Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Bildiririk ki, Vergi Məcəlləsində vergi orqanı tərəfindən banklara və ya kredit təşkilatlarına verilən sərəncamların yalnız vergilər üzrə borclar, faizlər və maliyyə sanksiyaları vergi ödəyicisinin hər hansı digər bankda və ya kredit təşkilatında olan milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alındığı və ya dondurulduğu hallarda geri qaytarılması nəzərdə tutulmuşdur.

Eyni zamanda bank hesabının bağlanması əsasları Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 10 iyun 2019-cu il 1951100026 nömrəli qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydaları” ilə müəyyən edilmişdir.

Əsas: Vergi Məcəlləsinin 65-ci maddəsi və “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 10 iyun 2019-cu il 1951100026 nömrəli qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydaları”.

Общая цена: 5/53
Оцените:

Bildiririk ki, Vergi Məcəlləsinin 169.3-cü maddəsinə uyğun olaraq qeyri-rezident müəssisədən alınmış xidmətlərə görə aparılan ödənişlərə ƏDV-nin hesablanması ödəmənin həyata keçirildiyi günə olan məzənnə ilə hesablanıb dövlət büdcəsinə ödənilir.

Əsas: Vergi Məcəlləsinin 169-cu maddəsi.

Общая цена: 5/52
Оцените:

Bildiririk ki, poçt bağlamalarının Azərbaycan Respublikasındakı sifarişçilərə çatdırılması üzrə (idxal olunan mallar müştərilərin adına rəsmiləşdirilməklə) xidmətlərin göstərilməsindən komisyon haqq (gəlir) əldə edən şəxslər bu gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərcləri çıxmaqla 20 faiz dərəcə ilə mənfəət vergisinə cəlb olunurlar. Bu xidmətlərin göstərilməsinə görə əldə olunan komisyon haqların həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) həcmi 200.000 manatdan artıq olduqda vergi ödəyicisi növbəti ayın ilk 10 günü ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verilməklə ƏDV qeydiyyatına alınmalıdır.

Əsas: Vergi Məcəlləsinin 104-cü və 155-ci maddələri.

Общая цена: 0/50
Оцените:

Bildiririk ki, Vergi Məcəlləsinin 165.1.3-cü maddəsinin müddəalarına əsasən malların ixracı ƏDV-yə sıfır (0) dərəcəsi ilə cəlb edilir.

Buna əsasən rezident müəssisə tərəfindən əmlakın qeyri-rezident hüquqi şəxsin nizamnamə kapitalına qoyulması məqsədilə ixrac edilməsi ƏDV-yə sıfır (0) faiz dərəcəsi ilə cəlb edilir.

Əsas: Vergi Məcəlləsinin 165-ci maddəsi.

Общая цена: 4/55
Оцените:

Vergi Məcəlləsinin  204-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir.

Vergi Məcəlləsinin 207.1.2-ci maddəsinin müddəalarına əsasən dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının və yerli özünü idarəetmə orqanlarının, Azərbaycan Respublikası Mərkəzi Bankının və onun qurumlarının, dövlətin adından yaradılan publik hüquqi şəxslərin (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan torpaqlar istisna olmaqla), habelə Azərbaycan Respublikasının Dövlət Neft Fondunun mülkiyyətində və ya istifadəsində olan torpaqlar torpaq vergisindən azaddır.

Eyni zamanda “Torpaq icarəsi haqqında” Qanununun 14-cü maddəsinin müddəalarına əsasən icarəyəverən torpaq vergisi tədiyəçisi olduqda, torpaq vergisi icarə haqqının tərkibinə daxil edilir. İcarəyəverən torpaq vergisi tədiyəçisi olmadıqda, icarə haqqının tərkibində torpaq vergisi nəzərə alınmır. 

Qeyd olunanlara əsasən yerli özünü idarəetmə orqanlarının mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri torpaq vergisindən azaddır. Həmin torpaq sahələri hüquqi şəxslərə icarəyə verilən zaman icarəyəverən yerli özünü idarəetmə orqanı torpaq vergisinin tədiyyəçisi olmadığı üçün icarəyə götürən hüquqi şəxslər icarəyə götürülmüş torpaq sahəsinə görə icarə haqqı ödəməklə yanaşı, bu torpaq sahələrinə görə dövlət büdcəsinə torpaq vergisi ödəməli və vergi orqanına torpaq vergisi bəyannaməsini təqdim etməlidirlər.

İkinci sualla bağlı bildiririk ki, Vergi Məcəlləsinin 216.2-ci maddəsinə əsasən yerin təkindən çıxarılan kvars qumlarının hər kubmetri üçün 1,0 manat dərəcə ilə mədən vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

Eyni zamanda qeyri-filiz faydalı qazıntıları üzrə mədən vergisi yerin təkindən çıxarılan faydalı qazıntıların çəkisindən asılı olmayaraq, onun həcmi ilə hesablanır.

Əlavə olaraq bildiririk ki, yerin təkindən çıxarılan faydalı qazıntıların sıxlığının müəyyən edilməsi qaydası və texniki normativləri Vergi Məcəlləsi ilə tənzimlənmir.

Əsas: Vergi Məcəlləsinin 204-cü, 207-ci, 216-cı və “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddələri.

Общая цена: 4/54
Оцените:

Bildiririk ki, sorğunuzda qeyd edilən fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur və həmin fəaliyyətə başlamaazdan əvvəl vegi ödəyicisi kimi uçota alınmalısınız.
Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.
Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş vergi ödəyicisi olmaq hüququnuz saxlanılır. 
Sadələşdirilmiş vergi respublika üzrə xərclər nəzərə alınmadan əldə olunmuş hasilatın 2 faizi, gəlir vergisi isə gəlirlərdən xərclər çıxıldıqdan sonra qalan mənfəətin 20 faizi (mikro sahibkarlarda 5 faizi) həcmində ödənilir. 
Bununla yanaşı, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə sadələşdirilmiş verginin dərəcəsi 01.01.2020-ci il tarixdən etibarən 1 (bir) il müddətinə 2 faizdən 1 faizə endirilmişdir.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 334-cü, 218.5.10-cu, 218.6.2-ci, 220-ci və 222-ci maddələri.

Общая цена: 5/53
Оцените:

Müraciət edən şəxslər öncədən növbəyə yazılmaq üçün Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) “Onlayn növbə” bölməsində “Növbəyə yazılmaq” xidməti vasitəsilə kağız daşıyıcıda müraciətlər üçün  "Xidmətin növü" kombosunda  "Sənədlərin kağızda qəbulu" xanasını seçməlidirlər. 

 

Общая цена: 0/50
Оцените:

Bildiririk ki, Vergi Məcəlləsinin 159.1-ci maddəsinin müddəalarına əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi  və vergi tutulan idxal ƏDV-nin vergitutma obyektidir.

Eyni zamanda Vergi Məcəlləsinin 13.2.12-ci maddəsinin müddəalarına əsasən digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin ödənilməsi şəklində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor və deponent borc məbləğləri satışdankənar gəlirlər  hesab olunur.

Bunlara əsasən ƏDV ödəyicisi olan müəssisə tərəfindən təqdim edilmiş malların tam dəyərindən ƏDV hesablanır.

Bunlarla yanaşı, sorğuda göstərilən əməliyyatın xarakteri tam açıqlanmadığından bu əməliyyatlarla bağlı tərəflər arasında bağlanmış müqavilələr, təhvil-qəbul aktları və digər zəruri sənədlər və aparılan əməliyyatın mahiyyəti barədə ətraflı izahatla birlikdə yazılı qaydada vergi orqanına müraciət edilməsi tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 13-cü və 159-cu maddələri.

Общая цена: 3/54
Оцените:

Cavab 1. Bildiririk ki, aktivlərini əvəzsiz əsasla və güzəştli qiymətlə təqdim edən şəxsin gəliri bu qayda ilə təqdim edilən aktivin bazar qiyməti və onun Vergi Məcəlləsinin 143-cü maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyəri arasındakı fərqdən ibarətdir. 

Müvafiq olaraq əldə edilmiş gəlirdən mükəlləfiyyət növünüzə uyğun olaraq müvafiq vergilər hesablanaraq bəyan edilməklə dövlət büdcəsinə ödənilməlidir.

Əsas: Vergi Məcəlləsinin 14-cü və 142-ci maddələri.

Cavab 2. Bildiririk ki, əmlakın əvəzsiz qaydada digər şəxsə verilməsi zamanı əmlak üzərində mülkiyyət hüququ başqa şəxsə keçir ki, bu da əmlak təqdim edilməsi sayılır. Fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxslər isə onlara elektron qaimə-faktura verməlidir.

Göstərilənlərə əsasən əmlakın əvəzsiz olaraq verilməsi həmin əmlakın təqdim edilməsi sayıldığı üçün bu təqdim olunma zamanı alıcıya bazar qiyməti nəzərə alınmaqla müvafiq elektron qaimə-faktura təqdim edilməlidir.

Əsas: Vergi Məcəlləsinin 13.2.10-cu, 14-cü və 71-1-ci maddələri.

 

 

Общая цена: 5/51
Оцените:

Bildiririk ki, Azərbaycan Respublikası Vergilər nazirinin 13.01.2017-ci il tarixli 1717040100030800 №-li Əmri ilə təsdiq edilmiş “Mənfəət vergisinin bəyannaməsinə Əlavə № 1-in tərtib edilməsi Qaydası”na əsasən ƏDV ödəyicisi olan hüquqi şəxs tərəfindən “Mənfəət vergisinin bəyannaməsi”nin 1 №-li Əlavəsi tərtib edilən zaman əlavənin 1.4 kodlu (Debitor borcları) və 2.2.1 kodlu (Kreditor borcları) sətirlərində məbləğlər ƏDV-siz dəyərlə qeyd edilir.

Eyni zamanda, ƏDV depozit hesabı üzrə mədaxil və məxaricin, eləcə də ƏDV depozit hesabının qalığının “Mənfəət vergisinin bəyannaməsi”nin Əlavə 1-də əks etdirilməsi nəzərdə tutulmamışdır.

Общая цена: 4/55
Оцените:

Bildiririk ki, vergi bəyannamələri üzrə elektron uyğunsuzluqlar fəaliyyət növləri üzrə deyil, ümumi əsaslar nəzərə alınmaqla qurulur.

Mənfəət vergisi ödəyicisi olan hüquqi şəxsin eyni anda bir neçə fəaliyyətlə məşğul ola biləcəyini və bu fəaliyyətlərlə bağlı əldə edilmiş ümumi gəlirə görə bəyannamənin bir dəfə təqdim edildiyini, həmçinin istehsal fəaliyyəti məşğul olan vergi ödəyicisi xammaldan hazır məhsul istehsal etmədən birbaşa həmin xammalı təqdim edə biləcəyini nəzərə alaraq, “Mənfəət vergisinin bəyannaməsi”nin 1 nömrəli Əlavəsində uyğunsuzluqların iqtisadi fəaliyyət sahələri üzrə qurulması məqsədəmüvafiq hesab edilmir.

Bununla yanaşı bildiririk ki, vergi öhdəliklərinin hər hansı səbəbdən düzgün müəyyən edilməməsinə səbəb olan vergi riskinin aradan qaldırılması məqsədi ilə vergi orqanı Vergi Məcəlləsinin 37-ci maddəsinin müddəalarına uyğun olaraq kameral qaydada vergi yoxlaması apara, vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir.

Təqdim edilmiş bəyannamələr üzrə kameral vergi yoxlaması aparılan zaman müəyyən edilmiş uyğunsuzluqların aradan qaldırılması üçün əsaslandırılmış yazılı izahat və zəruri olan təsdiqedici sənədləri (məlumatları) kameral vergi yoxlamasını aparan vergi orqanına təqdim etməyiniz tövsiyə olunur.

Общая цена: 4/53
Оцените:

Vergi Məcəlləsinin 102.1.17-ci maddəsi ilə müəyyən edilmiş vergi güzəşti Azərbaycan Respublikasının Prezidentinin qərarı ilə vəzifəyə təyin olunan Azərbaycan Respublikasının icra hakimiyyəti və digər dövlət orqanlarının (təsisatlarının), Azərbaycan Respublikasının Mərkəzi Bankının və dövlətin adından yaradılan publik hüquqi şəxslərin rəhbər işçilərinə münasibətdə tətbiq edilir.

Belə ki, Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi haqqında” 10 avqust 2004-cü il tarixli 348 nömrəli Sərəncamının 1-ci və 2-ci bəndlərinə əsasən Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşları, habelə həmin bəndlərdə göstərilən rəhbər işçilərə səlahiyyətlərinin icrası ilə bağlı təmsilçilik xərclərinin ödənilməsi üçün vəzifə maaşlarının 25 faizi məbləğində aylıq əlavə pul təminatı verilir.

Qeyd olunanlara əsasən Vergi Məcəlləsinin 102.1.17-ci maddəsində nəzərdə tutulmuş gəlir vergisi üzrə güzəşt Azərbaycan Respublikasının Prezidentinin “Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısı”nın və hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın məbləğinin təsdiq edilməsi barədə” 2008-ci il 20 iyun tarixli 776 nömrəli Fərmanının 2-ci bəndinə əsasən hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində müəyyən edilmiş əlavə haqlara münasibətdə tətbiq edilmir və həmin əlavə haqlar ümumi qaydada fiziki şəxslərin gəlir vergisinə cəlb olunur.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi, Azərbaycan Respublikasının Prezidentinin 2008-ci il 20 iyun tarixli 776 nömrəli Fərmanı və 10 avqust 2004-cü il tarixli 348 nömrəli Sərəncamı.

Общая цена: 5/51
Оцените:

Bildiririk ki, elektron qaimə-fakturanın (o cümlədən əvəzləşmə üçün) Oflayn rejimdə hazırlanması üçün xüsusi proqram təminatının (“Elektron Faktura Tərtibatı Proqramı - EFP”) sonuncu versiyasını və digər zəruri proqramları İnternet Vergi İdarəsinin (e-taxes.gov.az) “e-Qaimə-faktura” bölməsinin “Lazımlı proqramlar” altbölməsindən yükləyə, tələb olunan qaimə-fakturaları bu proqram vasitəsilə internetdən istifadə etmədən hazırlaya və paketləyə bilərsiniz.

Əlavə olaraq bildiririk ki, elektron qaimə-faktura üzrə əvəzləşdirmə zamanı istifadə olunan e-qaimə nümunəsini İnternet Vergi İdarəsinin “e-Qaimə faktura” bölməsinin “İstifadəçi təlimatları” altbölməsində “Elektron Qaimə-Faktura fayllarının formatı və nümunələr”i seçməklə əldə edə bilərsiniz.

Общая цена: 0/50
Оцените:

Bildiririk ki, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi 250 manatdan 5000 manatadək birdəfəlik ödəmə formasında həyata keçirilir, yəni növbəti aylarda bu mlaiyyə dəstəyinin ödənilməsi nəzərdə tutulmur.

Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi çərçivəsində isə məbləğ iki bərabər hissəyə bölünməklə 2 ay ərzində ödənilir.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və cavablar, maliyyə yardımı almış vergi ödəyicilərinin siyahısı, eləcə də digər faydalı məlumatlarla buradan tanış ola bilərsiniz.

Общая цена: 0/50
Оцените:

Kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla, hər bir şəxs dövlət reyestrindəki yazılarla, o cümlədən hüquqi şəxsin nizamnaməsi və qurumun hüquqi ünvanı (daimi fəaliyyət göstərən orqanının, siyasi partiyada rəhbər orqanlarının qərargahının yerləşdiyi yerə dair məlumat) barədə məlumatlarla tanış olmaq, dövlət reyestrindən çıxarışı və qeydiyyat üçün təqdim olunmuş sənədlərin surətlərini tələb etmək hüququna malikdir.

Eyni zamanda dövlət reyestrindən çıxarışlar (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla) sorğu əsasında üçüncü şəxslərə də verilir.

Kommersiya qurumunun sənədlərin surəti şəklində dövlət reyestrindən çıxarışın alınması üçün sərbəst formada müraciət ərizəsi və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd (dövlət orqanları və hüquqi şəxsin təsisçiləri istisna olmaqla) ilə ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edilməlidir. Bu xidmətin icra müddəti 15 gün müəyyən edilmişdir.

Əsas: Vergi Məcəlləsinin 30-cu maddəsi, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli Qanunu, Vergilər nazirinin  24.06.2019-cu il tarixli əmri ilə təsdiqlənmiş “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”

Общая цена: 5/51
Оцените:

Belə hal müxtəlif səsbəblərə görə baş verə bilər. Məsələn, nəzarət qurğusunun müvəqqəti olaraq internetə çıxışı olmadığından  məlumat sistemə ötürülməmiş ola bilər, çek məlumatları daxil edilərkən alıcı hər hansı səhvə yol verilə bilər, çek məlumatları alıcının özü və ya digər şəxs tərəfindən sistemə artıq daxil edilmiş ola bilər, sistemdə texniki nasazlıqlar baş verə bilər və s.

Çekin fiskal ID-sinin düzgün daxil olunmasını və ya həqiqiliyini "e-kassa.gov.az" internet səhifəsi üzərindən "Çeki yoxla" bölməsi vasitəsilə yoxlaya bilərsiniz. 

Əlavə məlumat üçün, “KapitalBank”ın 196 və ya Dövlət Vergi Xidmətinin 195-1 Çağrı Mərkəzinə müraciət edə bilərsiniz.

Общая цена: 0/50
Оцените:

Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir.

Göründüyü kimi, sahibkarlıq fəaliyyəti subyektləri tərəfindən çəkilmiş xərclər ilkin uçot sənədləri əldə edilməklə rəsmiləşdirilməlidir. Vergi ödəyicisi tərəfindən gəlirin əldə edilməsi ilə bağlı xərclər ilkin uçot sənədləri ilə rəsmiləşdirildiyi halda gəlirdən çıxılır.

Общая цена: 0/50
Оцените: