Официальные веб-сайты Азербайджанской Республики оканчиваются на .gov.az.

Государственные органы взаимодействуют через домен .gov.az (например, my.gov.az).

Список доверенных веб-сайтов

Безопасные веб-сайты используют HTTPS.

В качестве дополнительной меры безопасности проверьте наличие значка замка 🔒 или префикса https:// в адресной строке. Делитесь своими конфиденциальными данными только на официальных и защищённых веб-сайтах.

Выберите язык
Поиск
Cabbarova Gulnar Mobil gu***@azinfo.com.tr ID: 1203
Sertifikatın müddəti bitdiyi üçün yeni sertifikat ala bilmirəm, ASAN xidmət fəaliyyət göstərmədiyi üçün. Başqa harada almaq mümkündür? Və online müraciət mövcüddurmu? Mövcüddursa hansı sənədlər göndərilməlidir?
13/04/2020 Прочитано: 41 Средняя стоимость: 0

Bildiririk ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus COVID-19 infeksiyasının yayılmasına qarşı mübarizəni təşkil etmək üçün xüsusi rejimdə işləmək barədə göstərişlərini əldə rəhbər tutaraq, fiziki şəxslər, şirkət rəhbərləri olan hüquqi şəxslər və sahibkarlıq fəaliyyətilə məşğul olan fiziki şəxslər, həmçinin rəhbər olan dövlət qulluqçuları üçün “Asan İmza” sertifikatlarının etibarlılıq müddətinin aprel ayının 1-dən mayın 31-dək ödənişsiz olaraq avtomatik uzadılması və yuxarıda qeyd olunan müddət ərzində abunə haqlarından azad olunması məqsədilə müvafiq dəyişikliklər həyata keçirilmişdir. “Asan İmza” biznes sertifikatlarının digər sahibləri öz sertifikatlarının müddətini onlayn qaydada asxm.gov.az portalı vasitəsilə uzada biləcəklər. 

27 aprel tarixindən “ASAN xidmət” mərkəzlərində vətəndaşların  qəbulu "ASAN xidmət" mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir. Tələb olunan sənəldlər və formaları ilə buradan  tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Ağayev, Məmmədağa, Asəf ma***@gmail.com ID: 1202
Salam! Adıma olan "6801738312" VÖEN dondurulması elektron halda mümkündürsə dondurmaq istəyirəm! Məndən VÖEN iş üçün fəhlə işlədikdə istəmişdilər. Hal hazırda VÖEN açıq qaldığına görə müavinət ala bilmirəm. Zəhmət olmasa köməklik göstərərdiniz! Təşəkkürlər!
13/04/2020 Прочитано: 37 Средняя стоимость: 0

Fəaliyyətinizi müvəqqəti dayandırmaq üçün vergi orqanına “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlisiniz. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir.

Gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə dayandırılması mümkündür.

Bu barədə daha ətraflı səhifəmizin “Xidmətlər” bölməsinin “E-Xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament və ya Vergilər Nazirliyinin rəsmi youtube səhifəsində yerləşdirilən videotəlimat vasitəsilə tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Yusif Əzimzadə Vüqar yu***@gmail.com ID: 1201
salam sualim bu instagramda givewayler yeni oz sehifelerinde loto yarismasi kimi yarisma kecirib boyuk meblegde pul elde edib hecbir vergi vermirler.bu ne derecede dogrudur?
13/04/2020 Прочитано: 50 Средняя стоимость: 0

Qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Soltanova Havva Qumaş qızl so***@gmail.com ID: 1200
Salam mən qadın bərbəri işləyirəm evimizdə uşaqlara verəsi çörəyimiz belə yoxdu mənim əmək müqaviləm var lakin bilirəmki mənə pul verən olmayacaq işçinin özune mesaj gələcəkmi pul sahibkarin adina keçsə
13/04/2020 Прочитано: 29 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Zibeydə Muxtarova Ədalət qızı Zi***@mail.ru ID: 1199
Salam mən bilmək istəyirdim, bizdə dükandır. Dükanın sahibkarı rayondadır onun vöeni var, Bakıya gələ bilmir. Burada dükanı idarə etmək üçün müvəqqəti bir işçi sürücü kimi qeydiyyata sala bilər?
13/04/2020 Прочитано: 39 Средняя стоимость: 0

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda məhdudiyyətlər aradan qaldırılan sahələrdə işləyən şəxslər barədə məlumatlar işəgötürən, sahibkar tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir. 

“Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə müraciət etməyiniz tövsiyə olunur. 

0/5 (0 Средняя стоимость)
Оцените:
Məmmədov Mehman Rafiq oglu Me***@mail.ru ID: 1197
Salam mənim VÖEN-im var fəaliyyəti dayandırmışam neçə ildir artıq. İndi o VÖEN-in işləyib işləmədiyini bilmək istəyirəm və taksi kimi fəaliyyət göstərmək istəyirəm. Onun üçün nə etməliyəm?
13/04/2020 Прочитано: 48 Средняя стоимость: 0

Bildiririk ki, taksi minik avtomobili ilə sərnişindaşıma həyata həyata keçirən fiziki şəxs vergi orqanında vergi uçotuna dayandıqdan sonra  Bakı Nəqliyyat Agentliyindən təqvim ayının sonunadək öz istəkyinə uyğun olaraq növbəti ay, rüb, yarım il və ya il üçün ciddi hesabat blankı olan «Fərqlənmə nişanı» almalıdır.

«Fərqlənmə nişanı» almaq üçün vergi ödəyicisinin ərizəsinə həmin fəaliyyət üçün sadələşdirilmiş verginin ödənilməsini təsdiq edən, avtomobil nəqliyyatı vasitəsinin dövlət qeydiyyat nişanının seriya və nömrəsi göstərilən bank ödəniş sənədi əlavə edilməlidir.

Eyni zamanda, fəaliyyətinizi müvəqqəti dayandırdığınız halda aktivləşdirmək üçün müvafiq qaydada tərtib olunmuş “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının bərpası haqqında Arayış”ı təqdim etməlisiniz.

Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatı elektron qaydada yerinə yetirə bilərsiniz.Bu barədə daha ətraflı səhifəmizin “Xidmətlər” bölməsinin “E-Xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament və ya Vergilər Nazirliyinin rəsmi youtube səhifəsində yerləşdirilən videotəlimat vasitəsilə tanış ola bilərsiniz.

Həmçinin bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanılmışdır. 

0/5 (0 Средняя стоимость)
Оцените:
Əliyeva Nərmin Kamil qızı na***@gmail.com ID: 1196
Salam, Mart 2020 tarixində Hüquqi şəxs kimi qeydiyyatdan keçmişəm. Asan imza və elektron imza eldə etməmişəm. Yalnız kod,parol,şifrə əldə etmişəm. Bəyannamənin hazırlanması üçün e-imza vacibdir mi? Mənim e-taxes profilimdə Online kargüzarlıq menusunda mövcud təlimatlarda qeyd olunan online bəyannamənin hazırlanması üçün heç bir seçim göstərilmir. Xahiş edirəm cavablandırasınız. Hörmətlə, Nərmin
13/04/2020 Прочитано: 61 Средняя стоимость: 0

Bildiririk ki, sadələşdirilmiş və ya mənfəət vergisi bəyannamələrinin təqdim olunması istifadəçi kodu, parol və şifrə məlumatları ilə təqdim olunması mümkün olsa da, “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”nın vergi orqanına onlayn qaydada təqdim edilməsi üçün hüquqi şəxslərin elektron imzasının (o cümlədən Asan İmzanın) olması tələb olunur.

Bundan əlavə, Vergi Məcəlləsinin 71-1.1- ci maddəsinə əsasən qanunla müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Həmçinin elektron qaimə-fakturanın təqdim edilməsi üçün də gücləndirilmiş elektron imzanın (o cümlədən Asan İmzanın) olması mütləqdir.

 

0/5 (0 Средняя стоимость)
Оцените:
Məmmədli Əlibəy Qurban al***@gmail.com ID: 1194
Salam. Mənim adıma Voen var.Voena dair istifadeçi adını ve şifrəni unutmuşam.İstifadəçi adını və şifrəni təzədən necə ala bilərəm? Hal hazırda,1 rüblük hesabatı verməliyəm,hesabatı onlline vermək üçün sistemə daxil ola bilmirəm.Hesabatı verdikdən sonra, Voeni ləğv eləmək istəyirəm. Zəhmət olmasa,bu proses haqqında ətraflə məlumat verəsiniz.
13/04/2020 Прочитано: 28 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
İsmayılov İqbal Abgül oğlu iq***@mail.ru ID: 1193
Mövcud olan MMC-nin MTK-ya çevrilməsi üçün lazım olan sənədlərin siyahısı və ödəniləcək dövlət rüsumları barədə məlumat almaq istəyirəm. Lazım olan sənədlərin siyahısını əgər mümkünsə qeyd etdiyim email adresinə göndərilməsini xahiş edirəm. Əvvəlcədən minnətdarlığımı bildiririəm.
13/04/2020 Прочитано: 66 Средняя стоимость: 5

Bildiririk ki, hüquqi şəxsin yenidən təşkili onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər.

Bir növdən olan hüquqi şəxs digər növdən olan hüquqi şəxsə çevrildikdə (təşkilati-hüquqi formanın dəyişməsi) yenidən təşkiledilmiş hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. Təhvil aktı hüquqi şəxsinyenidən təşkili haqqında qərar qəbul etmiş təsisçiləri (iştirakçıları) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanı tərəfindən təsdiq edilir

Təhvil aktında yenidən təşkil edilmiş hüquqi şəxsin bütün kreditorları və borcluları barəsində öhdəliklərinin hamısı, o cümlədən tərəflərin mübahisə etdikləri öhdəliklər üzrə hüquqi varislik haqqında müddəalar olmalıdır.

Hüquqi şəxsin yenidən təşkili haqqında qərar qəbul etmiş hüquqi şəxsin təsisçiləri (iştirakçıları) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanı hüquqi şəxsin yenidən təşkili barəsində onun kreditorlarına yazılı bildiriş göndərməyə borcludurlar. Yenidən təşkil edilən hüquqi şəxsin kreditorunun ixtiyarı var ki, yenidən təşkil edilən hüquqi şəxsin borclu olduğu öhdəliklərə xitam verilməsini və ya onların vaxtından əvvəl icra olunmasını və zərərin əvəzinin ödənilməsini tələb etsin.

Eyni zamanda bildiririk ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmş faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Hüquqi şəxs yeni yaranan hüquqişəxslərin dövlət qeydiyyatına alındığı andan yenidən təşkil edilmiş sayılır. Həmin Qanunun 9.2-ci maddəsinə görə dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizəyə çevrilmə barədə qərar, təhvil aktı, hüquqi şəxsin yenidən təşkiledilməsi barədə qəzetdə dərc edilmiş elan, yeni təsdiq edilmiş nizamnamə (hüquqi varislik barədə məlumat göstərilməklə), yeni rəhbər təyin edilmə barədə sənədlər  və digər zəruri təsdiqedici sənədlər əlavə olunur.

Əsas: Mülki Məcəllənin 55-58-ci və 92-ci maddələri, Azərbaycan Respublikasının 12 dekabr 2003-cü il, tarixli 560-IIQ nömrəli “Hüquqi şəxslərin dövlət qeydiyyatı və reyestri haqqında” Qanununun 9-cu maddəsi.

5/5 (1 Средняя стоимость)
Оцените:
ALIYEV CAHANDAR RAUF OGLU al***@mail.ru ID: 1192
Mən 09.01.2019 tarixdə mənə verilmiş qeydiyyat VÖEN 2304327712 şəhadətnaməsinin ləğv edilib edilməməsi haqqında məlumat bilmək istəyirəm. Mən işsiz olduğum üçün VÖEN bağlanmalıdır.
13/04/2020 Прочитано: 27 Средняя стоимость: 0

Bildiririk ki, ALIYEV CAHANDAR RAUF OĞLU   (VÖEN 2304327712) vergi ödəyicisi kimi uçotdadır. Fəaliyyətinizin ləğv edilməsi və ya dayandırılması üçün uçotda olduğunuz vergi orqanına Vergilər Nazirliyi tərəfindən müəyyən edilmiş ərizə formaları ilə müraciət edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Yasin Məmmədov Akif ya***@hotmail.com ID: 958
Salam. Mən müəllim işləyirəm. Bildiyimə görə müharibə veteranlarının övladları gəlir vergisindən azaddır. Mənim atam Hərbi Xidmət borcunu yerinə yetirərkən gözündən əlil olub. O BVM əlillərinə bərabər tutulan şəxsdir. Bu halda həmin qayda mənə də şamil olunur?
13/04/2020 Прочитано: 92 Средняя стоимость: 5

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş 102.2.5-ci maddəsinə əsasən, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt hüququ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.5-ci bəndində qeyd olunmuş aşağıdakı sənədlərdən birinin əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan yaranır:

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi;

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin və ya DOST mərkəzinin arayışı;

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin,  Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları;

Qeyd olunanlara əsasən, güzəşt hüququnun əldə edilməsi ilə bağlı müraciət edən fiziki şəxsin valideynlərinin və ya ərlərinin (arvadlarının) həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçü olması müvafiq orqanlar tərəfindən verilmiş sənədlərdə (arayışlarda) göstərilməlidir.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

5/5 (1 Средняя стоимость)
Оцените:
Rafiq Sadıqov Cabbar ra***@mail.ru ID: 960
Salam. Mənim sualım Vergi Məcəlləsi və vergidən azadolmalar barədədir. Vergi Məcəlləsinin aşağıdakı maddəsində qeyd edilir: 102.4. Aşağıdakı fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır: 102.4.4. daimi qulluq tələb edən sağlamlıq imkanları məhdud uşağa və ya I qrup əlilə baxan və onunla birlikdə yaşayan valideynlərdən biri (özlərinin istəyi ilə), arvad (ər), himayəçi və ya qəyyum. Bilmək istəyirəm ki, bu 102.4.4 - cü bəndə əsasən, tutaq ki, əgər ər 1-ci qrup əlildirsə, onda ərin arvadından 100 manat vergi arvadın əməkhaqqından tutulmamalıdırmı, yoxsa bu ancaq xəstə uşaqlara aiddirmi?
13/04/2020 Прочитано: 67 Средняя стоимость: 0

Bildiririk ki, I qrup əlilə baxan və onunla birlikdə yaşayan himayəçi olduğunuz halda vergi tutulmalı olan aylıq gəliriniz 100 manat məbləğində azaldılır.

Bu güzəşt hüququ aşağıda qeyd olunan sənədlərin birinin təqdim edildiyi andan yaranır və yalnız əsas iş yerinizdə (əmək kitabçanızın olduğu yerdə) həyata keçirilir:

- himayədə olma faktı barədə məhkəmə orqanlarının qərarı;

- birgə yaşamaq haqqında mənzil-kommunal istismar sahələrinin, yaxud icra hakimiyyəti nümayəndəliklərinin arayışları;

- Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin arayışı.

Əsas: Vergi Məcəlləsinin 102.4.4-cü maddəsi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

0/5 (0 Средняя стоимость)
Оцените:
Ramin Ra***@mail.ru ID: 954
Artıq ödəməni necə götürmək olar?
13/04/2020 Прочитано: 133 Средняя стоимость: 0

Vergi Məcəlləsində başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır.

Riskli vergi ödəyiciləri tərəfindən artıq ödəmənin qaytarılması ilə bağlı müraciət edildikdə bu maddə ilə müəyyən edilən müddətlər onların fəaliyyəti üzrə kameral və ya səyyar vergi yoxlamaları və operativ vergi nəzarəti tədbirləri tam başa çatdıqdan sonra tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 87-ci maddəsi, Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydaları.

0/5 (0 Средняя стоимость)
Оцените:
mikayilov serdar nesreddin oqlu as***@mail.ru ID: 1190
Salam, bilmək istəyirəm mənim ağ şəhərdə müqaviləm var ya yox?
13/04/2020 Прочитано: 26 Средняя стоимость: 0

Bildiririk ki, qüvvədə olan əmək müqaviləsi bildirişinizin olub-olmaması barədə aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz daha məqsədəuyğundur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Zahid Mehdili Sahib oğlu me***@mail.ru ID: 950
İcarəyə götürülmuş əsas vəsatlərə görə amortizasiya ayırmalarının gəlirdən çıxmaq hüququ kimə məxsusdur.icarəyə verənə yoxsa icarədara?
13/04/2020 Прочитано: 121 Средняя стоимость: 5

Bildiririk ki, icarəyə verilən əmlak tərəflərin arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq istər icarəyə verənin, istərsə də icarəyə götürənin balansında uçota alına və müvafiq olaraq amortizasiya xərci hesablana bilər.

Əsas vəsaitlər icarəçinin balansına götürüldüyü halda həmin əsas vəsaitlərə amortizasiya ayırmaları hesablana və hesablanmış amortizasiya ayırmaları gəlirdən çıxıla bilər.

Əsas: Vergi Məcəlləsinin 114-cü maddəsi.

5/5 (1 Средняя стоимость)
Оцените:
Əsədov Nurəli Sahib nu***@gmail.com ID: 961
Şirkətə yeni təsisçi daxil olub və bunun üçün nəzərdə tutulan nizamnamə kapitalını ödəyib. Əvvəl 2 təsisçi idi, indi isə 3 təsisçi olacaq. Bunun üçün hara müraciət edək və ya belə mümkünsə, dəqiq hansı sənəd və ya ərizə formalarını necə bilə bilərəm? Çox sağ olun.
13/04/2020 Прочитано: 168 Средняя стоимость: 0

Bildiririk ki, rezident hüquqi şəxsdə təsisçi dəyişikliyi həmin hüquqi şəxsin təsisçiləri tərəfindən iştirak paylarının digər təsisçilərə təqdim edilməsi (satılması) anlamını verir.

Hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən yuxarı qiymətə təqdim edildikdə faktiki təqdimetmə qiyməti ilə nizamnamə kapitalındakı iştirak payının və ya səhmin nominal dəyəri arasındakı fərq, iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən aşağı qiymətə (güzəştli qiymətlə) təqdim edildikdə isə alqı-satqı müqaviləsinin bağlanıldığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq vergiyə cəlb edilən gəlirdir (mənfəətdir). Qeyd olunan gəlirdən (mənfəətdən) rezident təsisçi fiziki şəxslər tərəfindən Vergi Məcəlləsinin 101.2-ci maddəsi ilə müəyyən olunmuş dərəcələrlə gəlir vergisi, rezident təsisçi hüquqi şəxslər tərəfindən isə Vergi Məcəlləsinin 105.1-ci maddəsi ilə müəyyən olunmuş dərəcə ilə mənfəət vergisi hesablanaraq bəyan edilməklə dövlət büdcəsinə ödənilməlidir.

Rezident hüquqi şəxsin təsisçisi olan qeyri-rezident şəxs tərəfindən həmin rezident hüquqi şəxsdəki təsis paylarının (iştirak paylarının) rezident şəxslərə təqdim edilməsindən əldə olunan gəlir Azərbaycan mənbəyindən gəlirlərə aid edilməklə ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergiyə cəlb edilir. Qeyd edilən gəlirin ödəmə mənbəyində vergi tutulması mümkün olmayan hallarda isə qeyri-rezident şəxsin Azərbaycan mənbəyindən əldə olunan gəlirləri üzrə vergi öhdəlikləri həmin qeyri-rezidentin özü tərəfindən vergi orqanında uçota alınaraq gəlir (mənfəət) vergisinə cəlb edilməklə və ya onun təyin etdiyi vergi agenti tərəfindən yerinə yetirilir.

Bununla belə, hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmş faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalı, həmin dəyişikliyin qeydiyyata alınması üçün bu dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq qeydiyyat orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Təsisçi dəyişikliyinin dövlət qeydiyyatına alınması üçün yeni təsisçinin (təsisçilərin) qərarı, yeni təsisçinin şəxsiyyətini təsdiq edən sənədin surəti, dəyişikliyi təsdiq edən sənəd (alğı-satqı, bağışlama, dəyişmə müqavilələri) müvafiq ərizə forması ilə birlikdə hüquqi şəxsin qeydiyyatda olduğu vergi orqanına təqdim olunmalıdır.

Əsas: Vergi Məcəlləsinin 13.2.16.6-cı, 96.5-ci, 99.3.8-ci, 101.2-ci, 104.6-cı, 125.1.5-ci, 142.1-ci, 143-cü, 149.1-ci, 164.1.17-ci maddələri və Azərbaycan Respublikasının 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli “Hüquqi şəxsin dövlət qeydiyyatına alınması və dövlət reyestri haqqında” Qanunun 9.1-ci və 9.2-ci maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
Mustafayeva İradə Məcid qızı ir***@outlook.com ID: 963
Salam. Mən digital marketing ilə məşğulam və internet üzərindən qeyri-rezident şəxslərə xidmət göstərirəm. Qısaca desək onlayn şəkildə veb resurslar üzərindən reklam və məsləhət xidmətləri göstərirəm. Əvvəllər 96090 fəaliyyət kodu ilə fəaliyyətimi davam etdidiridim. İndi isə faəliyyətimə uyğun kod tapa bilmirəm. Zəhmət olmasa mənə ən uyğun fəaliyyət kodunu bildirə bilərsiniz?
13/04/2020 Прочитано: 128 Средняя стоимость: 3

Bildiririk ki, sorğunuzda qeyd olunan fəaliyyət növü sahibkarlıq fəaliyyəti hesab edilir və fiziki şəxs kimi sahibkarlıq fəaliyyətinə başladığınız günədək yaşayış yeri üzrə vergi orqanına müraciət edərək vergi uçotuna alınmalısınız.

Vergi Məcəlləsinin 218.6.2-ci maddəsi nəzərə alınmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz.

Sorğunuza əsasən, fərdi sahibkar olaraq internet üzərindən digər sahibkarlıq subyektlərinə xidmət etdiyiniz halda sizin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnuz yoxdur və gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərməlisiniz.

O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, mikrosahibkarlıq subyektlərinin gəlirlərinin 75 faizi gəlir vergisindən azaddır.

Qeyd etdiyiniz ictimai əlaqələrin saxlanılması və məlumat mübadiləsi xidmətini  (70220 - KOMMERSİYA FƏALİYYƏTİ VƏ İDARƏETMƏ MƏSƏLƏLƏRİ ÜZRƏ SAİR MƏSLƏHƏTLƏR) fəaliyyət növünü seçərək  həyata keçirə bilərsiniz.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər  barədə daha ətraflı məlumat almaq üçün Vergilər Nazirliyinin rəsmi saytında “Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola bilərsiniz.

3/5 (2 Средняя стоимость)
Оцените:
Emil Hüseynli em***@gmail.com ID: 1189
Salam. Xaricdə fəaliyyət göstərən səhm broker platformalarında və ya saytlarında öz hesabımıza vəsait keçirən zaman köçürdüyümüz məbləğdən hər hansı bir verginin tutulması qanunverciliklə nəzərdə tutulurmu?
13/04/2020 Прочитано: 75 Средняя стоимость: 0

Bildiririk ki,  qeyri-rezidentə məxsus elektron pul kisəsində yaradılan hesaba pul köçürülərkən, əməliyyatı həyata keçirən yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya “Azərpoçt” MMC tərəfindən ödənişin aparılmasına görə tətbiq olunan ödəmə mənbəyində verginin dərəcəsi 10 faiz təşkil edir.

Əsas: Vergi Məcəlləsinin 125.1-1-ci maddəsi.

0/5 (0 Средняя стоимость)
Оцените:
Eliyev Etibar Oruc et***@gmail.com ID: 1187
Mən itmiş vöeni yenidən necə əldə edə bilərəm? Kəndli fermer kimi qeydiyatdan keçmək üçün hara və necə müraciət etməliyəm? Qeydiyatdan keçmək üçün hansı sənədlər lazimdır?
12/04/2020 Прочитано: 27 Средняя стоимость: 5

Bildiririk ki, vergi ödəyicisinin uçota alınmasını təsdiq edən şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə fiziki şəxsin sərbəst formada müraciəti əsasında sənədlər daxil olduğu gündən sonrakı 15 iş günü müddətində şəhadətnamənin yeni nüsxəsi verilir. Bu zaman verilən nüsxənin üzərində şəhadətnamənin yeni nüsxə olması barədə müvafiq qeyd aparılır.

Əsas: Vergilər nazirinin  24.06.2019-cu il tarixli əmri ilə təsdiqlənmiş “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”

5/5 (1 Средняя стоимость)
Оцените:
Həmayil Turgut Fərman qızı he***@gmail.com ID: 1185
Salam. Hərvaxtınız xeyir. Adıma VÖEN açılıb. Vergi borcumun olub-olmadığını necə öyrənə bilərəm. Xahiş edirəm məlumatlandırasınız. Adıma olan VÖEN 1803781472
12/04/2020 Прочитано: 31 Средняя стоимость: 0

Həmayil Turgut Fərman qızı (VÖEN 1803781472) vergi borcu yoxdur. Vergi ödəyicisi ona məxsus istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza vasitəsilə İnternet vergi idarəsinin "E-bəyannamə, ƏDV-DH və ŞHV" bölməsinə daxil olur. Burada "Şəxsi Hesab Vərəqəsi" bölməsinə daxil olaraq "Məlumat axtar" alt-bölməsi vasitəsilə öz öhdəlikləri və borcları barədə məlumat ala bilər.

0/5 (0 Средняя стоимость)
Оцените: