Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

2009-cu il aprelin 27-də Bakı şəhərində imzalanmış «Azərbaycan Respublikası Vergilər Nazirliyi və Estoniya Vergi və Gömrük Şurası arasında vergi orqanlarının fəaliyyəti sahəsində əməkdaşlığa dair Memorandum»un təsdiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

1. 2009-cu il aprelin 27-də Bakı şəhərində imzalanmış «Azərbaycan Respublikası Vergilər Nazirliyi və Estoniya Vergi və Gömrük Şurası arasında vergi orqanlarının fəaliyyəti sahəsində əməkdaşlığa dair Memorandum» təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Vergilər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Sazişin həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Estoniya Respublikası tərəfini xəbərdar etsin.

Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV

Bakı şəhəri, 24 iyun 2009-cu il
№– 341

«Azərbaycan» qəzetində dərc edilmişdir (25 iyun 2009-cu il, №– 136).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 iyun 2009-cu il, №– 6 (144), maddə 466).