Kommersiya və publik hüquqi şəxslərin aşağıdakı məlumatları dəyişərkən dövlət qeydiyyatına alınması üçün müraciət olunur:
- Kommersiya və publik hüquqi şəxsin adı
- Təsis sənədlərindəki məlumatlar — nizamnamə və idarəetmə orqanlarının formalaşdırılması barədə qərarlar
- Rəhbərinin adı, soyadı, atasının adı
- Hüquqi ünvanı
- Təşkilati-hüquqi forması
- Maliyyə ili
- Hər bir təsisçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri (təsisçi hüquqi şəxsdirsə — adı, hüquqi ünvanı və qeydiyyat məlumatları)
- Hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri
- Kommandit ortaqlığında — hər bir kommanditçinin mayasının miqdarı
- MMC və ya SC-də — nizamnamə kapitalının miqdarı, hər bir təsisçinin mayası, direktorlar şurası üzvlərinin məlumatları
- Publik hüquqi şəxsdə — nizamnamə fondunun miqdarı, verilmiş əmlakın miqdarı, direktorlar şurası üzvlərinin məlumatları
Dəyişikliyin baş verdiyi andan 15 iş günü ərzində "Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında" və ya "Publik hüquqi şəxsin qeydiyyatı haqqında" ərizə ilə müraciət edilməlidir.
Nizamnaməyə dəyişiklik zamanı təqdim olunan sənədlər:
- Ərizə
- Təsisçinin (təsisçilərin) qərarı
- Nizamnaməyə dəyişiklik
- Təsisçi dəyişikliyi zamanı yeni təsisçinin şəxsiyyətini təsdiq edən sənəd
- Hüquqi ünvan dəyişikliyi zamanı yeni hüquqi ünvanı təsdiq edən sənəd
- Ərizə səlahiyyətli şəxs tərəfindən təqdim olunduqda onun səlahiyyətini təsdiq edən sənəd
Dövlət reyestrindəki faktların dəyişikliyi zamanı təqdim olunan sənədlər:
- Ərizə
- Təsisçinin (təsisçilərin) qərarı
- İdarəetmə orqanlarının tərkibindəki dəyişiklik olduqda həmin şəxslərin şəxsiyyətini təsdiq edən sənəd
- Ərizə səlahiyyətli şəxs tərəfindən təqdim olunduqda onun səlahiyyətini təsdiq edən sənəd
Hüquqi şəxsin adı dəyişdirildikdə möhür və şəhadətnamə də qeydiyyat orqanına təhvil verilməlidir. Möhür itirildiyi halda mətbuatda elan və DİN-in arayışı təqdim olunmalıdır.
- Təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanuna və digər qanunvericilik aktlarına zidd olduqda
- Ərizədəki məlumatlar və ya ona əlavə edilən sənədlər yanlış olduqda
Aşağıdakı məlumatlar birbaşa DVX qeydiyyat strukturları tərəfindən əldə edilərək qeydiyyata alınır:
- Azərbaycan Respublikası Prezidentinin və Nazirlər Kabinetinin aktları ilə edilmiş dəyişikliklər
- Şəxsiyyəti təsdiq edən sənədlərdəki məlumat dəyişiklikləri
Dövlət mülkiyyətli hüquqi şəxslərin dəyişiklikləri Prezident və Nazirlər Kabineti aktları əsasında, vətəndaşların şəxsiyyət məlumatları DİN və Dövlət Miqrasiya Xidmətindən onlayn əldə olunmaqla 5 gün ərzində qeydiyyata alınır.