Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Fevral ayında vergi orqanına təqdim edilməli olan bəyannamələr, hesabatlar və ödənilməli vergilər

2020-ci ilin yanvar ayına görə vergi ödəyiciləri tərəfindən tədiyyəçisi olduqları

  • Əlavə dəyər vergisinin bəyannaməsi,
  • Aksiz bəyannaməsi,
  • Yol vergisinin bəyannaməsi,
  • Mədən vergisinin bəyannaməsi,
  • Pul vəsaitlərinin nağd çıxarılmasına görə sadələşdirilmiş verginin bəyannaməsi və
  • Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan verginin bəyannaməsi

2020-ci ilin fevral ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və təqdim edilmiş bəyannamələr üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.

  • Daşınmaz əmlak təqdim edən şəxslərdən ödəmə mənbəyində tutulan sadələşdirilmiş verginin bəyannaməsi 2020-ci ilin fevral ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir (vergi əməliyyat aparıldığı gün - 1 bank günü ərzində ödənilir).
  • Məcburi dövlət sosial sığortası və işsizlik sığortası üzrə 2020-ci ilin yanvar ayı üzrə hesablanmış sığorta haqları 2020-ci ilin fevral ayının 17-dən gec olmayaraq tam həcmdə nağdsız formada dövlət büdcəsinə ödənilməlidir. (2020-ci ilin 1-ci rübü üzrə bəyannamə 2020-ci ilin aprel ayının 20-dən gec olmayaraq təqdim edilməlidir).
  • Muzdlu işlə əlaqədar 2020-ci ilin yanvar ayı üzrə ödəmə mənbəyində hesablanaraq tutulan vergi 2020-ci ilin fevral ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir (2020-ci ilin 1-ci rübü üzrə bəyannamə 2020-ci ilin aprel ayının 20-dən gec olmayaraq təqdim edilməlidir).
  • Xüsusi notariusların 2020-ci ilin yanvar ayı üzrə hesabladığı gəlir vergisi 2020-ci ilin fevral ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir (2020-ci ilin 1-ci rübü üzrə bəyannamə car ilin aprel ayının 20-dən gec olmayaraq təqdim edilməlidir).

Əmlak vergisinin ödəyiciləri olan müəssisələr tərəfindən  2020-ci ilin 1-ci rübü üzrə hesablanmış əmlak vergisinin cari ödəmələri fevral ayının 17-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir.

Qeyd: 15.02.2020-ci il tarixi qeyri-iş gününə təsadüf etdiyindən həmin tarixədək ödənilməli cari ödəmələrin və sığorta haqlarının ödənilməsinin son müddəti 17.02.2020-ci il tarixə keçirilmişdir.

PDF yüklə