Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Ailə kəndli təsərrüfatının illik dövriyyəsinin yuxarı həddinin müəyyən edilməsi haqqında Qərar N 11

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

"Ailə kəndli təsərrüfatı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 319 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Ailə kəndli təsərrüfatının illik dövriyyəsinin yuxarı həddi bu təsərrüfatın bir üzvü üçün 5000 manat miqdarında müəyyən edilsin.[1]

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 16 yanvar 2006-cı il
11

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1.  12 iyun 2013-cü il tarixli 139 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( Azərbaycan qəzeti, 22 iyun 2013-cü il, 134; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, 06, maddə 751)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

[1] 12 iyun 2013-cü il tarixli 139 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( Azərbaycan qəzeti, 22 iyun 2013-cü il, 134; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, 06, maddə 751) ilə 1-ci hissəsində şərti maliyyə vahidinin 2000 misli sözləri 5000 manat sözləri ilə əvəz edilmişdir.