Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında”, “Dövlət rüsumu haqqında”, “Məhkəmə-Hüquq Şurası haqqında” və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 5-ci, 6-cı, 13-cü, 14-cü, 15-ci, 16-cı və 17-ci bəndlərini rəhbər tutaraq, “Mediasiya haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1555-VQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 213; 2001, № 3, maddə 143, № 6, maddə 362, № 11, maddələr 672, 679, № 12, maddə 731; 2002, № 1, maddə 2, № 5, maddə 241, № 6, maddə 328; 2003, № 1, maddələr 9, 23; 2004, № 1, maddə 10, № 2, maddə 57, № 3, maddə 133, № 6, maddə 413, № 7, maddə 505, № 9, maddə 672, № 12, maddə 981; 2005, № 3, maddə 151, № 4, maddə 278, № 7, maddə 560, № 10, maddə 874, № 11, maddə 1001, № 12, maddə 1094; 2006, № 3, maddələr 220, 222, № 5, maddə 385, № 11, maddə 923, № 12, maddələr 1004, 1025, 1030; 2007, № 5, maddələr 401, 437, № 6, maddə 560, № 8, maddə 756, № 11, maddələr 1049, 1053; 2008, № 3, maddə 156, № 7, maddələr 600, 602, № 10, maddə 887, № 11, maddə 960; 2009, № 2, maddə 48, № 5, maddə 294, № 6, maddə 399, № 12, maddələr 949, 969; 2010, № 2, maddələr 70, 75, № 4, maddə 275; 2011, № 1, maddə 11, № 2, maddələr 70, 71, № 6, maddə 464, № 7, maddə 598; 2012, № 11, maddə 1054; 2013, № 2, maddələr 89, 101, № 11, maddə 1268; 2014, № 2, maddə 92, № 10, maddə 1162, № 11, maddə 1339, № 12, maddə 1527; 2015, № 2, maddə 97, № 3, maddə 250, № 6, maddə 680; 2016, № 2 (I kitab), maddələr 190, 201, № 5, maddə 847, № 11, maddə 1767; 2017, № 6, maddələr 1031, 1048, № 12 (I kitab), maddələr 2187, 2189; 2018, № 1, maddə 13, № 6, maddə 1155, № 7 (I kitab), maddələr 1380, 1408, № 12 (I kitab), maddə 2532; 2019, № 1, maddə 35, № 4, maddə 570, № 5, maddələr 796, 804, № 7, maddə 1182, № 8, maddə 1380; 2020, № 1, maddə 1, № 5, maddə 522, № 7, maddə 832, № 11, maddələr 1322, 1332, 1335, № 12 (I kitab), maddə 1424; 2021, № 1, maddə 2; Azərbaycan Respublikasının 2021-ci il 2 aprel tarixli 286-VIQD nömrəli, 23 aprel tarixli 298-VIQD və 301-VIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 294-cü maddəyə aşağıdakı məzmunda 5-ci hissə əlavə edilsin:

“5. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.”;

1.2. 296-cı maddəyə “Qeyd” hissəsindən əvvəl aşağıdakı məzmunda 7-ci hissə əlavə edilsin:

“7. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.”.

Maddə 2. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 17, № 5, maddə 323; 2002, № 5, maddə 236; 2003, № 1, maddələr 23, 24, № 6, maddə 279; 2004, № 7, maddə 505, № 8, maddə 598, № 10, maddə 761; 2005, № 4, maddələr 277, 278; 2006, № 2, maddə 64, № 12, maddə 1006; 2007, № 1, maddələr 3, 4, № 2, maddə 68, № 5, maddə 439, № 6, maddə 560, № 7, maddə 712, № 8, maddə 756; 2008, № 6, maddə 462, № 7, maddə 602, № 12, maddə 1046; 2009, № 6, maddə 402; 2010, № 2, maddə 75, № 4, maddə 276; 2011, № 6, maddələr 471, 476, № 7, maddələr 583, 619, № 12, maddələr 1096, 1105; 2012, № 5, maddə 411, № 6, maddə 511; 2013, № 5, maddə 472, № 6, maddə 625, № 11, maddələr 1266, 1307; 2015, № 6, maddə 677, № 12, maddə 1435; 2016, № 5, maddə 836, № 6, maddə 1016, № 11, maddələr 1761, 1763, № 12, maddə 2047; 2017, № 2, maddə 155, № 4, maddə 523, № 5, maddələr 706, 750, № 11, maddələr 1935, 1975; 2018, № 5, maddə 879, № 8, maddə 1672, № 11, maddələr 2209, 2225, № 12 (I kitab), maddələr 2524, 2534; 2019, № 1, maddə 23, № 5, maddələr 792, 812, № 7, maddə 1197, № 12, maddələr 1897, 1907; 2020, № 7, maddə 832, № 11, maddə 1333; 2021, № 4, maddə 309) aşağıdakı dəyişikliklər edilsin:

2.1. Aşağıdakı məzmunda 4.5-ci, 4.6-cı, 14.3-1-ci, 71.3-1-ci, 149.2.4-1-ci, 152.1.6-1-ci, 167.1.5-1-ci və 256.0.6-cı maddələr əlavə edilsin:

“4.5. Tərəflərin hər hansı mübahisə ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya prosesində iştirakını tələb edən müqavilə, müqavilə şərti, yaxud hər hansı digər sənəddə şərt (mediasiyaya dair qeyd-şərt) olduğu halda, həmin qaydaya riayət edildikdən sonra mübahisə məhkəmənin həllinə verilə bilər.

4.6. Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.”;

“14.3-1. Məhkəmə prosesinin istənilən mərhələsində məhkəmə işin hallarını nəzərə alaraq, öz təşəbbüsü ilə, yaxud tərəflərdən birinin müraciəti əsasında onlara mübahisənin mediasiya vasitəsilə həllini təklif edə bilər.”;

“71.3-1. Mediator mediasiya predmeti olan mübahisə üzrə məhkəmə prosesində tərəflərdən hər hansı birini təmsil edə bilməz.”;

“149.2.4-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat;”;

“152.1.6-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə;”;

“167.1.5-1. tərəflərə mübahisənin mediasiya vasitəsilə ilə həllinə dair təklif verir;”;

“256.0.6. bu Məcəllənin 254.1.7-ci maddəsində nəzərdə tutulan halda barışıq sazişi və ya mediasiya prosesinin nəticələri barədə protokol təqdim edilənədək.”;

2.2. 19.2.3-cü, 104.4.5-ci, 150.0.7-ci, 254.1.6-cı, 259.0.12-ci və 305.1.16-cı maddələrin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və müvafiq olaraq aşağıdakı məzmunda 19.2.4-cü, 104.4.6-cı, 150.0.8-ci, 254.1.7-ci, 259.0.13-cü və 305.1.17-ci maddələr əlavə edilsin:

“19.2.4. o, məhkəmədə baxılan mübahisə üzrə əvvəllər tərəflər arasında mediasiya prosesində mediator kimi iştirak etmişdirsə.”;

“104.4.6. mediasiya zamanı məlum olan məlumatlar barədə - “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna olmaqla, mediasiya iştirakçıları və mediasiyada iştirak edən digər şəxslər.”;

“150.0.8. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd.”;

“254.1.7. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada mediasiya prosesinin tətbiqi barədə müqavilə bağlandıqda.”;

“259.0.13. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda.”;

“305.1.17. mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında.”;

2.3. 52-ci maddə üzrə:

2.3.1. 52.3-cü maddəyə “işini” sözündən sonra “bilavasitə özləri, yaxud mediasiya vasitəsilə” sözləri əlavə edilsin;

2.3.2. 52.4-cü maddəyə “sazişi” sözündən sonra “, yaxud mübahisənin mediasiya vasitəsilə həlli” sözləri əlavə edilsin;

2.4. 55.2-ci maddədə “həmin kateqoriya mübahisələr üçün qanunda və ya müqavilələrdə nəzərdə tutulmuş, kommersiya məhkəməsində cavabdehlə mübahisənin məhkəməyə qədər həlli (pretenziya) qaydasına” sözləri “bu Məcəllənin 4.3 ‒ 4.6-cı maddələrində müəyyən edilmiş qaydalara” sözləri ilə əvəz edilsin;

2.5. 59.2-ci maddənin birinci cümləsinə “şəxslər” sözündən sonra “mübahisənin mediasiya vasitəsilə həllinə razılıq vermək və ya” sözləri əlavə edilsin və həmin cümlədə “hüququndan” sözü “hüquqlarından” sözü ilə əvəz edilsin;

2.6. 74.2-ci maddəyə “tapşırılması,” sözündən sonra “mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi,” sözləri əlavə edilsin;

2.7. 191-ci maddə üzrə:

2.7.1. 191.1-ci maddəyə hər iki halda “etiraf etməsi” sözlərindən sonra “, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı” sözləri əlavə edilsin;

2.7.2. aşağıdakı məzmunda 191.2-1-ci maddə əlavə edilsin:

“191.2-1. Tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə, barışıq sazişi, həll edilmədikdə isə mediasiya prosesinin nəticələri barədə protokol məhkəməyə təqdim olunur. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir.”;

2.7.3. 191.4-cü maddə aşağıdakı redaksiyada verilsin:

“191.4. Məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, tərəflərin barışıq sazişini təsdiq etmədikdə və ya mübahisə mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir.”;

2.8. 306.1-ci maddədə “30 ‒ 40-6-cı fəsillərində” sözləri “ikinci bölməsinin üçüncü yarımbölməsində” sözləri ilə əvəz edilsin;

2.9. aşağıdakı məzmunda 40-7-ci fəsil əlavə edilsin:

“Fəsil 40-7.

Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair işlər üzrə icraat

Maddə 355-23. Ərizənin verilməsi

355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər.

355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir.

Maddə 355-24. Ərizənin məzmunu

Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir.

Maddə 355-25. Ərizəyə baxılma qaydası və qətnamənin qəbul edilməsi

355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır.

355-25.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır.

355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.

355-25.4. Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir.

355-26. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina olunması

355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir:

355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda;

355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda.

355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.”.

Maddə 3. Azərbaycan Respublikasının Ailə Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (I kitab), maddə 126; 2002, № 12, maddə 702; 2004, № 7, maddə 505; 2006, № 2, maddə 66, № 11, maddə 923, № 12, maddələr 1005, 1006; 2007, № 1, maddə 4, № 8, maddə 745, № 11, maddə 1053, № 12, maddə 1218; 2008, № 7, maddə 602; 2010, № 2, maddə 70, № 3, maddə 171, № 5, maddə 380, № 7, maddə 578; 2011, № 7, maddələr 585, 620, № 12, maddə 1110; 2014, № 12, maddə 1515; 2019, № 2, maddə 185, № 3, maddə 372, № 5, maddə 800; № 12, maddə 1906; 2020, № 7, maddə 832, № 12 (I kitab), maddə 1424; 2021, № 4, maddə 308) aşağıdakı dəyişikliklər edilsin:

3.1. aşağıdakı məzmunda 7-1-ci maddə əlavə edilsin:

“Maddə 7-1. Ailə münasibətlərindən irəli gələn mübahisələrin mediasiya vasitəsilə həlli

“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.”;

3.2. aşağıdakı məzmunda 38.4-1-ci maddə əlavə edilsin:

“38.4-1. Nikah müqaviləsinə mediasiyaya dair şərtlər daxil edilə bilər.”.

Maddə 4. Azərbaycan Respublikasının Mülki Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (I kitab), maddə 250, № 5, maddə 323; 2002, № 12, maddə 709; 2003, № 8, maddə 420; 2004, № 3, maddə 123, № 5, maddə 318, № 6, maddə 415, № 10, maddə 761, № 11, maddə 901; 2005, № 2, maddə 61, № 6, maddə 466, № 8, maddələr 684, 692, 693, № 11, maddə 996, № 12, maddə 1085; 2006, № 2, maddə 68, № 3, maddə 225, № 5, maddə 387, № 6, maddə 478, № 8, maddə 657, № 12, maddə 1005; 2007, № 2, maddə 80, № 6, maddə 560, № 8, maddə 745, № 10, maddə 937, № 11, maddə 1053, № 12, maddələr 1215, 1219; 2008, № 3, maddə 145, № 6, maddə 456, № 7, maddə 602, № 12, maddə 1049; 2009, № 2, maddə 47, № 5, maddə 295, № 6, maddə 404, № 7, maddə 517; 2010, № 2, maddə 75, № 3, maddə 171, № 4, maddələr 265, 266, 276; 2011, № 2, maddə 71, № 7, maddə 586, № 8, maddə 750, № 12, maddələr 1073, 1102; 2012, № 1, maddə 5, № 5, maddə 403, № 6, maddə 498; 2013, № 1, maddə 15, № 6, maddə 620, № 11, maddə 1280, № 12, maddələr 1469, 1478; 2014, № 2, maddə 96, № 7, maddə 768; 2015, № 3, maddə 254, № 5, maddə 512, № 7, maddə 814, № 10, maddə 1093; 2016, № 1, maddə 26, № 2 (I kitab), maddələr 186, 204, № 3, maddə 401, № 4, maddələr 640, 646, № 6, maddə 1005, № 7, maddə 1248, № 12, maddələr 1998, 2018; 2017, № 2, maddələr 151, 153, № 4, maddə 524, № 5, maddələr 703, 735, № 6, maddə 1035, № 11, maddə 1953, № 12 (I kitab), maddələr 2210, 2234, 2239; 2018, № 2, maddə 142, № 4, maddə 650, № 5, maddələr 845, 851, № 11, maddə 2212, № 12 (I kitab), maddələr 2467, 2518, 2526, 2533; 2019, № 1, maddələr 23, 50, № 5, maddələr 806, 812, 814, № 6, maddələr 994, 996, № 7, maddə 1202, № 8, maddə 1369, № 11, maddə 1681, № 12, maddə 1908; 2020, № 5, maddə 515, № 7, maddələr 822, 832, 839, 843, № 12 (I kitab), maddələr 1423, 1435; 2021, № 1, maddə 8; 2021, № 4, maddə 307) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 379.1.5-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 379.1.6-cı maddə əlavə edilsin:

“379.1.6. tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə.”;

4.2. aşağıdakı məzmunda 379.4-1-ci maddə əlavə edilsin:

“379.4-1. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir.”.

Maddə 5. Azərbaycan Respublikası Vergi Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (I kitab), maddə 583; 2001, № 7, maddə 454, № 9, maddə 576, № 12, maddə 734; 2002, № 5, maddə 249, № 12, maddə 707; 2003, № 8, maddə 425, № 12 (I kitab), maddə 671; 2004, № 1, maddə 1, № 11, maddə 887, № 12, maddə 980; 2005, № 2, maddə 61, № 8, maddə 688, № 12, maddə 1081; 2006, № 12, maddələr 1005, 1026; 2007, № 1, maddə 4, № 6, maddə 597, № 8, maddə 745, № 11, maddə 1053, № 12, maddə 1192; 2008, № 7, maddə 602, № 11, maddə 960; 2009, № 7, maddə 506; 2011, № 1, maddə 14, № 7, maddələr 588, 603, № 12, maddə 1115; 2012, № 6, maddələr 500, 513, № 7, maddə 652, № 9, maddə 841, № 12, maddə 1226; 2013, № 2, maddə 91, № 4, maddə 366, № 11, maddə 1278, № 12, maddələr 1483, 1486, 1495; 2014, № 2, maddələr 94, 98, № 6, maddə 608, № 7, maddə 770, № 8, maddə 957, № 10, maddə 1158, № 12, maddə 1525; 2015, № 1, maddə 11, № 12, maddə 1433; 2016, № 2 (I kitab), maddə 207, № 3, maddələr 396, 402, № 5, maddə 848, № 6, maddələr 973, 974, 1015, № 7, maddə 1245, № 10, maddə 1603, № 11, maddələr 1752, 1792, 1793, № 12, maddələr 2001, 2037, 2046; 2017, № 2, maddə 146, № 5, maddələr 695, 723, 737, № 6, maddə 1055, № 7, maddə 1304, № 8, maddə 1509, № 12 (I kitab), maddələr 2219, 2251, 2270; 2018, № 2, maddə 149, № 5, maddə 863, № 6, maddə 1193, № 7 (I kitab), maddələr 1414, 1427, № 10, maddə 1962, № 11, maddələr 2186, 2210, № 12 (I kitab), maddələr 2498, 2509; 2019, № 1, maddə 30, № 4, maddə 590, № 5, maddələr 796, 801, 804, 812, 814, № 8, maddələr 1364, 1373, 1378, № 12, maddə 1894; 2020, № 5, maddə 522, № 6, maddələr 668, 678, № 7, maddə 832, № 8, maddə 1013, № 11, maddələr 1328, 1334, № 12 (I kitab), maddələr 1439, 1441, 1454, 1455; 2021, № 3, maddə 211) 99.3.12-ci maddəsinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 99.3.13-cü maddə əlavə edilsin:

“99.3.13. mediator fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən bu fəaliyyətlə bağlı göstərilən xidmətə görə alınan haqq, o cümlədən əldə olunan mükafat.”.

Maddə 6. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (II kitab), maddə 585; 2001, № 7, maddə 455; 2002, № 1, maddə 9, № 5, maddə 233, № 8, maddə 463; 2003, № 6, maddə 276; 2004, № 5, maddə 321, № 7, maddə 505, № 8, maddə 598, № 10, maddə 761, № 11, maddə 890; 2005, № 1, maddə 4, № 4, maddə 278, № 6, maddə 462, № 8, maddə 686, № 10, maddə 874, № 12, maddə 1079; 2006, № 1, maddə 3, № 2, maddə 64, № 5, maddə 390, № 10, maddə 847, № 11, maddə 929, № 12, maddə 1032; 2007, № 2, maddələr 65, 68, № 6, maddə 560, № 7, maddə 712, № 8, maddə 756, № 11, maddə 1049, № 12, maddə 1221; 2008, № 6, maddə 462, № 7, maddələr 606, 607, № 12, maddələr 1045, 1049; 2009, № 5, maddə 315, № 7, maddə 517, № 12, maddə 966; 2010, № 3, maddələr 171, 173, 178, № 7, maddə 593, № 12, maddə 1058; 2011, № 6, maddə 480, № 7, maddələr 589, 599; 2012, № 7, maddə 674, № 11, maddə 1062, № 12, maddə 1215; 2013, № 2, maddə 77, № 6, maddələr 616, 626, № 7, maddə 786, № 11, maddə 1265, № 12, maddə 1493; 2014, № 2, maddələr 90, 102, № 4, maddələr 328, 344, № 6, maddə 600, № 11, maddələr 1354, 1362; 2015, № 4, maddə 342, № 5, maddə 511, № 11, maddələr 1270, 1288; 2016, № 2 (II kitab), maddə 218, № 10, maddə 1607, № 12, maddələr 2020, 2031, 2034, 2039; 2017, № 5, maddə 751, № 12 (I kitab), maddələr 2232, 2267; 2018, № 5, maddələr 877, 882, № 7 (I kitab), maddə 1421, № 11, maddə 2235, № 12 (I kitab), maddə 2515; 2019, № 7, maddələr 1198, 1200, № 12, maddə 1898; 2020, № 6, maddə 675, № 7, maddələr 832, 852, 856, Azərbaycan Respublikasının 2021-ci il 23 aprel tarixli 301-VIQD nömrəli Qanunu) 95.2.4-cü maddəsinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 95.2.5-ci maddə əlavə edilsin:

“95.2.5. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna olmaqla, mediasiya zamanı məlum olan məlumatlar barədə mediasiya iştirakçıları və mediasiyada iştirak edən digər şəxslər.”.

Maddə 7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 10, maddə 762, № 12, maddə 973; 2010, № 7, maddə 587; 2011, № 6, maddə 485, № 7, maddə 593; 2012, № 5, maddə 410; 2013, № 1, maddə 16, № 11, maddə 1267; 2016, № 1, maddə 12; 2017, № 4, maddə 522, № 5, maddə 752, № 11, maddə 1976; 2018, № 5, maddələr 855, 878, № 7 (I kitab), maddə 1440; 2019, № 1, maddə 23, № 7, maddə 1199, № 12, maddə 1899; 2020, № 6, maddə 669) aşağıdakı dəyişikliklər edilsin:

7.1. aşağıdakı məzmunda 7.3-cü, 19.1.4-1-ci, 38.4-cü və 49.1.1-1-ci maddələr əlavə edilsin:

“7.3. Məhkəmə prosesinin istənilən mərhələsində məhkəmə işin hallarını nəzərə alaraq öz təşəbbüsü ilə, yaxud tərəflərdən birinin müraciəti əsasında onlara mübahisənin mediasiya vasitəsilə həllini təklif edə bilər. Tərəflər arasında “Mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlanarsa, məhkəmə icraatı barışıq sazişi və mediasiya prosesinin nəticələri barədə protokol təqdim edilənədək dayandırılır.”;

“19.1.4-1. o, məhkəmədə baxılan inzibati mübahisə üzrə əvvəllər tərəflər arasında mediasiya prosesində mediator kimi iştirak etmişdirsə;”;

“38.4. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.”;

“49.1.1-1. işin hallarını nəzərə alaraq, öz təşəbbüsü ilə, yaxud tərəflərdən birinin müraciəti əsasında onlara mübahisənin mediasiya vasitəsilə həllini təklif etmək;”;

7.2. 15.2-ci maddəyə “baxılmasını” sözündən sonra “bilavasitə özləri tərəfindən, yaxud mediasiya vasitəsilə bağlanılmış” sözləri əlavə edilsin;

7.3. 66.2-ci maddənin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə barışıq sazişini təsdiqləməkdən imtina etməlidir.”.

Maddə 8. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202, № 3, maddələr 397, 403, 429, № 4, maddələr 631, 647, 654, № 5, maddələr 835, 846, № 6, maddələr 997, 1010, № 7, maddələr 1247, 1249, № 10, maddə 1608, № 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, № 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, № 1, maddə 21, № 2, maddələr 139, 147, 152, 162, № 3, maddələr 331, 344, № 5, maddələr 698, 701, 734, 749, 754, № 6, maddələr 1020, 1033, 1036, № 7, maddələr 1273, 1296, 1297, 1299, № 11, maddələr 1964, 1966, 1969, 1979, № 12 (I kitab), maddələr 2214, 2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018, № 1, maddə 19, № 2, maddələr 160, 162, 163, № 3, maddələr 383, 401, 404, № 4, maddə 646, № 5, maddələr 857, 860, 862, 876, 883, № 6, maddələr 1153, 1188, № 7 (I kitab), maddələr 1435, 1437, 1438, № 10, maddə 1963, № 11, maddələr 2188, 2191, 2214, 2217, 2231, № 12 (I kitab), maddələr 2473, 2475, 2499, 2507, 2512, 2522; 2019, № 1, maddələr 4, 6, 15, 18, 23, 44, № 3, maddələr 374, 389, № 4, maddələr 579, 581, 587, 595, № 5, maddələr 791, 800, 803, 804, 813, № 6, maddələr 992, 998, 1007, № 7, maddə 1193, № 8, maddələr 1364, 1367, 1368, 1381, 1383, № 11, maddələr 1682, 1686, 1696, № 12, maddələr 1883, 1900; 2020, № 3, maddə 222, № 5, maddələr 505, 515, 519, № 6, maddələr 670, 672, 681, № 7, maddələr 838, 841, 846, 854, № 8, maddələr 1008, 1011, № 9, maddə 1138, № 11, maddələr 1332, 1333, 1336, № 12 (I kitab), maddələr 1432, 1440; 2021, № 4, maddə 306; Azərbaycan Respublikasının 2021-ci il 2 aprel tarixli 287-VIQD nömrəli, 23 aprel tarixli 294-VIQD və 301-VIQD nömrəli, 4 may tarixli 310-VIQD nömrəli, 27 may tarixli 331-VIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

8.1. 43.1-ci maddəyə “603” rəqəmlərindən əvvəl “602-2,” rəqəmləri əlavə edilsin;

8.2. 68.0.3-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 68.0.4-cü maddə əlavə edilsin:

“68.0.4. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna olmaqla, mediasiya zamanı məlum olan məlumatlar barədə mediasiya iştirakçıları və mediasiyada iştirak edən digər şəxslər.”;

8.3. aşağıdakı məzmunda 602-2-ci maddə əlavə edilsin:

“Maddə 602-2. Mediasiya haqqında qanunvericiliyin pozulması

602-2.1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Mediasiya Şurasının üzvlüyünə qəbul edilmədən fiziki şəxsin mediator fəaliyyəti ilə məşğul olmasına, hüquqi şəxsin mediasiya təşkilatı kimi və (və ya) mediasiya təlimi sahəsində fəaliyyət göstərməsinə görə ‒

fiziki şəxslər min manat məbləğində, vəzifəli şəxslər iki min manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə edilir.

602-2.2. Mediasiya təşkilatları, mediatorlar və mediasiya təlimi qurumları tərəfindən mediasiya reyestrində onlar haqqında olan məlumatlarda baş vermiş dəyişikliklər barədə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatın verilməməsinə görə ‒

fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir.

602-2.3. Mediasiya iştirakçıları və mediasiyada iştirak edən digər şəxslər tərəfindən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş konfidensiallıqla bağlı qaydaların pozulmasına görə ‒

fiziki şəxslər səkkiz yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir.

602-2.4. Mediasiya zamanı mediatorun fəaliyyətinə müdaxilə edilməsinə görə ‒

fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər səkkiz yüz manat məbləğində cərimə edilir.

602-2.5. Mediator tərəfindən uşağın maraqlarına toxunan ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyinin alınmamasına, habelə ailə münasibətlərindən irəli gələn mübahisələr zamanı uşağın normal böyüməsinə və inkişafına təhlükə yaradan, yaxud onun maraqlarına zərər vura bilən hallar (və ya belə halların yaranma ehtimalı olduğu) barədə məlumatların, həmçinin uşağın böyüməsinə, inkişafına və digər maraqlarına toxunan barışıq sazişinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməməsinə görə ‒

beş yüz manat məbləğində cərimə edilir.”.

Maddə 9. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 348; 1999, № 11, maddə 609; 2000, № 11, maddə 776; 2001, № 9, maddə 576, № 12, maddələr 733, 736; 2002, № 12, maddə 706; 2004, № 7, maddə 505, № 12, maddə 976; 2005, № 1, maddə 2, № 12, maddə 1082; 2006, № 11, maddə 923, № 12, maddə 1018; 2007, № 1, maddə 4, № 12, maddə 1193; 2008, № 2, maddə 49, № 4, maddə 254, № 6, maddə 462, № 7, maddə 602; 2009, № 12, maddə 970; 2010, № 4, maddə 276, № 11, maddə 949; 2011, № 10, maddə 883; 2013, № 11, maddə 1284, № 12, maddə 1487; 2014, № 10, maddə 1171; 2016, № 4, maddə 657, № 6, maddə 971; 2017, № 3, maddə 336, № 7, maddə 1279; 2018, № 3, maddələr 369, 396, № 5, maddələr 870, 894, № 12 (I kitab), maddə 2502; 2019, № 1, maddə 35, № 3, maddə 380; 2020, № 5, maddə 521, № 6, maddə 667, № 7, maddə 826, № 8, maddə 1015, № 12 (I kitab), maddə 1450) aşağıdakı dəyişikliklər edilsin:

9.1. 12-ci maddəyə “üzvləri;” sözündən sonra “mediatorlar;” sözü əlavə edilsin;

9.2. 14.5.5-ci maddəyə “üzvləri,” sözündən sonra “sərbəst mediatorlar,” sözləri əlavə edilsin.

Maddə 10. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 4; 2001, № 3, maddə 141; 2007, № 12, maddə 1212; 2008, № 11, maddə 960; 2014, № 4, maddə 331; 2015, № 4, maddə 352; 2016, № 3, maddə 419; 2018, № 4, maddə 651; 2019, № 1, maddələr 36, 47, № 12, maddə 1904; 2020, № 3, maddə 227, № 5, maddə 521, № 12 (I kitab), maddə 1426) 15-2.2.2-ci maddəsinə “üzvləri” sözündən sonra “, mediatorlar” sözü əlavə edilsin.

Maddə 11. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 740; 2002, № 12, maddə 706; 2003, № 1, maddə 23, № 8, maddə 428, № 12 (I kitab), maddələr 676, 698; 2005, № 1, maddə 1, № 6, maddə 462, № 8, maddə 684, № 10, maddələr 873, 905, № 12, maddə 1083; 2006, № 3, maddələr 223, 225, № 6, maddə 481, № 12, maddələr 1015, 1029; 2007, № 2, maddə 80, № 12, maddə 1203; 2008, № 3, maddə 158, № 6, maddə 462, № 7, maddə 602, № 12, maddə 1047; 2009, № 1, maddə 5, № 2, maddə 56, № 3, maddə 160, № 7, maddə 519, № 12, maddə 947; 2010, № 4, maddə 276, № 6, maddə 485, № 10, maddə 840, № 11, maddə 939; 2011, № 1, maddə 12, № 4, maddələr 245, 264, № 11, maddə 985, № 12, maddə 1100; 2012, № 1, maddə 4, № 6, maddələr 508, 518, № 7, maddə 646, № 10, maddə 947, № 12, maddələr 1216, 1227, 1229; 2013, № 3, maddə 213, № 5, maddə 474, № 11, maddələr 1269, 1279, 1299, 1301, 1308, № 12, maddələr 1485, 1504; 2014, № 1, maddə 6, № 5, maddə 468, № 6, maddələr 603, 605, № 7, maddələr 774, 780, № 11, maddələr 1345, 1370; 2015, № 12, maddə 1432; 2016, № 1, maddələr 15, 36, № 4, maddə 630, № 5, maddə 849, № 6, maddə 1014, № 10, maddə 1605, № 11, maddələr 1753, 1776, 1780, 1790, № 12, maddələr 2006, 2051; 2017, № 3, maddələr 337, 341, № 5, maddə 742, № 6, maddə 1028, № 7, maddə 1308, № 8, maddə 1506, № 12 (I kitab), maddə 2265; 2018, № 3, maddə 405, № 4, maddələr 639, 647, № 6, maddələr 1186, 1194, № 7 (I kitab), maddələr 1415, 1444, № 8, maddə 1675, № 12 (I kitab), maddə 2489; 2019, № 1, maddə 45, № 4, maddələr 571, 596, № 5, maddə 797, № 7, maddələr 1176, 1181, 1190, 1192, № 8, maddələr 1360, 1363, 1371, № 11, maddələr 1681, 1694; 2020, № 5, maddələr 521, 524, № 6, maddə 665, № 7, maddələr 824, 828, 837, 851, 853, № 11, maddə 1327, № 12 (I kitab), maddə 1423; 2021, № 2, maddə 117) aşağıdakı məzmunda 9.1-1-ci maddə əlavə edilsin:

“9.1-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.”.

Maddə 12. “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 1, maddə 8, № 8, maddə 686; 2006, № 1, maddə 4; 2007, № 4, maddə 321; 2010, № 7, maddə 596; 2011, № 2, maddə 71, № 6, maddə 484; 2012, № 12, maddə 1228; 2013, № 12, maddə 1467; 2014, № 7, maddə 783; 2015, № 2, maddə 99, № 4, maddə 347, № 11, maddə 1287; 2016, № 12, maddə 2032; 2017, № 6, maddə 1044, № 12 (I kitab), maddə 2188; 2018, № 7 (I kitab), maddə 1443; 2019, № 12, maddə 1902; 2020, № 7, maddə 845; Azərbaycan Respublikasının 2021-ci il 2 aprel tarixli 289-VIQD nömrəli Qanunu) 13.3-cü maddəsinin ikinci cümləsinə “məlumatlar” sözündən sonra “, habelə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiyaya yönəldilən işlərin sayı” sözləri əlavə edilsin.

Maddə 13. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 12, maddə 1084; 2006, № 12, maddə 1031; 2008, № 6, maddə 462; 2011, № 7, maddə 592; 2014, № 12, maddə 1516; 2016, № 4, maddə 643; 2018, № 12 (I kitab), maddələr 2470, 2530; 2019, № 1, maddələr 5, 21, № 2, maddə 184, № 12, maddə 1901; 2020, № 6, maddə 669, № 7, maddə 829) aşağıdakı məzmunda 42.1.3-1-ci və 80-1-ci maddələr əlavə edilsin:

“42.1.3-1. həmin iş üzrə əvvəllər tərəflər arasında mediasiya prosesində mediator kimi iştirak etmişdirsə;”;

“Maddə 80-1. İnzibati mübahisələrin mediasiya vasitəsilə həll edilməsi

80-1.1. İnzibati orqanlar tərəfindən inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi, yaxud inzibati orqanın digər hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələr (bu Qanunun 4.3-cü maddəsində nəzərdə tutulmuş mübahisələr (o cümlədən “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati ərazi vahidləri arasında ərazi məsələləri ilə bağlı mübahisələr) istisna olmaqla) “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, mediasiya vasitəsilə həll oluna bilər.

80-1.2. Maraqlı şəxslə inzibati orqan arasında mübahisənin mediasiya vasitəsilə həlli məqsədilə mediasiya prosesinin tətbiqi barədə müqavilə bağlandıqda, müvafiq olaraq bu Qanunun 73-cü maddəsində nəzərdə tutulmuş müddətin axımı və ya inzibati şikayət üzrə icraat dayandırılır.

80-1.3. Mübahisə mediasiya vasitəsilə həll edildikdə, inzibati orqan barışıq sazişini şikayət instansiyasına təqdim edir. Bununla bağlı şikayət instansiyası tərəfindən inzibati şikayət üzrə icraata xitam verilir.

80-1.4. Mübahisə mediasiya vasitəsilə həll edilmədikdə inzibati orqan mediasiya prosesinin nəticələri barədə protokolu şikayət instansiyasına təqdim edir. Bununla bağlı bu Qanunun 78-ci maddəsində nəzərdə tutulmuş müddətin axımı bərpa olunur və şikayət instansiyası inzibati şikayətə baxır.

80-1.5. Mediasiya prosesinin nəticəsində bağlanılmış barışıq sazişində müvafiq inzibati orqanlar tərəfindən inzibati aktların qəbul edilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə müvafiq hərəkətin (hərəkətsizliyin) edilməsi öz əksini tapır.”.

 
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 iyul 2021-ci il