Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların müəyyən edilməsi ilə bağlı hərtərəfli yoxlama prosedurlarının həyata keçirilməsi Qaydaları

Azərbaycan Respublikası vergilər nazirinin
2018-ci il 17 aprel tarixli 1817040100288300 nömrəli əmri ilə
təsdiq edilmişdir

 

1.   Ümumi müddəalar

1.1.    “Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasının ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların müəyyən edilməsi ilə bağlı hərtərəfli yoxlama prosedurlarının həyata keçirilməsi Qaydaları” (bundan sonra – Qaydalar) Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra – Vergi Məcəlləsi) 
76-1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının hesabat verən maliyyə institutları tərəfindən barəsində hesabat verilməli hesabların müəyyən edilməsi üçün həyata keçirilməli olan hərtərəfli yoxlama prosedurlarını müəyyən edir.

1.2.    Maliyyə hesabı bu Qaydalarda təsbit olunan hərtərəfli yoxlama prosedurları nəticəsində barəsində hesabat verilməli hesab kimi müəyyən edildiyi tarixdən hesabat verilməli hesab kimi qiymətləndirilir. Maliyyə hesabının qalığı və ya dəyəri təqvim ilinin son gününə müəyyən edilir.

1.3.    Azərbaycan Respublikasının hesabat verən maliyyə institutu bu Qaydalarla müəyyən edilmiş hərtərəfli yoxlama öhdəliklərinin yerinə yetirilməsi üçün üçüncü şəxslər cəlb edə bilər. Bu halda da hərtərəfli yoxlama öhdəliklərinin yerinə yetirilməsi üzrə Azərbaycan Respublikasının hesabat verən maliyyə institutu Vergi Məcəlləsində müəyyən edilmiş məsuliyyəti daşıyır.

1.4.    Azərbaycan Respublikasının hesabat verən maliyyə institutu ölümə görə sığorta ödənişini alan həyatın yığım sığortası və ya annuitet sığortası müqavilələrinin fərdi benefisiarının (hesab sahibi istisna olmaqla) barəsində hesabat verilməli şəxs olmamasını güman etdikdə, benefisiarın barəsində hesabat verilməli şəxs olmasını bilənədək və ya belə hesab etməyə əsası olanadək həmin hesaba hesabat verilməli hesab kimi yanaşmaya bilər. Azərbaycan Respublikasının hesabat verən maliyyə institutu benefisiar ilə əlaqədar əldə etdiyi məlumatda bu Qaydaların 4.5.12-ci yarımbəndində qeyd olunan əlamətləri aşkar edərsə, həmin benefisiarı barəsində hesabat verilməli şəxs hesab etməsinə əsası vardır və bu Qaydaların 4.5-ci bəndində əks olunan prosedurlara riayət etməlidir.

1.5.    Fiziki şəxsə və ya hüquqi şəxsə məxsus hesabların cəmi qalığının və ya dəyərinin müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikasının hesabat verən maliyyə institutundan həmin maliyyə institutunda və ya əlaqəli hüquqi şəxslərdə olan bütün hesabların toplanılması tələb olunur, bir şərtlə ki, həmin maliyyə institutunun elektron sistemlərində müştəri nömrəsi və ya vergi ödəyicisinin eyniləşdirmə nömrəsinə  istinad etməklə maliyyə hesablarını əlaqələndirməsi və hesabların qalıqları və ya dəyərinin toplanılmasına texniki imkanı olsun. Birgə hesabın cəmi qalığı və ya dəyəri bu bənddə göstərilən tələblərin tətbiq edilməsi ilə həmin hesabın hər bir sahibinə ayrı-ayrılıqda aid edilir.

1.6.    Hesabın yüksək dəyərli hesab olub-olmamasını dəqiqləşdirmək üçün şəxsə məxsus hesabların cəmi qalığı və ya dəyərinin müəyyən edilməsi zamanı müştərilərlə iş üzrə mütəxəssis tərəfindən aşağıdakı hesablar aşkar edildiyi halda Azərbaycan Respublikasının hesabat verən maliyyə institutundan bütün hesabların qalığı və ya dəyərinin toplanılması tələb olunur:

1.6.1.      eyni şəxsə birbaşa və ya dolayısı ilə məxsus olan hesablar;

1.6.2.      eyni şəxs tərəfindən idarə edilən və ya açılan (etibar edilmiş şəxs qismində istisna olmaqla) hesablar.       

1.7.    Azərbaycan Respublikasının hesabat verən maliyyə institutu hərtərəfli yoxlama prosedurlarının aparılması ilə bağlı həyata keçirilən tədbirlərin və bütün dəlillərin qeydiyyatını aparır və rəsmiləşdirir. Azərbaycan Respublikasının hesabat verən maliyyə institutu vergi orqanına təqdim etdiyi e-hesabatların, beynəlxalq müqavilələr çərçivəsində həmin hesabat verən maliyyə institutunun yoxladığı bütün fiziki və hüquqi şəxslərlə əlaqədar əldə etdiyi sənədlərin və məlumatların (nəzərdən keçirdiyi məlumatın növü, mənbəyi və nəzərdən keçirmə tarixinin qeydiyyatını aparmaqla), həmçinin vergi orqanından daxil olmuş bütün elektron sənədlərin və bu bəndin birinci cümləsində göstərilən aktların 7 ildən az olmayan müddətdə saxlanılmasını təmin edir.  

1.8.    Hesabda olan vəsait ABŞ dollarından fərqli valyutada olarsa, bu Qaydalarda müəyyən edilmiş məbləğlər məlumatların aid olduğu təqvim ilinin son günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnəyə əsasən ABŞ dollarında əks olunmalıdır.

1.9.    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 211 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların bu dövlətlərin səlahiyyətli orqanlarına verilməsi Hədləri və Qaydası”nın 3-cü hissəsində göstərilən məlumatlara əlavə olaraq aşağıdakı məlumatlar Azərbaycan Respublikasının hesabat verən maliyyə institutu tərəfindən əldə olunur:

1.9.1.      xarici dövlətlərin Azərbaycan Respublikasının ərazisində maliyyə əməliyyatları həyata keçirən və beynəlxalq müqavilələrə uyğun olaraq, barəsində məlumat tələb edilən hər bir hüquqi və fiziki şəxsinin rezidentlik dövləti (dövlətləri);

1.9.2.      beynəlxalq müqavilələrin tərəfi olan xarici dövlətin şəxsi hesab olunmayan hüquqi şəxsin bir və ya bir neçə nəzarət edən şəxsi həmin dövlətin şəxsi və (və ya) rezidenti olduğu halda, belə hüquqi şəxsin nəzarət edən şəxsinin doğulduğu tarix (fiziki şəxslərə münasibətdə);

1.9.3.      hesab sahibinin hesabat verən maliyyə institutundakı hesab il ərzində bağlanmışdırsa, hesabın bağlanması barədə məlumat və (və ya)  ABŞ-ın hesabat verilməli hesablarına münasibətdə isə bilavasitə bağlanmazdan əvvəl cəmi qalığı və ya dəyəri;

1.9.4.      hesabat verən maliyyə institutunun hesab sahibi üçün depozitar, investisiya şirkəti, nominal saxlayıcı və ya agent kimi çıxış etdiyi maliyyə aktivinin satılmasından və ya girovdan azad edilməsindən əldə olunan və təqvim ili və ya digər müvafiq hesabat dövrü ərzində hesaba ödənilmiş və ya hesablanmış ümumi gəlirləri.      

1.10. Ümumi Hesabatlılıq Standartı əsasında hesabat verilməli hesablar müəyyənləşdirilərkən hesabat verən maliyyə institutunun sərəncamında olan məlumatlarda hesab sahibinə məxsus VÖEN və ya doğum tarixi barədə məlumatlar mövcud olmadığı və (və ya) belə məlumatların hesabat verən maliyyə institutu tərəfindən toplanılması tələb olunmadığı hallarda əvvəlcədən mövcud olan barəsində hesabat verilməli hesablara münasibətdə həmin məlumatlar barədə hesabat verilməsi tələb edilmir. Bununla yanaşı, hesabat verən maliyyə institutu həmin hesabların hesabat verilməli hesab kimi müəyyən edildiyi ildən sonrakı təqvim ilinin son gününədək əvvəlcədən mövcud olan hesablara münasibətdə hesab sahibinə məxsus VÖEN və doğum tarixi barədə məlumatların əldə edilməsi üçün tədbirlər görməlidir.

1.11. Ümumi Hesabatlılıq Standartı əsasında hesabat verilməli hesablar müəyyənləşdirilərkən hesab sahibinə məxsus VÖEN barədə hesabat verilməsi aşağıdakı hallarda tələb edilmir:

1.11.1.   aidiyyəti xarici dövlət tərəfindən VÖEN verilmir; və ya

1.11.2.   aidiyyəti xarici dövlətin qanunvericiliyinə görə həmin dövlət tərəfindən verilmiş VÖEN barədə məlumatın hesab sahibləri tərəfindən üçüncü şəxslərə məcburi verilməsi tələb edilmir.

1.12. Bu Qaydaların məqsədləri üçün özünüqiymətləndirmə sənədinin formaları Azərbaycan Respublikasının Vergilər Nazirliyi (bundan sonra – Vergilər Nazirliyi) tərəfindən müəyyən edilir.

1.13.    ABŞ şəxslərinə münasibətdə əldə olunan W formaları ABŞ-ın Daxili Gəlirlər Xidmətinin rəsmi internet səhifəsindən əldə oluna bilər. 

2.   Əsas anlayışlar

2.1.    Azərbaycan Respublikasının 20 oktyabr 2015-ci il tarixli 1390-IVQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında vergi tələblərinin yerinə yetirilməsi üzrə beynəlxalq qaydalara əməl olunmasının yaxşılaşdırılması və Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktı (Foreign Account Tax Compliance Act – FATCA) tələblərinin həyata keçirilməsi barədə” Saziş çərçivəsində barəsində hesabat verilməli hesabların müəyyənləşdirilməsi və həmin hesablar barəsində məlumat verilməsi prosedurları ilə əlaqədar istifadə edilən anlayışlar həmin Sazişdə göstərilən mənaları ifadə edir.

2.2.    Bu Qaydaların məqsədləri üçün istifadə olunan anlayışlar (bu Qaydaların 2.1-ci bəndi istisna olmaqla) aşağıdakı mənaları ifadə edir:

2.2.1.      Hüquqi şəxs – vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə (bundan sonra – beynəlxalq müqavilələr) nəzərdə tutulmuş fiziki şəxs olmayan hər hansı şəxs;

2.2.2.   Ümumi Hesabatlılıq Standartı – vergi məqsədləri üçün maliyyə hesabları barədə məlumatların avtomatik mübadiləsinə dair İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən qəbul olunmuş Standart və onun Şərhləri;

2.2.3.   Maliyyə institutu – Vergi Məcəlləsinin məqsədləri üçün aşağıdakı fəaliyyətlərdən ən azı birini həyata keçirən vergi ödəyicisi, habelə Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) tövsiyələrinə uyğun olaraq maliyyə institutu kimi müəyyən edilmiş subyekt:

2.2.3.1. bank fəaliyyəti;

2.2.3.2. həyatın yığım sığortası və (və ya) annuitet sığortası fəaliyyəti;

2.2.3.3. depozitar fəaliyyəti – Vergi Məcəlləsinin məqsədlərinə uyğun olaraq depozitar dedikdə, fəaliyyətinin əhəmiyyətli hissəsini digər şəxslər üçün maliyyə aktivlərinin saxlanılmasını təşkil edən hüquqi şəxs nəzərdə tutulur. Müəssisənin aşağıdakı müddətlərdən daha az olan müddət ərzində digər şəxslər üçün maliyyə aktivlərinin saxlanılması və əlaqədar maliyyə xidmətlərinin göstərilməsi fəaliyyətindən əldə etdiyi mənfəət onun ümumi fəaliyyəti üzrə əldə etdiyi mənfəətin ən azı 20 %-ni təşkil edirsə, maliyyə aktivlərinin saxlanılması təşkilatın fəaliyyətinin əhəmiyyətli hissəsini təşkil etmiş hesab olunur:

  1. maliyyə institutunun depozitar kimi təsbit edildiyi ildən əvvəlki ilin 31 dekabrında (və ya təqvim ili olmayan hesabat dövrünün son günündə) başa çatan üçillik müddət;
  2. müəssisənin fəaliyyət göstərdiyi müddət;

2.2.3.4.  qiymətli kağızların (veksellər, depozitar qəbzi və s.), törəmə maliyyə alətlərinin, xarici valyutaların məzənnə, faiz dərəcəsi və indeks alətləri, qiymətli kağızlarla ticarət və ya əmtəə üzrə fyuçerslərin ticarət fəaliyyəti;

2.2.3.5.  investorların portfellərinin idarə edilməsi fəaliyyəti;

2.2.3.6.  bu Qaydaların 2.2.3.1-2.2.3.5-ci yarımbəndlərində qeyd olunmuş fəaliyyətlərdən hər hansı biri ilə məşğul olan şəxs tərəfindən idarə edilən hüquqi şəxsin həyata keçirdiyi fəaliyyət.

2.2.4.   Azərbaycan Respublikasının maliyyə institutu – Azərbaycan Respublikasının rezidenti olan maliyyə institutu (həmin maliyyə institutunun Azərbaycan Respublikasından kənarda yerləşən hər hansı filialı istisna olmaqla) və Azərbaycan Respublikasının rezidenti olmayan maliyyə institutunun Azərbaycan Respublikasında yerləşən hər hansı filialı;

2.2.5.   Azərbaycan Respublikasının hesabat verən maliyyə institutu (bundan sonra – hesabat verən maliyyə institutu) – beynəlxalq müqavilələrə uyğun olaraq, xarici dövlətlərin müvafiq səlahiyyətli orqanlarına təqdim edilməsi nəzərdə tutulmuş məlumatları təqdim etmək öhdəliyi daşıyan aşağıdakı hüquqi şəxslərdir (bu Qaydaların 2.2.7-ci yarımbəndində göstərilənlər istisna olmaqla): 

2.2.5.1. bu Qaydaların 2.2.3.3-cü yarımbəndində göstərilən depozitar fəaliyyətini həyata keçirən istənilən hüquqi şəxs;

2.2.5.2. bu Qaydaların 2.2.3.1-ci yarımbəndində göstərilən bank fəaliyyəti və ya analoji fəaliyyət çərçivəsində depozitlər qəbul edən istənilən hüquqi şəxs;

2.2.5.3. həyatın yığım sığortası və ya annuitet sığortası müqaviləsini bağlayan, yaxud belə müqavilələr üzrə ödənişlər etmək öhdəliyini daşıyan sığorta şirkəti (yaxud sığorta şirkətinin daxil olduğu holdinq şirkəti) olan istənilən hüquqi şəxs;

2.2.5.4. fəaliyyəti aşağıdakılardan ibarət olan və həmin fəaliyyətlərdən əldə etdiyi mənfəət ümumi mənfəətin ən azı 50%-ni təşkil edən hüquqi şəxs (o şərtlə ki, əldə edilən mənfəət təsbit edildiyi ildən əvvəlki ilin 31 dekabrında başa çatan üçillik müddətdən və ya hüquqi şəxsin fəaliyyət göstərdiyi müddətdən daha az olanı ərzində əldə edilmiş olsun):

  1. müştəri üçün və ya onun adından bu Qaydaların 2.2.3.4-cü və 2.2.3.5-ci yarımbəndlərində göstərilən fəaliyyətlər;
  2. bu yarımbəndin birinci hissəsində göstərilən fəaliyyəti həyata keçirən hüquqi şəxs və ya bu Qaydaların 2.2.5.1-2.2.5.3-cü yarımbəndlərində göstərilən hüquqi şəxs tərəfindən idarə olunan (birbaşa və ya üçüncü şəxslər vasitəsilə bu Qaydaların 2.2.3.4-cü və 2.2.3.5-ci yarımbəndlərində göstərilən fəaliyyətlərlərin idarə olunan hüquqi şəxs adından həyata keçirilməsi) və ümumi gəliri əsasən investisiya, yenidən investisiya və ya maliyyə aktivlərinin ticarəti fəaliyyəti.

2.2.6.      Maliyyə aktivi – qiymətli kağızlar, tərəfdaşlıq payları, əmtəə əməliyyatları, svoplar, sığorta və ya annuitet sığortası müqaviləsi, yaxud bu yarımbənddə göstərilən maliyyə aktivlərində  (fyuçers və ya forvard müqaviləsi, yaxud opsion da daxil olmaqla) gəlir. Maliyyə aktivi daşınmaz əmlaka edilmiş borc şəklində olmayan birbaşa investisiyaları əhatə etmir.

2.2.7.   Azərbaycan Respublikasının hesabat verməyən maliyyə institutu (bundan sonra – hesabat verməyən maliyyə institutu) – maliyyə institutu hesab olunan və bu Qaydalara 1 nömrəli Əlavədə göstərilən istənilən hüquqi şəxs.

2.2.8.   Maliyyə hesabı – bank və depozitar hesabları da daxil olmaqla, maliyyə institutunda mövcud olan aşağıdakı hesablardır:

2.2.8.1. bu Qaydaların 2.2.5.4-cü yarımbəndində göstərilən hüquqi şəxs olduğu halda, maliyyə institutunun nizamnamə kapitalında və ya borc öhdəliklərində pay. Buna baxmayaraq, “maliyyə hesabı” anlayışına həmin hüquqi şəxsdə hər hansı bir nizamnamə kapitalı və ya borc öhdəliklərində pay aşağıdakılara görə daxil edilmir:

  1. həmin hüquqi şəxs yalnız investisiyaya dair məsləhət xidmətləri göstərir və müştərinin adından çıxış edir, və ya
  2. həmin hüquqi şəxs olmayan maliyyə institutunda müştərinin adında saxlanılan maliyyə aktivlərinin investisiya edilməsinin, idarə edilməsinin və üzərində sərəncam verilməsinin müştəri adından təmin edilməsi məqsədilə müştəri üçün və ya onun adından portfeli idarə edir;

2.2.8.2. bu Qaydaların 2.2.8.1-ci yarımbəndində göstərilməyən maliyyə institutuna münasibətdə həmin maliyyə institutunun nizamnamə kapitalında və ya borc öhdəliklərində pay  (bu Qaydalara əsasən hesabatların verilməsindən yayınmaq məqsədilə payın əldə edilməsi halları istisna olmaqla);

2.2.8.3. maliyyə institutu tərəfindən bağlanılan və ya icra edilən hər hansı həyatın yığım sığortası müqaviləsi və hər hansı annuitet müqaviləsi (bu Qaydalara 2 nömrəli Əlavədə göstərilən hesab üzrə ödənilməli pensiya və ya əlilliyə görə müavinətləri nəzərdə tutulan və fiziki şəxslərlə bağlanan investisiya ilə əlaqədar olmayan, köçürülməyən təcili həyat annuiteti istisna olmaqla).

2.2.9.   Bank hesabı – kommersiya hesabı, cari hesab, əmanət hesabı, müddətli depozit hesabı və ya depozit sertifikatı, əmanət sertifikatı, investisiya sertifikatı, borc sertifikatı və ya maliyyə institutları tərəfindən bank işi və ya analoji fəaliyyətin normal gedişində aparılan digər analoji alətlə təsdiq olunan hesab. Bank hesablarına, həmçinin zəmanətli investisiya müqaviləsinə və ya kredit faizlərinin ödənilməsini nəzərdə tutan digər müqaviləyə əsasən sığortaçılar tərəfindən saxlanılan məbləğlər də aiddir.

2.2.10.   Depozitar hesabı – maliyyə aktivlərinin digər şəxslərin xeyrinə saxlanıldığı hesab (sığorta müqaviləsi və ya annuitet sığortası müqaviləsi üzrə hesablar istisna olmaqla).

2.2.11.   Nizamnamə kapitalında pay – təşkilati-hüquqi forması təsərrüfat ortaqlığı olan maliyyə institutlarına münasibətdə tərəfdaşlığın nizamnamə kapitalında və ya gəlirlərində (mənfəətində) pay.

2.2.12.   Sığorta müqaviləsi – ölüm, xəstəlik və ya qəzanın baş verməsi, öhdəliyin və ya əmlak riskinin yaranması kimi sığorta hadisələrinin baş verməsi nəticəsində, sığortaçı tərəfindən sığorta məbləğinin ödənilməsini nəzərdə tutan müqavilə (annuitet sığortası müqaviləsi istisna olmaqla).

2.2.13.   Annuitet sığortası müqaviləsi – sığortaçının bir və ya bir neçə fiziki şəxsin gözlənilən ömür uzunluğuna əsasən müəyyən edilən müddət ərzində ödənişlər etməsini nəzərdə tutan müqavilə. Bu Qaydaların məqsədləri üçün annuitet sığortası müqaviləsi həmçinin, imzalanmış olduğu xarici ölkənin qanunlarına, qaydalarına və təcrübəsinə əsasən annuitet müqaviləsi hesab edilən və sığortaçının müəyyən müddət ərzində ödənişlər etməyə razılıq verməsini nəzərdə tutan müqavilələri əhatə edir.

2.2.14.   Həyatın yığım sığortası müqaviləsi – nağd pul dəyərinin ödənilməsini nəzərdə tutan sığorta müqaviləsi (iki sığorta şirkəti arasında bağlanmış təkrar sığorta müqavilələri istisna olmaqla).

2.2.15.   Nağd pul dəyəri – müvafiq tarixə aşağıdakı məbləğlərin daha böyük olanıdır:

          2.2.15.1. həyatın yığım sığortası və (və ya) annuitet sığortası müqavilələri üzrə qaytarılan məbləğ;

          2.2.15.2. sığortalının həyatın yığım sığortası və (və ya) annuitet sığortası müqavilələri üzrə borc almaq hüququ olan məbləğ.

2.2.16.   Hesabat verilməyən hesab – barələrində hesabat verilməsi tələb olunmayan və bu Qaydalara 2 nömrəli Əlavədə göstərilən hesabIardır.

2.2.17.   Hesabat verilməli hesab – bu Qaydalarda göstərilən hərtərəfli yoxlama prosedurları nəticəsində müəyyənləşdirilmiş barəsində hesabat verilməli olan bir və ya bir neçə şəxsə, yaxud passiv NFE-yə (nəzarət edən şəxslərindən biri və ya bir neçəsinin hesabat verilməli şəxs olduğu hallarda) məxsus olan hesabdır.

2.2.18.   Hesabat verilməli şəxs – aşağıdakılar istisna olmaqla xarici dövlətin rezidenti olan istənilən şəxsi bildirir:

2.2.18.1. səhmləri bir və ya bir neçə tənzimlənən qiymətli kağızlar bazarında mütəmadi olaraq ticarət olunan hüquqi şəxs;

2.2.18.2. bu Qaydaların 2.2.18.1-ci yarımbəndində təsvir olunmuş hüquqi şəxslə əlaqəli olan hüquqi şəxs;

2.2.18.3. dövlət orqanı;

2.2.18.4. beynəlxalq təşkilat;

2.2.18.5. Mərkəzi Bank;

2.2.18.6. maliyyə institutu.

2.2.19.   İştirakçı xarici dövlət – vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri qüvvədə olan və Vergilər Nazirliyi tərəfindən dərc edilən siyahıda adı göstərilən xarici dövlətdir.

2.2.20.   Nəzarət edən şəxslər – hüquqi şəxs üzərində nəzarəti və ya idarəetməni həyata keçirən fiziki şəxsdir. “Nəzarət edən şəxs” anlayışı Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) tövsiyələrinə uyğun qaydada təfsir edilməlidir və bu anlayış aşağıdakıları əhatə edir:

2.2.20.1. Trasta münasibətdə, anlayış trastın təsisçisini, etibar edilmiş mülkiyyətçiləri, himayəçini (olduğu təqdirdə), benefisiarlar və ya benefisiarlar qismində təsnifləşdirilmiş şəxsləri (şəxsin trast üzərində nəzarət edib-etməməsindən asılı olmayaraq), habelə trast üzərində həqiqi effektiv nəzarəti (o cümlədən, nəzarət və ya mülkiyyət zənciri vasitəsilə) həyata keçirən hər hansı başqa fiziki şəxsi nəzərdə tutur;

2.2.20.2. Trastdan fərqli hüquqi təsisat üzrə isə, bu anlayış yuxarıda göstərilənlərə bərabər və ya trastın nəzarət edən şəxsləri kimi oxşar mövqelərdə olan şəxsləri nəzərdə tutur;

2.2.20.3. nəzarət edən şəxslər aşağıdakı ardıcıllıqla göstərilən meyarlara cavab verməklə müəyyən edilir:

1. hüquqi şəxsin nizamnamə kapitalında iştirak payı 10 faizdən çox olan;

2. qərarların qəbul edilməsində əhəmiyyətli təsirə malik olan;

3. rəhbər vəzifəli şəxs olan.

2.2.21.   NFE – maliyyə institutu olmayan hüquqi şəxsdir;

2.2.22.   Passiv NFE – aktiv NFE olmayan NFE və ya iştirakçı xarici dövlətin maliyyə institutu olmayan bu Qaydaların 2.2.5.4-cü yarımbəndinin 2-ci abzasında göstərilən hüquqi şəxsdir;

2.2.23.   Aktiv NFE – aşağıdakı meyarlardan hər hansı birinə cavab verən istənilən NFE:

2.2.23.1. NFE-nin əvvəlki təqvim ili və ya digər müvafiq hesabat dövrü ərzində ümumi gəlirinin 50 faizindən az hissəsi passiv gəlirdir və NFE-yə məxsus aktivlərin 50 faizindən az hissəsi passiv gəlir gətirir və ya passiv gəlirin götürülməsi üçün saxlanılır. Passiv gəlirlərə Vergi Məcəlləsinin 13.2.12-ci maddəsinin 2-ci abzasında və 99.3.1-99.3.9-cu maddələrində göstərilən gəlirlər (maliyyə aktivləri ilə bağlı diler kimi müntəzəm çıxış edən NFE-yə münasibətdə bu dilerin adi fəaliyyəti ilə bağlı hər hansı əməliyyatdan əldə olunan hər hansı gəlir istisna olmaqla) aiddir;

2.2.23.2. NFE-nin səhmləri tənzimlənən qiymətli kağızlar bazarında mütəmadi olaraq ticarət olunur və ya NFE səhmləri tənzimlənən qiymətli kağızlar bazarında mütəmadi olaraq ticarət olunan hüquqi şəxslə əlaqəli hüquqi şəxsdir;

2.2.23.3. NFE dövlət orqanı, beynəlxalq təşkilat və ya Mərkəzi Bank, yaxud dövlət, beynəlxalq təşkilat və ya Mərkəzi Bankın təsis etdiyi hüquqi şəxsdir;

2.2.23.4. NFE-nin fəaliyyətinin əhəmiyyətli hissəsi bir və ya bir neçə törəmə müəssisənin dövriyyəyə buraxılmış səhmlərinin saxlanılması (tamamilə və ya qismən) və ya onlara maliyyə xidmətinin göstərilməsindən ibarətdir. Həmin törəmə müəssisələr ticarət fəaliyyəti və ya maliyyə institutunun fəaliyyətindən fərqli olan digər sahibkarlıq fəaliyyəti ilə məşğuldurlar. Hüquqi şəxs investisiya fondu (məsələn, özəl pay fondu, vençur kapital fondu, borc kapitalı hesabına nəzarət paketlərinin alınması fondu, yaxud məqsədi şirkətləri almaq və ya maliyyələşdirmək və sonradan həmin şirkətlərdəki maraqlardan investisiya üçün kapital aktivləri kimi istifadə etmək olan hər hansı digər investisiya vasitəçisi) kimi fəaliyyət göstərdiyi halda NFE statusu əldə etməyəcəkdir;

2.2.23.5. NFE tərəfindən fəaliyyəti üzrə hər hansı əməliyyatın aparılmamasına baxmayaraq, maliyyə institutunun fəaliyyətindən fərqli sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün səhmlərə kapital qoyuluşu edir, bu şərtlə ki, NFE-nin təşkil edilmə tarixindən 24 ay keçməsin;

2.2.23.6. NFE son beş ildə maliyyə institutu olmamışdır və maliyyə institutunun əməliyyatlarından fərqli olan digər sahibkarlıq fəaliyyəti davam etdirmək və ya bərpa etmək niyyəti ilə öz aktivlərinin satılması və ya yenidən təşkil olunma prosesindədir;

2.2.23.7. NFE maliyyə institutu olmayan əlaqəli hüquqi şəxslərlə və ya onlar üçün əsasən maliyyə və hedc əməliyyatları ilə məşğul olur və əlaqəli hüquqi şəxs olmayan hər hansı hüquqi şəxsə maliyyə və ya hedc xidmətləri göstərmir, bu şərtlə ki, həmin əlaqəli hüquqi şəxslər maliyyə institutunun əməliyyatlarından fərqli olan digər sahibkarlıq fəaliyyəti ilə məşğul olsunlar;

2.2.23.8. NFE aşağıdakı tələblərin hamısına cavab verir:

  1. rezidenti olduğu dövlətdə müstəsna olaraq dini, xeyriyyə, elmi, incəsənət, mədəni, idman və ya təhsil məqsədləri baxımından təsis edilmiş və idarə olunan; və ya o, rezidenti olduğu dövlətdə təsis edilmiş və idarə olunan və peşəkar birlik, sahibkarlar liqası, ticarət palatası, əmək təşkilatı, kənd təsərrüfatı və ya bağçılıq təşkilatı, şəhər liqası və ya müstəsna olaraq sosial rifahın təşviqi üçün fəaliyyət göstərən təşkilatdır;
  2. rezidenti olduğu dövlətdə gəlir vergisindən azad edilmişdir;
  3. onun gəlir və ya kapitalında mülkiyyətçi və ya benefisiar maraqları olan payçıları və ya üzvləri yoxdur;
  4. rezidenti olduğu dövlətin tətbiq edilən qanunvericiliyi və ya NFE-nin təsis sənədləri NFE-nin hər hansı gəlirlərinin və ya aktivlərinin fiziki şəxs və ya xeyriyyə təşkilatı olmayan təşkilata bölüşdülməsinə və ya onların xeyrinə istifadə edilməsinə icazə vermir (NFE-nin xeyriyyə fəaliyyətinin həyata keçirilməsinə uyğun olaraq və ya göstərilən xidmətlərin əvəzinin ədalətli şəkildə ödənilməsi, yaxud NFE-nin  əldə etdiyi əmlakın ədalətli bazar qiymətini nəzərdə tutulan ödənişin edilməsi halları istisna olmaqla); və
  5. rezidenti olduğu dövlətin tətbiq edilən qanunvericiliyi və ya NFE-nin təsis sənədləri NFE-nin ləğv edilməsi və ya fəaliyyətinə xitam verilməsi hallarında onun bütün əmlakının dövlət orqanına və ya digər qeyri-kommersiya təşkilatına ötürülməsini və ya NFE-nin rezidenti olduğu dövlətin və ya onun hər hansı siyasi və ya inzibati ərazi vahidinin balansına keçməsini tələb edir.

2.2.24.   Hesab sahibi – hesabın mövcud olduğu maliyyə institutu tərəfindən maliyyə hesabının sahibi kimi qeyd edilmiş və ya müəyyənləşdirilmiş şəxsdir. Digər şəxslərin xeyrinə və ya onların adından maliyyə hesabına malik olan və maliyyə institutu olmayan şəxs (agent, depozitar, nominal saxlayıcı, imzalayan şəxs, investisiya məsləhətçisi və ya vasitəçi) hesab sahibi sayılmır, bu halda hesab sahibi qismində həmin digər şəxslər çıxış edirlər. Həyatın yığım sığortası və ya annuitet sığortası müqaviləsi üzrə nağd pul dəyərini əldə etmək və ya müqavilədə faydalanan şəxsi dəyişmək hüququna malik istənilən şəxs hesab sahibi sayılır. Nağd pul dəyərini əldə etmək və ya müqavilədə faydalanan şəxsi dəyişmək hüququna malik şəxs mövcud olmadığı təqdirdə, müqavilədə sahib kimi qeyd edilən və ya müqavilənin şərtlərinə əsasən ödənişi almaq hüququ verilmiş istənilən şəxs hesab sahibi sayılır. Həyatın yığım sığortası və ya annuitet sığortası müqaviləsinin icra edilməsi vaxtı çatdıqda müqaviləyə əsasən ödəniş almaq hüququna malik olan hər bir şəxs hesab sahibi sayılır.

2.2.25.   Hərtərəfli yoxlama prosedurları – bu Qaydaların tələblərinə (o cümlədən AML/KYC prosedurlarının nəticəsi olaraq əldə edilən məlumatlara) uyğun olaraq hesabat verilməli hesabların müəyyənləşdirilməsi məqsədilə hesabat verən maliyyə institutu tərəfindən aparılan daxili prosedurlar;

2.2.26.   AML/KYC (Anti Money Laundering/Know Your Customer – Çirkli Pulların Yuyulmasına Qarşı Mübarizə/Öz Müştərini Tanı) prosedurları –çirkli pulların yuyulmasına qarşı mübarizə və oxşar tələblərin yerinə yetirilməsi üçün hesabat verən maliyyə institutu tərəfindən həyata keçirilən müştərilərin hərtərəfli yoxlanılması prosedurlarıdır;

2.2.27.   Əlaqəli hüquqi şəxslər – hüquqi şəxslərdən biri digər hüquqi şəxsə nəzarət edir, yaxud hər iki hüquqi şəxs ümumi nəzarət altındadır. Bu yarımbənddə nəzarət dedikdə hüquqi şəxsdə səsvermə hüququnun və hüquqi şəxsin nizamnamə kapitalında iştirak payının 50 faizdən çoxuna birbaşa və ya dolayısı ilə sahiblik nəzərdə tutulur;

2.2.28.   VÖEN – vergi ödəyicisinin eyniləşdirmə nömrəsidir (VÖEN olmadıqda, analoji eyniləşdirmə nömrəsi);

2.2.29.   Yazılı dəlillər aşağıdakılardan hər hansı birini ehtiva edir:

2.2.29.1. ödənişi alan şəxsə rezidenti olduğunu iddia etdiyi ölkənin səlahiyyətli orqan tərəfindən verilən rezidentlik arayışı;

2.2.29.2. fiziki şəxsə münasibətdə səlahiyyətli orqan tərəfindən verilən və şəxsin adını göstərən və bir qayda olaraq, identifikasiya məqsədi üçün istifadə olunan şəxsiyyəti təsdiq edən istənilən etibarlı sənəd;

2.2.29.3. hüquqi şəxsə münasibətdə səlahiyyətli orqan tərəfindən verilən və hüquqi şəxsin adını, rezidenti olduğunu iddia etdiyi ölkədə olan baş ofisinin ünvanını, yaxud hüquqi şəxsin qeydiyyatdan keçdiyi və ya təşkil edildiyi ölkədə ünvanını göstərən hər hansı rəsmi sənəd;

2.2.29.4. istənilən maliyyə hesabatı, üçüncü tərəfin kredit hesabatı, iflasın elanı və ya qiymətli kağızlar üzrə tənzimləyicinin hesabatı.

2.2.30.   Hesabat verən maliyyə institutunun sərəncamında olan məlumatlar – hesab sahiblərinə məxsus olmaqla kağız daşıyıcılar və (və ya) elektron məlumat bazasında saxlanılan məlumatlar.

2.2.31.   Özünüqiymətləndirmə sənədi – fiziki və hüquqi şəxslərin vergi rezidentliyinin müəyyən edilməsi məqsədilə hesabat verən maliyyə institutu tərəfindən əldə edilən sənəd.

 3.   Amerika Birləşmiş Ştatlarının hüquqi və fiziki şəxslərinə məxsus və barəsində hesabat verilməli hesabların müəyyən edilməsi ilə bağlı hərtərəfli yoxlama prosedurları

3.1.    Hesabat verən maliyyə institutu Amerika Birləşmiş Ştatlarının hüquqi və fiziki şəxslərinə məxsus və barəsində hesabat verilməli hesabların (bundan sonra – ABŞ-ın hesabat verilməli hesabları)  müəyyənləşdirilməsi məqsədilə bu Qaydaların 3-cü hissəsində əks olunan hərtərəfli yoxlama prosedurlarını həyata keçirməlidir.

3.2.    Açılma tarixinə görə hüquqi və fiziki şəxslərə məxsus hesablar aşağıdakılara bölünür:

3.2.1.   əvvəlcədən mövcud olan hesablar – 1 iyul 2014-cü il tarixinədək hesabat verən maliyyə institutunda mövcud olan hesablar;

3.2.2.   yeni hesablar – 1 iyul 2014-cü il tarixində və ya bu tarixdən sonra hesabat verən maliyyə institutunda açılan hesablar.

3.3.    Fiziki şəxslərin əvvəlcədən mövcud olan aşağıdakı hesablarının ABŞ-ın hesabat verilməli hesablar olmasının müəyyən edilməsi və ya barəsində hesabat verilməsi tələb edilmir:

3.3.1.   30 iyun 2014-cü il tarixinə qalığı və ya dəyəri 50 000 ABŞ dollarını keçməyən hesablar və 250 000 ABŞ dollarını keçməyən həyatın yığım sığortası müqaviləsi üzrə hesablar;

3.3.2.   Azərbaycan Respublikasının qanunvericiliyində həyatın yığım sığortası müqaviləsi və ya annuitet sığortası müqaviləsinin tərəfi qismində qeyri-rezidentlərin (o cümlədən, ABŞ rezidentlərinin) olmaması nəzərdə tutulduğu halda, həmin müqavilə olan fiziki şəxslərin əvvəlcədən mövcud olan hesabları.

3.3.3.   qalığı 50 000 ABŞ dollarını keçməyən bank hesabları.

3.4.    Yoxlanılması, müəyyən edilməsi və barəsində hesabat verilməsi tələb edilən fiziki şəxslərin əvvəlcədən mövcud olan hesablarının aşağıdakı növləri vardır:

3.4.1.   aşağı dəyərli hesablar – 30 iyun 2014-cü il tarixinə qalığı və ya dəyəri 50 000 ABŞ dollarını (həyatın yığım sığortası müqaviləsi üzrə isə nağd pul dəyəri 250 000 ABŞ dollarını) keçən, lakin 1 000 000 ABŞ dollarını keçməyən əvvəlcədən mövcud olan hesablar;

3.4.2.   yüksək dəyərli hesablar – 30 iyun 2014-cü il tarixinə və ya hər hansı növbəti təqvim ilinin 31 dekabr tarixinə qalığı və ya dəyəri 1 000 000 ABŞ dollarını keçən əvvəlcədən mövcud olan hesablar.

3.5.    Fiziki şəxslərin aşağı dəyərli hesabları üzrə hərtərəfli yoxlama prosedurları aşağıdakı qaydada həyata keçirilir:

3.5.1.   Hesabat verən maliyyə institutu fiziki şəxslərin aşağı dəyərli hesabları üzrə barəsində hesabat verilməli hesabların müəyyənləşdirilməsi məqsədilə aşağıdakı əlamətlər nəzərə alınmaqla elektron məlumat bazasında olan məlumatlar əsasında axtarış (bundan sonra –  elektron axtarış) aparmalıdır:

3.5.1.1.    hesab sahibinin ABŞ vətəndaşı və ya rezidentliliyinin identifikasiyası;

3.5.1.2.    hesab sahibinin ABŞ-da anadan olmasına dair dəqiq göstərici;

3.5.1.3.    ABŞ-da cari poçt və ya yaşayış ünvanı;

3.5.1.4.    ABŞ-a aid telefon nömrəsi;

3.5.1.5.    ABŞ-da olan hesaba vəsaitin  köçürülməsinə dair verilmiş uzunmüddətli ödəniş tapşırıqları;

3.5.1.6.    ABŞ-da ünvanı olan şəxsə hesab ilə əlaqədar verilmiş qüvvədə olan etibarnamə və ya imza hüququ;

3.5.1.7.    hesabat verən maliyyə institutunun elektron məlumat bazasında hesab sahibinə məxsus yeganə ünvanın “saxlanılmış poçt” və ya “nümayəndə” ünvanı.

3.5.2.   Əvvəlcədən mövcud aşağı dəyərli hesabı olan fiziki şəxslərdə ABŞ-dan kənarda yerləşən istənilən “saxlanılmış poçt” və ya “nümayəndə” ünvanı ABŞ əlaməti hesab olunmur. 

3.5.3.   Hesabat verən maliyyə institutu elektron axtarış zamanı aşağı dəyərli hesabı olan fiziki şəxslərdə bu Qaydaların 3.5.1-ci yarımbəndində göstərilən ABŞ əlamətlərindən heç birini aşkar etməzsə, aşağıdakı hallardan biri baş verməyənə qədər hesabat verən maliyyə institutu tərəfindən hesabla bağlı bu Qaydalara uyğun olaraq hər hansı tədbirin görülməsi tələb olunmur:

3.5.3.1.    hesabla əlaqəli bu Qaydaların 3.5.1-ci yarımbəndində göstərilən ABŞ əlamətlərindən biri və ya bir neçəsinin sonradan meydana çıxması;

3.5.3.2.    hesabın sonradan yüksək dəyərli hesaba çevrilməsi.

3.5.4.   Elektron axtarış zamanı fiziki şəxslərlə bağlı bu Qaydaların 3.5.1-ci yarımbəndində göstərilən əlamətlərin hər hansı biri aşkar edilərsə və ya hesabla əlaqəli bir və ya bir neçə əlamətin sonradan meydana çıxmasına səbəb olan dəyişiklik olarsa, hesabat verən maliyyə institutu bu Qaydaların 3.5.5-ci yarımbəndində göstərilən istisnalardan birini tətbiq etmək barədə qərar verməyənə kimi hesaba ABŞ-ın hesabat verilməli hesabı kimi yanaşmalıdır.

3.5.5.   Elektron axtarış zamanı fiziki şəxslərlə bağlı bu Qaydaların 3.5.1-ci yarımbəndində göstərilən əlamətlərin hər hansı birinin aşkar edilməsinə və ya həmin əlamətlərin sonradan meydana çıxmasına baxmayaraq, aşağıdakı hallarda hesabat verən maliyyə institutunun hesaba ABŞ-ın hesabat verilməli hesabı kimi yanaşması tələb olunmur:

3.5.5.1.    bu Qaydaların 3.5.1.2-ci bəndində göstərilən əlamət aşkar edildikdə, hesabat verən maliyyə institutu aşağıdakı sənədlərin hər birini əldə edirsə və ya daha əvvəl əldə etmişdirsə:

  1. hesab sahibinin vergi məqsədləri üçün ABŞ vətəndaşı və ya rezidenti olmamasına dair özünüqiymətləndirmə sənədi (W-8 BEN forması və digər analoji sənəd);
  2. hesab sahibinin ABŞ-dan fərqli ölkənin vətəndaşı olduğunu təsdiq edən rəsmi sənədi (pasport və ya digər eyniləşdirmə sənədi);
  3. hesab sahibinin ABŞ vətəndaşlığını itirdiyini təsdiq edən rəsmi sənədin surəti. Əgər belə bir rəsmi sənəd mövcud deyildirsə, ABŞ vətəndaşlığından çıxmasına baxmayaraq, bu rəsmi sənədə sahib olmamasının səbəblərini göstərən əsaslı izahat və ya ABŞ-da doğulmasına baxmayaraq, ABŞ vətəndaşlığı əldə etməməsinin səbəblərini göstərən əsaslı izahat təqdim edilməlidir.

3.5.5.2.    Bu Qaydaların 3.5.1.3-3.5.1.7-ci yarımbəndlərində göstərilən əlamətlərdən hər hansı biri və ya bir neçəsi aşkar edildikdə, hesabat verən maliyyə institutu aşağıdakı sənədlərin hər birini əldə edirsə və ya daha əvvəl əldə etmişdirsə:

  1. hesab sahibinin vergi məqsədləri üçün ABŞ vətəndaşı və ya rezidenti olmamasına dair özünüqiymətləndirmə sənədi (W-8 BEN forması və digər analoji sənəd);
  2. hesab sahibinin ABŞ statusunun olmamasını sübut edən bu Qaydaların 3.5.5-ci yarımbəndində göstərilmiş hər hansı yazılı dəlil.

3.5.5.3.    Fiziki şəxslərin aşağı dəyərli hesablarına əlavə olaraq aşağıdakı prosedurlar şamil edilir:

  1. 30 iyun 2016-cı il fiziki şəxslərin aşağı dəyərli hesablarında ABŞ əlamətlərinin nəzərdən keçirilməsinin başa çatma tarixidir.
  2. Bu Qaydaların 3.3.3-cü yarımbəndində göstərilən bank hesabları istisna olmaqla, ABŞ-ın hesabat verilməli hesabı kimi müəyyən olunan istənilən əvvəlcədən mövcud olan hesaba hesab sahibi ABŞ vətəndaşlığından və ya rezidentliyindən çıxanadək növbəti təqvim illərində ABŞ-ın hesabat verilməli hesabı kimi yanaşılmalıdır.

3.6.    Fiziki şəxslərin yüksək dəyərli hesabları üzrə hərtərəfli yoxlama prosedurları aşağıdakı qaydada həyata keçirilir:

3.6.1.   Hesabat verən maliyyə institutu yüksək dəyərli hesabları olan fiziki şəxslərlə bağlı bu Qaydaların 3.5.1-ci yarımbəndində göstərilən ABŞ əlamətlərini müəyyən etmək üçün əvvəlcə elektron axtarış aparmalıdır.

3.6.2.   Hesabat verən maliyyə institutunun elektron məlumat bazasında bu Qaydaların 3.6.4-cü yarımbəndində göstərilən bütün məlumatlar üçün bölmələr ehtiva olunarsa və müvafiq məlumatlar həmin bölmələrdə mövcuddursa, elektron axtarışa əlavə olaraq kağız daşıyıcılarda saxlanılan məlumatların axtarılması tələb olunmur.  

3.6.3.    Hesabat verən maliyyə institutunun elektron məlumat bazasında bu Qaydaların 3.6.4-cü yarımbəndində göstərilən məlumatların hamısının mövcud olmadığı halda, hesabat verən maliyyə institutu yüksək dəyərli hesabları olan fiziki şəxslərlə bağlı bu Qaydaların 3.5.1-ci yarımbəndində göstərilən əlamətləri müəyyən etmək üçün müştəri ilə bağlı sənəd qovluğunu nəzərdən keçirməli və həmin sənəd qovluğunda müvafiq məlumatlar olmadığı təqdirdə, hesabla əlaqədar hesabat verən maliyyə institutu tərəfindən son beş ildə əldə olunmuş aşağıdakı sənədlərin hər bir əlamət üzrə axtarışı və yoxlanılması prosesini (bundan sonra – kağız daşıyıcılarda axtarış) həyata keçirməlidir:

3.6.3.1.    hesabla əlaqədar ən son əldə olunmuş yazılı dəlillər;

3.6.3.2.    hesabın açılması üzrə ən yeni müqavilə və ya digər sənədlər;

3.6.3.3.    AML/KYC prosedurlarına uyğun olaraq və ya digər tənzimləmə məqsədləri üçün hesabat verən maliyyə institutu tərəfindən əldə edilən ən yeni sənədlər;

3.6.3.4.    qüvvədə olan etibarnamə və ya imza hüququnu təsdiqləyən hər hansı digər sənədlər;

3.6.3.5.    vəsaitlərin köçürülməsinə dair qüvvədə olan uzunmüddətli ödəniş tapşırıqları.

3.6.4.   Hesabat verən maliyyə institutunun elektron məlumat bazasında aşağıdakı məlumatlar ehtiva edildikdə, həmin maliyyə institutu tərəfindən bu Qaydaların 3.6.3-cü yarımbəndində göstərilən kağız daşıyıcılarda axtarış aparılması tələb edilmir:

3.6.4.1.    hesab sahibinin vətəndaşlığı və ya rezidentlik statusu;

3.6.4.2.    hesab sahibinin hesabat verən maliyyə institutunun arxivində olan daimi yaşayış və poçt ünvanı;

3.6.4.3.    hesab sahibinin hesabat verən maliyyə institutunun arxivində olan telefon nömrəsi (nömrələri);

3.6.4.4.    hesabdakı vəsaitlərin hər hansı hesaba (hesabat verən maliyyə institutunun digər filialında və ya digər maliyyə institutunda olan hesab daxil olmaqla) köçürülməsi üçün uzunmüddətli ödəniş tapşırıqlarının olub-olmaması;

3.6.4.5.    hesab sahibinin “saxlanılmış poçt” və ya “nümayəndə” ünvanının olub-olmaması; və

3.6.4.6.    hesab üzrə hər hansı etibarnamə və ya imza hüququnun olub-olmaması.

3.6.5.   Bu Qaydaların 3.6.1-3.6.4-cü yarımbəndlərində qeyd edilən elektron və kağız daşıyıcılarda axtarışa əlavə olaraq, müştərilərlə iş üzrə mütəxəssis faktiki olaraq hər hansı bir yüksək dəyərli hesabı (belə yüksək dəyərli hesabla əlaqəli olan istənilən maliyyə hesabları daxil olmaqla) olan fiziki şəxsin ABŞ vətəndaşı və ya rezidenti olmasına dair məlumata malikdirsə, hesabat verən maliyyə institutu həmin hesaba ABŞ-ın hesabat verilməli hesabı kimi yanaşmalıdır.

3.6.6.   Yüksək dəyərli hesabların hərtərəfli yoxlanılması zamanı bu Qaydaların 3.5.1-ci yarımbəndində göstərilən əlamətlərdən heç biri aşkar edilmədikdə və müştərilərlə iş üzrə mütəxəssis tərəfindən hesabın müəyyən olunmuş ABŞ şəxsinə məxsus olması müəyyən edilmədikdə, həmin hesablarla bağlı bu Qaydaların 3.5.1-ci yarımbəndində göstərilən  əlamətlərdən biri və ya bir neçəsi sonradan meydana çıxmayana qədər heç bir tədbirin görülməsi tələb olunmur.

3.6.7.   Yüksək dəyərli hesabların hərtərəfli yoxlanılması zamanı bu Qaydaların 3.5.1-ci yarımbəndində göstərilən əlamətlərdən hər hansı biri aşkar edilərsə və ya həmin əlamətin sonradan meydana çıxması ilə nəticələnən dəyişiklik olarsa və bu Qaydaların 3.5.5-ci yarımbəndində göstərilən istisnalardan biri tətbiq edilməzsə, hesabat verən maliyyə institutu hesaba ABŞ-ın hesabat verilməli hesabı kimi yanaşmalıdır.

3.6.8.   Bu Qaydaların 3.3.3-cü yarımbəndində göstərilən bank hesabları istisna olmaqla, ABŞ-ın hesabat verilməli hesabı kimi müəyyən olunan hər hansı fiziki şəxslərin əvvəlcədən mövcud olan hesabına hesab sahibinin müəyyən olunmuş ABŞ şəxsi olduğu müddətədək bütün növbəti təqvim illərində ABŞ-ın hesabat verilməli hesabı kimi yanaşılmalıdır.

3.6.9.   Fiziki şəxslərin yüksək dəyərli hesablarına əlavə olaraq aşağıdakı prosedurlar şamil edilir:

3.6.9.1.    Əvvəlcədən mövcud olan hesab 30 iyun 2014-cü il tarixinə yüksək dəyərli hesabdırsa, 30 iyun 2015-ci il tarixi hesabat verən maliyyə institutu üçün bu hesabla bağlı bu Qaydaların 3.6.1-3.6.4-cü yarımbəndlərində göstərilən hərtərəfli yoxlama prosedurlarının başa çatdırılma tarixidir. Bu yoxlamaya əsasən belə hesabın 1 yanvar 2015-ci il tarixinədək ABŞ-ın hesabat verilməli hesabı olduğu müəyyən edilərsə, hesabat verən maliyyə institutu həmin hesabla bağlı tələb edilən məlumatları 2014-cü ilə münasibətdə hesab üzrə ilk hesabatda və bundan sonra növbəti hesabat illərində ABŞ-ın Daxili Gəlirlər Xidmətinə ötürülməsi üçün Vergilər Nazirliyinə təqdim etməlidir. Hesabın 31 dekabr 2014-cü il tarixindən 30 iyun 2015-ci il tarixinədək ABŞ-ın hesabat verilməli hesabı olması müəyyən edilərsə, hesabat verən maliyyə institutundan belə hesab barədə 2014-cü il üzrə məlumatların Vergilər Nazirliyinə təqdim edilməsi tələb olunmur, lakin sonrakı illərdə hesab barədə müvafiq məlumatlar ABŞ-ın Daxili Gəlirlər Xidmətinə ötürülməsi üçün Vergilər Nazirliyinə təqdim edilməlidir.

3.6.9.2.    30 iyun 2014-cü il tarixə yüksək dəyərli hesab olmayan fiziki şəxslərin əvvəlcədən mövcud olan hesabı hər hansı növbəti təqvim ilinin son gününə yüksək dəyərli hesaba çevrilərsə, hesabat verən maliyyə institutu bu hesabla bağlı  həmin hesabın yüksək dəyərli hesaba çevrildiyi təqvim ilindən sonrakı təqvim ilinin ilk altı ayı ərzində bu Qaydaların 3.6.1-3.6.4-cü yarımbəndlərində göstərilən hərtərəfli yoxlama prosedurlarını başa çatdırmalıdır. Bu yoxlamaya əsasən hesab ABŞ-ın hesabat verilməli hesabı kimi müəyyən olunarsa, hesabat verən maliyyə institutu, hesab sahibi müəyyən olunmuş ABŞ şəxsi statusunu itirənədək  bu hesabın ABŞ-ın hesabat verilməli hesabı kimi müəyyən olunduğu il və ondan sonrakı illər üzrə hesab barədə bu Qaydaların 5-ci hissəsində göstərilən məlumatları illik əsasda təqdim etməlidir.

3.6.9.3.    Bu Qaydaların 3.6.1-3.6.4-cü yarımbəndlərində göstərilən hərtərəfli yoxlama prosedurları yüksək dəyərli hesaba tətbiq edilərsə, hesabat verən maliyyə institutundan növbəti təqvim illərində həmin yüksək dəyərli hesaba bu prosedurları (müştərilərlə iş üzrə mütəxəssisin sorğuları istisna olmaqla) yenidən tətbiq etmək tələb edilmir. 

3.6.9.4.    Müştərilərlə iş üzrə mütəxəssisə hesab sahibinin bu Qaydaların 3.5.1-ci yarımbəndində göstərilən əlamətlərin yeni yaranması və ya dəyişilməsi barədə məlumat verilərsə və ya həmin mütəxəssis həmin məlumatı özü əldə edərsə, hesabat verən maliyyə institutundan yeni əlaməti hesabla bağlı dəyişiklik kimi qəbul etməsi tələb olunur və o, bu Qaydaların 3.5.5-ci yarımbəndinin tətbiqi barədə qərar qəbul edərsə, hesab sahibindən müvafiq sənədləşməni əldə etməlidir.

3.7.    Fiziki şəxslərin yeni hesabları üzrə hərtərəfli yoxlama prosedurları aşağıdakı qaydada həyata keçirilir:

3.7.1.   Aşağıdakı fiziki şəxslərin yeni hesablarının ABŞ-ın hesabat verilməli hesabları kimi yoxlanılması, müəyyən edilməsi və ya barəsində hesabat verilməsi tələb edilmir:

3.7.1.1.    təqvim ilinin və ya digər müvafiq hesabat dövrünün sonunda hesabın qalığı 50 000 ABŞ dollarını keçməyən bank hesabları;

3.7.1.2.    təqvim ilinin və ya digər müvafiq hesabat dövrünün sonunda  pul dəyəri 50 000 ABŞ dollarını keçməyən həyatın yığım sığortası müqavilələri.

3.7.2.    Yeni hesab açılarkən hesabat verən maliyyə institutu bütün fiziki şəxslərdən özünüqiymətləndirmə sənədini almalıdır.

3.7.3.   Özünüqiymətləndirmə sənədinə əsasən hesab açmaq üçün müraciət etmiş fiziki şəxsin vergi məqsədləri üçün ABŞ rezidentı olduğu müəyyən edilərsə, hesaba ABŞ-ın hesabat verilməli hesabı kimi yanaşılmalı və hesabın sahibi olan fiziki şəxsdən W-9 formasının (ABŞ-da olan VÖEN-i göstərilməklə) doldurulması tələb edilməlidir. Bu məqsədlə hesab sahibi, eyni zamanda, digər ölkənin vergi rezidenti olduğu halda həmin ABŞ vətəndaşına vergi məqsədləri baxımından ABŞ rezidentı kimi yanaşılır.

3.7.4.   Hesab açmaq üçün müraciət etmiş fiziki şəxs tərəfindən özünüqiymətləndirmə sənədi və W formalarından müvafiq olanı təqdim edilmədikdə hesabın açılmasından imtina edilməlidir.

3.7.5.   Özünüqiymətləndirmə sənədinə əsasən hesab sahibində bu Qaydaların 3.5.1.2-3.5.1.7-ci yarımbəndlərində göstərilən bir və ya bir neçə əlamət aşkar edilərsə və bu Qaydaların 3.5.5-ci yarımbəndində nəzərdə tutulan sənədlər təqdim edilməzsə, hesabat verən maliyyə institutu hesaba ABŞ-ın hesabat verilməli hesabı kimi yanaşmalıdır.

3.7.6.   Hesabın açılması, o cümlədən hərtərəfli yoxlama prosedurları ilə əlaqədar hesabat verən maliyyə institutu tərəfindən əldə edilən sənədlərə (AML/KYC prosedurlarına uyğun olaraq toplanan sənədlər də daxil olmaqla) əsasən özünüqiymətləndirmə sənədi, W formasında əks olunmuş məlumatların həqiqiliyi, dəqiqliyi və tamlığı yoxlanılır. Həmin özünüqiymətləndirmə sənədlərində əks olunmuş məlumatların qeyri-düzgün olmasına dair əsaslı şübhələr olduqda, hesabat verən maliyyə institutu özünüqiymətləndirmə sənədini nəzərə almamalı və vergi məqsədləri üçün hesab sahibinin ABŞ vətəndaşı və ya ABŞ rezidenti olmasını müəyyən etmək məqsədilə əsaslı sənəd və ya məlumat əldə etmək üçün tədbirlər görməlidir. Hesabat verən maliyyə institutu əsaslı sənəd və ya məlumat əldə edə bilmədikdə, hesaba ABŞ-ın hesabat verilməli hesabı kimi yanaşmalıdır.

3.8.    Hüquqi şəxslərin əvvəlcədən mövcud olan hesabları üzrə hərtərəfli yoxlama prosedurları aşağıdakı qaydada həyata keçirilir:

3.8.1.   30 iyun 2014-cü il tarixinə qalığı və ya dəyəri 250 000 ABŞ dollarını keçməyən hüquqi şəxslərin əvvəlcədən mövcud olan hesablarının qalığı və ya dəyəri 1 000 000  ABŞ dollarını keçməyənədək həmin hesabın ABŞ-ın hesabat verilməli hesabı kimi yoxlanılması, müəyyən edilməsi və barəsində hesabat verilməsi tələb edilmir.

3.8.2.   Yoxlanılması tələb edilən hüquqi şəxslərin əvvəlcədən mövcud olan hesabları aşağıdakılardır:

3.8.2.1.    30 iyun 2014-cü il tarixinə qalığı və ya dəyəri 250 000 ABŞ dollarını keçən hesablar;

3.8.2.2.    30 iyun 2014-cü il tarixinə qalığı və ya dəyəri 250 000 ABŞ dollarını keçməyən, lakin hər hansı növbəti təqvim ilinin son gününə qalığı və ya dəyəri 1 000 000 ABŞ dollarını keçən hesablar.

3.8.3.   Hesabat verən maliyyə institutu bu Qaydaların 3.8.2-ci yarımbəndində göstərilən hesablardan yalnız aşağıdakı şəxslərə məxsus olan hesablara ABŞ-ın hesabat verilməli hesablar kimi yanaşmalıdır:

3.8.3.1.    müəyyən olunmuş ABŞ şəxsi olan bir və ya bir neçə hüquqi şəxsə;

3.8.3.2.    passiv NFFE-yə (passiv NFFE-nin nəzarət edən şəxslərindən biri və ya bir neçəsi ABŞ vətəndaşı və ya rezidenti olduğu hallarda).

3.8.4.   Əvvəlcədən mövcud olan hesabı olan hüquqi şəxsin müəyyən olunmuş ABŞ şəxsi, nəzarət edən şəxslərindən biri və ya bir neçəsi ABŞ vətəndaşı və ya rezidenti olan passiv NFFE olmasını müəyyən etmək üçün hesabat verən maliyyə institutu tərəfindən hərtərəfli yoxlama prosedurları həyata keçirilməlidir.

3.8.5.   Hərtərəfli yoxlama zamanı hüquqi şəxsin ABŞ-da qeydiyyata alındığı (təşkil edildiyi) və ya ünvanının ABŞ-da olması, ABŞ-da qeydiyyata alınmış və ya ünvanı ABŞ-da olan hüquqi şəxsin filialı və ya nümayəndəliyi olması müəyyən edildikdə, həmin hüquqi şəxs (filial və ya nümayəndəlik) ABŞ şəxsi kimi qəbul olunmalıdır. Bu halda hesabat verən maliyyə institutu hesab sahibindən hesab sahibinin müəyyən olunmuş ABŞ şəxsi olmadığını təsdiq edən özünüqiymətləndirmə sənədi (W formaları və ya digər analoji sənəd) əldə etməyənə və ya mənbəyi bəlli məlumatlara əsasən hesab sahibinin müəyyən olunmuş ABŞ şəxsi olmadığını müəyyənləşdirməyənə qədər hesaba ABŞ-ın hesabat verilməli hesabı kimi yanaşmalıdır.

3.8.6.   Hesabat verən maliyyə institutu ABŞ-ın Daxili Gəlirlər Xidmətinin maliyyə institutları barədə dərc edilən siyahısında olan GIIN-lər və mənbəyi bəlli digər məlumatlar əsasında əvvəlcədən mövcud hesabı olan maliyyə institutunun Azərbaycan Respublikasının və ya digər dövlətin maliyyə institutu olduğunu müəyyən edə bilər. Bu halda, hesabla bağlı heç bir əlavə yoxlama, müəyyən etmə və ya hesabat vermə tədbirinin görülməsi tələb olunmur.

3.8.7.   ABŞ şəxsi və maliyyə institutu kimi müəyyən edilməyən əvvəlcədən mövcud hesabları olan hüquqi şəxslərə münasibətdə hesabat verən maliyyə institutu aşağıdakı halları müəyyən etməlidir:

3.8.7.1.    hesab sahibinin nəzarət edən şəxslərinin olmasını;

3.8.7.2.    hesab sahibinin passiv NFFE olmasını;

3.8.7.3.    hesab sahibinin nəzarət edən şəxslərindən hər hansı birinin ABŞ vətəndaşı və ya rezidenti olmasını.

3.8.8.   Hesabat verən maliyyə institutu bu Qaydaların 3.8.7-ci yarımbəndində göstərilən halları aşkar etmək üçün aşağıda qeyd olunanlara əməl etməlidir:

3.8.8.1.    Hesabat verən maliyyə institutu hesab sahiblərinin nəzarət edən şəxslərinin müəyyən edilməsi üçün AML/KYC prosedurlarına əsasən əldə olunan və saxlanan məlumatlardan istifadə edə bilər;

3.8.8.2.    Hesabat verən maliyyə institutu mənbəyi bəlli məlumatlar əsasında hesab sahibinin aktiv NFFE olduğunu müəyyən edə bilmədiyi təqdirdə, hesab sahibinin passiv NFFE olub-olmadığını müəyyən etmək üçün hesab sahibindən özünüqiymətləndirmə sənədi (W formaları yaxud digər analoji sənəd) tələb etməlidir.

3.8.8.3.    Hesabat verən maliyyə institutu passiv NFFE-nin nəzarət edən şəxslərindən hər hansı birinin ABŞ vətəndaşı və ya rezidenti olmasını müəyyən etmək üçün həmin passiv NFFE-yə məxsus hesablara münasibətdə aşağıdakı mənbələrdən istifadə edir:

  1. qalığı və ya dəyəri 1 000 000 ABŞ dollarını keçməyən əvvəlcədən mövcud hesablarla bağlı AML/KYC prosedurlarına uyğun olaraq əldə olunmuş və saxlanan məlumatlardan;
  2. qalığı və ya dəyəri 1 000 000 ABŞ dollarını keçən əvvəlcədən mövcud olan hesablarla bağlı hesab sahibindən və ya nəzarət edən şəxsdən alınan özünüqiymətləndirmə sənədindən (W fomraları yaxud digər analoji sənəd).

3.8.9.   Bu Qaydaların 3.8.8.3-cü yarımbəndinə əsasən passiv NFFE-nin nəzarət edən şəxslərindən hər hansı birinin ABŞ vətəndaşı və ya rezidenti olduğu müəyyən edilərsə və ya nəzarət edən şəxslərdən hər hansı biri tərəfindən özünüqiymətləndirmə sənədi təqdim edilməzsə, hesaba ABŞ-ın hesabat verilməli hesabı kimi yanaşılmalıdır.

3.8.10.   Əvvəlcədən mövcud olan hüquqi şəxs hesablarına əlavə olaraq aşağıdakı prosedurlar şamil edilir:

3.8.10.1. 30 iyun 2016-ci il tarixi bu Qaydaların 3.8.2.1-ci yarımbəndində göstərilən hesabların yoxlanılması prosedurlarının başa çatma tarixidir.

3.8.10.2. 30 iyun 2014-cü il tarixinə qalığı və ya dəyəri 250 000 ABŞ dollarını keçməyən, lakin hər hansı növbəti təqvim ilinin 31 dekabr tarixinə 1 000 000 ABŞ dollarını keçən əvvəlcədən mövcud hesabların yoxlama prosedurları həmin hesabın qalıq və ya dəyərinin 1 000 000 ABŞ dollarını keçdiyi təqvim ilinin sonuncu günündən 6 ay ərzində başa çatdırılmalıdır.

3.8.10.3. Əvvəlcədən mövcud olan hesablarla bağlı olan sənədlərin, o cümlədən özünüqiymətləndirmə sənədlərinin düzgün olmasına dair əsaslı şübhələr olarsa, hesabat verən maliyyə institutu hesab sahibinin statusunu yenidən müəyyən etmək üçün bu Qaydaların 3.8.4-3.8.9-cu yarımbəndlərində qeyd olunan hərtərəfli yoxlama prosedurlarını həyata keçirməlidir.

3.9.    Hüquqi şəxslərin yeni hesabları üzrə hərtərəfli yoxlama prosedurları aşağıdakı qaydada həyata keçirilir:

3.9.1.   Hüquqi şəxslərin yeni hesabları üzrə ABŞ-ın hesabat verilməli hesablarının müəyyən edilməsi məqsədilə bu Qaydaların 3.9.2-3.9.9-cu yarımbəndləri üzrə hərtərəfli yoxlama prosedurları tətbiq edilir.

3.9.2.   Hüquqi şəxslərin kredit kart hesabı və ya revolver kredit hesab olunan yeni hesablarının yoxlanılması, müəyyən edilməsi və barəsində hesabat verilməsi tələb edilmir, bu şərtlə ki, həmin hesabı açan hesabat verən maliyyə institutu hesab sahibinə məxsus hesabın qalığının 50 000 ABŞ dollarını keçməsini qadağan edən siyasət və prosedurlar tətbiq etsin.

3.9.3.   Bu Qaydaların 3.9.2-ci yarımbəndində qeyd olunmuş hesablar istisna olmaqla, hesabat verən maliyyə institutu hüquqi şəxslərin yeni hesabları ilə bağlı olaraq aşağıdakıları müəyyən etməlidir:

3.9.3.1.    hesab sahibinin müəyyən olunmuş ABŞ şəxsi olmasını;

3.9.3.2.    hesab sahibinin Azərbaycan Respublikasının və ya digər Tərəfdaş Yurisdiksiyanın maliyyə institutu olmasını;

3.9.3.3.    hesab sahibinin iştirakçı maliyyə institutu, əməl edən hesab olunan maliyyə institutu və ya imtiyazlı benefisiar olmasını;

3.9.3.4.    hesab sahibinin aktiv NFFE və ya passiv NFFE olmasını.

3.9.4.   Hesabat verən maliyyə institutu hesab sahibinin aktiv NFFE, Azərbaycan Respublikasının və ya digər Tərəfdaş Yurisdiksiyanın maliyyə institutu olmasını hesab sahibinin GIIN-i və mənbəyi bəlli və ya hesabat verən maliyyə institutunda olan məlumatlar əsasında müəyyən edə bilər.

3.9.5.   Hesab açmaq üçün müraciət etmiş hüquqi şəxsin statusu bu Qaydaların 3.9.4-cü yarımbəndində nəzərdə tutulan qaydada müəyyən edilə bilməzsə, hesabat verən maliyyə institutu tərəfindən həmin hüquqi şəxsdən özünüqiymətləndirmə sənədinin doldurulması tələb edilməlidir.

3.9.6.   Özünüqiymətləndirmə sənədinə əsasən hüquqi şəxsin ABŞ şəxsi olduğu müəyyən edilərsə, hesaba ABŞ-ın hesabat verilməli hesabı kimi yanaşılmalı və hesabın sahibi olan hüquqi şəxsdən W-9 formasının doldurulması tələb edilməlidir.

3.9.7.   Özünüqiymətləndirmə anketinə əsasən:

3.9.7.1.    hesab sahibinin passiv NFFE olduğu aşkar edildikdə, həmin hüquqi şəxsin nəzarət edən şəxslərindən hər hansı birinin ABŞ vətəndaşı və ya rezidenti olub-olmadığı müəyyən edilməlidir. Nəzarət edən şəxslərdən hər hansı birinin ABŞ vətəndaşı və ya rezidenti olduğu müəyyən edilərsə, həmin nəzarət edən şəxsdən W-9 formasının doldurulması tələb edilməli və hesaba ABŞ-ın hesabat verilməli hesabı kimi yanaşılmalıdır.

3.9.7.2.    hesab sahibinin aşağıdakı şəxslər olduğu aşkar edilərsə, hesaba ABŞ-ın hesabat verilməli hesabı kimi yanaşılması və hesabla bağlı hər hansı bir hesabatın təqdim edilməsi tələb olunmur:

  1. müəyyən olunmuş ABŞ şəxsi olmayan ABŞ şəxsi;
  2. Azərbaycan Respublikasının və ya digər Tərəfdaş Yurisdiksiyanın maliyyə institutu;
  3. iştirakçı maliyyə institutu;
  4. əməl edən hesab olunan maliyyə institutu;
  5. imtiyazlı benefisiar;
  6. aktiv NFFE;
  7. nəzarət edən şəxslərindən heç biri ABŞ vətəndaşı və ya rezidenti olmayan passiv NFFE.

3.9.8.   Hesab açmaq üçün müraciət etmiş hüquqi şəxs tərəfindən özünüqiymətlədirmə sənədi, W formalarından müvafiq olanı təqdim edilmədikdə hesabın açılmasından imtina edilməlidir.

3.9.9.    Hesabın açılması, o cümlədən hərtərəfli yoxlama prosedurları ilə əlaqədar hesabat verən maliyyə institutu tərəfindən əldə edilən sənədlərə (AML/KYC prosedurlarına uyğun olaraq toplanan sənədlər də daxil olmaqla) əsasən özünüqiymətləndirmə sənədi, W formasında əks olunmuş məlumatların düzgün olub-olmadığı müəyyən edilməlidir. Həmin özünüqiymətləndirmə sənədlərində əks olunmuş məlumatların səhv olmasına dair əsaslı şübhələr olduqda hesabat verən maliyyə institutu özünüqiymətləndirmə sənədini nəzərə almamalı və hesab sahibinin ABŞ vətəndaşı və ya FATCA statusunu müəyyən etmək məqsədilə yazılı dəlil və ya məlumat əldə etmək üçün tədbirlər görməlidir. Hesabat verən maliyyə institutu yazılı dəlil və ya məlumat əldə edə bilmədikdə, hesaba ABŞ-ın hesabat verilməli hesabı kimi yanaşmalıdır.

 4.   Ümumi Hesabatlılıq Standartı əsasında xarici dövlətlərin fiziki və hüquqi şəxslərinə məxsus hesablar üzrə hərtərəfli yoxlama prosedurları

4.1.    Ümumi Hesabatlılıq Standartı əsasında hesabat verilməli hesabların müəyyənləşdirilməsi məqsədilə hesabat verən maliyyə institutu bu Qaydaların 4-cü hissəsində  əks olunan hərtərəfli yoxlama prosedurlarını həyata keçirməlidir.

4.2.    Açılma tarixinə görə hüquqi və fiziki şəxslərə məxsus hesablar aşağıdakılara bölünür:

4.2.1.   əvvəlcədən mövcud olan hesablar – 1 iyul 2017-ci il tarixinədək hesabat verən maliyyə institutunda mövcud olan hesablar;

4.2.2.   yeni hesablar – 1 iyul 2017-ci il tarixində və ya bu tarixdən sonra hesabat verən maliyyə institutunda açılan hesablar.

4.3.    Azərbaycan Respublikasının qanunvericiliyində həyatın yığım sığortası müqaviləsi və ya annuitet sığortası müqaviləsinin tərəfi qismində qeyri-rezidentlərin olmaması nəzərdə tutulduğu halda, həmin müqavilə üzrə fiziki şəxslərin əvvəlcədən mövcud olan hesablarının hesabat verilməli hesablar olmasının müəyyən edilməsi və ya barəsində hesabat verilməsi tələb edilmir.

4.4.    Yoxlanılması, müəyyən edilməsi və barəsində hesabat verilməsi tələb edilən fiziki şəxslərin əvvəlcədən mövcud olan hesablarının aşağıdakı növləri vardır:

4.4.1.   aşağı dəyərli hesablar – 30 iyun 2017-ci il tarixinə qalığı və ya dəyəri 1 000 000 ABŞ dollarını keçməyən əvvəlcədən mövcud olan hesablar;

4.4.2.   yüksək dəyərli hesablar – 30 iyun 2017-ci il tarixinə və ya hər hansı növbəti təqvim ilinin 31 dekabr tarixinə qalığı və ya dəyəri 1 000 000 ABŞ dollarını keçən əvvəlcədən mövcud olan hesablar.

4.5.    Fiziki şəxslərin aşağı dəyərli hesabları üzrə hərtərəfli yoxlama prosedurları aşağıdakı qaydada həyata keçirilir:

4.5.1.   Hesabat verən maliyyə institutu fiziki şəxslərin aşağı dəyərli hesabları üzrə barəsində hesabat verilməli hesabların müəyyənləşdirilməsi məqsədilə aşağıdakı metodların tətbiqi barədə qərar qəbul edə bilər:

4.5.1.1. Rezidentlik ünvanı testi;

4.5.1.2. Elektron axtarış.

4.5.2.    Hesabat verən maliyyə institutunda fiziki şəxs olan hesab sahibinin rezident olduğu xarici dövlətdə daimi yaşadığı ünvanı (bundan sonra – faktiki rezidentlik ünvanı) barədə məlumat mövcud olarsa, bu zaman hesabat verən maliyyə institutu rezidentlik ünvanı testinin tətbiqi barədə qərar qəbul edə bilər.

4.5.3.   Hesabat verən maliyyə institutu aşağıdakı şərtlərə cavab verən rezidentlik ünvanına əsaslanaraq fiziki şəxs olan hesab sahibinə həmin ünvanın aid olduğu dövlətin vergi məqsədləri üçün rezidenti kimi yanaşa bilər:

4.5.3.1. rezidentlik ünvanı barədə məlumat mövcuddur;

4.5.3.2. rezidentlik ünvanı faktikidir;

4.5.3.3. rezidentlik ünvanı yazılı dəlillərə əsaslanır.

4.5.4.   Hesabat verən maliyyə institutunun sərəncamında olan məlumatlarda hesab sahibi ilə əlaqədar qeyd olunan və ona məxsus ən son daimi yaşadığı ünvan faktiki rezidentlik ünvanı hesab olunur.

4.5.5.    Hesabat verən maliyyə institutunun sərəncamında olan məlumatlarda göstərilən ən son daimi yaşadığı ünvan əvvəllər poçt məqsədləri üçün istifadə olunmuşdursa və bu ünvana göndərilən hər hansı sənəd və ya məktub geri qayıtmışdırsa, yaxud ünvana çatmamışdırsa (texniki səbəblər istisna olmaqla), həmin ünvan faktiki rezidentlik ünvanı kimi qəbul oluna bilməz.

4.5.6.   Bu Qaydaların 4.5.5-ci yarımbəndində qeyd olunan hallardan asılı olmayaraq, qeyri-aktiv hesaba münasibətdə hesabat verən maliyyə institutunun sərəncamında olan məlumatlarda  fiziki şəxs olan hesab sahibi ilə bağlı göstərilən ən son rezidentlik ünvanı hesabın qeyri-aktiv olduğu müddətdə faktiki qəbul olunur. Bu yarımbəndin məqsədləri üçün hesab (annuitet sığortası müqaviləsi istisna olmaqla) aşağıdakı hallar baş verdikdə qeyri-aktiv hesab olunur:

4.5.6.1. son üç ildə hesab sahibinin həmin hesabla və ya hesabat verən maliyyə institutunda olan hər hansı digər hesabı ilə bağlı heç bir əməliyyat aparmaması;

4.5.6.2. son altı ildə hesab sahibinin həmin hesabla bağlı və ya hesabat verən maliyyə institutunda olan hər hansı digər hesabı ilə bağlı hesabat verən maliyyə institutu ilə əlaqə yaratmaması;

4.5.6.3. həyatın yığım sığortası müqaviləsinə münasibətdə son altı ildə hesabat verən maliyyə institutunun həmin hesabla bağlı və ya hesabat verən maliyyə institutunda olan hər hansı digər hesabı ilə bağlı hesab sahibi ilə əlaqə yaratmaması;

4.5.6.4. hesabın qeyri-aktiv hesab olunması ilə bağlı bu Qaydaların 4.5.6.1-4.5.6.3-cü yarımbəndlərində göstərilməyən analoji hallar.

4.5.7.    Bu Qaydaların 4.5.6-cı yarımbəndinə uyğun olaraq qeyri-aktiv hesab olunan hesab aşağıdakı hallardan biri baş verdikdə aktiv hesaba çevrilir:

4.5.7.1. hesab sahibinin həmin hesabla və ya hesabat verən maliyyə institutunda olan hər hansı digər hesabı ilə bağlı əməliyyat aparması;

4.5.7.2. hesab sahibinin həmin hesabla və ya hesabat verən maliyyə institutunda olan hər hansı digər hesabı ilə bağlı hesabat verən maliyyə institutu ilə əlaqə yaratması;

4.5.7.3. hesabın aktiv hesaba çevrilməsi ilə bağlı analoji hallar.

4.5.8.   Bu Qaydaların 4.5.3.3-cü yarımbəndinin tələbi o halda təmin edilmiş hesab olunur ki, hesabat verən maliyyə institutunun sərəncamında olan məlumatlarda faktiki rezidentlik ünvanı yazılı dəlillərdə (məsələn, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, səsvermə kartı və ya rezidentlik sertifikatı) qeyd olunan ünvanla eynilik təşkil etsin və ya müvafiq xarici dövlətə aid olsun. Şəxsiyyəti təsdiq edən sənədlərdə (pasport, identifikasiya kartı və s.) ən son daimi yaşadığı ünvan və ya ümumiyyətlə hər hansı ünvan qeyd olunmadığı halda, faktiki rezidentlik ünvanı kimi səlahiyyətli dövlət orqanı və ya digər qurum tərəfindən verilmiş ən son sənədlərdə (məsələn, dövlət vergi orqanı tərəfindən verilmiş bildirişlər, kommunal xidmətlərdən istifadəyə dair bildirişlər, qəbzlər və ya digər sənədlər) qeyd olunan ünvan əsas götürülür.

4.5.9.    Hesab AML/KYC tələblərinin Azərbaycan Respublikasında tətbiq edilməsi barədə qanunvericilik qüvvəyə minənədək açılmışdırsa, hesabat verən maliyyə institutunun sərəncamında olan məlumatlarda faktiki rezidentlik ünvanı həmin maliyyə institutunun əldə etdiyi ən son sənədlərdə (məsələn, dövlət vergi orqanı tərəfindən verilmiş bildirişlər, kommunal xidmətlərdən istifadəyə dair bildiriş və ya qəbzlər, daşınmaz əmlakın icarəsinə dair sənəd və ya digər sənədlər) olan ünvan hesab olunur. Bu yarımbənddə nəzərdə tutulan hesaba münasibətdə hesabat verən maliyyə institutundan tələb olunur ki, faktiki rezidentlik ünvanının dəqiqləşdirilməsi ilə bağlı hesab sahibi ilə əlaqə saxlayaraq müvafiq yazılı dəlillərin əldə olunması üçün tədbirlər görsün.  

4.5.10.    Həyatın yığım sığortası müqaviləsinə münasibətdə faktiki rezidentlik ünvanının hesabat verən maliyyə institutu tərəfindən qeyri-düzgün hesab edilməsi və ya hesab edilməyə əsas olmasına səbəb olan dəyişikliyin baş verməsinədək və ya müqavilənin ödəniş (tam və ya qismən) tarixinədək hesabat verən maliyyə institutunun sərəncamında olan məlumatlardakı faktiki rezidentlik ünvanı əsas götürülə bilər.

4.5.11.   Rezidentlik ünvanı testinə əsaslanan hesabat verən maliyyə institutunun yazılı dəlilləri qeyri-düzgün və ya əsassız hesab etməsi, yaxud hesab etməyə əsası olmasına səbəb olan dəyişiklik baş verərsə, həmin maliyyə institutu müvafiq təqvim ilinin və ya digər hesabat dövrünün sonunadək, yaxud bu cür dəyişikliyin aşkar edilməsindən sonra 90 günədək (göstərilən müddətlərdən daha geci tətbiq olunmaq şərtilə) hesab sahibinin vergi məqsədləri üçün rezidentliyini müəyyən etmək üçün özünüqiymətləndirmə sənədi və yeni yazılı dəlillər əldə etməlidir. Bu Qaydaların 4.5.10-4.5.11-ci yarımbəndlərindəki “dəyişikliyin baş verməsi” dedikdə hesab sahibinin rezidentlik statusunun müəyyənləşdirilməsinə təsir edəcək istənilən dəyişiklik (bu Qaydaların 4.5.12-ci yarımbəndində göstərilən əlamətlərin sonradan meydana çıxması) nəzərdə tutulur. Hesabat verən maliyyə institutu qeyd olunan müddət ərzində özünüqiymətləndirmə sənədi və yeni yazılı dəlillər əldə edə bilmirsə, bu Qaydaların 4.5.12-ci yarımbəndinə uyğun olaraq elektron axtarış aparmalıdır.

4.5.12.    Faktiki rezidentlik ünvanı testinin tətbiqi barədə qərar qəbul etməyən hesabat verən maliyyə institutu fiziki şəxslərin aşağı dəyərli hesabları üzrə hesabat verilməli hesabların müəyyənləşdirilməsi məqsədilə aşağıdakı əlamətlər nəzərə alınmaqla elektron məlumat bazasında olan məlumatlar əsasında axtarış (bundan sonra –  elektron axtarış) aparmalıdır:

4.5.12.1.    hesab sahibinin xarici dövlətin rezidenti kimi identifikasiyası;

4.5.12.2.    xarici dövlətdə cari poçt və ya yaşayış ünvanı (abunə qutusu ünvanı daxil olmaqla);

4.5.12.3.    xarici dövlətdə bir və ya bir neçə telefon nömrəsinin olması və Azərbaycan Respublikasına aid telefon nömrəsinin olmaması;

4.5.12.4.    xarici dövlətdə saxlanılan hesaba vəsaitin köçürülməsinə dair bank hesabları istisna olmaqla digər hesablar üzrə verilmiş uzunmüddətli ödəniş tapşırıqları;

4.5.12.5.    xarici dövlətdə ünvanı olan şəxsə hesab ilə əlaqədar verilmiş qüvvədə olan etibarnamə və ya imza hüququ;

4.5.12.6.    “poçtun saxlanması” göstərişi və ya hesabat verən maliyyə institutunun elektron məlumat bazasında hesab sahibinə məxsus yeganə ünvanın xarici dövlətə aid “vasitəçi” ünvanı.

4.5.13.    Hesabat verən maliyyə institutu elektron axtarış zamanı aşağı dəyərli hesabı olan fiziki şəxslərdə bu Qaydaların 4.5.12-ci yarımbəndində göstərilən əlamətlərdən heç birini aşkar etməzsə, aşağıdakı hallardan biri baş verməyənə qədər hesabat verən maliyyə institutu tərəfindən hesabla bağlı hər hansı tədbirin görülməsi tələb olunmur:

4.5.13.1.    hesabla əlaqəli bu Qaydaların 4.5.12-ci yarımbəndində göstərilən əlamətlərdən biri və ya bir neçəsinin sonradan meydana çıxması;

4.5.13.2.    hesabın sonradan yüksək dəyərli hesaba çevrilməsi.

4.5.14.     Elektron axtarış zamanı fiziki şəxslərlə bağlı bu Qaydaların 4.5.12-ci yarımbəndində göstərilən əlamətlərin hər hansı biri aşkar edilərsə və ya hesabla əlaqəli bir və ya bir neçə əlamətin meydana çıxmasına səbəb olan dəyişiklik olarsa, hesabat verən maliyyə institutu bu Qaydaların 4.5.17-ci yarımbəndində göstərilən istisnanı tətbiq etmək barədə qərar verməyənə kimi hesab sahibinə aşkar edilmiş hər bir əlamətə uyğun olaraq müvafiq xarici dövlətin rezidenti kimi yanaşmalıdır.

4.5.15.   Elektron axtarış zamanı hesab sahibi barədə yalnız bu Qaydaların 4.5.12.6-cı yarımbəndində göstərilən əlamət aşkar olunarsa və hər hansı digər ünvan aşkar olunmazsa, hesabat verən maliyyə institutu tərəfindən hesab sahibinin rezidentliyinin müəyyənləşdirilməsi üçün aşağıdakı tədbirlərdən biri görülməlidir:

4.5.15.1.    bu Qaydaların 4.6.3-cü yarımbəndində qeyd olunan kağız daşıyıcılarda axtarış aparılmalı;

4.5.15.2.    hesab sahibinin vergi məqsədləri üçün rezidentliyinin müəyyənləşdirilməsi üçün özünüqiymətləndirmə sənədi və ya yazılı dəlillər əldə edilməlidir.

4.5.16.   Bu Qaydaların 4.15-ci bəndinin tələblərinə uyğun olaraq kağız daşıyıcılarda aparılmış axtarış nəticəsində hər hansı əlamət aşkar edilmədikdə və özünüqiymətləndirmə sənədi və ya yazılı dəlillər əldə etmək mümkün olmadıqda hesabat verən maliyyə institutu həmin hesab barəsində sənədləşdirilməmiş hesab kimi hesabat verməlidir.   

4.5.17.   Elektron axtarış zamanı fiziki şəxslərlə bağlı bu Qaydaların 4.5.12.2-4.5.12.5-ci yarımbəndlərində göstərilən əlamətlərin hər hansı birinin aşkar edilməsinə və ya həmin əlamətlərin sonradan meydana çıxmasına baxmayaraq, hesabat verən maliyyə institutu aşağıdakı sənədləri əldə edirsə və ya daha əvvəl əldə etmişdirsə hesab sahibinə vergi məqsədləri üçün xarici dövlətin rezidenti kimi yanaşılması tələb edilmir:

4.5.17.1.    hesab sahibinin vergi məqsədləri üçün xarici dövlətin rezidenti olmamasına dair özünüqiymətləndirmə sənədi; və

4.5.17.2.    hesab sahibinin hesabat verilməli hesab sahibi statusunun olmamasını göstərən yazılı dəlil.

4.6.    Fiziki şəxslərin yüksək dəyərli hesabları üzrə hərtərəfli yoxlama prosedurları aşağıdakı qaydada həyata keçirilir:

4.6.1.   Hesabat verən maliyyə institutu yüksək dəyərli hesabları olan fiziki şəxslərlə bağlı bu Qaydaların 4.5.12-ci yarımbəndində göstərilən əlamətləri müəyyən etmək üçün əvvəlcə elektron axtarış aparmalıdır.

4.6.2.   Hesabat verən maliyyə institutunun elektron məlumat bazasında aşağıdakı məlumatlar ehtiva edildikdə, həmin maliyyə institutu tərəfindən bu Qaydaların 4.6.3-cü bəndində göstərilən kağız daşıyıcılarda axtarış aparılması tələb edilmir:

4.6.2.1.    hesab sahibinin rezidentlik statusu;

4.6.2.2.    hesab sahibinin hesabat verən maliyyə institutunun arxivində olan daimi yaşayış və poçt ünvanı;

4.6.2.3.    hesab sahibinin hesabat verən maliyyə institutunun arxivində olan telefon nömrəsi (nömrələri);

4.6.2.4.    bank hesabları istisna olmaqla digər hesabdakı vəsaitlərin hər hansı hesaba (hesabat verən maliyyə institutunun digər filialında və ya digər maliyyə institutunda olan hesab daxil olmaqla) köçürülməsi üçün uzunmüddətli ödəniş tapşırıqlarının olub-olmaması;

4.6.2.5.    hesab sahibinin “poçtun saxlanması” göstərişinin və ya cari “vasitəçi” ünvanının olub-olmaması; və

4.6.2.6.    hesab üzrə hər hansı etibarnamə və ya imza hüququnun olub-olmaması.

4.6.3.   Hesabat verən maliyyə institutunun elektron məlumat bazasında bu Qaydaların 4.6.2-ci yarımbəndində göstərilən məlumatların hamısının mövcud olmadığı halda, hesabat verən maliyyə institutu yüksək dəyərli hesabları olan fiziki şəxslərlə bağlı bu Qaydaların 4.5.12-ci yarımbəndində göstərilən əlamətləri müəyyən etmək üçün müştəri ilə bağlı sənəd qovluğunu nəzərdən keçirməli və həmin sənəd qovluğunda müvafiq məlumatlar olmadığı təqdirdə, hesabla əlaqədar hesabat verən maliyyə institutu tərəfindən son beş ildə əldə olunmuş aşağıdakı sənədlərin hər bir əlamət üzrə axtarışı və yoxlanılması prosesini (bundan sonra – kağız daşıyıcılarda axtarış) həyata keçirməlidir: 

4.6.3.1.    hesabla əlaqədar ən son əldə olunmuş yazılı dəlillər;

4.6.3.2.    ən son hesabın açılması üzrə müqavilə və ya digər sənədlər; 

4.6.3.3.    AML/KYC prosedurlarına uyğun olaraq və ya digər tənzimləmə məqsədləri üçün hesabat verən maliyyə institutu tərəfindən əldə edilən ən son sənədlər;

4.6.3.4.    qüvvədə olan etibarnamə və ya imza hüququnu təsdiqləyən hər hansı digər sənədlər;

4.6.3.5.    vəsaitlərin köçürülməsinə dair bank hesabları istisna olmaqla digər hesablar üzrə verilmiş qüvvədə olan uzunmüddətli ödəniş tapşırıqları.

4.6.4.   Bu Qaydaların 4.6.1-4.6.3-cü yarımbəndlərində qeyd edilən elektron və kağız daşıyıcılarda axtarışa əlavə olaraq, müştərilərlə iş üzrə mütəxəssis faktiki olaraq hər hansı bir yüksək dəyərli hesabı (belə yüksək dəyərli hesabla əlaqəli olan istənilən maliyyə hesabları daxil olmaqla) olan fiziki şəxsin hesabat verilməli şəxs olmasına dair məlumata malikdirsə, hesabat verən maliyyə institutu həmin hesaba hesabat verilməli hesab kimi yanaşmalıdır.

4.6.5.   Yüksək dəyərli hesabların hərtərəfli yoxlanılması zamanı bu Qaydaların 4.5.12-ci yarımbəndində göstərilən əlamətlərdən heç biri aşkar edilmədikdə və müştərilərlə iş üzrə mütəxəssis tərəfindən hesabın hesabat verilməli şəxsə məxsus olması müəyyən edilmədikdə, həmin hesablarla bağlı bu Qaydaların 4.5.12-ci yarımbəndində göstərilən əlamətlərdən biri və ya bir neçəsi sonradan meydana çıxmayana qədər heç bir tədbirin görülməsi tələb olunmur.

4.6.6.   Yüksək dəyərli hesabların hərtərəfli yoxlanılması zamanı bu Qaydaların 4.5.12-ci yarımbəndində göstərilən əlamətlərdən hər hansı biri aşkar edilərsə və ya həmin əlamətin sonradan meydana çıxması ilə nəticələnən dəyişiklik olarsa və bu Qaydaların 4.5.17-ci yarımbəndində göstərilən istisna tətbiq edilməzsə, hesabat verən maliyyə institutu aşkar edilmiş əlamət üzrə hər bir xarici dövlətə münasibətdə hesaba hesabat verilməli hesab kimi yanaşmalıdır.  

4.6.7.   Yüksək dəyərli hesabla bağlı hərtərəfli yoxlama zamanı hesab sahibi barədə yalnız bu Qaydaların 4.5.12.6-cı yarımbəndində göstərilən əlamət aşkar olunarsa və hər hansı digər ünvan aşkar olunmazsa, hesabat verən maliyyə institutu hesab sahibinin vergi məqsədləri üçün rezidentliyini müəyyən etmək üçün özünüqiymətləndirmə sənədi və ya yazılı dəlillər əldə etməlidir. Bu sənədlərdən hər hansı birini əldə etmək mümkün olmadıqda həmin hesab barəsində sənədləşdirilməmiş hesab kimi hesabat verilməlidir.

4.6.8.   Fiziki şəxslərin əvvəlcədən mövcud olan hesablarının hərtərəfli yoxlanılması 30 iyun 2018-ci il tarixinədək başa çatdırılmalıdır.

4.6.9.   30 iyun 2017-ci il tarixə yüksək dəyərli hesab olmayan fiziki şəxslərin əvvəlcədən mövcud olan hesabı hər hansı növbəti təqvim ilinin son gününə yüksək dəyərli hesaba çevrilərsə, hesabat verən maliyyə institutu bu hesabla bağlı həmin hesabın yüksək dəyərli hesaba çevrildiyi təqvim ilindən sonrakı təqvim ili ərzində bu Qaydaların 4.6.1-4.6.7-ci yarımbəndlərində göstərilən hərtərəfli yoxlama prosedurlarını başa çatdırmalıdır. Bu yoxlamaya əsasən hesab hesabat verilməli hesab kimi müəyyən olunarsa, hesabat verən maliyyə institutu hesab sahibi hesabat verilməli şəxs statusunu itirənədək bu hesabın hesabat verilməli hesab kimi müəyyən olunduğu il və ondan sonrakı illər üzrə hesab barədə bu Qaydaların 5-ci hissəsində göstərilən məlumatları illik əsasda təqdim etməlidir.  

4.6.10.   Bu Qaydaların 4.6.1-4.6.7-ci yarımbəndlərində göstərilən hərtərəfli yoxlama prosedurları yüksək dəyərli hesaba tətbiq edilərsə, hesabat verən maliyyə institutundan növbəti təqvim illərində həmin yüksək dəyərli hesaba bu prosedurları (müştərilərlə iş üzrə mütəxəssisin məlumat toplaması halları istisna olmaqla) yenidən tətbiq etmək tələb edilmir. Bu Qaydaların 4.6.7-ci yarımbəndinə əsasən sənədləşdirilməmiş hesab kimi barəsində hesabat verilən yüksək dəyərli hesablarla bağlı özünüqiymətləndirmə sənədi və yazılı dəlillər əldə olunanadək hesabat verən maliyyə institutu həmin hesablara münasibətdə illik olaraq hərtərəfli yoxlama prosedurlarını tətbiq etməlidir. 

4.6.11.   Hesabat verən maliyyə institutu müştərilərlə iş üzrə mütəxəssis tərəfindən hesabla bağlı istənilən dəyişikliyin müəyyən edilməsini təmin etmək üçün prosedurlar həyata keçirməlidir. Müştərilərlə iş üzrə mütəxəssisə hesab sahibinin xarici dövlətdə yeni poçt ünvanının olması barədə məlumat verilərsə, hesabat verən maliyyə institutu yeni ünvanı hesabla bağlı dəyişiklik kimi qəbul etməlidir. Bu halda bu Qaydaların 4.5.17-ci yarımbəndində göstərilən istisna tətbiq edilərsə, özünüqiymətləndirmə sənədi və yazılı dəlillər əldə edilməsi tələb olunur.

4.6.12.   Bu Qaydalara əsasən hesabat verilməli hesab kimi müəyyən olunan hər hansı fiziki şəxslərin əvvəlcədən mövcud olan hesabına hesab sahibi hesabat verilməli şəxs statusunu itirənədək bütün növbəti təqvim illərində hesabat verilməli hesab kimi yanaşılmalıdır.

4.7.    Fiziki şəxslərin yeni hesabları üzrə hərtərəfli yoxlama prosedurları aşağıdakı qaydada həyata keçirilir:

4.7.1.   Yeni hesab açılarkən hesabat verən maliyyə institutu bütün fiziki şəxslərdən özünüqiymətləndirmə sənədini almalıdır. Hesabat verən maliyyə institutuna hesab sahibinin vergi məqsədləri üçün rezidentliyinin müəyyənləşdirilməsinə imkan yaradan özünüqiymətləndirmə sənədinin doldurulması hesabın açılması üçün sənədləşmənin bir hissəsi hesab olunur. AML/KYC prosedurlarına uyğun olaraq toplanılan istənilən sənədləşmə daxil olmaqla, hesabın açılması ilə bağlı hesabat verən maliyyə institutunun əldə etdiyi məlumatlara uyğun olaraq özünüqiymətləndirmə sənədində əks olunan məlumatların həqiqiliyi, dəqiqliyi və tamlığı hesabat verən maliyyə institutu tərəfindən yoxlanılır və bununla özünüqiymətləndirmə sənədinin əsaslılığı təsdiq edilir.

4.7.2.   Özünüqiymətləndirmə sənədinə əsasən hesab sahibinin vergi məqsədləri üçün xarici dövlətin rezidenti olması müəyyən edilərsə, hesabat verən maliyyə institutu hesaba hesabat verilməli hesab kimi yanaşmalıdır. Özünüqiymətləndirmə sənədində hesab sahibinin bu Qaydaların 6.26-cı bəndi nəzərə alınmaqla həmin xarici dövlətə aid VÖEN-i və doğum tarixi əks olunmalıdır.

4.7.3.   Yeni hesabla bağlı baş vermiş hər hansı dəyişiklik nəticəsində hesabat verən maliyyə institutu hesab açılarkən əldə edilmiş özünüqiymətləndirmə sənədini qeyri-düzgün və ya əsassız hesab edərsə, hesabat verən maliyyə institutu həmin sənədə əsaslanmamalıdır və hesab sahibinin vergi məqsədləri üçün rezidentliyinin müəyyənləşdirilməsi üçün aşağıdakı sənədlərdən birini əldə etməlidir:

4.7.3.1.    yeni özünüqiymətləndirmə sənədi;

4.7.3.2.    hesab açılarkən əldə edilmiş özünüqiymətləndirmə sənədinin əsaslılığını təsdiq edən izahat və mövcud olduğu təqdirdə digər sənədlər (surətini saxlamaqla və ya həmin izahatın və sənədlərin qeydiyyatını aparmaqla). 

4.7.4.   Bu Qaydaların 4.7.3-cü yarımbəndinin tələblərinə əməl olunması məqsədilə hesabla əlaqəli bu Qaydaların 4.5.12-ci yarımbəndində göstərilən bir və ya bir neçə əlamətin sonradan meydana çıxmasına səbəb olan dəyişikliyi müəyyən etməyə imkan verən tədbirlər hesabat verən maliyyə institutu tərəfindən görülməli və hesab sahibinə müvafiq dəyişikliklərlə bağlı hesabat verən maliyyə institutunu dərhal məlumatlandırması öhdəliyinin olması bildirilməlidir.  

4.8.    Hüquqi şəxslərin əvvəlcədən mövcud olan hesabları üzrə hərtərəfli yoxlama prosedurları aşağıdakı qaydada həyata keçirilir:  

4.8.1.   30 iyun 2017-ci il tarixinə qalığı və ya dəyəri 250 000 ABŞ dollarını keçməyən hüquqi şəxslərin əvvəlcədən mövcud olan hesablarının hər hansı növbəti təqvim ilinin son gününə qalığı və ya dəyəri 250 000 ABŞ dollarını keçməyənədək həmin hesabların Ümumi Hesabatlılıq Standartı əsasında hesabat verilməli hesab kimi yoxlanılması, müəyyən edilməsi və onlarla bağlı hesabat verilməsi tələb edilmir.

4.8.2.   Yoxlanılması tələb edilən hüquqi şəxslərin əvvəlcədən mövcud olan hesabları aşağıdakılardır:

4.8.2.1.    30 iyun 2017-ci il tarixinə qalığı və ya dəyəri 250 000 ABŞ dolları məbləğini keçən hesablar;

4.8.2.2.    30 iyun 2017-ci il tarixinə qalığı və ya dəyəri 250 000 ABŞ dolları məbləğini keçməyən, lakin hər hansı növbəti təqvim ilinin son gününə qalığı və ya dəyəri 250 000  ABŞ dolları məbləğini keçən hesablar. 

4.8.3.    Hesabat verən maliyyə institutu bu Qaydaların 4.8.2-ci yarımbəndində göstərilən hesablardan yalnız aşağıdakı şəxslərə məxsus olan hesablara hesabat verilməli hesablar kimi yanaşmalıdır:

4.8.3.1.    hesabat verilməli şəxs olan bir və ya bir neçə hüquqi şəxsə;

4.8.3.2.    passiv NFE-yə (passiv NFE-nin nəzarət edən şəxslərindən biri və ya bir neçəsi hesabat verilməli şəxs olduğu hallarda).

4.8.4.   Bu Qaydaların 4.8.3.1-ci yarımbəndində göstərilən şəxsi müəyyən etmək məqsədilə hesabat verən maliyyə institutu aşağıdakı prosedurları həyata keçirməlidir:

4.8.4.1.    Hesab sahibinin xarici dövlətin rezidenti olub-olmamasını göstərən məlumatı müəyyən etmək üçün hesabat verən maliyyə institutu tənzimləmə və ya müştərilərlə işin aparılması məqsədləri üçün saxlanılan məlumatları (AML/KYC prosedurlarına uyğun olaraq toplanmış məlumatlar daxil olmaqla) nəzərdən keçirməlidir. Bu halda hesab sahibinin xarici dövlətin rezidenti olduğunu göstərən məlumata xarici dövlətdə təsis və ya təşkil edilmə yeri, yaxud  hüquqi ünvanı aiddir.  

4.8.4.2.    Bu Qaydaların 4.8.4.1-ci yarımbəndinə uyğun olaraq müəyyən edilən məlumat hesab sahibinin xarici dövlətin rezidenti olmasını göstərirsə, hesabat verən maliyyə institutu özünüqiymətləndirmə sənədi əldə etməyənə qədər, yaxud sərəncamında olan və ya mənbəyi bəlli məlumatlar əsasında hesab sahibinin hesabat verilməli şəxs olmadığını təsdiq etməyənə qədər hesaba hesabat verilməli hesab kimi yanaşmalıdır.

4.8.5.   Bu Qaydaların 4.8.3.2-ci yarımbəndində göstərilən şəxsi müəyyən etmək məqsədilə hesabat verən maliyyə institutu aşağıdakı prosedurları həyata keçirməlidir:

4.8.5.1.    Hesab sahibinin passiv NFE olub-olmamasının müəyyən edilməsi məqsədilə hesabat verən maliyyə institutu sərəncamında olan və ya mənbəyi bəlli məlumatları araşdırır. Araşdırma nəticəsində hesab sahibinin statusunu, yəni passiv NFE, aktiv NFE və ya maliyyə institutu (bu Qaydaların 2.2.5.4-cü yarımbəndində göstərilən və iştirakçı olmayan xarici dövlətin ərazisində təsis edilmiş investisiya şirkəti istisna olmaqla) olmasını dəqiqləşdirmək mümkün olmadığı təqdirdə, hesabat verən maliyyə institutu həmin hesab sahibinin statusunu müəyyən etmək məqsədilə özünüqiymətləndirmə sənədini əldə etməlidir. 

4.8.5.2.    Hesab sahibi passiv NFE olduğu halda, hesab sahibinin nəzarət edən şəxsləri müəyyən edilir. Bu məqsədlə hesabat verən maliyyə institutu AML/KYC prosedurlarına əsasən əldə olunmuş və saxlanılan məlumatlardan istifadə edə bilər;

4.8.5.3.    Hesabat verən maliyyə institutu passiv NFE-nin nəzarət edən şəxslərindən hər hansı birinin hesabat verilməli şəxs olmasını müəyyən edir. Bu məqsədlə hesabat verən maliyyə institutu həmin passiv NFE-yə məxsus hesablara münasibətdə aşağıdakı mənbələrdən istifadə edir:

  1. qalığı və ya dəyəri 1 000 000 ABŞ dollarını keçməyən əvvəlcədən mövcud olan hesablarla bağlı AML/KYC prosedurlarına uyğun olaraq əldə olunmuş və saxlanılan məlumatlardan;
  2. qalığı və ya dəyəri 1 000 000 ABŞ dollarını keçən əvvəlcədən mövcud olan hesablarla bağlı hesab sahibindən və ya nəzarət edən şəxsdən alınan özünüqiymətləndirmə sənədindən.

4.8.6.   30 iyun 2017-ci il tarixinə qalığı və ya dəyəri 250 000 ABŞ dollarını keçən hesabların hərtərəfli yoxlanılması 30 iyun 2018-ci il tarixinədək başa çatdırılmalıdır.

4.8.7.   30 iyun 2017-ci il tarixinə qalığı və ya dəyəri 250 000 ABŞ dollarını keçməyən, lakin hər hansı növbəti təqvim ilinin 31 dekabr tarixinə 250 000 ABŞ dollarını keçən əvvəlcədən mövcud olan hesabların hərtərəfli yoxlanılması həmin hesabların qalıq və ya dəyərinin 250 000 ABŞ dollarını keçdiyi təqvim ilindən sonrakı təqvim ili ərzində başa çatdırılmalıdır.

4.8.8.   Passiv NFE-nin nəzarət edən şəxsinə münasibətdə özünüqiymətləndirmə sənədinin əldə edilməsi tələb olunarsa, lakin həmin sənəd əldə edilməzsə, hesabat verən maliyyə institutu həmin nəzarət edən şəxsin hesabat verilməli şəxs olub-olmamasını müəyyən etmək üçün elektron axtarış aparmaqla bu Qaydaların 4.5.12-ci yarımbəndində göstərilən əlamətlərə əsaslanmalıdır. Hesabat verən maliyyə institutu tərəfindən elektron axtarış zamanı heç bir əlamət aşkar edilməzsə, hesabla əlaqəli bir və ya bir neçə əlamətin sonradan meydana çıxması ilə nəticələnən dəyişiklik olmayanadək hesabla bağlı hər hansı tədbirin görülməsi tələb edilmir.

4.8.9.   Hüquqi şəxslərin əvvəlcədən mövcud olan hesablarına münasibətdə hesabat verən maliyyə institutunun özünüqiymətləndirmə sənədini və ya hesabla bağlı digər sənədi qeyri-düzgün və ya əsassız hesab etməsinə səbəb olan dəyişiklik olarsa, hesabat verən maliyyə institutu bu Qaydaların 4.8.4-4.8.5-ci yarımbəndlərində qeyd olunan prosedurlara uyğun olaraq hesabın statusunu yenidən müəyyən etməlidir.

4.8.10.   Bu Qaydaların 4.8.9-cu yarımbəndində qeyd olunan hallarda hesabat verən maliyyə institutu müvafiq təqvim ilinin və ya digər hesabat dövrünün sonuncu gününə kimi, yaxud dəyişikliyin aşkar edilməsindən sonrakı 90 təqvim günü ərzində aşağıdakı prosedurları həyata keçirməlidir:

4.8.10.1. Hesab sahibinin hesabat verilməli şəxs olub-olmamasının müəyyən edilməsi ilə əlaqədar hesabat verən maliyyə institutu aşağıdakı sənədlərdən birini əldə etməlidir:

  1. yeni özünüqiymətləndirmə sənədi;
  2. hesab açılarkən əldə edilmiş özünüqiymətləndirmə sənədinin və ya digər sənədlərin əsaslılığını təsdiq edən izahat və mövcud olduğu təqdirdə digər sənədlər (surətini saxlamaqla və ya həmin izahatın və sənədlərin qeydiyyatını aparmaqla).

4.8.10.2. Bu Qaydaların 4.8.10.1-ci yarımbəndinin məqsədləri üçün hesabat verən maliyyə institutu yeni özünüqiymətləndirmə sənədini ala bilmirsə, yaxud hesab açılarkən əldə edilmiş özünüqiymətləndirmə sənədinin və ya digər sənədlərin əsaslılığını təsdiq edə bilmirsə, hesab sahibinə hər iki xarici dövlətin hesabat verilməli şəxsi kimi yanaşmalıdır. Bu yarımbənddə “hər iki xarici dövlət” dedikdə, həm hesab açılarkən əldə edilmiş özünüqiymətləndirmə sənədində göstərilən xarici dövlət, həm də aşkar edilmiş dəyişikliklə müəyyən edilmiş xarici dövlət nəzərdə tutulur.

4.8.10.3. Hesab sahibinin maliyyə institutu, aktiv NFE və ya passiv NFE olmasının müəyyən edilməsi ilə əlaqədar hesabat verən maliyyə institutu əlavə sənədlərin və ya yeni özünüqiymətləndirmə sənədinin əldə olunmasını təmin etməlidir. Həmin sənədlər əsasında hesab sahibinin statusu dəqiqləşdirilir. Hesabat verən maliyyə institutu qeyd olunan sənədləri əldə edə bilmədiyi halda, hesab sahibinə passiv NFE kimi yanaşmalıdır.

4.8.10.4. Passiv NFE-nin nəzarət edən şəxsinin hesabat verilməli şəxs olub-olmamasının müəyyən edilməsi ilə əlaqədar hesabat verən maliyyə institutu bu Qaydaların 4.8.10.1-ci yarımbəndində göstərilən sənədlərdən birini əldə etməlidir. Hesabat verən maliyyə institutu yeni özünüqiymətləndirmə sənədini əldə edə bilmirsə, yaxud hesab açılarkən əldə edilmiş özünüqiymətləndirmə sənədinin və ya digər sənədlərin əsaslılığını təsdiq edə bilmirsə, elektron axtarış aparmaqla bu Qaydaların 4.5.12-ci yarımbəndində göstərilən əlamətlərə əsaslanmalıdır.

4.9.    Hüquqi şəxslərin yeni hesabları üzrə hərtərəfli yoxlama prosedurları aşağıdakı qaydada həyata keçirilir:

4.9.1.   Ümumi Hesabatlılıq Standartı əsasında hesabat verilməli hesabların müəyyən edilməsi məqsədilə hesabat verən maliyyə institutu bu Qaydaların 4.9.2-4.9.5-ci yarımbəndlərinə əsasən hərtərəfli yoxlama prosedurlarını həyata keçirməklə yeni hesabların aşağıdakı şəxslərə məxsus olub-olmamasını dəqiqləşdirir:

4.9.1.1.     barəsində hesabat verilməli olan bir və ya bir neçə şəxsə;

4.9.1.2.    passiv NFE-yə (passiv NFE-nin nəzarət edən şəxslərindən biri və ya bir neçəsi barəsində hesabat verilməli şəxs olduğu hallarda).

4.9.2.   Hesabat verən maliyə institutu tərəfindən hüquqi şəxsə hesab açılarkən hesab sahibinin vergi məqsədləri üçün rezidentliyini müəyyən etmək məqsədilə özünüqiymətləndirmə sənədinin doldurulması tələb edilməlidir. 

4.9.3.   AML/KYC prosedurlarına uyğun olaraq toplanılan istənilən sənədləşmə daxil olmaqla, hesabın açılması ilə bağlı hesabat verən maliyyə institutunun əldə etdiyi məlumatlara uyğun olaraq özünüqiymətləndirmə sənədində əks olunan məlumatların həqiqiliyi, dəqiqliyi və tamlığı hesabat verən maliyyə institutu tərəfindən yoxlanılır və bununla özünüqiymətləndirmə sənədinin əsaslılığı təsdiq edilir.

4.9.4.   Bu Qaydaların 4.9.1.1-ci yarımbəndində göstərilən şəxsi müəyyən etmək məqsədilə hesabat verən maliyyə institutu aşağıdakı prosedurları həyata keçirməlidir:

4.9.4.1.    Hüquqi şəxs özünüqiymətləndirmə sənədində vergi məqsədləri üçün rezidentliyinin olmamasını bildirərsə, hesabat verən maliyyə institutu hesab sahibinin rezidentliyini müəyyən etmək üçün hüquqi şəxsin baş ofisinin ünvanını əsas götürür.

4.9.4.2.    Bu Qaydaların 4.9.2-ci yarımbəndinə uyğun olaraq əldə olunmuş özünüqiymətləndirmə sənədi hesab sahibinin xarici dövlətin rezidenti olmasını göstərirsə, hesabat verən maliyyə institutunun sərəncamında olan və ya mənbəyi bəlli məlumatlara əsasən hesab sahibinin həmin dövlətə münasibətdə barəsində hesabat verilməli şəxs olmadığını müəyyənləşdirənədək hesaba barəsində hesabat verilməli hesab kimi yanaşılmalıdır.

4.9.5.   Bu Qaydaların 4.9.1.2-ci yarımbəndində göstərilən şəxsi müəyyən etmək məqsədilə hesabat verən maliyyə institutu aşağıdakı prosedurları həyata keçirməlidir:

4.9.5.1.    Hesabat verən maliyyə institutu tərəfindən özünüqiymətləndirmə sənədinə əsaslanaraq hesab sahibinin passiv NFE olduğuna dair məlumatın həmin sənəddə olub-olmaması müəyyənləşdirir. Bu məlumata əsaslanaraq hesabat verən maliyyə institutunun sərəncamında olan və ya mənbəyi bəlli digər məlumatlara əsasən hesab sahibinin aktiv NFE və ya maliyyə institutu (bu Qaydaların 2.2.5.4-cü yarımbəndində göstərilən və iştirakçı olmayan xarici dövlətin ərazisində təsis edilmiş investisiya şirkəti istisna olmaqla) olduğunu müəyyənləşdirənədək hesabat verən maliyyə institutu hesab sahibinə passiv NFE kimi yanaşmalıdır.

4.9.5.2.    Hesab sahibinin nəzarət edən şəxslərinin müəyyən edilməsi məqsədilə hesabat verən maliyyə institutu AML/KYC prosedurlarına uyğun olaraq toplanılan və saxlanılan məlumatlara əsaslana bilər.

4.9.5.3.    Passiv NFE-nin nəzarət edən şəxsinin  barəsində hesabat verilməli şəxs olub-olmamasını müəyyən etmək məqsədilə hesabat verən maliyyə institutu hesab sahibi və ya həmin nəzarət edən şəxs tərəfindən doldurulan özünüqiymətləndirmə sənədinə əsaslanır.

4.9.6.   Hüquqi şəxslərın yeni hesablarına münasibətdə hesabat verən maliyyə institutunun özünüqiymətləndirmə sənədini və ya hesabla bağlı digər sənədi qeyri-düzgün və ya əsassız hesab etməsinə səbəb olan dəyişiklik olarsa,  hesabat verən maliyyə institutu bu Qaydaların 4.9.4-4.9.5-ci yarımbəndlərində qeyd olunan prosedurlara uyğun olaraq hesabın statusunu yenidən müəyyən etməlidir. 

 

 

Azərbaycan Respublikası vergilər nazirinin  2018-ci il 17 aprel tarixli 1817040100288300 nömrəli əmri ilə təsdiq edilmiş “Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların müəyyən edilməsi ilə bağlı hərtərəfli yoxlama prosedurlarının həyata keçirilməsi Qaydaları”na 1 nömrəli Əlavə

 

Azərbaycan Respublikasının hesabat verməyən

maliyyə institutlarının siyahısı

1.    Azərbaycan Respublikasının hesabat verməyən maliyyə institutu aşağıdakılardır:

1.1.    dövlət orqanı, beynəlxalq təşkilat və ya Mərkəzi Bank, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları (gəlir əldə etmək məqsədilə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi halları istisna olmaqla);

1.2.    geniş tərkibli təqaüd fondu, məhdud tərkibli təqaüd fondu, dövlətə, beynəlxalq təşkilata və ya Mərkəzi Banka məxsus pensiya fondu, yaxud ixtisaslaşmış kredit kart emitenti;

1.3.    bu Əlavənin 1.1-ci və 1.2-ci bəndlərində göstərilən hüquqi şəxslərin hər hansı biri ilə əhəmiyyətli dərəcədə oxşar xüsusiyyətlərə malik və onun vasitəsilə hesab sahiblərinin vergidən yayınma riski aşağı olan hər hansı hüquqi şəxs;

1.4.    istisna olunmuş kollektiv investisiya vasitəçisi.

2.    Dövlət orqanı – Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda Azərbaycan Respublikasının məqsəd və  funksiyalarını həyata keçirən, qanunvericiliyə uyğun olaraq yaradılmış və dövlət büdcəsindən maliyyələşdirilən dövlət qulluqçularının qurumu;

3.    Beynəlxalq təşkilat  aşağıdakılara cavab verən hər hansı beynəlxalq təşkilat, yaxud onun tam sahibi olduğu agentlik və ya vasitəçilər (o cümlədən, alt qurum səviyyəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlar):

3.1.    dövlətlər üzv olan;

3.2.    Azərbaycan Respublikası ilə baş qərargah arasında qüvvəyə minmiş sazişi olan; və

3.3.    əldə edilən gəliri fərdi şəxslərin xeyrinə bölüşdürməyən.

4.    Mərkəzi Bank – dövlətin pul və valyuta siyasətini müəyyən edən və həyata keçirən, habelə banklararası mərkəzləşdirilmiş və digər lisenziyalaşdırılmayan ödəniş sistemlərinin fəaliyyətini təşkil edən, əlaqələndirən, tənzimləyən və onların üzərində nəzarəti qanuna uyğun olaraq həyata keçirən publik hüquqi şəxsdir.

5.   Geniş tərkibli təqaüd fondu – göstərilmiş xidmətlər müqabilində bir və ya bir neçə işəgötürənin hazırki və ya keçmiş işçiləri (yaxud onların müəyyən etdiyi şəxslər) olan benefisiarlara təqaüd, əlillik, yaxud ölüm müavinətləri (yaxud onların birlikdə formasını) ödəmək üçün təsis olunmuş və aşağıdakılara cavab verən fonddur:

5.1. hər bir benefisiarın fondun aktivlərdəki payı 5 faizindən çox olmamalı;

5.2. qanunvericiliyə uyğun olaraq fəaliyyət göstərməli və dövlət vergi orqanlarına hesabatlar təqdim etməli; və

5.3. aşağıdakı tələblərdən ən azı birinə cavab verməli:

5.3.1.   fondun təqaüd və ya pensiya planına uyğun olaraq investisiya gəlirləri üzrə ümumilikdə vergidən azad olunur, yaxud həmin gəlirlərin vergiyə cəlb olunması təxirə salınır və ya aşağı dərəcə ilə vergiyə cəlb olunur; 

5.3.2.   fond cəmi ödənişlərin ən azı 50 faizini sponsor işəgötürənlərdən alır (bu Qaydaların 5-7-ci bəndlərində göstərilən digər planlardan və ya bu Qaydalara 2 nömrəli Əlavənin 1-ci bəndində göstərilən təqaüd, yaxud pensiya hesablarından köçürülən aktivlərdən başqa);

5.3.3.   fond tərəfindən pulların ayrılması, yaxud köçürülməsi yalnız pensiya yaşına çatma, əlillik və ya ölüm hadisələrinin baş verməsi nəticəsində həyata keçirilə bilər (bu Qaydalara 1 nömrəli Əlavənin 5-7-ci bəndlərində göstərilən digər planlara və ya bu Qaydalara 2 nömrəli Əlavənin 1-ci bəndində göstərilən təqaüd, yaxud pensiya hesablarına bərpa olunan köçürmələr istisna olmaqla), yaxud bu yarımbəndin tələblərinə əməl edilməməsinə görə cərimə tətbiq olunur; yaxud

5.3.4.   işçilərin illik olaraq fonda etdikləri ödənişlərin məbləği (icazə verilmiş “make-up” ödənişlərdən başqa) işçinin əldə etdiyi gəlirdən və ya 50 000 ABŞ dollarından çox ola bilməz. Bu yarımbənddə nəzərdə tutulan məbləğlərin hesablanması zamanı bu Qaydaların 1.6-cı bəndinin müddəalarına əməl edilməlidir.

6.    Məhdud tərkibli təqaüd fondu – göstərilmiş xidmətlər müqabilində bir və ya bir neçə işəgötürənin hazırki və ya keçmiş işçilərinə, yaxud həmin işçilərin müəyyən etdikləri şəxslərə (benefisiarlara) təqaüd, əlillik, yaxud ölüm müavinətləri ödəmək üçün təsis olunmuş və aşağıdakılara cavab verən fonddur:

6.1. iştirakçılarının sayı 50-dən az olmalı;

6.2. investisiya təşkilatı, yaxud passiv NFE olmayan bir və ya bir neçə işəgötürən tərəfindən maliyyələşdirilməli;

6.3. işçinin və işəgötürənin fonda etdikləri ödənişlərin məbləği (bu Qaydalara 2 nömrəli Əlavənin 1-ci bəndində göstərilən təqaüd, yaxud pensiya hesablarından köçürülən vəsaitlər istisna olmaqla) müvafiq olaraq işçinin əldə etdiyi gəlirdən və kompensasiyadan artıq olmamalı; 

6.4. Azərbaycan Respublikasının rezidenti olmayan iştirakçılar fondun aktivlərinin 20 faizindən artıq paya sahib olmaq hüququna malik olmamalı; və

6.5. qanunvericiliyə uyğun olaraq fəaliyyət göstərməli və dövlət vergi orqanlarına hesabatlar təqdim etməlidir.

7.    Dövlət orqanının, Beynəlxalq təşkilatın və ya Mərkəzi Bankın digər pensiya fondu – göstərilmiş xidmətlər müqabilində benefisiarlar və iştirakçılar olan aşağıdakı şəxslərə təqaüd, əlillik, yaxud ölüm müavinətləri ödəyən Dövlət orqanı, Beynəlxalq təşkilat və ya Mərkəzi Bank tərəfindən təsis edilmiş fonddur:

7.1. bir və ya bir neçə işəgötürənin hazırki və ya keçmiş işçilərinə, yaxud həmin işçilərin müəyyən etdikləri şəxslərə;

7.2. bir və ya bir neçə işəgötürənin hazırki və ya keçmiş işçiləri olmayan şəxslərə.

8.    İxtisaslaşmış kredit kart emitenti – aşağıdakı tələblərə cavab verən maliyyə institutu:

8.1. kredit kartlarının emitenti olan və depozitləri yalnız kredit kartı ilə bağlı ödəniş tarixinə ödənilməli olan məbləğdən artıq ödəniş edildiyi və bu artıq ödəniş dərhal müştəriyə qaytarılmadığı təqdirdə müştəridən qəbul edən; və

8.2. bu Əlavənin 8.1-ci bəndində göstərilən artıq ödənişin 50 000 ABŞ dolları məbləğindən yuxarı olmaması, yaxud məbləği 50 000 ABŞ dollarından yuxarı olan artıq ödənişin məbləğinin 60 gün ərzində müştəriyə qaytarılması üçün 1 iyul 2017-ci il tarixində və ya ondan əvvəl başlayaraq müvafiq qayda və prosedurlar tətbiq edən (bu Qaydaların 1.6-cı bəndinin müddəalarına əməl edilməklə).

9.    Azad olunmuş Kollektiv İnvestisiya Vasitəçisi – bütün iştirak paylarının hesabat verilməli şəxs olmayan fiziki və ya hüquqi şəxslərə (nəzarət edən şəxsləri hesabat verilməli şəxs olan passiv NFE istisna olmaqla) məxsus olması və ya onlar vasitəsilə saxlanılması şərtilə Azərbaycan Respublikasında təsis edilmiş və kollektiv investisiya vasitəçisi kimi tənzimlənən investisiya təşkilatıdır.

 

  

Azərbaycan Respublikası vergilər nazirinin 2018-ci il 17 aprel tarixli 1817040100288300 nömrəli əmri ilə təsdiq edilmiş “Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların müəyyən edilməsi ilə bağlı hərtərəfli yoxlama prosedurlarının həyata keçirilməsi Qaydaları”na 2 nömrəli Əlavə

  

Hesabat verilməyən hesabların siyahısı

 

Aşağıdakı hesablar barədə hesabat verilməsi tələb olunmur: 

1.    aşağıdakı tələblərə cavab verən təqaüd və ya pensiya hesabları:

1.1.    hesab təqaüd və ya pensiyanın (əlilliyə və ölümə görə müavinətlər daxil olmaqla) ödənilməsi üçün şəxsi təqaüd hesabı kimi tənzimlənir və ya qeydiyyatdan keçmiş, yaxud tənzimlənən təqaüd və ya pensiya planının bir hissəsi sayılır;

1.2.    hesaba daxil olan ödənişlərə münasibətdə vergi güzəştləri mövcuddur (məsələn, hesaba daxil olan və başqa halda vergi tutulmalı olan ödənişlər vergitutma bazasının hesablanması zamanı nəzərə alınmır, hesab sahibinin ümumi gəlirindən çıxılır və ya aşağı dərəcə ilə vergiyə cəlb edilir; hesab üzrə investisiya gəlirindən verginin tutulmasına möhlət verilir və ya aşağı dərəcə ilə vergi tutulur);

1.3.    hesabla bağlı vergi orqanlarına məlumatların ötürülməsi tələb olunur;

1.4.    hesabdan vəsaitlərin çıxarılması yalnız təqaüd üçün müəyyən edilmiş yaş həddinə çatma, əlillik və ya ölüm hadisəsi baş verdiyi halda yol verilir və ya bu yarımbənddə göstərilən hadisələr baş vermədiyi hallarda vəsaitlərin çıxarılmasına görə cərimələr tətbiq olunur; və

1.5.    hesaba illik köçürülən vəsaitlər 50 000 ABŞ dolları məbləğini və ya hesaba köçürülən vəsaitlər ümumilikdə 1 000 000 ABŞ dolları məbləğini keçməməlidir (bu Qaydaların 1.6-cı bəndinin müddəalarına əməl edilməklə).

2.    aşağıdakı tələblərə cavab verən hesab:

2.1.    hesab təqaüddən fərqli məqsədlər üçün investisiya aləti kimi tənzimlənir və mütəmadi olaraq tənzimlənən qiymətli kağızlar bazarında ticarət edilir, yaxud hesab təqaüddən fərqli məqsədlər üçün yığım aləti kimi tənzimlənir;

2.2.    hesaba daxil olan ödənişlərə münasibətdə vergi güzəştləri mövcuddur (məsələn, hesaba daxil olan və başqa halda vergi tutulmalı olan ödənişlər vergitutma bazasının hesablanması zamanı nəzərə alınmır, hesab sahibinin ümumi gəlirindən çıxılır və ya aşağı dərəcə ilə vergiyə cəlb edilir; hesab üzrə investisiya gəlirindən verginin tutulmasına möhlət verilir və ya aşağı dərəcə ilə vergi tutulur);

2.3.    vəsaitlərin çıxarılması investisiya və ya əmanət hesabının məqsədləri baxımından xüsusi meyarlara cavab verdiyi (məsələn, təhsil və tibbi yardım üzrə müavinətin təmin edilməsi) halda yol verilir və ya bu bənddə nəzərdə tutulan şərtlərə əməl edilmədyi hallarda vəsaitlərin çıxarılmasına görə cərimələr tətbiq olunur; və

2.4.    hesaba illik köçürülən vəsaitlər 50 000 ABŞ dolları məbləğini keçməməlidir (bu Qaydaların 1.6-cı bəndinin müddəalarına əməl edilməklə).

3.    aşağıdakı tələblərə cavab verən və qüvvədə olma müddəti sığortalanan şəxsin 90 yaşı olana qədər başa çatan həyatın yığım sığortası müqaviləsi:

3.1.    müddət keçdikcə azalmayan və müqavilənin qüvvədə olduğu müddətdə və ya sığortalanan şəxsin 90 yaşı olanadək (göstərilən müddətlərdən ən tez baş verəni tətbiq edilməklə)  ildə ən azı bir dəfə ödənilən dövri ödənişləri (mükafat) nəzərdə tutan;

3.2.    müqavilə ləğv edilmədən həmin müqavilə üzrə hər hansı şəxsə vəsait əldə etmək (vəsaitlərin çıxarılması, kredit və ya başqa formada) imkanı verməyən;

3.3.    müqavilənin qüvvədə olduğu müddət və ya dövrlər ərzində sığortaçı tərəfindən ödənilmiş ümumi məbləğdən çox olmayan və müvafiq məbləğ qədər azaldılan müqavilənin ləğv edilməsi və ya təxirə salınması müqabilində ödənilən məbləği (ölümə görə müavinətdən başqa) nəzərdə tutan. Bu bənddəki “müvafiq məbləğ” dedikdə, ölümə, xəstəliyə görə məbləğ, çəkilmiş xərclər (həmin xərcin faktiki olaraq çəkilib-çəkilməməsindən asılı olmayaraq), yaxud müqavilənin ləğv edilməsindən və ya təxirə salınmasından əvvəl ödənilmiş hər hansı məbləğ nəzərdə tutulur;

3.4.    dəyər üzrə hüquqi varis müqavilədə tərəf olaraq çıxış etməyən.

4.    əmlak hesabı üzrə ölən şəxsin vəsiyyətnaməsinin və ya ölüm haqqında şəhadətnamənin surətini ehtiva edən sənədləşmə olarsa, yalnız əmlaka görə saxlanılan hesab.

5.    aşağıdakılardan hər hansı biri ilə bağlı açılmış hesab:

5.1.    məhkəmə qərarı və ya hökmü;

5.2.    daşınmaz və ya daşınar əmlakın satışı, dəyişdirilməsi, yaxud icarəsi. Bu halda hesab aşağıdakı tələblərə cavab verməlidir:

5.2.1.   hesabın maliyyələşdirmə mənbələri yalnız birbaşa əməliyyatla bağlı öhdəliyin təmin edilməsi üçün müvafiq məbləğdə ilkin ödəniş, avans, depozit və ya oxşar ödəniş, yaxud əmlakın satışı, dəyişdirilməsi və icarəsi ilə bağlı hesabda yerləşdirilmiş maliyyə vəsaitləri olduqda;

5.2.2.   hesab yalnız alıcı tərəfindən əmlakın satış qiymətini ödəmək, satıcı tərəfindən şərti öhdəliklərini ödəmək, yaxud icarə müqaviləsi əsasında icarəyə verilmiş əmlaka dəyən hər hansı zərərin icarəyə verən və ya icarəçi tərəfindən ödənilməsi öhdəliyini təmin etmək üçün açıldıqda və istifadə edildikdə;

5.2.3.   əmlak satıldıqda, dəyişdirildikdə və ya ondan imtina edildikdə, yaxud icarə ləğv edildikdə, hesabdakı vəsaitlər və həmin vəsaitlərlə bağlı əldə edilən gəlirlər alıcı, satıcı, icarəyə verən və ya icarəçinin (həmin şəxsin öhdəliyinin təmin edilməsi daxil olmaqla) xeyrinə ödənildikdə və ya digər formada paylanıldıqda;

5.2.4.   hesab maliyyə aktivlərinin satışı və ya mübadiləsi ilə əlaqədar olaraq açılmış marjinal hesab və ya buna oxşar hesab olmadıqda; və

5.2.5.   hesab bu Əlavənin 6-cı bəndində göstərilən hesabla əlaqəli olmadıqda;

5.3.    daşınmaz əmlak olan girovla təmin edilmiş krediti verən maliyyə institutunun həmin daşınmaz əmlakla bağlı vergilər və sığorta üzrə ödənişlərin daha sonra təmin edilməsi üçün kredit müqabilində ödənilmiş faizlərin bir hissəsini saxlamaq öhdəliyi;

5.4.    maliyyə institutunun daha sonra vergilərin ödənilməsini təmin etmək öhdəliyi.

6.    aşağıdakı tələblərə cavab verən bank hesabı:

6.1.    kredit kartı və ya digər kredit aləti ilə bağlı ödənilməli olan məbləğdən artıq edilmiş və dərhal müştəriyə qaytarılmayan ödənişin saxlanılması üçün mövcud olan; və

6.2.    bu Əlavənin 6.1-ci bəndində göstərilən artıq ödənişin 50 000 ABŞ dolları məbləğindən yuxarı olmaması, yaxud məbləği 50 000 ABŞ dollarından yuxarı olan artıq ödənişin məbləğinin 60 gün ərzində müştəriyə qaytarılması üçün 1 iyul 2017-ci il tarixində və ya ondan öncə başlayaraq müvafiq qayda və prosedurlar tətbiq edilən (bu Qaydaların 1.6-cı bəndinin müddəalarına əməl edilməklə).