Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

 

Dünya Bankı - inkişaf etməkdə olan ölkələrə maliyyə və texniki yardımın göstərilməsi məqsədi ilə yaradılmış beynəlxalq maliyyə təşkilatıdır. Öz inkişafı prosesində Dünya Bankı müxtəlif struktur dəyişikliklərə məruz qalmışdır, buna görə də müxtəlif mərhələlərdə Dünya Bankı termini altında müxtəlif təşkilatlar başa düşülürdü. Əvvəlcə Dünya Bankı İkinci Dünya Müharibəsindən sonra Qərbi Avropaya və Yaponiyaya bərpa edilmək üçün maliyyə dəstəyini həyata keçirən Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı ilə əlaqələndirilirdi. Sonra 1960-cı ildə bu bankın siyasəti ilə bağlı olan funksiyalarının bir hissəsini öz üzərinə götürmüş Beynəlxalq İnkişaf Assosiasiyası yaradıldı. Hal-hazırda faktiki olaraq Dünya Bankı adı altında iki təşkilat başa düşülür:

  • Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı
  • Beynəlxalq İnkişaf Assosiasiyası

Müxtəlif vaxtlarda, Dünya Bankının vəzifələrinin həyata keçirilməsi üçün daha üç təşkilat onlara qoşulmuşdur:

  • Beynəlxalq Maliyyə Korporasiyası
  • İnvestisiya Zəmanətləri üzrə Çoxtərəfli Agentlik
  • İnvestisiya Mübahisələrinin Nizamlanması üzrə Beynəlxalq Mərkəz

Bütün beş təşkilat Dünya Bankının təşkilatları qrupuna daxildir və Dünya Bankı Qrupu adlanırılar. Ayrı-ayrı hallarda Dünya Bankı adı altında, hələ də onun fəaliyyətinin əsasını təşkil edən Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı başa düşülür. Dünya Bankı inkişaf etməkdə olan ölkələrə göstərilən maliyyə və texniki dəstəyin vacib mənbəyidir. Onun missiyası sabit nəticələrin əldə edilməsinə çalışaraq, yoxsulluğa qarşı ruh yüksəkliyi və peşəkarlıqla mübarizə aparmaq, və resurslar təqdim edərək, biliklərlə bölüşərək, dövlət və özəl sektorlarda potensialın artırılmasına və tərəfdaşlıq münasibətlərinin möhkəmləsinə köməklik edərək insanlara yaşayış şəraitinin və ətraf mühitin yaxşılaşdırılmasında yardım etməkdir.

Fəaliyyətin əsas istiqamətləri 

Dünya Bankının tərkibinə bir-biri ilə sıx əlaqəli olan iki təşkilat - Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB) və Beynəlxalq İnkişaf Assosiasiyası (BİA) - beynəlxalq maliyyə bazarlarına çıxışı olmayan və ya əlverişsiz şərtlərlə çıxışı olan ölkələrə aşağı faiz dərəcəsi ilə, 0 (sıfır) faiz dərəcəsi ilə və ya qrant şəklində borclar verir. Digər maliyyə institutlarından fərqli olaraq Dünya Bankı mənfəət əldə etmək məqsədi daşımır. BYİB bazar əsasında fəaliyyət göstərir və özünün inkişaf etməkdə olan ölkələrdən olan müştərilərinə aşağı faizlə kredit verə bilmək üçün, ona aşağı faizlə kredit almaq imkanı verən yüksək kredit reytinqindən istifadə edir. Bu fəaliyyət ilə bağlı əməliyyat xərclərini Bank xarici mənbələrdən istifadə etməyərək öz vəsaitləri hesabına ödəyir. Hər üç ildən bir Dünya Bankı qrupu ölkə ilə əməkdaşlığın əsası kimi istifadə edilən "Dünya Bankı qrupunun fəaliyyət strategiyası" adlı çərçivə sənədini hazırlayır. Strategiya bankın həm borc vermək üzrə, həm də analitik və məsləhət xidmətləri üzrə proqramlarının, hər bir borc alan ölkənin inkişafnın konkret məqsədləri ilə uzlaşdırılmasına kömək edir. Strategiyaya yoxsulluğun aradan qaldırılması probleminə maksimal təsir edə biləcək və dinamik sosial-iqtisadi inkişafa köməklik edən layihə və proqramlar daxildir. Dünya Bankının direktorlar şurasına baxılmaq üçün təqdim edilməzdən əvvəl strategiya borc alan ölkənin hökuməti və digər maraqlı strukturlarla müzakirə edilir. 

Digər xidmətlər 

Dünya Bankı üzv ölkələrə yalnız maliyyə dəstəyini yerinə yetirmir. Onun fəaliyyəti eyni zamanda inkişaf etməkdə olan ölkələrin ehtiyacı olan analitik və məsləhət xidmətlərinin göstərilməsinə yönəlib. Ölkələr tərəfindən həyata keçirilən siyasətin təhlili və ölkələrdə sosial-iqtisadi vəziyyətin və əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə müvafiq tövsiyyələrin hazırlanması - Dünya Bankının fəaliyyətinin bir hissəsidir. Bank ətraf mühiti, yoxsulluq, ticarət və qloballaşma kimi geniş ətraflı məsələlərin araşdırılması və konkret sektorlarda iqtisadi və sahəvi araşdırmalar işi ilə məşğul olur. Bank ölkənin iqtisadi inkişafının perspektivlərini, o cümlədən, məsələn, bank və/və ya maliyyə sektorunu, ticarəti, yoxsulluq və sosial müdafiə sistemi problemlərini təhlil edir. Səylərin böyük hissəsi, həmçinin, ölkənin inkişaf problemlərinin həllinə kömək edən tədris fəaliyyətinə və biliklərin artırılmasına yönəldilir.

Bankın fəaliyyətinin idarə edilməsi 

İdarəçilər Şurasının iclasları arasında olan dövrlərdə Bakın idarə edilməsi üzrə konkret səlahiyyətlər Bankın Vaşinqtonda yerləşən qərargahında bilavasitə fəaliyyət göstərən 24 icraçı direktora həvalə edilmişdir. İcraçı direktorlar Bankın Prezidenti tərəfindən rəhbərlik edilən İdarə Heyətini təşkil edirlər. Direktorlar şurasına ən iri səhmlər paketinə malik olan ölkələrin maraqlarını təmsil edən beş icraçı direktor daxildir: ABŞ, Yaponiya, Almaniya, Fransa və Böyük Britaniya. Digər 19 icraçı direktor isə ölkələr qrupunu təmsil edir. Dünya Bankının prezidenti (hazırda Jim Yong Kim) Direktorlar Şurasının iclaslarında sədrlik edir və Bankın fəaliyyətinin ümumi idarə edilməsinə görə məsuliyyət daşıyır. Ənənəyə görə Dünya Bankının prezidenti Bankın ən iri səhmdarı olan ölkənin - ABŞ-nın vətəndaşı olur. Prezident İdarəçilər Şurası tərəfindən beş illik müddətə seçilir və yenidən seçilə bilər. Beş vitse-prezident, o cümlədən, üç baş vitse-prezident və iki icraçı vitse-prezident, konkret regionlara, sektorlara, fəaliyyət istiqamətlərinə görə cavabdehdirlər və digər konkret funksiyaları icra edirlər. Dünya Bankı 1944-cü ildə yaradılmışdır və onun qərargahı Vaşinqton şəhərində, Kolumbiya Dairəsi, yerləşir. Dünya Bankının dünyanın 120-dən çox ölkəsində nümayəndəliyi mövcuddur və orada 10 000 yaxın əməkdaş fəaliyyət göstərir.

 

www.worldbank.org

Albaniya
Almaniya
Amerika Birləşmiş Ştatları
Amerika Samoası
Amerika Virgin adaları
Andorra
Anqola
Antiqua və Barbuda
Argentina
Aruba
Avstraliya
Avstriya
Azərbaycan


Baham adaları
Banqladeş
Barbados
Belçika
Beliz
Belarus
Benin
Bermud adaları
Bəhreyn
Birləşmiş Ərəb Əmirlikləri
Boliviya
Bolqarıstan
Bosniya və Herseqovina
Botsvana
Böyük Britaniya və Şimali İrlandiya
Braziliya
Britaniya Virgin adaları
Bruney Darussalam
Burkina-Faso
Burundi
Butan


Cəbəli-Tariq
Cənubi Afrika
Cənubi Koreya
Cənubi Sudan
Cibuti


Çad
Çexiya
Çernoqoriya
Çili
Çin


Danimarka
Dominika
Dominikan Respublikası


Efiopiya
Ekvador
Ekvatorial Qvineya
Eritreya
Ermənistan
Estoniya


Əfqanıstan
Əlcəzair


Farer adalari
Fici
Filippin
Finlandiya
Fransa
Fransa Polineziyası


Gürcüstan


Haiti
Hindistan
Honduras
Honkonq


Xorvatiya


İndoneziya
İordaniya
İraq
İran İslam Respublikası
İrlandiya
İslandiya
İspaniya
İsrail
İsveç
İsveçrə
İtaliya


Kabo-Verde
Kamboca
Kamerun
Kanada
Kayman adaları
Keniya
Kipr
Kiribati
Kolumbiya
Komor adaları
Konqo Demokratik Respublikası
Konqo Respublikası
Koreya Xalq Demokratik Respublikası
Kosovo
Kosta-Rika
Kot d-İvuar
Kuba
Kürasao
Küveyt


Qabon
Qambiya
Qana
Qayana
Qazaxıstan
Qətər
Qırğızıstan
Qrenada
Qrenlandiya
Quam
Qvatemala
Qvineya
Qvineya Bisau

Laos
Latviya
Lesoto
Liberiya
Litva
Livan
Liviya
Lixtenşteyn
Lüksemburq


Macarıstan
Madaqaskar
Makao
Makedoniya
Malavi
Malayziya
Maldiv adaları
Mali
Malta
Marşal adaları
Mavriki
Mavritaniya
Meksika
Men adası
Mərakeş
Mərkəzi Afrika Respublikası
Mikroneziya
Misir
Moldova
Monako
Monqolustan
Mozambik
Myanma


Namibiya
Nauru
Nepal
Niderland
Niger
Nigeriya
Nikaraqua
Norveç


Oman


Özbəkistan


Pakistan
Palau
Panama
Papua Yeni Qvineya
Paraqvay
Peru
Polşa
Portuqaliya
Puerto-Riko


Ruanda
Rumıniya
Rusiya Federasiyası


Salvador
Samoa
San-Marino
San-Tome və Prinsipi
Seneqal
Sent-Kits və Nevis
Sent-Lüsiya
Sent-Vinsent və Qrenadin
Serbiya
Seyşel adaları
Səudiyyə Ərəbistanı
Sinqapur
Slovakiya
Sloveniya
Solomon adaları
Somali
Sudan
Surinam
Suriya
Svazilend
Syerra-Leone


Şərqi Timor
Şimali Marian adaları
Şri-Lanka


Tacikistan
Tailand
Tanzaniya
Terks və Kaykos adaları
Toqo
Tonqa
Trinidad və Tobaqo
Tunis
Tuvalu
Türkiyə
Türkmənistan


Ukrayna
Uqanda
Uruqvay


Vanuatu
Venesuela
Vyetnam


Yamayka
Yaponiya
Yeni Kaledoniya
Yeni Zelandiya
Yəmən
Yunanıstan


Zambiya
Zimbabve