Официальные веб-сайты Азербайджанской Республики оканчиваются на .gov.az.

Государственные органы взаимодействуют через домен .gov.az (например, my.gov.az).

Список доверенных веб-сайтов

Безопасные веб-сайты используют HTTPS.

В качестве дополнительной меры безопасности проверьте наличие значка замка 🔒 или префикса https:// в адресной строке. Делитесь своими конфиденциальными данными только на официальных и защищённых веб-сайтах.

Выберите язык
Поиск
Əhmədov Kamal Camal oğlu ka***@mail.ru ID: 1164
Salam. Mən fərd i(mikro) sahibkaram, amma fəaliyyətimi 08.01.2020- ci il tarixdən müvəqqəti olaraq dayandırmışam. Dövlət tərəfindən verilən yardımı almaq üçün müraciət edərkən fəaliyyətimin dayandırıldığı qeyd olunur. Fəaliyyətimi yenidən bərpa etsəm, yardım üçün müraciət edə bilərəmmi? Əvvəlcədən təşəkkür edirəm.
11/04/2020 Прочитано: 33 Средняя стоимость: 0

Əgər fərdi (mikro) sahibkar olan şəxslər 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərlər. Maliyyə dəstəyi 2 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olan, sabit qəbz almaqla fəaliyyət göstərən, daşıma fəaliyyəti ilə məşğul olan, yaxud gəlir vergisi mükəlləfiyyəti olan  fərdi (mikro) sahibkarlara şamil edilir.

Müraciətinizdə qeyd olunanlara əsasən maliyyə dəstəri Sizə şamil olunmur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Qafarov Ruslan Arif oğlu qa***@gmail.com ID: 1163
Salam. Mən kiçik sahibkarlıqla məşqulam. Ərzaq mağazası işlədirəm.İcazə arayışı necə əldə edə bilərəm?
11/04/2020 Прочитано: 34 Средняя стоимость: 0

“Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə müraciət etməyiniz tövsiyə olunur. 

0/5 (0 Средняя стоимость)
Оцените:
Cumayev Elnar Tofiq el***@gmail.com ID: 1162
Yanvar, fevral, mart və aprel ayları üçün sosial sığorta haqqı ödəməmişəm. Ancaq 1 illik vergini ödəmişəm. Mart ayının 8-dən məlum karantinlə əlagədar işləməyə də icazə vermədilər. Belə olan halda mən ödənişləri etməliyəmmi?
11/04/2020 Прочитано: 24 Средняя стоимость: 0

Bildiririk ki, pandemiyanın zərər vurduğu fəaliyyət sahələrində sahibkarlıq fəaliyyəti göstərən şəxslərə maliyyə dəstəyi mexanizmləri həyata keçirilməkdədir. Pandemiya şəraitində fəaliyyəti məhdudlaşdırılmış şəxslər fəaliyyət göstərmədikləri üçün, vergi və sosial sığorta haqqı üzrə vergi orqanına müvafiq arayışı təqdim edə bilərlər. Pandemiyadan əvvəlki dövrdə yaranmış öhdəliklər isə qanunvericilikdə nəzərdə tutulmuş qaydada yerinə yetirilməlidir.

0/5 (0 Средняя стоимость)
Оцените:
Səfərov Eldar Yolcu oglu el***@mail.ru ID: 1161
Salam. Taxi xidməti üçün müraciət edirəm. Mən oz adıma vöen acdirmaq istəyirəm.
11/04/2020 Прочитано: 47 Средняя стоимость: 0

Bildiririk ki, Bakı şəhərində və “ASAN Xidmət” mərkəzlərinin yerləşdiyi inzibati ərazi vahidlərində “fiziki şəxsin uçota alınması” xidməti “ASAN Xidmət” mərkəzlərində həyata keçirilir.

Məlumat üçün bildiririk ki, vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.

Bildiririk ki, taksi minik avtomobili ilə sərnişindaşıma həyata həyata keçirən fiziki şəxs vergi orqanında vergi uçotuna dayandıqdan sonra  Bakı Nəqliyyat Agentliyindən təqvim ayının sonunadək öz istəkyinə uyğun olaraq növbəti ay, rüb, yarım il və ya il üçün ciddi hesabat blankı olan «Fərqlənmə nişanı» almalıdır.

