Официальные веб-сайты Азербайджанской Республики оканчиваются на .gov.az.

Государственные органы взаимодействуют через домен .gov.az (например, my.gov.az).

Список доверенных веб-сайтов

Безопасные веб-сайты используют HTTPS.

В качестве дополнительной меры безопасности проверьте наличие значка замка 🔒 или префикса https:// в адресной строке. Делитесь своими конфиденциальными данными только на официальных и защищённых веб-сайтах.

Выберите язык
Поиск
Cəfərov Vüqar Mayis vu***@gmail.com ID: 12
Salam. Sual: A şirkəti nəqliyyat xidməti göstərirsə, balansında olan bir neçə avtonəqliyyat vasitəsi ilə. Yalnız sürücülər müqavilə ilə işə cəlb olunublar və müqavilə əsasında yığılmış vəsaitdən müəyyan bir faiz əsasında çalışırlar. Bundan əlavə də nəqliyyat vasitəsinin sayı taksi xidmətini tam təmin edə bilməməsi səbəbindən əlavə müqavilə əsasında taksilər cəlb olunmuşdur. Həmin A şirkəti Vergi Məcəlləsinin 218.4.1-ci maddəsinə əsasən dövriyyəsindən asılı olmayaraq sadələşdirilmiş vergi ödəyicisi olmalıdırmı?
19/09/2019 Прочитано: 249 Средняя стоимость: 3

Bildiririk ki, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxs sadələşdirimiş vergi ödəyicisi hesab olunur və daşımanın xarakterindən, nəqliyyat vasitəsinin növündən, oturacaq yerlərinin sayından və xidmətin həyata keçirildiyi yerdən asılı olaraq Vergi Məcəlləsinin 220.5-ci və 220.6-ci maddələri ilə müəyyən edilən qaydada vergini hesablayaraq öz istəyinə uyğun təqvim ayının sonunadək növbəti ay, rüb, yarım il və ya il üçün ciddi hesabat blankı olan "Fərqlənmə nişanı" alarkən dövlət büdcəsinə ödəməlidirlər.

Yuxarıda qeyd olunanlardan göründüyü kimi, "Fərqlənmə nişanı" mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri olan, sərnişin və yük daşımalarını özü və ya müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxs tərəfindən alınmalıdır.

Məlumat üçün bildiririk ki, bu cür daşımaları həyata keçirən şəxslər digər fəaliyyət növü ilə də məşğul olduqda,  əldə etdikləri gəlirlərin və xərclərin uçotunu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparırlar.

Əsas: Vergi Məcəlləsinin 218.4.1-ci, 221.6-cı maddələri.

3/5 (4 Средняя стоимость)
Оцените:
Cəfərli Təbriz Afis ce***@gmail.com ID: 11
Salam. Pambıq əkini və emalı ilə məşğul olan dövlət müəssisəsinə 1ha 150 azn-dən 200 ha (30000 azn) icarəyə verilən torpaq sahələrinə görə başqa heç bir gəliri olmayan mmc-nin (yəni gəliri ancaq icarədən formalaşan) bank hesabına köçürülən vəsait aylıq limit çərçivəsində 15000 azn nağdlaşdırıla bilərmi? (ədv ödəyicisi deyil) Əgər, cavab xeyrdirsə, vəsait necə və hara istifadə oluna bilər? Bu vəsait dövlət satınalma müqaviləsi ilə əldə olunan vəsait hesab oluna bilərmi?
19/09/2019 Прочитано: 277 Средняя стоимость: 4

Dövlət orqanlarından, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdən, büdcə təşkilatlarından və publik hüquqi şəxslərdən əmlakların icarəyə götürülməsi halları istisna olmaqla, digər hallarda icarəyə götürən vergi ödəyicisinin “Nağdsız hesablaşmalar haqqında” Qanunun (bundan sonra – Qanun) 3.3-cü maddəsində göstərilən şəxslər kateqoriyasına aid olmasından asılı olaraq icarəyəverən hüquqi şəxsə icarə haqlarını həmin maddədə göstərilən hədlər daxilində (30 000 manat və ya 15 000 manat) nağd qaydada ödəməsinə qanunvericilikdə məhdudiyyət nəzərdə tutulmamışdır.

Belə ki, Qanunun 3.4.3-cü maddəsinə əsasən dövlət orqanlarına, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə, büdcə təşkilatlarına və publik hüquqi şəxslərə ödənilən xidmət haqları və digər yığımlar yalnız nağdsız qaydada ödənilməlidir.  

4/5 (2 Средняя стоимость)
Оцените:
Mustafayeva vu***@azecolab.com ID: 10
Salam. Sualım DTA-03 forması ilə əlaqədardır. Online kargüzarlıq vasitəsilə DTA-03 formasını doldurduqda “Digər Məlumatlar” hissəsində qeyd edilib ki, ərizə səlahiyyətli nümayəndə tərəfindən doldurulduqda, həmin səlahiyyətli nümayəndənin şəxsiyyətini təsdiq edən sənədin məlumatları (səlahiyyətli nümayəndənin səlahiyətlərini təsdiq edən sənədin notariat qaydasında təsdiq edilmiş surəti ərizəyə əlavə olunmalıdır) qeyd edilməlidir. Əgər Azərbaycanda qeydiyyatdan keçmiş rezident şirkət qeyi-rezident şirkətə ödəniş edirsə və Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrdaən faydalanmaq istəyirsə, bu formanı sadəcə öz asan imzası ilə daxil olub doldura bilməzmi? Axı xarici şirkətlərdən notarial qaydada təsdiq edilmiş etibarnamə almaq asan deyil.
19/09/2019 Прочитано: 276 Средняя стоимость: 5

Bildiririk ki, DTA-03 forması qeyri-rezident tərəfindən doldurulmalı, rezidenti olduğu Razılığa gələn digər Dövlətin səlahiyyətli vergi orqanı və Azərbaycan Respublikasında ona gəlir ödəyən şəxsin uçotda olduğu vergi orqanı tərəfindən müvafiq qaydada təsdiqlənməlidir.

Qeyd etdiyiniz kimi, forma qeyri-rezidentin səlahiyyətli nümayəndəsi tərəfindən təqdim edildkdə, qeyri-rezident tərəfindən həmin nümayəndəyə səlahiyyətlərin verilməsi barədə notariat qaydasında təsdiqlənmiş sənədlər təqdim olunmalıdır..

Əsas: Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 12 iyun tarixli 1717050000009300 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasi ilə digər dövlətlər arasinda ikiqat vergitutmanin aradan qaldırılmasına dair beynəlxalq sazişlərin inzibatçılığı” Qaydaları.

5/5 (2 Средняя стоимость)
Оцените:
Həsənov Elməddin Fərhad ch***@yahoo.com ID: 9
Salam. Zəhmət olmasa misal üzərindən izah verərdiz. Misal üçün "A" MMC 15.06.2019-cu il tarixdə e-qaimə ilə (17.06.2019-da e-VHF təqdim edilib) "B" MMC-yə 1000,0 manat dəyərində (180 ƏDV) mal təqdim edib. "B" MMC 600 manat vəsaiti (108 manat ƏDV məbləğini ƏDV-nin DH-na) 23.06.2019-cu il tarixdə, 400 manat vəsaiti (72 manat ƏDV məbləğini ƏDV DH-na) 03.07.2019-cu il tarixdə ödəyib. Belə olan halda ƏDV bəyannaməsi hansı qaydada tərtib olunmalıdır. Vergilər Nazirliyinin 195 çağrı mərkəzindən bildirirlər ki, tam ödəniş 30 gün ərzində daxil olduğundan (03.07.2019-cu il tarixdə) 2019-cu ilin İyul ayı üzrə ƏDV bəyannaməsində 1000 manat vergiyə cəlb olunan dövriyyə məbləği göstərilməlidir. 1. Əgər tam ödənişi iyul ayındə gəldiyini nəzərə alırsınızsa niyə "Qarşılıqlı əlaqələrin təhlili" adlı uyğunsuzluqla iyun ayında ƏDV DH-na daxil olmuş vəsaitə görə 108 manat kameral hesablama aparırsız? 2. Vergi Məcəlləsinin 175-ci maddəsinə əsasən "B" MMC-nin aldığı mallara görə ödədiyi ƏDV məbləğini ödənişin aparıldığı ayda əvəzləşməyə daxil etdiyi halda, "A" MMC tərəfindən təqdim edilmiş mallara görə daxil olan vəsait natamam adı ilə növbəti aya keçirilməlidir. 3. Vergi Məcəlləsinin 166-cı maddəsində tam ödəniş sözü varmı?
19/09/2019 Прочитано: 454 Средняя стоимость: 5

Bildiririk ki, ƏDV tutulan əməliyyatın vaxtı sifarişçi müqavilə üzrə təqdim edilmiş malların, göstərilmiş xidmətlərin, görülmüş işlərin dəyərini 30 gün müddətində ödədikdə ödəmənin həyata keçirildiyi vaxt, 30 gündən gec ödədikdə isə malların, xidmətlərin, işlərin təhvil verilməsindən 5 gündən gec olmayaraq verilmiş elektron vergi hesab-fakturasının tarixi, elektron vergi hesab-fakturası 5 gündən gec verildiyi halda isə malların, xidmətlərin, işlərin təhvil verilməsi tarixi hesab olunur.

Ödəmə dedikdə verilmiş elektron vergi hesab-fakturası əsasında eyni vaxtda malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin hesabına, ƏDV məbləğinin isə ƏDV-nin depozit hesabına ödənilməsi nəzərdə tutulur.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan  Respublikası Vergi Məcəlləsinin 175.1 və 176.4-cü maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 3 sentyabr 2015-ci il tarixli Qərarının 3-cü hissəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.1 və 176.4-cü maddələrinin mənasına görə təqdim edilmiş malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ƏDV-siz dəyəri yalnız nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) tam olaraq ödənildikdə, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarla ödənildikdə vergi ödəyicisinə verilmiş elektron vergi hesab fakturası üzrə ödənilmiş vergi məbləği əvəzləşdirilən ƏDV məbləği sayılır.

Bununla yanaşı bildiririk ki, vergi öhdəliklərinin hər hansı səbəbdən düzgün müəyyən edilməməsinə səbəb olan vergi riskinin aradan qaldırılması məqsədi ilə vergi orqanı Vergi Məcəlləsinin 37-ci maddəsinə uyğun olaraq kameral qaydada vergi yoxlaması apara, vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər.

Müvafiq olaraq vergi orqanına təqdim edilmiş bəyannamələrdə kameral qaydada aparılmış yoxlamalar zamanı müəyyən edilmiş uyğunsuzluğun aradan qaldırılması üçün əsaslandırılmış yazılı izahat və zəruri olan təsdiqedici sənədləri (məlumatları) kameral vergi hesablanmasını aparan vergi orqanına təqdim etməyiniz tövsiyə olunur.

5/5 (4 Средняя стоимость)
Оцените:
Arzu Məmmədova İslam ay***@gmail.com ID: 6
Salam. Mikro sahbkarlıq subyektində işçilərin orta siyahı sayı 1-10 nəfər olmalıdır. Bilmək istərdimki işçilərin orta siyahı sayının hesablanma qaydası necədir?
19/09/2019 Прочитано: 541 Средняя стоимость: 5

Bildiririk ki, “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın məqsədləri üçün işçilərin orta siyahı sayı hesabat ilinin ayları üzrə işçilərin sayı toplanaraq 12-yə bölmək yolu ilə hesablanır.

Vergi ödəyicisi il ərzində fəaliyyətini dayandırdıqda isə, vergi ödəyicisinin faktiki fəaliyyət göstərdiyi aylar üzrə işçilərin sayı toplanaraq həmin ayların sayına bölünmə yolu ilə müəyyənləşdirilir.

5/5 (18 Средняя стоимость)
Оцените:
Balağa Tairov Rəhim Ba***@gmail.com ID: 8
Salam . Mənim suallarım maşınların gömrük rüsumlarına aiddir . 1. Rusiya Federasiyasının Sankt Peterburq şəhərində yerləşən zavodda istehsal olunan Toyota Camry markalı avtomobili Azərbaycan Respublikası ərazisinə gətirəndə istehsal ölkəsi və göndərilən ölkə AR gömrük orqanları tərəfindən Rusiya Federasiyası kimi qəbul olunurmu ? ( Çünki hal-hazırda ABŞ-dan idxal olunan və ABŞ-da istehsal olunan Toyota markalı avtomobillər 2008 -2009 -cu illər AR ərazisində gömrük qeydiyyatından buraxılır .Baxmayaraq ki Toyota Yaponiyaya məxsus şirkətdir və AR ərazisinə Yaponiyada istehsal olunan avtomobillərin gətirilməsi avro 4 standartına əsasən 2011-ci ildən sonra mümkündür qanunvericiliyə əsasən .) 2. Mən sizin saytda online kalkulyator vasitəsilə 10000 dollar məbləğində və mühərrikin işçi həcmi 2500 kub santimetr olan avtomobil üçün iki fərqli məbləğ gördüm .Əgər alacağım avtobili əgər Rusiya Federasiyası ərazisində istehsal olunmuşsa və buradan idxal edəcəyəmsə 6930 manat 40 qəpik gömrük rüsumu ödəməliyəm . Lakin həmin bu eyni işçi həcmli və qiymətli (yuxarıda göstərilib ) avtomobili lakin ABŞ-da istehsal olunan və buradan idxal edəcəyəmsə 12948 manat 40 qəpik gömrük rüsumu ödəməliyəm. Qeyd üçün bildirim ki söhbət hər iki halda idxal etmək istədiyim eyni markanın eyni modelindən yəni konkret olaraq Toyota Camry markalı avtomobildən gedir . Sadəcə olaraq biri ABŞ-dakı zavodda digəri Rusiyadakı zavodda istehsal olunur.. Bu niyə görə belədir ? 3.Mənim ölkəyə idxal etdiyim avtomobilin bazar qiymətini gömrük ekspertizası necə qiymətləndirir ? Tutalım mənim 10000 ABŞ dollarına əldə etdiyim avtomobili alış qiymətin 12000 ABŞ dolları dəyərində qiymətləndirir .Mən avtomobili 10000 ABŞ dollarına əldə etdiyimi sübut etmək üçün xarici ölkədən gətirdim çek və ya alternativi adi və ya notarial tərcümə olunmuş qaydada qəbul olunurmu vergi orqanı tərfindən ? Mənimlə vergi orqanı arasında ziddiyyət yaranmasın deyə nə etməliyəm ? Hansı sənədi gətirməliyəm ki avtomobili əldə etdiyim qiymət qəbul olunsun və müstəqil ekspertiza onu artıq qiymətləndirməsin . 4. Mənə xaricdə avtomobil həddiyyə verilibsə və ya loto vasitəsilə onu udmuşamsa onu AR ərazisinə gətirəndə standart prosedurmu tətbiq olunur yoxsa bu halda gömrük rüsumu fəqlidir ? Misal üçün mənə 10000 ABŞ dolları civarında avtomobil hədiyyə verilib və mən ölkəyə gətirmək istəyirəm lakin mənim maliyyə vəsaitim standart gömrük rüsumunu ödəməyə yetmir , bu halda nə etməliyəm ?
19/09/2019 Прочитано: 358 Средняя стоимость: 5

Bildiririk ki, qanunla müəyyən edilmiş hallarda və qaydada yol vergisi və idxal-ixrac əməliyyatları sahəsində vergi orqanlarının səlahiyyətlərini gömrük orqanları həyata keçirir. Odur ki, bu barədə ətraflı məlumat almaq üçün aidiyyəti üzrə  Dövlət Gömrük Komitəsinin 195-6 Çağrı Mərkəzinə müraciət etməyinizi tövsiyə edirik.

5/5 (2 Средняя стоимость)
Оцените:
Mübariz Ənvər oğlu Rəhimov ra***@mail.ru ID: 7
Salam. Bilirik ki, respublikamızda Fermer Kartı verilməsinə başlanılıb. Bu kartın fermerlər üçün üstünlükləri nədən ibarətdir? Əgər Fermer özünə aid olmayan məhsulları alıb satırsa və pulu bu karta yüklənəcəksə onu necə ayırd etmək olacaq? Zəhmət olmazsa ətraflı məlumat verərdiniz.
19/09/2019 Прочитано: 350 Средняя стоимость: 5

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən kənd təsərrüfatı məhsullarının istehsalçılarına tətbiq olunan vergi güzəştləri daha 5 il müddətinə, yəni 2024-cü ilə qədər uzadılmışdır.

Göründüyü kimi güzəşt kənd təsərrüfatı məhsullarının istehsalçılarına aid edilmişdir. Qeyd olunanlara əsasən, kənd təsərrüfatı mallarının istehsalçısı tərəfindən mallar təqdim edildikdə ödənilən vəsait gəlir vergisindən azaddır.

Eyni zamanda vergidən azad olunan gəlir əldə edən şəxs də bütün digər vergi ödəyiciləri kimi seçdiyi vergitutma sistemindən asılı olaraq (sadələşdirilmiş və ya mənfəət) vergi orqanına bəyannamə təqdim etməli və azad olunan gəlirlərini bəyannamənin müvafiq azadolma sətirlərinə əks etdirməlidir.

Kənd təsərrüfatı malları malların istehsalçı olmayan şəxs tərəfindən təqdim edildikdə, həmin  şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda, ödəmə mənbəyində 2 faiz dərəcə ilə vergi tutulur.

Müraciətinizdə qeyd olunan “fermer kartı” haqqında məlumat almaq üçün aidiyyəti üzrə Kənd Təsərrüfatı Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 101.6-cı, 102.1.11-ci, 106.1.14-cü, 150.1.14-cü, 164.1.18-ci, 219.7-ci maddələri.

5/5 (8 Средняя стоимость)
Оцените:
Məhəmməd Paşazadə Rafiq oğlu m_***@mail.ru ID: 140
Salam. Müəssisə işçisinə (məsələn, baş mühasibə, istehsalat fəhləsinə və digər vəzifələrə) əmək müqaviləsində nəzərdə tutulmayan həvəsləndirici mükafat verirsə, bunu gəlirdən çıxılan xərclərə aid etmək olarmı. Qeyd edim ki, həmin ödənişdən sosial ödəmələr edilir və müəssisə qeyri-neft və özəl sektora aiddir. Əlavə olaraq həmin əmək haqqına edilən mükafatı hansı formada etmək olar və yaxudda hansı sənədlərlə (sadəcə əmr yoxsa?) təsdiqləmək olar. Təşəkkür edirəm.
25/08/2019 Прочитано: 164 Средняя стоимость: 4

Bildiririk ki, Əmək Məcəlləsinin 157-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədi ilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin digər formaları tətbiq edilə bilər. Həmin maddənin 3-cü hissəsinə əsasən əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir.

Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən Vergi Məcəlləsinin X fəslinə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Əməyin ödənilməsi sistemləri ilə nəzərdə tutulmuş qaydada və formada verilən mükafatlar əmək haqqının tərkibi olmaqla tam məbləğdə gəlirdən çıxılan xərclərə aid edilir.

Əlamətdar hadisələr, ad günləri, dövlət bayramları və s. ilə bağlı işçiyə verilən mükafatlar isə işəgötürən tərəfindən kommersiya məqsədləri üçün qarşıya qoyulmuş işlərin yerinə yetirilməsi ilə bağlı edilən ödəniş olmadığından və işəgötürənin sərbəst mənfəəti hesabına maliyyələşdirildiyindən həmin xərclər gəlirdən çıxılan xərclərə aid edilmir.

Əmək qanunvericiliyinin tətbiqi, o cümlədən əməyin ödənilməsi sistemləri ilə bağlı ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

4/5 (4 Средняя стоимость)
Оцените:
müşviq quluyev vaqif mu***@mail.ru ID: 388
İndi alınan malların ƏDV-si müştəriyə verilir, yoxsa yox, onu bilmək istəyirəm.
15/05/2019 Прочитано: 89 Средняя стоимость: 5

Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması üçün Nazirlər Kabineti tərəfindən müvafiq qaydaların hazırlanması nəzərdə tutulmuşdur. Hazırda bu qaydaların hazırlanması istiqamətində işlər davam edir.

Bununla yanaşı, Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin  müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. Bu isə o deməkdir ki, bu cür ödənişlər yeni nəsil, yəni Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulan nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməlidir. Yeni nəsil kassa aparatlarının quraşdırılması isə Nazirlər Kabinetinin 14 fevral 2019-cu il tarixli 52 saylı Qərarı ilə müəyyən edilmiş qrafikə əsasən, mərhələli şəkildə həyata keçirilir. Hazırda bu proses nəzərdə tutulan qrafik üzrə davam edir.

5/5 (1 Средняя стоимость)
Оцените:
Murad Aliyev Natiq ia***@gmail.com ID: 145
Məcburi köçkün statusu olan şəxslərin maaşlarından vergi tutulması necə hesablanır? Zəhmət olmazsa sualımı cavablandırardınız .
25/04/2019 Прочитано: 114 Средняя стоимость: 4

Bildiririk ki, Vergi Məcəlləsinin 102.4.5-ci maddəsinə əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır.

Vergi güzəşti hüququ yalnız fiziki şəxsin əmək kitabçasının olduğu əsas iş yerində müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan yaranır və əvvəlki dövrlər üzrə vergi güzəştinin tətbiq olunaraq artıq hesablanmış vergi məbləğlərinin şəxsə qaytarılması və ya gələcək dövrün vergiləri ilə əvəzləşdirilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8000 manatadək olduqda verginin dərəcəsi 0 (sıfır) faiz təşkil edir.

4/5 (3 Средняя стоимость)
Оцените:
Nəsirli Cəlal Əli ce***@gmail.com ID: 141
Salam, mən VÖEN-dən çıxarış almaq istəyirəm, online qaydada. Köməklik edin zəhmət olmasa, nece edə bilərəm?
25/04/2019 Прочитано: 118 Средняя стоимость: 5

Vergi ödəyicisinin vergi orqanında qeydiyyatda olub-olmaması barədə arayışın verilməsi üçün Sərbəst formada müraciət ərizəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. Arayış 5 iş günü ərzində müraciət edən şəxsə təqdim olunur.

Əsas: Vergilər nazirinin  24.06.2019-cu il tarixli əmri ilə təsdiqlənmiş “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”

5/5 (4 Средняя стоимость)
Оцените:
Abasov Vüqar Hüseyn va***@mail.ru ID: 381
DSMF borcu onlayn necə ğyrənmək olar? Xahiş edirəm bu haqda məlumat verəsiniz.
22/03/2019 Прочитано: 104 Средняя стоимость: 3

Vergi ödəyicisi məcburi dövlət sosial sığorta haqqı üzrə borcunun olub-olmamasını ona məxsus istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza vasitəsilə İnternet vergi idarəsinin "E-bəyannamə, ƏDV-DH və ŞHV" bölməsindən və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə öyrənə bilər.

3/5 (5 Средняя стоимость)
Оцените:
Himayət İsmayilova Rizvan qızı hr***@yahoo.com ID: 778
Salam. Mən 2006-cı ildən Ziya Bunyadov kücəsi, 30/22, bina 5 a unvanılı yeni tikili binada mənzil almışam və həmin vaxtdan da həmin mənzildə qeydiyyatda olmuşam. Binada çıxarış (kupça) olmayıb, order olub. Biz çıxarış almaq istəsək də binada bəzi problemlər olduğuna görə bu mümkün olmayıb. Nəhayət, prezident fərmanı ilə çıxarış verilən binalardan biri kimi bizim binada da mənzillərə çıxarış verilməyə başlanıb. Mən pula təcili ehtiyacım olması üzündən bu mənzili satmaq istəyirəm. Qeyd edim ki, 2006-2015-ci illərdə bu mənzildə qeydiyyatda olmuşam. 2015-ci ilin iyulun 2-dən başqa mənzilə qeydiyyata düşmüşəm. Bilmək istərdim ki, mənzilin satışı zamanı mən necə vergi ödəməliyəm? "AR Vergi Məcəlləsinin 218.4.3 maddəsinə əsasən mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridirlər" və "Sadələşdirilmiş vergi aşağıda qeyd edilən hallarda hesablanmır: fiziki şəxsin azı 5 (beş) il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi"- bu norma mənə şamil olunurmu? Axı hal-hazırda olmasa da, mən də 9 il sözügedən mənzildə qeydiyyatda olmuşam? Lütfən, bu məsələyə aydınlıq gətirərdiniz. Öncədən təşəkkürlər.
25/02/2019 Прочитано: 76 Средняя стоимость: 4

Bildiririk ki, 1 yanvar 2020-ci il tarixdən fiziki şəxslər tərəfindən vergidən azad olunmaqla təqdim edilən yaşayış sahəsində azı 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olma müddəti 3 təqvim ilinə endirilib. Qeyd olunan dəyişikliyə əsasən fiziki şəxslər tərəfindən azı 3 təqvim ili ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi vergidən azaddır.

Sorğunuzda qeyd olunan halda Siz 2006-cı ildən 2015-ci ilədək mənzildə qeydiyyatda olduğunuzu təsdiq edən sənədlər əsasında adıçəkilən vergi güzəştindən istifadə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin  218.4.3-cü və 218-1.1.5-ci maddələri.

4/5 (6 Средняя стоимость)
Оцените:
Pərviz Əliosmanov Hacbala El***@bk.ru ID: 580
Salam.Mənim atam 1-ci qrup əlildir. Mən Xaçmaz şəhər 3 saylı tam orta məktəbdə Təsərüffat işləri üzrə direktor müavini işləyirəm. Atamın əlil olmasına görə mənə gəlir vergisindən güzəşt mümkündürmü ??? Qanunda belə bir maddə varmı ?
28/12/2018 Прочитано: 87 Средняя стоимость: 4

Bildiririk ki, I qrup əlilə baxan və onunla birlikdə yaşayan himayəçi olduğunuz halda vergi tutulmalı olan aylıq gəliriniz 100 manat məbləğində azaldılır.

Bu güzəşt hüququ aşağıda qeyd olunan sənədlərin birinin təqdim edildiyi andan yaranır və yalnız əsas iş yerinizdə (əmək kitabçanızın olduğu yerdə) həyata kedçirilir:

- himayədə olma faktı barədə məhkəmə orqanlarının qərarı;

- birgə yaşamaq haqqında mənzil-kommunal istismar sahələrinin, yaxud icra hakimiyyəti nümayəndəliklərinin arayışları;

- Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin arayışı.

Əsas: Vergi Məcəlləsinin 102.4.4-cü maddəsi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

4/5 (4 Средняя стоимость)
Оцените:
Sərdar Əliyev Həsən se***@mail.ru ID: 560
Salam, mən müəllim işləyirəm. Məcburi köçkünəm, həm də himayəmdə 3 azyaşlı uşaq var, bu imtiyazların hər ikisindən istifadə edə bilərəm?
28/12/2018 Прочитано: 134 Средняя стоимость: 4

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda həmin məbləğin 200 manatadək olan hissəsi gəlir vergisindən azaddır.

Məcburi köçkünlərin (mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca mənzil sahəsi əldə etməsi nəticəsində daimi məskunlaşmış şəxslərdən başqa) əsas iş yerində müvafiq təsdiqedici sənədlər təqdim edildiyi halda hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır.

Bununla yanaşı, qohumluq dərəcəsindən asılı olmayaraq, himayəsində azı 3 nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır.

Sorğunuzda qeyd olunan halda sizin muzdlu işdən əldə etdiyiniz gəlirdən 350 manat (200 + 100 + 50) vergi güzəşti çıxıldıqdan sonra qalan məbləğdən gəlir vergisi hesablanır.

Əsas: Vergi Məcəlləsinin 98-ci, 101-ci, 102.1.6-cı, 102.2.4-cü, 102.5-ci, 102.7-ci maddələri.

4/5 (4 Средняя стоимость)
Оцените:
Binnətov Ruslan bi***@gmail.com ID: 1737
Mən aktiv vergi ödəyicisiyəm. Sahibkarlıq uçotu haqqında şəhadətnamə rayonda qalıb, şifrələrini bilmirəm, mən dəstək fondundan istifadə edə bilmirəm, mən nə etməliyəm? Xahiş edirem, sorğum mümkün qədər tez cavablandırılsın.
18/05/2018 Прочитано: 46 Средняя стоимость: 5

Bildiririk ki, vergi ödəyiciləri maliyyə dəstəyi üçün müraciəti Vergilər Nazirliyi tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə, yaxud gücləndirilmiş elektron imza, o cümlədən Asan imza vasitəsilə elektron kabinetə daxil olaraq təqdim etməlidirlər.

İstifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Həmçinin bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanılmışdır. 

5/5 (1 Средняя стоимость)
Оцените:
Mübariz Mehdiyev Məhəddin oglu me***@mail.ru ID: 1034
"A" müəssisəsi əmlak vergisi ödəyicisidir. Vergi məcəlləsinin 199.4.3 maddəsinə əsasən vergitutma məqsədi üçün müəssisənin əmləkının dəyəri avtonəqliyyat vasitələrinin dəyərindən azaddır.Yəni məssisənin balansında olan avtonəqliyyat vasitələrinin qalıq dəyəri əmlak vergizindən azaddır. SUAL: Əgər müəssisə balansında olan avtonəqliyyat vasitələrini kasko sığortalamışdırsa, bu avtonəqliyyat vasitələrinin qalıq dəyərindən artıq qiymətlə sığortalandığı qiyməti əmlak vergisinə cəlb olunurmu?
29/04/2017 Прочитано: 129 Средняя стоимость: 5

Bildiririk ki, mexaniki nəqliyyat vasitələrinə aid edilən avtomobillərin dəyəri sığortalanmasından asılı olmayaraq, əmlak vergisindən azaddır. 

Əsas: Vergi Məcəlləsinin 199.4.3-cü maddəsi.

5/5 (1 Средняя стоимость)
Оцените:
Taleh Nasibov Aziz te***@yahoo.com ID: 484
Salam! POS-terminalla nağdsız ödənişin əlavə dəyər vergisinin müəyyən həcmi hansı yolla qaytarilir? Nağd yoxsa avtomatik karta cashback olur?
13/12/2015 Прочитано: 175 Средняя стоимость: 4

Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması üçün Nazirlər Kabineti tərəfindən müvafiq qaydaların hazırlanması nəzərdə tutulub.

Qaydalar təsdiq edildikdən sonra sorğuda qaldırılan məsələ barədə məlumat veriləcəkdir.

Əsas: Vergi Məcəlləsinin 165.5-ci maddəsi.

4/5 (6 Средняя стоимость)
Оцените: