Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

SANİTARİYA-EPİDEMİOLOJİ (DEZİNFEKSİYA, DERATİZASİYA VƏ DEZİNSEKSİYA) İŞLƏRİNİN YERİNƏ YETİRİLMƏSİ Kotirovka sorğusu

Satınalan təşkilatın adı: AZƏRBAYCAN RESPUBLİKASININ İQTİSADİYYAT NAZİRLİYİ YANINDA DÖVLƏT VERGİ XİDMƏTİ

Satınalan təşkilatın VÖEN-i: 1300204521

Satınalan təşkilatın ünvanı: AZ1029, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Heydər Əliyev prospekti 155

Satınalma predmeti: SANİTARİYA-EPİDEMİOLOJİ (DEZİNFEKSİYA, DERATİZASİYA VƏ DEZİNSEKSİYA) İŞLƏRİNİN YERİNƏ YETİRİLMƏSİ

Musabiqənin adı: SANİTARİYA-EPİDEMİOLOJİ (DEZİNFEKSİYA, DERATİZASİYA VƏ DEZİNSEKSİYA) İŞLƏRİNİN YERİNƏ YETİRİLMƏSİ

Başlıq Açıqlama Miqdar Ölçü vahidi
1 Sanitariya-epidemioloji işlər Dezinfeksiya 42068 m(2)
2 Sanitariya-epidemioloji işlər Dezinseksiya 84800 m(2)
3 Sanitariya-epidemioloji işlər Deratizasiya 84784 m(2)

ÜSL kod (kateqoriya) - 24455000-8 Dezinfeksiya edənlər

Müsabiqənin başlama tarixi və vaxtı

21.06.2022 13:00

Təkliflərin son təqdim olunma tarixi və vaxtı

06.07.2022 18:00

Zərflərin açılış tarixi və vaxtı

07.07.2022 10:00

İştirak haqqı: 100 AZN

İştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün müsabiqəyə daxil olduqdan sonra “Asan Ödəniş”lə ödə " düyməsini sıxaraq aidiyyatı keçid vasitəsilə ödənişi etdikdən sonra müsabiqədə iştirak edə bilərsiniz:

ÇATDIRILMA YERİ

Bakı şəhəri, Yasamal rayonu, L.Landau küçəsi 16

ÇATDIRILMA MÜDDƏTİ

müqavilənin qüvvədə olma müddəti

ÇATDIRILMA ŞƏRTLƏRİ

DDP

ÖDƏNİŞ ŞƏRTLƏRİ

müqavilə şərtlərinə uyğun olaraq

Təklifin qiymətinin hesablanmalı və ifadə edilməli olduğu valyuta: AZN

Kotirovka sorğusunun təklifi

Qiymət təklifi

Satınalma müqaviləsinin yerinə yetirilməsinin təminatı

2%

Qiymət kotirovkasının qüvvədə olma müddəti

Zərflərin açıldığı gündən sonra 30 bank günü təşkil etməlidir

Qiymət kotirovkasının təsviri

Təklif olunan qiymətlər xidmətinin qiymət dəyərindən başqa, qanunvericilikdə müvafiq xidmətlər üçün müəyyən edilmiş vergi, gömrük rüsumları, sığorta xərcləri, habelə nəqliyyat və digər xərclər nəzərə alınmaqla göstərilməlidir.

Təşkilati və hüquqi sənədlər:

Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması.

Arayışın (arayış vergi orqanları tərəfindən təsdiq edilməli və təsdiqetmə tarixi elanın yerləşdirmə tarixindən sonrakı tarix olmalıdır) orijinalı skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir

Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi.

Təsdiqedici sənədin (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilən məhkumluğun olmaması barədə arayış və s.) orijinalı skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir

Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması.

Notarial qaydada təsdiq edilmiş sənəd (“Yüklülük barədə” müvafiq vergi orqanından arayış (sənədin vergi orqanları tərəfindən təqdim edilmə tarixi elanın yerləşdirmə tarixindən sonrakı tarix olmalıdır) və skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir

Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanının, habelə ödəmə qabiliyyətinin olması.

Notarial qaydada təsdiq edilmiş sənəd (“Yüklülük barədə” müvafiq vergi orqanından arayış (sənədin vergi orqanları tərəfindən təqdim edilmə tarixi elanın yerləşdirmə tarixindən sonrakı tarix olmalıdır) və skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir

Satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması.

Standart formalar: “İxtisas göstəriciləri” forması. Təsdiqedici sənədin (əmr/təsisçilərin yığıncağının qərarı və s.) surəti və skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir

Satınalma müqaviləsinin icrasını təmin etmək üçün işçi qüvvəsinin, o cümlədən müvafiq sahədə peşəkarlığı olan işçi qüvvəsinin olması (satınalma müqaviləsi-nin yerinə yetirilməsinə əsas rəhbərlik edəcək və müvafiq xidmətlərin göstərilməsində iştirak edəcək işçilərin ixtisası və təcrübələri barədə məlumat).

-Standart formalar: “İxtisas göstəriciləri” formasında * işarəsi ilə qeyd olunan cədvəl doldurulmalıdır. -Standart formalar: “İxtisas göstəriciləri” forması iddiaçı tərəfindən doldurulmalı, rəsmi blankda çap edilərək imzalanmalı, möhürlənməli və skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir; Fəsil-1: Bölmə – 3. Standart formalar: “İxtisas göstəriciləri” forması. -Təsdiqedici sənədlər (kvalifikasiya, qüvvədə olan sertifikatlar) skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir.

Satınalma müqaviləsinin icrasını təmin etmək üçün idarəetmə səriştəsinin, etibarlığının olması.

Standart formalar: “İxtisas göstəriciləri” forması. Təsdiqedici sənədlər (tövsiyə məktubları və s.) skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir.

Satınalma müqaviləsinin yerinə yetilməsi üçün kifayət qədər likvid aktivə malik olması.

Standart formalar: “İxtisas göstəriciləri” forması.Təsdiqedici sənəd (2021-ci ilin son 1 (bir) ildəki bank dövriyyəsi haqqında arayış və s.) skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir

Texniki imkanlar və əsas vəsaitləri barədə məlumat

Standart formalar: “İxtisas göstəriciləri” forması iddiaçı tərəfindən doldurulmalı, rəsmi blankda çap edilərək imzalanmalı, möhürlənməli və skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir.

Baş podratçı kimi göstərdiyi analoji xüsusiyyətli, həcmli işlər və davam etdirilən layihələr

Standart formalar: “İxtisas göstəriciləri” forması iddiaçı tərəfindən doldurulmalı, rəsmi blankda çap edilərək imzalanmalı, möhürlənməli və skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir.

İdxal edilən məhsulların gətirilməsi üçün səlahiyyətin olması haqqında sənəd

Qüvvədə olan sənədin orijinalı skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir

Yerinə yetiriləcək işlər zamanı istifadə olunan kimyəvi preparatların (daxili istehsal və idxal edilən məhsulların) gigiyenik sertifikatlarının surəti

Qüvvədə olan gigeyenik sertifikatların orijinalı skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir

Kotirovka sorğusunun şərtlərində iddiaçının ixtisas uyğunluğuna dair tələb olunan digər məlumat (kotirovka sorğusunun şərtləri: 4-cü bənd)

Təsdiqedici sənədlər PDF formatında Portalda yerləşdirilməlidir təqdim edilməlidir

İddiaçının ixtisas göstəricilərinə dair “İxtisas göstəriciləri” forması(Kotirovka sorğusunun şərtləri: Fəsil-1: Bölmə – 3. Standart formalar)

“İxtisas göstəriciləri” forması iddiaçı tərəfindən doldurulmalı, rəsmi blankda çap edilərək imzalanmalı, möhürlənməli və skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir

İddiaçının son 1 (bir) ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) bank dövriyyəsi haqqında arayış

Müvafiq bank tərəfindən təsdiq edilmiş (təsdiqetmə tarixi elanın yerləşdirmə tarixindən sonrakı tarix olmalıdır) arayışın orijinalı skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir

İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti

Maliyyə hesabatı vergi orqanları tərəfindən təsdiq edilməli və təsdiqetmə tarixi elanın yerləşdirmə tarixindən sonrakı tarix olmalıdır və maliyyə hesabatını müşayiət edən, vergi orqanları tərəfindən təsdiq edilmiş məktubun orijinalı skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir

İddiaçının rəhbərinin vəzifəyə təyin olunmasını təsdiq edən sənədin surəti

Sənədin orijinalı skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir

Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziya və ya icazə sənədi

Müddəti bitməyən lisenziyaya və ya icazə sənədin orijinalı skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir

Mikro, kiçik, orta və iri sahibkarlıq subyekti kateqoriyasına aid edilməsinə dair Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilən arayış

Arayışın orijinalı skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir.

İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri

-İddiaçının dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin, dövlət reyestrindən çıxarışın, nizamnamənin orijinalı skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir, digər hallarda qeyd olunan sənədlər elandan sonrakı tarixə notarial qaydada təsdiq edilmiş surəti skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir (notariusun möhür və imzası olan səhifə də skan edilərək əlavə edilməlidir). -Bank rekvizitləri müvafiq bank tərəfindən təsdiq edilməli və ya iddiaçının rəsmi blankında imzalanmalı, möhürlənməli və PDF formatında Portalda yerləşdirilməlidir

Kotirovka sorğusunda iştirak etmək üçün müraciət

İştirak üçün müraciət ərizəsi iddiaçı tərəfindən rəsmi blankda yazılaraq imzalanmalı, möhürlənməli və skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir.

Alınmış kreditlər barədə məlumatın təqdim edilməsi

Standart formalar: “İxtisas göstəriciləri” forması iddiaçı tərəfindən doldurulmalı, rəsmi blankda çap edilərək imzalanmalı, möhürlənməli və skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir. Kredit alındığı təqdirdə kredit müqaviləsinin surəti skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir.

İşin icrasına və ya qarşılıqlı öhdəliklərin yerinə yetirmədiyinə görə hal-hazırda barəsində məhkəmə araşdırmaları aparılmamalıdır.

Standart formalar: “İxtisas göstəriciləri” forması iddiaçı tərəfindən doldurulmalı, rəsmi blankda çap edilərək imzalanmalı, möhürlənməli və skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir

Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri)

Gülşən Əliyeva böyük iqtisadçı gulshan.aliyeva@taxes.gov.az (012) 403-80-34

Kotirovka sorğusunda iştirak etmək üçün təkliflərin minimal sayı: 3

Təlimat

  • “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 50-1.1-ci maddəsinə əsasən satınalma predmetinin ehtimal olunan qiyməti 3,0 milyon ABŞ dollarının manat ekvivalentində və ya ondan aşağı olan malların (işlərin, xidmətlərin) satın alınması yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə, açıq tender və ya kotirovka sorğusu üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilir.
  • Elektron satınalmada iştirak etmək üçün qeydiyyatdan keçən hər bir malgöndərənə (podratçıya) dövlət satınalmalarının vahid internet portalı vasitəsilə bu barədə real vaxt rejimində təsdiq bildirişi göndərilir.
  • Elektron satınalma zamanı bütün iştirakçılara təkliflərin təqdim olunması üçün bərabər şərait yaradılır.
  • Tətbiqindən asılı olaraq “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 50-3-cü maddəsinə uyğun olaraq bütün təkliflərin avtomatik qiymətləndirilməsi təmin olunur.
  • Elektron satınalmalarda təkliflərin təqdim edilməsi, açılması və qiymətləndirilməsi “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq yalnız dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təşkil edilir.
  • Keçirilən satınalma ilə bağlı sual və ya şikayət olduqda satınalan təşkilat ilə elektron satınalmanın iştirakçıları arasında yalnız dövlət satınalmalarının vahid internet portalı vasitəsilə əlaqə saxlanılır.
  • Dövlət satınalmaları vahid internet portalına daxil olma, təkliflərin təqdim edilməsi elektron imza və ya Asan imza vasitəsilə mümkündür.
  • Tenderin əsas şərtlər toplusu/kotirovka sorğusu şərtləri, satınalan təşkilatla iddiaçılar arasında yazışmalar və təkliflər Azərbaycan Respublikasının dövlət dilində olmalıdır. Zərurət olduqda qeyd olunan sənədlər beynəlxalq ticarətdə geniş istifadə olunan dillərin birinə tərcümə oluna bilər.
  • Elektron satınalma vasitəsilə keçirilən müsabiqə üzrə satınalma müqaviləsi tenderin qalibi ilə dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada bağlanılır və bu Qanuna əsasən tələb olunduğu hallarda müqavilənin yerinə yetirilməsi təminatı həmin portal vasitəsilə təqdim edilir.
  • Dövlət satınalmaları qanunvericiliyi və digər aidiyyəti normativ hüquqi aktlar ilə dövlət satınalmalarının vahid internet portalın Qanunvericilik hissəsində, Portalda fəaliyyət və qanunvericiliklə bağlı yaranmış suallarınızla bağlı dövlət satınalmalarının vahid internet portalının “Tez-tez verilən suallar” bölməsinə baxmağınız tövsiyə olunur.
  • Satınalan təşkilatın bu müsabiqənin həyata keçirilməsi zamanı qanunvericiliklə müəyyən olunmuş vəzifələrini yerinə yetirməməsi nəticəsində itkiyə və ya zərərə düşdüyünü bəyan edən malgöndərənin (podratçının) qanunvericilikdə nəzərdə tutulmuş qaydada şikayət vermək hüququ vardır.
  • Satınalma müqaviləsi qüvvəyə minənə qədər, şikayət ona əsas vermiş hallardan malgöndərənin (podratçının) xəbər tutduğu və ya xəbər tutmalı olduğu vaxtdan 15 bank günü ərzində yazılı şəkildə satınalan təşkilatın rəhbərinə verilir.
  • Şikayət onu vermiş malgöndərən (podratçı) ilə satınalan təşkilat arasında qarşılıqlı razılaşma yolu ilə aradan qaldırıla bilinmirsə, satınalan təşkilatın (və ya təsdiq edən orqanının) rəhbəri həmin şikayətin verildiyi vaxtdan 20 bank günü (bu Qanunun 50-1-ci maddəsinə əsasən keçirilən satınalmalara münasibətdə isə 10 bank günü) ərzində yazılı qərar çıxarır, qərarda onun səbəbləri əsaslandırılır və şikayət tam və ya qismən təmin edilirsə, vəziyyətin düzəldilməsi üçün görüləcək tədbirlər göstərilir.
  • Şikayət vermək hüququ olan malgöndərən (podratçı) satınalma müqaviləsi qüvvəyə mindikdə və ya satınalan təşkilat 10 bank günü ərzində qərar çıxarmadıqda və ya çıxarılan qərardan şikayət verən razı qalmadıqda 15 bank günü ərzində İqtisadiyyat Nazirliyinə (müvafiq olaraq İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə), yazılı olaraq AZ1000, Bakı şəhəri, Ü. Hacıbəyov küçəsi, 84 ünvanına məktub və ya office@competition.gov.az elektron poçt ünvanına göndərməklə şikayətini edə bilər.
  • Dövlət Xidməti şikayət üzrə 10 bank günü ərzində yazılı qərar çıxarmalı və həmin qərarda onun səbəblərini əsaslandırmalıdır.