Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

«Mühasibat uçotu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Mühasibat uçotu haqqında Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:

1.1. iki ay müddətində:

1.1.1. qüvvədə olan qanunvericilik aktlarının Mühasibat uçotu haqqında Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.3. Mühasibat uçotu haqqında Azərbaycan Respublikası Qanununun:

1.1.3.1. 2.1.9-cu maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin iştirakı ilə meyar göstəricilərini (illik gəliri, hesabat ili ərzində işçilərin orta sayı və balansın yekun məbləği) təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.3.2. 5.6-cı maddəsində nəzərdə tutulmuş Mühasibat Uçotu üzrə Məsləhət Şurasının tərkibini təsdiq etsin;

1.1.3.3. 16-cı maddəsinə müvafiq olaraq mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının hazırlanması, təqdim olunması, uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunvericiliyin pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.3.4. 18.3-ci maddəsinə müvafiq olaraq Milli Mühasibat Uçotu Standartları bütövlükdə qüvvəyə minənədək hazırlanmış Milli Mühasibat Uçotu Standartlarının mərhələlərlə tətbiqi müddətlərini müəyyən etsin;

1.2. Mühasibat uçotu haqqında Azərbaycan Respublikası Qanununun 18.4-cü maddəsinə müvafiq olaraq 2008-ci il 1 yanvar tarixinə qədər Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunu aparmalı və maliyyə hesabatlarını təqdim etməli olan ictimai əhəmiyyətli qurumların siyahısını hazırlayıb Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı ilə razılaşdırmaqla təsdiq etsin;

1.3. öz səlahiyyətləri daxilində Mühasibat uçotu haqqında Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin;

1.4. səlahiyyətlərinə aid edilən məsələlərin icrası barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

2. Müəyyən edilsin ki:[1]

2.1. həmin Qanunun 2.1.19-cu, 2.1.20-ci, 5.3-cü, 12-1.7-ci maddələrində, 14-1.1-ci (birinci halda) maddəsində və 14-1.3-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. həmin Qanunun 2.1.9-cu, 2.1.16-cı maddələrində, 12.1-ci maddəsinin ikinci cümləsində, 13.2-ci, 13.3-cü maddələrində, 14.6-cı maddəsinin ikinci cümləsində, 14-1.2-ci maddəsində, 14-1.3-cü maddəsinin birinci cümləsində, 18.5-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; [2]

2.2-1. həmin Qanunun 18.4-cü maddəsində nəzərdə tutulmuş siyahını Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi meyar göstəricilərinə uyğun olaraq, hər il sentyabr ayının 1-dək Azərbaycan Respublikası Vergilər Nazirliyinin təklifləri əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir.[3]

2.3. həmin Qanunun 1.2-ci, 2.1.22-ci maddələrində, 3.2-ci maddəsinin ikinci cümləsində, 4.2-ci, 4.3-cü maddələrində, 4.3-1-ci maddəsinin birinci və ikinci cümlələrində, 4.3-2-ci, 4.4-cü, 5.2-ci (büdcə təşkilatlarına münasibətdə), 8.1-1-ci, 9.1.1-ci maddələrində, 10.1.1-ci maddəsinin ikinci cümləsində, 12.2-ci, 12.6-cı (ikinci halda), 12-1.8-ci, 14.1-ci, 14.1-1-ci, 14.4-1-ci və 14-1.1-ci (ikinci halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir;

2.4. həmin Qanunun 5.2-ci ( Mühasibat uçotu haqqında Azərbaycan Respublikası Qanununun 5.3-cü maddəsində göstərilən təşkilatlar və büdcə təşkilatları istisna olmaqla, digər mühasibat uçotu subyektlərinə münasibətdə) və 12.6-cı (birinci halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir;

2.5. həmin Qanunun 1.2-ci və 4.3.3-cü maddələrində nəzərdə tutulmuş icra hakimiyyəti orqanlarının səlahiyyətlərini mərkəzi icra hakimiyyəti orqanları həyata keçirir;

2.6. həmin Qanunun 2.1.19-cu, 2.1.20-ci, 14-1.1-ci və 14-1.3-cü maddələrində qurum dedikdə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi nəzərdə tutulur;

2.7. həmin Qanunun 5.3-cü maddəsində qurum dedikdə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası nəzərdə tutulur.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki:

3.1. bir ay müddətində:

3.1.1. Mühasibat uçotu haqqında Azərbaycan Respublikası Qanununun 7.5-ci maddəsinə müvafiq olaraq Milli Mühasibat Uçotu Standartlarının hazırlanması və qəbul edilməsi qaydalarını təsdiq etsin;

3.1.2. Mühasibat uçotu haqqında Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə müvafiq olaraq büdcə təşkilatları və büdcədənkənar dövlət fondlarının maliyyə hesabatlarının təqdim edilməsi, hesabat dövrləri və dərc edilməsi qaydalarını müvafiq təşkilat və fondların rəyi nəzərə alınmaqla müəyyən etsin;

3.2. Mühasibat uçotu haqqında Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq onun səlahiyyətlərinə aid edilən məsələlərin icrasını təmin etsin;

3.3. bu fərmanın 2.1-ci, 3.1-ci və 3.2-ci bəndlərinə müvafiq olaraq müəyyən edilmiş səlahiyyətlərin və məsələlərin icrası barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Mühasibat Uçotu üzrə Məsləhət Şurasının Nizamnaməsinin təsdiq edilməsi ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş tədbirləri görsün.

5. Azərbaycan Respublikasının Milli Bankı kredit təşkilatlarında mühasibat uçotu qaydalarının və hesabatların forması, məzmunu və dövriliyi ilə bağlı məsələləri Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla bunun üçün zəruri olan müddət ərzində müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

6. Bu fərman dərc edildiyi gündən qüvvəyə minir.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 fevral 2005-ci il
192

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

1.  4 iyun 2012-ci il tarixli 647nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Respublika qəzeti, 06 iyun 2012-ci il, 123, Azərbaycan qəzeti 07 iyun 2012-ci il, 124, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, 06, maddə 541)

2.  3 may 2013-cü il tarixli 872nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Respublika qəzeti, 4 may 2013-cü, 94, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, 05, maddə 493)

3.  14 iyul 2015-ci il tarixli 556nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Respublika qəzeti, 16 iyul 2015-ci, 152; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 07, maddə 824)

4.  9 mart 2017-ci il tarixli 1289nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Azərbaycan qəzeti, 12 mart 2017-ci, 55, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 3, maddə 367)

5.  1 iyun 2018-ci il tarixli 105nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Azərbaycan qəzeti, 3 iyun 2018-ci, 124, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 6, maddə 1195)

6.  1 mart 2019-cu il tarixli 572nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Xalq qəzeti, 3 mart 2019-cu il, 51)

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

[1] 4 iyun 2012-ci il tarixli 647 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Respublika qəzeti, 06 iyun 2012-ci il, 123, Azərbaycan qəzeti 07 iyun 2012-ci il, 124, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, 06, maddə 541) ilə2.1-ci bənddə 12.2-ci sözlərindən sonra (birinci və ikinci cümlələrdə) sözləri çıxarılmışdır.

3 may 2013-cü il tarixli 872 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Respublika qəzeti, 4 may 2013-cü, 94, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, 05, maddə 493) ilə 2.1-ci bənddə və 14.1-ci sözləri , 14.1-ci, 14.6-cı (birinci cümlədə) sözləri ilə əvəz edilmişdir.

14 iyul 2015-ci il tarixli 556 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Respublika qəzeti, 16 iyul 2015-ci, 152; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 07, maddə 824) ilə 2.1-ci bəndindən , 14.6-cı (birinci cümlədə)sözləri çıxarılmışdır.

9 mart 2017-ci il tarixli 1289 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Azərbaycan qəzeti, 12 mart 2017-ci, 55, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 3, maddə 367) ilə 2.1-ci bəndə 12.2-ci, sözlərindən sonra 12-1.8-ci,sözləri əlavə edilmişdir.

9 mart 2017-ci il tarixli 1289 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Azərbaycan qəzeti, 12 mart 2017-ci, 55, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 3, maddə 367) ilə yeni məzmunda 2.1-1-ci bənd əlavə edilmişdir.

4 iyun 2012-ci il tarixli 647 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Respublika qəzeti, 06 iyun 2012-ci il, 123, Azərbaycan qəzeti 07 iyun 2012-ci il, 124, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, 06, maddə 541) ilə2.2-ci bənddə 10.2-ci, sözləri 10.2-ci maddələrində, 12.1-ci maddəsinin ikinci cümləsində, sözləri ilə əvəz edilmişdir.

3 may 2013-cü il tarixli 872 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Respublika qəzeti, 4 may 2013-cü, 94, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, 05, maddə 493) ilə 2.2-ci bənddə 12.1-ci maddəsinin ikinci cümləsində, sözlərindən sonra 13.3-cü maddəsində, 14.6-cı maddəsinin ikinci cümləsində, sözləri əlavə edilmişdir.

1 iyun 2018-ci il tarixli 105 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Azərbaycan qəzeti, 3 iyun 2018-ci, 124, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 6, maddə 1195) ilə 2-ci hissə yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

2. Müəyyən edilsin ki:

2.1. Mühasibat uçotu haqqında Azərbaycan Respublikası Qanununun 1.2-ci, 2.1.5-ci, 2.1.6-cı, 2.1.7-ci, 4.2-ci, 4.3-cü, 4.4-cü. 5.1-ci, 5.2-ci, 5.5-ci, 5.7-ci, 6.0.2-ci (birinci və ücüncü cümlələrdə), 6.0.3-cü (birinci və ücüncü cümlələrdə), 6.0.4-cü, 7.1-ci, 7.2-ci (birinci və ikinci cümlələrdə),7.3-cü, 7.4-cü (birinci və ikinci cümlələrdə), 7.5-ci, 12.2-ci (birinci və ikinci cümlələrdə), 12-1.8-ci, 14.1-ci , 14.6-cı (birinci cümlədə)maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanı nın səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir;

2.1-1. həmin Qanunun 12-1.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. həmin qanunun 2.1.9-cu, 5.6-cı (Mühasibat Uçotu üzrə Məsləhət Şurasının tərkibinin təsdiq edilməsi hissəsində), 10.2-ci maddələrində, 12.1-ci maddəsinin ikinci cümləsində, 13.3-cü maddəsində, 14.6-cı maddəsinin ikinci cümləsində, 18.3-cü, və 18.4-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanı nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.3. həmin qanunun 1.2-ci və 4.3.3-cü maddələrində nəzərdə tutulmuş icra hakimiyyəti orqanları nın səlahiyyətlərini mərkəzi icra hakimiyyəti orqanları həyata keçirir;

2.4. həmin qanunun 5.6-cı maddəsində (Mühasibat Uçotu üzrə Məsləhət Şurasının Nizamnaməsinin təsdiq edilməsi hissəsində) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanı nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir.

 

[2] 1 mart 2019-cu il tarixli 572 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Xalq qəzeti, 3 mart 2019-cu il, 51) ilə 2.2-ci bənddə 18.4-cü və 18.5-ci maddələrində sözləri 18.5-ci maddəsində sözləri ilə əvəz edilmişdir.

 

[3] 1 mart 2019-cu il tarixli 572 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Xalq qəzeti, 3 mart 2019-cu il, 51) ilə yeni məzmunda 2.2-1-ci bənd əlavə edilmişdir.