«Fərqlənmə nişanı» almaq üçün vergi ödəyicisinin ərizəsinə həmin fəaliyyət üçün sadələşdirilmiş verginin ödənilməsini təsdiq edən, avtomobil nəqliyyatı vasitəsinin dövlət qeydiyyat nişanının seriya və nömrəsi göstərilən bank ödəniş sənədi əlavə edilməlidir.

Əsas: Vergi Məcəlləsinin XVII fəsili

0/5 (0 Средняя стоимость)
Оцените:
Qasımov Emin Cavanşir oğlu as***@yahoo.com ID: 1160
Salam, mən Bolt taksi xidmətində çalışıram, karantin xidmətində işləmək üçün VÖEN açdırmalıyam. Necə edim bunu?
11/04/2020 Прочитано: 65 Средняя стоимость: 0

Vergi uçotuna alınmaq üçün “Fiziki şəxsin vergi uçotu ərizə” müvafiq qaydada tərtib edib, şəxsiyyəti təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi) surəti ilə birlikdə poçt vasitəsilə yaşadığınız ərazi üzrə vergi orqanına təqdim etməlisiniz. 
Vergi orqanlarının ünvanlarını buradan əldə edə bilərsiniz:
https://www.taxes.gov.az/az/page/elaqe
“Fiziki şəxsin vergi uçotu ərizə” və onun doldurulma qaydası ilə buradan tanış ola bilərsiniz: https://www.taxes.gov.az/az/page/erize-ve-arayis-formalari

Vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.

Bildiririk ki, taksi minik avtomobili ilə sərnişindaşıma həyata həyata keçirən fiziki şəxs vergi orqanında vergi uçotuna dayandıqdan sonra  Bakı Nəqliyyat Agentliyindən təqvim ayının sonunadək öz istəkyinə uyğun olaraq növbəti ay, rüb, yarım il və ya il üçün ciddi hesabat blankı olan «Fərqlənmə nişanı» almalıdır.

«Fərqlənmə nişanı» almaq üçün vergi ödəyicisinin ərizəsinə həmin fəaliyyət üçün sadələşdirilmiş verginin ödənilməsini təsdiq edən, avtomobil nəqliyyatı vasitəsinin dövlət qeydiyyat nişanının seriya və nömrəsi göstərilən bank ödəniş sənədi əlavə edilməlidir.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü maddələri və XVII fəsili

0/5 (0 Средняя стоимость)
Оцените:
Əliyev Füzuli Ağakişi al***@gmail.com ID: 1157
Pandemiya ilə əlaqədar dövlətin verdiyi yardımına faydalanmaq üçün.
10/04/2020 Прочитано: 27 Средняя стоимость: 0

Qeyd etdiyiniz sualın cavabı Vergilər Nazirliyinin rəsmi internet səhifəsinin "Müraciətlər" bölməsində "Sual-Cavab"  hissəsində yerləşdirilmişdir.

0/5 (0 Средняя стоимость)
Оцените:
Asif Fərzəliyev Zahir a.***@mail.ru ID: 1156
Mən bir mikro sahibkar olaraq, koronovirusla əlaqədar möhtərəm prezidentimizin sahibkarlara maliyyə dəstəyi olaraq ayırdığı yardımdan yararlana bilmirəm. Çünki sistem elektron ərizəmi qəbul etmir və məndən bank hesabı tələb edir. Mənim də hal hazırda aktiv bank hesabım var lakin sistemdə görünmür. Mən nə etməliyəm??
10/04/2020 Прочитано: 26 Средняя стоимость: 0

Maliyyə dəstəyi çərçivəsində ayrılmış vəsaitlər yalnız vergi ödəyicisinin VÖEN-lə əlaqəli olan bank hesabına köçürülür.


 

0/5 (0 Средняя стоимость)
Оцените:
Məhərrəmov Ruslan Şakir oğlu ru***@gmail.com ID: 1155
Salam. Mənim adıma hal-hazırda qüvvədə olan əmək müqaviləsi var ama çalışdığım şirkət 2 aydır müəyyən səbəblərdən fəaliyyəti dayanaraq ofis bağlanıb və əmək haqqı da verilmir(əmək haqqı son 4 aydı verilmirdi). Şirkət yeni olduğu üçün maaş kartı yox idi və biz maaşı nəğd şəklində alırdıq. Belə olan halda Koronavirusla bağlı əmək müqaviləsi olan işçilərə ayırılan birdəfəlik müavimət mənə düşürmü? Hal-hazırda işsiz və pulsuz qaldığım üçün ailəmi dolandırmağa çətinlik çəkirəm. Əgər bu yardım mənə düşürsə xahiş edirəm rayonda olduğum üçün Bakıya gələ bilmədiyim üçün bu yardımı mənim bank kartıma köçürtməyinizi son dərədəcə xahiş edirəm sizdən!
10/04/2020 Прочитано: 47 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Səidov Azər Şahid oğlu aq***@gmail.com ID: 1154
Mənim Vöenim aktivləşibmi. Vöen № 5100083042
10/04/2020 Прочитано: 28 Средняя стоимость: 0

Azərbaycan Respublikası Vergilər Nazirliyinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən vergi ödəyici Səidov Azər Şahid oğlunun (VÖEN 5100083042)
fəaliyyəti dayandırılmışdır.

0/5 (0 Средняя стоимость)
Оцените:
Hacıəli Məstanov Məstan de***@mail.ru ID: 1153
Salam. Mən aprel ayından evdəyəm. Dövlət mənədə köməklik edecek. Öncədən təşəkürlər.
10/04/2020 Прочитано: 29 Средняя стоимость: 0

Koronavirus (COVİD-19) pandemiyasının iqtisadiyyata və sahibkarlıq subyektlərinə mənfi təsiri azaltmaq məqsədilə hazırda 2 formada maliyyə dəstəyi proqramı həyata keçirilir:

Birinci proqram, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin muzdlu işçilərinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlıdır. Bu proqram çərçivəsində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyiciləri əmək müqaviləsi ilə çalışan işçilərinin əmək haqlarının ödənilməsi üçün dövlətin maliyyə dəstəyindən faydalana bilər.

İkinci proqram, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi ilə bağlıdır. Mikro sahibkar dedikdə, işçi sayı 1-10 nəfər, illik gəliri 200 min manata qədər olan şəxslər nəzərdə tutulur. Əgər belə şəxslər 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərlər. Maliyyə dəstəyi 2 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olan, sabit qəbz almaqla fəaliyyət göstərən, daşıma fəaliyyəti ilə məşğul olan, yaxud gəlir vergisi mükəlləfiyyəti olan  fərdi (mikro) sahibkarlara şamil edilir.

0/5 (0 Средняя стоимость)
Оцените:
ramil eliyev mohubbet re***@gemil.com ID: 1152
Salam, mən rayon qeydiyyatındayam, Bakıda yaşayıram. VÖEN necə aça bilərəm?
10/04/2020 Прочитано: 20 Средняя стоимость: 0

Bildiririk ki, Bakı şəhərində və “ASAN Xidmət” mərkəzlərinin yerləşdiyi inzibati ərazi vahidlərində “fiziki şəxsin uçota alınması” xidməti “ASAN Xidmət” mərkəzlərində həyata keçirilir.

Məlumat üçün bildiririk ki, vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.

Vergi ödəyicilərinin qeydiyyatda olduqları ünvan ilə yaşadıqları ünvanın fərqli olduğu hallarda vergi uçotu yerinin düzgün müəyyən edilməsi baxımından faktiki yaşayış yeri barədə müvafiq sənəd təqdim edilməklə fiziki şəxs faktiki yaşayış yeri üzrə vergi uçotuna alına bilər. 

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
Əhmədli Murad Əsgər oğlu mu***@gmail.com ID: 1151
Salam. Hər hansı bir MMC –nin fəaliyyəti mobil operatorlara məxsus danışıq kartlarının mağazadan pərakəndə qaydada satışından ibarətdir. Həmin kartların satışına görə MMC komisyon (xidmət) haqqı alır. Dövriyyəsi, yəni aldığı xidmət haqqı son 12 ay ərzində 200 000-ə çatmadığına görə və vergi ödəyicisinə xidmət göstərdiyinə görə hal hazırda mikro sahibkar olaraq mənfəət vergisi ödəyicisidir. Sualım ondan ibarətdir ki, həmin MMC paralel olaraq digər malları, məsələn mobil aksesuarı e-qaimə əsasında topdan alıb və e-qaimə ilə də topdan olaraq satarsa və ümumi dövriyyə 200 000-i keçməzsə bu halda ƏDV öhdəliyi yaranırmı, və ya konkret olaraq vergilər necə hesablanır? Yəni nəticə olaraq sual ondan ibarətdir ki, MMC həm pərakəndə, həm də topdan satışla məşğul olarsa mikro-sahibkar hüququnu saxlaya bilərmi? Əvvəlcədən təşəkkür edirəm.
10/04/2020 Прочитано: 62 Средняя стоимость: 5

Bildiririk ki, vergi ödəyicisi həm pərakəndə, həm də topdansatış fəaliyyəti ilə məşğul olduqda həmin fəaliyyətlər üzrə gəlirlər və xərclərin uçotunu ayrılıqda aparmaqla fəaliyyət göstərə bilərlər. Həmçinin, sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, o cümlədən ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Müraciətinizdə qeyd olunan halda, vergi ödəyicisinin vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olmadığı üçün ƏDV məqsədləri üçün qeydiyyat öhdəliyi yaranmır.

Əsas: Vergi Məcəlləsinin 155-ci maddəsi.

5/5 (1 Средняя стоимость)
Оцените:
MAHIR ma***@gmail.com ID: 1150
Salam, mən şəxsi maşınımla taksi kimi fəaliyyət göstərmək istəyirəm. Mənə necə kömək edə bilərsiz?
10/04/2020 Прочитано: 37 Средняя стоимость: 0

Vergi uçotuna alınmaq üçün “Fiziki şəxsin vergi uçotu ərizə” müvafiq qaydada tərtib edib, şəxsiyyəti təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi) surəti ilə birlikdə poçt vasitəsilə yaşadığınız ərazi üzrə vergi orqanına təqdim etməlisiniz. 
Vergi orqanlarının ünvanlarını buradan əldə edə bilərsiniz:
https://www.taxes.gov.az/az/page/elaqe
“Fiziki şəxsin vergi uçotu ərizə” və onun doldurulma qaydası ilə buradan tanış ola bilərsiniz: https://www.taxes.gov.az/az/page/erize-ve-arayis-formalari

Vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.

Bildiririk ki, taksi minik avtomobili ilə sərnişindaşıma həyata həyata keçirən fiziki şəxs vergi orqanında vergi uçotuna dayandıqdan sonra  Bakı Nəqliyyat Agentliyindən təqvim ayının sonunadək öz istəkyinə uyğun olaraq növbəti ay, rüb, yarım il və ya il üçün ciddi hesabat blankı olan «Fərqlənmə nişanı» almalıdır.

«Fərqlənmə nişanı» almaq üçün vergi ödəyicisinin ərizəsinə həmin fəaliyyət üçün sadələşdirilmiş verginin ödənilməsini təsdiq edən, avtomobil nəqliyyatı vasitəsinin dövlət qeydiyyat nişanının seriya və nömrəsi göstərilən bank ödəniş sənədi əlavə edilməlidir.

Əsas: Vergi Məcəlləsinin XVII fəsili

0/5 (0 Средняя стоимость)
Оцените:
Əhmədli Murad Əsgər oğlu mu***@gmail.com ID: 1149
Mikro sahibkar və ya ƏDV ödəyicisi olmaq.
10/04/2020 Прочитано: 35 Средняя стоимость: 0

Mikro sahibkar dedikdə, işçi sayı 1-10 nəfər, illik gəliri 200 min manata qədər olan şəxslər nəzərdə tutulur. 

ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxs ƏDV-nin ödəyicisidir.

Əsas: Vergi Məcəlləsinin 154-cü maddəsi, Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli 556 saylı Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”

0/5 (0 Средняя стоимость)
Оцените:
Qədirov sahib Rauf sa***@gmail.com ID: 1148
Salam.Mənim vöenim bağlıdı onu aktiv etmək və əhaliyə xidmət etmək istəyirəm. VÖEN -2301741092 ş/v AZE 09746549
10/04/2020 Прочитано: 24 Средняя стоимость: 0

Fəaliyyətinizi müvəqqəti dayandırdığınız halda aktivləşdirmək üçün müvafiq qaydada tərtib olunmuş “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının bərpası haqqında Arayış”ı təqdim etməlisiniz.

Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatı elektron qaydada yerinə yetirə bilərsiniz.Bu barədə daha ətraflı səhifəmizin “Xidmətlər” bölməsinin “Elektron Xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament və ya Vergilər Nazirliyinin rəsmi youtube səhifəsində yerləşdirilən videotəlimat vasitəsilə tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Rövşən İsmayılov Məhərrəm oğlu ma***@mail.ru ID: 1146
Rayonlardan meyvə tərəvəz Bakıya gətirirəm. Səyyar ticarət üçün nə sənəd lazımdır. VÖEN var, amma bağlıdır. VOEN: 4000309832
10/04/2020 Прочитано: 62 Средняя стоимость: 0

Bildiririk ki, Vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar.

Sorğunuzda qeyd olunan fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur və səyyar, bazarlarda və digər kütləvi ticarət yerlərində piştaxtadan, avtomobildən və qoşqu vasitələrindən pərakəndə satış fəaliyyəti ilə məşğul olan şəxs fəaliyyətini NKA tətbiq etmədən həyata keçirə bilər və bu zaman nağd vəsaitin müqabilində həmin şəxslər pərakəndə qaydada mal alan şəxsə Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinə uyğun olaraq forması Maliyə Nazirliyi tərəfindən təsdiq olunan ciddi hesabat blankını (mədaxil qəbzini) təqdim etməlidir.

Əlavə olaraq onu da qeyd edək ki, vergi ödəyicilərinin mülkiyyətində olan avtomobil nəqliyyatı vasitələri ilə öz istehsal fəaliyyətini təmin etmək üçün işçilərinin və özünə məxsus yüklərin daşınmasında istifadə olunan avtomobil nəqliyyat vasitələri üçün «Xüsusi fərqlənmə nişanı» alınmalıdır.

 

0/5 (0 Средняя стоимость)
Оцените:
Rəşad Seyidov se***@gmail.com ID: 1145
Adıma online xidməti ilə vöen almaq olarmı?
10/04/2020 Прочитано: 29 Средняя стоимость: 0

Bildiririk ki, Bakı şəhərində və “ASAN Xidmət” mərkəzlərinin yerləşdiyi inzibati ərazi vahidlərində “fiziki şəxsin uçota alınması” xidməti “ASAN Xidmət” mərkəzlərində həyata keçirilir.

Məlumat üçün bildiririk ki, vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü maddələri.

 

0/5 (0 Средняя стоимость)
Оцените:
AYE SAYILOVA ay***@gmail.com ID: 1142
Salam vöeni necə baglatdıra bilərik? Hara müraciət etmək lazımdır? Bunun üçün. Zəhmət olmasa, cavablandira bilərsiz?
10/04/2020 Прочитано: 33 Средняя стоимость: 5

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

5/5 (1 Средняя стоимость)
Оцените:
Asgerova Yelena Vladimir as***@gmail.com ID: 1141
Koronavirusa görə mənə kompensasiya düşə bilər? Mənim sahəm ziyan çəkir.
10/04/2020 Прочитано: 33 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Sevinc Hümbətova Eyub qızı se***@gmail.com ID: 1140
Şirkətin onlayn müraciətlər bölməsində əmək haqqına dəstək üzrə fəaliyyət növü göstərmir, necə etməliyəm ki fəaliyyət göstərsin?
10/04/2020 Прочитано: 24 Средняя стоимость: 0

Müraciətlərin qeydiyyatı zamanı hər hansı texniki problemlər yarandıqda, vergi ödəyicisi bununla bağlı İnternet Vergi İdarəsindəki (www.e-taxes.gov.az) elektron kabineti vasitəsilə qeydiyyatda olduğu vergi orqanına müraciət edə bilər.

0/5 (0 Средняя стоимость)
Оцените: