərizə formasını doldurur, yalnız təkbaşına icra orqanının rəhbəri və fəaliyyət sahəsi barədə məlumatı bəyan edir. Bu halda təsisçi nizamnamə ilə real vaxt rejimində tanış olur və onu gücləndirilmiş elektron imza ilə təsdiq edir. Elektron dövlət qeydiyyatı zamanı təsisçi hüquqi şəxs qismində yalnız vergi ödəyicisinin eyniləşdirmə nömrəsinə malik olan hüquqi şəxs çıxış edə bilər. Bu halda təsisçinin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrindən çıxarışın) və nizamnaməsinin surəti elektron ərizəyə Azərbaycan Respublikasının Vergilər Nazsirliyi tərəfindən əlavə edilir və qeyd edilən sənədlərin notariat qaydasında təsdiqi tələb olunmur. Elektron dövlət qeydiyyatı zamanı yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin qanuni təmsilçisi, icra orqanının rəhbəri (üzvləri) və direktorlar şurasının (müşahidə şurasının) üzvləri yalnız Azərbaycan Respublikasının ərazisində yaşayış yeri üzrə qeydiyyatda olan fiziki şəxslərdən təyin edilir.
Adi elektron dövlət qeydiyyatı zamanı ərizənin qəbul edilməsi barədə forması təsdiqetmə bildirişi müraciət edənin şəxsi elektron ünvanına göndərilir. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət dövlət qeydiyyatına alındığı gün dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə elektron ünvanına göndərilir. Sürətli elektron dövlət qeydiyyatı həyata keçirildiyi andan sonra dövlət qeydiyyatına alınmış yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı haqqında şəhadətnaməsi, dövlət reyestrindən çıxarışı və nizamnaməsi elektron ünvanına real vaxt rejimində göndərilir. Təsisçinin (təsisçilərin) və ya onun (onların) müvafiq qaydada vəkil etdiyi şəxsin müraciəti əsasında yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı haqqında şəhadətnaməsi, dövlət reyestrindən çıxarışı və nizamnaməsi təsdiq olunaraq kağız daşıyıcılarında da verilir.
Xidmətin elektron ünvanı https://www.e-taxes.gov.az
https://www.e-gov.az
Xidmətin məzmunu Bu xidmət qeyri-kommersiya hüquqi şəxsin vergi uçota alınmasını əhatə edir.
Xidmətin həyata keçirilmə formaları Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmətin göstərilmə yeri Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin, Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin, Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin, Ərazi Vergilər Baş İdarələrinin, Ərazi Vergilər İdarələrinin, Şuşa və Zəngilan rayonu Vergilər Şöbələrinin və Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin yerli vergi orqanlarının inzibati binaları, vergi ödəyicilərinə xidmət mərkəzləri.
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması Ərizə
- Sənədin əsli.
Rəhbərin təyin olunmasını təsdiq edən sənəd
- Sənədin notariat qaydasında təsdiq edilmiş surəti.
Nizamnamə
- Sənədin notariat qaydasında təsdiq edilmiş surəti.
və ya
Əsasnaməsi
- Sənədin notariat qaydasında təsdiq edilmiş surəti.
Rəhbərin şəxsiyyətini təsdiq edən sənəd
- Sənədin surəti (kağız formada).
Rəhbərin olduğu yer (ünvanı) haqqında məlumat
- Sənədin notariat qaydasında təsdiq edilmiş surəti.
Dövlət qeydiyyatına alınma haqqında şəhadətnamə
- Sənədin notariat qaydasında təsdiq edilmiş surəti.
Hüquqi ünvanı təsdiq edən sənəd
- Sənədin notariat qaydasında təsdiq edilmiş surəti.
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar "Xidmət istifadəçiləri xidmətdən istifadə etmək üçün kağız üzərində tərtib edilmiş ərizə ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müraciət edə bilər. Müraciətlər Azərbaycan respublikasının Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat"a uyğun qəbul edildikdən sonra qeydə alınır və aidiyyəti struktur bölməyə icra edilməsi üçün göndərilir. Sturktur bölmədə müraciətlə bağlı müvafiq araşdırma aparılır. Təqdim olunmuş sənədlərdə imtina üçün əsas olan çatışmamazlıqlar aşkar edildiyi halda müraciətin icrasından imtina edilir və onların aradan qaldırılması barədə istifadəçiyə məlumat verilir. Qeydiyyatdan imtina halları aşkar edilmədikdə, o cümlədən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra təkrar müraciət edilən zaman imtina halları aşkar edilmədikdə Qeyri-kommersiya hüquqi şəxsin uçot məlumatları vergi ödəyicilərinin reyestrinə daxil edilir, ona 10 rəqəmli vergi ödəyicilərinin eyniləşmə nömrəsi (VÖEN) və Nəzarət kitabçası verilir.
Xidmətin elektron ünvanı https://www.e-taxes.gov.az
https://www.e-gov.az
Xidmətin məzmunu Bu xidmət qeyri-kommersiya hüquqi şəxsin vergi uçotundan çıxarılmasını əhatə edir.
Xidmətin həyata keçirilmə formaları Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmətin göstərilmə yeri Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin, Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin, Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin, Ərazi Vergilər Baş İdarələrinin, Ərazi Vergilər İdarələrinin, Şuşa və Zəngilan rayonu Vergilər Şöbələrinin və Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin yerli vergi orqanlarının inzibati binaları, vergi ödəyicilərinə xidmət mərkəzləri.
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması Ərizə
- Sənədin əsli.
Vergi ödəyicisinin ləğv edilməsi barədə Qərar
- Sənədin surəti (elektron və ya kağız formada).
Vergi ödəyicisinin uçota alınması barədə şəhadətnamə
- Sənədin əsli.
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar Xidmət istifadəçiləri xidmətdən istifadə etmək üçün kağız üzərində tərtib edilmiş ərizə ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müraciət edə bilər. Müraciətlər Azərbaycan respublikasının Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat"a uyğun qəbul edildikdən sonra qeydə alınır və aidiyyəti struktur bölməyə icra edilməsi üçün göndərilir. Sturktur bölmədə müraciətlə bağlı müvafiq araşdırma aparılır. Təqdim olunmuş sənədlərdə imtina üçün əsas olan çatışmazlıqlar aşkar edildiyi halda müraciətin icrasından imtina edilir və onların 15 iş günü müddətində aradan qaldırılması barədə istifadəçiyə məlumat verilir. Qeydiyyatdan imtina halları aşkar edilmədikdə, o cümlədən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra təkrar müraciət edilən zaman imtina halları aşkar edilmədikdə qanunvericilikdə nəzərdə tutulmuş prosedurlar (Əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatının ləğv edilməsi, vergi ödəyicisinin filialın, nümayəndəliyin və ya digər təsərrüfat subyektinin (obyektin) olduğu yer üzrə uçotdan çıxarılması, nəzarət-kassa aparatlarının qeydiyyatdan çıxarılması, POS-terminalların qeydiyyatdan çıxarılması, aktiv bank hesablarının bağlanması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrin (hesabatların) vergi orqanına təqdim edilməsi, son səyyar vergi yoxlaması prosedurları başa çatdırıldıqdan sonra) başa çatdıqdan sonra yenidən edilən müraciətə 15 gün müddətində baxılaraq qeyri-kommersiya hüquqi şəxsi vergi uçotundan çıxarılır və ona bu barədə məlumat verilir.
Xidmətin elektron ünvanı https://www.e-taxes.gov.az
https://www.e-gov.az
Xidmətin məzmunu Bu xidmət qeyri-kommersiya hüquqi şəxsin uçot məlumatlarının dəyişdirilməsini əhatə edir.
Xidmətin həyata keçirilmə formaları Elektron müraciət və nəticənin elektron təqdim edilməsi.
Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmətin göstərilmə yeri Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin, Ərazi Vergilər Baş İdarələrinin, Ərazi Vergilər İdarələrinin, Şuşa və Zəngilan rayonu Vergilər Şöbələrinin və Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin yerli vergi orqanlarının inzibati binaları.
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması Ərizə
- Elektron formada (xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurulur) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə).
Qeyri-kommersiya hüquqi şəxsin vergi uçotuna alınması zamanı təqdim edilmiş sənədlərdə məlumat dəyişikliyini təsdiq edən sənədlər
- Sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə).
Qeyri-kommersiya hüquqi şəxsin vergi uçotu haqqında şəhadətnaməsi
- Sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə).
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar Vergi ödəyicisinin olduğu yer dəyişdikdə, uçota alınmaq üçün verdiyi ərizə formasında olan məlumatlarda hər hansı dəyişiklik baş verdikdə vergi orqanına bu cür dəyişiklik baş verdiyi gündən 40 gün müddətində ərizə verməlidir.
İstifadəçi xidmətdən istifadə üçün ərizə ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinə müraciət edə bilər. Müraciətlər qəbul edildikdən sonra qeydə alınır və aidiyyəti struktur bölməyə icra edilməsi üçün göndərilir. Sturktur bölmədə müraciətlə bağlı müvafiq araşdırma aparılır. Təqdim olunmuş sənədlərdə imtina üçün əsas olan çatışmamazlıqlaraşkar edildiyi halda müraciətin icrasından imtina edilir və onların aradan qaldırılması barədə istifadəçiyə məlumat verilir. Qeydiyyatdan imtina halları aşkar edilmədikdə, o cümlədən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra təkrar müraciət edilən zaman imtina halları aşkar edilmədikdə qeyri-kommersiya hüquqi şəxsin uçot məlumatları dəyişdirilir və ona bu barədə məlumat verilir. Qeyri-kommersiya hüquqi şəxsin adı və ünvanı dəyişdikdə ona Şəhadətnamə verilir.
Elektron müraciət edən istifadəçilərin - Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən verilmiş şifrə, parolu və ya gücləndirilmiş elektron imzası olmalıdır. Bunlardan istifadə etməklə sistemə daxil olduqda istifadəçiyə təklif olunan ərizə formasını doldurmaq və təsdiq etmək imkanı yaranır. Ərizə məlumatları sistemə daxil edilərək istifadəçi tərəfindən təsdiqləndiyi andan sistemdə qeydiyyata alınmış olur və ona 16 rəqəmli qeydiyyat nömrəsi verilir. İstifadəçi tərəfindən ərizə göstəriciləri üzrə sistemə daxil edilmiş məlumatların düzgünlüyü yoxlanılır. İmtinaya əsas olmadıqda qeyri-kommersiya hüquqi şəxsin uçot məlumatları dəyişdirilir. Xidmətin yerinə yetirilməsi nəticəsində qeyri-kommersiya hüquqi şəxsin uçot məlumatlarında ərizədə göstərilən dəyişikliklər edilir.
Ərizə iş vaxtı başa çatdıqdan sonra və ya qeyri-iş günündə sistemə daxil edilmişdirsə, bu halda onun icrası həmin gündən sonrakı ilk iş gününün əvvəlində həyata keçirilir.
Xidmətin elektron ünvanı https://www.e-taxes.gov.az
https://www.e-gov.az
Xidmətin məzmunu Bu xidmət hüquqi şəxsin fəaliyyətinin müvəqqəti dayandırılmasını əhatə edir.
Xidmətin həyata keçirilmə formaları Elektron müraciət və nəticənin elektron təqdim edilməsi.
Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmətin göstərilmə yeri Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin, Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin, Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin, Ərazi Vergilər Baş İdarələrinin, Ərazi Vergilər İdarələrinin, Şuşa və Zəngilan rayonu Vergilər Şöbələrinin və Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin yerli vergi orqanlarının inzibati binaları.
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması Sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların müvəqqəti dayandırılması barədə arayış
- Elektron formada (xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurulur) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə).
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar Xidmət istifadəçiləri xidmətdən istifadə etmək üçün sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların müvəqqəti dayandırılması barədə arayış ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müraciət edə bilər. Müraciətlər qəbul edildikdən sonra qeydə alınır və aidiyyəti struktur bölməyə icra edilməsi üçün göndərilir. Sturktur bölmədə müraciətlə bağlı müvafiq araşdırma aparılır. Təqdim olunmuş sənədlərdə imtina üçün əsas olan çatışmamazlıqlaraşkar edildiyi halda müraciətin icrasından imtina edilir və onların aradan qaldırılması barədə istifadəçiyə məlumat verilir. İmtina halları aşkar edilmədikdə, o cümlədən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra təkrar müraciət edilən zaman imtina halları aşkar edilmədikdə hüquqi şəxsin fəaliyyəti arayışda göstərilən müddətə müvəqqəti dayandırılır və ona bu barədə məlumat verilir. Elektron xidmətin istifadəçilərinin Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən verilmiş Şifrə, parolu və ya gücləndirilmiş elektron imzası olmalıdır. Bunlardan istifadə etməklə sistemə daxil olduqda istifadəçiyə təklif olunan ərizə formasını doldurmaq və təsdiq etmək imkanı yaranır. Ərizə məlumatları sistemə daxil edilərək istifadəçi tərəfindən təsdiqləndiyi andan sistemdə qeydiyyata alınmış olur və ona 16 rəqəmli qeydiyyat nömrəsi verilir. Göndərilən elektron ərizə onun "Göndərdiklərim" qovluğuna düşür. O, buradan Əməliyyat tarixçəsi vasitəsilə ərizənin icra vəziyyətini izləyə bilər. İmtinaya əsas olmadıqda hüquqi şəxsin fəaliyyəti dayandırılır və ona bu barədə bildiriş verilir.
Ərizə iş vaxtı başa çatdıqdan sonra və ya qeyri-iş günündə sistemə daxil edilmişdirsə, bu halda onun icrası həmin gündən sonrakı ilk iş gününün əvvəlində həyata keçirilir.
Xidmətin elektron ünvanı https://www.e-taxes.gov.az
https://www.e-gov.az
Xidmətin məzmunu Bu xidmət hüquqi şəxsin fəaliyyətinin bərpa edilməsini əhatə edir.
Xidmətin həyata keçirilmə formaları Elektron müraciət və nəticənin elektron təqdim edilməsi.
Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmətin göstərilmə yeri Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin, Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin, Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin, Ərazi Vergilər Baş İdarələrinin, Ərazi Vergilər İdarələrinin, Şuşa və Zəngilan rayonu Vergilər Şöbələrinin və Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin yerli vergi orqanlarının inzibati binaları.
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması Sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların bərpa edilməsi barədə arayış
- Elektron formada (xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurulur) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə).
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar Xidmət istifadəçiləri xidmətdən istifadə etmək üçün sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların bərpası barədə arayış ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müraciət edə bilər. Müraciətlər Azərbaycan Respublikasının Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət İcra Hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair təlimat"a uyğun qəbul edildikdən sonra qeydə alınır və aidiyyəti struktur bölməyə icra edilməsi üçün göndərilir. Sturktur bölmədə müraciətlə bağlı müvafiq araşdırma aparılır. Təqdim olunmuş sənədlərdə imtina üçün əsas olan çatışmamazlıqlaraşkar edildiyi halda müraciətin icrasından imtina edilir və onların aradan qaldırılması barədə istifadəçiyə məlumat verilir. İmtina halları aşkar edilmədikdə, o cümlədən çatışmazlıqlararadan qaldırıldıqdan sonra təkrar müraciət edilən zaman imtina halları aşkar edilmədikdə hüquqi şəxsin fəaliyyəti bərpa edilir və ona bu barədə məlumat verilir.
Elektron xidmətin istifadəçilərinin Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən verilmiş Şifrə, parolu və ya gücləndirilmiş elektron imzası olmalıdır. Bunlardan istifadə etməklə sistemə daxil olduqda istifadəçiyə təklif olunan ərizə formasını doldurmaq və təsdiq etmək imkanı yaranır. Ərizə məlumatları sistemə daxil edilərək istifadəçi tərəfindən təsdiqləndiyi andan sistemdə qeydiyyata alınmış olur və ona 16 rəqəmli qeydiyyat nömrəsi verilir. Göndərilən elektron ərizə onun "Göndərdiklərim" qovluğuna düşür. O, buradan Əməliyyat tarixçəsi vasitəsilə ərizənin icra vəziyyətini izləyə bilər. İmtinaya əsas olmadıqda hüquqi şəxsin fəaliyyəti bərpa edilir və ona bu barədə bildiriş verilir.
Ərizə iş vaxtı başa çatdıqdan sonra və ya qeyri-iş günündə sistemə daxil edilmişdirsə, bu halda onun icrası həmin gündən sonrakı ilk iş gününün əvvəlində həyata keçirilir.
Xidmətin elektron ünvanı https://www.e-taxes.gov.az
https://www.e-gov.az
Xidmətin məzmunu Bu xidmət hüquqi şəxsin filialının (bölməsinin) vergi uçotundan çıxarılmasını əhatə edir.
Xidmətin həyata keçirilmə formaları Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmətin göstərilmə yeri Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin, Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin, Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin, Ərazi Vergilər Baş İdarələrinin, Ərazi Vergilər İdarələrinin, Şuşa və Zəngilan rayonu Vergilər Şöbələrinin və Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin yerli vergi orqanlarının inzibati binaları, vergi ödəyicilərinə xidmət mərkəzləri.
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması Ərizə
- Sənədin əsli.
Hüquqi şəxsin filialının (bölməsinin) ləğv edilməsini təsdiq edən sənəd
- Sənədin surəti (elektron və ya kağız formada).
Vergi ödəyicisinin uçota alınması barədə şəhadətnamə
- Sənədin əsli.
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar Xidmət istifadəçiləri xidmətdən istifadə etmək üçün kağız üzərində tərtib edilmiş ərizə ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müraciət edə bilər. Müraciətlər Azərbaycan respublikasının Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat"a uyğun qəbul edildikdən sonra qeydə alınır və aidiyyəti struktur bölməyə icra edilməsi üçün göndərilir. Sturktur bölmədə müraciətlə bağlı müvafiq araşdırma aparılır. Təqdim olunmuş sənədlərdə imtina üçün əsas olan çatışmazlıqlar aşkar edildiyi halda müraciətin icrasından imtina edilir və onların 15 iş günü müddətində aradan qaldırılması barədə istifadəçiyə məlumat verilir. Qeydiyyatdan imtina halları aşkar edilmədikdə, o cümlədən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra təkrar müraciət edilən zaman imtina halları aşkar edilmədikdə qanunvericilikdə nəzərdə tutulmuş prosedurlar (Əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatının ləğv edilməsi, vergi ödəyicisinin filialın, nümayəndəliyin və ya digər təsərrüfat subyektinin (obyektin) olduğu yer üzrə uçotdan çıxarılması, nəzarət-kassa aparatlarının qeydiyyatdan çıxarılması, POS-terminalların qeydiyyatdan çıxarılması, aktiv bank hesablarının bağlanması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrin (hesabatların) vergi orqanına təqdim edilməsi, son səyyar vergi yoxlaması prosedurları başa çatdırıldıqdan sonra) başa çatdıqdan sonra yenidən edilən müraciətə 15 gün müddətində baxılaraq hüquqi şəxsin filialının (bölməsinin) vergi uçotu ləğv edilir.
Xidmətin elektron ünvanı https://www.e-taxes.gov.az
https://www.e-gov.az
Xidmətin məzmunu Bu xidmət yerli və xarici investisiyalı kommersiya hüquqi şəxsinin, xarici kommersiya hüquqi şəxsinin filial və nümayəndəliyinin dövlət reyestrindən çıxarılmasını əhatə edir.
Xidmətin həyata keçirilmə formaları Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmətin göstərilmə yeri Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin, Ərazi Vergilər Baş İdarələrinin, Ərazi Vergilər İdarələrinin və Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin yerli vergi orqanlarının inzibati binaları.
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması Ləğvetmə balansı
- Sənədin əsli.
Kommersiya qurumunun üzərində "ləğv prosesindədir" yazılmış möhürü
- Sənədin əsli.
Səhmdar cəmiyyətlərdə səhmlərin dövriyyədən çıxarılmasına dair Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin arayışı
- Sənədin əsli.
Ərizə
- Sənədin əsli.
Qalıq əmlakın bölünməsi (istifadə edilməsi) planını əks etdirən hesabat
- Sənədin əsli.
Qalıq əmlakın iştirakçılara təqdim edilməsini təsdiq edən sənəd
- Sənədin əsli.
Kommersiya qurumunun nizamnaməsi (əsasnaməsi)
- Sənədin əsli.
Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında şəhadətnaməsi
- Sənədin əsli.
İqtisadiyyat və Sənaye Nazirliyinin razılığı
- Sənədin əsli.
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar Hüquqi şəxsin ləğvetmə komissiyası (təsviyəçi) qalan əmlakın bölünməsindən və ya istifadə edilməsindən sonra 10 gün ərzində hüquqi şəxsin dövlət reyestrindən çıxarılması üçün Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müraciət etməidir. Ərizə təsisçilər, yaxud ləğvetmə komissiyasının səlahiyyətli üzvləri tərəfindən imzalanır və təqdim edilir. Ərizə surəti ilə birlikdə təqdim edilir. Ərizənin əsli vergi orqanında saxlanılır, surəti isə ərizənin əslinin qəbul edilməsi vaxtını göstərən qeydlə müraciət etmiş şəxsə qaytarılır. Ərizənin qəbul edilməsi hər hansı digər formada da təsdiq oluna bilər. Ləğvetmə barədə zəruri sənədlər təqdim edildikdən sonra həmin sənədlərin qanunvericiliyin tələblərinə uyğunluğu yoxlanılır və çatışmazlıq aşkar edilmədikdə, sənədlərin aldındığı vaxtdan 7 gün müddətində qurumun reyestrdən çıxarılması barədə qərar qəbul edir. Təqdim olunmuş sənədlərdə çatışmazlıq aşkar edildiyi halda, bu barədə müraciət etmiş şəxslərə yazılı məlumat verilir və çatışmazlığın aradan qaldırılması tələb olunur. Çatışmazlıqlararadan qaldırıldıqdan sonra 7 gün müddətindən gec olmayaraq qurumun reyestrdən çıxarılması haqqında qərar qəbul edilir və bu barədə müraciət etmiş şəxslərə məlumat verilir. Qurumun ləğv edilməsi barədə reyestrdə müvafiq qeydlər aparılır.
Dövlət reyestrindən çıxarılmış hüquqi şəxslər, habelə xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri fəaliyyət göstərə bilməz. Çatışmazlıqların aradan qaldırılması barədə məlumat verilmədikdə, qurum 60 gün ərzində reyestrdən çıxarıla bilməz.
Xidmətin elektron ünvanı https://www.e-taxes.gov.az
https://www.e-gov.az
Xidmətin məzmunu Bu xidmət Azərbaycan Respublikasında kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı məlumatlarının dəyişdirilməsi proseslərini əhatə edir.
Xidmətin həyata keçirilmə formaları Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmətin göstərilmə yeri Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin,Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin, Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin, Ərazi Vergilər Baş İdarələrinin, Ərazi Vergilər İdarələrinin, Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin yerli vergi orqanlarının və "ASAN xidmət" mərkəzlərinin inzibati binaları.
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması Ərizə
- Sənədin əsli.
Dəyişikliyi təsdiq edən sənədlər
- Sənədin əsli.
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar Hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq vergi orqanlarına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik normativ hüquqi aktların tələblərinə zidd olmadıqda, 5 gün müddətində qeydiyyata alınır və bu barədə vergi ödəyicisinə məlumat verilir.
Hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklər, habelə hüquqi şəxslərin dövlət reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və ya nümayəndəlikləri tərəfindən qüvvəyə minməmiş dəyişikliklər əsasında hər hansı fəaliyyət həyata keçirilə bilməz.
Hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklərin, habelə dövlət reyestrində qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyatına dair sənədlərə baxılması zamanı təşkilatla bağlı əvvəllər hər hansı dəyişikliyin normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada qeydiyyat üçün təqdim olunmaması müəyyən edildikdə qurum Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyətə cəlb olunmaqla aşkar edilmiş çatışmazlıq aradan qaldırılır.
Xidmətin elektron ünvanı https://www.e-taxes.gov.az
https://www.e-gov.az
Xidmətin məzmunu "Nəzarət kitabçası" itirildikdə və ya yararsız hala düşdükdə xidmət istifadəçilərinin müraciətləri əsasında yeni "Nəzarət kitabçası"nın verilməsinin təmin edilməsi (ilkin qeydiyyat/uçot zamanı "Nəzarət kitabçası" vergi uçotu sənədləri ilə birlikdə vergi ödəyicisinə təqdim edilir).
Xidmətin həyata keçirilmə formaları Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmətin göstərilmə yeri Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin, Ərazi Vergilər Baş İdarələrinin və Ərazi Vergilər İdarələrinin vergi ödəyicilərinə xidmət mərkəzlərinin, Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin yerli vergi orqanlarının, Rayon Vergilər Şöbələrinin inzibati binaları.
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması Ərizə 
- Sənədin əsli.
"Nəzarət kitabçası" (Yararsız hala düşdükdə) 
- Sənədin əsli.
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar İstifadəçilər xidmət göstərilən qurumlara tələb edilən sənədlərlə birlikdə müraciət edir. Sənədlər xidmət göstərilən qurumlar tərəfindən qəbul edilir və araşdırılır. İstifadəçinin müraciəində və təqdim etdiyi ərizədə imtina üçün əsas olan çatışmazlıqlar aşkar edilmədikdə istifadəçinin ərizəsi (xidmət mərkəzində müraciət vərəqəsi tərtib edildikdə sərbəst formada müraciət ərizəsi təqdim olunmur) qəbul edilir və 15 gün müddətində "Nəzarət kitabçası" hazırlanıb istifadəçiyi təqdim edilir. Sənədlərdə imtina üçün əsas olan çatışmazlıqlar aşkar edildikdə, istifadəçi çatışmazlıqları aradan qaldırdıqdan sonra yenidən müraciət edə bilər.
Xidmətin məzmunu Bu xidmət vergi ödəyicilərinə banklarda hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsini əhatə edir.
Xidmətin həyata keçirilmə formaları Elektron müraciət və nəticənin elektron təqdim edilməsi.
Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmətin göstərilmə yeri Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin, Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin, Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin, Ərazi Vergilər Baş İdarələrinin, Ərazi Vergilər İdarələrinin, Şuşa və Zəngilan rayonu Vergilər Şöbələrinin və Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin yerli vergi orqanlarının inzibati binaları.
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması Ərizə 
- Elektron formada (xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurulur) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə).
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar Dövlət qeydiyyatı vergi orqanları tərəfindən aparılan hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları dövlət qeydiyyatına alınması haqqında ərizə ilə birlikdə və ya qeydiyyata alındıqdan sonra istənilən vaxt, digər vergi ödəyiciləri isə uçota alınması haqqında şəhadətnaməni aldıqdan sonra banklarda hesab açmaq üçün vergi orqanına ərizə verir. Vergi orqanı bu ərizə əsasında vergi ödəyicisinə 2 gündən gec olmayaraq şəhadətnamə-dublikat verir. Vergi ödəyicisinə verilən şəhadətnamə-dublikatların sayı məhdudlaşdırılmır və onların hər biri nömrələnir. Vergi orqanı şəhadətnamə-dublikatı vergi ödəyicisinə verdikdən sonra 1 gün müddətində bu barədə məlumatı elektron və (və ya) kağız daşıyıcılar vasitəsilə banklara göndərir.
Elektron müraciət edən istifadəçilərin - Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən verilmiş Şifrə, parolu və ya gücləndirilmiş elektron imzası olmalıdır. Bunlardan istifadə etməklə sistemə daxil olduqda istifadəçiyə təklif olunan ərizə formasını doldurmaq və təsdiq etmək imkanı yaranır. Ərizə məlumatları sistemə daxil edilərək istifadəçi tərəfindən təsdiqləndiyi andan sistemdə qeydiyyata alınmış olur və ona 16 rəqəmli qeydiyyat nömrəsi verilir. Vergi ödəyicisinin ərizəsi bir neçə dəqiqə ərzində emal edilir və hesab açmaq üçün şəhadətnamə dublikat Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sisteminin (XÖHKS) iş rejimindən asılı olaraq ən geci 2 iş günü ərzində bank idarəsinə ötürülür. Vergi ödəyicisinin ekranına bank idarəsində hesab açmaq haqqında ərizəsinin qəbul edilməsi barədə bildiriş çıxarılır. Bildirişdə vergi ödəyicisinin hansı tarixdə bank idarəsinə müraciət etməli olduğu göstərilir və onu çap etmək olar. Əgər hesabın açıldığı bank idarəsi Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə elektron mübadiləyə qoşulmayıbsa vergi ödəyicisi vergi orqanından şəhadətnamə dublikatı kağız daşıyıcılarda götürərək bank idarəsinə təqdim etməlidir.
Ərizə iş vaxtı başa çatdıqdan sonra və ya qeyri-iş günündə sistemə daxil edilmişdirsə, bu halda onun icrası həmin gündən sonrakı ilk iş gününün əvvəlində həyata keçirilir.
Xidmətin elektron ünvanı https://e-taxes.gov.az
Xidmətin məzmunu Bu xidmət əlavə dəyər vergisi ödəyicisinin elektron vergi hesab-fakturasını tərtib etmək, ləğv etmək, dəqiqləşdirmək, əvəzləşdirilən vergi hesab-fakturaları barədə məlumatları sistemə daxil etmək kimi əməliyyatların həyata keçirməsini əhatə edir.
Xidmətin həyata keçirilmə formaları Elektron müraciət və nəticənin elektron təqdim edilməsi.
Xidmətin göstərilmə yeri Azərbaycan Respublikası Vergilər Nazirliyinin inzibati binası.
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması Xidmətin göstərilməsi üçün hər hansı bir sənədin təqdim edilməsi tələb olunmur 
- Sənədin skan edilmiş surəti.
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar Vergi ödəyicisi olan fiziki şəxsin özü və ya hüquqi şəxsin rəhbəri, yaxud ödəniş sənədlərini təsdiq etməyə səlahiyyətli olan digər şəxs (şəxslər) onlara vergi orqanı tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrədən istifadə etməklə, yaxud gücləndirilmiş elektron imza vasitəsilə İnternet Vergi İdarəsinə (www.e-taxes.gov.az) daxil olaraq e-VHF altsistemini seçir, elektron vergi hesab-fakturanı hazırlayır və gücləndirilmiş elektron imza vasitəsilə təsdiq edərək göndərir.
Elektron xidmətin göstərilməsi zamanı istifadəçiyə Elektron vergi hesab-fakturasının tərtibi iki rejimdə (onlayn və oflayn ) təklif olunur.
Elektron vergi hesab-fakturası (e-VHF) altsistemi Azərbaycan Respublikasının Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı (https://www.e-taxes.gov.az) vasitəsilə elektron vergi hesab-fakturanı onlayn rejimdə tərtib etmək, ləğv etmək, dəqiqləşdirmək, əvəzləşdirilən VHF barədə məlumatları daxil etmək, gücləndirilmiş elektron imzadan istifadə etməklə paketləmə aparmadan onları qarşı tərəfə göndərmək və s. kimi əməliyyatları yerinə yetirir.
Elektron Faktura Tərtibatı (e-FP) vasitəsilə oflayn rejmdə hazırlanmış paket formada olan elektron VHF-ləri sistemə yükləmək və gücləndirilmiş elektron imzadan istifadə etməklə göndərmək imkanına da malikdir. Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən müəyyənləşdirilən, əlavə dəyər vergisi ödəyicisi olan və elektron sənəd mübadiləsi barədə müqaviləyə malik bütün vergi ödəyiciləri Faktura Tərtibatı Proqramına daxil olmaq üçün vergi ödəyicisinin istifadəçi kodu, parol və şifrəsi, yaxud gücləndirilmiş elektron imzası olmalıdır.
Xidmətin elektron ünvanı https://e-taxes.gov.az
Xidmətin məzmunu Bu xidmət vergi ödəyiciləri tərəfindən vergi və rüsumların müasir ödəniş mexanizmlərindən istifadə edilərək elektron formada ödənilməsini əhatə edir.
Xidmətin həyata keçirilmə formaları Elektron müraciət və nəticənin elektron təqdim edilməsi.
Xidmətin göstərilmə yeri Azərbaycan Respublikası Vergilər Nazirliyinin inzibati binası.
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması Xidmətin göstərilməsi üçün hər hansı bir sənədin təqdim edilməsi tələb olunmur 
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar İstifadəçi ödəmə əməliyyatlarını internet vasitəsilə həyata keçirmək üçün aşağıdakı əməliyyatları yerinə yetirir:
"Elektron hökumət" portalına və ya "İnternet Vergi İdarəsi" saytına (www.e-taxes.gov.az) daxil olur və "Giriş" düyməsini sıxır. Açılan pəncərədə İstifadəçi kodu, parol, şifri daxil edir (sistemə daxil olmaq üçün "e-İmza" kartından da istifadə etmək olar). Onlayn kargüzarlıq və e-VHF" bölməsini seçir. Sonra "Daxil ol" düyməsi sıxılır. İstifadəçi yeni açılmış pəncərədən "Onlayn Ödəmə" düyməsini seçir. Bu zaman sistem tərəfindən ekrana həmin tarixə onun büdcəyə olan borcu barədə məlumat çıxarılır. Təsnifat kodu siyahıdan seçilir. Növbəti xanaya ödəniləcək məbləğ daxil edilir və "Ödə" düyməsi sıxılır. Bu halda Mərkəzi Bankın KÖMİS-i mühitinə keçid alınır və yeni ekran açılır. Ödəniş kartının nömrəsinin ilk 6 rəqəmini yığaraq "Ödəmək" düyməsi vurulur.
Yeni ekranda isə aşağıdakı məlumatlar daxil edilir:
- Kartın nömrəsi xanasına ödəmə kartının növbəti nömrələri əlavə edilir (kartın nömrəsinin ilk 6 rəqəmi yuxarıdakı pəncərədə daxil edilmişdir)
- Kartın istifadə müddətinin bitmə tarixi (ay, il) müvafiq siyahılardan seçilir
- Kartın 3 rəqəmli CVV2/CVC2 kodu daxil edilir
- Kartın növü siyahıdan seçilir.
Əməliyyatı təsdiqləmək üçün "Təsdiq" düyməsi sıxılır. Daxil edilmiş məlumatlarda kənarlaşma olmadıqda "Ödəniş müvəffəqiyyətlə başa çatdı" xəbərdarlıq məlumatı verilir. Son mərhələdə ekrana aparılmış ödəniş üzrə mədaxil qəbzi çıxarılır. İstifadəçi qəbzi çap edə və yaxud elektron poçt ünvanına istiqamətləndirə bilər. Ödəniş bitdikdən, KÖMİS-in infrastrukturunda proses başa çatdıqdan sonra ödəyici avtomatik rejimdə yenidən "İnternet Vergi İdarəsi" portalına keçid alır. Aparılmış ödəniş üzrə Mədaxil qəbzi çıxarılır.
Xidmətin elektron ünvanı https://gpp.az
Xidmətin məzmunu Bu xidmət istifadəçilərin müraciətləri əsasında Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən vergi ödəyicisi və Vergilər Nazirliyi arasında elektron sənəd mübadiləsinin aparılması üçün istifadəçi kodu, parolu və şifrəsinin verilməsini əhatə edir.
Xidmətin həyata keçirilmə formaları Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmətin göstərilmə yeri - Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin, Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin, Ərazi Vergilər Baş İdarələrinin və Ərazi Vergilər İdarələrinin vergi ödəyicilərinə xidmət mərkəzlərinin, Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin yerli vergi orqanlarının, Rayon Vergilər Şöbələrinin inzibati binaları;
- Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsinin, Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin struktur bölmələrinin Bəyannamələrin qəbulu və uçotun təşkili bölmələrinin, Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin, ASAN xidmət mərkəzlərinin yerləşdiyi inzibati binaları (ilkin qeydiyyat zamanı).
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması Ərizə 
- Sənədin əsli.
Elektron sənəd mübadiləsi haqqında Müqavilə 
- Sənədin əsli.
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar İstifadəçilər xidmət göstərilən qurumlara tələb edilən sənədlərlə birlikdə müraciət edir. Sənədlər xidmət göstərilən qurumlar tərəfindən qəbul edilir və araşdırılır. Sənədlərdə imtina üçün əsas olan çatışmazlıqlar aşkar edilmədikdə istifadəçi ilə müqavilə imzalanır və 2 gün müddətində istifadəçi kodu, parol və şifrə hazırlanır və istifadəçilərə "Elektron sənəd mübadiləsi haqqında Müqavilə" və qapalı zərfdə elektron sənəd mübadiləsinin aparılması üçün istifadəçi kodu, parol və şifrə təqdim olunur. Sənədlərdə imtina üçün əsas olan çatışmazlıqlar aşkar edildikdə, istifadəçi çatışmazlıqları aradan qaldırdıqdan sonra yenidən müraciət edə bilər.
Xidmətin məzmunu Bu xidmət istifadəçilərin müraciətləri əsasında Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən vergi ödəyicisinə məxsus elektron sənəd mübadiləsi üçün istifadəçi kodu, parolu və şifrəsinin ləğv olunmasını əhatə edir.
Xidmətin həyata keçirilmə formaları Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmətin göstərilmə yeri Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin, Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin, Ərazi Vergilər Baş İdarələrinin və Ərazi Vergilər İdarələrinin vergi ödəyicilərinə xidmət mərkəzlərinin, Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin yerli vergi orqanlarının, Rayon Vergilər Şöbələrinin inzibati binaları.
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması Ərizə 
- Sənədin əsli.
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar İstifadəçilər xidmət göstərilən qurumlara müraciət edir. Ərizə xidmət göstərilən qurumlar tərəfindən qəbul edilir və araşdırılır. İmtina üçün əsas olan çatışmazlıqlar aşkar edilmədikdə istifadəçinin ərizəsi qəbul edilir və 2 gün müddətində istifadəçi kodu, parol və şifrə ləğv edilərək ona "Elektron sənəd mübadiləsi üçün istifadəçi kodu, parol və şifrənin ləğv edilməsi haqqında" məlumat (bildiriş) təqdim edilir. Sənədlərdə imtina üçün əsas olan çatışmazlıqlar aşkar edildikdə, istifadəçi çatışmazlıqları aradan qaldırdıqdan sonra yenidən müraciət edə bilər.
Xidmətin məzmunu Bu xidmət istifadəçilərin müraciətləri əsasında Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən vergi ödəyicisinə Vergilər Nazirliyi ilə elektron sənəd mübadiləsinin aparılması üçün istifadəçi kodu, parolu və şifrəsinin yenidən verilməsini əhatə edir.
Xidmətin həyata keçirilmə formaları Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmətin göstərilmə yeri - Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin, Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin, Ərazi Vergilər Baş İdarələrinin və Ərazi Vergilər İdarələrinin vergi ödəyicilərinə xidmət mərkəzlərinin, Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin yerli vergi orqanlarının, Rayon Vergilər Şöbələrinin inzibati binaları;
- Vergi ödəyicisinin hüquqi və ya faktiki ünvanında göstərilən ünvanlı xidmət zamanı.
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması Ərizə 
- Sənədin əsli.
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar İstifadəçilər xidmət göstərilən qurumlara tələb edilən sənədlərlə birlikdə müraciət edir. Sənədlər xidmət göstərilən qurumlar tərəfindən qəbul edilir və araşdırılır. İstifadəçinin müraciəində və təqdim etdiyi ərizədə imtina üçün əsas olan çatışmazlıqlar aşkar edilmədikdə istifadəçinin ərizəsi qəbul edilir və 2 gün müddətində istifadəçi kodu, parol və şifrə yenidən hazırlanır və müqavilə ilə birlikdə istifadəçilərə qapalı zərfdə elektron sənəd mübadiləsinin aparılması üçün təqdim olunur. Sənədlərdə imtina üçün əsas olan çatışmazlıqlar aşkar edildikdə, istifadəçi çatışmazlıqları aradan qaldırdıqdan sonra yenidən müraciət edə bilər.
Xidmətin məzmunu Bu xidmət "ASAN İmza" SİM-kart üzrə sertifikatların verilməsini əhatə edir.
Xidmətin həyata keçirilmə formaları Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmətin göstərilmə yeri Vergi ödəyicilərinə xidmət mərkəzlərinin, Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin yerli vergi orqanlarının, Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin, Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin, Ərazi Vergilər Baş İdarələrinin və Ərazi Vergilər İdarələrinin, Rayon Vergilər Şöbələrinin və ASAN xidmət mərkəzlərinin inzibati binaları.
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması Ərizə 
- Sənədin əsli. 
Şəxsiyyəti təsdiq edən sənəd 
- Sənədin əsli.
Notariat qaydasında təsdiq edilmiş etibarnamə (ərizə digər şəxs tərəfindən verildikdə) 
- Sənədin əsli. 
"e-təmsilçi" qismində tanınma barədə ərizə (Xarici vətəndaş olan və şəxsiyyətini təsdiq edən sənədə (müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsinə) malik olmayan şəxslər üçün) 
- Sənədin əsli. 
ASAN İmza SİM-kartı 
- Sənədin əsli. 
Notariat qaydasında və ya dövlət və ya yerli özünüidarəetmə orqanının, hüquqi şəxsin blankında möhürü ilə təsdiq edilmiş, onların, habelə fiziki şəxsin işçisinə verdiyi etibarnamə və ya Mərkəz tərəfindən müəyyən edilmiş forma üzrə verdiyi etibarnamə (dövlət və ya yerli özünüidarəetmə orqanının, hüquqi və fiziki şəxsin rəhbəri tərəfindən işçilərinə qulluq funksiyalarının icrasında elektron imzadan istifadə səlahiyyəti verildikdə) 
- Sənədin əsli.
Notariat qaydasında və ya hüquqi şəxsin blankında hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş (xarici ölkədə təsdiq olunduqda leqallaşdırılmış) xarici vətəndaş olan fiziki şəxs və ya hüquqi şəxs tərəfindən "e-Təmsilçi"-yə səlahiyyətlərin verilməsi ilə bağlı verilən etibarnamə (Xarici vətəndaş olan və şəxsiyyətini təsdiq edən sənədə (müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsinə) malik olmayan şəxslər üçün) 
- Sənədin əsli.
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar Xidmət istifadəçiləri xidmətdən istifadə etmək üçün kağız üzərində tərib edilmiş ərizə və qanunvercilikdə nəzərdə tutulmuş sənədlər ilə müraciət edə bilər. Müraciətlə bağlı müvafiq araşdırma aparılır. Təqdim olunmuş sənədlərdə imtina üçün əsas olan çatışmamazlıqlar aşkar edildiyi halda müraciətin icrasından imtina edilir və onların aradan qaldırılması barədə istifadəçiyə məlumat verilir. İmtina halları aşkar edilmədikdə, o cümlədən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra təkrar müraciət edilən zaman imtina halları aşkar edilmədikdə "Asan İmza" SİM-kart üzrə sertifikat verilir.
Xidmətin göstərilməsi üçün tələb edilən sənəd siyahısı normativ hüquqi aktlarda müəyyən edilməyib.
Xidmətin məzmunu Bu xidmət "Vergi ödəyicisinin vergi orqanında qeydiyyatda olub-olmaması barədə", "Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə", "Vergi ödəyicisinin fəaliyyəti barədə", "Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması barədə", "Vergi ödəyicisinin dövriyyəsi barədə", "Vergi ödəyicisinin mükəlləfiyyətləri barədə", "Vergi ödəyicisinin ƏDV qeydiyyatı barədə", "Vergi ödəyicisinin fəaliyyət növü (növləri) barədə", "Vergi ödəyicisinin ödədiyi vergilər barədə", "Vergi ödəyicisinin işçinin olub-olmaması barədə", "Vergi ödəyicisinin vergi borcu barədə" və "Dövlət vəsaiti hesabına malların (işlərin, xidmətlərin) satınalması üzrə tender müsabiqələrində iştirak üçün vergi ödəyicisinə vergi borcu barədə" arayışların verilməsini əhatə edir.
Xidmətin həyata keçirilmə formaları Elektron müraciət və nəticənin elektron təqdim edilməsi.
Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmətin göstərilmə yeri Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin, Ərazi Vergilər Baş İdarələrinin, Ərazi Vergilər İdarələrinin, Şuşa və Zəngilan rayonu Vergilər Şöbələrinin və Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin yerli vergi orqanlarının inzibati binaları.
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması Ərizə 
- Elektron formada (internet informasiya ehtiyatı vasitəsilə müraciət edildikdə) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə).
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar İstifadəçi xidmətdən istifadə üçün kağız üzərində xidmətin göstərilmə yerinə, elektron formada Azərbaycan Respublikası Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi Portalına (e-taxes.gov.az) müraciət edə bilər. Müraciətlər Azərbaycan respublikasının Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət İcra Hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair təlimat"a uyğun qəbul edildikdən sonra qeydə alınır və aidiyyəti struktur bölməyə icra edilməsi üçün göndərilir. Sturktur bölmədə müraciətlə bağlı müvafiq araşdırma aparılır. Təqdim olunmuş sənədlərdə imtina üçün əsas olan çatışmamazlıqlar aşkar edildiyi halda müraciətin icrasından imtina edilir və onların 15 iş günü müddətində aradan qaldırılması barədə istifadəçiyə məlumat verilir. Qeydiyyatdan imtina halları aşkar edilmədikdə, o cümlədən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra təkrar müraciət edilən zaman imtina halları aşkar edilmədikdə arayış hazırlanaraq vergi ödəyicisinə təqdim edilir.
Xidmətin elektron ünvanı https://www.e-taxes.gov.az/
Xidmətin məzmunu Bu xidmət vergi ödəyicilərinin Bəyannamə Tərtibatı Proqramından (BTP) istifadə etməklə bəyannamələrin, elektron formada tərtib edilərək və ya kağız daşıyıcıda vergi orqanına təqdim edilməsini əhatə edir.
Xidmətin həyata keçirilmə formaları Elektron müraciət və nəticənin elektron təqdim edilməsi.
Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmətin göstərilmə yeri Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin, Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin, Ərazi Vergilər Baş İdarələrinin, Ərazi Vergilər İdarələrinin, Şuşa və Zəngilan rayonu Vergilər Şöbələrinin, Vergi ödəyicilərinə xidmət mərkəzlərinin və Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin yerli vergi orqanlarının inzibati binaları.
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması Vergi bəyannamələri 
- Elektron formada (xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurulur) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə).
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar Xidmətin istifadəçilərinin Bəyannamə Tərtibatı Proqramı, Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən verilmiş şifrə, parolu və ya gücləndirilmiş elektron imzası olmalıdır. Bunlardan istifadə etməklə istifadəçi bəyannaməni elektron formada tərtib edir və sistemə daxil olduqda həmin bəyannaməni vergi orqanına təqdim etmək imkanı yaranır. İstifadəçi Bəyannamə Tərtibatı Proqramını (BTP) aşağıdakı elektron ünvandan kompyuterinə yükləyir:
- https://www.e-taxes.gov.az/dispatcher?menu=ebyn&submenu=1&nav=ebyn
- Yüklənmiş BTP proqramı işə salınaraq "Fayl" sətrindən "Yeni" düyməsi sıxılır. Açılmış pəncərədən tərtib olunacaq bəyannamə, hesabat və ya arayış seçilir və "Qəbul" düyməsi sıxılır. Ekranda açılmış bəyannamə, hesabat və ya arayış formasına müvafiq məlumatlar daxil edilərək yenidən "Fayl" sətrindən "Qeyd et" düyməsi vasitəsi ilə açılmış bəyannamə, hesabat və ya arayış yaddaşa salınır
- Daha sonra BTP proqramının "Paketlə" sətrindən "Paketlə" düyməsi sıxılır
- Açılmış pəncərədən müvafiq bəyannamə, hesabat və ya arayışlar (bir vəya bir neçəsi) seçilərək "Bəyannaməni paketə əlavə et" düyməsi sıxılır
- Paket faylının adı daxil edildikdən sonra "Paketlə" düyməsi sıxılaraq paket faylı yaradılır
- Daha sonra İnternet Vergi idarəsi portalının E-bəyannamə, ƏDV-DH və ŞHV bölümü üzərindən açılan pəncərədən
- "e-Bəyannamə" siyahısından "Paket göndər" seçilir
- Açılan pəncərədən "Obzor" düyməsi vasitəsi ilə göndəriləcək paket seçilir və "Göndər" düyməsi sıxılır
- Yüklənmiş bəyannamə, hesabat və ya arayışların sistem tərəfindən avtomatik yoxlanılması üçün - "Yoxla" düyməsinə basılır. Yanıb-sönən mesaj düyməsi sıxılmaqla səhvin təfərrüatları ekrana çıxarılır. Aşkar edilmiş səhv aradan qaldırıldıqdan sonra proses yenidən həyata keçirilir;
- Bəyannamədə səhv tapılmadıqda "Təsdiq et" düyməsi sıxılır
- Təsdiqdən sonra vergi bəyannaməsinin vergi orqanına göndərilməsi barədə ekrana Bildiriş çıxır. Çap düyməsi ilə Bildiriş çap edilir.
Bəyannamə sistemə daxil edilərək istifadəçi tərəfindən təsdiqləndiyi andan sistemdə qeydiyyata alınmış olur və ona 16 rəqəmli qeydiyyat nömrəsi əks olunmuş bildiriş verilir. 
Vergi hesabatını vergi ödəyicisi, yaxud onun müəyyən edilmiş qaydada vəkil edilmiş nümayəndəsi imzalamalıdır. Qanunvericiliyə müvafiq olaraq vergi ödəyicisinin vergi hesabatının tərtib edilməsində müstəqil auditor iştirak edirsə o, vergi hesabatını imzalamalı, möhür vurmalı və öz vergi ödəyicisinin eyniləşdirmə nömrəsini göstərməlidir. Hesabatı bir nəfərdən çox tərtibatçı hazırlayırsa, onu ancaq baş tərtibatçı imzalayır.Vergi ödəyicisi vergi orqanına gələrək bəyannaməni qəbul edən kordinasiya şöbəsinə (bölməsinə) daxil olmalı, bəyannamələri qəbul edən müfəttişə yaxınlaşaraq bəyannaməsini təqdim etməlidir. Bəyannamə müvafiq qanunvericiliyin və ya qaydaların tələblərinə uyğun olduqda koordinasiya şöbə (bölmə) tərəfindən bəyannamə qeydiyyatdan keçirilir və bəyannamənin vergi orqanı tərəfindən qəbul edilməsi barədə qeydlər sətrində qəbul edildiyi tarix və qeydiyyat nömrəsi göstərilməlidir. Vergi ödəyicisinin təqdim etdiyi bəyannamə qeydiyyatdan keçdikdən sonra, vergi ödəyicisi bəyannamənin sürətində onun daxil olma tarixini əks etdirən ştampın vurulmasını xahiş edərsə kordinasiya şöbəsinin (bölməsinin) müfəttişi bəyannamənin surətində onun daxil olma tarixini əks etdirən ştamp vurmalıdır. Vergi ödəyicisinin bəyannamənin tərtibi ilə bağlı sualı və ya düzgün dolurulması barədə əlavə izahat verilməsinə dair müraciəti olduqda o, Vergi ödəyicilərinə xidmət şöbəsinə göndərilir.
Bəyannamə vergi ödəyicisi tərəfindən poçtla göndərildikdə, bəyannamənin vergi orqanına təqdim edildiyi vaxt onun poçta (rabitə təşkilatına) təqdim edildiyi gün hesab edilir. Bəyannamənin alınması zamanı ona özündə müvafiq tarixi əks etdirən ştamp vurulduqdan sonra bəyannamənin vergi orqanı tərəfindən qəbul edilməsi barədə qeydlər sətrində qəbul edildiyi tarix və qeydiyyat nömrəsi göstərilir. Poçtla daxil olan bütün bəyannamələr həmin gün qeydiyyata alınmalıdır.
Xidmətin elektron ünvanı https://www.e-taxes.gov.az
https://www.e-gov.az
Xidmətin məzmunu Bu xidmət vergi ödəyicilərinin onlayn rejimdə sadələşdirilmiş vergi bəyannaməsinin vergi orqanına elektron formada və ya kağız daşıyıcıda təqdim edilməsini əhatə edir.
Xidmətin həyata keçirilmə formaları Elektron müraciət və nəticənin elektron təqdim edilməsi.
Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmətin göstərilmə yeri Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin, Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin, Ərazi Vergilər Baş İdarələrinin, Ərazi Vergilər İdarələrinin, Şuşa və Zəngilan rayonu Vergilər Şöbələrinin, Vergi ödəyicilərinə xidmət mərkəzlərinin və Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin yerli vergi orqanlarının inzibati binaları.
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması Sadələşdirilmiş Vergi Bəyannaməsi 
- Elektron formada (xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurulur) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə).
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar Xidmətin istifadəçilərinin Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən verilmiş şifrə, parolu və ya gücləndirilmiş elektron imzası olmalıdır. Bunlardan istifadə etməklə istifadəçi sistemə daxil olaraq onlayn rejimdə sadələşdirilmiş vergi bəyannaməsini elektron formada tərtib edir və həmin sadələşdirilmiş vergi bəyannaməsi vergi orqanına təqdim edir. Ərizə iş vaxtı başa çatdıqdan sonra və ya qeyri-iş günündə sistemə daxil edilmişdirsə, bu halda onun icrası həmin gündən sonrakı ilk iş gününün əvvəlində həyata keçirilir.
Vergi ödəyicisinin Sadələşdirilmiş vergi bəyannaməsinin vergi orqanına onlayn təqdim edilməsi İnternet Vergi idarəsi portalının Ebəyannamə, ƏDV-DH və ŞHV bölümü üzərindən aparılır. Açılan pəncərədən:
- "e-Bəyannamə" siyahısından "Online sadələşdirilmiş bəyannamə" seçilir və bəyannamə forması açılır
- Açılmış online sadələşdirilmiş bərannamə formasına məlumatlar daxil edili
- Məlumatlar daxil edildikdən sonra "Göndər" düyməsi sıxılaraq bəyannamə yüklənilir
- Yüklənmiş bəyannamələrin sistem tərəfindən avtomatik yoxlanılması üçün - "Yoxla" düyməsinə basılır
- Bəyannamədə səhv tapıldıqda bu barədə müvafiq mesaj çıxır. Yanıb-sönən mesaj düyməsi sıxılmaqla səhvin təfərrüatları ekrana çıxarılır. Aşkar edilmiş səhv aradan qaldırıldıqdan sonra proses davam etdirilir
- Bəyannamədə səhv tapılmadıqda "təsdiq et" düyməsi sıxılır
- Təsdiqdən sonra Sadələşdirilmiş vergi bəyannaməsinin vergi orqanına göndərilməsi barədə ekrana "Bildiriş" çıxır. Çap düyməsi ilə "Bildiriş" çap edilir.
Bəyannamə sistemə daxil edilərək istifadəçi tərəfindən təsdiqləndiyi andan sistemdə qeydiyyata alınmış olur və ona 16 rəqəmli qeydiyyat nömrəsi əks olunmuş bildiriş verilir.
Sadələşdirilmiş verginin ödəyiciləri hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq ödənilməli olan verginin məbləği haqqında vergi orqanlarına bəyannamə verir və həmin müddətdə vergini dövlət büdcəsinə ödəyirlər. Vergi ödəyicisi vergi orqanına gələrək bəyannaməni qəbul edən kordinasiya şöbəsinə (bölməsinə) daxil olmalı, bəyannamələri qəbul edən müfəttişə yaxınlaşaraq bəyannaməsini təqdim etməlidir. Bəyannamə müvafiq qanunvericiliyin və ya qaydaların tələblərinə uyğun olduqda koordinasiya şöbə (bölmə) tərəfindən bəyannamə qeydiyyatdan keçirilir və bəyannamənin vergi orqanı tərəfindən qəbul edilməsi barədə qeydlər sətrində qəbul edildiyi tarix və qeydiyyat nömrəsi göstərilməlidir. Vergi ödəyicisinin təqdim etdiyi bəyannamə qeydiyyatdan keçdikdən sonra, vergi ödəyicisi bəyannamənin sürətində onun daxil olma tarixini əks etdirən ştampın vurulmasını xahiş edərsə kordinasiya şöbəsinin (bölməsinin) müfəttişi bəyannamənin surətində onun daxil olma tarixini əks etdirən ştamp vurmalıdır. Vergi ödəyicisinin bəyannamənin tərtibi ilə bağlı sualı və ya düzgün dolurulması barədə əlavə izahat verilməsinə dair müraciəti olduqda o, Vergi ödəyicilərinə xidmət şöbəsinə göndərilir. Əgər bəyannamə vergi ödəyiciləri tərəfindən poçtla göndərilibsə, onda bəyannamənin alınması zamanı ona özündə müvafiq tarixi əks etdirən ştamp vurulduqdan sonra bəyannamənin vergi orqanı tərəfindən qəbul edilməsi barədə qeydlər sətrində qəbul edildiyi tarix və qeydiyyat nömrəsi göstərilir.
Bəyannamə vergi ödəyicisi tərəfindən poçtla göndərildikdə, bəyannamənin vergi orqanına təqdim edildiyi vaxt onun poçta (rabitə təşkilatına) təqdim edildiyi gün hesab edilir. Poçtla daxil olan bütün bəyannamələr həmin gün qeydiyyata alınmalıdır.
Xidmətin elektron ünvanı https://www.e-taxes.gov.az
https://www.e-gov.az
Xidmətin məzmunu Xidmətin həyata keçirilməsi nəticəsində vergi ödəyicisinin müraciətinə əsasən ona şəxsi hesab vərəqəsindən çıxarış təqdim olunur.
Xidmətin həyata keçirilmə formaları Elektron müraciət və nəticənin elektron təqdim edilməsi.
Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmətin göstərilmə yeri Azərbaycan Respublikası Vergilər Nazirliyinin ərazi prinsipi nəzərə alınmaqla vergi borclarının alınması üzrə strukturlarının inzibati binası.
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması Ərizə 
- Elektron formada (xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurulur) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə). 
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar İstifadəçi xidmətdən istifadə üçün kağız üzərində xidmətin göstərilmə yerinə, elektron formada Azərbaycan Respublikası Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi Portalına (e-taxes.gov.az) müraciət edə bilər. Müraciətlər Azərbaycan respublikasının Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət İcra Hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair təlimat"a uyğun qəbul edildikdən sonra qeydə alınır və aidiyyəti struktur bölməyə icra edilməsi üçün göndərilir. Sturktur bölmədə müraciətlə bağlı müvafiq araşdırma aparılır. İmtina halları aşkar edilmədikdə şəxsi hesab vərəqəsindən çıxarış vergi ödəyicisinə istəyindən asılı olaraq ya elekton ünvanına göndərilir, ya da şəxsən və ya poçt xidməti vasitəsilə təqdim edilir.
Xidmətin elektron ünvanı https://www.e-taxes.gov.az
https://www.e-gov.az
Xidmətin məzmunu Bu xidmət vergi ödəyicisinin əlavə dəyər vergisi məqsədləri üçün qeydiyyata alınmasını əhatə edir.
Xidmətin həyata keçirilmə formaları Elektron müraciət və nəticənin elektron təqdim edilməsi.
Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmətin göstərilmə yeri Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin, Ərazi Vergilər Baş İdarələrinin, Ərazi Vergilər İdarələrinin, Şuşa və Zəngilan rayonu Vergilər Şöbələrinin və Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin yerli vergi orqanlarının inzibati binaları.
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması Ərizə 
- Elektron formada (xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurulur) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə).
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar Sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər (mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər (mülkiyyətində və ya icarəsində olan, habelə məqsədli şəkildə ayrılan ərazidə (torpaq sahəsində) özünəməxsus və ya cəlb edilən vəsait hesabına əhalinin fərdi (şəxsi) ehtiyaclarını ödəmək və ya kommersiya məqsədləri üçün öz gücü ilə və yaxud müvafiq ixtisaslı peşəkar sifarişçi və ya podratçı cəlb etməklə bina tikdirən, habelə bu tikintinin və ya başa çatmış obyektin mülkiyyətçisi olan hüquqi və ya fiziki şəxslər) və idman mərc oyunlarının operatoru və satıcıları olan şəxslər istisna olmaqla) növbəti ayın birinci günündən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.
İstifadəçi xidmətdən istifadə üçün ərizə ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinə müraciət edə bilər. Müraciətlər Azərbaycan respublikasının Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət İcra Hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair təlimat"a uyğun qəbul edildikdən sonra qeydə alınır və aidiyyəti struktur bölməyə icra edilməsi üçün göndərilir. Sturktur bölmədə müraciətlə bağlı müvafiq araşdırma aparılır. Təqdim olunmuş sənədlərdə imtina üçün əsas olan çatışmamazlıqlar aşkar edildiyi halda müraciətin icrasından imtina edilir və onların aradan qaldırılması barədə istifadəçiyə məlumat verilir. Qeydiyyatdan imtina halları aşkar edilmədikdə, o cümlədən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra təkrar müraciət edilən zaman imtina halları aşkar edilmədikdə vergi ödəyicisi ƏDV məqsədləri üçün qeydiyyata alınaraq ƏDV ödəyicilərinin reyestrinə daxil edilir və vergi ödyicisinə ƏDV Bildirişi verilir.
Elektron müraciət edən istifadəçilərin - Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən verilmiş Şifrə, parolu və ya gücləndirilmiş elektron imzası olmalıdır. Bunlardan istifadə etməklə sistemə daxil olduqda istifadəçiyə təklif olunan ərizə formasını doldurmaq və təsdiq etmək imkanı yaranır. Ərizə məlumatları sistemə daxil edilərək istifadəçi tərəfindən təsdiqləndiyi andan sistemdə qeydiyyata alınmış olur və ona 16 rəqəmli qeydiyyat nömrəsi verilir. Müraciət araşdırılır və imtinaya əsas olmadıqda ərizə qəbul edilir. Vergi ödəyicisinin elektron ünvanına Əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata alınması haqqında ərizəsinin icraya qəbul edildiyi və ƏDV məqsədləri üçün Bildirişin vergi orqanından götürülməsi haqqında məlumat göndərilir. Əlavə dəyər vergisinin məqsədləri üçün Bildirişin kağız daşıyıcılarda alınması üçün vergi ödəyicisinin rəhbəri və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən şəxsiyyəti təsdiq edən sənədlə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin müvafiq yerli vergi orqanına müraciət edilməli və xüsusi kitabda imza edilməlidir.
Ərizə iş vaxtı başa çatdıqdan sonra və ya qeyri-iş günündə sistemə daxil edilmişdirsə, bu halda onun icrası həmin gündən sonrakı ilk iş gününün əvvəlində həyata keçirilir.
Xidmətin elektron ünvanı https://www.e-taxes.gov.az
https://www.e-gov.az
Xidmətin məzmunu Bu xidmət vergi ödəyicilərinin bəyannamələrində dəqiqsizliklərin aradan qaldırılmasını əhatə edir.
Xidmətin həyata keçirilmə formaları Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmətin göstərilmə yeri Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin, Ərazi Vergilər Baş İdarələrinin, Ərazi Vergilər İdarələrinin, Şuşa və Zəngilan rayonu Vergilər Şöbələrinin, vergi ödəyicilərinə xidmət mərkəzlərinin və Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin yerli vergi orqanlarının inzibati binaları.
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması Vergi bəyannamələri 
- Sənədin əsli.
Ərizə 
- Sənədin əsli.
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar Vergi orqanına təqdim edilmiş vergi hesabatı aşağıda qeyd edilmiş hallarda qəbul edilmədikdə, hesabatın vergi orqanına daxil olduğu gündən 3 iş günü ərzində vergi ödəyicisinə bu barədə, habelə aşkar edilmiş dəqiqsizliklər aradan qaldırılaraq vergi orqanına təqdim edilməsi barədə bildiriş göndərilir:
1. Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi göstərilmədikdə və ya səhv göstərildikdə;
2. Vergi dövrü əks olunmadıqda;
3. Vergi ödəyicisi olan hüquqi şəxs tərəfindən kağız daşıyıcı vasitəsi ilə verilən vergi hesabatı imzalanmadıqda və möhürlə təsdiq olunmadıqda;
4. Vergi ödəyicisi olan fiziki şəxs tərəfindən vergi hesabatı imzalanmadıqda;
5. Vergi ödəyicisi olan hüquqi və fiziki şəxslər tərəfindən elektron sənəd formasında göndərilən vergi hesabatı müvafiq qanunvericiliyin və ya qaydaların tələlərinə uyğun olmadıqda.
Vergi ödəyiciləri bildirişi aldıqdan sonra müvafiq düzəlişləri edərək yenidən Azərbaycan Respublikası Vergilər Nazirliyinə müraciət edə bilər. Müraciətlər Azərbaycan Respublikasının Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat"a uyğun qəbul edildikdən sonra qeydə alınır və aidiyyəti struktur bölməyə icra edilməsi üçün göndərilir. Sturktur bölmədə müraciətlə bağlı müvafiq araşdırma aparılır. Təqdim olunmuş sənədlərdə imtina üçün əsas olan çatışmamazlıqlar aşkar edildiyi halda müraciətin icrasından imtina edilir və onların aradan qaldırılması barədə istifadəçiyə məlumat verilir. Imtina halları aşkar edilmədikdə, o cümlədən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra təkrar müraciət edilən zaman imtina halları aşkar edilmədikdə vergi ödəyicilərinin bəyannamələrində dəqiqsizliklər aradan qaldırılır və bu barədə onlara məlumat verilir.
Xidmətin elektron ünvanı https://www.e-taxes.gov.az
https://www.e-gov.az
Xidmətin məzmunu Bu xidmət istifadəçinin dövlət xəzinədarlığı orqanlarında vergi və digər büdcə ödənişləri köçürüləcək bank hesablarının rekvizitləri üzrə axtarış sistemi vasitəsilə müvafiq məlumatları əldə etməsi proseslərini əhatə edir.
Xidmətin həyata keçirilmə formaları Elektron müraciət və nəticənin elektron təqdim edilməsi.
Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Xidmətin göstərilmə yeri Azərbaycan Respublikası Vergilər Nazirliyinin inzibati binası.
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması Ərizə (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə) 
- Sənədin əsli.
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar Xidmət istifadəçiləri xidmətdən istifadə etmək üçün kağız üzərində tərtib edilmiş ərizə ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müraciət edə bilər. Müraciətlər qəbul edildikdən sonra qeydə alınır və aidiyyəti struktur bölməyə icra edilməsi üçün göndərilir. Sturktur bölmədə müraciətlə bağlı müvafiq araşdırma aparılır. Təqdim olunmuş sənədlərdə imtina üçün əsas olan çatışmamazlıqlaraşkar edildiyi halda müraciətin icrasından imtina edilir və onların aradan qaldırılması barədə istifadəçiyə məlumat verilir. İmtina halları aşkar edilmədikdə, o cümlədən çatışmazlıqlararadan qaldırıldıqdan sonra təkrar müraciət edilən zaman imtina halları aşkar edilmədikdə istifadəçiyə dövlət xəzinədarlığı orqanlarında olan vergi və digər büdcə ödənişləri köçürüləcək bank hesabları barədə məlumat verilir.
Elektron müraciət edən istifadəçi "Dövlət xəzinədarlığı orqanlarında vergi və digər büdcə ödənişləri köçürüləcək bank hesablarının rekvizitləri üzrə axtarış sistemi" üzrə öndə açılmış "Dövlət Xəzinədarlığı orqanlarında vergi və digər büdcə ödənişləri köçürüləcək hesablar" adlı ekranda "VÖEN" qrafasına vergi ödəyicisinin VÖEN-ni daxil etməklə, "Yoxla" düyməsi vasitəsilə avtomatik olaraq həmin vergi ödəyicisinin dövlət xəzinədarlığı orqanlarında vergi və digər büdcə ödənişləri köçürüləcək bank hesabları barədə müvafiq informasiya əldə edir.
Xidmətin elektron ünvanı http://www.taxes.gov.az/az/page/budce-rekvizitleri-barede-melumatin-verilmesi