Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2015-ci il 19 may tarixli 1517050000003100 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı
N 1817050000009300
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 454-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 dekabr tarixli 1171 nömrəli Fərmanının 1.4-cü və “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanının 6.17-ci bəndlərinin icrasının təmin edilməsi, habelə “Fiziki şəxslərin vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nın təkmilləşdirilməsi məqsədi ilə, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”nin 17-ci hissəsini rəhbər tutaraq Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyası
QƏRARA ALIR
1. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2015-ci il 19 may tarixli 1517050000003100 nömrəli Qərarı (Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2016-cı il 14 iyun tarixli 1617050000005500 nömrəli və 2017-ci il 19 yanvar tarixli 1717050000002400 nömrəli Qərarları ilə edilmiş dəyişikliklər nəzərə alınmaqla) ilə təsdiq edilmiş “Fiziki şəxslərin vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. aşağıdakı məzmunda 1.6-cı bənd əlavə edilsin:
“1.6. Bu Qaydalarda nəzərdə tutulan müddəalar Azərbaycan Respublikası Vergilər Nazirliyinin kiçik və orta biznes evlərində fiziki şəxslərin vergi uçotuna alınması, uçot məlumatlarının dəyişdirilməsi və vergi uçotundan çıxarılması xidmətlərinin göstərilməsi hallarına da şamil edilir.”;
1.2. 2.8-ci bənddə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.09.2009-cu il tarixli, 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydaları”na” sözlərindən sonra “və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”na” sözləri əlavə edilsin;
1.3. 5.3-cü bəndin üçüncü cümləsindən ikinci halda “fiziki şəxsin” sözləri çıxarılsın.
2. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Hüquq departamentinə tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.
3. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzinə tapşırılsın ki, bu Qərarla edilmiş dəyişikliklər Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildikdən sonra “Fiziki şəxslərin vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nın Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi internet saytında yerləşdirilməsini təmin etsin.
4. Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.