Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Vergi qanunvericiliyi sahəsində Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavə edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

«Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 2006-cı il 15 dekabr tarixli, 196-IIIQD nömrəli qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 27 dekabr tarixli, 501 nömrəli fərmanının 1.1-ci bəndinin icrasını təmin etmək məqsədilə qərara alıram:

1. «Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun və bu qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli, 393 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №– 8, (III kitab), maddə 616; 2005-ci il, №– 12, maddə 1099; 2006-cı il, №– 5, maddə 400, №– 12, maddə 1034) 1-ci bəndinin üçüncü abzasından «22.2-ci,» sözləri və 2-ci bəndinin beşinci abzası çıxarılsın.

2. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli, 454 nömrəli fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №– 3, maddə 162; 2005-ci il, №– 9, maddə 797; 2006-cı il, №– 5, maddə 400) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə»nin 9.9-cu bəndində «Vergi ödəyicilərinin» sözlərindən sonra «, onların filiallarının, nümayəndəliklərinin və ya digər təsərrüfat subyektlərinin (obyektlərinin), habelə nəzarət-kassa aparatlarının» sözləri əlavə edilsin.

3. «Dövlət vergi orqanlarında xidmət haqqında» Əsasnamənin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli, 539 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №– 7, maddə 476; 2005-ci il, №– 2, maddə 71) 3-cü bəndinin dördüncü abzasından «və 82-ci maddəsində» sözləri çıxarılsın.

4. «Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 26 dekabr tarixli, 829 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, №– 12, maddə 724) 2-ci bəndinin dördüncü abzasından «,194.3-cü» sözləri çıxarılsın.

5. «Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli, 30 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, №– 2, maddə 68; 2006-cı il, №– 5, maddə 400, №– 7, maddə 590) 2.7-ci bəndində «190.4-cü» sözləri «190.5-ci» sözləri ilə əvəz edilsin.

6. Bu fərmanın 1-ci və 3-cü bəndləri 2008-ci il 1 yanvar tarixindən, digər bəndləri isə dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV

Bakı şəhəri, 11 aprel 2007-ci il
№– 561

«Azərbaycan» qəzetində dərc edilmişdir (12 aprel 2007-ci il, №– 76)

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 aprel 2007-ci il, №– 4, maddə 323).