Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

«İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında» Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

«İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında» Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. «İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.11-ci və 7.1-ci maddələrində, 7.2-ci maddəsinin birinci və üçüncü cümlələrində, 7.3-cü, 7.4-cü, 7.6-cı, 7.8.1-ci, 7.8.4-cü, 7.8.10-cu, 7.10-cu, 7.11-ci maddələrində, 7.11.2-ci maddəsinin ikinci və üçüncü cümlələrində, 7.11.3-cü maddəsində (hər iki halda), 7.12-ci maddəsinin birinci və ikinci cümlələrində, 7.13-cü maddəsinin birinci və ikinci (birinci halda) cümlələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi həyata keçirir;

1.2. həmin qanunun 5.2-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir;

1.3. həmin qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir;

1.4. həmin qanunun 7.11.4-cü maddəsində və 7.13-cü maddəsinin ikinci cümləsində (ikinci halda) nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi həyata keçirirlər;

1.5. həmin qanunun 8.1.2-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi həyata keçirirlər.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etsin.

Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV

Bakı şəhəri, 30 oktyabr 2009-cu il
№– 174

«Azərbaycan» qəzetində dərc edilmişdir (1 noyabr 2009-cu il, №– 244)       .

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 oktyabr 2009-cu il, №– 10 (148), maddə 787).