Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Qasımov Hüseyn Vaqif gu***@gmail.com ID: 9422
Salam. 8-ci mikrorayon ərazisində mənzil təqdim edilir. Mənzilin ümumi sahəsi 51.29 (yaşayiş sahəsi 32,19 kv) kv-dir. Mənzilin 2 hüquqi sahibi var. Mənzili təqdim edən zaman hansı vergilər tutulur? Vergilər hansı şəkildə hesablanır?
24/06/2024 Oxunub: 312 Orta qiymət: 5

 

Bildiririk ki, mülkiyyətində olan yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir və qeyd edilən sahələrin təqdim edilməsi zamanı sadələşdirilmiş vergi müqaviləni təsdiq edən notariuslar tərəfindən ödəmə mənbəyində tutularaq dövlət büdcəsinə ödənilir. 

Həmçinin, fiziki şəxsin azı 3 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi ödəmə mənbəyində sadələşdirilmiş vergiyə cəlb edilmir. 

Bununla yanaşı, fiziki şəxslərin yaşayış sahəsinin təqdim edilməsi zamanı 30 kvadratmetr olan sahə sadələşdirilmiş vergidən azad edilir. Bu zaman fiziki şəxs 3 təqvim ilindən az müddətdə qeydiyyatda olduqda yaşayış sahəsi təqdim edərkən həmin yaşayış sahəsinin 30 kvadratmetr olan hissəsi çıxılmaqla qalan sahənin hər kvadratmetrinə sadələşdirilmiş vergi hesablanır. 

Verginin məbləği satılan mənzilin sahəsinin hər kvadratmetrinə 15 manat olmaqla Vergi Məcəlləsi ilə müəyyən olunmuş əmsalın tətbiq edilməsi ilə müəyyən olunur.

Əsas: Vergi Məcəlləsinin 218-1-ci və 220.8-ci maddələri.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Səmra Əhmədova Orxan sa***@gmail.com ID: 9421
Təsisçiləri hüquqi şəxslərdən ibarət olan müəssisənin qurulması üçün hansı sənədlər lazımdır? Sənədlər haraya təqdim olunmalıdır? Qeyd edim ki, təsisçilərdən biri xarici hüquqi şəxs, digəri isə Azərbaycanda fəaliyyət göstərən MMC-dir.
24/06/2024 Oxunub: 314 Orta qiymət: 5

Bildiririk ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən xarici və yerli hüquqi şəxslərin birgə təsisçiliyi ilə məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatına alınması üçün  sənədlər qeydiyyat orqanına (Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə) təqdim olunmalıdır. Sənədlərin siyahısı ilə buradan tanış ola bilərsiniz.

Əlavə suallar yarandıqda Çağrı Mərkəzinə (195-1) və ya Bakı şəhəri üzrə Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə (Tel.: (012) 403-83-38,  office.milli@taxes.gov.az, Bakı şəhəri, H.Əliyev prospekti, 105) müraciət edərək əldə edə bilərsiniz.

 

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Orxan Abbaslı Mehman Te***@gmail.com ID: 9420
Abuturiyent hazırlığı üzrə kurs kimi fəaliyyəti göstərirəm. Kursun iyul, avqust aylarında fəaliyyəti olmur. Həmin aylarda müəllimlər yay tətilinə çıxırlar. Sentyabr ayında kurs yenidən fəaliyyətə başlayır. Bu kimi hallarda sahibkar işçilərin müqaviləsinə xitam verib daha sonra fəaliyyətə başladığı aylarda müqavilə bağlamalıdırmı ?
24/06/2024 Oxunub: 324 Orta qiymət: 2

Bildiririk ki, sorğunuzda qeyd olunan məsələnin bilavasitə əmək qanunvericiliyinin tətbiqindən irəli gəldiyini nəzərə alaraq ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz daha məqsədəuyğundur. (Çağrı Mərkəzi 142, www.sosial.gov.az)

 

2/5 (4 Orta qiymət)
Qiymət ver:
Kenan Saglıklı ke***@akmed.az ID: 9418
Ölkədən çıxışıma məhdudiyyət varmı?
21/06/2024 Oxunub: 321 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək vergi orqanlarının vəzifəsidir.

Məlumat üçün bildiririk ki, şəxsiyyət vəsiqənizin FİN kodunu və ya seriya və nömrəsini daxil etməklə, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqda məlumatı əldə edə bilərsiniz. Xidmətdən istifadə üçün buradan istifadə edə bilərsiniz. 

 

5/5 (5 Orta qiymət)
Qiymət ver:
Mirzəyeva Əminə Mikayıl qızı mi***@gmail.com ID: 9416
Mən hal hazırda Azərbaycan Dövlət İqtisad universitetinin Maliyyə ixtisası üzrə təhsil alan tələbəsiyəm. Bilmək istərdim ki , sizdə tələbələrin işləmək şansı varmı və bu haqda məlumatı haradan əldə edə bilərəm . İndidən təşəkkürlər
20/06/2024 Oxunub: 371 Orta qiymət: 4

İşə qəbul qaydaları ilə buradan tanış ola bilərsiniz

4/5 (3 Orta qiymət)
Qiymət ver:
Seymur Əzizov Vaqif se***@gmail.com ID: 9415
Yaranmış sualım vergi məcəlləsinin 102.1.30 və 106.1.20-ci maddələri ilə bağlıdır. Hüquqi şəxsin 6 aylıq fəaliyyəti olmuşdur (4 işçi), 6 aydan sonra fəaliyyətini dayandırmışdır. Vergi məcəlləsinin 106.1.20-ci maddəsində qeyd olunan 75% güzəşt hüququndan istifadə etmək üçün (Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir) işçi sayının cəmlənərək 12-ə bölünməsi göstərilmişdir. 6 aylıq fəaliyyət zamanı necə hesablanmalıdır ? (12-ə bölməliyik yoxsa 6-ya mı ?)
20/06/2024 Oxunub: 363 Orta qiymət: 5

Bildiririk ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1033-VIQD nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, bu dəyişikliklər 2024-cü il yanvarın 1-dən qüvvəyə minmişdir.
Nəzərinizə çatdırırıq ki, Vergi Məcəlləsinin 106.1.20-cu maddəsinə əsasən müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin 75 faizinə güzəşt tətbiq edilir.
Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir.
Vergi ödəyicisi vergi güzəştinin tətbiqi məqsədilə bu maddədə müəyyən edilən şərtlərə cavab vermədikdə və növbəti hesabat ilində mikro sahibkarlıq subyektindən digər kateqoriya sahibkarlıq subyektinə keçdikdə  hüquqi şəxsin  mikro sahibkar olduğu əvvəlki 3 təqvim ilinin yekunlarına görə hesablanmış və ödənilmiş gəlir vergisinin 75 faizi həcmində vergi güzəşti müəyyən edilməklə digər sahibkarlıq subyekti olduğu dövrlərdə mənfəət vergisi öhdəliyindən çıxılır.
Vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda bu maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə münasibətdə tətbiq edilmir.

Sorğunuza cavab olaraq bildiririk ki, vergi ödəyicisi fəaliyyətini dayandırdığı halda Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20 -ci maddələrinin tədbiqi baxımından orta aylıq muzdlu işçi sayı faktiki fəaliyyət göstərilən dövrə uyğun müəyyən edilir. 

 

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Fərman Fərəcli Zaur fa***@gmail.com ID: 9413
22 İyun tarixində mənə VERGİLER 195 nömrəsindən bu SMS gəldi: VÖEN: 1602743152 ! Fəaliyyetiniz 25.06.2024 tarixinden aktivləşəcək və həmin tarixdən etibarən vergi orqanina bəyannamə təqdim etmək öhdəliyiniz yaranacaqdır. Zəhmət olmasa bununla bağlı mənə məlumat verərdiniz.
18/06/2024 Oxunub: 326 Orta qiymət: 5

Bildiririk ki, vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, həmin fəaliyyətin və ya əməliyyatların dayandırılması günündən gec olmayaraq vergi orqanına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada arayış təqdim edilməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. 

Müraciətinizdə qeyd olunanlara əsasən tərəfinizdən vergi orqanına “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim edilmiş və arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının son tarixi 01.10.2023-cü il qeyd olunmuşdur. Qeyd olunan müddət bitdikdə, fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.

Fəaliyyətin dayandırılması və ya fiziki şəxsin uçotdan çıxarılması barədə daha ətraflı məlumat üçün Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16.3-cü və 34-cü maddələri.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Kənan Bağıyev Fərhad ke***@gmail.com ID: 9412
Ədv çekim məlumat bazası yenilənmədiyi üçün tapılmadı. 7 gün ərzində düzələcək dedilər lakin hələdə dəyişən bir şey yoxdu.
16/06/2024 Oxunub: 282 Orta qiymət: 5

Bildiririk ki, nəzarət-kassa aparatı çeki üzərində yerləşdirilmiş Fiscal İD çek yarandığı andan 90 dəqiqə sonra sistemə daxil edilərək yoxlanılmalı və çek yarandığı andan 7 gün ərzində çek tapılmadığı təqdirdə araşdırılması üçün Dövlət Vergi Xidmətinə müraciət edilməlidir.

Qeyd olunanları nəzərə alaraq çekin təkrar yoxlanılması üçün cəhd etməyinizi sizə tövsiyə edirik. Cəhdiniz zamanı xəta baş verərsə çekin sürəti və ya çek üzərindən araşdırma məlumatlarını (NMQ qeydiyyat nömrəsi, çek tarixi və saat, yekun məbləğ, Fiskal İD, VÖ-nin VÖEN-i, obyekt kodu) təqdim edərək  "Onlayn müraciətlər" bölməsinin  "Dövlət Vergi Xidmətinə müraciət" altbölməsi vasitəsilə müraciət etməyiniz Sizə tövsiyə olunur.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Elmir Paxırov Ramil pa***@gmail.com ID: 9410
Salam. Satışdankənar gəlir ümumi dövriyyədə necə nəzərə alınır?
14/06/2024 Oxunub: 413 Orta qiymət: 5

Bildiririk ki, satışdankənar gəlirlər dedikdə digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin ödənilməsi şəklində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor deponent borc məbləğləri  nəzərdə tutulur.

Gəlir və mənfəət ödəyicilərinin  satışdankənar gəlirləri (ödəmə mənbəyində vergi tutulmuş vergilər istisna olmaqla) gəlir və mənfəət vergisinə cəlb edilir. 

Vergi məcəlləsinin 219.1-ci maddəsinə əsasən  hesabat dövrü ərzində sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla)  təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin (ödəmə mənbəyində vergi tutulmuş gəlirlər istisna edilməklə) həcmi vergitutma obyektidir.

Eyni zamanda bildiririk ki, satışdan kənar gəlirlər ədv məqsədləri üçün vergi tutma obyekti yaratmır. 

Əsas: Vergi Məcəlləsinin 13.2.12-ci və 219.1-ci maddəsi. 

 

5/5 (4 Orta qiymət)
Qiymət ver:
Günel İsayeva İlham is***@gmail.com ID: 9407
Salam. Sualım ondan ibarətdir ki, dövlət mülkiyyətində olan torpağın icarəsinin ödənişi üçün rekvizitləri necə tapmaq olar?
12/06/2024 Oxunub: 189 Orta qiymət: 5

Nəzərinizə çatdırırıq ki, Vergi və digər büdcə ödənişləri köçürülən dövlət xəzinədarlıq orqanlarındakı hesablar (o cümlədən büdcə səviyyəsinin kodları) və təsnifat kodları saytımızın “Xidmətlər” bölməsinin “Elektron xidmətlər” altbölməsində yerləşdirilmişdir: "Büdcə rekvizitləri barədə məlumatın verilməsi"  

 

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Ağayev ilqar ibrahim oğlu ag***@gmai.com ID: 9404
Salam. Bir avtobusum var və sərnişin daşıma xidməti göstərmək üçün vöen açdırmaq istəyirəm. Mən fiziki şəxs yoxsa hüquqi şəxs kimi fəaliyyət göstərməliyəm?
10/06/2024 Oxunub: 357 Orta qiymət: 5

Bildiririk ki, sorğunuzda qeyd olunan  fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur və həmin fəaliyyəti başlayana qədər vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalısınız.  

Vergi məcəlləsinin 218.4.1-ci maddəsinə əsasən mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin  daşımalarını  (o cümlədən taksi ilə) həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir və bu fəaliyyətlə bağlı vergi öhdəliklərini Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada “Fərqlənmə nişanı” almaqla yerinə yetirirlər.

Sərnişin daşıma fəaliyyəti, o cümlədən taksi fəaliyyəti ilə məşğul olan şəxslər üçün vergitutma obyekti mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələridir. Daşımaları həyata keçirən şəxslər mütləq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən ciddi hesabat blankı olan "Fərqlənmə nişanı" əldə etməlidirlər. Vergi Məcəlləsinin 220.5-ci maddəsinə əsasən avtomobil nəqliyyatı vasitələri ilə taksi xidməti göstərilməsinə görə vergi ödəyiciləri üçün sadələşdirilmiş verginin məbləği bir ədəd nəqliyyat vasitəsi üçün 9 manat, taksi istisna olmaqla sərnişin daşınmasına görə vergi ödəyiciləri üçün sadələşdirilmiş verginin məbləği bir oturacaq yeri üçün 1,80 manatdır. 

Nəzərə almaq lazımdır ki, qeyd etdiyimiz sadələşdirilmiş vergi məbləğlərinə daşımanın həyata keçirildiyi ərazidən asılı olaraq əmsallar tətbiq edilir: fəaliyyət Bakı şəhərində, o cümlədən kənd və qəsəbələrində həyata keçirilirsə, qeyd edilən vergi məbləğlərinə 2.0 əmsalı, Abşeron rayonu, Sumqayıt, Gəncə şəhərlərində həyata keçirilirsə 1.5 əmsalı, digər şəhər və rayonlarda həyata keçirilirsə isə 1.0 əmsalı tətbiq edilir.  Xidmət iki şəhər arasında həyata keçirildikdə daha yuxarı əmsal  tətbiq edilir.

Bununla yanaşı, avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları (o cümlədən taksi ilə) fəaliyyəti ilə məşğul olan şəxslərin ödəməli olduğu sosial sığorta haqqının məbləği minimum aylıq əməkhaqqının 6 faizi həcmində müəyyən edilmişdir. əlavə olaraq Sosial sığorta haqqında qanunda qeyd olunan zona əmsalları tədbiq edilir.   

Həmçinin, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun minimum aylıq əməkhaqqının 4 faizi məbləğində icbari tibbi sığorta üzrə sığorta haqqı ödənilməlidir.

Siz  öz seçimizdən asılı olaraq həm hüquqi şəxs, həm də hüquqi şəxs yaratmadan  fiziki şəxs kimi fəaliyyət göstərə bilərsiniz. 

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Qalib Həsənov Zəfər ga***@gmail.com ID: 9403
Kriptovalyuta əməliyyatlarından əldə olunan gəlir hansı gəlir növünə aiddir ?
09/06/2024 Oxunub: 400 Orta qiymət: 4

Bildiririk ki,  Vergi Məcəlləsinə əsasən, vergi ödəyicisinin kriptovalyuta ilə əməliyyatlardan aldığı gəlir qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir hesab olunur. Kriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər vergi orqanlarında uçota alınmaqla VÖEN əldə etməli və əldə edilən gəlirdən Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq 14 faiz dərəcə ilə gəlir vergisi hesablayaraq növbəti ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə dövlət büdcəsinə ödəməlidir.

Vergi Məcəlləsinin 99.3.8-ci maddəsinə əsasən, vergi ödəyicisinin aktivlərinin ilkin qiymətinin artdığını göstərən hər hansı digər gəlir (təqdim olunduğu təqdirdə) - əməkhaqqından başqa onun qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəliri hesab olunur.

Buna əsasən gəlirin əldə edildiyi vaxt alınmış kriptovalyutanın təqdim olunduğu vaxt hesab edilir və vergiyə cəlb olunan gəlir kimi kriptovalyutanın alındığı vaxtla təqdim edildiyi tarixə olan qiymət artımı əsas götürülür.

4/5 (6 Orta qiymət)
Qiymət ver:
Seymur Xankişiyev Xəlil oğlu sa***@mail.ru ID: 9400
Salam. Məhdud Məsuliyyətli Cəmiyyətdə təsisçi şəxsi və rəhbər şəxsi necə dəyişmək olar? Hara və necə müraciət etmək olar? Hansı sənədlər təqdim edilməlidir və hansı prosedurlardan keçilməlidir? Nə qədər müddət ərzində həyata keçirilir? Bundan başqa rüsum və vergisi öhdəliyi nə qədərdir? Xahiş edirəm ətraflı məlumat təqdim edərdiniz. Digər bir sualım odur ki, MMC-nin adını necə dəyişmək olar? Zəhmət olmasa təfərrüatlı məlumat verəsiniz.
06/06/2024 Oxunub: 325 Orta qiymət: 5

Bildiririk ki, Kommersiya və publik hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmış faktlarının hər bir sonrakı dəyişikliyinin qeydiyyata alınması üçün dəyişikliyin baş verdiyi andan 40 iş gündən gec olmayaraq “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında” və ya “Publik hüquqi şəxsin qeydiyyatı haqqında” ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Kommersiya və publik hüquqi şəxsin nizamnaməsindəki məlumatlarda baş vermiş dəyişiklik faktının dövlət qeydiyyatına alınması zamanı sənədlər təqdim olunur. Sənədlərin siyahısı ilə buradan tanış ola bilərsiniz .

Eyni zamanda rezident hüquqi şəxsdə təsisçi dəyişikliyi həmin hüquqi şəxsin təsisçiləri tərəfindən iştirak paylarının digər təsisçilərə təqdim edilməsi (satılması) anlamını verir. 

Belə ki, Vergi Məcəlləsinin 96.5-ci və 104.6  maddəsinə əsasən  şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən yuxarı qiymətə təqdim edildikdə faktiki təqdimetmə qiyməti ilə nizamnamə kapitalındakı iştirak payının və ya səhmin nominal dəyəri arasındakı fərq, iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən aşağı qiymətə (güzəştli qiymətlə) təqdim edildikdə isə alqı-satqı müqaviləsinin bağlandığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq vergiyə cəlb edilən gəlirdir. İştirak payları və ya səhmlər nominal qiymətdən yuxarı qiymətə alınmışdırsa, həmin iştirak paylarının və ya səhmlərin təqdim edilməsi zamanı gəlirdən çıxılan xərclər bu aktivlərin faktiki satınalma qiyməti ilə nəzərə alınır.

Təsisçi fiziki olduqda Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq 14 faiz, təsisçi hüquqi şəxs olduqda isə vergi məcəlləsinin 105.1 maddəsinə uyğun olaraq 20 faiz dərəcə ilə vergiyə cəlb olunur.

Əlavə olaraq bildiririk ki, Vergi məcəlləsində qeyd olunan vergi güzəştlərinə əsasən vergi ödəyicisinin azı 3 (üç) il ərzində mülkiyyətində olan iştirak payının və ya səhmin təqdim edilməsindən əldə olunan gəlirlərinin 50 faizi gəlir və mənfəət vergisindən azaddır

Əsas: Vergi Məcəlləsinin 13.2.16.6-cı, 96.5-ci, 99.3.8-ci, 101.2-ci, 102.1.27-ci, 104.6-cı, 106.1.19-cu  maddələri və Azərbaycan Respublikasının 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli “Hüquqi şəxsin dövlət qeydiyyatına alınması və dövlət reyestri haqqında” Qanunun 9.1-ci və 9.2-ci maddələri.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Arif Bilalov ar***@mail.ru ID: 9394
Salam. VM-nin 2 ci maddəsində, məsələn: 2.1. Azərbaycan Respublikasının vergi qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Məcəllədən və onlara uyğun olaraq qəbul edilmiş Azərbaycan Respublikasının qanunvericilik aktlarından ibarətdir. Burada qanunvericilik aktları deyəndə nə nəzərdə tutulur? Misal çəkmək olarmı?
04/06/2024 Oxunub: 168 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinə uyğun olaraq qəbul edilmiş Azərbaycan Respublikasının qanunvericilik aktları ilə buradan tanış ola bilərsiniz.

5/5 (4 Orta qiymət)
Qiymət ver:
Mamed Rehimov ma***@mail.ru ID: 9393
Salam, may ayının 22-si yeni şirkətin yaradılmasının onlayn qeydiyatında təsisçi kimi özümü, qanuni təmsilçi və direktor kimi başqa şəxsi qeyd etdim. Təsisçi olaraq təsdiqlənib amma qanuni təmsilçi hələ də təsdiqlənməyib. Bilmək istəyirdim ki, qanuni təmsilçinin təsdiqlənməsi üçün əlavə nə etmək lazımdır?
04/06/2024 Oxunub: 139 Orta qiymət: 5

 

Bildiririk ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən xarici və yerli hüquqi şəxslərin birgə təsisçiliyi ilə məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatına alınması üçün  sənədlər qeydiyyat orqanına (Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə) təqdim olunmalıdır. Sənədlərin siyahısı ilə buradan tanış ola bilərsiniz.

Əlavə suallar yarandıqda Çağrı Mərkəzinə (195-1) və ya Bakı şəhəri üzrə Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə (Tel.: (012) 403-83-38,  office.milli@taxes.gov.az, Bakı şəhəri, H.Əliyev prospekti, 105) müraciət edərək əldə edə bilərsiniz.

 

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Fatimə Həşimzadə Yusif fa***@gmail.com ID: 9392
"ƏDV-DƏN SIFIR FAİZ (0%) DƏRƏCƏ İLƏ AZAD OLUNMA HAQQINDA E-SERTİFİKAT" ilə bağlı məlumat verərdiniz.
03/06/2024 Oxunub: 326 Orta qiymət: 5

Bildiririk ki, Hasilatın pay bölgüsü haqqında Sazişlərə əsasən podratçı tərəfin və onun xarici subpodratçısının Saziş çərçivəsində gördükləri işlərin və göstərdikləri xidmətlərin ƏDV-dən azad olunmasını və yaxud sıfır (0) faiz dərəcə ilə cəlb edilməsini onlara verilən “Sıfır faiz (0%) dərəcəsi ilə ƏDV-nə cəlb olunma haqqında Sertifikat (Şəhadətnamə)” təsdiq edir. Bu haqda ətraflı məlumatla saytımızın Hasilatın pay bölgüsü haqqında Sazişə dair protokollar (PSA)  bölməsində tanış ola bilərsinz.

5/5 (3 Orta qiymət)
Qiymət ver:
Rəfail Mustafayev Fəzail oglu re***@azersu.az ID: 9391
Salam.Şirvan Sukanal idarəsinin İşçisi Cəfərov Şahmirzə Astan oglunun atası 1941-1945 ci il ildə müharibə iştirakçısə olmuşdur. Vergi məcəlləsinə uygun olaraq Gəlir vergisindən azad olmalar maddəsinə uygun olaraq ona 27 ay ödənilmişdir. Vətəndaş qalan 9 ayı tələb edir. Baş idarə ödəməkdən imtina edir. Xahiş edirəm mənə cavab verəsiniz.
03/06/2024 Oxunub: 266 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsinə əsasən həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt hüququ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.5-ci bəndində qeyd olunmuş sənədlərdən birinin əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan tətbiq olunur.

Qeyd olunanlara əsasən güzəşt hüququnun əldə edilməsi ilə bağlı müraciət edən fiziki şəxsin valideynlərinin həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçü olması müvafiq orqanlar tərəfindən verilmiş sənədlərdə (arayışlarda) göstərilməlidir.

Əsas: Vergi Məcəlləsinin 101-ci və 102 -ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

5/5 (4 Orta qiymət)
Qiymət ver:
Farhad Ganbarov qe***@gmail.com ID: 9390
Salam. Mən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin Muzeyşunaslıq arxiv işi abidələrin qorunması ixtisasında məzun olmuşam. Müharibə dövründə hərbi xidmətə yararlı sülh dövründə yararsız hesab edilmişəm. Vergi orqanların işə qəbul olmaq üçün sənəd verə bilərəm?
02/06/2024 Oxunub: 177 Orta qiymət: 5

İşə qəbul qaydaları ilə buradan tanış ola bilərsiniz.

5/5 (4 Orta qiymət)
Qiymət ver:
Paşayeva Nigar Fərhad ze***@list.ru ID: 9389
Salam.Mən mövsümi turizim fəaliyyəti ilə məşğulam.(3ay yay aylarında) Mən 5nəfər işçi ilə əmək müqaviləsi bağlayıb fəaliyyətə başladıqda neçə faiz gəlir vergisi ödəməliyəm?
02/06/2024 Oxunub: 328 Orta qiymət: 4

Bildiririk ki, sorğunuzda qeyd olunan fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur. Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma ilə bağlı ərizəni vergi orqanına təqdim etməklə vergi uçotuna alınmalı (VÖEN əldə etməli) və əldə etdiyi gəlirdən vergini dövlət büdcəsinə ödəməlidir.

"Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir. 

Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.

Belə ki, həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda ticarət fəaliyyətindən əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir. 

Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

Nəzərinizə çatdırırıq ki, Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan fiziki şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin 75 faizinə güzəşt tətbiq edilir
Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir

Vergi ödəyicisi vergi güzəştinin tətbiqi məqsədilə bu maddədə müəyyən edilən şərtlərə cavab vermədikdə və növbəti hesabat ilində mikro sahibkarlıq subyektindən digər kateqoriya sahibkarlıq subyektinə keçdikdə  hüquqi şəxsin  mikro sahibkar olduğu əvvəlki 3 təqvim ilinin yekunlarına görə hesablanmış və ödənilmiş gəlir vergisinin 75 faizi həcmində vergi güzəşti müəyyən edilməklə digər sahibkarlıq subyekti olduğu dövrlərdə gəlir  vergisi öhdəliyindən çıxılır.
Vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda bu maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə münasibətdə tətbiq edilmir.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 97-ci, 101-ci, 102-ci və 220-ci maddələri.

4/5 (3 Orta qiymət)
Qiymət ver:
İlyas Qasımov Ələkbər il***@mail.ru ID: 9388
Satıcı müvafiq müqavilə əsasında alıcıya mal göndərir. Təhvil-təslim aktından sonra mal qəbul edilir və bundan sonra satıcı tərəfindən alıcıya elektron qaimə göndərilir. Qeyd edim ki, e-qaimə müvafiq təhvil-təslim aktının əsasında vurulur. Alıcı bu e-qaiməni ya təstiq edə, ya da səbəb varsa ondan imtina edə bilər. Səbəb yoxsa ya təstiq edir, ya da 5 (beş) iş günü ərzində sistem tərəfindən təstiq olunur (5 gün səhv olarsa düzəldin). Təhvil-təslim aktı olmasa (yəni itərsə və s.) alıcı bu məbləği ödəməkdən imtina edə bilərmi? Əgər qanunla imtina edə bilməzsə. alıcı hansı hüquqi müstəvidə bu vəsaiti ala bilər.
01/06/2024 Oxunub: 317 Orta qiymət: 5

Bildiririk ki, elektron qaimə-faktura malların (işlərin, xidmətlərin) alıcıya təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın  “Əsas” rekvizitində öz əksini tapır. 

Vergi Məcəlləsinin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir.

Hər hansı mal, iş və ya xidmət olmadan tərtib olunan elektron qaimə-faktura əsassız hesab olunur. Müraciətinizdə qeyd olunan halda, alıcı tərəf məsələnin araşdırılması üçün qeydiyyatda olduğu vergi orqanına müraciət edə bilər.

Əsas: Vergi Məcəlləsinin 71-1-ci və 71-2-ci maddələri.

5/5 (1 Orta qiymət)
Qiymət ver: