Официальные веб-сайты Азербайджанской Республики оканчиваются на .gov.az.

Государственные органы взаимодействуют через домен .gov.az (например, my.gov.az).

Список доверенных веб-сайтов

Безопасные веб-сайты используют HTTPS.

В качестве дополнительной меры безопасности проверьте наличие значка замка 🔒 или префикса https:// в адресной строке. Делитесь своими конфиденциальными данными только на официальных и защищённых веб-сайтах.

Выберите язык
Поиск
Mehman Ağayev me***@gmail.com ID: 5126
Salam. Pandemiyadan zərər çəkmiş və bu səbəbdən dövlət dəstəyi almış vergi ödəyicilərinin siyahısı ilə harada tanış ola bilərəm?
20/09/2021 Прочитано: 127 Средняя стоимость: 5

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və cavablar, maliyyə yardımı almış vergi ödəyicilərinin siyahısı, eləcə də digər faydalı məlumatlarla buradan tanış ola bilərsiniz.

5/5 (3 Средняя стоимость)
Оцените:
Səfərov Dilqəm Rahim di***@mail.ru ID: 5163
Bildirmək istərdim ki, müəssisəmiz 2019-cu ildə xalis mənfəət əldə edib. 2020-ci ildə əvvəlki ildə əldə olunan (yəni 2019cu ildə) xalis mənfəət ilə zərərini qarşılaya bilər?
20/09/2021 Прочитано: 110 Средняя стоимость: 0

Bildiririk ki, rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir.

Eyni zamanda, Vergi Məcəlləsinin 13.2.19-cu maddəsinə əsasən xalis mənfəət mənfəət vergisi çıxıldıqdan sonra qalan mənfəətdir. 

Sorğunuzda qeyd olunan halda, müəssisənin keçmiş dövrün bölüşdürülməmiş mənfəəti hesabına cari ilin zərərini ödəməsi haqda qanunvericilikdə məhdudiyyət nəzərdə tutulmamışdır.  

Əsas: Vergi Məcəlləsinin 13-cü, 104-cü maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
Yusif Qənbərov yu***@mail.ru ID: 5161
Salam. Mən VÖEN-imi bağlatmışam. İndi açdırmaq istəyirəm, açdıra bilmirəm. Sabunçuda qeydiyyatdayam, Sabunçu vergilərinə müraciət etmişəm, dedilər get ASAN xidmətə, ASAN xidmət deyir gedin Quba rayonuna. Xahiş edirəm, VÖEN-i əldə etməyimə köməklik edəsiniz.
19/09/2021 Прочитано: 64 Средняя стоимость: 5

Bildiririk ki, fiziki şəxsin yenidən uçota alınması (ləğv edilmiş VÖEN-in bərpası) üçün “Fiziki şəxsin uçotu haqqında ərizə” ilə vergi orqanına müraciət edilməldiir. Yenidən uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir.

Vergi ödəyicilərinin qeydiyyatda olduqları ünvan ilə yaşadıqları ünvanın fərqli olduğu hallarda vergi uçotu yerinin düzgün müəyyən edilməsi baxımından faktiki yaşayış yeri barədə müvafiq sənəd təqdim edilməklə, fiziki şəxs faktiki yaşayış yeri üzrə vergi uçotuna alına bilər.

Əsas: Vergi Məcəlləsinin 33-cü və 34-cü maddələri.

5/5 (1 Средняя стоимость)
Оцените:
Seymur Məmmədyarov Cavad sf***@gmail.com ID: 5155
VÖEN-in aktiv və ya passiv olması barədə məlumat əldə etmək istəyirəm. Zəhmət olmasa köməklik göstərin.
17/09/2021 Прочитано: 84 Средняя стоимость: 5

Bildiririk ki, vergi ödəyicisi Məmmədyarov Seymur Cavad oğlunun (VÖEN 1202615072) vergi ödəyicisi kimi uçotdadır və Dövlət Vergi Xidmətinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən fəaliyyəti dayandırılmışdır.

5/5 (4 Средняя стоимость)
Оцените:
Fərhad Nağıyev Nağı oğlu nf***@gmail.com ID: 5047
Vergi ödəyicisi 01.08.2021-ci il tarixədək sadələşmiş vergi ödəyicisi idi. 01.08.2021-ci il tarixdən etibarən isə ƏDV qeydiyyatı üçün müraciət edir və ƏDV ödəyicisi olur. 01.08.2021-ci il tarixədək maya dəyəri (rüsumlar+ədv+nəqliyyat və.s) 5000.00 (beş min) manatlıq mal idxal edir. Son sadələşmiş vergi bəyannaməsində mükəlləfiyyət dövrünün sonuna uyğun təqdim edilən SV bəyannaməsinin Əlavə 1 bölməsində həmin malları ehtiyatlar bölməsində anbar qalığı kimi göstərilir. Sualım ondan ibarətdir ki, 01.08.2021-ci il tarixindən sonra həmin mallar təqdim olunan zaman həmin mallara ƏDV hesablanmalıdırmı ? Cavabınızı əsaslandırmağı xahiş edirəm.
15/09/2021 Прочитано: 208 Средняя стоимость: 5

Müraciətinizdə qeyd olunanlara əsasən, sadələşdirilmiş verginin ödəyicisi olduğunuz dövrdə əldə edilən malların ƏDV-nin məqsədləri üçün qeydiyyata alındıqdan sonra təqdim edilməsi ƏDV tutulan əməliyyat sayılır.

Əsas: Vergi Məcəlləsinin 159-cu maddəsi.

5/5 (5 Средняя стоимость)
Оцените:
Əminə Əlibalayeva am***@caspianaudit.com ID: 5057
Yerli saytlar üzərindən internet vasitəsilə onlayn şəkildə ödəmə edərək məhsul alarkən, satıcı müəssisə alıcıya nəzarət kassa aparatından çek təqdim etməlidirmi?
15/09/2021 Прочитано: 208 Средняя стоимость: 4

Bildiririk ki, vergi qanunvericiliyinə əsasən pərakəndə ticarət fəaliyyəti üzrə nağd pul hesablaşmaları aparılan zaman istehlakçıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.

Eyni zamanda “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin müddəalarına əsasən satıcı istehlakçıya mal satarkən ona qəbz, mal, kassa çeki və ya digər yazılı sənəd verməlidir.

Qeyd olunanlara əsasən sorğuda göstərilən halda yerli internet platformaları vasitəsilə təqdim edilən mala görə alıcıya nəzarət kassa-aparatının çeki təqdim edilməlidir.

Əsas: Vergi Məcəlləsinin 16-cı maddəsi və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
 

4/5 (6 Средняя стоимость)
Оцените:
Elnur Atakişiyev At***@gmail.com ID: 5055
Salam. Türkiyə üçün rezident olan şirkət proqram təminatı satışı ilə məşğuldur. Azərbaycanda nümayəndəlik açıb fəaliyyət göstərsə və proqram təminatını Azərbaycanda satışını həyata keçirsə hansı vergi öhdəliklərii yaranır?
15/09/2021 Прочитано: 215 Средняя стоимость: 5

Sorğuda göstərilən halda qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi tərəfindən  proqram təminatı satışından əldə olunan gəliri mənfəət vergisinin məqsədləri üçün nümayəndəliyin vergi tutulan gəlirlərinə aid edilir. Daimi nümayəndəlik tərəfindən Azərbaycan mənbəyindən əldə edilən ümumi gəlirdən Vergi Məcəlləsinə uyğun olaraq həmin gəlirin əldə edilməsinə çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən mənfəət vergisi hesablanıb dövlət büdcəsinə ödənilir. 

Eyni zamanda daimi nümayəndəlik tərəfindən əldə edilən gəlirlərin həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olduğu halda, daimi nümayəndəlik ƏDV-nin məqsədləri üçün qeydiyyata alınır.

Bunlarla yanaşı qeyri-rezidentin daimi nümayəndəliyindən mənfəət vergisindən əlavə olaraq bu daimi nümayəndəliyin xalis mənfəətindən həmin qeyri-rezidentə köçürdüyü (verdiyi) hər hansı məbləğdən 10 faiz dərəcə ilə vergi tutulur.

Əsas: Vergi Məcəlləsinin 104.2-ci, 126-cı və 155.1-ci maddələri ilə tənzimlənir.  
 

5/5 (4 Средняя стоимость)
Оцените:
Şükürova Nəzirə Vahid qızı ne***@gmail.com ID: 5051
Salam. Sizin operatorlarla necə əlaqə saxlaya bilərəm?
15/09/2021 Прочитано: 124 Средняя стоимость: 5

Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzindən (195-1) istifadə qaydası ilə bağlı ətraflı məlumatla buradan tanış ola bilərsiniz.

5/5 (4 Средняя стоимость)
Оцените:
Cabbar Abuzərli Azər ca***@outlook.com ID: 5146
Salam. Təhsil ilə əlaqədar kurs açmaq istəyirdim. Ona uyğun hansı sənədlər lazımdır və vergilərini bilmək üçün müraciət edirəm.
15/09/2021 Прочитано: 150 Средняя стоимость: 5

Bildiririk ki, sorğunuzda qeyd edilən fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur və həmin fəaliyyətə başlamazdan əvvəl vegi ödəyicisi kimi uçota alınmalısınız. Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.

Sadələşdirilmiş vergitutma metodu tətbiq edildiyi halda əldə olunan gəlirlərdən 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablayaraq rübdən sonrakı ayın 20-dən gec olmayaraq sadələşdirilmiş vergi bəyannaməsini vergi orqanına təqdim etməklə dövlət büdcəsinə ödənilir.

Gəlir (mənfəət) vergisi metodunu tətbiq etdiyiniz halda isə əldə olunan gəlirdən bu gəlirin əldə olunması ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan fərqdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanır və növbəti ilin mart ayının 31-dən gec olmayaraq gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim edilir. Eyni zamanda mikro sahibkarlıq subyekti olduğunuz halda (işçilərinin orta siyahı sayı 1-10 nəfər aralığında olan və illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) əldə etdiyiniz gəlirdən gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxılmaqla qalan fərqə 75 faiz vergi güzəşti də tətbiq ediləcəkdir.

Əlavə olaraq bildiririk ki, fəaliyyətiniz üzrə əldə etdiyiniz gəlirlərin həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında 200.000 manatdan artıq olduğu halda tərəfinizdən ƏDV-nin məqsədləri üçün məcburi qaydada qeydiyyata dair ərizə verməli və əldə etdiyiniz gəlirdən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada 18 faiz dərəcə ilə ƏDV ödəməlisiniz. 

Əsas: Vergi Məcəlləsinin 13-cü, 16-cı, 33-cü, 96-cı, 155-ci, 157-ci, 159-cu və 218-ci maddələri.

5/5 (1 Средняя стоимость)
Оцените:
Abbasov Məmməd kr***@mail.ru ID: 5011
Şirkət proqram təminatı üzərindən restoran və iaşə obyektlərinə yeməklərin çatdırılması ilə bağlı sair xidmətlər təqdim edir. Belə ki, istehlakçı ilə iaşə obyekti arasında vasitəçilik xidmətini həyata keçirir. Belə olan halda bəzən şirkət proqram təminatında 10 manata qeyd olunan hər hansı yeyinti məhsuluna özü tərəfindən 20%-lik endirim etməklə istehlakçıda stimul xarakterli maraq oyadır. Nəticədə iaşə obyektinə 8 manat istehlakçı tərəfindən, 2 manat isə şirkət tərəfindən ödənilir. Marketinq xarakterli verilən 20%-lik endirim nəticəsində şirkət tərəfindən ictimai iaşə obyektinə ödənilən vəsaitin gəlirdən çıxılan xərc kimi uçota alına bilinməsi üçün qanunvericilik üzrə tələb olunan prosedurun hansı qaydada olmalı olduğu barədə məlumat vermənizi xahiş edirik. Qeyd edək ki, iaşə obyekti ödənilən 2 manatın şirkət tərəfindən ödənildiyi barəsində məlumatsız olur və bu məlumatı iaşə obyektlərinə ötürmək texniki olaraq mümkün deyil.
15/09/2021 Прочитано: 254 Средняя стоимость: 3

Bildiririk ki, hüquqi şəxs vasitəçilik xidmətlərinin göstərilməsi üzrə bağlanmış müqavilələr əsasında ona ödənilən xidmət haqlarından Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxıldıqdan sonra qalan məbləğdən ümumi qaydada mənfəət vergisini hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Eyni zamanda, vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa borcludur. 

Göründüyü kimi, sahibkarlıq fəaliyyəti subyektləri tərəfindən çəkilmiş xərclər ilkin uçot sənədləri əldə edilməklə rəsmiləşdirilməlidir. Vergi ödəyicisi tərəfindən gəlirin əldə edilməsi ilə bağlı xərclər ilkin uçot sənədləri ilə rəsmiləşdirildiyi halda gəlirdən çıxılır. Həmçinin, vergi ödəyicisi tərəfindən ödəniş həyata keçirilərkən ödənişin təyinatı göstərilməlidir.

Yuxarıda qeyd olunanlara əsasən, hüquqi şəxs tərəfindən marketinqlə əlaqədar olaraq, ödədiyi xərclər gəlirin əldə olunması ilə bağlı olduqda və rəsmiləşdirildikdə gəlirdən çıxıla bilər.

Əsas: Vergi Məcəlləsinin 104-cü, 108-ci və 109-cu maddələri.

3/5 (2 Средняя стоимость)
Оцените:
Elmar Ağayev Namiq oğlu ag***@mail.ru ID: 5078
Salam, zəhmət olmasa bir mubahisəli suala aydınlıq gətirmək üçün köməklik edin. Əgər hər hansı bir işçi məzuniyyətə çıxırsa və onun məzuniyyəti yarı bir hissəsi çıxdığı aya, digər yarısı isə növbəti aya keçirsə, bu halda gəlir vergisi hesablanmış məzuniyyət məbləğinən tam çıxdığı aydamı, yoxsa iki aya bölunərkən ayrı-ayrılıqda hesablanmalıdır? Burada nəzarə almalıyıq ki, Əmək Məcəlləsinə görə məzuniyyət pulu əvvəlcədən verilmədir.
15/09/2021 Прочитано: 172 Средняя стоимость: 4

Bildiririk ki, əmək məzuniyyətinin günləri müxtəlif aylara təsadüf etdiyi halda, məzuniyyət haqqının hər aya düşən hissəsi həmin aylar üçün hesablanan əmək haqqı məbləği ilə cəmlənməklə, ayrılıqda hər bir ayın muzdlu işdən alınan gəlirlərinə aid edilməklə gəlir vergisinə cəlb olunur və hesabat rübündə aid olduğu ayda göstərilir.

 

4/5 (5 Средняя стоимость)
Оцените:
Akif Qurbanov Ələddin oğlu qu***@gmail.com ID: 5064
Zəhmət olmasa deyərdiniz ƏDVsi geri alına bilməyən məhsulların vəya xidmətlərin siyahısı varmı? Məsələn çörək və benzin kimi. Əgər siyahı varsa haradan baxa bilərəm? Əlavə olaraq vergi məcəlləsində ƏDV-ə məruz qalmayan məhsullar və xidmətlər barədə yazıda belə qeyd olunub ki siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan xammalın və materialların idxalı. Belə bir siyahıya baxmaq mümkündürmü? Öncədən təşəkkür edirəm!
15/09/2021 Прочитано: 205 Средняя стоимость: 5

Bildiririk ki, vergidən azad olunan əməliyyatların siyahısı Vergi Məcəlləsinin 164-cü maddəsində müəyyən edilmişdir.

Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini təşkil edir. Ödənilmiş ƏDV-nin bu maddə ilə müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir.

Məlumat üçün bildiririk ki, neft və qaz məhsulları ƏDV-dən azad edilməmiş və bu məhsulların təqdim edilməsi 18 faiz dərəcə ilə ƏDV-yə cəlb edilir. Eyni zamanda həmin məhsullar fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət fəaliyyəti göstərən şəxslərdən alınmış və Vergi Məcəlləsinin 165.5-ci maddəsinin müddəaları çərçivəsində ödənilmiş ƏDV məbləğinin müəyyən faizinin qaytarılmasını nəzərdə tutulan mallara aid edilməmişdir.

Əsas: Vergi Məcəlləsinin 159-cu, 164-cü maddələri və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli 969 nömrəli Fərmanı.
 

5/5 (1 Средняя стоимость)
Оцените:
Cəlil Dəmirxanlı Cəmil cd***@mail.ru ID: 5050
Salam. Hazırlıq keçən müəllimlər (fərdi) gəlirin vergisini necə ödəməlidir?
15/09/2021 Прочитано: 177 Средняя стоимость: 5

Bildiririk ki, repetitorluq xidmətinin göstərilməsi üzrə fəaliyyət sahibkarlıq fəaliyyəti hesab edilir və fiziki şəxs kimi sahibkarlıq fəaliyyətinə başlandığı günədək yaşayış yeri üzrə vergi orqanına müraciət edərək vergi uçotuna alınmalıdır.

Vergi orqanlarında uçota alındıqdan sonra vergi ödəyicisi tərəfindən seçilmiş vergitutma metodundan (gəlir vergisi və ya sadələşdirilmiş vergi) asılı olaraq əldə olunan gəlirlərdən vergi hesablanıb dövlət büdcəsinə ödənilməlidir.

Qeyd olunan fəaliyyəti gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir. Həmin şəxs mikro sahibkarlıq subyekti hesab olunduğu halda (işçilərinin orta siyahı sayı 1-10 nəfər aralığında olan və illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirdən gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxılmaqla qalan fərqdən 75 faiz vergi güzəşti də çıxılmaqla 20 faiz dərəcə ilə, nəticə etibari ilə əldə etdiyi gəlirdən 5 faiz dərəcə ilə gəlir vergisi ödəməlidir. Gəlir vergisinin ödəyicisi kimi fəaliyyət göstərən şəxslər hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq gəlir vergisi bəyannaməsini vergi orqanlarına təqdim etməlidirlər.

Bu fəaliyyət üzrə sadələşdirilmiş vergitutma metodu seçildiyi halda həmin fəaliyyət üzrə əldə olunan ümumi hasilatdan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanmalı və hər rübdən sonrakı ayın 20-dək vergi orqanına sadələşdirilmiş verginin bəyannaməsi təqdim edilməklə hesablanmış vergi məbləğləri dövlət büdcəsinə ödənilməlidir.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 33-cü, 96-cı, 102-ci, 108-ci, 219-cu və 220-ci maddələri.

5/5 (1 Средняя стоимость)
Оцените:
Vüsal Alşanov Elşad av***@mail.ru ID: 5046
Salam Hörmətli vergi əməkdaşları. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 01 yanvar 2012-ci il tarixli, Q-01 nömrəli Qərarıilə təstiq edilmiş "İşçilərin Ezamiyyə Qaydaları"na əsasən Özünün daimi yaşayış yerinə hər gün qayıtmaq imkanı olan ezam olunan işçiyə belə bir yerə ezam olunduğu zaman yalnız müvafiq təsdiqedici sənədlər əsasında yol xərci ödənilir. İşçinin hər gün ezam olunma yerindən özünün daimi yaşayış yerinə qayıda bilməsi məsələsi hər bir konkret halda məsafənin uzaqlığı, nəqliyyat əlaqəsinin şəraiti, yerinə yetirilən tapşırığın xarakteri, həmçinin də işçiyə istirahət üçün şərait yaradılmasının vacibliyi nəzərə alınmaqla, ezam olunan işçinin işlədiyi təşkilatın rəhbəri tərəfindən həll edilir. Sual - 1. Yuxarıda qeyd edilənləri nəzərə alaraq neçə km məsafəyə görə ezamiyyə normasını tənzimləmək olar? Sual - 2. Əgər işçi xüsusi təyinatlı nəqliyyat vasitəsi olan Təcili yardım avtomobili ilə daimi iş yerindən (mingəçevir şəhəri) Qəbələ rayonuna ezam olunduğu halda və eyni gündə geriyə döndüyü halda ezamiyyə xərci neçə tənzimlənməlidir?Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 20 faizini gündəlik xərc ödənilməlidirmi?
15/09/2021 Прочитано: 157 Средняя стоимость: 5

Bildiririk ki, işçiyə ezamiyyə xərclərinin ödənilməsi qaydası ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət edilməsi tövsiyə olunur.

5/5 (3 Средняя стоимость)
Оцените:
Seymur Həmidov Teyfur se***@gmail.com ID: 5139
Salam. İcarə müqaviləsi bağladıqda əmlak sahibinin VÖEN-i olmalıdırmı? Əgər tək şəxsiyyət vəsiqəsi ilə bağlamaq olarsa, ödənişlər rəsmi qaydada necə həyata keçirilir?
14/09/2021 Прочитано: 141 Средняя стоимость: 5

Vergi Məcəlləsinin tələblərinə əsasən, fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə, icarəyə götürən şəxslər ödəmə mənbəyində (14 faiz dərəcə ilə) vergini hesablayır, tutur, bəyan edir və büdcəyə ödəyir. 

İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda isə icarəyə verən fiziki şəxs özü vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı (VÖEN almalı) və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə vergini hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə də hesablanmış gəlir vergisinin məbləğini dövlət büdcəsinə ödəməlidir. 

Əmlakın icarəyə verilməsi tərəflər arasında bağlanmış icarə müqaviləsi ilə və hər ay üzrə icarə xidmətlərinin nəticələrinə dair təhvil-təslim aktları ilə sənədləşdirilə bilər.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 99.3-cü, 101-ci, 124-cü və 150-ci maddələri.

5/5 (1 Средняя стоимость)
Оцените:
Байкалов Алексей Александрович ba***@yandex.ru ID: 5136
Добрый день. Облагается ли НДС выплата роялти?
14/09/2021 Прочитано: 125 Средняя стоимость: 3

Bildiririk ki, royalti - ədəbiyyat, incəsənət, yaxud elm əsərləri, proqram təminatı, kinematoqrafik filmlər və digər qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunması, yaxud istifadə hüquqlarının verilməsinə görə, istənilən patentə, ticarət markasına, dizayn, yaxud modelə, plana, məxfi düstura, yaxud prosesə, sənaye, kommersiya, yaxud elmi təcrübəyə aid olan informasiyaya, sənaye, kommersiya və ya elmi avadanlıqdan istifadə, yaxud istifadə hüquqlarının verilməsinə görə mükafat şəklində alınan ödənişlərdir.

Fiziki şəxsin royalti gəlirləri qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir olduğu üçün ƏDV-yə cəlb olunmur və ödəmə mənbəyində 14 faiz dərəcə ilə gəlir vergisinə cəlb olunur. Royalti gəlirləri hüquqi şəxsin sahibkarlıq fəaliyyətindən gəlir olduğu üçün, hüquqi şəxs ƏDV məqsədləri üçün qeydiyyatda olduğu halda əldə etdiyi royalti gəlirləri ƏDV-yə və mənfəət vergisinə cəlb olunur.

Həmçinin bildiririk ki, vergi qanunvericiliyinə əsasən qeyri-maddi aktivlərin təqdim edilməsi ƏDV-nin məqsədləri üçün malların təqdim edilməsi sayılmır. Qeyri-maddi aktivlər üzərində istifadə hüququnun digər şəxslərə verilməsi üzrə royalti ödənişləri ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi ilə yanaşı, ƏDV-nin məqsədləri üçün xidmət (iş) sayılmaqla 18 faiz dərəcə ilə ƏDV-yə cəlb edilir. 

Əsas: Vergi Məcəlləsinin 13-cü, 99-cu, 124-cü və 159-cu maddələri.

 

3/5 (2 Средняя стоимость)
Оцените:
Fərhadlı Fikrət Rövşən oğlu fi***@gmail.com ID: 5135
Salam. Avtomatika, telekommunikasiya və informatika fakültəsini kommersiya ixtisası üzrə təhsil almış şəxs vergi orqanlarında işə qəbul üçün müsabiqədə iştirak edə bilər?
14/09/2021 Прочитано: 70 Средняя стоимость: 0

Bildiririk ki, dövlət vergi orqanlarına işə qəbul Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2005-ci il tarixli 222 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”yə müvafiq olaraq müsabiqə (test və müsahibə) qaydasında aparılır. 

Mövcud vakant vəzifələrin tələblərinə uyğun iqtisadiyyat, hüquq və idarəetmə ixtisas istiqamətləri üzrə ali təhsilə malik Azərbaycan Respublikası vətəndaşlarının müsabiqədə iştirak etmək hüququ vardır. 

Müvafiq müraciətinizin “Sual-cavab” bölməsi vasitəsi ilə deyil, vergi orqanlarına işə qəbulla bağlı keçirilən müsabiqənin təşkilati məsələlərinin həllini təmin edən Dövlət Vergi Xidmətinin İnsan resursları Baş idarəsi tərəfindən cavablandırıldığını nəzərə alaraq aidiyyəti (rəsmi və ya (012) 403-81-35 telefon nömrəsi ilə əlaqə saxlamaqla) qaydada  müraciət etməyiniz tövsiyə olunur.

 

0/5 (0 Средняя стоимость)
Оцените:
Eldəniz Cəfərov el***@gmail.com ID: 5134
Salam. MMC-də Ümumi yığıncağın çağırılmasında konfliktlərin tənzimlənməsi proseduru haqqında hansı mənbədən ətraflı məlumat almaq olar. Məsələn direktor təsisçinin iclas çağırışına məhəl qoymursa, neçə gundən sonra təsisçi özü iclas çağıra bilər və iclasa şərait yaradılmırsa və hesabat verilmirsə və qərarı icra etmirsə, korrupsiya şübhəsi varsa, bu kimi hallarda təsisçinin edəcəyi hərəkətlər barədə hansi qanunnamələr var?
13/09/2021 Прочитано: 70 Средняя стоимость: 0

Bildiririk ki, məhdud məsuliyyətli cəmiyyətdə idarəetmə vergi qanunvericiliyilə deyil, mülki qanunvericilik və müəssisənin nizamnaməsi əsasında həyata keçirilir. 

Eyni zamanda, məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir. 

Bu haqda ətraflı məlumatla Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 4-cü fəslində tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Məhəbbət Səfərəliyeva me***@gmail.com ID: 5133
Bir vətəndaş ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə bir neçə VÖEN əldə edə bilər?
13/09/2021 Прочитано: 94 Средняя стоимость: 0

Bildiririk ki, adından da göründüyü kimi VÖEN, yəni vergi ödəyicisinin eyniləşdirmə nömrəsi vergi orqanında vergi uçotuna alınmış şəxsin identikləşdirməsinə, digər vergi ödəyicilərindən fərqləndirilməsinə xidmət edir.

Hər bir vergi ödəyicisinə bütün vergilər üzrə, o cümlədən Azərbaycan Respublikasının gömrük sərhədindən malların keçirilməsi ilə bağlı ödənişlər üzrə Azərbaycan Respublikasının bütün ərazisində vahid olan vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilir.

Qeyd olunanlara əsasən, vergi ödəyicisinin fəaliyyət növlərinin sayından asılı olmayaraq, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) dəyişmir və eyni VÖEN-lə iki və daha çox fəaliyyət növünün olmasına məhdudiyyət nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 33-cü və 34-cü maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
Nəcəfov Toğrul Eldəniz oğlu re***@gmail.com ID: 5131
Salam mən vergi ödəcisiyəm. Avtotəmir xidməti ilə məşğul oluram. Hər ay müvafiq qaydada vergi və sosial ödənişləri ödəyirəm. Bununla yanaşı, istifadəmdə torpağın və bu qəbiləyə məxsus digər yüklərin yığılıb daşınması üçün Ekeskavator avtomobili vardır. Bu avtomobil ilə, tikinti şirkətlərinə xidmət göstərirəm. Göstərdiyim xidməti E-Qaimə ilə rəsmiləşdirirəm. Bilmək istəyirəm ki, avtomobillə gördüyüm işlər hansı qaydada vergiyə cəlb olunmalıdır?
13/09/2021 Прочитано: 124 Средняя стоимость: 0

Bildiririk ki, Vergi Məcəlləsinin müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş vergi ödəyicisi olmaq hüququnuz saxlanılır. 

Sorğunuzda qeyd olunan, tərəfinizdən hüquqi şəxslərə (tikinti şirkətlərinə) rüb ərzində göstərdiyiniz xidmətlərin dəyəri ümumi əməliyyatlarınızın həcminin 30-dən çox olduğu halda gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərməlisiniz. 

Sadələşdirilmiş vergi xərclər nəzərə alınmadan əldə olunmuş hasilatın 2 faizi, gəlir vergisi isə gəlirlərdən xərclər çıxıldıqdan sonra qalan mənfəətin 20 faizi (mikro sahibkarlarda 5 faizi) həcmində ödənilir. 

Əsas: Vergi Məcəlləsinin 33-cü, 101.3-cü, 102.1.30-cu,  218.5.10-cu, 218.6.2-ci maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените: