Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Ülviyyə Salamova Tahir qızı ul***@mail.ru ID: 5703
Salam. Zəhmət olmasa deyərdiniz, mən yeni mənzil almışam. Və orada məndən qabaq illərlə yaşayan sakin bələdiyyəyə əmlak vergisi ödəməyib. Bələdiyyə məndən qabaqki yaşayışçının əmlak vergisini məndən tələb edə bilərmi?
23/12/2021 Oxunub: 171 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 197.1.1-ci maddəsinə əsasən rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri əmlak vergisinin məqsədləri üçün vergitutma obyekti hesab edilir.

Həmin Məcəllənin 200.4-cü və 200.5-ci maddələrinə əsasən  bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər. Cari il üçün verginin məbləği bərabər hissələrlə - həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir.

İstinad edilən maddələrin məzmunundan göründüyü kimi, əmlak əmlak vergisinin ödənilməsi üçün müəyyən edilmiş müddətlərə qədər və ya sonra təqdim edildikdə və təqdimetmə anına vergi ödənilməmiş olduqda həmin əmlaka görə vergi həmin əmlakın faktiki sahibi tərəfindən ödənilməlidir.

Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən isə vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövri qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər.

Əsas: Vergi Məcəlləsinin 85-ci, 197.1.1-ci, 200.4-cü və 200.5-ci maddələri.

 

 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Reyhan Şəbiyeva Re***@gmail.com ID: 5616
Salam. Sizdən xahiş edirəm bu sualıma cavab verəsiniz. Şəhid ailəsi üzvlərinin əmək haqqından gəkir vergisi tutulur? Formatı necədir?
23/12/2021 Oxunub: 275 Orta qiymət: 4

Bildiririk ki, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsinə əsasən həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Bundan əlavə, Vergi Məcəlləsinin 102.4.1-ci maddəsinə əsasən həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin valideynlərinin, 102.4.2-ci maddəsinə əsasən isə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı həlak olmuş şəxslərin valideynləri və arvadlarının (ərlərinin) hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır.

Əlavə olaraq Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda 200 manat, illik gəliri 30000 manatadək olduqda, 2400 manat məbləğində olan hissəsi gəlir vergisindən azaddır.

Eyni zamanda Vergi Məcəlləsinin 101.1-1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən 7 il müddətində neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8000 manatadək olduqda gəlir vergisi 0 faiz dərəcə ilə,  8000 manatdan çox olduqda 8000 manatdan çox olan məbləğin 14 faizi həcmində tutulur.

Əsas: Vergi Məcəlləsinin 101-ci və 102-ci maddələri.

4/5 (2 Orta qiymət)
Qiymət ver:
Vasif va***@bk.ru ID: 5700
Salam, daşınmaz əmlaka (yeni binada) çıxarış almaq istəyirəm. Amma alacağım çıxarış Rusiya vətəndaşının adına olacaq. Əgər, bir müddət sonra bu mənzili satarsa həmin şəxs vergi necə hesablanacaq?
23/12/2021 Oxunub: 94 Orta qiymət: 3

Vergi Məcəlləsinin 218.4.3-cü maddəsinə əsasən mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər sadələşdirilmiş verginin ödəyiciləridirlər.

Həmçinin bildiririk ki, yaşayış sahəsinin təqdim edilməsi zamanı 30 kvadratmetr olan sahə sadələşdirilmiş vergidən azad edilir. 

Vergi Məcəlləsinin 220.8-ci maddəsinin müddəalarına əsasən bu Məcəllənin 218.4.3-cü maddəsində göstərilən şəxslər üçün sadələşdirilmiş vergi bu Məcəllənin 219.3-1-ci maddəsində göstərilən vergitutma obyektinin hər kvadratmetri üçün 15 manat olmaqla bu maddə ilə müəyyən edilmiş qaydada hesablanır.

Bunlarla yanaşı, təqdim edilən daşınmaz əmlak Bakı şəhəri, habelə onun qəsəbə və kəndlərində yerləşdikdə, Vergi Məcəlləsi ilə müəyyən olunmuş sadələşdirilmiş vergi məbləğinə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş zonalardan asılı olaraq əmsallar tətbiq olunur.

Əsas: Vergi Məcəlləsinin 150-ci, 218-ci və 220-ci maddələri.

3/5 (1 Orta qiymət)
Qiymət ver:
İmanova Könül Yaşar qızı im***@mail.ru ID: 5695
Salam. Mən əsas iş yerimdən başqa, digər bir məktəbdə də əvəzedici kimi işləyirəm. Bu halda məndən yenidən həmkarlara, icbari tibbi sığortaya pul çıxılmalıdır?
22/12/2021 Oxunub: 136 Orta qiymət: 5

Bildiririk ki, əmək qanunvericiliyinə uyğun olaraq əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri, əmək kitabçası saxlanılan yer isə əsas iş yeri sayılır. Əvəzçilik üzrə əmək müqaviləsi əmək kitabçası təqdim edilmədən bağlanılır.

Həmçinin bildiririk ki, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-10.1.2-ci maddəsinə əsasən muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikasının Milli Məclisi və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər üzrə sığortalı tərəfindən işçinin əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz, sığortaolunan tərəfindən əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz məbləğində icbari tibbi sığorta üzrə sığorta haqları hesablanır. 

Qeyd olunanlara əsasən, fiziki şəxs iki və ya daha çox yerdə muzdlu işdə çalışdıqda, icbari tibbi sığorta haqqı hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır.

Habelə, həmkarlar ittifaqının üzvü olan işçilərin əmək haqqından müəyyən edilmiş faizdə tutulan üzvlük haqları isə tərəflər arasında bağlanılmış müqavilə əsasında tənzimlənir. 

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Cəfərzadə Zeynal ja***@gmail.com ID: 5694
Salam, hər hans bir karqo xidmətləri daşınmaya görə ödəniş aldıqda çek təqdim etməlidir?
22/12/2021 Oxunub: 126 Orta qiymət: 0

Bildiririk ki, lotereya biletlərinin, idman mərc oyunu biletlərinin və elektron idman mərc oyunu biletlərinin alışı istisna olmaqla nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir.

Sorğunuzda qeyd olunan fəaliyyəti həyata keçirən şəxslər tərəfindən əhali ilə pul hesablaşmaları aparılan zaman müştəridən qəbul edilən pul vəsaitinin müqabilində onlara ciddi hesabat blankı olan qəbz təqdim edilir.

Əsas: Vergi Məcəlləsinin 16.1.9-cu maddəsi.

 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Elməddin Ədilov İlqar el***@gmail.com ID: 5692
Salam. Sualım onlayn şəkildə həyata keçirilən alış-veriş ilə bağlıdır. Bilmək istəyirəm ki, aylıq limiti keçməmək şərti ilə xaricidən onlayn şəkildə yerli bank kartı (visa və s. tipli) ilə alış-veriş etdikdə bununla bağlı hər hansı vergi ödəməliyəm və bu gələcəkdə hər hansı vergi ödəməli olacağım mənasına gəlir?
21/12/2021 Oxunub: 180 Orta qiymət: 5

Bildiririk ki, Azərbaycan Respublikasının “Elektron ticarət haqqında” 10 may 2005-ci il tarixli 908-IIQ nömrəli Qanununun 1.0.1-ci maddəsinə əsasən elektron ticarət - informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi (o cümlədən, internet şəbəkəsi vasitəsi ilə elektron kitabların, musiqinin, audio-video materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi, reklamların yerləşdirilməsi, digər analoji iş və xidmətlər) üzrə həyata keçirilən fəaliyyətdir.

Eyni zamanda Vergi Məcəlləsinin 169.3-cü maddəsinin müddəalarına görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən qeyri-rezidentdən elektron ticarət qaydasında işlərin və xidmətlərin alınmasına görə aparılan ödənişlərdən ödəməni həyata keçirən yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru tərəfindən alıcının vəsaiti hesabına 18 faiz dərəcə ilə ƏDV hesablanmalı və ödənilməlidir.

Göründüyü kimi, vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən həyata keçirilən elektron ticarət zamanı yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən ƏDV tutulması yalnız xaricdən alınan işlərə və xidmətlərə münasibətdə tətbiq edilir. 

Elektron ticarət qaydasında alınan mallara görə qeyri-rezidentə ödənilən məbləğdən yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən ƏDV tutulmur.

Əsas: Vergi Məcəlləsinin 169-cu maddəs və Azərbaycan Respublikasının “Elektron ticarət haqqında” 10 may 2005-ci il tarixli 908-IIQ nömrəli Qanunu.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Kərimov Rövşən Cahangir oğlu ko***@mail.ru ID: 5691
Salam. Bildirmək istəyirəm ki, A şirkətinin (hüquqi şəxs) balansında şirkətin adına torpaq sahəsi var. Bu torpaq sahəsi satıldıqda hansı vergi öhdəliyi yaranması haqqında məlumat verməyinizi Sizdən xahiş edirəm. Onu da bildirim ki, torpaq sahəsi coxdan alındığı üçün balans dəyəri də azdır. Lakin, bu gün torpağın bazar qiyməti yüksək olduğundan satış qiyməti də bazar qiymətinə uyğun olacaq.
21/12/2021 Oxunub: 193 Orta qiymət: 5

Bildiririk ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 30 dekabr 2020-ci il tarixli 247-VIQD nömrəli Qanunu ilə Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən hüquqi şəxslər tərəfindən torpaq sahələrinin təqdim edilməsinin notarius tərəfindən sadələşdirilmiş vergiyə cəlb olunması ləğv edilmişdir. 

Belə ki, qeyd edilən dəyişikliyə əsasən hüquqi şəxslər tərəfindən torpaq sahələrinin təqdim edilməsi Vergi Məcəlləsi ilə müəyyən edilmiş ümumi qaydada mənfəət vergisinə cəlb edilir. 

Eyni zamanda, ƏDV məqsədləri torpaq mal sayılmadığından hüquqi şəxslər tərəfindən torpaq sahələrinin təqdim edilməsi ƏDV-yə cəlb edilən əməliyyat sayılmır.

Belə ki, Vergi Məcəlləsinin 13.2.8-ci maddəsinin müddəalarına əsasən əlavə dəyər vergisinin (ƏDV) məqsədləri üçün qeyri-maddi aktivlər, pul vəsaiti və torpaq mal sayılmır.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 104-cü, 150-ci və 218-ci maddələri.

5/5 (3 Orta qiymət)
Qiymət ver:
Muradov Nazim Qəzənfər oğlu Na***@mail.ru ID: 5688
Marketdə işçilər üçün alınmış əlcək və maska üçün çəkilən xərcləri xərcə salmaq olar?
20/12/2021 Oxunub: 94 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən Məcəllənin X fəslinə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Qeyd olunanlara əsasən, vergi ödəyicisinin fəaliyyəti zamanı çəkilən xərclər (maska, əlcək, təmizlik vasitələrinin alınması ilə bağlı çəkilən xərclər) müəssisənin təsərrüfat xərclərinə aid edilməklə gəlirdən çıxılan xərclərinə aid edilir.

Əsas: Vergi Məcəlləsinin 108-ci maddəsi.

 

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Qasımov Fərhad Ədalət fe***@gmail.com ID: 5687
Salam. Mən Qasımıv Fərhad Ədalət oğlu, sualım bundan ibarətdir ki, mən 2-ci Qarabağ Müharibəsi iştirakçısıyam. Müəllim işləyirəm. Mən cənab prezidentimizin, ali baş komandanımızın vergi güzəştlərindən yararlana bilərəmmi? Diqqətinizi üçün təşəkkür edirəm.
20/12/2021 Oxunub: 96 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəlirləri 400 manat məbləğində azaldılır.

Qeyd olunan güzəştlərdən faydalanmaq üçün tələb olunan sənədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”na əsasən müəyyən edilmişdir.

Belə ki, Siyahının 1.7-ci bəndinə əsasən müharibə veteranı vəsiqəsi, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin arayışı və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları Vergi Məcəlləsinin 102.2.7-ci maddəsində nəzərdə tutulmuş güzəşt hüququnu təsdiq edən sənədlərdəndir.

Buna əsasən müəssisənizin ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş əməkdaşlarının müharibə veteranı olması qeyd edilən müvafiq sənədlərlə təsdiq edildiyi halda onlara Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən vergi güzəşti tətbiq ediləcəkdir.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
İlkanə Nağıyeva Həsrət il***@gmail.com ID: 5685
Salam, vergi xidmətindən mesaj gəlib, yazılıb kı, internet vergi idarəsində olan elektron poçta da 5 ədəd oxunulmamış sənəd var. Mən necə oları oxuya bilərəm? Diqqətiniz üçün təşəkkür edirəm.
20/12/2021 Oxunub: 99 Orta qiymət: 3

Bildiririk ki, vergi orqanları tərəfindən vergi ödəyicilərinin elektron kabinetinə göndərilmiş sənədlər 5 gün ərzində oxunmadıqda bu barədə onların mobil telefon nömrəsinə oxunulmamış məktublar barədə müvafiq məzmunlu SMS göndərilir.

Vergi orqanı tərəfindən vergi ödəyicisinin elektron kabinetinə göndərilən sənədlərlə tanış olmaq üçün Dövlət Vergi Xidmətinin www.e-taxes.gov.az rəsmi internet portalına daxil olaraq istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) vasitəsilə İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olub “Gələnlər” qovluğuna keçmək lazımdır.

Bu barədə daha ətraflı məlumatı İnternet Vergi İdarəsinin (www.e-taxes.gov.az) “Yardım” bölməsindən əldə edə bilərsiniz.

3/5 (1 Orta qiymət)
Qiymət ver:
Emin İbadzadə ib***@gmail.com ID: 5683
Salam. Satış məqsədilə elektrikli vasitələrin gətirilməsi və onların satışının həyata keçirilməsi üçün (instagram onlayn ) hansı vergi və rüsumlar ödənilməlidir? Ətraflı başa salmağınızı xahiş edirəm.
19/12/2021 Oxunub: 175 Orta qiymət: 4

Bildiririk ki, ticarət fəaliyyəti ilə məşğul olan şəxslər fəaliyyətə başladığı günədək vergi orqanına ərizə verməklə vergi ödəyicisi kimi uçota alınmalı (VÖEN əldə etməli) və həmin fəaliyyətdən əldə etdiyi gəlirlər üzrə tətbiq edilən vergitutma sistemindən (sadələşdirilmiş vergi və ya gəlir vergisi) asılı olaraq müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Belə ki, həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda ticarət fəaliyyətindən əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir.

Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

Məlumat üçün bildiririk ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan (illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Buna əsasən, həmin şəxslər nəticə etibari ilə əldə etdiyi gəlirdən xərcləri çıxdıqdan sonra 5 faiz dərəcə ilə gəlir vergisi ödəməlidir.

Bunlarla yanaşı, ticarət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs tərəfindən 2020-ci ilin aprel ayının 1-dən 2021-ci ilin 1 yanvar tarixinədək ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının (250 manat) 25 faizinin Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında hər ay məcburi sosial sığorta haqqı hesablanıb ödənilməlidir.

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) minimum aylıq əməkhaqqının 4 faizi məbləğində icbari tibbi sığorta haqqı ödəməlidir.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 101-ci, 102-ci, 124-cü, 220-ci maddələri və “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları.

4/5 (1 Orta qiymət)
Qiymət ver:
Zülfiyyə Allahverdiyeva Gəray me***@mail.ru ID: 5681
Salam. Fəaliyyətimi dayandırdığım üçün VÖEN-imi bağlatdırmışam. İndi istəyirəm, onlayn ticarətlə (qadın geyimləri) məşgul olam. Tabeliyimdə iki uşaq olduğundan ərazi üzrə vergilər idarəsinə yaxınlaşıb bağlatdırdığım VÖEN-i açdirmaq istəyirəm. Sual: mən yaxınlaşmadan onlayn müraciət etsəm VÖEN-imi açdıra bilərəmmi? Bir də vergi necə hesablanacaq ödəniş üçün? Məsələ mən Paşa bank vasitəsi ilə ödəniş qəbul edirəm. Biznes hesabım Ekspresbankda, lakin sayta daxil olub məhsulu aldıqda kartla ödəniş olur. Bu cür alış-satışda necə hesablanır vergi? Zəhmət olmasa cavabı mənə qeyd etdiyim email adresinə göndərərdiniz.
18/12/2021 Oxunub: 147 Orta qiymət: 4

Fəaliyyətinizi müvəqqəti dayandırdığınız halda aktivləşdirmək üçün müvafiq qaydada tərtib olunmuş “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının bərpası haqqında Arayış”ı təqdim etməlisiniz.

Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya vergi orqanı tərəfindən verilən kod-parol olduqda Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatı elektron qaydada yerinə yetirə bilərsiniz. Bu barədə daha ətraflı səhifəmizin “Xidmətlər” bölməsinin “Elektron xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn bərpası” elektron xidməti üzrə inzibati reqlament və ya Dövlət Vergi Xidmətinin rəsmi "Youtube" kanalında yerləşdirilən videotəlimat vasitəsilə tanış ola bilərsiniz.

Həmçinin bildiririk ki, fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda ticarət fəaliyyətindən əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir. 

Bunlarla yanaşı, ticarət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs tərəfindən 2020-ci ilin aprel ayının 1-dən 2021-ci ilin 1 yanvar tarixinədək ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının (250 manat) 25 faizinin Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında hər ay məcburi sosial sığorta haqqı hesablanıb ödənilməlidir.

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) minimum aylıq əməkhaqqının 4 faizi məbləğində icbari tibbi sığorta haqqı ödəməlidir.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 101-ci, 220-ci maddələri, “Sosial sığorta haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları.

4/5 (2 Orta qiymət)
Qiymət ver:
Şəfiqə Cabbarova Nurəddin el***@gmail.com ID: 5678
Yoldaşım Cabbarov Zilfəli oğlunun adına özü olmadan şəxsi məlumatlarini götürüb VÖEN açıblar. Yoldaşım 2021-ci ilin may ayının birindən insult yataq xəstəsidir və danışmır. 1000 manat bizə cərimə gəlib. Guya Azmed MMC-yə 15 870 manat dəyərində dəmir satıb. Xahiş edirəm bizim adımızdan açılan VÖEN-i (6402897671) ləğv edin. Vətəndaş olmadan onun adına necə VÖEN açıla bilər?
17/12/2021 Oxunub: 120 Orta qiymət: 4

Bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir.

Sorğunuzda qeyd olunan halın araşdırılması üçün, müraciətinizi səhifəmizin "Dövlət Vergi Xidmətinə müraciət" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

4/5 (3 Orta qiymət)
Qiymət ver:
Rüfət Müslümzadə ru***@gmail.com ID: 5676
A şirkəti B şirkətindən 10 000 manat dəyərində xidmət alıb. Xidmətin təhvil təslimi 05.11.2020 də olmuşdur. Lakin B şirkəti xidmətin elektron qaiməsini 25.01.2021 tarixində göndərib. Sual. A şirkəti xidməti üçün ödədiyi 10 000 manat xidmət haqqını mənfəət vergisi baxımından 2020-ci il yoxsa 2021-ci ilin xərcinə qeyd etməlidir?
17/12/2021 Oxunub: 149 Orta qiymət: 3

Bildiririk ki, hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır.

Hesablama metodunun tətbiqi zamanı xərc əqddə və ya müqavilədə iştirak edən bütün tərəflər tərəfindən əqd və ya müqavilə üzrə bütün öhdəliklər yerinə yetirildiyi, yaxud müvafiq məbləğlər qeyd-şərtsiz ödənildiyi vaxtda çəkilmiş sayılır.

Eyni zamanda, vergi ödəyicisi müqavilə üzrə iş görürsə və ya xidmət göstərirsə, gəlir onu almaq hüququ müqavilədə nəzərdə tutulan işlərin görülməsinin və ya xidmətlərin göstərilməsinin tam başa çatdığı vaxtda əldə edilmiş sayılır.

Qeyd edilənlərə əsasən, noyabr ayında təhvil alınmış xidmətlər üzrə çəkilən məsrəflər və ya təhvil verilmiş xidmətər üzrə gəlirlər, müvafiq olaraq noyabr ayının gəlir və  xərclərinə aid edilir və 2020-ci ilin mənfəət vergisi bəyannaməsində əks olunmalıdır.

Əsas: Vergi Məcəlləsinin 134-cü, 135-ci və 136-cı maddələri.

3/5 (2 Orta qiymət)
Qiymət ver:
Elnur Kazımov Nəcəf el***@rambler.ru ID: 5673
Yerli təşkilat Almaniyadan proqram təminatı ilə bağlı aylıq dəstək xidməti alır. Bu xidmətin dəyərini hər ay Almaniyadakı şirkətin hesabına ödəyir. Bu halda Azərbaycanda ödəmə mənbəyində hansı vergilər mövcud olacaq? Almaniya ilə ikiqat vergitutmanın aradan qaldırılması haqqında Sazişin maddələri bu halda hansı rol oynaya bilər?
17/12/2021 Oxunub: 250 Orta qiymət: 5

Bildiririk ki, qeyri-rezident tərəfindən rezident müəssisəyə göstərilən onlayn xidmətlərə görə əldə olunan gəlirlər Azərbaycan Respublikasındakı fəaliyyətlə bağlı meydana çıxan gəlirlərə aid olduğu üçün rezident müəssisə tərəfindən aparılan ödənişlərdən Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinə uyğun olaraq 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergi tutulmalı və tutulmuş vergi məbləği dövlət büdcəsinə ödənilməlidir.

Eyni zamanda qeyri-rezident tərəfindən rezident müəssisəyə göstərilən təhsillə bağlı onlayn xidmətlərin göstərilməsi zamanı xidməti alan şəxslərin Azərbaycan Respublikasının hüdudlarını tərk etmədiyini, həmin xidmətlərin göstərilməsi yerinin xidmətlərin faktiki göstərildiyi yerlə müəyyən olunduğunu və xidmətlərin kompüter, internet və digər elektron şəbəkələr vasitəsi ilə göstərildiyini nəzərə alaraq ƏDV-nin məqsədləri üçün xidmətlərin faktiki göstərildiyi yer Azərbaycan Respublikasının ərazisi hesab edilir.

Buna əsasən qeyri-rezident şəxsin göstərdiyi onlayn xidmətlərə görə ödənilən məbləğdən 18 faiz dərəcə ilə ƏDV hesablanıb dövlət büdcəsinə ödənilməlidir.

Həmçinin, Vergilər Nazirliyinin 12.06.2017-ci il tarixli 1717050000009300 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı” Qaydalarının (bundan sonra - Qaydalar) 5.1-ci bəndinə əsasən əgər beynəlxalq müqavilədə qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə etdiyi hər hansı gəlirinin vergidən azad edilməsi və ya aşağı dərəcə ilə vergiyə cəlb edilməsi nəzərdə tutulmuşdursa, qeyri-rezident ona gəlir ödəyən şəxsin uçotda olduğu vergi orqanına elektron və ya kağız daşıyıcısında doldurulmuş “Qeyri-rezidentin Azərbaycan Respublikasından əldə etdiyi gəlirə ödəmə mənbəyində beynəlxalq müqavilədə nəzərdə tutulmuş azadolma və ya aşağı dərəcənin tətbiq edilməsi haqqında” DTA-03 Ərizə forması təqdim etməklə həmin azadolma və ya aşağı vergi dərəcəsinin tətbiq edilməsi ilə bağlı müraciət edə bilər. 

Əsas: Vergi Məcəlləsinin 125-ci, 168-ci və 169-cu maddələri.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Baxışov Əziz İbrahim oğlu az***@mail.ru ID: 5672
Salam. Vətəndaş əmək müqaviləsi ilə təşkilatda 0.5 ştat çalışır və əmək haqqından icbari tibbi sığorta haqqı tutulur. Eyni zamanda sərbəst qəbzlə bərbərlik fəaliyyəti ilə məşğuldur. Telefona gələn mesjla icbari tibbi sığortaya borcu olduğu bildirilib. Bir vətəndaşdan iki icbari tibbi sığorta haqqı tutula bilər? Xahiş edirəm aydınlıq verərdiniz.
17/12/2021 Oxunub: 97 Orta qiymət: 4

Bildiririk ki, həm vergi ödəyicisi, həm də əmək müqaviləsi əsasında fəaliyyət göstərən şəxslərə münasibətdə hər bir fəaliyyət üzrə ayrılıqda icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları hesablanır. 

Əsas: “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları.

4/5 (1 Orta qiymət)
Qiymət ver:
Anar Əliyev an***@internet.ru ID: 5671
Salam. Mən bilmək istəyirdim ki, hal-hazırda mənim 300 kv.m. obyektim. Həmin obyekti söküb yerinə 2000 kv.m. obyekt tikib satdıqda hansı vergilər yaranacaqdır. Sökdüyüm sahə nəzərə alınacaqmı vergilər hesablanarkən? Öncədən təşəkkürlər.
17/12/2021 Oxunub: 108 Orta qiymət: 3

Bildiririk ki, Vergi Məcəlləsinin 150.1.9-cu və 218.4.3-cü maddələrinin müddəalarına əsasən fiziki şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı alğı-satqı müqaviləsini təsdiq edən notariuslar tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergi tutulur. 

Bununla yanaşı, fiziki şəxsin mülkiyyətində olan qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı sadələşdirilmiş vergi qeyri-yaşayış sahələrinin hər kvadratmetri üçün 15 manata müvafiq ərazilər üzrə zona əmsalları və əlavə 1,5 əmsal tətbiq edilməklə hesablanır.

Qeyd olunanlara əsasən, tərəfinizdən qeyri-yaşayış sahəsi təqdim olunarkən, müqaviləni təsdiq edən notarius tərəfindən qeyri-yaşayış sahəsinin hər kvadratmetri üçün 15 manata müvafiq ərazilər üzrə zona əmsalı və əlavə 1,5 əmsal tətbiq edilməklə sadələşdirilmiş vergi hesablanaraq tutulmalıdır. 

Qeyri-yaşayış sahəsinin mülkiyyət sənədlərində dəyişikliyin edilməsi ilə bağlı aidiyyəti üzrə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (Çağrı Mərkəzi 193, emlak.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 150-ci, 218-220-ci maddələri. 

3/5 (2 Orta qiymət)
Qiymət ver:
Şahin Quliyev İsa oğlu sh***@gmail.com ID: 5670
Salam. VM-nin 175.6 maddəsində Dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına mallar alınarkən, ödənilmiş ƏDV-nin məbləği əvəzləşdirilmir və möhtərizədə subsidiya istisna olmaqla qeyd olunur. Xahiş edirəm aydınlıq gətirərdiniz Dövlət vəsaiti ilə subsidiya arasında fərqi? Belə ki, subsidiya dövlət büdcəsinin vəsaiti hesabına əvəzsiz verilən maliyyə vəsaitidir.
17/12/2021 Oxunub: 214 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 175.6-cı maddəsinə əsasən ƏDV-dən azad olunan, yaxud ƏDV-yə cəlb edilməyən əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınarkən bu maddə ilə müəyyən edilmiş qaydada ödənilmiş ƏDV məbləği əvəzləşdirilmir. Dövlət büdcəsindən ayrılan vəsaitlər (subsidiya və geri qaytarılmalı vəsaitlər istisna olmaqla) hesabına mallar (işlər, xidmətlər) alınarkən, ödənilmiş ƏDV -nin məbləği əvəzləşdirilmir. 

Qeyd olunan maddəyə əsasən, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.17-ci maddəsində nəzərdə tutulmuş subsidiyalar istisna olmaqla, dövlət büdcəsindən müxtəlif mənbələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) hesabına mallar (işlər, xidmətlər) alınarkən, ödənilmiş ƏDV-nin məbləği əvəzləşdirilmir. 

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Yalçın Məğrub oğlu Balaoğlanov ya***@mail.ru ID: 5664
Salam! Taksi fəaliyyəti ilə məşğul oluram. Bilmək istədiklərim var; 1. Sosial ödənişlər üzrə hansı təsnifat koduna köçürmə etməliyəm? 2. Köçürmə məbləği nə qədər olmalıdır və müharibə veteranı kimi güzəştlər nəzərdə tutulubmu? 3. Fərqlənmə nişanı üzrə ödəniş hansı kod üzrə edilməli və burada da veteranlara güzəşt varmı?
16/12/2021 Oxunub: 188 Orta qiymət: 0

Bildiririk ki, Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) həyata keçirən şəxs sadələşdirilmiş verginin ödəyicisi kimi hər bir avtomobil nəqliyyatı vasitəsi üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən, Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma həyata keçirildikdə isə Bakı Nəqliyyat Agentliyindən təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarımil və ya il üçün ciddi hesabat blankı olan "Fərqlənmə nişanı" almalıdırlar. 

Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) həyata keçirən şəxs sadələşdirilmiş verginin ödəyiciləri kimi hər bir avtomobil nəqliyyatı vasitəsi üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən, Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma həyata keçirildikdə isə Bakı Nəqliyyat Agentliyindən "Fərqlənmə nişanı" almaq üçün vergi ödəyicisinin ərizəsinə həmin fəaliyyət üçün sadələşdirilmiş verginin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsini təsdiq edən bank ödəniş sənədi əlavə edilməlidir. Bank ödəniş sənədində avtomobil nəqliyyatı vasitəsinin dövlət qeydiyyat nişanının seriya və nömrəsi aydın göstərilməlidir. 

Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər hesablanmış sadələşdirilmiş vergini, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqını tam məbləğdə dövlət büdcəsinə ödədikdən sonra onlara "Fərqlənmə nişanı" verilir.

Bununla yanaşı, avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları (o cümlədən taksi ilə) fəaliyyəti ilə məşğul olan şəxslərin ödəməli olduğu sosial sığorta haqqının məbləği minimum aylıq əməkhaqqının 6 faizi həcmində müəyyən edilmişdir. Bakı şəhərində taksi fəaliyyətini həyata keçirən şəxs minimum aylıq əməkhaqqının 6 faizinə 2 əmsal tətbiq etməklə hər ay üçün 36 manat sosial sığorta haqqı ödəməlidir.  Bu fəaliyyət üzrə sosial sığorta haqqını "Digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə ödənilən sosial ayırmalar 121380" təsnifat kodu ilə ödəyə bilərsiniz.

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-2.2.2-ci maddəsinin müddəalarına əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) sığortalı qismində özləri çıxış edirlər.

Qanunun 15-10.1.3-cü maddəsinin müddəalarına əsasən bu Qanunun 15-2.2.2-ci maddəsində nəzərdə tutulmuş sığortaolunanlar üzrə – minimum aylıq əməkhaqqının 4 faizi (12 manat) məbləğində icbari tibbi sığorta üzrə sığorta haqları müəyyən edilir.

Həmçinin bildiririk ki, qeyd olunan sahibkarlıq fəaliyyətilə bağlı ödəmələrdə hər hansı güzəşt və azadolma qanunvericilikdə nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 122-ci, 150-ci, 218-ci və 221-ci maddələri, “Sosial sığorta haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Leqayeva Mədinə Zeynalabid qızı xe***@mail.ru ID: 5659
Salam. Mən hüquqi xidmətləri göstərən MMC yaratmaq istəyirəm. Bunun üçün mən hansı Nizamnamə formasını nümumə kimi istifadə edə bilərəm? Təsisçi bir nəfər olacaq. Əlavə olaraq sualım ondan ibarətdir ki, nizamnamə və təsisçinin qərarından sonra mən hansı addımlar atmalıyam.
15/12/2021 Oxunub: 144 Orta qiymət: 5

Bildiririk ki, qeyd edilən formada hüquqi şəxsin yaradılması üçün tələb olunan sənədlərin siyahısını, o cümlədən nizamnamə, əsasnamə və qərar nümunələrini saytımızın “Bir pəncərə” bölməsinin "Qeydiyyat" altbölməsindən əldə edə bilərsiniz. 

5/5 (2 Orta qiymət)
Qiymət ver: