Официальные веб-сайты Азербайджанской Республики оканчиваются на .gov.az.

Государственные органы взаимодействуют через домен .gov.az (например, my.gov.az).

Список доверенных веб-сайтов

Безопасные веб-сайты используют HTTPS.

В качестве дополнительной меры безопасности проверьте наличие значка замка 🔒 или префикса https:// в адресной строке. Делитесь своими конфиденциальными данными только на официальных и защищённых веб-сайтах.

Выберите язык
Поиск
Yusif İlqar oğlu Yusifli y.***@gmail.com ID: 1045
Salam. Riskli vergi ödəyicilərinin siyahısına hardan baxa bilərik.
29/03/2020 Прочитано: 85 Средняя стоимость: 5

Nazirlər Kabineti tərəfindən müvafiq meyarlar təsdiq edildikdən sonra riskli vergi ödəyicisinin meyarları, habelə vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmə mexanizmləri barədə ətraflı məlumat veriləcəkdir.

5/5 (1 Средняя стоимость)
Оцените:
Hüseyn hu***@mail.ru ID: 1044
ƏDV- nin qaytarılması üçün hara müraciət etmək lazımdır?
29/03/2020 Прочитано: 22 Средняя стоимость: 0

Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmişdir.
İqtisadiyyat Nazirliyinə 15 gün müddətində Fərmandan irəli gələn məsələlərin həll edilməsi, o cümlədən müvafiq operatorun seçilməsi tapşırılmışdır. Operator dedikdə, istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara görə ödənilmiş ƏDV-nin qaytarılması ilə bağlı məlumatların ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid məlumat bazasının fəaliyyətini təşkil və idarə edən rezident şəxs nəzərdə tutulur.
Qeyd olunanlara əsasən, yaxın günlərdə ƏDV-nin qaytarılması prosesinə başlanılacaq və bununla bağlı müvafiq izahedici materiallar saytımızda, həmçinin e-kassa.gov.az saytında yerləşdiriləcək.
 

0/5 (0 Средняя стоимость)
Оцените:
Qurban Xəmmədov Məhərrəm xa***@mail.ru ID: 1043
Mənim 18 kvadratmetr ərzaq maqazam var. Ötən ilin sentyabr ayından fəaliyyətə başlamışam. kəndimizdə böyük marketlərin açılması ilə əlaqədar olaraq mağazamda alıcı quvvəsi zəif olduğuna görə və qoyulan vergi ilə sosial sığorta ödənişin yüksək olması ilə əlaqədar istərdim ki, ərzaq maqazasını ləğv edib həmin obyektdə kompyuter xidmətlərinin göstərilməsi ilə məşqul olum. Bunu necə edə bilərəm ki, bir vergi ödəyicisi kimi adımda olan obyekt ərzaq mağazası kimi yox - kompyuter xidmətlərinin göstərilməsi (iaşə) obyekti kimi göstərilsin ki, sosial sığortadan (70 yaşım var. pensionerəm) azad olum və yalnız vergini ödəyim, bunu necə edə bilərəm?
28/03/2020 Прочитано: 63 Средняя стоимость: 3

Bildiririk ki, uçot məlumatlarında dəyişiklik edilməsi üçün dəyişiklik baş verən gündən 40 gün müddətində vergi orqanına müraciət edilməlidir. Vergi ödəyicisi bu barədə kağız daşıyıcıda müraciəti müvafiq ərizəni (“Fiziki şəxsin vergi uçotu haqqında Ərizə”) bilavasitə uçotda olduğu vergi orqanına təqdim etməklə və ya poçt vasitəsi ilə göndərməklə həyata keçirir.

Vergi ödəyicisinin gücləndirilmiş elektron imzası (o cümlədən Asan imzası) və ya istifadəçi kodu, parol və şifrəsi olduqda qeyd edilən dəyişiklik üçün Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı üzərindən “Fiziki şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi” elektron xidmətindən istifadə etməklə də müraciət edə bilər.
Həmçinin bildiririk ki, məcburi dövlət sosial sığorta haqqı sahibkarlıq fəaliyyəti üzrə - minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında bütün sahibkarlıq subyektləri tərəfindən ödənilməlidir.

Vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı ətraflı məlumatı Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzinə və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 34.3-cü (uçota alınma, yenidən uçota alınma və uçotdan çıxarılma qaydaları) maddəsi,"Sosial sığorta haqqında" Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli Qanunu.

3/5 (2 Средняя стоимость)
Оцените:
Toğrul Hüseynov Elşən to***@yahoo.com ID: 1042
Salam. Bu yaxınlarda Vergilər Nazirliyi tərəfindən yalnız SABAH Mərkəzi məzunları üçün nəzərdə tutulmuş vakansiyalar üzrə hər bir SABAH məzununa e-mail gəldi. CV yollayan tələbə yoldaşlarımın müsahibəyə dəvət almasına baxmayaraq, mənə bu barədə bir məlumat verilmədi. Öyrənmək istərdim ki, müsabiqə yekunlaşıb, yoxsa hələ də davam edir? Əgər yekunlaşıbsa mənlə əlaqə saxlanılmamasının səbəbini öyrənmək istəyərdim. Öncədən təşəkkürlər.
27/03/2020 Прочитано: 31 Средняя стоимость: 0

Vergilər Nazirliyi rəsmi internet səhifəsinin (www.taxes.gov.az) “İşə qəbul” bölməsində müsabiqədə iştirak etmək üçün şərtlər, o cümlədən ixtisas tələbləri barədə məlumat öz əksini tapmışdır. Dövlət vergi orqanlarında vəzifələrin tutulması üçün ixtisas tələbləri kimi bir qayda olaraq hüquqşünaslıq, iqtisadiyyat və idarəetmə istiqamətlərinə uyğun ixtisaslar üzrə ali təhsil nəzərdə tutulmuşdur.

Namizədin ərizəsi qəbul edildikdən 5 gün ərzində baxılır, ərizə qəbul edilərsə, namizədin iş nömrəsi və müsabiqənin test imtahanı mərhələsinin vaxtı, ərizə qəbul edilmədiyi halda isə səbəbi barədə elektron poçt ünvanına məlumat verilir.

Əlavə olaraq bildiririk ki, dövlət vergi orqanlarına işə qəbulla bağlı ətraflı məlumat üçün Vergilər Nazirliyinin İnsan resursları baş idarəsinə aidiyyəti üzrə (rəsmi və ya (012) 403-81-35 telefon nömrəsi ilə əlaqə saxlamaqla) müraciət edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Əşrəf Qurbanəliyev es***@gmail.com ID: 1041
Salam, bilmək olarmı imtahanın vaxtı nə vaxtdır?
27/03/2020 Прочитано: 24 Средняя стоимость: 5

Koronavirus (COVİD-19) pandemiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar Nazirlər Kabineti yanında operativ qərargahın müvafiq tələb və tövsiyələrini nəzərə alaraq Vergilər Nazirliyi dövlət vergi orqanlarına işə qəbulla bağlı müsabiqənin test imtahanının keçirilməsini qeyri-müəyyən müddətə təxirə salıb. Test imtahanının keçirilmə yeri və tarixi müəyyənləşdirildikdə, bu haqda əlavə məlumat veriləcək.

5/5 (1 Средняя стоимость)
Оцените:
Zülfiyyə Nəsibova Nəbi zu***@bk.ru ID: 1037
Salam. Mən 10.02.2020-ci il tarixdən adıma olan VÖEN -nin bağlanması üçün müraciət etmişdim. Bilmək istərdim VÖEN bağlanıbmı və bağlanmayıbsa nə vaxt bağlanacaq? Bütün öhdəliklərimi ödəmişəm. VÖEN-nin bağlanması mənim üçün vacibdir.
26/03/2020 Прочитано: 34 Средняя стоимость: 5

Bildiririk ki, müvafiq hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Müraciətinizdə qeyd olunan şəxsin (Zülfiyyə Nəsibova Nəbi qızı) adına VÖEN aşkar edilməmişdir. 

5/5 (1 Средняя стоимость)
Оцените:
Natavan ag***@gmail.com ID: 1036
Salam. Aprel ayında rüblük hesabatını vermək üçün hara müraciyət etmək olar? Qəbul olacaqmı, pandemiya ilə bağlı karantin rejimini nəzərə alsaq? Özüm hesabatı verməyə çətinlik çəkirəm, ona görə köməyə ehtiyacım olacaq. Öncədən minnətdaram.
26/03/2020 Прочитано: 28 Средняя стоимость: 0

Bildiririk ki, koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar Nazirlər Kabineti yanında operativ qərargahın tələblərini nəzərə alaraq, vergi ödəyicilərinə xidmət mərkəzlərində vergi ödəyicilərinin qəbuluna məhdudiyyətlər tətbiq edilib.
Müraciətlərin qəbulunun həyata keçirilməsi üçün xidmət mərkəzlərində çalışan əməkdaşlarla keçiddə göstərilən elektron ünvanlar və telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz:

0/5 (0 Средняя стоимость)
Оцените:
Zaur Şahbazzadə Rəhim z_***@mail.ru ID: 1035
Salam. ƏDVlərin geri qaytarılması ilə baglı sualım var.xəbər saytlarından məlumat əldə etdim ki ədvlərin geri qaytarılması prosesi təsdiqlənib.bu prosesi həyata keçirçək üçün online mümkündürmü, yoxsa mütləq şəkildə hansısa bir terminal vasitəsilədi? Zəhmət olmasa bu barədə ətraflı məlumat bildirərdiniz ki, hansı mərhələlərdən ibarətdir?
25/03/2020 Прочитано: 35 Средняя стоимость: 5

Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini təşkil edir. Ödənilmiş ƏDV-nin bu maddə ilə müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir.
Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmişdir.
İqtisadiyyat Nazirliyinə 15 gün müddətində Fərmandan irəli gələn məsələlərin həll edilməsi, o cümlədən müvafiq operatorun seçilməsi tapşırılmışdır. Operator dedikdə, istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara görə ödənilmiş ƏDV-nin qaytarılması ilə bağlı məlumatların ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid məlumat bazasının fəaliyyətini təşkil və idarə edən rezident şəxs nəzərdə tutulur.
Qeyd olunanlara əsasən, yaxın günlərdə ƏDV-nin qaytarılması prosesinə başlanılacaq və bununla bağlı müvafiq izahedici materiallar saytımızda, həmçinin e-kassa.gov.az saytında yerləşdiriləcək.

Əsas: Vergi Məcəlləsinin 165.5-ci maddəsi

5/5 (1 Средняя стоимость)
Оцените:
Ülvi Salmanzadə Nizami ul***@gmail.com ID: 1032
Vergi Məcəlləsinin 150.1.8-ci maddəsində "siğorta haqqı ödəyən siğortaçılar" anlayışından istifadə edilmişdir. Azərbaycan Respublikasının Sosial Siğorta haqqında qanununun müxtəlif maddələrində, o cümlədən 8-ci və 14-cü maddələrindən də gördüyümüz kimi sosial siğorta haqqı, siğortaolunan tərəfindən siğortaçıya ödənilən pul vəsaitidir. Lakin 150.1.8-ci maddədə "siğorta ödənişi ödəyən siğortaçılar" anlayışının əvəzinə "siğorta haqqı ödəyən siğortaçılar" anlayışı istifadə edilmişdir. Sizdən xahişim, bu məqama aydınlıq gətirməyinizdir.
24/03/2020 Прочитано: 104 Средняя стоимость: 5

Bildiririk ki, müraciətinizdə qeyd etdiyiniz maddədə sosial sığorta deyil, Vergi Məcəlləsinin 116.2-ci maddəsində nəzərdə tutulan sığorta (həyatın yığım sığortası və pensiya sığortası) nəzərdə tutulur.

Sığortalı dedikdə sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfi, sığortaçı dedikdə sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya malik olan, sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda icbari sığorta qanunlarında və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi olan yerli hüquqi şəxs başa düşülür.

Əsas: Vergi Məcəlləsinin 116.2-ci, 150.1.8-ci maddələri, Mülki Məcəllənin 885-ci və 888-ci maddələri, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 25.12.2007-ci il tarixli 519-IIIQ nömrəli Qanunu.

5/5 (1 Средняя стоимость)
Оцените:
Gunay zulfuqarova tahir qizi Gu***@gmail.com ID: 1031
6 ildir kirayə qalıram, ev sahibi vergidən yayınır. Bunun cəriməsi nədir?
24/03/2020 Прочитано: 60 Средняя стоимость: 0

Bildiririk ki, qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Vergi orqanı mənbəyi bəlli olan və təsdiqlənmiş məlumatlar əsasında vergidən yayınan şəxsə qarşı mövcud qanunvericilikdə nəzərdə tutulan məsuliyyət tədbirləri görə bilər.

Bu baxımdan, qeyd olunan hallar vergi orqanı tərəfindən araşdırılır və şəxsin vergidən yayınmaya yol verdiyi hallar sübuta yetirildikdə vergi orqanı tərəfindən müvafiq tədbirlər görülür.

Əsas: Azərbaycan Respublikası Prezidentinin 29 mart 2001-ci il tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”.

0/5 (0 Средняя стоимость)
Оцените:
Əli Həsənov Alim ko***@mail.ru ID: 1033
Salam. Mən bir müəssisədə işçi kimi işləyirəm. İstəyirəm öz işimi də quram. Bununla bağlı özümə fiziki şəxs kimi vöen açmaq istəyirəm. Vətəndaş kimi elektron imza da almışam. Sualım belədir, mən bir yerdə işləyə-işləyə eyni zamanda başqa bir işlədə məşğul ola bilərəmmi? 1-bunun üçün nə etməliyəm? 2-eyni vaxt özümə işçi götürə bilərəmmi? 3-vergi və dsmf ödənişlərimi necə etməliyəm?
24/03/2020 Прочитано: 43 Средняя стоимость: 0

Vergi uçotuna alınmaq üçün “Fiziki şəxsin vergi uçotu ərizə” müvafiq qaydada tərtib edib, şəxsiyyəti təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi) surəti ilə birlikdə poçt vasitəsilə yaşadığınız ərazi üzrə vergi orqanına təqdim etməlisiniz. Vergi orqanlarının ünvanlarını buradan əldə edə bilərsiniz:
“Fiziki şəxsin vergi uçotu ərizə” və onun doldurulma qaydası ilə buradan tanış ola bilərsiniz:

Vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.

Fiziki şəxs vergi uçotuna alınarkən fəaliyyət növündən asılı olaraq, təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergini Vergi Məcəlləsində müəyyən olunmuş dərəcələrlə ödəməlidir. Sadələşdirilmiş vergi respublika üzrə xərclər nəzərə alınmadan əldə olunmuş hasilatın 2 faizi, gəlir vergisi isə gəlirlərdən xərclər çıxıldıqdan sonra qalan mənfəətin 20 faizi (mikro sahibkarlarda 5 faizi) həcmində ödənilir.

Sahibkarlıq fəaliyyətinizi muzdlu işçi cəlb etməklə həyata keçirdiyiniz halda isə onunla əmək müqaviləsi bağlamalı və bağlanmış əmək müqaviləsinin məlumatlarını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminə daxil edərək onun hüquqi qüvvəyə minməsi üçün müvafiq bildiriş əldə etməlisiniz.

Bu zaman müqavilədə əks olunan əmək haqqından tərəfinizdən ödəmə mənbəyində gəlir vergisi , sosal və işsizlikdən sığorta haqları tutulmalı,  müvafiq bəyannamə ilə bəyan edilməli və ödənilməlidir.

Əmək haqqından tutulmaların hesablanması kalkulyatoru vasitəsilə əmək haqqından tutulan vergi və digər tutulmalar haqda məlumatı əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü maddələri,  VIII, XI və XVII fəsilləri, "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli  və "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının 30 iyun 2017-ci il tarixli 765-VQ nömrəli Qanunları

0/5 (0 Средняя стоимость)
Оцените:
Fuad Meherremov Mail Fu***@gmail.com ID: 1030
Bilmek isdeyirem ki ədv qaytarilmasi deyirler bu nece olur magaza cekin saxlamaq lazimdi.Bu barede heç bir melumatim yoxdu hardan melumat ala bilerem.çox sagolun
23/03/2020 Прочитано: 27 Средняя стоимость: 0

Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmişdir.
İqtisadiyyat Nazirliyinə 15 gün müddətində Fərmandan irəli gələn məsələlərin həll edilməsi, o cümlədən müvafiq operatorun seçilməsi tapşırılmışdır. Operator dedikdə, istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara görə ödənilmiş ƏDV-nin qaytarılması ilə bağlı məlumatların ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid məlumat bazasının fəaliyyətini təşkil və idarə edən rezident şəxs nəzərdə tutulur.
Qeyd olunanlara əsasən, yaxın günlərdə ƏDV-nin qaytarılması prosesinə başlanılacaq və bununla bağlı müvafiq izahedici materiallar saytımızda, həmçinin e-kassa.gov.az saytında yerləşdiriləcək.

0/5 (0 Средняя стоимость)
Оцените:
Yusifova Ramila Ramiz qizi ri***@mail.ru ID: 1029
Salam. Qardaşım fiziki şəxsdir. 2020-ci ildən vergi ödəyicisidir. Aldığı malın heç bir sənədi yoxdur. Amma satdığı firmanın müqaviləsi var onunla. Aldığı malın sənədi olmasa necə hesabat verə bilər? Qanun nə deyir bu barədə? Neft və qaz məhsulu satır.
22/03/2020 Прочитано: 57 Средняя стоимость: 0

Bildiririk ki, vergi ödəyicisi malları sahibkarlıq subyektlərindən aldıqda malların alışı qanunvericiliklə müəyyən edilmiş sənədlər (elektron qaimə-faktura) əsasında, vergi orqanında uçotda olmayan şəxslərdən aldıqda isə “Malların alış aktı” tərtib edilməklə, belə alınmış malların anbara təhvil verilməsi isə forması Maliyyə Nazirliyinin Kollegiyasının 30.06.2017-ci il tarixli Q-08 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların təhvil-qəbul aktı” (MAA-1) ilə sənədləşdirilir.

Eyni zamanda, Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən, malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlərdən ən azı biri olmadıqda - alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

0/5 (0 Средняя стоимость)
Оцените:
Hüseynov Rəşad Sadayar re***@gmail.com ID: 1024
ƏDV geri qaytarılması barədə? Bu sistem hal-hazırda işləyirmi əgər işləyirsən bunun qaytarılması üçün kart məlumatları harda yerləşdiriləcək
19/03/2020 Прочитано: 29 Средняя стоимость: 0

Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmişdir.
İqtisadiyyat Nazirliyinə 15 gün müddətində Fərmandan irəli gələn məsələlərin həll edilməsi, o cümlədən müvafiq operatorun seçilməsi tapşırılmışdır. Operator dedikdə, istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara görə ödənilmiş ƏDV-nin qaytarılması ilə bağlı məlumatların ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid məlumat bazasının fəaliyyətini təşkil və idarə edən rezident şəxs nəzərdə tutulur.
Qeyd olunanlara əsasən, yaxın günlərdə ƏDV-nin qaytarılması prosesinə başlanılacaq və bununla bağlı müvafiq izahedici materiallar saytımızda, həmçinin e-kassa.gov.az saytında yerləşdiriləcək.

0/5 (0 Средняя стоимость)
Оцените:
Abbasova Zülfiyyə İslam qızı zu***@mail.ru ID: 919
Salam. Mənim sualım belədir. Fiziki şəxsin gəlir vergisi bəyannaməsi tərtib edilərkən xərclərə bankdan nağdlaşdırma zamanı tutulan 1% (bir faiz) vergi xərci daxildirmi? Ümumiyyətlə, xərclərə nə daxildir?
19/03/2020 Прочитано: 408 Средняя стоимость: 4

Bildiririk ki, mənfəət (gəlir) vergisinin məqsədləri üçün gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Müvafiq olaraq pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə bank tərəfindən ödəmə mənbəyində tutulmuş və bəyan edilmiş sadələşdirilmiş vergi məbləği mənfəət və gəlir vergisinin ödəyiciləri tərəfindən gəlirdən çıxıla bilər.

Əsas: Vergi Məcəlləsinin 108-ci, 109-cu və 220.12-ci maddələri.

4/5 (9 Средняя стоимость)
Оцените:
Anar Babayev Vahid oğlu an***@gmail.com ID: 948
Vergi Məcəlləsinin 102.1.22-1 maddəsini misal üzərində izah etməyiniz xahiş olunur. MMC-nin (dövriyyəsi 200 min man-dan aşağı) bölüşdürülməmiş mənfəəti 2015-ci ildə 100 man, 2016-cı ildə 100 man, 2017-ci ildə 100 man, 2018-ci ildə 100 man və 2019-cu ildə 100 man (cəmi 500 man) təşkil edir. Müəssisə təsisçiyə bütün illər üzrə yığılmış 500 man bölüşdürülməmiş mənfəətini 2020-ci ildə dividend şəklində ödəniş etmək istəyir. Ödəniləcək bu dividendin hansı hissəsinə 102.1.22-1-ci maddənin müddəaları şamil ediləcəkdir? Misalda qeyd edilən bütün illərə görə 2020-ci ildə ödənilən dividend ödənişini VM-nin 102.1.22-1 maddəsinə görə ödəmə mənbəyində 10% vergi tutulmadan azad edilirmi?
19/03/2020 Прочитано: 276 Средняя стоимость: 5

Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisə tərəfindən həmin müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan fiziki və hüquqi şəxslərə ödənilən dividendlər 2019-cu il yanvarın 1-dən etibarən müvafiq olaraq gəlir və mənfəət vergisindən azaddır.

Buna əsasən, 1 yanvar 2019-cu il tarixədək formalaşan bölüşdürürlməmiş mənfəət hesabına dividendin ödənilmə tarixindən asılı olmayaraq vergiyə cəlb edilir. 1 yanvar 2019-cu il tarixdən göstərilən fəaliyyət üzrə formalaşan mənfəətin bölüşdürülməsi isə bu maddənin tələblərinə uyğun olaraq vergidən azaddır.

Müraciətinizdə qeyd olunan halda 1 yanvar 2019-cu il tarixdən göstərilən fəaliyyət üzrə formalaşan mənfəətdən (100 manat) ödənilən dividend vergidən azad edilir.

Əsas: Vergi Məcəlləsinin 13.2.15-ci, 102.1.22-1-ci və 122-ci  maddələri.

5/5 (9 Средняя стоимость)
Оцените:
məmmədova xəyalə veyis xe***@gmail.com ID: 920
Salam, Evi aldığımız 1 il olmayıb, onu satdığımız zaman nə qədər vergi ödəməli oluruq?
19/03/2020 Прочитано: 254 Средняя стоимость: 4

Bildiririk ki, fiziki şəxsin azı 3 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi ödəmə mənbəyində sadələşdirilmiş vergiyə cəlb edilmir. Lakin mülkiyyətinizdə olan və 3 ildən az yaşayış yeri üzrə qeydiyyatda olduğunuz yaşayış sahəsi təqdim edilən zaman müqaviləni təsdiq edən notariuslar tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergi tutulur.

Verginin məbləği satılan mənzilin sahəsinin hər kvadratmetrinə 15 manat olmaqla Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş  əmsalın tətbiq edilməsi ilə müəyyən olunur.

Mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrini təqdim edən şəxslər üçün saytımızda Mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrini təqdim edən şəxslər üçün ödəmə mənbəyində tutulan sadələşdirilmiş vergi məbləğinin hesablanması kalkulyatoru yerləşdirilmişdir.

Əsas: Vergi Məcəlləsinin 218.4.3-cü, 220.8-ci maddələri.

4/5 (5 Средняя стоимость)
Оцените:
Şabanova Diana Cabbarovna sh***@gmail.com ID: 1023
İstifadeci kodum , şifrəm yanlış görsədir. Məlumat bilmək istiyirəm nəylə bağlıdır?
19/03/2020 Прочитано: 21 Средняя стоимость: 0

İstifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə”ni müvafiq qaydada tərtib olunmalı, poçt vasitəsilə vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına göndərilməlidir.

Vergi orqanlarının ünvanları ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür: https://www.taxes.gov.az/az/page/elaqe

Elektron sənəd mübadiləsi haqqında ərizə və onun doldurulması qaydası ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür:
https://www.taxes.gov.az/az/page/erize-ve-arayis-formalari

0/5 (0 Средняя стоимость)
Оцените:
tural elesov el***@gmail.com ID: 918
İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının sürəti haradan alınır?
19/03/2020 Прочитано: 147 Средняя стоимость: 4

Vergi ödəyicilərinin uçot sənədlərinin dublikatının, vergi bəyannamələrinin (hesabatların) surətlərinin verilməsi üçün vergi ödəyicisi və ya səlahiyyətli nümayəndə tərəfindən sərbəst formada müraciət ərizəsi (vergi ödəyicilərinə xidmət mərkəzində müraciət vərəqəsi tərtib edildikdə tələb olunmur) ilə ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edilə bilər.

Əsas: Vergilər nazirinin 24.06.2019-cu il tarixli əmri ilə təsdiqlənmiş “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”

4/5 (4 Средняя стоимость)
Оцените:
Gülnar Eyyubova Nəsrulla gu***@mail.ru ID: 909
Salam, Şirkətimiz məhsul istehsalı ilə məşğul olur. İstehsal zamanı bir çox adda xammal (şəkər, banka, kardon vitamin qarışığı ve.s) zay olur. Bilmək istəyirik ki, istehsalda zay olan xammalın dəyərini gəlirdən çıxılan xərcə silə bilərikmi? istehsalda zay olan xammalın dəyərindən ƏDV hesablanıb ödənilməlidirmi? Öncədən təşəkkür edirəm.
19/03/2020 Прочитано: 248 Средняя стоимость: 4

Bildiririk ki, sorğunuzda qeyd edilən halda vergi ödəyicisi məhsulları ƏDV-ni ödəməklə əldə etmişdirsə və müvafiq əvəzləşdirmə almışdırsa və ya almaq hüququ olmuşdursa, fövqəladə hallardan başqa belə malların xarab olması ƏDV-nin məqsədləri üçün vergi tutulan əməliyyat sayılır və malların alışı zamanı ödənilmiş ƏDV məbləği dövlət büdcəsinə hesablanır.

Yararsız mallarının uçotdan silinməsi gəlirin əldə edilməsi ilə bağlı olmadığına görə həmin malların dəyəri mənfəət (gəlir) vergisinin ödəyicisi tərəfindən gəlirdən çıxılmır.

Əsas: Vergi Məcəlləsinin 108-ci, 109-cu və 159.5-ci maddələri.

4/5 (8 Средняя стоимость)
Оцените: