Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Bildiririk ki, qeyd etdiyiniz sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər fəaliyyətə başladığı günədək vergi orqanına ərizə verməklə vergi ödəyicisi kimi uçota alınmalı və həmin fəaliyyətdən əldə etdiyi gəlirlər üzrə tətbiq edilən vergitutma sistemindən (sadələşdirilmiş vergi və ya gəlir vergisi) asılı olaraq müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Sadələşdirilmiş vergi respublika üzrə xərclər nəzərə alınmadan əldə olunmuş hasilatın 2 faizi, gəlir vergisi isə gəlirlərdən xərclər çıxıldıqdan sonra qalan mənfəətin 20 faizi (mikro sahibkarlarda 5 faizi) həcmində ödənilir. 

Həmçinin bildiririk ki, koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar vergi ödəyicilərinin maliyyə vəziyyətinin yaxşılaşdırılması məqsədilə sadələşdirilmiş verginin dərəcəsi 01.01.2020-ci il tarixdən etibarən 1 (bir) il müddətinə 2 faizdən 1 faizə endirilmişdir.

Sadələşdirilmiş vergi üçün hesabat dövrü rübdür. Sadələşdirilmiş verginin ödəyiciləri hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq ödənilməli olan verginin məbləği haqqında vergi orqanlarına bəyannamə verir və həmin müddətdə vergini dövlət büdcəsinə ödəyirlər.

Gəlir vergisi üzrə hesabat dövrü il olduğu üçün bəyannamələr illik formada hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq təqdim edilir. 

Həmçinin, “Sosial sığorta haqqında” Qanunun 14.5.1-1-ci maddəsində göstərilən fiziki şəxslər istisna olmaqla, sosial sığorta haqlarının uçotunu aparmaq və hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bu barədə Dövlət Vergi Xidmətinə hesabat vermək sığortaedənlərin vəzifələrinə aid edilmişdir. Bu səbəbdən qeyd olunan şəxs hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”nı vergi orqanına təqdim etməlidir.

Bəyannamələrin formaları və doldurulması qaydaları ilə səhifəmizin (www.taxes.gov.az) “Bəyannamə” bölməsindən tanış ola bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 101-ci, 149-cu, 220-ci, 221-ci, 222-ci, 224-cü maddələri və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Satıcı tərəfindən göndərilmiş e-qaimə-faktura Alıcı vergi ödəyicisi tərəfindən təsdiq edilməlidir. Əgər həmin e-qaimə-faktura Alıcı vergi ödəyicisi tərəfindən 5 gün ərzində təsdiq edilməzsə, həmin e-qaimə-faktura proqram təminatı tərəfindən avtomatik təsdiqlənir.

Bundan savayı satıcı vergi ödəyicisi göndərdiyi istənilən e-qaimə-fakturanı ləğv edə bilər. Bunun üçün o, “Göndərdiklərim” qovluğundakı ləğv etmək istədiyi e-qaimə-fakturanın seçir. Sonra “Seçilmişləri ləğv et” düyməsini sıxır və əməliyyatı təsdiqləmək üçün ləğvetmə səbəbini daxil edir. Sonda əməliyyat, gücləndirilmiş elektron imza vasitəsilə (Asan İmza və ya e-imza) təsdiqlənir. Nəticədə, e-qaimə-faktura ləğv edilir, onun vəziyyəti həm Satıcı, həm də Alıcı tərəfdə (onun “Gələnlər” qovluğunda) “Ləğv edilib” kimi əks olunur. 

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildririk ki, vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda, o, vergi orqanına vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq “Vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliklərin yaranmaması haqqında arayış” təqdim etməlidir.

Həmin arayışı və ya vergi hesabatını əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicilərinə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Arayışın təqdim olunması ilə bağlı məhdudiyyət nəzərdə tutulmamışdır. Lakin, vergi orqanı tərəfindən mənbəyi məlumatlar əsasında vergi ödəyicisinin vergidən yayınma halları müəyyən edildikdə, yayındırılmış məbləğ, o cümlədən faiz və maliyyə sanksiyası tətbiq oluna bilər.

Əsas: Vergi Məcəlləsinin 16.2-ci, 57.1-ci və 67-ci maddələri.

Ümumi qiymət: 5/53
Qiymət ver:

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması zamanı məlumatlar Dövlət Vergi Xidmətinin müvafiq idarəsi tərəfindən təhlil edilir.

Eyni zamanda, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün yeni nəsil kassa aparatı çekini səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Vergi uçotunu ləğv etmək üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə poçt vasitəsilə vergi orqanına təqdim edə bilərsiniz. Ərizə və onun doldurulması qaydası ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür: https://www.taxes.gov.az/az/page/erize-ve-arayis-formalari

Vergi orqanlarının ünvanları ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür: https://www.taxes.gov.az/az/page/elaqe

Eyni zamanda, gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda, vergi uçotu İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) üzərindən onlayn rejimdə ləğv edilə bilər. Bu haqda daha ətraflı məlumatla rəsmi internet saytımızın “Xidmətlər” bölməsinin “E-Xidmətlər” altbölməsindəki “Fiziki şəxsin vergi uçotundan çıxarılması” elektron xidməti üzrə inzibati reqlament və ya Dövlət Vergi Xidmətnin rəsmi youtube səhifəsində yerləşdirilmiş videotəlimat vasitəsilə tanış olmaq mümkündür: https://www.youtube.com/watch?v=XzZv0w-M_9I

Ümumi qiymət: 0/50
Qiymət ver:

Qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. Bu isə o deməkdir ki, bu cür ödənişlər yeni nəsil, yəni Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulan nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməlidir. Yeni nəsil kassa aparatlarının quraşdırılması Nazirlər Kabinetinin 14 fevral 2019-cu il tarixli 52 saylı Qərarı ilə müəyyən edilmiş qrafikə əsasən, 2019-cu ilin 2-ci rübündən başlayaraq 2022-ci ilin 31 dekabr tarixinədək mərhələli şəkildə həyata keçirilir. Hazırda bu proses nəzərdə tutulan qrafik üzrə davam edir. 

Yuxarıda qeyd olunanlarla bağlı qarşılaşdığınız qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə Vergi Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir.

Qeyd etdiyiniz halda, müəssisə il ərzində əldə etdiyi gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı olan xərclər çıxılmaqla 20 faiz dərəcə ilə mənfəət vergisi ödəməlidir.

 

Ümumi qiymət: 3/52
Qiymət ver:

Bildiririk ki, vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa borcludur.

Qanunvericiliyə əsasən fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir.

Eyni zamanda bildiririk ki, elektron qaimə-faktura malların (işlərin, xidmətlərin) alıcıya təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın  “Əsas” rekvizitində öz əksini tapır. 

Əlavə olaraq bildiririk ki, sorğuda qeyd olunan əməliyyatın faktiki mahiyyəti tam açıqlanmaqla müvafiq zəruri sənədlərlə, o cümlədən tərəflər arasında bağlanmış müqavilələr ilə birlikdə qeydiyyatda olduğunuz vergi orqanına müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 71-1-ci maddəsi.

 

Ümumi qiymət: 1/51
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. ƏDV-nin müvafiq qaydada geri qaytarılması yalnız NKA çekinin üzrəindəki Fiskal İD və malın sürətli məlumat kodu (Quick Response Code) vasitəsilə mümkündür.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Ümumi qiymət: 5/52
Qiymət ver:

Bildiririk ki, malların dəyəri bonus, hədiyyə kartları, hədiyyə kupunları və s. ilə ödənilkdə, yaxud ödənişin tipi avans olduqda ƏDV-nin geri qaytarılması nəzərdə tutulmamışdır.

Endirimli məhsullara görə ödənilmiş ƏDV-nin qaytarılması ilə bağlı məhdudiyyət nəzərdə tutulmamışdır. Bununla belə bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması üçün kassa çeki Vergi Məcəlləsinin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına verilən dövlət təqaüdləri və dövlət müavinətləri sosial sığorta haqqına cəlb olunmur.

Azərbaycan Respublikasının 23 oktyabr 2003-cü il tarixli 948 nömrəli “Dövlət qulluqçuları üçün bəzi təminatlar haqqında” Fərmanın 1-ci bəndinə əsasən 2003-cü il 1 yanvar tarixindən dövlət qulluqçusuna növbəti məzuniyyətə çıxdıqda bir aylıq vəzifə maaşı həcmində müavinət ödənilir.

Qeyd olunanlara əsasən dövlət qulluqçusu növbəti məzuniyyətə çıxarkən ödənilən bir aylıq vəzifə maaşı həcmində müavinət məcburi dövlət sosial sığorta haqqına cəlb olunmur.

Eyni zamanda “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən işsizlikdən sığorta üzrə sığorta tarifləri sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə – hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi, sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə – işçinin əməkhaqqının 0,5 faizidir.

Əmək ödənişi - fiziki şəxslərin muzdlu işlə bağlı gəliri hesab olunmaqla özündə əmək haqqını və bu işdən alınan hər hansı ödəməni və ya faydanı cəmləşdirir. Əmək Məcəlləsinin 154-cü maddəsinin müddəalarına əsasən əməkhaqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

Əmək Məcəlləsinin 157-ci maddəsinin müddəalarına görə əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Tarif (vəzifə) maaşı işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir. Əmək haqqına əlavə əmək şəraiti ilə əlaqədar əvəz ödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. Mükafat əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir.

Buna əsasən dövlət qulluqçusu növbəti məzuniyyətə çıxarkən ödənilən bir aylıq vəzifə maaşı həcmində müavinət əməkhaqqı hesab edilmədiyindən həmin məbləğə işsizlikdən sığorta haqqı hesablanmır.

Əsas: “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunu, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının 23 oktyabr 2003-cü il tarixli 948 nömrəli “Dövlət qulluqçuları üçün bəzi təminatlar haqqında” Fərmanı.

Ümumi qiymət: 5/510
Qiymət ver:

Bildiririk ki,  təmir xərclərinin mühasibat uçotunda əks etdirilməsi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 23 sentyabr 2014-cü il tarixli Q-19 nömrəli Qərarı təsdiq edilmiş “Təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsinə dair Qaydalar”I ilə tənzimlənir.

Belə ki, əsas fondların hər bir kateqoriyasının texniki və iqtisadi göstəricilərinin müəyyən edilmiş hədd daxilində saxlanılması üçün (onun ayrı-ayrı tez sıradan çıxan (tezköhnələn) hissələrinin və detallarının dəyişdirilməsi, bərpası, rənglənməsi, sazlanması) həyata keçirilən təmir işləri üzrə məsrəflər cari təmir məsrəflərinə aid edilir.

Bunlarla yanaşı, əsaslı təmir məsrəfləri əsas fondların istismar müddətinin uzadılması və (və ya) istismar keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə smeta sənədləri əsasında hesabat ili ərzində bir dəfədən çox olmamaq şərti ilə yerinə yetirilən işlər üzrə onların tam və ya əhəmiyyətli dərəcədə bərpasına, o cümlədən tam aşınmış (köhnəlmiş), sıradan çıxmış əsas fondların struktur komponentlərinin bütün hissələrinin sökülməsinə və dəyişdirilməsinə çəkilmiş məsrəflərdir.

Vergi Məcəlləsində vergitutma məqsədləri üçün təmir məsrəflərinin əsaslı, cari və ya orta təmir olmasında asılı olmayaraq əsas vəsaitlərin təmirinə çəkilmiş məsrəflər təmir xərclərinə aid edilir.

Buna əsasən nəqliyyat vasitələrinin ehtiyat hissələrinin dəyişdirilməsi və ona texniki qulluğun (yağ, şin dəyişmə və s.) göstərilməsi ilə bağlı çəkilən xərclər təmir xərci olmaqla Vergi Məcəlləsinin 115-ci maddəsinin müddəalarına uyğun olaraq norma daxilində gəlirdən çıxılan xərclərə aid edilir, normadan artıq olan məbləğ isə cari vergi ilinin sonuna həmin nəqliyyat vasitələrinin qalıq dəyərinə artırılır.

Bunlarla yanaşı, vergi ödəyicisi tərəfindən balansa götürülmüş nəqliyyat vasitələrinə görə çəkilmiş təmir xərcləri gəlirdən çıxılır. Eyni zamanda nəqliyyat vasitələri icarəçi tərəfindən balansa götürülmədikdə nəqliyyat vasitələrinə görə çəkilmiş təmir xərcləri gəlirdən çıxılmır.

Əsas: Vergi Məcəlləsinin 115-ci maddəsi və “Təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsinə dair Qaydalar”ın təsdiq edilməsi barədə 23 sentyabr 2014-cü il tarixli Q-19 nömrəli Qərarı.

Ümumi qiymət: 5/58
Qiymət ver:

Bildiririk ki,  “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən kütləvi informasiya vasitələri məhsulları hesab edilən məhsulların alqı-satqısı üzrə dövriyyələr Vergi Məcəlləsinin 164.1.7-ci maddəsinə əsasən ƏDV-dən azaddır.

Bununla yanaşı televiziya və radio (teleradio) proqramlarının alqı-satqısı üzrə əməliyyatların rəsmiləşdirilməsi ayrıca olaraq Vergi Məcəlləsi ilə tənzimlənmir. Lakin, həmin əməliyyatların rəsmiləşdirilməsi sahibkarlıq subyektlərinə münasibətdə elektron qaimə-faktura ilə, vətəndaşlara münasibətdə isə qəbz verilməklə həyata keçirilir.

Eyni zamanda Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

Qeyd olunanlara əsasən televiziya və radio (teleradio) proqramlarının yayımı ilə bağlı fəaliyyət göstərən şəxslər tərəfindən televiziya və radio (teleradio) proqramlarının yayımı ilə bağlı abonentlərə xidmətlərin göstərilməsi zamanı həmin televiziya və radio (teleradio) proqramlarının yayımı ilə bağlı hüquqlar abonentlərin mülkiyyətinə verilmir  və yalnız ödənişə uyğun dövr üzrə həmin yayımı izləmək hüququ verilir. Buna əsasən televiziya və radio (teleradio) proqramlarının yayımı ilə bağlı abonentlərə xidmətlərin göstərilməsi ümumi qaydada ƏDV-yə cəlb edilir.

Əsas: Vergi Məcəlləsinin 164-cü, Mülki Məcəllənin 567-ci, 651-ci maddələri, “Kütləvi informasiya vasitələri haqqında” və “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanunları.

 

Ümumi qiymət: 5/56
Qiymət ver:

Bildiririk ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası”nın 6.1-ci bəndinə əsasən istehlakçı alınmış mallara görə bu Qaydaya əsasən ona ƏDV qaytarıldıqdan sonra malın qaytarılması və ya dəyişdirilməsi ilə bağlı “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq satıcıya müraciət edə bilər. Satıcı istehlakçıdan malın alışı zamanı əldə edilmiş nəzarət-kassa aparatı çekini tələb edir və həmin nəzarət-kassa aparatı çekinə əsasən istehlakçıya ƏDV-nin qaytarılması portalda yoxlanılır.

Qaydaların 6.2-ci bəndinə əsasən satıcı ona təqdim olunan nəzarət-kassa aparatının çekinə əsasən ƏDV-nin qaytarıldığını müəyyən etdiyi təqdirdə, nəzarət-kassa aparatı çekinə əsasən istehlakçının ödədiyi malın dəyərindən istehlakçıya bu Qaydaya əsasən qaytarılmış ƏDV məbləğini çıxmaqla, pulu istehlakçıya geri qaytarır. Satıcı ona təqdim olunan nəzarət-kassa aparatı çekinə əsasən ƏDV-nin qaytarılmasını müəyyən etmədiyi təqdirdə, nəzarət-kassa aparatı çekinə əsasən istehlakçının ödədiyi malın dəyərini tam məbləğdə istehlakçıya geri qaytarır.

Qaydaların 6.5-ci bəndinə əsasən satıcı Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə qoşulmuş nəzarət-kassa aparatında geri qaytarılan mala dair çeki ləğv edir və müvafiq dövr üzrə Dövlət Vergi Xidmətinə (istehlakçıya qaytarılan vəsaitindən çıxılmış ƏDV məbləği nəzərə alınmaqla) bəyannamə təqdim edir.

Göründüyü kimi satıcı ona təqdim olunan nəzarət-kassa aparatının çekinə əsasən ƏDV-nin qaytarıldığını müəyyən etdiyi təqdirdə, nəzarət-kassa aparatı çekinə əsasən istehlakçının ödədiyi malın dəyərindən istehlakçıya qaytarılmış ƏDV məbləğini çıxmaqla, pulu istehlakçıya geri qaytarır. Satıcı ona təqdim olunan nəzarət-kassa aparatı çekinə əsasən ƏDV-nin qaytarılmasını müəyyən etmədiyi təqdirdə, nəzarət-kassa aparatı çekinə əsasən istehlakçının ödədiyi malın dəyərini tam məbləğdə istehlakçıya geri qaytarır. 

Əsas: Vergi Məcəlləsinin 165.5-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası". 

Ümumi qiymət: 5/55
Qiymət ver:

Bildiririk ki, ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manata qədər olan şəxslərin məcburi qaydada ƏDV məqsədləri üçün qeydiyyata durmaq öhdəliyi yaranmır. Sorğuda göstərilən əməliyyatın ƏDV daxil məbləği nəzərdə tutulmuşdur ki, bu da Vergi Məcəlləsinin 159.8-ci maddəsinə uyğun olaraq ƏDV-yə cəlb edilir. Lakin xidmətlərin dəyəri ƏDV tətbiq edilmədən müəyyən edildikdə və həmin əməliyyatların dəyəri 200.000 manatdan az olduqda ƏDV öhdəliyi yaranmır.

Əsas: Vergi Məcəlləsinin 155-ci, 156-cı, 159-cu maddələri

Ümumi qiymət: 5/51
Qiymət ver:

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması zamanı məlumatlar Dövlət Vergi Xidmətinin müvafiq idarəsi tərəfindən təhlil edilir.

Eyni zamanda, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün yeni nəsil kassa aparatı çekini səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, müəssisənin balansında olan çoxillik bitkilər mənfəət vergisinin bəyannaməsinin 1 nömrəli əlavəsinin 1.10-cu (digər aktivlər) sətrində göstərilir.

Əsas: Azərbaycan Respublikası Vergilər nazirinin 10.01.2020-ci il tarixli 1917040101750800 №-li Əmri ilə təsdiq edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin tərtib edilməsi Qaydası.

Ümumi qiymət: 5/54
Qiymət ver: