Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda həmin məbləğin 200 manatadək olan hissəsi gəlir vergisindən azaddır.

Məcburi köçkünlərin (mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca mənzil sahəsi əldə etməsi nəticəsində daimi məskunlaşmış şəxslərdən başqa) əsas iş yerində müvafiq təsdiqedici sənədlər təqdim edildiyi halda hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır.

Bununla yanaşı, qohumluq dərəcəsindən asılı olmayaraq, himayəsində azı 3 nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır.

Sorğunuzda qeyd olunan halda sizin muzdlu işdən əldə etdiyiniz gəlirdən 350 manat (200 + 100 + 50) vergi güzəşti çıxıldıqdan sonra qalan məbləğdən gəlir vergisi hesablanır.

Əsas: Vergi Məcəlləsinin 98-ci, 101-ci, 102.1.6-cı, 102.2.4-cü, 102.5-ci, 102.7-ci maddələri.

Общая цена: 4/53
Оцените:

Bildiririk ki, vergi ödəyiciləri maliyyə dəstəyi üçün müraciəti Vergilər Nazirliyi tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə, yaxud gücləndirilmiş elektron imza, o cümlədən Asan imza vasitəsilə elektron kabinetə daxil olaraq təqdim etməlidirlər.

İstifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Həmçinin bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanılmışdır. 

Общая цена: 5/51
Оцените:

Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması üçün Nazirlər Kabineti tərəfindən müvafiq qaydaların hazırlanması nəzərdə tutulub.

Qaydalar təsdiq edildikdən sonra sorğuda qaldırılan məsələ barədə məlumat veriləcəkdir.

Əsas: Vergi Məcəlləsinin 165.5-ci maddəsi.

Общая цена: 4/56
Оцените: