Официальные веб-сайты Азербайджанской Республики оканчиваются на .gov.az.

Государственные органы взаимодействуют через домен .gov.az (например, my.gov.az).

Список доверенных веб-сайтов

Безопасные веб-сайты используют HTTPS.

В качестве дополнительной меры безопасности проверьте наличие значка замка 🔒 или префикса https:// в адресной строке. Делитесь своими конфиденциальными данными только на официальных и защищённых веб-сайтах.

Выберите язык
Поиск
Qaffarov Mübariz qm***@gmail.com ID: 2904
Salam. Mən müəssisə yaratmışam və hüquqi şəxslərə məsləhət xidməti göstərirəm. Mən hansı vergilərin ödəyicisiyəm.
22/09/2020 Прочитано: 152 Средняя стоимость: 5

Bildiririk ki, Vergi Məcəlləsinin müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş vergi ödəyicisi olmaq hüququnuz saxlanılır. 

Müraciətinizdə qeyd olunanlara əsasən, göstərdiyiniz xidmətlərin 30 faizindən çoxu vergi ödəyicilərinə göstərildiyi halda hüquqi şəxs mənfəət vergisinin ödətyicisi kimi fəaliyyət göstərməlidir. 
Əsas: Vergi Məcəlləsinin 104-cü, 106.1.20-ci,  218.5.10-cu, 218.6.2-ci maddələri.

5/5 (2 Средняя стоимость)
Оцените:
Bağırov Zahid Gülhəsən oğlu za***@gmail.com ID: 2931
Salam, vergi ödəyicisinin hər hansı bir dövr ərzində heç bir fəaliyyəti olmamışdır. Lakin, bu dövr üçün vergi hesabatları (ƏDV və ya sadələşdirilmiş hesabatları) vergilər idarəsinə təqdim edilməsi gecikdirilmişdi. Bilmək istəyirəm ki, bu gecikdirilmiş hesabatlara görə maliyyə sanksiyası və ya cərimə tətbiq olunacaq ya yox?
22/09/2020 Прочитано: 114 Средняя стоимость: 5

Bildiririk ki, vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda, o, vergi orqanına vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq “Vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliklərin yaranmaması haqqında arayış” təqdim etməlidir.

Həmin arayışı və ya vergi hesabatını əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicilərinə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 16.2-ci və 57.1-ci maddələri.

5/5 (6 Средняя стоимость)
Оцените:
Orxan Quliyev q.***@yahoo.com ID: 2899
Salam. Dövlət müəssisəsində işçi əmək məzuniyyətinə çıxdığı zaman, növbəti aya düşən məzuniyyət məbləğinin 200 manatdan çox olan hissəsindən də gəlir vergisi həmin ayda tutulmalıdır ? Yoxsa işçi məzuniyyətdən qayıdıb işlədikdən sonra həmin ayın əmək haqqısı ilə birlikdə hesablanmalıdır ?
22/09/2020 Прочитано: 112 Средняя стоимость: 5

Bildiririk ki, məzuniyyət haqqının hər bir aya düşən hissəsi həmin ayın əməkhaqqısi ilə cəmlənərək gəlir vergisinə cəlb olunur.

Əsas: Vergi Məcəlləsinin 98-ci, 101-ci və 102.1.6-cı maddələri.

5/5 (2 Средняя стоимость)
Оцените:
Azər Əkbərov az***@yahoo.com ID: 2927
Salam. Bakıda dərman preparatlarının topdansatışı ilə məşğul olan MMC vergi ödəyicisi kimi Lokal Gəlirlər İdarəsində uçotdadır. MMC işçisini Səbirabad və ətraf rayonlar üzrə regional nümayəndə vəzifəsinə təyin edir. MMC-nin Səbirabadda ofis sahəsi və ya digər təsərrüfat obyekti yoxdur. İşçinin Səbirabad və ətraf rayonlarda konkret ofis sahəsində yerləşmədən fəaliyyət göstərməsinə (işləməsinə) görə MMC həmin ərazi üzrə vergi uçotuna durmalıdırmı?
22/09/2020 Прочитано: 96 Средняя стоимость: 5

Bildiririk ki, vergi ödəyicisinin filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyekti (obyekti) olduqda, vergi ödəyicisi həm özünün olduğu yer üzrə, həm də filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə vergi uçotuna alınır. 

Müraciətinizdə qeyd olunan halda, vergi ödəyicisinin bölgələrdə malların (işlərin, xidmətlərin) təqdim edilməsinin həyata keçirildiyi, həmçinin vergi ödəyicisinin gəlirlərinin formalaşmasında iştirak edən hər hansı satış nöqtəsi və ya saxlama anbarı mövcud olduğu halda, vergi ödəyicisi təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə vergi uçotuna alınmalıdır. Təsərrüfat subyektinin olmadığı halda, uçota alınması tələb olunmur.

Əsas: Vergi Məcəlləsinin 33.2-ci maddəsi.

 

5/5 (1 Средняя стоимость)
Оцените:
Nigar Əliyeva ni***@gmail.com ID: 2926
Salam. Əmtəə nişanına görə royalti xarici şirkətin digər xarici ölkədəki nümayəndəliyinə verilirsə, bu dəyişdirilərək şirkətin özünə verilə bilər? Bu halda hansı vergi riskləri/təsirləri meydana gələ bilər?
22/09/2020 Прочитано: 125 Средняя стоимость: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 125.1.7-ci maddəsinin müddəalarına əsasən qeyri-rezidentin, Vergi Məcəlləsinin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan royalti şəklində gəlirlərindən bu Məcəllənin 124-cü maddəsinə uyğun olaraq ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur.

Bununla yanaşı, vergi qanunvericiliyinə əsasən qeyri-maddi aktivlər üzərində istifadə hüququnun digər şəxslərə verilməsi ƏDV-nin məqsədləri üçün xidmət (iş) sayılmaqla 18 faiz dərəcə ilə ƏDV-yə cəlb edilir.

Yuxarıda qeyd olunanlar, vergi ödəyicisinin qeyd etdiyiniz əməliyyat zamanı yaranan vergi öhdəliklərini müəyyən edir. Müqavilənizdə qeyd olunan ödəniş şərtləri isə tərəflər arasında bağlanmış müvafiq müqavilənin şərtlərindən asılı olaraq tənzimlənir. 

Əsas: Vergi Məcəlləsinin 13-cü, 125-ci, 150-ci, 168-ci və 169-cu maddələri

0/5 (0 Средняя стоимость)
Оцените:
Mahir Məmmədov ad***@yahoo.com ID: 2925
Hörmətli vergi orqanı, VM-nin 150.1.9-cu və 150.3-1-ci maddələrinin məzmunundan anlaşılır ki, torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə müqavilələri təsdiq edən notariuslar bina tikintisi fəaliyyəti ilə məşğul olmayan hüquqi şəxslərdən (ehtimal edirik ki, həmçinin fərdi sahibkarlardan) ödəmə mənbəyində sadələşdirilmiş vergi tuturlar. VM-nin 218.1.1-ci maddəsinə əsasən, hüquqi şəxs (fərdi sahibkar) ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olduqda, sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir. Həmçinin, VM-nin 218.4.5-ci maddəsinə əsasən, mülkiyyətində olan torpaq sahələrinin təqdim edilməsini həyata keçirən hüquqi şəxslər Məcəllənin 218.1-ci maddəsinin müddəalarından asılı olmayaraq sadələşdirilmiş verginin ödəyiciləridir. Göründüyü kimi, qeyd olunan hüquq normalarında bina tikintisi fəaliyyəti ilə məşğul olmayan hüquqi şəxslərin yaşayış və qeyri yaşayış sahələrinin təqdim edilməsi üzrə əməliyyatlarının notarius tərəfindən mənbədə tutulan sadələşdirilmiş vergi obyektinə, yaxud ƏDV obyektinə aid olması barədə qeyri-müəyyənlik var. Belə ki, Məcəllə (155-ci maddə) bir tərəfdən fasiləsiz 12 ay ərzində dövriyyəsi 200.000 manatı aşan hüquqi şəxsləri ƏDV ödəyicisi kimi tanıyır, digər tərəfdən, 150.1.9-cu və 150.3-1-ci maddələrdə notariusların belə hüquqi şəxslərdən mənbədə sadələşdirilmiş vergi tutmasını istisna etmir. Sual: Hüquqi şəxs ƏDV və mənfəət vergisi ödəyicisidir. O, əvvəlki illərdə fiziki şəxslərdən torpaq, yaşayış və qeyri yaşayış sahələri almışdır. Əmlakların hər birinin dəyəri 200.000 manatdan çoxdur. Hazırda hüquq şəxs həmin əmlakları satmaq niyyətindədir. Lakin qeyd olunan hüquq normalarından bizə aşağıdakı saullar aydın olmadığı üçün onların cavablandırılmasını xahiş edirik: 1. Hansı halda notarius bina tikintisi fəaliyyəti ilə məğul olmayan hüquqi şəxsin yaşayış və qeyri-yaşayış sahələrinin satışı üzrə müqavilələri təsdiq edərkən mənbədən sadələşdirilmiş vergi tutmalıdır? 2. Yaşayış və qeyri-yaşayış sahələrinin satışı üzrə müqavilələrdən notarius ödəmə mənbəyində sadələşdirilmiş vergi tutursa, bu əməliyyata ƏDV tətbiq olunurmu? 3. Əgər notarius ƏDV və mənfəət vergisi ödəyicisindən mənbədə sadələşdirilmiş vergi tutmalıdırsa, torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin satışından əldə edilən gəlir (o, ilkin qiymətindən yuxarı qiymətə satıldıqda, yaranan müsbət fərq) mənfəət vergisinin bazasını təşkil edən gəlirlərə aid edilirmi? Təşəkkürlər.
22/09/2020 Прочитано: 199 Средняя стоимость: 5

Bildiririk ki, 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, hüquqi şəxslər tərəfindən mülkiyyətindəki yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsinin notarius tərəfindən sadələşdirilmiş vergiyə cəlb olunması ləğv edilib. Buna əsasən, 1 yanvar 2020-ci il tarixdən sonra ƏDV ödəyicisi olan müəssisə tərəfindən mülkiyyətində olan qeyri-yaşayış sahəsinin digər şəxsə təqdim edilməsindən ümumi qaydada mənfəət vergisi və ƏDV hesablanır.

Hüquqi şəxsin mənfəət vergisinin ödəyicisi olmasına baxmayaraq, həmin şəxsin mülkiyyətində olan torpaq sahəsinin təqdim olunması sadələşdirilmiş vergiyə cəlb olunur və hesablanmış vergi alğı-satqı əməliyyatını təsdiqləyən notarius tərəfindən ödəmə mənbəyində tutularaq dövlət büdcəsinə köçürülməlidir.

Mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən, yalnız fiziki şəxslər sadələşdirilmiş verginin ödəyicisi hesab olunur və yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi notarius tərəfindən sadələşdirilmiş vergiyə cəlb olunur.

Əsas: Vergi Məcəlləsinin 104.1-ci, 159.1-ci, 218.4.3-cü və 218.4.5-ci maddələri.

5/5 (1 Средняя стоимость)
Оцените:
Togrul Atayev Abduləzim to***@gmail.com ID: 2924
Salam, mən elektronika mağazasından 580₼ məbləğli məişət avadanlıqları almışam və ödəmə kart vasitəsi ilə olunub. Mağazanın verdiyi kassa çekində ya fiksal ya QR kod yoxdur, mən ƏDV-ni necə qaytara bilərəm?
22/09/2020 Прочитано: 102 Средняя стоимость: 4

Bildiririk ki, ƏDV-nin müvafiq qaydada geri qaytarılması yalnız NKA çekinin üzrəindəki Fiskal İD və malın sürətli məlumat kodu (Quick Response Code) vasitəsilə mümkündür və bu səbəbdən istehlakçılar aldıqları mal və xidmətlərə görə kassa çekini əldə etmələridir.

Həmçinin, nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek təqdim etmək və həmin çeklərdə qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin vəzifəsidir.  

Əsas: Vergi Məcəlləsinin 16.1.8-ci, 16.1.9-cu, 50.8-ci, 165.5-ci maddələri, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası" 

4/5 (3 Средняя стоимость)
Оцените:
Aygül Məmmədova ay***@gmail.com ID: 2917
VÖEN-in ləğvi ilə bağlı onlayn növbəyə yazılanda xidmət növü olaraq nə seçməliyəm?
22/09/2020 Прочитано: 83 Средняя стоимость: 5

Bildiririk ki, vergi ödəyicisi kağız daşıyıcısında ərizə ilə, artıq tərtib olunmuş bəyannamə (hesabat) ilə müraciət etdikdə Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) “Onlayn növbə” bölməsində “Növbəyə yazılmaq” xidməti vasitəsilə kağız daşıyıcıda müraciətlər üçün  "Xidmətin növü" kombosunda  "Sənədlərin kağızda qəbulu" xanasını seçməlidir. 

Həmçinin bildiririk ki, vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları.

5/5 (1 Средняя стоимость)
Оцените:
Vüsal Hüseynli vu***@mail.ru ID: 2920
Edvgerial şəxsi kabinetimdə geri qaytarılmalı olan böyük məbləğli çeklər nə üçün ləğv olunur?
22/09/2020 Прочитано: 76 Средняя стоимость: 0

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması zamanı məlumatlar Dövlət Vergi Xidmətinin müvafiq idarəsi tərəfindən təhlil edilir.

Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. Eyni zamanda, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması üçün satıcı Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən ƏDV ödəyicisi olmalıdır.

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələyə dair daha ətraflı məlumatın alınması məqsədi ilə müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

Əsas: Vergi Məcəlləsinin 50.8-ci, 165.5-ci maddələri və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası". 

0/5 (0 Средняя стоимость)
Оцените:
İslamov Ceyhun Məcid oğlu ce***@socar.az ID: 2912
1. Mənim 1903593782 saylı VÖEN var. İşim olmadığı üçün 2020-ci ilin 1 və 2-ci rüblərin hesabatını verməmişəm. Bilmək istəyirəm nə qədər borcum var. PİN kodum 1C0DDM3-dir. 2. VÖEN-mi müvəqqəti bağlamaq üçün nə etməliyəm?
22/09/2020 Прочитано: 105 Средняя стоимость: 0

Cavab 1. Bildiririk ki, vergi ödəyicisi İslamov Ceyhun Məcid oğlunun (VÖEN 1903593782) hazırki tarixə vergi borcu yoxdur.

Xatırladırıq ki, vergi hesabatını və ya Vergi Məcəlləsinin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 16-cı və 57.1-ci maddələri.

Cavab 2.Fəaliyyətinizi müvəqqəti dayandırmaq üçün vergi orqanına “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlisiniz. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir.

Gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə dayandırılması mümkündür.

Bu barədə daha ətraflı səhifəmizin “Xidmətlər” bölməsinin “E-Xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament və ya Vergilər Nazirliyinin rəsmi youtube səhifəsində yerləşdirilən videotəlimat vasitəsilə tanış ola bilərsiniz:

0/5 (0 Средняя стоимость)
Оцените:
Qarayeva Könül Rafiq qizi Zu***@inbox.ru ID: 2909
Salam. Araz marketden aldigim malın çekinin ƏDV-si pozulub. Onu necə bərpa edə bilərəm?
21/09/2020 Прочитано: 67 Средняя стоимость: 0

Qeyd etdiyiniz halda, çekin dublikatını əldə etmək üçün çeki əldə etdiyiniz satış nöqtəsinə yaxınlaşmağınız xahiş olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Vüqar as***@gmail.com ID: 2898
Salam. Mən bu yaxınlarda hospitalların birində bir-neçə dəfə müayinə olduğum qəbzləri edvgerial saytında oxutdurmaq istəyərkən qırmızı hərflərlə belə bir məlumat çıxır. “Daxil etdiyiniz NKA çekinin təqdim edildiyi obyektin təsnifatı Vergi Məcəlləsinin 165.5-ci maddəsinə uygun olaraq pərakəndə ticarət və ya ictimai iaşə təsnifatına uygun deyil. NKA çekini təqdim etmiş vergi ödəyicisinə müraciət etməyiniz tövsiyə olunur” Mən bunu onlara göstərdim. Dedilər, bizdik deyil. İndi bilmək istəyirəm bu kimlikdir? Onu da deyim ki, birinci çekdə isə belə problem olmamışdı.
21/09/2020 Прочитано: 75 Средняя стоимость: 0

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması üçün satıcı Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən ƏDV ödəyicisi olmalıdır.

Müraciətinizdə qeyd olunan, tibb xidmətlərinin göstərilməsi ilə bağlı ödənilən ƏDV-nin geri qaytarılması qanunvericilikdə nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 13.2.56-cı, 13.2.62-ci və 165.5-ci maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
Məmmədzadə Müşfiq Vaqif oğlu mu***@gmail.com ID: 2908
Salam. Ağdaş rayonunda yerləşən əmlakın (Həyət evi) alqı satqısı zamanı nə qədər vergi ödənilməlidir. Əmlak vərəsəlik şəhadətnaməsi əsasinda vərəsələrə verilib və əmlak üçün paylı mulkiyyət kimi (1/2 mən və 1/2 qardaşım) iki cıxarış alınıbsa alqı satqı zamanı vergi ödənilməlidirmi? Hər ikimiz həmin evdə qeydiyyatdayiq. Əvvəlcədən minnətdarlığımı bildirirəm.
21/09/2020 Прочитано: 77 Средняя стоимость: 5

Bildiririk ki, mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər sadələşdirilmiş verginin ödəyicisi hesab olunur.

1 yanvar 2020-ci il tarixdən fiziki şəxslərin xüsusi mülkiyyətində yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyat müddətindən və ya qeydiyyatda olub-olmamasından asılı olmayaraq həmin yaşayış sahəsinin təqdim edilməsi zamanı 30 kvadratmetr olan sahə sadələşdirilmiş vergidən azad edilir. Bu zaman fiziki şəxs 3 təqvim ilindən az müddətdə qeydiyyatda olduqda yaşayış sahəsi təqdim edərkən həmin yaşayış sahəsinin 30 kvadratmetr olan hissəsi çıxılmaqla qalan sahənin hər kvadratmetrinə sadələşdirilmiş vergi hesablanır. Verginin məbləği satılan mənzilin sahəsinin hər kvadratmetrinə 15 manat olmaqla Vergi Məcəlləsi ilə müəyyən olunmuş əmsalın tətbiq edilməsi (Ağdaş üçün 0,5 əmsal) ilə müəyyən olunur.

Eyni zamanda qeyd olunmalıdır ki, fiziki şəxs tərəfindən ailə üzvü olan şəxsə daşınmaz əmlakın təqdim olunması vergi öhdəliyini yaratmır.

Əsas: Vergi Məcəlləsinin 218.4.3-cü, 218-1-ci və 220.8-ci maddələri.

5/5 (2 Средняя стоимость)
Оцените:
Behbudov Niyaməddin Ni***@mail.ru ID: 3102
Salam mən bilmək isdərdim ki əgər evin kupçası yoxdursa, həmin evə görə vergi alınır? Alınırsa, hansı əsasla? Zəhmət olmasa, izah edərdiz. Öncədən təşəkür edirəm.
21/09/2020 Прочитано: 67 Средняя стоимость: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 197.1.1-ci maddəsinin müddəalarına əsasən rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri, həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri əmlak vergisinin vergitutma obyekti sayılır.

Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

Əsas: Vergi Məcəlləsinin 197.1.1-ci maddəsi və Azərbaycan Respublikasının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 12.1-ci maddəsi ilə tənzimlənir.

0/5 (0 Средняя стоимость)
Оцените:
Bağırov Zahid Gülhəsən oğlu za***@gmail.com ID: 2906
ƏDV-i ödəyicisi Nağdsız hesablaşmalar haqqında qanunun 3.5.1-ci maddəsinə əsasən kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarını qəbul edir. Bilmək istəyirəm ki, bu əməliyatın təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan artıq məbləği nağdsız qaydada həyata keçirilməlidir ya yox.
21/09/2020 Прочитано: 101 Средняя стоимость: 5

Bildiririk ki, “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsinə əsasən vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu zamanı hesablaşmalar üzrə ödənişlərin nağd qaydada aparılmasına qanunvericilikdə məhdudiyyət nəzərdə tutulmamışdır.

 

5/5 (5 Средняя стоимость)
Оцените:
Səfər Qəhrəman oğlu Qəhrəmanov xg***@gmail.com ID: 3101
İnternet vasitəsilə vergini nece ödəmək olar?
21/09/2020 Прочитано: 44 Средняя стоимость: 0

Vergiləri onlayn üsulla və ya nağd qaydada ExpressPay terminalları vasitəsilə ödənilməsi haqda ətraflı məlumatla saytımızın Faydalı bölməsinin "Vergiləri necə ödəyək?" altbölməsində tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Mahir Əzizov Əvəz ma***@mail.ru ID: 2891
Salam dostlar! Mən bütün marketlərdə alış-veriş edərkən maaş kartımdan ödəniş edirəm. Ödənişdən dərhəl sonra telefonuma ödəniş və qalan balans haqında sms gəlir. Bu indiyə qədər bütün marketlərdə belə olub. Lakin BRAVO marketdə (Sahil m-nun çıxışı, Sahil bağının yanında) ödəniş edirəm, mənə mesaj gəlmir. Bilmirəm, bu təsadüfdürmü?
21/09/2020 Прочитано: 67 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan məsələ vergi orqanlarının səlahiyyətlərinə aid edilmədiyi üçün, məsələnin araşdırılması üçün müştərisi olduğunuz banka müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Qarayev Şəhriyar Nazim oglu em***@mail.ru ID: 3100
Salam, mən 5 500 manatlıq elekron mal almışam, ƏDV aktiv olmayıb. Yoxlanışdan keçdi, 1aydan sonra ləğv olundu. Xahiş edirəm, bu barədə məlumat verin.
21/09/2020 Прочитано: 50 Средняя стоимость: 0

Bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

1. NMQ qeydiyyat nömrəsi

2. Çek tarixi və saat

3. Yekun məbləğ

4. Fiskal İD

5. VÖ-nin VÖEN-i

6. Obyekt kodu

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Sənan Soltanlı Şükür oğlu mr***@yahoo.com ID: 2893
Salam. Mən fərdi Sahibkar kimi qeydiyyatdan keçmişəm. Fəaliyyətim turizm sahəsidir. Həm fiziki şəxslərə həm də hüquqi şəxslərə xidmət göstərəcəm. Bilmək istərdim, mükəlləfiyyət növü kimi Sadələşdirilmiş vergi seçə bilərəmmi? Ya fiziki şəxslərin gəlir vergisi seçməliyəm?
21/09/2020 Прочитано: 122 Средняя стоимость: 0

Bildiririk ki, Vergi Məcəlləsinin müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş vergi ödəyicisi olmaq hüququnuz saxlanılır. 
Sadələşdirilmiş vergi respublika üzrə xərclər nəzərə alınmadan əldə olunmuş hasilatın 2 faizi, gəlir vergisi isə gəlirlərdən xərclər çıxıldıqdan sonra qalan mənfəətin 20 faizi (mikro sahibkarlarda 5 faizi) həcmində ödənilir. 
Bununla yanaşı, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə sadələşdirilmiş verginin dərəcəsi 01.01.2020-ci il tarixdən etibarən 1 (bir) il müddətinə 2 faizdən 1 faizə endirilmişdir.

Əsas: Vergi Məcəlləsinin 101-ci, 102.1.30-cu, 108-ci, 218.5.10-cu, 218.6.2-ci, 220-ci və 222-ci maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
Süleymanov Nofəl Qurban oğlu no***@mail.ru ID: 2895
Yazıb Sizə bildirirəm ki, sahibkar olaraq mənə 29 aprel 2020 ci il tarixdə Corono virus pandemiyası ilə əlaqədar dövlət tərəfindən 589 AZN köçürülmüşdür. Ondan sonra başqa sahibkarlara köçurulmüşdür, mənə isə yox. Sizdən xahiş edirəm ki, mənə məlumat verilsin.
21/09/2020 Прочитано: 71 Средняя стоимость: 0

Bildiririk ki, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müvafiq Əmri ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair” Metodiki Göstərişə əsasən Fərdi (mikro) sahibkarlar 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərdilər. Həmin şəxslərə birinci mərhələdə 250 manatdan 5000 manata qədər maliyyə dəstəyi göstərilmişdir. 

Eyni zamanda, birinci mərhələdə 250 manat maliyyə dəstəyi almış fərdi (mirko) sahibkarlara təkrar maliyyə dəstəyinin göstərilməsi avqust ayında həyata keçirilmişdir. 

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və cavablar, maliyyə yardımı almış vergi ödəyicilərinin siyahısı, eləcə də digər faydalı məlumatlarla buradan tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените: