Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Hesabatlar və ödənilməli vergilər barədə yaddaş

2020-ci ilin mart ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr, hesabatlar və ödənilməli vergilər barədə

Əlavə dəyər vergisinin bəyannaməsi,
Aksiz bəyannaməsi,
Yol vergisinin bəyannaməsi,
Mədən vergisinin bəyannaməsi,
Pul vəsaitlərinin nağd çıxarılmasına görə sadələşdirilmiş verginin bəyannaməsi və
Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan verginin bəyannaməsi

2020-ci ilin mart ayının 27-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və bu bəyannamələr üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.

Daşınmaz əmlak təqdim edən şəxslərdən ödəmə mənbəyində tutulan sadələşdirilmiş verginin bəyannaməsi 2020-ci ilin mart ayının 27-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir (vergi əməliyyat aparıldığı gün - 1 bank günü ərzində ödənilir).

Xüsusi notariusların 2020-ci ilin fevral ayı üzrə hesabladığı gəlir vergisi 2020-ci ilin mart ayının 27-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir (2020-ci ilin 1-ci rübü üzrə bəyannamə car ilin aprel ayının 20-dən gec olmayaraq təqdim edilməlidir).

Muzdlu işlə əlaqədar 2020-ci ilin fevral ayı üzrə ödəmə mənbəyində hesablanaraq tutulan vergi 2020-ci ilin mart ayının 27-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir.

Məcburi dövlət sosial sığortası və işsizlik sığortası üzrə 2020-ci ilin fevral ayı üzrə hesablanmış sığorta haqları 2020-ci ilin mart ayının 16-dan gec olmayaraq tam həcmdə nağdsız formada dövlət büdcəsinə ödənilməlidir.

Qeyd: “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”, “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat”, “İşsizlik sığortası üzrə rüblük hesabat” və “İcbari tibbi sığorta haqqı üzrə hesabat” formaları birləşdirilərək yeni vahid “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)” formasında təsdiq edildiyindən muzdlu işlə əlaqədar ödənilmiş vergi və məcburi dövlət sosial sığortası, həmçinin işsizlikdən sığorta üzrə ödənilmiş sığorta haqları barədə 2020-ci ilin I rübü üzrə bəyannamə qeyd edilən vahid bəyannamə formasında cari ilin aprel ayının 20-dən gec olmayaraq təqdim edilməlidir.

2019-cu ilin yekunlarına görə

hüquqi şəxslər tərəfindən Mənfəət və Əmlak vergisinin bəyannaməsi,
fiziki şəxslər tərəfindən Gəlir vergisinin bəyannaməsi

2020-ci ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.

Qeyd:

15.03.2020-ci il tarixi qeyri-iş gününə təsadüf etdiyindən həmin tarixədək ödənilməli sığorta haqlarının ödənilməsinin son müddəti 16.03.2020-ci il tarixə
20.03.2020-ci il tarixi qeyri-iş gününə təsadüf etdiyindən həmin tarixlərdə təqdim edilməli bəyannamələrin təqdim edilməsinin və hesablanmış vergilərin ödənilməsinin son müddəti 27.03.2020-ci il tarixə keçirilmişdir.

Pdf faylı yüklə