Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

2016-cı ilin III rübü ərzində Vergilər Nazirliyinin Vergi Apelyasiya Şurasının fəaliyyəti haqqında

2016-cı ilin III rübü ərzində Vergilər Nazirliyinin Vergi Apelyasiya Şurasının icraatında 23 vergi ödəyicisi üzrə 36 müraciət olmuşdur. Belə ki, 3 vergi ödəyicisi üzrə 3 müraciət 2016-ci ilin II rübündən qalıq qalmış, 20 vergi ödəyicisi üzrə 33 müraciət isə 2016-cı ilin III rübü ərzində daxil olmuşdur.

Şuranın icraatına daxil olan müraciətlərdən 7 vergi ödəyicisi üzrə  9  müraciət kameral vergi yoxlamasının, 9 vergi ödəyicisi üzrə 12 müraciət səyyar vergi yoxlamasının, 4 vergi ödəyicisi üzrə 8 müraciət operativ vergi nəzarətinin nəticələri, 2 vergi ödəyicisi üzrə 6 müraciət artıq ödənilmiş vergilərin qaytarılması, 1 vergi ödəyicisi üzrə 1 müraciət xronometraj metodu ilə aparılmış müşahidənin nəticələri ilə bağlı olmuş, 8 vergi ödəyicisi üzrə 10 müraciət isə 1 oktyabr 2016-cı il tarixinə qalıq qalmışdır.

Şuranın icraatında olan müraciətlərin hər biri üzrə Şuranın Katibliyi tərəfindən bütün lazımi materiallar toplanılmış, Şura üzvlərinin rəyləri alınmış, Şuranın sədri ilə razılaşdırılmaqla iclaslar təyin edilmiş, qeyd olunan iclaslarda maraqlı şəxslərin iştirakı təmin edilmiş və müraciətlər üzrə inzibati araşdırmanın nəticəsi olaraq Azərbaycan Respublikasının Vergi Məcəlləsinin, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun, “Vergilər Nazirliyinin Vergi Apelyasiya Şurası haqqında Əsasnamə”nin və digər aidiyyəti hüquqi aktların tələblərinə uyğun qərarlar qəbul edilmişdir.

Şurada baxılaraq müvafiq qərarlar qəbul edilmiş 36  müraciətin 13-ü tam və ya qismən təmin edilmiş, 4-ü təmin edilməmiş, 1-nin icraatına xitam verilmiş, 8-i üzrə ödəyicilərə izahedici məktublar göndərilmiş, 10 müraciət üzrə inzibati araşdırmanın müddəti növbəti rübə keçmişdir.